Xəbər lenti
28/05/2018 [09:20]:
Merilend ştatında fövqəladə vəziyyət rejimi elan edilib
28/05/2018 [09:18]:
Türkiyənin şərtləri qəbul olunur – Menbiç razılaşması
28/05/2018 [09:15]:
Melaniya Tramp 15 gündür ortalıqda niyə görünmür?
28/05/2018 [09:11]:
Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı - Fotolar
28/05/2018 [09:08]:
23 aydan ƏBƏDİYYƏT düzəldənlər - AXC qəhrəmanları, kimlikləri, məzarları
28/05/2018 [09:05]:
Məhəmməd Əmin Rəsulzadənin məzarından eşidilən İNİLTİ
28/05/2018 [09:02]:
Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamam oldu - ŞANLI YUBİLEY
27/05/2018 [23:32]:
"Bu cümhuriyyəti Məhəmməd Əmin bəylər elə dəyərlər üzərində qurmuşlar ki..."
27/05/2018 [23:18]:
Çin ABŞ-ı beynəlxalq hüququ pozmaqda ittiham etdi
27/05/2018 [23:17]:
Çay ilə "yola getməyən" 3 məhsul - Limon, süd və şəkər...
27/05/2018 [23:08]:
"Nəzərə alsaq ki, Azərbaycan Xalq Cümhuriyyətini Rusiya tanımayıb, onda hər şey aydın olar"
27/05/2018 [22:41]:
ABŞ və Şimali Koreya sammiti üçün növbəti addım
27/05/2018 [21:39]:
Əsəddən ölüm mesajı: “Bu, sənin son şansındır”
27/05/2018 [21:04]:
Fransanın xarici işlər naziri Şəhidlər xiyabanında - Fotolar
27/05/2018 [21:03]:
“Həqiqi addımlar atmağın vaxtı çatıb” - Polad Bülbüloğlu
27/05/2018 [20:29]:
"Bizim hər birimiz bu dövləti qorumağa, onun dəyərini, qədrini bilməyə borcluyuq"
27/05/2018 [20:24]:
Həkimlərin iyirmi dəqiqə vaxt verdiyi qız ölmədi- FOTOLAR
27/05/2018 [19:58]:
Bülbüloğlu Rusiyadan əsas gözləntisini açıqladı: “Qarabağ...”
27/05/2018 [19:57]:
UFAZ-da Fransanın Avropa və XİN fondunun arxiv sərgisinin açılış mərasimi keçirildi
27/05/2018 [19:48]:
Tarixçi alim etiraz etdi: "Simvolları bu günə qoymaq olmaz!" (FOTO)
27/05/2018 [19:42]:
Səfir: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həqiqi addımlar atmağın vaxtı çoxdan çatıb"
27/05/2018 [19:39]:
Emin “Xalq artisti” adını almasını belə qeyd etdi - Video
27/05/2018 [19:36]:
Sərxoş sərnişin pivə üçün təyyarəni bir-birinə vurdu – VİDEO
27/05/2018 [19:35]:
UFAZ tələbələri ActİnSpace beynəlxalq yarışının qalibi olub
27/05/2018 [19:28]:
Azay Quliyevin Cümhuriyyət haqqında məqaləsi dünyaca məşhur portalda dərc edildi
27/05/2018 [19:27]:
4 ayda Azərbaycanda 505 traktor, 130 avtomobil istehsal olunub
27/05/2018 [19:22]:
Kənd Təsərrüfatı Nazirliyində yeni – TƏYİNAT
27/05/2018 [19:20]:
Əlixan Səmədov: "Çox sevincliyəm"
27/05/2018 [19:19]:
Azərbaycan və Fransa iqtisadi toplantı keçirəcək
27/05/2018 [19:18]:
Miri Yusifin fəxri ad sevinci – VİDEO
27/05/2018 [18:14]:
Rusiya İngiltərədən üzr tələb etdi
27/05/2018 [18:11]:
Mohammed Salah Dünya Çempionatında oynayacaq
27/05/2018 [18:08]:
Ziyad Səmədzadə qızına görə Prezidentə minnətdarlıq etdi
27/05/2018 [17:58]:
Ağır atletika üzrə yeniyetmələrin birinciliyi başa çatdı
27/05/2018 [17:57]:
Xərçəng xəstələrinin yeni ümidi “Propolis” - TƏBİƏTİN BƏXŞİŞİ...
27/05/2018 [17:49]:
Avtomobil ikiyə bölündü, sürücünü görən donub qaldı... - İnanılmaz görüntü
27/05/2018 [17:45]:
Gündə 6 litr kola içdi, bu hala gəldi - FOTOLAR
27/05/2018 [16:24]:
İsmayıllıda 7 kənd qazsız qaldı, mal-qaranı sel apardı
27/05/2018 [16:22]:
Biləsuvarda 16 yaşlı qız intihar etdi
27/05/2018 [16:20]:
XİN-dən Paşinyanın oğlunun Qarabağda əsgərlik çəkməsi xəbərinə reaksiya...
27/05/2018 [16:16]:
Türkiyənin məşhur aktyoru yol qəzasında öldü
27/05/2018 [16:15]:
Rəsmi Parisdən Ermənistana ÇAĞIRIŞ: “Qoşunlarınızı dərhal Qarabağdan çıxarın!”
27/05/2018 [16:14]:
Sabahın havası - Bakıda 27 dərəcə isti olacaq
27/05/2018 [16:11]:
Fəxri ad alan Könül Kərimova ağladı
27/05/2018 [16:09]:
Ehtiram Hüseynov Riqada “Sarı Gəlin” və “Laçın”ı ifa etdi... - Möhtəşəm (VİDEO)
27/05/2018 [16:06]:
Avronest rəhbərliyindən Diaspor Komitəsinin sədrinə məktub gəldi
27/05/2018 [15:54]:
6 minə yaxın məmur cəzalandırıldı...
27/05/2018 [15:46]:
Suriyada 4 rus hərbçi öldürüldü, 3-ü yaralandı
27/05/2018 [15:44]:
Polisin reydi zamanı sərxoş sürücü: "Pivə içmişəm ki, ağzım qurumasın" - VİDEO
27/05/2018 [15:39]:
Azərbaycanda 60 kənd işıqsız, 7-si isə qazsız qaldı
27/05/2018 [15:37]:
Gürcüstanda intihar edən azərbaycanlı tələbə haqda yeni AÇIQLAMA…
27/05/2018 [14:51]:
Aya enən dördüncü adam vəfat etdi
27/05/2018 [14:41]:
BAXCP mayın 28-də Novxanı da Rəsulzadənin büstünü ziyarət edəcək
27/05/2018 [14:08]:
Telefondakı bu proqramlar sizi çox əyləndirəcək - FOTOLAR
27/05/2018 [13:51]:
Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu
27/05/2018 [13:45]:
İlham Əliyev bu məşhurlara fəxri ad verdi - SİYAHI
27/05/2018 [13:26]:
Məmmədyarovla Drian bir araya gəldi
27/05/2018 [13:20]:
Azərbaycan prezidenti Fransaya səfər edəcək
27/05/2018 [12:57]:
Ronaldu “Real”dan getmək istəyir
27/05/2018 [12:50]:
Qorxunc xəbərdarlıq: - Rusiya elə silah hazırlayır ki...
27/05/2018 [12:39]:
Yəməndə neft şirkətinə hava zərbələri endirilib -Ölənlər və yaralananlar var
27/05/2018 [12:37]:
II Dünya müharibəsində tərk edilmiş sığınacaq... - FOTOLAR
27/05/2018 [12:36]:
100 yaşlı bayrağı təslim alan tədqiqatçı: “Novruz müəllimə əmanətin məndə olduğunu dedim”
27/05/2018 [12:22]:
Rus muzdlularla ABŞ kommandosları arasındakı döyüşün şok TƏFƏRRÜATLARI
27/05/2018 [12:12]:
Məşhur cütlük Fransada evləndi - Fotolar
27/05/2018 [12:08]:
İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib
27/05/2018 [12:07]:
Bahalı toy etdilər, pulunu da verməyib qaçdılar
27/05/2018 [12:04]:
“Real & Virtual PR” adlı təlim keçirildi - FOTOLAR
27/05/2018 [11:56]:
Azarkeşlər “Real”ın kapitanını təhqir edir
27/05/2018 [11:51]:
Fransanın XİN rəhbəri Bakıya gəlib
27/05/2018 [11:50]:
Dünyanın ən ucuz şəhərləri - Səyahət paketləri
27/05/2018 [11:35]:
Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi
27/05/2018 [11:34]:
Prezident təhsillə bağlı gözləntilərini açıqladı
27/05/2018 [11:31]:
Yunanıstanda avtobusu ildırım vurub – FOTOLAR
27/05/2018 [11:21]:
Dünyaya gələcək körpələrin ana bətnində maraqlı görüntüləri - FOTOLAR
27/05/2018 [11:16]:
Bir şüşə şərab 120 min dollara satıldı
27/05/2018 [11:03]:
Gürcüstan NATO-ya daxil olacaq
27/05/2018 [10:52]:
Bu filmə baxanda dəhşətə gəldim – Ayaz Salayev
27/05/2018 [10:50]:
ABŞ uduzdu: "Türkiyə əsas hədəfinə çatır"
27/05/2018 [10:44]:
Filmlərdə çəkilən altı əfsanə otel- FOTOLAR
Bütün arxiv bir sırada
19/01/2018 [01:04] - Gündəm - ( 3329 dəfə baxılıb)

Bir verilişə görə işdən uzaqlaşdırılan, məşhur ifanın səbəbkarı olan Nahid Hacızadə- Vida yazısı




Bu gün tanınmış televiziya mütəxəssisi, yazıçı, ssenariçi Nahid Hacızadə dünyasını dəyişdi. Mərhum yazıçının xatirəsini yad etmək üçün əvvəlcə onun bacısı oğlu olan dramaturq Firuz Mustafanın dayısı barəsində yazdıqlarına diqqət edək, həm də Nahid Hacızadəni daha yaxından tanıyaq:

“Nahid Hacızadə Gədəbəy rayonunun Şınıx mahalında Düzrəsullu kəndində dünyaya göz açmışdı. Anası Məliykə xanımı və atası Rəhim Hacızadəni vaxtsız itirmişdi. Böyük bacısının himayəsində böyümüşdü. Orta məktəbi Tovuzda bitirmişdi- Puşkin adına məktəbi. Həm məktəbi, həm Universiteti əla qiymətlərlə bitirmişdi. Böyük bacısı Sitarə xanım evdar qadın idi. Böyük qardaşı Fərrux müəllim kimyaçı alim idi. Sonra anam Firəngiz... Nahidsə evin, ailənin kiçiyi idi.
Həyatın sərt üzünü görsə də, təbiətən sərt deyildi. Bəzən, əzab-əziyyətlə böyüyən adamlar qisasçı, eqoist olur. O isə mərd, təvazökar və xeyirxah idi.

Adətən, bütün adamlar dünyanı tərk edəndən sonra barələrində yalnız xoş sözlər deyilir. Hətta, bəzən bu xoş sözlərə layiq olmayanlar barədə belə... O isə hələ sağlığında ikən özünə rəhmət qazanmış insanlardan biri idi. 

Saxta, ikiüzlu adamları xoşlamazdı. İşıqlı adamları sevərdi. Bəlkə də məhz elə buna görə əsərlərində mənfi obrazlar yox idi. Bütün qəhrəmanları, mərd, cəsur, xeyirxah, işıqlı personajlar idi. Məşhur rus şairi Lev Oşanin onun əsərlərini oxuyandan sonra demişdi: “Nahid Rəhim oğlu müasir dövrün ən işıqlı nağıllarını yazır”. Yeri gəlmişkən, Oşaninin qızı Tatyana Oşanina onun bir çox əsərlərini rus dilinə tərcümə etmişdi və həmin əsərlər bir zaman bütün SSRİ-də maraqla oxunurdu. 
Onlarla roman, povest, pyes və hekayənin müəllifi idi.
Uzun illər Az.Tv-də çalışmışdı, adi redaktordan Radio və Televiziya Sədrinin 1-ci müavini vəzifəsinə qədər şərəfli bir yol keçmişdi. 
1990-cı ilin 20 Yanvar qırğını haqda veriliş hazırladığına görə televiziyadan uzaqlaşdırılmışdı. Yadımdadır, o səs-küylü verilişin adı belə idi: “Başın sağ olsun, Vətən”.
Adi, sadə bir həyat yaşayırdı. Kiçik mənzili, böyük ürəyi, nəhəng daxili dünyası vardı.
Son illərdə xatirələrini, zamanında görüb-bildiklərini yazmaqla məşğuldu. Elə son iş yerinin adı da bir az mistik, bir az rəmzi idi- “Respublika Xatirə Kitabı”. Bu Kitabda Vətən uğrunda həlak olanların ömürlüyü əbədiləşdirilirdi...
Mən ona hərdən zarafatla: “Bura bax, sən mənə heç dayılıq etmirsən”- deyərdim. Adətən o, ciddi şəkildə belə cavab verərdi: “Mən bütün yaxşı adamların dayısıyam”. Yəni ayrıseçkiliyin, tayfabazlığın, üzgörənliyin, hər cür proteksiyanın əleyhdarı idi.
Müstəqilliyimizdən məmnun idi. Hacı Zaynalabdin, Məmməd Əmin haqda memuar xarakterli yazıları vardı.
Son vaxtlar ağır xəstə idi. 
Onun sevdiyi misraları xatırlayıram:
“Əldən ələ keçir vəfasız həyat,
Biz gəldi gedərik sən yaşa, dünya...”

İşıqlı, nurlu, əzəmətli bir kişini, ləyaqətli bir insanı, istedadlı bir yazıçını itirdik”.

Moderator.az öz növbəsində Nahid Hacızadə barəsində onun iştirakçısı ə şahidi olduğu bir xatirəni qeyd edir.  “Evlərinin önü yonca” adlı xalq mahnısını mərhum müğənnimiz Nəzakət Məmmədova ilə ifa edən türkmən Sinan Səid haqqında yəqin eşitmisiniz. Ən azından, dediyimiz mahnının eşitməyən yəqin, tapılmaz. Həmin Sinan Səidin Bakıdakı ən yaxşı dostu və iş yoldaşı mərhum Nahid Hacızadə olub.
Kərküklü diktorla bir yerdə çalışan və onunla demək olar ki, ən yaxın sirdaş olan yazıçı-jurnalist Nahid Hacızadə öz xatirələrində yazır:
“Ərəb redaksiyasında çalışanlar tərcüməçi Əhməd Yusifi, diktor Sinan Səid, bir də mən idim. Baş-başa verib işləyirdik. Məni də ştata keçirdilər. Kefim kök, damağım çağ işləyirdim. Kirayə ev də tutmuşdum. Heç nəyə ehtiyacım yox idi. Əmək haqqı, qonorar, bir də əlaçılıq təqaüdü. Yaşamaq üçün daha nə lazım idi?!
Sinan Səid də yüksək əmək haqqı alır, həftəlik "Ərəbin gözü ilə" verilişini yazır, “Xəbərlər”in türk dilində variantından tərcümələr edir, həm də bədii verilişlər oxuyanda ayrıca qonorar alırdı.
Ona ikiotaqlı mənzil də vermişdilər. “İnturist”dən öz evinə köçmüşdü. “Volqa” maşını alması da onu çox sevindirirdi.
Baş redaktorumuz dönə-dönə tapşırmışdı: “Sinan Səidi gözdən qoyma. Qəribdir, ondan ayrılma. Hər axşam ona baş çək. İstəsən, onunla da qala bilərsən. Subay adamsan. İkiniz də darıxmazsınız”.
Axşamlar Sinan Səid nəsə biş-düş edir, çay qoyurdu. Bu zaman o, dodaqaltı şirin, bir az da qəmli mahnılar oxuyurdu. Bir mahnısını qulağım aldı: “ Ninni, yavrum, ninni”. O, mahnını qurtarmamış yalvardım:
- Sinan, qadam alım, bir də oxu!
Bir dəfə də ona dedim:
- Sinan, gəl bu mahnını lentə yazdır, efirdə səslənsin. Biz ölüb gedəcəyik, qoy mahnı yadigar qalsın, yaşasın.


Sinan Səid tutuldu:
- Bəyim, sən nə danışırsan? Mən diktoram, gülərlər mənə. Sən bir görəydin, eşidəydin, Bağdadda, Kərkükdə bu mahnını necə oxuyurlar? Onlardan sonra mənim oxumağım gülünc görünər.
- Görünməz, əfəndim, görünməz. Özün də görərsən ki, sənin ifan hamının ürəyini tərpədər.
Sinan Səid gülümsədi:
- Bəyim, bəlkə də belə oldu. Sən mənə bir müğənni qadın tap. Biz duet oxuyaq. Onda başqa cür səslənər bu mahnı.
Mən çox adlar çəkdim: Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Flora Kərimova”¦ Daha kimlər, kimlər”¦
Sinan Səid də bu müğənniləri tanıyırdı. Ancaq heç biri ürəyindən xəbər vermədi.
Bir gün haradansa gəlirdik. Radiostudiyada xor ansanblının konserti məşq olunurdu. Solist Nərminə Məmmədova idi. Sinan Səid mənim qolumdan tutdu.
- Tapdım, tapdım. Bu xanım oxuya bilər "Ninni yavrum"u. Özü də yaxşı oxuyar.
Mən Nərminə xanımı Sinan Səidlə tanış elədim. Çox sevinsə də, oxumağa razılıq vermədi:
- Mən bu ləhcə ilə, belə şirin oxuya bilmərəm, - dedi.
Ancaq birtəhər saqqızını oğurladıq. Məşqlər başlandı. Sinan Səid də, Nərminə xanım da məşqlərə ürəkdən girişmişdilər. Nəhayət ki, bir neçə mahnı hazır oldu.
Sinan Səid dedi:
- Bunları Kərkük xoyratları, daha doğrusu, Kərkük-İraq mahnıları adı ilə verək.  Qoy elə bu adla da yaşasın  “Kərkük-İraq mahnıları”.

Elmin Nuri
 



Telefondakı bu proqramlar sizi çox əyləndirəcək - FOTOLAR
Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu
II Dünya müharibəsində tərk edilmiş sığınacaq... - FOTOLAR
Dünyanın ən ucuz şəhərləri - Səyahət paketləri
Qadın evinə çağırdığı ustanı zorladı - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Sərxoş sərnişin pivə üçün təyyarəni bir-birinə vurdu – VİDEO
Cəmiyyət
Azay Quliyevin Cümhuriyyət haqqında məqaləsi dünyaca məşhur portalda dərc edildi
Maraqlı
Xərçəng xəstələrinin yeni ümidi “Propolis” - TƏBİƏTİN BƏXŞİŞİ...
Cəmiyyət
Ehtiram Hüseynov Riqada “Sarı Gəlin” və “Laçın”ı ifa etdi... - Möhtəşəm (VİDEO)
Dünya
Bahalı toy etdilər, pulunu da verməyib qaçdılar
Həftənin ən çox oxunanları
Azərbaycan ordusu Naxçıvan istiqamətində irəlilədi- Böyük ərazini nəzarətə götürdü
Ərinin dostu tərəfindən aldadılan, həbsxanada uşaq dünyaya gətirən və nəhayət, əfv edilən qadının HƏYAT DRAMI
"Bu adam görün nə qədər ləyaqətsizdir ki, öz xalqını erməninin ayağına verir"
Bundan sonra manqaldan kənar gəzəcəksiniz: Alimlər kababın yeni təhlükəsini aşkarladılar...
Qarabağda neytral zona daralır, təmas xəttində istehkamlar tikilir – Hədəflər raketlə VURULACAQ
Korrupsionerin evindən çıxan pullar hamını heyrətləndirdi...- FOTO
"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"
“Mən gərək Şuşada qalaydım, orada da öləydim...”- Rəhim Qazıyev
“Xaricdə bank vətəndaşlara, bizdə isə vətəndaşlar banklara yalvarır”
"Ermənistanda Naxçıvan daha populyardır, çünki…" -Ehtiyatda olan polkovnik
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin