20 Yanvar olaylarında sovet qoşunu tərkibində erməni hərbi dəstələrinin də yer alması ilə bağlı iddialar səslənməkdədir. Məsələ ilə bağlı “Şərq” qəzetinə açıqlama verən Moderator.az-ın əməkdaşı Seymur Əliyev məlum iddiaların araşdırılması, ermənilərin bu məsələdəki məsuliyyət payının müəyyənləşməsi təklifi ilə çıxış edib. (//www.moderator.az/news/209119.html ).
Moderator.az-a açıqlama verən millət vəkili Rövşən Rzayev də ermənilərin bu olaylardakı iştirakı məsələsinə aydınlıq gətirilməsinin vacib olduğunu vurğulayıb:
“Təbii ki, bu məsələnin araşdırılmasına, ermənilərin 20 Yanvar olaylarındakı məsuliyyət payının müəyyən edilməsi ciddi ehtiyac var. Hesab edirəm ki, ermənilərin 20 Yanvar faciəsində iştirakı ilə bağlı səsləndirilən iddialar araşdırılmalı, erməni vəhşiliyi ifşa edilməlidir. Bu istiqamətdə konkret addımların atılmasını vacib hesab edirəm”.