Xəbər lenti
28/05/2018 [09:08]:
23 aydan ƏBƏDİYYƏT düzəldənlər - AXC qəhrəmanları, kimlikləri, məzarları
28/05/2018 [09:05]:
Məhəmməd Əmin Rəsulzadənin məzarından eşidilən İNİLTİ
28/05/2018 [09:02]:
Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamam oldu - ŞANLI YUBİLEY
27/05/2018 [23:32]:
"Bu cümhuriyyəti Məhəmməd Əmin bəylər elə dəyərlər üzərində qurmuşlar ki..."
27/05/2018 [23:18]:
Çin ABŞ-ı beynəlxalq hüququ pozmaqda ittiham etdi
27/05/2018 [23:17]:
Çay ilə "yola getməyən" 3 məhsul - Limon, süd və şəkər...
27/05/2018 [23:08]:
"Nəzərə alsaq ki, Azərbaycan Xalq Cümhuriyyətini Rusiya tanımayıb, onda hər şey aydın olar"
27/05/2018 [22:41]:
ABŞ və Şimali Koreya sammiti üçün növbəti addım
27/05/2018 [21:39]:
Əsəddən ölüm mesajı: “Bu, sənin son şansındır”
27/05/2018 [21:04]:
Fransanın xarici işlər naziri Şəhidlər xiyabanında - Fotolar
27/05/2018 [21:03]:
“Həqiqi addımlar atmağın vaxtı çatıb” - Polad Bülbüloğlu
27/05/2018 [20:29]:
"Bizim hər birimiz bu dövləti qorumağa, onun dəyərini, qədrini bilməyə borcluyuq"
27/05/2018 [20:24]:
Həkimlərin iyirmi dəqiqə vaxt verdiyi qız ölmədi- FOTOLAR
27/05/2018 [19:58]:
Bülbüloğlu Rusiyadan əsas gözləntisini açıqladı: “Qarabağ...”
27/05/2018 [19:57]:
UFAZ-da Fransanın Avropa və XİN fondunun arxiv sərgisinin açılış mərasimi keçirildi
27/05/2018 [19:48]:
Tarixçi alim etiraz etdi: "Simvolları bu günə qoymaq olmaz!" (FOTO)
27/05/2018 [19:42]:
Səfir: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həqiqi addımlar atmağın vaxtı çoxdan çatıb"
27/05/2018 [19:39]:
Emin “Xalq artisti” adını almasını belə qeyd etdi - Video
27/05/2018 [19:36]:
Sərxoş sərnişin pivə üçün təyyarəni bir-birinə vurdu – VİDEO
27/05/2018 [19:35]:
UFAZ tələbələri ActİnSpace beynəlxalq yarışının qalibi olub
27/05/2018 [19:28]:
Azay Quliyevin Cümhuriyyət haqqında məqaləsi dünyaca məşhur portalda dərc edildi
27/05/2018 [19:27]:
4 ayda Azərbaycanda 505 traktor, 130 avtomobil istehsal olunub
27/05/2018 [19:22]:
Kənd Təsərrüfatı Nazirliyində yeni – TƏYİNAT
27/05/2018 [19:20]:
Əlixan Səmədov: "Çox sevincliyəm"
27/05/2018 [19:19]:
Azərbaycan və Fransa iqtisadi toplantı keçirəcək
27/05/2018 [19:18]:
Miri Yusifin fəxri ad sevinci – VİDEO
27/05/2018 [18:14]:
Rusiya İngiltərədən üzr tələb etdi
27/05/2018 [18:11]:
Mohammed Salah Dünya Çempionatında oynayacaq
27/05/2018 [18:08]:
Ziyad Səmədzadə qızına görə Prezidentə minnətdarlıq etdi
27/05/2018 [17:58]:
Ağır atletika üzrə yeniyetmələrin birinciliyi başa çatdı
27/05/2018 [17:57]:
Xərçəng xəstələrinin yeni ümidi “Propolis” - TƏBİƏTİN BƏXŞİŞİ...
27/05/2018 [17:49]:
Avtomobil ikiyə bölündü, sürücünü görən donub qaldı... - İnanılmaz görüntü
27/05/2018 [17:45]:
Gündə 6 litr kola içdi, bu hala gəldi - FOTOLAR
27/05/2018 [16:24]:
İsmayıllıda 7 kənd qazsız qaldı, mal-qaranı sel apardı
27/05/2018 [16:22]:
Biləsuvarda 16 yaşlı qız intihar etdi
27/05/2018 [16:20]:
XİN-dən Paşinyanın oğlunun Qarabağda əsgərlik çəkməsi xəbərinə reaksiya...
27/05/2018 [16:16]:
Türkiyənin məşhur aktyoru yol qəzasında öldü
27/05/2018 [16:15]:
Rəsmi Parisdən Ermənistana ÇAĞIRIŞ: “Qoşunlarınızı dərhal Qarabağdan çıxarın!”
27/05/2018 [16:14]:
Sabahın havası - Bakıda 27 dərəcə isti olacaq
27/05/2018 [16:11]:
Fəxri ad alan Könül Kərimova ağladı
27/05/2018 [16:09]:
Ehtiram Hüseynov Riqada “Sarı Gəlin” və “Laçın”ı ifa etdi... - Möhtəşəm (VİDEO)
27/05/2018 [16:06]:
Avronest rəhbərliyindən Diaspor Komitəsinin sədrinə məktub gəldi
27/05/2018 [15:54]:
6 minə yaxın məmur cəzalandırıldı...
27/05/2018 [15:46]:
Suriyada 4 rus hərbçi öldürüldü, 3-ü yaralandı
27/05/2018 [15:44]:
Polisin reydi zamanı sərxoş sürücü: "Pivə içmişəm ki, ağzım qurumasın" - VİDEO
27/05/2018 [15:39]:
Azərbaycanda 60 kənd işıqsız, 7-si isə qazsız qaldı
27/05/2018 [15:37]:
Gürcüstanda intihar edən azərbaycanlı tələbə haqda yeni AÇIQLAMA…
27/05/2018 [14:51]:
Aya enən dördüncü adam vəfat etdi
27/05/2018 [14:41]:
BAXCP mayın 28-də Novxanı da Rəsulzadənin büstünü ziyarət edəcək
27/05/2018 [14:08]:
Telefondakı bu proqramlar sizi çox əyləndirəcək - FOTOLAR
27/05/2018 [13:51]:
Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu
27/05/2018 [13:45]:
İlham Əliyev bu məşhurlara fəxri ad verdi - SİYAHI
27/05/2018 [13:26]:
Məmmədyarovla Drian bir araya gəldi
27/05/2018 [13:20]:
Azərbaycan prezidenti Fransaya səfər edəcək
27/05/2018 [12:57]:
Ronaldu “Real”dan getmək istəyir
27/05/2018 [12:50]:
Qorxunc xəbərdarlıq: - Rusiya elə silah hazırlayır ki...
27/05/2018 [12:39]:
Yəməndə neft şirkətinə hava zərbələri endirilib -Ölənlər və yaralananlar var
27/05/2018 [12:37]:
II Dünya müharibəsində tərk edilmiş sığınacaq... - FOTOLAR
27/05/2018 [12:36]:
100 yaşlı bayrağı təslim alan tədqiqatçı: “Novruz müəllimə əmanətin məndə olduğunu dedim”
27/05/2018 [12:22]:
Rus muzdlularla ABŞ kommandosları arasındakı döyüşün şok TƏFƏRRÜATLARI
27/05/2018 [12:12]:
Məşhur cütlük Fransada evləndi - Fotolar
27/05/2018 [12:08]:
İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib
27/05/2018 [12:07]:
Bahalı toy etdilər, pulunu da verməyib qaçdılar
27/05/2018 [12:04]:
“Real & Virtual PR” adlı təlim keçirildi - FOTOLAR
27/05/2018 [11:56]:
Azarkeşlər “Real”ın kapitanını təhqir edir
27/05/2018 [11:51]:
Fransanın XİN rəhbəri Bakıya gəlib
27/05/2018 [11:50]:
Dünyanın ən ucuz şəhərləri - Səyahət paketləri
27/05/2018 [11:35]:
Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi
27/05/2018 [11:34]:
Prezident təhsillə bağlı gözləntilərini açıqladı
27/05/2018 [11:31]:
Yunanıstanda avtobusu ildırım vurub – FOTOLAR
27/05/2018 [11:21]:
Dünyaya gələcək körpələrin ana bətnində maraqlı görüntüləri - FOTOLAR
27/05/2018 [11:16]:
Bir şüşə şərab 120 min dollara satıldı
27/05/2018 [11:03]:
Gürcüstan NATO-ya daxil olacaq
27/05/2018 [10:52]:
Bu filmə baxanda dəhşətə gəldim – Ayaz Salayev
27/05/2018 [10:50]:
ABŞ uduzdu: "Türkiyə əsas hədəfinə çatır"
27/05/2018 [10:44]:
Filmlərdə çəkilən altı əfsanə otel- FOTOLAR
27/05/2018 [10:37]:
Saqqızın köməyilə arıqlamaq olar - Bir şərtlə ki...
27/05/2018 [10:31]:
Rusiya Türkiyəyə milyard dollar ödəyəcək
27/05/2018 [10:21]:
Fuad Muradovun Türkiyəyə səfəri başa çatıb
27/05/2018 [10:20]:
İrlandiya aborta icazə verdi - 35 illik qadağa ləğv edildi
Bütün arxiv bir sırada
19/01/2018 [14:26] - Ədəbiyyat - ( 2594 dəfə baxılıb)

Çəmənzəminlinin dözə bilmədiyi dəhşətli insan əzabları, acı mənzərələr - Romandan parça




2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilib. Qeyd edək ki, bu ilin mayında həmin şanlı tarixin-Azərbaycan Cümhuriyyətinin əsasının qoyulmasının-100 illik yubileyi tamam olur. Yüzillik yubileylə də bağlı ötən il sərəncam verilmişdi.

Moderator.az artıq neçə aydır ki, bu mövzu ilə bağlı silsilə yazılarını davam etdirir. Həmçinin, ADR mövzusunın ədəbiyyatda, kinoda bir o qədər də çox işlənmədiyini bir iki-dəfə qabartmışdıq. 
Əksəriyyət Cümhuriyyət barəsində son zamanlar yazılan heç bir böyük romanın olmadığını düşünür. Nəinki son zamanlar, ümumiyyətlə, bu məzmunda heç bir romanın olmadığı vurğulanır. 
Lakin yazıçı-tərcüməçi  Nəriman Ədürrəhmanlı Moderator.az-a açıqlamasında bunun əksini söyləyir və iki il bundan əvvəl yazdığı “Qurban” romanında Cümhuriyyətə aid xeyli maraqlı məsələlərin işıqlandırdığını bildirib:

“Cümhuriyyətin Ukraynadakı, Krımdakı, İstanbuldakı səfiri Yusif Vəzir Çəmənzəminlinin həyatı, Cümhuriyyət hökumətinin xaricə təhsil almaq üçün göndərdiyi 100 nəfər tələbənin taleyi, sovet quruluşuna qarşı aparılan gizli mübarizə, Cümhuriyyət tərəfdarlarının repressiyalara məruz qalması romanın başlıca mövzusudur. Romanda Cümhuriyyətin qurulması və süqutu da kifayət qədər təsvir olunub. Hamısı da tarixi faktlara, hadisələrə söykənir”.

Qeyd edək ki, Moderator.az müəllifin əsərindən Cümhuriyyətlə əlaqəli, yuxarıda adı çəkilən hissələri mətn formasında bir-bir təqdim edəcək.

I Fəsil-Cümhuriyyət elçisi-II Hissə


Rusiyadakı  vətəndaş müharibəsi üzündən Bakıyla əlaqənin kəsildiyi o həyəcanlı günlərdə özünə yer tapa bilməmişdi. Artıq ölkəmin Məslisi-məbusanı ”“ parlamenti fəaliyyətə başlamış, Milli hökumət bütün çətinliklərə baxmayaraq, quruculuq işlərinə girişmişdi. Belə bir vaxtda Yusif Vəzir Feodosiyada çıxış yolu axtarmış, normal fəaliyyəti üçün şərait yaradılacağına ümid bəsləmiş, Ağməsciddə - Simferopolda “Millət” qəzetinə Azərbaycan türkləri, Litva tatarları barədə məqalələr yazmış, kitab nəşr etdirmişdi. “Azərbaycan” qəzetinin fevral saylarında “Xarici siyasətimiz”, sonra da “Millli-mədəni işlərimiz” məqalələri çap olunmuşdu.  
       “Mən bolşevizmə ziddəm. Bolşevizm heç bir millət üçün, xüsusən bizim kimi əsarətdən yenicə xilas olmuş millətlər üçün heç bir səadət gətirməz. Bolşevizmin sonu hərc-mərclikdir. Biz gərək bolşevizmin öz vətənimizə gəlməsinə bütün ciddiyyətimizlə mane olaq”. Bu fikirləri də o vaxt yazmışdı.
         Elə o vaxt ”“ 1919-cu il yanvarın 19-da Milli hökumətin başçısı Fətəli xan Xoyski Krım Milli Direktorluğuna məktub göndərmışdi: “...mən hökumətin 1 noyabr 1918-ci il tarixli qərarına əsasən Mir Yusif Vəzirova Azərbaycan Demokratik Cümhuriyyətinin Krım hökuməti yanındakı nümayəndəsi olmağı tapşırmışam”. Yusif Vəzirsə 1919-cu il fеvralın 3-də Ð¥arici İşlər Nazirliyinə yazdı: “On beş gün bundan əvvəl hökumətimizin diplоmatik nümayəndəsi təyin еdildiyimi bildim. Bu barədə Ñ…əbəri mənə Simfеrоpоla gələn Kiyеvdəki Azərbaycan Kоlоniyasının еlçisi çatdırdı. Təəssüf ki, bu barədə hökumətimiz tərəfindən göndərilən rəsmi sənədi indiyədək ala bilməmişəm”. Bir neçə ay da Krımda qaldı, yоllar təhlükəli оlduğundan, Kiyеv ətrafında qırmızılarla Ukrayna Milli Hərəkat qüvvələrinin arasında qanlı döyüşlər gеtdiyindən məqam gözlədi ki, Kiyеvə qayıdıb vəzifəsinə başlasın. Amma bolşeviklər şəhəri tutmuşdular, bir daha Kiyеvə qayıda bilmədi.
         Bakıya getmək ümidilə artıq müttəfiqlərin donanmasının nəzarətində olan Odessaya yollandı. Amma burda tamam gözləmədiyi vəziyyətlə qarşılaşıb öz dərdini unutmuşdu: şəhərdə yaşayan həmyerliləri Vətənə getmək, ya da acından ölməmək üçün ondan kömək umur, bəziləri də səfir kimi ticatət elədikləri malların  göndərilməsini belə tələb eləyirdilər. Bir neçə nəfərə kömək eləməyi bacardı, əlyazmalarının bir hissəsini “Azərbaycan” qəzetinə, Üzeyir bəyə göndərib bir qədər təskinlik tapdı, amma bütün bunlar düşdüyü çıxılmazlığın miqyasını daha da artırırdı: hökumət diplomatik nümayəndələiyin təşkili məsələsini həll eləyə bilmirdi.
       Üstəlik, Odessada hərc-mərclik başlandı, həyatı hər dəqiqə təhlükə altındaydı. Qırmızılarla ağlar atışırdılar, bu vəziyyətdən istifadə eləyən quldurlar, soyğunçular, qatillər özlərini şəhərdə çox rahat hiss eləyirdilər. Artıq ilk fürsət düşən kimi, Bakıya qayıtmaqdan başqa çıxış yolu yox idi. Vəziyyət hökumətə göndərdiyi məktubda da yazmışdı:  “Şəhərin vəziyyəti büsbütün alt-üst olub, hər zaman, xüsusən də gecələr kefli əsgərlər güllə atır, xalqın rahatlığını pozurlar.”
         Belə bir vaxtda - aprelin 15-də Milli hökumətdən yeni təyinat aldı: artıq Azərbaycan Demokratik Cümhuriyyətinin Ukrayna, Polşa və Krım respublikalarındakı diplomatik nümayəndəsiydi.
        Amma nümayəndəliklərin işini qurmaq üçün vəsait çatışmırdı, bina və avadanlıq almaq, yaxud kirayə götürmək, əməkdaşlara maaş verməyə pul yox idi. Yenə hökumətə məktub yazmaq məcburiyyətində qaldı: “...Odessada Azərbaycan konsulluğunun yaradılması üçün çoxlu pul lazımdır, ondan ötrü bina və avadanlıq lazımdır. Xahiş edirəm, tutduğum vəzifərə görə mənə müəyyən məvacib verəsiniz. İşçilərin ştatını isə Sizə göndərirəm. Odessada pulsuz və böhranlı vəziyyətdə yaşayıram. Ayda 1200 manat mənzil pulu verirəm, çörəyin girvənkəsi isə 20 manatdır.” O məktubunda Ukrayna və Polşadakı nümayəndəliklərə münasib adamlar da təklif eləmişdi. 
        Bununla belə, hökumət onun fəryadına fikir verəcək vəziyyətdə deyildi, bu səbəbdən də vəziyyət bir qədər yaxşılaşandan sonra Vətənə getməyi qət elədi: belə bir vaxtda uzaq məmləkətdə quru əllə təbliğat işlərilə məşğul olmaq ondan ötrü dözülməz idi, qaynar həyatın ortasında olmaq milli dövlət quruculuğuna əlindən gələn  köməyi göstərməliydi. 
        Sənədlərinin bəziləri, arxivinin böyük bir hissəsi qırmızıların güdazına getdi, amma çətinliklə də olsa, mayın ortalarında Odessadan İstanbula yola düşən “Boris” bolqar gəmisinə ucuz bilet tapa bildi. Mayın 18-də gəmi Halki adasına yan alanda artıq əzablarının arxada qaldığını düşünürdü. Son günlər Osmanlı məmləkətində baş verənlərdən də onda xəbər tutdu. Almaniyanın təslim olmasından sonra Osmanlı dövləti müttəfiq güclər qarşısında müdafiəsiz qalmışdı. Lemnos adası sahilində - Mudros şəhəri yaxınlığında lövbər salan Britaniya gəmisində bağlanmış müqavilə açıq-aşkar məmləkətin işğalı demək idi. O anlaşmadan cəmi iki gün sonra “İttihad və Tərəqqi”nin başçıları, Tələt Paşa və Ənvər Paşa da daxil olmaqla Almaniyaya qaçmış, noyabrın 13-də ingilislərin, fransızların, italyanların qoşunları İstanbula girmiş, Fateh Mehmetin fəthindən bəri ilk dəfə şəhərə düşmən əsgərinin ayağı dəymişdi.
        Bunun ardınca ingilislər İstanbula qoşun göndərmiş, ardınca fransız və italyan əsgərləri gəlmişdilər. Osmanlı ordusu buraxılmış, tuthatut başlanmış, ittihadçılar üzərində məhkəmə qurulmuş, Mədinə mühafizi Fəxri Paşa, On ikinci Ordunun komandanı Ali İhsan Paşa və hərbiyyə naziri Mərsinli Camal Paşa kimi yüksət rütbəli şəxslər Maltaya sürgün olunmuşdular. Yalnız Sultanın şəxsi mühafizləri olan yeddi yüz nəfərlik dəstə qalmışdı. Yunanlar Ayasoyanın qübbəsinə zəng taxmaq fikrinə düşəndə Vahidəddin xan həmin dəstəni onlara qarşı göndərmişdi. Parisdə keçirilən Sülh konfrasında İngiltərə və Fransa Osmanlı torpaqlarını özlərinə sərfəli şəkildə bölüşdürməyə çalışırdılar. Bu vaxt yaranacaq erməni, kürd, ərəb, Mesopotamiya, Suriya və Hicaz dövlətləri problemi ortaya çıxmışdı.
       “Halki Palas” otelində yerləşəndən sonra gəminin Batuma yola düşəcəyi günü gözləməyə başladı. Elə onda da Əhməd bəy Ağaoğlunun həbs edildiyini öyrəndi. Əhməd bəy Istanbul Darülfünununda müəllimlik eləyirmiş, elə o vaxt da “İttihad və Tərəqqi” cəmiyyətinə qoşulmuş, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi müşaviri olmuşdu, ordu Azərbaycandan çıxanda  Milli hökumət başçıları onu çox dilə tutsalar da İstanbula qayıtmışdı.  
        Səlahiyyətlərinə daxil olmasa da, xarişiyyə vəkili Əhməd Fərid bəyin hüzuruna gedib Ağaoğlunun həbsinə etirazını bildirməyi özünə borc saydı. Fikrincə, Şuşadan tanıdığı, ağlına, savadına, millətpərvərliyinə heyranlıq duyduğu “firəng Əhməd” Osmanlı dövləti və müttəfiqlər üçün qorxulu şəxs deyildi. Amma Əhməd Fərid bəy müttəfiqlərin tələbilə gerçəkləşdirilən bu məsələdə əlacsız olduğunu, heç bir kömək göstərə bilməyəcəyini etiraf elədi.
       Həmin “Boris” gəmisilə Batuma, qatarla Tiflisə, ordansa, nəhayət, Bakıya gəlib çıxanda qəlbində Əhməd Ağaoğluna kömək eləyə bilməməyinin dözülməz ağrısı vardı. 
       

Telefondakı bu proqramlar sizi çox əyləndirəcək - FOTOLAR
Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu
II Dünya müharibəsində tərk edilmiş sığınacaq... - FOTOLAR
Dünyanın ən ucuz şəhərləri - Səyahət paketləri
Qadın evinə çağırdığı ustanı zorladı - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Sərxoş sərnişin pivə üçün təyyarəni bir-birinə vurdu – VİDEO
Cəmiyyət
Azay Quliyevin Cümhuriyyət haqqında məqaləsi dünyaca məşhur portalda dərc edildi
Maraqlı
Xərçəng xəstələrinin yeni ümidi “Propolis” - TƏBİƏTİN BƏXŞİŞİ...
Cəmiyyət
Ehtiram Hüseynov Riqada “Sarı Gəlin” və “Laçın”ı ifa etdi... - Möhtəşəm (VİDEO)
Dünya
Bahalı toy etdilər, pulunu da verməyib qaçdılar
Həftənin ən çox oxunanları
Azərbaycan ordusu Naxçıvan istiqamətində irəlilədi- Böyük ərazini nəzarətə götürdü
Ərinin dostu tərəfindən aldadılan, həbsxanada uşaq dünyaya gətirən və nəhayət, əfv edilən qadının HƏYAT DRAMI
"Bu adam görün nə qədər ləyaqətsizdir ki, öz xalqını erməninin ayağına verir"
Bundan sonra manqaldan kənar gəzəcəksiniz: Alimlər kababın yeni təhlükəsini aşkarladılar...
Qarabağda neytral zona daralır, təmas xəttində istehkamlar tikilir – Hədəflər raketlə VURULACAQ
Korrupsionerin evindən çıxan pullar hamını heyrətləndirdi...- FOTO
"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"
“Mən gərək Şuşada qalaydım, orada da öləydim...”- Rəhim Qazıyev
“Xaricdə bank vətəndaşlara, bizdə isə vətəndaşlar banklara yalvarır”
"Ermənistanda Naxçıvan daha populyardır, çünki…" -Ehtiyatda olan polkovnik
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin