Xəbər lenti
12/12/2018 [22:16]:
İndoneziya səfiri: "Bu işğala son qoyulmalıdır"
12/12/2018 [22:14]:
2019-ci ilin Günəş tutulmaları ədalətin bərqərar olacağını xəbər verir – ELMI-LƏDUN
12/12/2018 [22:11]:
Bakıda əhaliyə göstərilən xidmətlərin dəyəri 4 milyard manatdan çox olub
12/12/2018 [21:51]:
1 ton şokolad yola dağıldı - FOTO
12/12/2018 [21:39]:
CNN: "Bakı-Tbilisi-Qars dəmir yolu səyahətlər haqqında təsəvvürləri dəyişəcək"
12/12/2018 [21:37]:
5 yaşlı uşağa əməliyyat zamanı oksigen əvəzinə azot verildi - DƏHŞƏT...
12/12/2018 [21:32]:
Alkasarın Azərbaycandakı diplomatik missiyası başa çatdı
12/12/2018 [21:16]:
Ermənistanın yeni parlamenti nə vaxt toplaşacaq?
12/12/2018 [21:03]:
Bədəninə 30 santimetr uzunluğunda polad çubuq sancıldı - DƏHŞƏT...
12/12/2018 [20:58]:
DÇ-2020: millimizin rəqibləri bəlli oldu
12/12/2018 [20:40]:
"Düşündük ki, bu qəhrəmanlığı əks etdirən xatirə kitabı və qısametrajlı bir film çəkək"
12/12/2018 [20:34]:
Bakıda metrosunda dava - Saxlanılanlar var
12/12/2018 [20:31]:
Ədliyyə işçiləri Heydər Əliyevin xatirəsini yad ediblər
12/12/2018 [20:28]:
İbrahim Mehdiyev danışdı - “Cinayət işi xəbərinin əsası yoxdur”
12/12/2018 [20:26]:
Sənət əbədidir, ömür əmanət...
12/12/2018 [20:20]:
Sumqayıtda Heydər Əliyevin anım mərasimi keçirilib - FOTOLAR
12/12/2018 [20:09]:
Həştərxan şəhərində Heydər Əliyevin xatirəsi anıldı -FOTOLAR
12/12/2018 [20:04]:
Əsgəran erməniləri Ağdamda payızlıq taxıl əkir...
12/12/2018 [20:01]:
ADNSU-nun rektoru vyetnamlı məzunlarla görüşdü
12/12/2018 [19:53]:
Dövlət Komitəsində ulu öndərin xatirəsi anıldı -FOTOLAR
12/12/2018 [19:44]:
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...
12/12/2018 [19:30]:
"Ədəbiyyat bu dünyanın maddi hadisələrinə biganəlikdir, amma bu o demək deyil ki..."
12/12/2018 [19:27]:
Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
12/12/2018 [19:23]:
Heydər Əliyev Qars şəhərində ehtiramla yad olunub - FOTOLAR
12/12/2018 [19:16]:
Nazirlikdə Heydər Əliyevin xatirəsi yad edildi - FOTO
12/12/2018 [19:13]:
“İstefam ölkənin gələcəyini təhlükə altında qoyacaq” - Baş nazir
12/12/2018 [19:10]:
Heydər Əliyev 1967-c ildə 39 erməni daşnaqını necə həbs etdirib? — FAKTLAR
12/12/2018 [18:56]:
Heydər Əliyev Belqradda anıldı...
12/12/2018 [18:46]:
İrəvandan məyusluq dolu Türkiyə etirafı: “Sanki təkbaşına tanqo oynayırıq”
12/12/2018 [18:42]:
Özbəkistandan idxal edilən 31 ton kişmiş zərərsizləşdirildi
12/12/2018 [18:37]:
Oqtay Əsədov Zurabişvilinin andiçməsində iştirak edəcək
12/12/2018 [18:36]:
Nəcməddin Sadıkov Gerasimovla hərbi əməkdaşlığı müzakirə etdi
12/12/2018 [18:34]:
Balakəndə evdən 1400 manat pul oğurlayan yeniyetmə saxlanıldı
12/12/2018 [18:31]:
Sərhədi saxta sənədlərlə keçmək istəyənlər tutuldu
12/12/2018 [18:18]:
“Nar”dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri
12/12/2018 [18:16]:
Bakcell qalib məktəbliləri mükafatlandırdı
12/12/2018 [17:53]:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anım mərasimi keçirilib
12/12/2018 [17:40]:
“Qarabağ məsləsində Rusiyaya ABŞ və Fransadan ona görə çox üstünlük veririk ki...”
12/12/2018 [17:36]:
"Xalqımız dahi rəhbərin əziz xatirəsini unutmur" -Səfər Mehdiyev
12/12/2018 [17:27]:
“Kişini hansı qadınla tutsalar, onunla da evləndirirlər...” - Qədim qəbilənin bağışlanmayan adətləri...
12/12/2018 [17:26]:
Heydər Əliyevin xatirəsi “Azərxalça”nın filiallarında etiramla yad edildi
12/12/2018 [17:21]:
ADPU-da “İngilis dili müəllimliyi” ixtisası üzrə yeni tədris planı layihəsi hazırlanır
12/12/2018 [17:15]:
Türkiyənin məşhur jurnalisti kikboksinq federasiyasının idarə heyətinin üzvü oldu
12/12/2018 [17:14]:
Polis rəisi Rəqsanənin EVİNİ ƏLİNDƏN ALIR - 419 min manat borc alıbmış
12/12/2018 [17:10]:
Əflatun Amaşov: "Ulu öndər Heydər Əliyev mətbuata böyük dəyər verirdi"
12/12/2018 [16:57]:
Bu il dünyasını dəyişən TANINMIŞLAR
12/12/2018 [16:45]:
Fransa müxalifətinin parlamentdən TƏLƏBİ
12/12/2018 [16:35]:
Xəzər Universitəsində “Elm və Sənət Məclisi”nin 68-ci məşğələsi keçirilib
12/12/2018 [16:32]:
ABŞ Ermənistana gedən vətəndaşlarına xəbərdarlıq etdi
12/12/2018 [16:20]:
Vergi Məcəlləsinə son dəyişikliklərdə sahibkarlıq üçün bu güzəştlər nəzərdə tutulub - SİYAHI
12/12/2018 [16:11]:
Yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər vergi ödəyəcək
12/12/2018 [16:03]:
Hikmət Hacıyev: "Azərbaycan strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir"
12/12/2018 [16:00]:
“Yerli müəlliflərdən ilin favoriti olan kitab olmayıb...”
12/12/2018 [15:51]:
Bakıda vəzifəli şəxsin törətdiyi dəhşətli qətllə bağlı HƏKİM DANIŞDI - "Bu narkotik..."
12/12/2018 [15:50]:
Berdımuhammədov məmurları məzəmmət etdi və boulinq üzrə master-klass keçdi - VİDEO
12/12/2018 [15:40]:
İlham Əliyev Rusiya və NATO generallarının Bakı görüşündən danışdı
12/12/2018 [15:37]:
Laçınlı keçmiş döyüşçülər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR
12/12/2018 [15:34]:
Polşanın "sarı jiletlər"i yolu bağladı
12/12/2018 [15:33]:
"Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi"
12/12/2018 [15:29]:
Vergilər Nazirliyi: “Son dəyişiklik əməkhaqqının artması anlamına gəlməməlidir” - MÜSAHİBƏ
12/12/2018 [15:15]:
Dillər Universitetində maraqlı layihə - tələbələr əməkhaqqı alacaq
12/12/2018 [15:13]:
Banklarda nağd satılan xarici valyutanın həcmi artıb - Kimlər alıb?
12/12/2018 [15:11]:
Rusiya yağlarında DONUZ PİYİ AŞKAR EDİLDİ...
12/12/2018 [15:11]:
"21 Azər" Hərəkatına 73 il sonra baxış - Rüfət Muradlı
12/12/2018 [15:07]:
Bakı Meriyası Atatürk parkındakı bəzi obyektlərə dəyməyəcək - AÇIQLAMA
12/12/2018 [15:00]:
“O, əlimdən tutub “Alagöz” mahnısını mənimlə birlikdə sona qədər oxudu...”
12/12/2018 [14:56]:
Leyla Əliyeva babasını belə yad etdi - VİDEO
12/12/2018 [14:53]:
"Nə qədər Heydər Əliyev var..." - Əli Həsənov
12/12/2018 [14:46]:
Gömrük Komitəsinin kollektivi Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi
12/12/2018 [14:44]:
Sumqayıtda oğurluq edənlər saxlanıldı
12/12/2018 [14:41]:
DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır - VİDEO
12/12/2018 [14:30]:
Baba Vəziroğlunu sarsıdan ÖLÜM XƏBƏRİ
12/12/2018 [14:18]:
“Bütün yaradıcılığım Trampa görə arxa plana keçib, bu çox pisdir” - Emin Ağalarov
12/12/2018 [14:12]:
Yaponiya Çinlə danışıqları dayandırmağı planlaşdırır -Telekommunikasiya avadanlığının alınması üzrə
12/12/2018 [14:10]:
Daha bir məhdudiyyət aradan qaldırılır –Hökumət paytaxtda yaşayış hüququ əldə etməyi asanlaşdırır
12/12/2018 [14:05]:
Bakı metrosunda generator problemi həll edilir
12/12/2018 [14:01]:
Qənirə Paşayeva dostlarına səsləndi -"Sizin kimi insanların duaları ilə yaxşı olacam"
12/12/2018 [13:59]:
Tanınmış nasir: "Bəzi "kişiciklər” bərbərliyə can atırlar ki, arvadlarının saçını qırxsınlar..."
12/12/2018 [13:45]:
“Məhbusları spirt, narkotiklə təmin etməklə  pul qazanan qruplar yaranıb...”
12/12/2018 [13:37]:
Qənirə Paşayeva Heydər Əliyevdən yazdı - "Könüllərdə yaşayanlar ölmürlər..."
Bütün arxiv bir sırada
19/01/2018 [14:18] - Köşə - ( 3162 dəfə baxılıb)

Çarşablı ordular və niqablı bombalar...

Zahid Oruc

Yəməndə çarşablı və hicablı taborun etiraz aksiyası dünya mediasının nəzərindən niyəsə yan keçdi.Lakin bu haqda bir az sonra..
Almaniyada Nasional-sosialistləri hakimiyyətə gətirəndə Adolf Hitler tiraniyası yalnız kişi ordularının üzərində qərar tutacağına əmin deyildi.Faşizmin dərin kök atması və insanların bətninə düşərək,münbit zəmində böyüməsi üçün alman qadınını öz müqəddəs sosial missiyasından çıxarmaq tələb olunurdu.”Kinder,kürche,kirche-uşaq,mətbəx,kilsə” şüarını ideal ailə modeli sayan böyük bir toplum mənəvi metamorfozaya uğrayaraq,yaxınlaşmaqda olan apokalipsisdən xəbər verirdi.
Liderlərini sevən və Fürerə sonsuz inamına görə ölümə hazır olan minlərlə fraunun ölüm eskadronlarına çevrilərək,döyüş səngərlərinə atılması nəinki bir xalq,o cümlədən,bəşəriyyət üçün yaxşı heç nə vəd edə bilməzdi.Təəssüf ki,nasizmin simasını təşkil edən holokostlar, osvensemlərdə rol almaqdan qətiyyən çəkinməyən qadınlar öz həmcinsləri ilə yanaşı,Reyxin cəsədlər üzərində qurulmuş imperiyasının vizit kartları sayılırlar.Bəli,neyləmək olardı,dövr beləydi.Kim daha amansız olurdusa,onu sosial-dini-cinsi fərqindən asılı olmayaraq, mükafatlandırırdılar.
Zərif qadın simaları edam konvenyerlərini işə salarkən qəddarlaşır,öz mübhəmliyini və təravətini itirir, beləcə,canlı aləmi yaratmaq və var etmək təyinatından uzaq düşürdülər.Ona görə də müharibəni kişi sənəti sayanlar qadın üzlü konslagerləri,”köməkçi batalyonlar”ı və adamları diri-diri yandıran domna peçlərini hansı əllərin qaladığının üzərindən sükutla keçə bilməzlər.Arxa cəbhənin-evin-ailə qalasının istilik,rahatlıq və hüzur mənbəyi dönüb olmuşdu “ölüm mələyi”..
Budur,üstündən 70 il keçəndən sonra faşizmin irsini yaşadan dövlətlər yenidən meydanlara “Kalaşnikov” avtomatı ilə silahlanan qadın və uşaqları ilə itələyiblər.Baxın,o körpələrə, hələ qabıqdan yenicə çıxmış o məsum balaların “evcik oyunları” necə qorxulu olurmuş.Fürer yolunda qurban gedənlərin əməlləri ondan böyük ideallara tapınanların timsalında yaşayır və inkişaf edir.Peyğəmbər torpağında,onun müqəddəs buyruqları naminə ölməyə hazır olanların bir dəstəsi “qara çadraları” əsil zirehə çevirərək,döyüşə atılıblar.Axı ”Allahü-əkbər”in sədaları din libaslarını hərbi mundirlərə dəyişənlərə daha böyük güc verir.
Elə bil ağızlarından hələ süd iyi kəsilməyənlər,barıt qoxusundan ötrü susayıblar.Dünyanı hansı gözəlliyin xilas edəcəyini deyirdi,böyük Dostoyevski? Dünənə qədər məktəb və mədrəsələrdə müqəddəs kitabların ayələrini höccələyənlər,indi “ölüm marşları” oxuyur. Onların “cihad müharibəsi” dərslərini harada öyrəndiyini isə soruşmağa heç lüzum yoxdur.
Yəmən torpaqlarında yüz illərdi ki,müxtəlif tayfa və birliklərin yaşamaq uğrunda mübarizəsi gedir.33 illik avtoritar idarəçilikdən sonra 25 milyonluq bir xalqın qalxıb Ali Abdullah Salehi hakimiyyətdən devirməsi xoşbəxtlik əvəzinə bəla gətirib və son 7 ildir ABŞ,Səud Krallığı və İran arasında gedən savaşın mərkəzində minlərlə adam can verir.
500 min kvadrat kilometrdən artıq əraziyə malik olan və müxtəlif təbii sərvətlərlə zəngin torpaqların üstündə bir vaxtlar Osmanlı və İngilis imperiyaları öz xanədanlarını qurmuşdular. Lakin zəif dövlətçilik ənənələri və əhalinin hədsiz yoxsulluğu üzündən orada sabit rejim formalaşdırmaq mümkün olmadı.
İndi isə Salehdən sonra qaçmış prezidenti taxt-taca oturtmağa çalışan,lakin Yəmən dövlətini özündən hər zaman zəif və asılı görmək istəyən Səud Kraliyyəti ilə,ölkədəki şiə azlığı üzərindən Yaxın şərqdə möhkəmlənməyə çalışan və inqilab, nüfuz, maraqlar uğrunda çarpışan İran arasında əsil qanlı döyüşlər gedir.Elə üsyançı əhalinin ideologiyası və bayrağı da sanki islam Xilafətinin dövrünü xatırladır.Şiələr onların mübarizələrinə bir vaxtlar başçılıq edən və 2004-cü ildə qətlə yetirilərək müqəddəsləşdirilən Hüseyn əl Husinin adı ilə silaha sarılıblar. Hərçənd savadsız kütlələrin nəzərində indiki husilərlə,imam Hüseyn arasında bir əməl,iman və ruh birliyi mövcuddur.Ona görə də Livanın Hizbullahı, Fələstinin Həması,İraq və Suriyada Əl Qüds ordularını silahlandırıb dünyadakı yerini qorumağa çalışan Xamneyi İranı döyüşün ön cəbhəsinə indi də “niqablı bombaları” atıb.Doğrusu,İŞİD virusunun heç vaxt məhv olmayacağını və onun qara bayrağını öz çarşabları ilə canlarında daşıyanların böyük ordusu ilə əhatə olunduğunu deyənlər,qətiyyən yanılmayıblar.Zülmət və buxov içərisində yaşayan xalqların hamısı kiminsə ideologiyasının və mənafeyinin əsiri olmağa məhkumdular.

Tarixin döyüş səlnamələrini yaradan ədiblər belə qadın sifətlərini yalnız o vaxt yada salıblar ki,cəmiyyətin ölmüş hislərini oyatsınlar.Lakin indi əksinə,dünyaya “sülh kitabı” gətirənlərin öz vətənlərində gözəllik və ilham mənbəyi olan zəif məxluqların əlləri tətikdədir.Paris və Berlindəki həmyaşdıları kimi qayğısızlardan fərqli olaraq,müsəlman qadını və qızı əminamanlığı kitabda deyil,”Kalaşnikov avtomatı”nın lüləsində görür. Qara çarşabın əsarətində inildəyənlər əsil həqiqətdə orta əsrdən 21-ci yüz ilə heç keçməyiblər.Çünki zəka və şüur hələ də peyğəmbər zamanının pislikləri içərisində qalıb.
Dünyada bir qayda olaraq,məscidlərə,kilsələrə qarşı vandalizm hər zaman pislənilir.Bəs,”Allah evi”ni silah cəbbəxanasına və təlim düşərgəsinə çevirənlərin cəzası sizcə nə olmalıdır?Ağzı dualı imamlarımız hazırladıqları kamikadzeləri min illərdi ki,cənnətə göndərməkdən yorulmadılarmı?
Bəs kral və ayətullahların övladları niyə onların sırasında deyillər? Halbuki sərvətləri ilə saray dustağına dönmüş vəliəhdlər niqabla silahı,hicabla qılıncı birləşdirərkən inandıqları qüvvəyə qarşı küfr etdiklərinin fərqindədilər.Amma kimsə döyüşüb,həmişə ölməlidir axı..

Görün,islam qadınını hansı obraza gətirib çıxardılar.İranın “Səhər” kanalı ilə dünyaya nümayiş olunan bu səhnələr az sonra milyonlarla kütləni ehtizaza gətirmək üçün təbliğat ürünü kimi müqəddəsləşəcək və sizin indi ekranlarda gördüyünüz o çocuqlar sabahın qara haşiyələrində “Zeynəb” deyə ağı söyləyənlərin sitayiş obyektinə dönəcəklər.Onda nümayişkəranə şəkildə kəsilən başları və üstündə diyirlənən hicabları görəndə analıq missiyası daşıyan dünya qadınının yer üzünə “son” gətirəcəyinə əmin olarsız.
Gəlin,qəbul edək ki,dövlətsiz torpaq vətən olmaqdan çıxır.O üzdən ərəb qızlarını silahla küçələrə atan və onu dünya müsəlmançılığının simasına çevirənlər,qətiyyən Sorbonnaya və Kembricə bir sənalı,mədinəli,təbrizli övrətini göndərməzlər.Çünki çadra köləliyindən işığa çıxan və elm alan fidanlar gələcəkdə despot hakimiyyətlərinə təhlükə törədəcəklər. Haqqını dərk edən və savadlı qadın hərbi taborlarda yer alanda silahını birinci öz istismarçılarına qarşı çevirəcək. 
Gerçəkdənmi din xilas edir-yoxsa,səngər qazmağa,təlim keçməyə,barıt qoxusunu üstünə tökməyə təşfiq edir?Çətin sualdır.Kim inkar edə bilər ki,ərəb qadını min illərdi namaz üstündəki dualarla bir-birinin qanını içən oğulları dünya gətirməkdən usanmır.İndi də rollar dəyişib sadəcə-ana bətnlərindən birbaşa qadın batalyonları və taborlar doğulur.Çıxın qarşılayın..
Tarixçilər yaxşı bilir,1944-cü ildə faşizmə qarşı ikinci cəbhəni açmağı hər vəchlə ləngidən və Stalini katolik dünyasının lideri Papa 12-ci Piylə görüşə çağıran Uinston Çörçilə sovet rəhbəri nə demişdi.Guya Avropada humanizm duyğusunu gücləndirmək üçün kilsələrə getməyin və rahiblərlə görüşməyin faydasını sübut etmək istəyən Britaniya baş naziri Kobadan elə bil dərs almışdı ki,ömürlük onu yaddan çıxarmazdı.Stalin Çörçildən soruşmuşdu ki,Vatikanın divizilayarının sayını bilmir,neçədir?

Bəli,indi rahibə qadınlar da müharibəyə fitil qoyur,islam anası da savaş istəyir.Yer üzünün əşrəfi olmaqdan daha yuxarı rütbələr varmış,sən demə.
Hicablı qadın və qızların silahlı qələbəsi dinin,insanlığın və bəşəriyyətin ən böyük məğlubiyyəti olar!

Zahid Oruc, Millət vəkili

1 ton şokolad yola dağıldı - FOTO
5 yaşlı uşağa əməliyyat zamanı oksigen əvəzinə azot verildi - DƏHŞƏT...
Bədəninə 30 santimetr uzunluğunda polad çubuq sancıldı - DƏHŞƏT...
Sənət əbədidir, ömür əmanət...
“Bütün yaradıcılığım Trampa görə arxa plana keçib, bu çox pisdir” - Emin Ağalarov
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Ədəbiyyat bu dünyanın maddi hadisələrinə biganəlikdir, amma bu o demək deyil ki..."
Dünya
“Kişini hansı qadınla tutsalar, onunla da evləndirirlər...” - Qədim qəbilənin bağışlanmayan adətləri...
Cəmiyyət
“Onun tapşırığından bir gün sonra mənə xalq artisti adı verdilər...” - Heydər Əliyevlə bağlı xatirə...
Köşə
Zırramanın biridir, amma özünü alim kimi göstərir...
Araşdırma
Arktika planetin qalan hissəsindən iki dəfə daha tez “isinir”miş - ARAŞDIRMA...
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
Putin Paşinyandan niyə çəkinir?
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
Gələcək intim necə olacaq? - Alimlərdən maraqlı açıqlama...
Tramp ata Buşun dəfnində yarıməsrlik ənənəni pozdu - FOTO+VİDEO
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
Arif Əsgərov hardan biləydi ki, baldızı oğlu təhlükəli sularda üzür: Bir həbsin izi ilə...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə