Xəbər lenti
18/08/2018 [15:30]:
Millət vəkili Tuva, Xakas, Başqırd, Uyğur və Macar türklərinin ziyalıları ilə Qarabağdan danışdı
18/08/2018 [15:29]:
Olmaz demişdilər, amma oldu- Bir qadının on iki il sonra analıq sevinci...
18/08/2018 [15:16]:
Generalın qəbul etdiyi qız: Arzum Qarabağ atımın olmasıdır - FOTO/VİDEO
18/08/2018 [15:12]:
Dünya və Avropa çempionları Qazaxa gedib
18/08/2018 [14:48]:
Qənirə Paşayeva Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü
18/08/2018 [14:47]:
Avtobus sürücü salonda unudulmuş 852 mini sahiblərinə qaytardı -İbrətamiz
18/08/2018 [14:29]:
"WhatsApp"da yenilik: Kodu yığmasan...
18/08/2018 [14:19]:
Sabah da yağış yağacaq
18/08/2018 [14:15]:
Azərbaycanın ət aldığı ölkələr bəlli oldu
18/08/2018 [14:09]:
Kofi Annan vəfat etdi - FOTO
18/08/2018 [14:05]:
Akıf Nağı Merkelə müraciət etdi
18/08/2018 [14:04]:
Afaq Bəşirqızı ailəsi ilə istirahətdə - FOTO
18/08/2018 [13:48]:
Afrin şəhidinin vəsiyyəti yerinə yetirildi- Ata və anası Həcc ziyarətinə göndərildi...
18/08/2018 [13:32]:
Əxlaqsız saytların bloklanması VPN-ə tələbatı kəskin artıb
18/08/2018 [13:07]:
Cansu Dərə eyni serialdan ikinci aktyorla sevgili oldu - FOTOLAR
18/08/2018 [13:04]:
Yarım milyon manatlıq gəmi hərraca çıxarıldı
18/08/2018 [13:02]:
“Çukur”a iki möhtəşəm transfer -FOTOLAR
18/08/2018 [12:53]:
“Alimentlərin ödənilməməsi azyaşlı uşaqların inkişafına mənfi təsir göstərir”
18/08/2018 [12:50]:
Rusiya 2077-ci ildə BELƏ OLACAQ - FOTOLAR
18/08/2018 [12:45]:
Turistləri daşıyan avtobus aşdı: Azı 3 ölü, 51 yaralı
18/08/2018 [12:17]:
Məktəblərlə bağlı qanun layihəsi parlamentdə müzakirələrə çıxarılacaq
18/08/2018 [12:03]:
“Çantanın satışından əldə olunan gəlir xeyriyyə məqsədi ilə sərf olunacaq...”- Elza Seyidcahan...
18/08/2018 [11:43]:
Aysel Əlizadə belə dincəlir - FOTOLAR
18/08/2018 [11:37]:
Yarım milyon manatlıq gəmi hərraca çıxarıldı
18/08/2018 [11:24]:
Qubadlı, Kəlbəcər və Xocavəndin kəndlərindəki məktəblərdə mühəndis laboratoriyaları yaradılacaq
18/08/2018 [11:18]:
Məmmədyarov ABŞ-da superturnirdə yarışlara başlayır
18/08/2018 [11:10]:
Türk polisi dollarlarını lirəyə dəyişmək üçün növbəyə düzüldü – FOTO
18/08/2018 [11:10]:
Ən çox qazanan qadın aktrisalar - FOTOLAR
18/08/2018 [11:08]:
“O zəhləm getmiş şouları gedin, soruşun, görün nə qədər gənclər sevirlər”
18/08/2018 [11:04]:
Paşinyanın 17 avqust mitinqi kimlərə mesaj idi?
18/08/2018 [11:02]:
Xarici dövlətlərə agentlik edən 118 nəfər aşkarlanıb - 15 ilin hesabatı
18/08/2018 [10:58]:
Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə
18/08/2018 [10:40]:
“ABŞ-ı qüdrətli dövlət etmişəm” - Tramp özünü təriflədi
18/08/2018 [10:38]:
Nazirin istefasını istəyirlər - Putini toyuna çağırdığına görə
18/08/2018 [10:27]:
686 bal yığsa da, imtina etmişdi - Bu il qəbul oldu
18/08/2018 [10:04]:
Sumqayıtda insanlığa yaraşmayan hərəkət – VİDEO
18/08/2018 [10:02]:
Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 99-cu ili
18/08/2018 [10:01]:
Ermənilər Azərbaycan puluna görə bir-birini qırır
18/08/2018 [09:55]:
Türkiyədə dini idarədə atışma zamanı 5 nəfər ölüb
18/08/2018 [09:48]:
“Eşkiya dünyaya hükümdar olmaz”ın aktyoru tələbə oldu
18/08/2018 [09:46]:
Kremlin İrəvana Qarabağ sürprizi – Moskvanın səbri tükənir
18/08/2018 [09:41]:
Gəncədə kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib
18/08/2018 [09:40]:
Türkiyəli aktyor xəstəxanaya yerləşdirildi - FOTO
18/08/2018 [09:37]:
Hakimiyyətdə qalmaq üçün Paşinyan Ermənistan Konstitusiyasını dəyişəcək
18/08/2018 [09:15]:
“Səmaya gedən yol”dan heyrətamiz görüntülər yayıldı... - FOTOLAR
18/08/2018 [08:59]:
"Köçəryanın Azərbaycan barədə dedikləri doğrudur, bunu bilməyən yoxdur”
18/08/2018 [08:55]:
3 sabiq, oxşar karyera, fərqli aqibət...
18/08/2018 [08:19]:
Seyidlər arasından Cəhənnəmə düşən olacaqmı? - Axirətimizi düşünərkən…
17/08/2018 [23:49]:
Polis məmurundan göz yaşardan hərəkət - İBRƏTAMİZ...
17/08/2018 [23:48]:
İstiyə görə əhalini seksdən çəkinməyə çağırdılar: ANORMAL QAYĞIKEŞLİK...
17/08/2018 [23:47]:
DİN: Avtobus sürücüləri və sərnişinlərini ölümlə hədələyən şəxs saxlanılıb - VİDEO
17/08/2018 [23:33]:
Azərbaycan nefti bahalaşdı
17/08/2018 [23:29]:
Maryan Şarets Sloveniyanın Baş naziri seçildi
17/08/2018 [23:19]:
Passsiv siqaret çəkməyin ölümcül riski üzə çıxdı: ALİMLƏRDƏN XƏBƏRDARLIQ...
17/08/2018 [23:11]:
Paşinyandan riyakar etiraf: "Sələflərim Qarabağı təhvil vermək istəyirdilər"
17/08/2018 [23:02]:
Cümhuriyyət parlamentinin müəllimlər üçün müyyənləşdirdiyi maaşların məbləği...
17/08/2018 [22:54]:
İsraillilər daha üç fələstinlini öldürdülər
17/08/2018 [22:49]:
“Facebook”un işində problemlər yaranıb
17/08/2018 [22:43]:
Yağı bütünlüklə tərgidib, bunlardan yararlanmaq lazımdır – 100 il yaşamaq üçün
17/08/2018 [22:40]:
İtkin düşən abituriyent sevdiyi oğlanla qaçıb
17/08/2018 [22:20]:
Həmyerlimiz Eynşteyni üstələyəcək böyük alimi belə dəyərləndirdi: “Xəyallarımızı film şəklində görə biləcəyik”
17/08/2018 [21:53]:
"Baku Bus"ın sürücüsü sərnişini xəstəxanalıq etdi - FOTOLAR
17/08/2018 [21:41]:
Ərdoğan 7-ci dəfə baba oldu
17/08/2018 [21:30]:
Putin Dağıstana rəhbər təyin etdi - Foto
17/08/2018 [21:25]:
Bütün Ermənistan küçələrə axışdı - CANLI YAYIM
17/08/2018 [21:09]:
Putindən Avstriya nazirinə kreativ toy hədiyyəsi
17/08/2018 [20:51]:
Hərbi Hava Qüvvələri helikopterləri havaya qaldırdı - VİDEO/FOTO
17/08/2018 [20:44]:
Tramp: "Türkiyə özünü pis aparır"
17/08/2018 [20:32]:
“Mediamız heç vaxt Türkiyəni Azərbaycandan ayırmayıb”
17/08/2018 [20:11]:
Son dörd gündə 87 qa­nunsuz miqrant sax­­­la­nıl­dı
17/08/2018 [20:10]:
Messinin qardaşına hökm oxundu
17/08/2018 [20:07]:
Qazaxda 3 saylı körpələr evi-uşaq bağçasının açılışı oldu -FOTOLAR
17/08/2018 [20:04]:
Şuşadan tələbələr təcrübə üçün Livana yollandı... -FOTO
17/08/2018 [20:03]:
Dünyanın ən qədim pendiri tapıldı - 3200 yaşı var
17/08/2018 [19:51]:
Tütünçülük gəlirli sahədir
17/08/2018 [19:41]:
Azərbaycandan 1000-dən çox erməni Paşinyanın mitinqinə yollandı...- Fotolar
17/08/2018 [19:36]:
“Bakmil” stansiyası ilə bağlı açıqlama - Sərnişinlərin nəzərinə!
17/08/2018 [19:17]:
“700 bal toplayanların sayının artması təhsilin keyfiyyətinin yüksəlməsi ilə bağlı deyil” – Etibar Əliyev
17/08/2018 [19:08]:
Saakaşvili Ukraynaya qayıdacağı vaxtı açıqladı
17/08/2018 [19:02]:
Əli Hüseynlinin KTMT-yə üzvlük təklifi aranı qatdı - sərt reaksiyalar
Bütün arxiv bir sırada
20/01/2018 [09:58] - Müsahibə - ( 994 dəfə baxılıb)

“Meydanda insanlar gəlib yalvarırdılar ki, bircə dəqiqə bayraqdan tutmağa icazə verilsin”



Onu daima Müsavat Partiyasının keçirdiyi müxtəlif tədbirlərdə, aksiyalarda görürdük. Partiyanın Nizami rayon təşkilatının sədri olaraq, icazəli-icazəsiz bütün aksiyalarda öndə olurdu. Dəfələrlə xarici mətbuatda aksiyalarla bağlı fotolarda Nizaməddin bəyi görmək olurdu. 2015-ci ildə onun Müsavatdan getməsi xeyli söhbətlərə, müzakirələrə səbəb oldu. Bu yaxınlarda isə Nizaməddin Quliyev 60 yaşını qeyd edib. 

Moderator.az musavat.com-a istinadən Nizaməddin Quliyev ilə müsahibəni təqdim edir

- 1988-ci ildən xalq hərəkatının fəal iştirakçısı, Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşam. 1995-ci ildə AXC partiyaya çevriləndə Nizami rayon təşkilatının bir qrup üzvü ilə bərabər oradan istefa vermişik, daha sonra Müsavat Partiyasına üzv olmuşam. 20 ilə yaxın Müsavatın Nizami rayon təşkilatının katibi, sədri, partiyanın Məclis üzvü, başqanın müşaviri olmuşam. Çox istəyirdim ki, İsa bəy partiyanın başqanı olaraq qalsın, onu əvəz edəcək başqa bir namizəd görmürdüm. Biz bu məsələni rayon təşkilatının şurasında da müzakirə edib qərar qəbul etmişdik. Qərarı İsa bəyin özünə də çatdırdıq, Məclisdə də fikrimi dedim, mövqeyimi əsaslandırdım. Amma İsa bəy nizamnamə tələbinə əməl etməyin gərəkdiyini deyərək, bu təklifi qəbul etmədi.

- Belə mövqedə olan rayon təşkilat sədrləri çox idi?

- Əlbəttə vardı. Amma bu mövqeni rəsmiləşdirən bir Səbail təşkilatı oldu, bir də bizim Nizami rayon təşkilatı. Onlar da şurada rəsmi qərar qəbul edib yuxarı orqanlara təqdim etmişdilər. Təəssüf ki, qəbul olunmadı. Qurultay keçirildi, onun nəticələri ilə bağlı mənim hər hansı iradım yoxdur. Amma qurultaydan sonra partiyada başlanan proseslər məni çox üzürdü.

- Hansı prosesləri nəzərdə tutursunuz?

- Parçalanma, qarşılıqlı ittihamlar, konfliktlər. 20-25 il birgə yol gələn insanların, hərəkatdan keçən şəxslərin bir-birinə düşmən olmasını, hər cür ittihamlar səsləndirməsini qəbul edə bilmirdim. Bu, bizi əsas hədəfdən yayındırırdı. Ən əsası da ki, İsa bəyin  başqanı olmadığı partiyada artıq öz yerimi görmürdüm. Buna görə də partiya üzvlüyündən çıxmaq qərarına gəldim. Ərizəmi yazıb sakitcə kənara çəkildim.

- Hazırda partiya ilə əlaqələriniz qalırmı? Oradakı insanlarla, rəhbərlikdə olan şəxslərlə görüşürsünüzmü?

- Əlbəttə qalır. Heç bir kəslə şəxsi planda problemim yoxdur. Özümü Müsavatdan heç vaxt kənar hesab etməmişəm. Partiya üzvlüyündən çıxanda da demişdim ki, müsavatçılıq mənim qanımda-canımdadır, genimdədir. Mənim babalarım əqidələrinə görə həbslərdə yatıblar, güllələniblər. Belə bir geni olan adam əqidəsini dəyişə bilməz. Mən çıxsam da, qardaşlarım hələ də Müsavat üzvü olaraq qalırlar. Özüm də imkan düşdükdə gedirəm qərargaha, İsa bəylə, oradakı dostlarla görüşürəm. Eyni zamanda hərəkatdan dostlar var ki, mütəmadi olaraq əlaqə saxlayırıq, xeyir-şərimiz birdir, tez-tez görüşürük. Sabah hansısa bir aksiya, hərəkat başlansa, yenə ön sıralarda olacam. Bu yaşdan sonra əqidəmi dəyişəsi deyiləm. Baxmayaraq ki, bu yolda itirdiklərim həddindən çox olub, amma yenə də əqidəmdən dönməmişəm, 60 yaşımdan sonra heç dönəsi deyiləm.

- Yeri gəlmişkən, bir müddət öncə 60 yaşınızı qeyd etdiniz. Müsavatdan sizi təbrik edənlər oldumu? Necə qeyd etdiniz yubiley yaşınızı?

- Mən sosial şəbəkələrdə yoxam. Amma eşitdim ki, hərəkatçı dostlarımdan bir neçəsi sosial şəbəkədə xatırlayıb, təbrik yazıblar. Daha sonra bir çox hərəkatçı dostlardan təbriklər aldım - partiya üzvü olan və olmayan dostlardan. Amma xüsusi bir tədbir düzənləmədik, ailəm daxilində yüngülvari qeyd etdik. Xatırlayıb təbrik edən hər kəsə təşəkkürlərimi bildirirəm.

- Bu il seçki ilidir, Müsavat Partiyası da öz namizədinin İsa bəy olacağını bəyan edib. İsa bəy seçkilərə qatılarsa, ona dəstək verəcəksinizmi?

“60 illik həyatımda keçdiyim yoldan zərrə qədər də peşman deyiləm”

- Əlbəttə verəcəm. O, namizəd olarsa və məsləhət bilərsə, Nizami rayonundakı seçki qərargahına böyük məmnuniyyətlə rəhbərlik edərəm. Bilirsiniz, mən Əbülfəz Elçibəyin, ondan sonra da İsa bəyin liderliyini qəbul etmişəm. Mənim üçün yeganə siyasi lider odur. Partiyada olsam da, olmasam da onun yanındayam.

- Şəxsi işləriniz necədir? Partiyadan çıxanda deyənlər oldu ki, hakimiyyətə satılmısınız, hakimiyyətin sifarişini yerinə yetirirsiniz. Nəsə əldə etmisinizmi hakimiyyətdən partiyadan çıxdığınıza görə?

- Onu deyənlərin Allahı bilsin, özləri bilsinlər. Tanıyanların hamısı bilir ki, hərəkata qoşulmaqla mən maddi cəhətdən nəinki heç nə qazanmamışam, əksinə, bu illər ərzində itirə-itirə gəlmişəm. Məni, ailəmi bu yoldan heç kim, heç nə döndərə bilməz. Var-dövlətə gedən olsaydım, vaxtında gedərdim. Bu yaşa qədər etmədimsə, bundan sonra heç etmərəm. Baxmayaraq ki, maddi imkanlarımın demək olar ki, hamısını bu yolda itirmişəm, zərrə qədər də peşman deyiləm, olmayacam da. Çünki əziyyətlə, təzyiqlərlə dolu keçən bu illər mənə minlərlə dost qazandırıb. Ola bilsin, 100 il yaşayardım, varım-dövlətim olardı, lakin o dostları, əqidə yoldaşlarını dünyanın heç bir sərvəti ilə əldə edə bilməzdim. Bu gün Azərbaycanın hansı rayonuna getsəm, bilirəm ki, orada bir evim var, bir əqidəli dostum var ki, evini evim hesab edə bilərəm. Bundan böyük nə sərvət...

Bu ömrü maddi imkanlarımı düşünüb, ondan yana yaşamadım, yaşaya da bilməzdim. Hərəkat başlanan günlərdən - 1988-ci ildən bu yoldayam. Üçrəngli bayrağımızı Hökumət Evində, Azadlıq meydanında dalğalanan görəndə keçirdiyim hissləri yaşamayacaqdımsa, demək, layiqli ömür yaşamayacaqdım. Təsəvvür edin, meydanda bayraq az idi, insanlar gəlib yalvarırdılar ki, bircə dəqiqə bayraqdan tutmağa icazə verilsin. Biz o zamanlar tribunanın mühafizəsini həyata keçirirdik.

Meydanda elə bir nizam-intizam vardı ki, Sovet qoşunlarına rəhbərlik edənlər heyrətə gəlmişdilər bundan. İndi bayrağımıza azacıq da olsa sayğısızlıq görəndə məni qəzəb götürür - insanlar o bayraq uğrunda canlarından keçiblər. Hərəkatdan keçən, müharibədə olan insanların çoxu indi böyük əziyyətlər içərisində yaşayırlar. Bəzən istiqlalçı deputatlar deyirlər. O deputatları istiqlalçı edən xalq vardı. Buna görə də düşünürəm ki, bütün Azərbaycan xalqı istiqlalçıdır. Bütün əziyyətlərə, məhrumiyyətlərə baxmayaraq, bu gün dövlətçiliyimizə, müstəqilliyimizə təhlükə yaranarsa, o hərəkatçılar yaşlarına-başlarına baxmadan meydana atılacaqlar. Buna yüz faiz əmin ola bilərsiniz, o ruh həmin insanlarda qalır hələ də. Baxmayaraq ki, onların bu gün qayğıya, diqqətə, adi bir zəngə ehtiyacları var...

- Amma indi bəzən deyirlər ki, hərəkatın müstəqillikdə rolu az olub, SSRİ onsuz da parçalanırdı və mübarizə olmasa da, azadlıq əldə edəcəkdik...

- Çox yanlış, hərəkatın rolunu kiçiltməyə hesablanmış fikirlərdir. O fikri hərəkatda olmayanlar deyə bilər ancaq. O hərəkatda iştirak edən, günlərlə yuxusuz qalıb meydanı boş qoymayan insanlar var. Bizi həbs etdilər, Bayıl həbsxanasına, oradan Şüvəlana, oradan Xələcə apardılar. Yəni biz həbslərdən, döyülmələrdən keçdik dövlətimizi azad etmək üçün. Bizim hamımızı bir amal birləşdirirdi - Azərbaycanın dövlət müstəqilliyi, bayrağımız. Sovet əsgərinə sinə gərən oğullar, qızlar var. O zamanlar sovet əsgərinin əlindən dartıb aldığımız əşyalardan hələ də saxladığım var. Gözləyirəm, görüm bir İstiqlal muzeyi yaradılırmı, aparıb ora təhvil verəcəm. Azərbaycan öz-özünə müstəqil oldusa, 20 yanvar niyə baş verdi? Əgər imperiya öz-özünə dağılırdısa, bizi tankların altına salan, yüzlərlə insanı öldürən kimin ordusuydu?
İndi çox şükür, müstəqil dövlətimiz var, bayrağımız var. Hazırda bizi ağrıdan əsas məsələ Qarabağdır. Qəlbimizin sağalmayan yarasıdır. Mən özüm Cəbrayıldanam, orada böyümüşəm. O vaxtlar müharibə ərazilərində, tək Cəbrayılda deyil, bütün Qarabağ ərazisində olmuşam. Rəhmətlik Nəcəf bəylə AXC dayaq dəstəsinin üzvləri olaraq həftələrlə təchizat işlərinə görə müharibə ərazilərində, dağlarda olmuşuq. Əlimizdən gələn qədər təchizat işlərini həll edirdik. İndinin özündə də bizim üçün əsas dərd Qarabağdır. Mən şəxsən hər gün torpağımı düşünürəm, hər gün ürəyim gizildəyir ki, kaş kəndimə getmək imkanım olaydı. Yaşlandıqca bu hiss daha da güclənir. Və əmin ola bilərsiniz, bir gün müharibə başlasa, bütün ailəmlə əlimdə silah ön cəbhədə olacam. Allahdan tək arzum torpağımın azad olduğu günü görməyimdir.

- İsa bəyin səhhətində problem yaranıb, yəqin məlumatınız var. Maraqlandınızmı, əlaqə saxladınızmı?

- Təbii ki, maraqlandım. Düzdür, əlaqə saxlaya bilmədim, yanına gedib əziyyətə salmaq da istəmədim. Sizin vasitənizlə keçmiş olsun deyirəm, Allahdan şəfa diləyirəm. İnşallah, tam sağalıb qərargaha gələndə mütləq baş çəkəcəm. Yeri gəlmişkən, 20 Yanvar faciəsinin ildönümü gəlir. O hadisələrdə, ondan sonra torpaqlarımız uğrunda şəhid olan bütün insanlara Allahdan rəhmət diləyirəm. Allah bizi Qarabağı işğaldan azad etmək şərəfinə nail etsin ki, onların yanına üzüqara getməyək.

Olmaz demişdilər, amma oldu- Bir qadının on iki il sonra analıq sevinci...
Paşinyanın 17 avqust mitinqi kimlərə mesaj idi?
3 sabiq, oxşar karyera, fərqli aqibət...
Paşinyandan riyakar etiraf: "Sələflərim Qarabağı təhvil vermək istəyirdilər"
"Koçaryanın azadlığa çıxması Qarabağ klanının Paşinyana asanlıqla boyun əyməyəcəyinə işarədir"
İdrak Liseyi - Keyfiyyətli təhsil
Nabranda ailəvi istirahət üçün kotec tipli kirayə evlər. Ətraflı məlumat üçün əlaqə nömrələri:

050 311 11 64, 055 681 11 64

N.Tusi adına Klinika
Dünya
Avtobus sürücü salonda unudulmuş 852 mini sahiblərinə qaytardı -İbrətamiz
Dünya
Afrin şəhidinin vəsiyyəti yerinə yetirildi- Ata və anası Həcc ziyarətinə göndərildi...
Cəmiyyət
“Çantanın satışından əldə olunan gəlir xeyriyyə məqsədi ilə sərf olunacaq...”- Elza Seyidcahan...
Dünya
İstiyə görə əhalini seksdən çəkinməyə çağırdılar: ANORMAL QAYĞIKEŞLİK...
Cəmiyyət
Cümhuriyyət parlamentinin müəllimlər üçün müyyənləşdirdiyi maaşların məbləği...
Həftənin ən çox oxunanları
Yaponların başqa planetdə yaşadığını sübut edən 30 heyrətamiz fakt - FOTOLAR
Suya tullanan Nigar Camalın sinəsi çöldə qaldı - VİDEO
Ərdoğan Trampa QALİB GƏLDİ: dollar sürətlə düşür
Şagirdlər kütləvi şəkildə dəfn olundular – Faciənin fotosu
“İstanbul təslim olarsa, nə Bakı qalar, nə Astana, nə Daşkənd, nə Aşqabad...” -Fikir savaşı
Bakıda "moyka"da biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular – VİDEO
“Böyükdən kiçiyə qədər onlara tüpürmüşəm...” - Xalq artisti televiziya rəhbərlərini sərt qınadı...
"Səhv etmirəmsə, Şeyxülİslam Allahşükür Paşazadə də Baqramyanla bərabər gəlmişdi"
İsmayıllıda baş verən müəmmalı hadisə ufoloji cəhətdən araşdırılmalıdır - MARAQLI...
FHN generalının otellər şəbəkəsi üzə çıxdı - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə