ABŞ-dan Azərbaycanın ərazi bütövlüyünə xəyanət- sensasion faktlar
Oxunub: 1855
20 Jan 2018 | 08:57
ABŞ-dan Azərbaycanın ərazi bütövlüyünə xəyanət-  sensasion faktlar
Respublikamızın ərazilərini minalayan Ermənistana ABŞ-ın dəstəyi: Faktlar və rəqəmlər

2013-cü ildə Nobel sülh mükafatı almış Piyadalar əleyhinə minaların qadağan edilməsi üzrə kampaniya (International Campaign to Ban Landmines (ICBL) Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın geniş şəkildə piyadalar və tank əleyhinə minalar yerləşdirməsi ilə əlaqədar ciddi narahatlıq ifadə etmişdi.

Ermənistan tərəfindən “partlayıcı tələ” adı ilə tanınan vasitələrdən də istifadə edilməsi faktlarla təsdiq olunub. 2011-ci ildə Tovuz rayonunun Ermənistanla sərhəd olan Əlibəyli kəndində 13 yaşlı Aygül Şahmalıyeva oyuncaq kuklanın içərisinə yerləşdirilən və çayla Azərbaycan tərəfə axıdılan bu cür partlayıcının qurbanı oldu. 



Musavat.com-un məqalə müəllifi olan müxbiri bildirir ki, Ermənistan tərəfindən Tərtər, Qarqar və Xaçın çayları vasitəsilə Ağdam, Tərtər və Ağcabədi rayonlarına minaların və digər partlayıcıların yönləndirilməsi davam edən praktikadır. Bu məqsədlə Ermənistan tərəfindən özünün istehsal etdiyi PMN-1 minalarından istifadə edilir. 249 qram partlayıcı maddəyə malik olan PMN-1 minaları minaya düşən insanın bütün ayaq nahiyəsinin amputasiyasına və digər ciddi xəsarətlərə səbəb olur. 

2016-ci ildə ANAMA tərəfindən YM-II-S tipli tank əleyhinə mina Zərdab rayonu yaxınlığında Xaçın çayının sahilində tapılıb. Bu mina 2012-ci ildə İtaliya texnologiyası əsasında İran şirkəti tərəfindən istehsal olunub. 

123.JPG
2017-ci il 11 noyabrda ANAMA tərəfindən Ağdam rayonu Əfətli kəndi ərazisində Qarqar çayı sahilində Ermənistan istehsalı olan PMN- Э piyadalar əleyhinə mina tapılıb və zərəsizləşdirilib.

dfdfdf.JPG



Həmçinin, Ermənistan tərəfindən hərbi məqsədlərlə də piyada və tank əleyhinə minalardan istifadə edilir. Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistan tərəfindən çox sıx şəkildə minalanma fəaliyyəti həyata keçirilir. Ermənistan diversiya qrupları bir neçə dəfə Azərbaycan silahlı qüvvələrinin arxasına keçərək hərəkət yollarını minalamağa çalışıblar. 2015-ci ildə təmas xəttində mülki geyimdə saxlanılan Arsen Baqdasaryan bu məqsədlə mina basdırarkən silahlı qüvvələrimiz tərəfindən saxlanılıb.

Ermənistan piyadalar əleyhinə minaların ləğv edilməsi haqqında 1997-ci il Ottava konvensiyasına qoşulmaqdan imtina edir. Ermənistan nəinki bu konvensiyaya qoşulmur, konvensiyanın fəlsəfəsinə zidd olaraq, piyadalar əleyhinə minaların istehsalı, idxalı, tranzitini həyata keçirir və çoxlu sayda mina ehtiyatına malikdir. Hələ bu azmış kimi Ermənistan hərbi və mülki insanlara qarşı öldürücü silah kimi minalardan istifadə edir.

Ermənistan tərəfindən bu kimi siyasət yürüdüldüyü halda, ABŞ tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində mina təmizləmə adı altında “HALO Trust” təşkilatı vasitəsilə Ermənistana və qanunsuz rejimə dəstək göstərilməsi ciddi suallar doğurur.
Özünün elan etdiyi kimi “HALO Trust” işğal altında olan ərazilərimizdə “humanitar” minatəmizləmə fəaliyyəti ilə məşğul olan yeganə təşkilatdır. Məlum olduğu kimi “Halo Trust” Birləşmiş Krallıqda xeyriyyə təşkilatı statusunda qeydiyyata alınmış özəl təşkilatdır. “HALO Trust”-da çalışan şəxslərin mütləq əksəriyyəti keçmiş hərbçilərdir.

“HALO Trust” ötən ilin mart ayında 2017-ci il üzrə hesabatını (Bax: //www.halotrust.org/media/3223/the-halo-trust-signed-accounts-31-march-2017.pdf) yayıb. Bu hesabatda onun hansı ərazilərdə fəaliyyət göstərdiyi və bu fəaliyyətin bəzi detalları barədə məlumatlar əks olunub. Hesabatda təşkilatın Dağlıq Qarabağ bölgəsində fəaliyyətinə ayrıca hissə həsr olunub. Təşkilatın ölkəmizin ərazilərində fəaliyyətinin hansı dövlətlər tərəfindən maliyyələşdirildiyi hesabatda göstərilmir (hesabatda bu fəaliyyətə ayrılan vəsaitin “qapalı” olduğu göstərilir).

“HALO Trust” ABŞ tərəfindən maliyyələşdirildiyi halda, Azərbaycanın işğal olunmuş ərazilərindəki fəaliyyəti barədə Azərbaycan hökumətindən icazə almır və fəaliyyətinin nəticəsi barədə hesabat vermir.

Vacib məqam kimi qeyd edək ki, ABŞ tərəfi də maliyyələşməni yalnız keçmiş DQMV inzibati hüdudları çərçivəsində minatəmizləmə fəaliyyətinə ayırır və hazırda təmizlənmə işlərinin yekunlaşdığı bəyan edilən 97,6% rəqəmi məhz bu bölgəyə aiddir İndi məlum məqam ondan ibarətdir ki, “HALO Trust”, erməni lobbiçiləri və onların Konqresdəki tərəfdarları ABŞ tərəfindən ətraf rayonların da maliyyləşdirilməsinə nail olmaq üçün ciddi səylər göstərir (sənədlərdə minalanmış məkanların 62%-nin məhz bu ərazilərdə yerləşdiyi göstərilir). ABŞ tərəfi mövqeyinin humanitar əsaslara söykəndiyini iddia edərək, mina təmizləmə işlərinin DQMV-də yaşayan insanların təhlükəsizliyi üçün etdiyini bildirir. Azərbaycanın işğal edilimiş Dağlıq Qarabağ bölgəsi ətrafında işğal edilmiş ərazilərdə insanlar yaşamır, həmin ərazilərdə mina təmizləmə işlərinə ABŞ tərəfindən maliyyə yardımının ayrılması işğal olunmuş ərazilərin ilhaqına (anneksiya) xidmət edən addım kimi qəbul oluna bilər.

“Yeni Müsavat” bildirir ki, hazırda ətraf ərazilərin maliyyələşdirilməsi üzrə boşluğu aradan qaldırmaq üçün “HALO Trust” fərdi donorlara müraciət edir və erməni lobbiçiləri ilə birlikdə maliyyə cəlb etmə kampaniyaları keçirir. Bu məqsədlə ABŞ-da “OneArmenia”, “Landmine Free Artsakh” kampaniyaları təşkil edilmiş, “Julia Burke Foundation”, “SJS Charitable Trust”, “Gould Family Foundation”, “Harbour Lights Foundation”, “İzmirlian Foundation” kimi ABŞ qeydiyyatında olan və əksəriyyəti erməni mənşəli olan təşkilatlar vasitəsilə maliyyə vəsaitləri cəlb olunur. Təşkilatın yaydığı məlumata görə hazırda ətraf ərazilər sırasında Laçında fəal təmizləmə işləri aparılır.

Qeyd edək ki, əks olunan texniki məlumatlar ilə yanaşı, “HALO Trust”ın hesabatında ölkəmizin ərazi bütövlüyünə qarşı birbaşa təhrifedici ifadələr yer almışdır. Belə ki, hesabatda Dağlıq Qarabağ bölgəsi ayrıca subyekt kimi və bəzi yerlərdə “ölkə” kimi, işğal olunmuş ətraf rayonlar isə “Dağlıq Qarabağ tərəfindən nəzarət olunan, lakin onun Sovet sərhədlərindən kənarda yerləşən ərazilər” təqdim olunur.

ABŞ-ın humanitar mina yardımı siyasətinin pərdəarxası məqamları

ABŞ piyadalar əleyhinə minalar və kasetli hərbi sursatlar üzrə beynəlxalq müqavilələrin tərəfi deyil və öz qoşulmama mövqeyini hərbi zərurət ilə əsaslandırır. Bununla belə, ABŞ dünyada humanitar mina təmizləmə fəaliyyətinə yardım ayıran əsas dövlətdir. ABŞ bu fəaliyyətin əhəmiyyətini ərazilərin minalardan təmizlənməsi ilə sülhə töhfə, məcburi köçkünlərin öz yerlərinə qayıtmasına və əhalinin rifahının yaxşılaşdırılmasına dəstək niyyəti ilə izah edir. “Yeni Müsavat”ən məqalə müəllifi olan müxbirinin fikrincə, bu fəaliyyət ilk növbədə ABŞ-ın dünyada humanitar dövlət kimi nüfuzunun artırılması (“soft power”), eyni zamanda minalardan istifadə də daxil olmaqla ABŞ-ın dünyada tez-tez hərbi əməliyyatlarda güc tətbiqi nəticəsində yaranan mənfi imicini balanslaşdırmaq məqsədinə xidmət edir.

ABŞ-ın “HALO Trust (USA)”nı maliyyələşdirməsi: qeyri-şəffaf və gizli mexanizm

Azərbaycanın razılığı olmadan onun ərazilərində mina fəaliyyəti üçün “HALO Trust”ın bir sıra dövlət və beynəlxalq təşkilatlar tərəfindən maliyyələşməsi ciddi narahatlıq yaradan haldır. Bu əməl açıq-aşkar ölkəmizin ərazi bütövlüyünə qarşı hörmətsizlikdir və bu cür də kimi qiymətləndirilməlidir.

Maraqlıdır ki, ABŞ-da özəl sektora dövlət ayırmaları ilə bağlı ictimaiyyətə açıq sərt hesabat qaydalarının mövcud olmasına baxmayaraq, məhz bu təşkilatın maliyyələşməsi ilə əhəmiyyətli məlumatlar məxfiləşdirilib (xüsusən də təşkilatın verdiyi maliyyə hesabat formalarında onun maliyyələşmə mənbələri və xaricdə fəaliyyəti ilə bağlı bir çox suallar cavabsız saxlanılır). Ümumiyyətlə, ABŞ-ın ayrı-ayrı dövlətlərdə mina fəaliyyətinə göstərdiyi dəstəyi ilə bağlı fəal ictimai məlumatlandırma aparmasına, bu barədə həm beynəlxalq toplantılar, həm də dərc etdirdiyi nəşrlərdə geniş məlumat verməsinə baxmayaraq, işğal olunmuş ərazilərimizdə aparılan bu fəaliyyətin qapalı saxlanılmasına üstünlük verilir. Məsələn, dünyada mina təmizləmə fəaliyyətinə dəstəklə bağlı Dövlət Departamentinin hər il dərc etdirdiyi “Walk the Earth in Safety” hesabatında (Bax://www.state.gov/t/pm/rls/rpt/walkearth/2016/index.htm) Dağlıq Qarabağda fəaliyyət ilə bağlı hər hansı müddəa mövcud deyil. Həmçinin son illər mina təmizləmə fəaliyyəti ilə bağlı elan edilən qrant tenderlərində ölkəmizin bu bölgəsinin adı çəkilmir. Güman etmək olar ki, ABŞ-ın bu fəaliyyəti mümkün qədər gizli həyata keçirməsi onun həm ölkəmizlə münasibətlərə təsir göstərməmək niyyəti ilə yanaşı, bu fəaliyyətin sahib ölkənin razılığı olmadan həyata keçirilməsi nəticəsində beynəlxalq normalara zidd olmasından qaynaqlanır. Ehtimal ki, bu səbəbdən ABŞ qanunsuz və rəsmi sənədlərdə separatçı adlandırdığı əraziyə maliyyə dəstəyi ayırmasının ictimailəşməsini istəmir.

İctimai görüntü olmadan ABŞ-ın öz vergiödəyiciləri hesabına “minatəmizləmə” fəaliyyətinə maliyyə ayırmaqda davam etməsində real olaraq hansı məqsədlərin güddüyü qeyri-müəyyəndir. Təbii ki, bu məsələdə erməni lobbistlərinin və onları dəstəkləyən Konqresmenlərin rolu danılmazdır və ABŞ-ın bu fəaliyyəti davam etdirməsi həmin konqresmenləri maliyyələşdirən erməni lobbiçilərini razı salır. Digər tərəfdən, münaqişənin davam etdiyi və Ermənistanın minalardan fəal şəkildə istifadə etdiyi hazırkı vəziyyətdə bu ərazilərdə mina təmizləmə fəaliyyəti sonsuz prosesdir. Məsələn, 2016-cı il aprel ayında hərbi əməliyyatların bərpası nəticəsində yeni partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərin yaranması səbəbindən əlavə təmizləmə fəaliyyəti və vəsait üçün zərurət yaranmışdır. Təbii ki, ABŞ da bu prosesin sonunun görünmədiyini anlayır və bu vəziyyətdə maliyyələşmənin davam etməsinin əsas motivinin nədən ibarət olduğu əsas sualdır. Hesab edirik ki, bu fəaliyyət izah edildiyi kimi yalnız “humanitar” niyyətdən irəli gəlmir və ABŞ-ın əlavə milli maraq olmadan hansısa fəaliyyətə davamlı maliyyə vəsaitləri ayırması (xüsusən xarici yardımları əhəmiyyətli dərəcədə ixtisara salan indiki administrasiya dövründə) inandırıcı görünmür.

ABŞ-da dövlət vəsaitlərinin xərclənməsinə nəzarət üzrə bəzi ictimaiyyətə açıq resurslar (www.usaspending.gov,  www.grants.gov) mövcuddur. Bu resurslar əsasında “Yeni Müsavat” ABŞ tərəfindən bu vaxtadək ayrılan vəsaitlər və gələcək mümkün planlar barədə bəzi aşağıdakı məlumatların əldə edilməsi və təhlillərin aparılmasına nail olub:

- “HALO Trust (USA)”nın maliyyə hesabatlarına görə onun büdcəsinin böyük hissəsi hökumət qrantları təşkil edir. Onların da böyük hissəsi Dövlət Departamentinin (DD) Hərbi-siyasi məsələlər bürosu nəzdində Silahların aradan qaldırılması və ixtisarı (Weapons Removal and Abatement ”“ PM/WRA) proqramı çərçivəsində, cüzi hissəsi isə USAID tərəfindən maliyyələşir. Bu dövrdə “HALO Trust (USA)”yə ayrılan vəsaitlər və onların bölgüsü aşağıdakı cədvəldə göstərilir.

qraf.JPG
Gələcək fəaliyyət üzrə gözləntilər

Qeyd edildiyi kimi ABŞ rəsmilərinin bildirdiyinə görə, “HALO Trust”la USAID arasında olan hazırkı minatəmizləmə proqramı bu ilin sentyabr ayında başa çatıb. ABŞ dövlət katibi R.Tillerson Dövlət Departamenti və USAID-nin bu proqramı dəstəklədiyi, hazırda əlavə vəsait ayırmaq üçün “HALO Trust”ın xahişinin nəzərdən keçirildiyi və Dövlət Departamentinin minatəmizləmə işlərinin mümkün qədər tezliklə və hərtərəfli şəkildə başa çatdırmağa önəm verdiyini bildirib. ABŞ rəsmiləri növbəti planlar barədə sorğulara birbaşa məlumat verməkdən yayınırlar. Bununla belə, Konqresdə büdcə müzakirələri çərçivəsində gedən prosesdən, eləcə də bəzi təhlillər nəticəsində müşahidələr belədir ki, USAAD “HALO Trust” ilə sazişi yeniləmək niyyətindədir.

Bu yaxınlarda USAID öz internet səhifəsində bu layihənin yenilənməsi məqsədilə layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədini yerləşdirib. Bu sənədə əsasən USAID “Dağlıq Qarabağda humanitar minatəmizləmə layihəsini 2019-cu il 30 sentyabr tarixinədək uzatmaq və layihəyə 3,4 milyon ABŞ dolları civarında əlavə vəsait cəlb etmək niyyətindədir. Sənəddə bu layihənin Dağlıq Qarabağda qalan 24 minalanmış zonanı piyadalar və tank əleyhinə minalardan təmizləməklə onların kənd təsərrüfatı (buğda və üzüm əkini) və heyvandarlıq üçün təhvil verilməsi və beləliklə əhali üçün gəlir imkanlarının yaradılması məqsədini daşıdığı göstərilir. Eyni zamanda, layihənin təhlükəsizlik baxımından önəminə diqqət cəlb edilir.

Qeyd edilənlər fonunda güman olunur ki, növbəti mərhələdə USAID tərəfindən tenderin elan olunması və yeni qrant və ya tərəfdaşlıq sazişinin imzalanması gözlənilə bilər.

Bu layihə vasitəsilə ABŞ vergi ödəyicilərinin pulunu havaya sovuran, Azərbaycanın ərazi bütövlüyünün pozulması və işğala bəraət qazandırılması prosesində iştirak edən ABŞ aşağıda qeyd olunan məqamlardan nəticə çıxarmalıdır:

- ABŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin ziddinə olaraq, ATƏT Minsk Qrupunun həmsədri kimi statusuna uyğun olmayan formada qeyri-şəffaf şəkildə və Azərbaycan hökuməti ilə əlaqələndirmədən Azərbaycanın işğal olunmuş ərazilərində mina təmizləmə əməliyyatı həyata keçirir;

- Ermənistan mina təmizləmə fəaliyyəti adı altında ABŞ və digər tərəfdaşları Azərbaycanın işğal olunmuş ərazilərinə cəlb etmək və işğal nəticəsində yaradılmış qondarma rejimi legitimləşdirmək kimi məqsəd güdür;

- Ermənistan piyadalar əleyhinə minaların ləğv edilməsi üzrə konvensiyaya qoşulmaqdan imtina edir;

- Ermənistan hərbi və mülki Azərbaycan obyektlərini hədəfə almaq üçün öldürücü məqsədlərlə minalardan istifadə edir. Hətta minaların ən təhlükəli forması olan uşaq oyuncaqları formasında partlayıcı tələlərdən istifadə edir;

- Ermənistan kütləvi şəkildə piyadalar və tank əleyhinə mina və kasetli bombalar istehsalçısıdır;

- Ermənistan piyadalar əleyhinə minaların müxtəlif modellərini İrandan idxal edir. Rusiya tərəfindən isə böyük sayda hədiyyə formasında minalar qəbul edir;

- Ermənistan həmçinin piyadalar əleyhinə minaların ərazisindən tranzitini təmin edir və minaların böyük ehtiyatına sahibdir;

- “Halo Trust” xətti ilə işğal olunmuş ərazilərdə mina təmizləmə fəaliyyətinə cəlb olunan şəxslər sonradan hərbi təyinatlı minalanma işlərinə cəlb olunurlar. Bu da ABŞ-ın maliyyəsi ilə mina təmizləmə fəaliyyətinə cəlb olunmuş şəxslərin Azərbaycana qarşı mina müharibəsi aparması, mülki və hərbi şəxsləri hədəfə almasına səbəb olur.

Jurnalist araşdırması olaraq bu faktları təqdim edir və ABŞ-ın Azərbaycandakı Səfirliyi və Dövlət Departamentindən bu sorğumuza cavab istəyirik.
Oxşar xəbərlər
07:24, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 18:08
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
25 Apr 2024 | 18:02
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:50
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
25 Apr 2024 | 17:47
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:36
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
25 Apr 2024 | 17:34
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
25 Apr 2024 | 17:32
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
25 Apr 2024 | 17:30
“Bakcell” ilə innovasiya dövrü başlayır!
25 Apr 2024 | 17:29
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:24
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:20
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
25 Apr 2024 | 17:17
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
25 Apr 2024 | 17:15
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
25 Apr 2024 | 17:13
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
25 Apr 2024 | 17:09
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
25 Apr 2024 | 17:07
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
25 Apr 2024 | 17:05
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
25 Apr 2024 | 17:00
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:57
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
25 Apr 2024 | 16:53
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
25 Apr 2024 | 16:48
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
25 Apr 2024 | 16:44
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
25 Apr 2024 | 16:40
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
25 Apr 2024 | 16:36
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:32
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
25 Apr 2024 | 16:28
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
25 Apr 2024 | 16:24
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
25 Apr 2024 | 16:22
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
25 Apr 2024 | 16:20
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:16
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
25 Apr 2024 | 16:14
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
25 Apr 2024 | 16:13
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
25 Apr 2024 | 16:12
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
25 Apr 2024 | 16:10
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
25 Apr 2024 | 16:09
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
GÜNLÜK
25 Apr 2024 | 08:00
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 07:58
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 09:29
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Apr 2024 | 09:25
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
25 Apr 2024 | 08:58
Səhər yeməyində hansı qidalar zərərlidir?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 08:00
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 07:58
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 09:29
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Apr 2024 | 09:25
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
25 Apr 2024 | 08:58
Səhər yeməyində hansı qidalar zərərlidir?