BMP-nin altında qalan azərbaycanlı: "Qorbaçovu dəfələrlə məhkəməyə verdim, amma..."
Oxunub: 1134
20 Jan 2018 | 09:47
BMP-nin altında qalan azərbaycanlı:
Yəqin ki, çoxları Tiflis prospektindəki mebel fabrikindən bir az yuxarıda əzik-üzük edilmiş sarı rəngli "Zaparojets” markalı Y 37-22 AQ seriyalı maşını görüb. Həmin "Zaparojets” 28 il öncənin qanlıyanvar gecəsindən bu günə qədər miras qalıb...
 
Müsahibimiz "20 Yanvar” faciəsinin ağrı-acılarını yaşamış, "Zaparojets” markalı avtomobili ilə BMP-nin altında qalmış, 14 yaşlı İlqarın ölümünün canlı şahidi və rus imperializminin xalqımızın başına gətirdiyi müsibətlərin bir anını belə unutmayan Nazim Ələkbərovdur.
 
Moderator.az Qaynarinfo-ya istinadən onun acı tariximizlə bağlı təəssüratlarını təqdim edir:
 
- Nazim müəllim, o dövrü necə xatırlayırsız?

- 90-cı il yanvarın 13-dən etibarən Bakıda tonqalların sayı artırdı. Həmçinin rayon mərkəzlərində, Lənkəranda, Neftçalada piketlər təşkil edilirdi, amma əsas toplanış yeri paytaxt Bakı idi. Demək olar ki, hər gün o tonqalların ətrafında olan insanlardan biri də mən idim. Mən və qardaşlarım hər gün başqa-başqa nöqtələrdə - Salyan kazarmasının, Olimpin yanında, Şamaxinkada, 11-ci Qızıl Ordu Meydanında, ÇKA-nın qarşısında toplaşırdıq. Öz maşınım, "Zaparoje"m olduğu üçün hər dəfə gedəndə də qohumlarım, dostlarım, qardaşlarım, tanış-biliş, kim istəsə aparırdım. Kimin də gücü nəyə çatırdısa, camaat üçün aparırdı. Dərdləşirdik, söhbətləşirdik, yığışmağımızın səbəbini müzakirə edirdik. Heç kimdə silah yox idi, hamı əliyalın idi. Düşünürdük ki, bəlkə rus ordusu insanlarımızın sayını görüb şəhərə girməz. Sonradan şayiələr yaydılar ki, guya kimsə rus əsgərinə güllə atıb. Hamısı yalan idi. Elə özləri özlərini vurub, bunu millətin, xalqın üstünə yıxırdılar ki, aranı qatsınlar. Dediyim kimi, heç kimdə silah olmayıb, hamımız sıravi vətəndaşlar idik. Biz sadəcə bir amal uğrunda toplaşmışdıq ki, necə olursa-olsun öz dövlətimizi qorumalıydıq, amma bunu da hansı şəkildə edəcəyimizi bilmirdik, sadəcə küçələrə çıxmaqla kifayətlənirdik. O vaxt mən Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində reklam agentliyinin iş icraçısı idim.

- Dövlət idarəsində çalışırdınız, bəs necə oldu ki, xalq hərəkatına qoşuldunuz?

- Orada rəssam-tərtibatçı işləyirdim. İşdən çıxanda avtovağzalda Ermənistandan, Qarabağdan gəlmiş, döyülmüş, söyülmüş, bədənlərində bıçaq, armatur izləri olan adamları görürdüm. Onlara baxanda insanın özündən asılı olmayaraq həm hakimiyyətə qarşı, həm ermənilərə qarşı, həm də rejimə qarşı fikrləri dəyişirdi. Mən özümdən deyirəm bunu... İndi fikirləşəndə düşünürəm ki, bəlkə o vaxtı nəyisə yenidən düşünməyə dəyərdi. Amma son nəticəyə gəlirəm ki, xeyr, bu, mümkün olan şey deyildi. İnsanları o vəziyyətdə görəndə, sadəcə içində rejimə qarşı nifrət hissi yaranırdı. O dövrdə də hakimiyyət başında Vəzirov idi. O da xalqı, milləti düzgün istiqamətləndirmirdi. Bunların hamısı sonradan məlum oldu. Hər şey, bütün proseslər Moskvanın dəqiq cızdığı plan üzrə gedirdi.

- Yanvarın 19-u, hadisələr başlayan ərəfədə harda idiniz, meydanda?

- Neçə gün idi ki, işə də getmirdim. Yanvarın 19-u axşamçağı qaynımı xəstəxanadan çıxarıb, evə gələndə gördüm məhəlləmizin uşaqları qapının ağzında, əllərində odun məni gözləyirlər. Məndən əvvəl də gedib gəlmişdilər, indi bir də getmək istəyirdilər. Məhəllədə də hamı qapısının ağzına odun tədarük edirdi ki, aparım. Özləri gedə bilməsələr də odun, yemək göndərirdilər. Bu, həqiqi milli ruh idi. Buna görə heç kim heç kimi məcbur etmirdi. Elə evə çatanda məhəllə uşaqları Pərviz, Zakir, İlqar qabağımı kəsdilər ki, bəs "Nazim əmi, bizi də apar". Birinin 16, birinin 15, o birinin də 14 yaşı var idi. Ən balacaları İlqar idi. Çox gülərüz, mərifətli uşaq idi. Uşaqlığı indiyə kimi gözümün qabağındadır. Dedim ki, əvvəlcə gedib evdən icazə alın, sonra gəlin gedək. Bilim ki, icazə alıblar. Biri var gündüz vaxtı aparasan, bir də var gecə yarısı. Elə təzəcə yeməyə əyləşmişdim, küçədən qışqırdılar ki, "Nazim əmi, icazə aldıq". Mən də küçəyə çıxdım, gecə saat 12-nin yarısı idi. O qədər həvəsli idilər ki, gətirdikləri odunları 2 dəqiqəyə maşının damüstünə yükləyib, qəşəng bağladılar. Əgər bilsəydim ki, belə bir hadisə olacaq, heç birini aparmazdım. (kövrəlir) Maşını işə salıb yola düşürdüm ki, elə bu vaxt Zakirin anası çağırdı ki, "hara gedirsiniz?". Dedim ki, 11-ci Qızıl Ordu meydanına. Dedi, bəs Zakir məndən icazə almayıb axı. Bundan sonra qışqırdım Zakirin üstünə ki, "düş maşından, deməli, sən məni aldadırsan?". Anası gördü ki, uşaq ağlayacaq, dedi, "eybi yox, Nazim, səninlə gedirsə arxayınam, amma tez gəlin". Qələbə kinoteatrının yanından üzüaşağı gedəndə atışma başladı. 12 olardı. Maşını asta-asta sürürdüm. Məndən qabaqda və arxada da maşınlar var idi. Nəqliyyat Nazirliyinin yanına çatanda qabaqda 2 dənə BMP peyda oldu və atəş aça-aça gəlməyə başladılar. Camaat arasında pərən-pərən düşdü, hərə bir tərəfə qaçmağa başladı, sanki döyüş filminə baxırdıq. Amma burada hər şey əyani idi, vurulanlar ayağa qalxmırdı. Konkret olaraq mərmiləri milləti öldürmək üçün atırdılar.


- Bəs maşınınızın əzilməyi necə oldu?

- Dördyola çatanda gördük ki, bir "Kamaz” maşını gəlir. Sürücü yük maşınını birbaşa BMP-lərin üstünə sürdü. Arxadan yaxınlaşırdı ki, görməsinlər. Elə bu zaman BMP yerində ani bir manevr edərək, "Kamaz" tərəfə döndü. Deyəsən o biri BMP xəbər vermişdi ki, "Kamaz” üstünə gəlir. "Kamaz" sürücüsü də bunu görüb, maşını kənara çəkdi, vura bilmədi. İnsanda ürəyə bax ki, kamazla BMP-ni vurmaq istəyirdi. O biri BMP də buna qoşuldu və "Kamaz"ı saldılar qabaqlarına. Sürücü maşının yük hissəsini qaldırdı ki, güllələr dəyməsin və sürəti artıraraq 20 Yanvar tərəfə qalxdı. BMP-lər də onun arxasınca gəlirdilər. Bu zaman qabaqdan bir "Jiquli" döndü, ardınca mən, məndən sonra da "Raf" döndü. Fikirləşdim ki, mənimlə bərabər bu qədər maşın gəlir. İnanmırdım ki, vurar. Çünki, arxadakı "Raf"da da çoxlu adam var idi. Tiflis prospektindən 3-cü mikrorayona dönən yoldakı işıqforda BMP-lərin ikisi də dayandı. Biz hardasa 35-40 metr məsafədə idik. "Jiquli" sürüb getmişdi, bizsə yavaş-yavaş hərəkət edirdik. Güzgüdən baxırdım ki, "Raf" da arxamca gəlir. Geri dönməyə yer yox idi. Bu anda BMP-lərdən biri 11-ci Qızıl Ordu meydanına tərəf istiqamət aldı, o biri BMP isə öz oxu ətrafında dönüb düz mənim istiqamətimdə işıqlı güllələr ata-ata gəlməyə başladı. Güllələr maşına dəyirdi, amma buna inana bilmirdim. Yəni, düşünmürdüm ki, bizi vurmağa çalışırlar. Şok vəziyyətində idim. Maşını 3 metr məsafədə sürüb BMP ilə üzbəüz saxlamasaydım, heç birimiz içindən sağ çıxa bilməyəcəkdik. Deməli maşını düz saxlamağımla BMP-nin 2 sepinin arasında qaldıq və BMP bizi əzib keçdi. Həqiqətən Allahın işi idi. Uşaqların səsinə ayıldım. Qışqırırdılar ki, "Nazim əmi, üstümüzə çıxır". Zakir qabaqda oturmuşdu. Birinci o tullanıb, ardınca da Pərviz və İlqar düşüblər. Zakirlə Pərviz sonradan dedilər ki, axırda İlqar tullandı, düşəndə qapı ayağına dəyib, birbaş Pərvizin üstünə yıxılıb. Yolun kənarındakı bardürdən o tərəfdə təxminən 1 metr dərinliyində çala olub, elə hər ikisi ora düşüblər. Mən isə maşının içində idim. Tırtırların cingiltisini eşidirdim. Şəkillərdə maşının üstünə baxsanız, görərsiniz ki, sanki damın üstünü ütüləyiblər. Mən fikirləşirdim ki, artıq ölmüşəm. Elə bilirdim ki, quyunun dibinə gedirəm, amma gözlərim açıq idi. Nə qədər çabalayırdımsa, çıxa bilmirdim. Ayağım dəmirin arasında ilişib qalmışdı. Bu anda elə bil hansısa bir qüvvə ayağımı dartıb oradan çıxardı.

"KOMANDİRİMİZ ƏSGƏRİN PARÇALARINI BİZƏ YUDURDUB"

Hərbi xidmətimi Monqolustanda başa vurmuşam. Orada tank komandiri idim. Özüm tankın hansı gücə malik olduğunu yaxşı bilirdim. Bir dəfə əsgərlərimdən biri tankın altında qalıb parça-parça olmuşdu. Onun parçalarını sonradan yığdıq və komandirimiz həmin parçaları bizə yudurdub, evinə göndərtdi. Yəni, bu həyatı yaşadığım üçün bilirdim ki, üstümdən tank və ya BMP keçibsə, sağ qala bilməzdim. Amma dediyim kimi, bir möcüzə idi ki, sağ qaldım.

"BİR ÖLÜMÜN İÇƏRİSİNDƏ BİR NEÇƏ ÖLÜM YAŞADIM"

Məndən sonra da arxada gələn "Raf"ı əzdi. "Raf" iki təkəri üstə işıq dirəyinə dəyib yerə düşürdü. Rafın da içərisi adamla dolu idi. Çoxu düşməyə imkan tapsa da, biri içəridə qalmışdı. Sonra işıq dirəyi "Raf"ın, məftillər də mənim maşınımın üstünə düşdü. Xətlər bir-birinə dəydikcə qığılcım verirdi, fikirləşdim ki, indiyə qədər ölməmişəmsə də, "tok" məni öldürəcək. Amma möcüzə baş verdi ki, cərəyan da vurmadı. Təsəvvür edin ki, həmin anda bir ölümün içərisində bir neçə ölüm yaşadım. Bu vaxt ayağımı atıb, düşdüm yerə. Ətrafa baxdım ki, hərə bir tərəfə qaçır. Birdən uşaqlar yadıma düşdü. Maşının o yanına, bu yanına keçib baxıram ki, yerdə kənarda qan ləkəsi yoxdu. Təsəvvür edin ki, Monqolustandakı o hadisə yadıma düşdüyü üçün yerdə insan parçası axtarırdım. Sonradan İlqarla Zakir yaxınlaşdılar mənə ki, "Nazim əmi, burdayıq. Elə bildik sən ölmüsən". Əsəbimdən üstlərinə qışqırdım ki, hardasız, bayaqdan sizi axtarıram. Pərviz qorxusundan piyada evlərinə tərəf qaçmışdı, amma Zakirlə İlqar ordaydı. Əllərindən tutub yolu keçdim. BMP aşağıda durub işıq salırdı, hamı çaş-baş qalmışdı. Elə bu vaxt onlar mənim əlimi buraxıb hərəsi bir tərəfə qaçdılar...

- Ayağınız yaralanmışdı, bəs necə hərəkət edirdiniz?

- Düzdür, ayağıma dəmir batmışdı, sir-sifətim tamam qan içində idi. Amma bədənimdəki yaralar isti idi deyə, heç nə hiss eləmirdim. Ətraf tamam qaranlıq idi. BMP-lər projektorla işıq salır, kimi görürdülərsə vururdular. Hara gəldi güllə yağdırırdılar.

"NAZİM ƏMİ, İLQARI VURDULAR”

Zakirlə İlqar qabağda qaçdı, mən də onların arxasınca. Elə bu vaxt Zakirin səsini eşitdim. Qışqırdı ki, "Nazim əmi, İlqarı vurdular". Yanlarına çatanda gördüm ki, İlqar yerdədi. Amma hələ ölməmişdi, nəfəsi gəlirdi. Əlimi başıma vurdum, gördüm saçım əlimi deşir. Deməli, maşının qabaq şüşəsi necə qırılıb batmışdısa, başımın hər tərəfi şüşə idi. Bu vaxt qara "Volqa" yaxınlaşdı bizə. Sürücü dedi ki, min xəstəxanaya aparım. Dedim birinci uşağı götürək. Düşüb, kömək elədi, İlqarı mindirdik, mən və Zakir də əyləşdik. Sürücünün özü də ayağından yaralanmışdı. Maşını ara yollarla sürüb, bizi "Semoşka"ya çatdırdı. İlqarı tez xərəyə mindirib içəri apardılar. Hələ ölməmişdi, amma xırıldayırdı. Həkimlər dedi ki, vəziyyəti yaxşı deyil.

"PƏRVİZ ARA YOLLARLA EVƏ GƏLİB, QORXUDAN YATMIŞDI"

Şokda idim, heç nə hiss eləmirdim. Bunu sözlə ifadə etmək mümkün deyil. Sürücü məni silkələdi ki, evə getməliyik, gəlin sizi də aparım. Zakirlə mindik maşına, yenə ara yollarla gəldik Yasamala. 20 Yanvarda da vəziyyət pis idi. Nə qədər yaralı, ölən vardı. Hamı küçədə idi. Evə çatana yaxın İnşaatçılar prospektində tanklarla qarşılaşdıq. Əgər məhləyə tez dönməsəydik, burda da həmin hadisəni yaşayacaqdıq. Evə çatanda hamı yığışmışdı. Hadisəni olduğu kimi başdan danışdım onlara. Bütün Yasamal küçədə idi. Hamı qohum-qardaşını, kimisi ərini, kimisi dostunu soruşurdu. Pərvizi soruşdum, anası dedi ki, Pərviz qaça-qaça evə gəldi, gələn kimi də qorxusundan uzanıb yatdı. Sonradan Pərviz hansı yollarla, necə gəldiyini danışmışdı. Suyun içinə düşə-düşə, ara yollarla birtəhər gəlib evə çıxıb.

 
"QORBAÇOVU DƏFƏLƏRLƏ BEYNƏLXALQ MƏHKƏMƏYƏ VERDİM, AMMA”¦"

Hadisələrdən sonra mən Bakı şəhərinin komendantı olan general Dubinyaka məktub yazdım. O vaxt Bakı Hərbi Qarnizonunun Ədliyyə polkovniki Mixayleviç məktubuma cavab verdi ki, sizin maşınınıza dəyən zərər 5039 manat 20 qəpikdir və ələ gələn heç bir hissəsi olmadığı üçün həmin məbləğ sizə ödənilməlidir. O sənədi indiyə qədər evdə saxlamışam. Daha sonra respublika prokuroru İlyas İsmayılova yazdım, Moskvaya - Kremlə yazdım, amma heç birinə cavab gəlmədi. Çox yerdə də deyə bilmirdim ki, odun aparırdım. Onsuz da məni çoxu ekstremist kimi tanıyırdı. Rejim dağılandan sonra dəfələrlə Mixail Qorboçovu Haaqa məhkəməsinə, Rusiyanın öz məhkəməsinə vermişəm və bildirmişəm ki, "Kommunist” partiyasının lideri olub və xalqımın başına min cür oyun açıb, qanımızı meydanlara axıdıb, xahiş edirəm ki, onu cinayət məsuliyyətinə cəlb edəsiniz. Həmişə də bir şeyi qeyd etmişəm ki, mənə dəyən maddi ziyanı ödəsin. Canıma dəyən ziyanı hökumətim pensiya şəklində ödəyir, amma maddi zərərimi Qorbaçov ödəməlidir. Mənə kiçik bir qəbz parçası lazım idi ki, fərqi yoxdu, həmin kağızda 10, yox 100 manat yazılıb, Qorbaçov onu mənə göndərsin. Bunu ona görə istəyirdim ki, Qorbaçovun bu vəhşiliyin törədilməsinə əmr verdiyini sübut edim, amma təəssüf ki, buna nail ola bilməmişəm. Son məktubumu da 2015-ci ildə - 3 dildə alman, fransız və rus dillərində göndərmişəm. Qeyd etmişəm ki, siz nə qədər sağsınızsa, mən də o qədər sağam və mən heç zaman o hadisəni, xalqımın başına gətirdiyiniz müsibəti unutmayacam.
Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO