Xəbər lenti
26/02/2018 [00:50]:
Bürclər - 26 FEVRAL
26/02/2018 [00:23]:
Xocalı soyqırımından 26 il ötür
26/02/2018 [00:18]:
Rektorun biabırçı düzəlişi – Onların bu faciənin tarixini bilmədiklərinə inanmaqdan başqa çarəmiz yoxdur
26/02/2018 [00:17]:
Bizə “qorxaq nağıl qəhrəmanı” deyən erməni nazirin cavabını kim verəcək?
25/02/2018 [23:56]:
Cümhuriyyət pulunun rəsmi kursu - dollar, rubl və sterlinqə görə mövqeyi
25/02/2018 [23:34]:
Fərid Əlizadə: “Mən Alpaquta xəyanət edə bilmərəm”
25/02/2018 [23:23]:
Azərbaycan üçün multikultural siyasət niyə vacibdir?
25/02/2018 [23:14]:
Türkiyə yeni avtomat silahını təqdim etdi: "Biz tüfəngimizə güvənirik"
25/02/2018 [22:47]:
“Səni aparıb nəvələrimin yanında başını kəsib oğlumun qisasını alacam...”
25/02/2018 [22:35]:
Türkiyə Çexiyadan PYD-nin sabiq liderinin ekstradisiya olunmasını tələb edir
25/02/2018 [22:30]:
Putindən sonrakı Rusiya necə olacaq?
25/02/2018 [22:24]:
Silinməyən izlər... - VİDEO
25/02/2018 [22:04]:
Trampın reytinqi rekord həddə düşdü
25/02/2018 [21:47]:
Ərdoğan Salih Müslümün həbsini alqışladı
25/02/2018 [21:28]:
Rektor Xocalı soyqırımının tarixini səhv dedi - KİV-lər bu səhvi təkrarladı
25/02/2018 [21:18]:
Sevgilisinin oğlunu təcavüz edib yandırdı - Ana cəsəddən qurtulmağa kömək etdi
25/02/2018 [21:17]:
İraqda 16 türk qadın ölüm cəzasına məhkum edildi
25/02/2018 [21:15]:
Dağdan qopan nəhəng qaya yola düşdü - VİDEO
25/02/2018 [21:03]:
Boğazındakı iynə 19 il sonra çıxarıldı - Fotolar
25/02/2018 [20:52]:
Ermənistan silkələndi
25/02/2018 [20:50]:
Putindən Fransa və Almaniya liderlərinə vacib zəng...
25/02/2018 [20:42]:
TRT Xocalı həqiqətlərini dünyaya yaydı – VİDEO
25/02/2018 [20:39]:
Ərdoğanı mitinq zamanı qorxudan hadisə...- VİDEO
25/02/2018 [20:31]:
Yaralı olaraq uzun müddət xilas edilməyi gözlədi - FOTO
25/02/2018 [20:24]:
İstanbulda Xocalı abidəsinin açılışı oldu - FOTOLAR
25/02/2018 [20:19]:
Çirkli su üçün kilometrlərlə yol qət edirlər - FOTOLAR
25/02/2018 [20:08]:
Kadırovun Latviyaya girişinə qadağa qoyuldu
25/02/2018 [19:55]:
Ərdoğana “Marşal” rütbəsi verilsin - Xalq tələb etdi
25/02/2018 [19:45]:
Əməliyyat zamanı unudulan iynə boğazdan 18 ildən sonra çıxarıldı - FOTO
25/02/2018 [19:42]:
Amerika şirkətinin Laçının Əhmədli kəndində tikdirdiyi məktəb - FOTO+VİDEO
25/02/2018 [19:40]:
"Niva"nın yaradıcısı dünyasını dəyişdi
25/02/2018 [19:39]:
İlham Əliyev Amerika Yəhudi Komitəsinin prezidentini qəbul etdi
25/02/2018 [19:33]:
Əcnəbilər azərbaycanlı qızlarda nələri bəyənmir? - 8 DAVRANIŞ
25/02/2018 [19:21]:
"Biz yazarların çiyninə bu məsələdə çox böyük işlər düşür” - AYB-nin komissiya sədri
25/02/2018 [19:19]:
Rusiya qisasını aldı: Suriyada iki minə qədər Amerika əsgəri məhv edildi
25/02/2018 [19:18]:
"Bu bayraq da bizim bayrağımızdır" - Türk komutandan Azərbaycana jest
25/02/2018 [19:03]:
Soyqırımla bağlı "Xocalının səsi ol" adlı beynəlxalq videoçarx hazırlanıb - VİDEO
25/02/2018 [18:40]:
Xəstəlik əməkdar artisti tanınmaz hala saldı - VİDEO
25/02/2018 [18:34]:
AMİP-in üzv olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) Qurultayı keçirildi
25/02/2018 [18:33]:
Yapon alimləri qripi bir günə tam sağaldan dərman hazırladı
25/02/2018 [18:24]:
İlham Əliyev Amerika Yəhudi Komitəsinin prezidentini qəbul etdi
25/02/2018 [18:16]:
Türkiyə “Zeytun budağı”nın birinci mərhələsini başa çatdırdı
25/02/2018 [18:04]:
Sürücülərin DİQQƏTİNƏ: Sabah Bakıda bu yollar BAĞLANACAQ
25/02/2018 [18:00]:
Rusiya müxalifəti küçələrə çıxdı - VİDEO
25/02/2018 [17:59]:
Türkiyə parlamenti Xocalıya görə Ermənistanı pisləyən bəyanat yaydı
25/02/2018 [17:53]:
İki kərgədanın ölüm-dirim savaşı - VİDEO
25/02/2018 [17:53]:
Sənət adamlarının ailələrinin dağılma səbəbləri: “Soyunub kişi ovuna çıxırlar”
25/02/2018 [17:48]:
ABŞ və Avropa meydan oxuya bilmir – Sualtı gəmi böhranı
25/02/2018 [17:42]:
Fransada 2 terror aktının qarşısı alındı
25/02/2018 [17:39]:
"350 min afrinli öz torpağına qayıdacaq" - Baş nazirdən açıqlama
25/02/2018 [17:35]:
İran Suriyada atəşkəs elan edilməsinə qarşı çıxdı
25/02/2018 [17:27]:
Torpaq üstündə dava qanla bitdi - 4 ölü, 2 yaralı
25/02/2018 [17:20]:
“Çempionluq yarışından ayrılmayacağıq” - Fariz Nəcəfov
25/02/2018 [17:19]:
Rusiya hərbi sənayesinin daha bir uğuru: İldırımsürətli pilotsuz helikopterlər...
25/02/2018 [17:17]:
Emrahdan konsert üçün qeyri-adi tələb
25/02/2018 [17:14]:
Daşqınlar nəticəsində 16 nəfər öldü
25/02/2018 [17:10]:
Magistraturaya qəbul imtahanı başa çatdı
25/02/2018 [17:10]:
PYD teror təşkilatının sabiq lideri saxlanılı
25/02/2018 [17:07]:
“Kurtlar Vadisi”nin “Bulut”u Bakıda - Foto
25/02/2018 [17:05]:
TBMM sədri: "Ermənistan rəhbərliyindəki insanlar Xocalı qətliamının törədilməsində iştirak ediblər"
25/02/2018 [17:05]:
Əsəd rejimi Şərqi Qutanı bombaladı - 32 dinc sakin öldü
25/02/2018 [17:03]:
İki dost birləşib cinayət törətdilər - Səbaildə
25/02/2018 [17:01]:
“Ukraynaya qayıtmağa hazıram” - Saakaşvili
25/02/2018 [16:55]:
Generallar Xocalıya həsr olunmuş sərgidə - Foto + Video
25/02/2018 [16:53]:
Ölümündən 2 il ötdü... - Foto + Video
25/02/2018 [16:48]:
Qənirə Paşayeva İstanbulda Xocalı soyqırımı ilə bağlı tədbirdə keçirdi - FOTOLAR
25/02/2018 [16:37]:
42 yaşlı qadın intim videosu ilə şantaj edildi - Cinayət işi
25/02/2018 [16:19]:
XXIII Qış Olimpiya Oyunları başa çatdı
25/02/2018 [16:16]:
ADP imzatoplama kampaniyasına start verdi
25/02/2018 [16:10]:
Türkiyədən dünyaya çağırış: Xocalı faciəsi...
25/02/2018 [16:09]:
Türk ordusunun son zəfəri: Afrinin xəritəsi dəyişdi – FOTO
25/02/2018 [16:07]:
Oğlunu bacısıgilə göndərib sevgilisi ilə görüşən qadın öldürüldü – TƏFƏRRÜAT
25/02/2018 [16:06]:
Tovuzda öldürülən ər və arvadı dəfn edildi
25/02/2018 [15:34]:
Bakının ən məşhur heyvan sığınacağı bağlanır – FOTO
25/02/2018 [14:32]:
"Nə dinlərin, nə filosofların mərhəmətə çağırışı insan oğlunu dəyişdirə bilmədi"
25/02/2018 [14:21]:
"Bütöv Azərbaycan məsələsi Şəhriyarın yaradıcılığında” mövzusunda diskussiya keçirildi
25/02/2018 [14:09]:
“Əlif üçün ağlamıram...” - Milli Qəhrəmanın bacısı
25/02/2018 [13:40]:
Adnan Oktardan şok: Ermənilərlə qardaş olacağıq - Video
25/02/2018 [13:21]:
Sabah hava Bakıda buludlu olacaq, rayonlara yağış və qar yağacaq
25/02/2018 [13:16]:
Şəhid polkovnik-leytenantın 5 yaşlı qızı: "Mənim nə yaşım vardı ki, atam öləndə..."
Bütün arxiv bir sırada
19/01/2018 [16:12] - Müsahibə - ( 1167 dəfə baxılıb)

Deputat Cavanşir Paşazadə: “Onlar pislik etmək üçün yer axtarırlar”



Moderator.az xəbər verir ki, 75 saylı Lənkəran - Masallı seçki dairəsin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunan Cavanşir Paşazadə Modern.az saytına müsahibə verib. 

Onunla söhbəti təqdim edirik:


- Milli Məclisin yaz sessiyası başlayır. Sessiya ərzində hansı qanun layihələrinin qəbulunu vacib sayırsınız? Boşluqlar olan qanunlarımız varmı?


- Parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək. Yaz sessiyası ərzində vacib qanun layihləri qəbul olunacaq. Bu gün iqtisadiyyatın inkişafı, respublikada gedən proseslərlə bağlı bəzi qanun layihələrində boşluqlar var. 5 il bundan əvvəl qəbul olunan qanunlar artıq günümüzə cavab verməyəndə, müəyyən dəyişikliklər edilir. 
Parlament bu işin öhdəsindən yetərincə gəlir, tam gücüylə işləyir. Bizim qəbul etdiyimiz qanunlar təbii ki, xalqa və dövlətçiliyə xidmət edir. 


- Seçiciləriniz sizə daha çox hansı məsələlərlə bağlı müraciət edirlər? 


- Mən mütamadi olaraq seçicilərimlə görüşlər keçirirəm. İnsanlar 10-15 il bundan əvvəl başqa suallar verirdilər. İşıqdan, qazdan, yoldan, bağçaların olmamasından şikayətlənirdilər. Bilirsiniz ki, mənim təmsil etdiyim bölgə kənd təsərrüfatı bölgəsidir. Onların da yay mövsümündə suları, işıqları olmurdu. İndi isə Azərbaycanda belə bölgələr azdır. 
Cənab prezident kənd təsərrüfatı sahəsinə dair bir sıra tapşırıqlar verib. Həmin tapşırıqlar həyata keçirilir. Bu istiqamətdə Lənkəranda da böyük işlər görülür. Bu gün vətandaşların sualları əsasən istehsal etdiyi məhsulun satış yeri ilə bağlıdır. Bunu hamı bilir ki, bizim ən böyük bazarımız Rusiyadır. Çünki biz əzəldən öyrəşmişik ki, satışı Rusiyada təşkil edək. Cənab prezident də ölkədə yeni kooperasiyaların açılması ilə bağlı tapşırıqlar verib. Burada əsas məqsəd məhsulların insanlardan alınması və satılmasıdır. Təbii ki, bunlar həyata keçdikdən sonra insanların qayğıları da yüngülləşəcık. 
Heç kimə sirr deyil ki, Cənub bölgəsindən xeyli adam Rusiya bazarlarında işləyir. O adamların da qohum-əqrəbası burada yaşayır. Rusiya bazarlarında işləyənlər Bolqarıstandan, Özbəkistandan  və başqa ölkələrdən alver məqsədilə məhsullar alırlar. Təklif edərdim ki, bunu etməsinlər. Öz qohumları ilə, yəni Cənub bölgəsinin insanları ilə müqavilə bağlasınlar. Onlar məhsulllar yetişən mövsümdə bunu təşkil edə bilərlər. Bu birliyi yaratsalar, insanlara daha da rahat olacaq. 
Hazırda kənd təsərrüfatı sahəsində böyük işlər görülür.Astara, Lənkəran, Masallıda çay fabrikləri tikilib.


- Sizə ünvanlanan müraciətlərin içərisində qeyri-adiləri də varmı?


- Mənə qeyri-adi müraciətlər də olur. Məsələn, bir vətəndaş məktub yazıb. Müraciətdə cənab prezident, I vitse-prezident də daxil 25 vəzifəli şəxsin adını qeyd edib, lap axırda da deputat kimi mənim adım gəlir. Mən deputatam, xalqın səsini lazımi orqanlara çatdıra bilərəm. Həmişə insanlara deyirəm ki, mənə yalnız özümə ünvanladığınız şikayəti təqdim edin. Mən də lazım olan  orqana çatdıraram. Nazirliyə yazdığı şikayəti mənə ünvanlamağın nə önəmi var?
Elə şikayətçi var ki, deyir uşağı kreditə telefon götürüb, onun pulunu ödəmək lazımdır. 
Kənd yerlərində insanlar toy etmək üçün də kredit götürür. Təmtəraqlı toy etmək məcburi deyil axı. Əgər sənin imkanın 50-100 nəfərə çatırsa, niyə daha böyük miqyasda toy edirsən? “Qonşudan geri qalma” prinsipi ilə hərəkət etmək axırda pis vəziyyətə gətirib çıxarır. 
Belələri də mənə müraciətlər edirlər. Mən də onlara yalnız imkan olanda kömək edə bilirəm. Banklarla bağlı da mənə müraciətlər daxil olur. 
Təklif edərdim kənd təsərrüfatı sahəsində çalışanlara 10 -15 min manat məbləğidə kredit verilməsin. Bəziləri krediti alan kimi həmin pulun 3-4 minini bazarlığa xərcləyir. Sonra da guya, yer əkib-becərəcək, məhsul toplayıb satacaq, krediti qaytaracaq. Atalar misalı var: yağmadı yağış, bitmədi qamış. Ona görə də böyük kreditlər hər adama verilməməlidir. 
Televiziyada kənd təsərrüfatından, iqtisadiyyadan danışanlar elmi dildə söhbət edirlər. Bunu hamının anladığı şəkildə danışmaq lazımdı. Kənd insanları bu üslübu bilmirlər. O, kəndçidi, torpaqla işləyən adamdı. Mütəxəssislər təkcə özünü yox, insanları da fikirləşsə, hamı maariflənər. 


- Cavanşir müəllim, şeyxülislam Allahşükür Paşazadənin qardaşı olmaq sizin daha çox xeyrinizədir, ya ziyanınıza?


- Şeyxin qardaşı olmaq sifarişlə deyil. Mənim əlimdə deyil ki, şeyxin qardaşı olmayım. Təbii ki, şeyxin qardaşı olmağın özü bir qürurdur. Mən bu qüruru 35 ildən artıqdır ki, hiss edirəm. Şeyxin qardaşı olmağın müəyyən qədər özəllikləri var. Bəzi yerlərdə başqaları etdiyi hərəkətləri mən edə bilmirəm, başqalarının dediyi sözü deyə bilmirəm, başqalarının özünü apardığı formada mən özümü apara bilmirəm. Ona görə həm bu tərəfi var, həm də o tərəfi. Mən ən axırda deyərdim ki, şeyxin qardaşı olmaq gözəl bir şeydir. 


- Şeyxlə məsləhətləşmələriniz olur? Sonuncu dəfə onunla nə vaxt görüşmüsünüz?


-  Biz şeyxlə hər gün görüşürük. Elə gün olmaz ki, bir-birimizlə görüşməyək. Ya da ki heç olmaz ki, telefonla danışmayaq. İş günü bitən vaxtlarda harda olsa, mənə zəng edəcək, ya da mən ona zəng vuracam. Söhbətimiz də günün necə keçdiyi, nə iş gördüyümüz barədə olur. Bu, bizdə mütləqdir. 1 il, 2 il, 5 il deyil, artıq ənənə halını alıb. Əgər ya mən ona, ya da o mənə zəng etməyibsə, demək hardasa nəsə çatmır. İstər o, xaricdə olsun, istərsə də mən, mütləq zəng etməliyik. Oğlum bəlkə də həftədə bir dəfə mənə zəng edir. Ancaq biz qardaşlar bir-birimizə hər gün zəng vururuq.


- Azərbaycanda dini ekstremizm, vəhabilik təhlükəsi varmı?


- 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilmişdi. Bu, elə-belə sıradan bir hadisə deyildi. Onda cənab prezident uzaqgörən bir addım atdı. “İslam Həmrəyliyi ili”nin elan edilməsi hər ölkə başçısının gücündə olan məsələ deyil. Azərbaycanda dini durum ciddi nazarət altındadır. Mən bu gün Azərbaycanda vəhabi təhlükəsi görmürəm. 

Hələ 70-ci illərdə Əfqanıstanda, İraqdakı dağıdıcı qüvvələr bu gün də bəzi ölkələri hədəfə alıb. Bir sıra ölkələrdə qardaş qırğını yaşanır. “Demokratiya” deyə çığıran dövlətlərin özlərində demokratiya varmı? Amma başqa dövlətlərdən bunu istəyirlər. XXI əsr dialoq əsrdir. Müharibələrin heç biri dövlətlərə xeyir gətirməz. Mənim qonşu dövlətim nə qədər yaxşı yaşasa, mən də yaxşı yaşayacam. 
Bizim bir Qarabağ problemimiz var. Mən inanıram ki, bu problem də yaxın vaxtlarda öz həllini tapacaq. Biz demokratiyanı qoruyuruq. Ermənistanla müharibə etsək, torpaqlarımızı iki günə geri alarıq. Biz münaqişəni hələ ki dünyanın qəbul etdiyi şəkildə həll etməyə çalışırıq. 
İslamda öldürmək, dağıtmaq yoxdur, ancaq yaxşılıq var. 


- Suriya, İraq və başqa Yaxın Şərq ölkələrində bəzi radikal qruplaşmaların tərkibində azərbaycanlıların da döyüşdüyü faktdır. Sizcə, onlar niyə bu yola düşüblər?


- O insanlar pislik etməyə çalışanlardı. Onlar pislik etmək üçün yer axtarırlar. Və özlərinə məxsus yerlər tapıblar. Onlar həqiqəti müdafiə etmək istəyirlərsə, Qarabağda da vuruşa bilərdilər. Həmin insanların iradəsi düzgün deyil, doğru yoldan sapıblar. Bəziləri hətta ailəsini də ora aparıb. Başlarına min cür hadisə gəlir. Özləri öləndən sonra uşaqları yetim qalır. Bunların qarşısı alınmalıdır. Valideynləri həmin şəxslərlə söhbət etməlidir. Bu çox pis tendensiyadır. Gedib başqa ölkələrdə qırğınlar yaradanlar, başqa ölkənin vətəndaşlarını qormumaq adı ilə oğurluq, banditdik edənlər bizim vətəndaşımız adına ləkə gətiri. Onların ölkəyə gətirilib-gətirilməyəcəyi isə dövlətin siyasətidir. 


- Bir dəfə demişdiniz ki, Quranı oxumamısınız, ancaq kifayət qədər dini bilikləriniz var. Hazırda necə, Quranı oxuyursunuz?


- Biz dünyaya gələndən avazlar, Quran səsi eşitmişik. Mən də çoxları kimi dini adət-ənənələri, Quranı müəyyən qədər bilirəm. Quranı tam olmasa da, müəyyən qədər oxuya bilirəm. Şükür Allah ki, islamçıyam. Quranı özüm üçün müəyyən qədər oxuyuram.
 

- Sizcə, orta məktəblərimizdə dini dərslər keçilməlidir?


- Bu tendensiya başqa ölkələrdə var. Bizdə niyə olmasın? Orta məktəblərə mollalıq formasında yox, islam dinini təbliğ etmək formasında dərslər keçilə bilər. Bu bir anlatma şəklinə olmalıdır. Yəni din nəyi deyir, nəyi öyrədir... Bu gün orta məktəblərdə təhsil alanlar bilsələr ki, doğru yol budur, sonrakı fəsadlar da törənə bilməz.


- Parlamentdə xüsusi hörmət edilən deputatlardan birisiniz. Hətta digər deputat həmkarlarınızdan fərqli olaraq, mühafizə xidmətinin əmakdaşları binaya daxil olan zaman sizə “çest” də verirlər...


- Mən də adi bir deputatam. Heç kimə hörmətsizlik etmirəm. Mən onlara salam verirəmsə, onlar da mənə salam verir. Onlara saymazlıq etsəm, onlar da mənə edəcək. Bu da ola bilsin ki, yaş dövrüylə əlaqədardır. Hər insanın daxilində bir hərəkət var. Mən bu gün onlara necə yanaşıramsa, onlar da mənə elə yanaşır. 


- Qanunvericiliyə görə, deputatın silah almaq hüququ var. Heç silah almaq üçün müraciət etmisiniz?


- Xeyr. Respublikada hərc-mərcliyin olduğu dövrdə deputatın silah əldə etməsi üçün qanunvericilik qəbul edilmişdi. Hesab edirəm ki, indi Azərbaycanda sabitlik mövcuddur və dövlətlə xalq, seçici ilə deputat arasında elə bir uçurum yoxdur ki, mən də silah gəzdirim. Ona görə də silah almağa ehtiyac görmürəm.


- Övladlarınız nə işlə məşğuldurlar?


- 3 övladım var: 2 oğlan, 1 qız. Oğlumun biri polisdə işləyir. Əməliyyatçıdır. Qızım isə müəllimədir. Digər oğlum isə İstanbulda yaşayır və orada bizneslə məşğul olur. 


- Bəzən dini durum, yas mərasimlərinin keçirilməsi və digər məsələlərlə bağlı müxtəlif yerlərdə, hətta Milli Məclisdə Şeyxin ünvanına ittihamlar səsləndirilir. Belə çıxışları eşidəndə nə düşünürsünüz?


- Yerdən 50 dənə daş atırlar. Heç biri adama dəymir, sonuncu dəyən kimi deyirlər ki, Allah hara baxırdı, daş dəydi... 49-u dəyməyəndə Allahı yada saldın ki, 1-i dəyən kimi Allahı düşünürsən? Başqa məsələlərdə  Qafqaz Müsəlmanları İdarəsi yada düşmür, yas mərasimi olan kimi şeyx yada düşür. Deməli, öləndə günah yoxdu, ölünü aparanda günah yoxdu, amma şeyxdə günah var? 
Hacı Allahşükür Paşazadə təmtəraqlı yas mərasimlərin keçirilməməsi üçün dəfələrlə çağırışlar edib. Kimə nə uyğundursa, onu da etsin. Vacib olan ölünü aparıb basdırmaqdır. İnsanları nə qədər buna çağırmaq olar?..
İsrafçılıq yalnız yas mərasimində olmur. Bu, toylarda da yaşanır. Şənbə-bazar günləri 8-ci kilometr qəsəbəsindən iy-qoxu əlindən keçmək olmur. Nə üçün belə olmalıdır? Bir adamın anası ölüb, amma oğuna toy edir, bal ayına göndərir, anasına isə 5 minlik yas mərasimi təşkil etdiyini deyir. Niyə? Onu da etmə, bunu da. Məni toya çağırmısan. Sənin oğlunun 18-20 yaşı var. Sənin oğlun məni tanıyır? Çağır onun həmyaşıdlarını... 50 nəfər çağır. Yaxşı oğlandısa, 200 nəfər çağır. Onların özləri restorandakı səsi də götürərlər. Mən axı orada otura bilmirəm. 
Bir də eşidirik ki, kimlərsə nə qədər pul verib xaricdən müğənnilər gətirir. Bunlar nəyə lazımdı...


- Bu ilin oktyabrında Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçkilər barədə nə deyə bilərsiniz?


- Bu il keçiriləcək prezident seçkilərində  Yeni Azərbaycan Partiyası tərəfindən cənab prezident İlham Əliyevin namizədliyi irəli sürüləcək. Təbii ki, bu seçkiyə müdaxilələr olacaq. Bu hallar əvvəl də olub.. Axı bizi istəməyənlər də var. 
Bu gün Azərbaycan xalqı İlham Əliyevi və onun apardığı siyasəti dəstəkləyir. Mən inanıram ki, İlham Əliyev növbəti 7 il müddətinə də prezident seçiləcək. Və Azərbaycanı dünyada daha güclü edəcək.

Türkiyə yeni avtomat silahını təqdim etdi: "Biz tüfəngimizə güvənirik"
Silinməyən izlər... - VİDEO
Yaralı olaraq uzun müddət xilas edilməyi gözlədi - FOTO
Çirkli su üçün kilometrlərlə yol qət edirlər - FOTOLAR
Yapon alimləri qripi bir günə tam sağaldan dərman hazırladı
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
“Səni aparıb nəvələrimin yanında başını kəsib oğlumun qisasını alacam...”
Dünya
Dağdan qopan nəhəng qaya yola düşdü - VİDEO
Maraqlı
Əməliyyat zamanı unudulan iynə boğazdan 18 ildən sonra çıxarıldı - FOTO
Ədəbiyyat
"Biz yazarların çiyninə bu məsələdə çox böyük işlər düşür” - AYB-nin komissiya sədri
Maraqlı
İki kərgədanın ölüm-dirim savaşı - VİDEO
Həftənin ən çox oxunanları
”Budur sizin Ağdam, budur sizin Ağdam! Ha haha ha...” - VİDEO
Azərbaycan sərhədlərində MÜHARİBƏ BAŞLAYIR – Ağ Ev tarixini ELAN ETDİ
Lənkəranski Allahşükür Paşazadəyə yazdığı məktubunda nə istəyirdi?- İstintaq materialları...
“Monte Melkonyan məni maşına mindirib bilmədiyim bir evə gətirdi...” - Səkkiz gün erməni əsirliyində...
Amerikalı konkisürən qızların intim geyimləri hamını çaşbaş saldı - FOTOLAR
“Hər bir erməni qaçqın Azərbaycandan 110 min dollar tələb etməlidir” - Həyasızlığın son həddi...
Lənkəranskinin “Qara bloknot”unda nə yazılmışdı?- Kriminal avtoritetin şəxsi əşyalarından...
Prostat xəstəliklərinin ən asan və pulsuz profilaktikası...
Rusiya qisasını aldı: Suriyada iki minə qədər Amerika əsgəri məhv edildi
"Üzr istəyirəm, gərək nə qədər həyasız olasan ki, bu qədər həddi aşasan..."
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin