Xəbər lenti
18/08/2018 [15:30]:
Millət vəkili Tuva, Xakas, Başqırd, Uyğur və Macar türklərinin ziyalıları ilə Qarabağdan danışdı
18/08/2018 [15:29]:
Olmaz demişdilər, amma oldu- Bir qadının on iki il sonra analıq sevinci...
18/08/2018 [15:16]:
Generalın qəbul etdiyi qız: Arzum Qarabağ atımın olmasıdır - FOTO/VİDEO
18/08/2018 [15:12]:
Dünya və Avropa çempionları Qazaxa gedib
18/08/2018 [14:48]:
Qənirə Paşayeva Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü
18/08/2018 [14:47]:
Avtobus sürücü salonda unudulmuş 852 mini sahiblərinə qaytardı -İbrətamiz
18/08/2018 [14:29]:
"WhatsApp"da yenilik: Kodu yığmasan...
18/08/2018 [14:19]:
Sabah da yağış yağacaq
18/08/2018 [14:15]:
Azərbaycanın ət aldığı ölkələr bəlli oldu
18/08/2018 [14:09]:
Kofi Annan vəfat etdi - FOTO
18/08/2018 [14:05]:
Akıf Nağı Merkelə müraciət etdi
18/08/2018 [14:04]:
Afaq Bəşirqızı ailəsi ilə istirahətdə - FOTO
18/08/2018 [13:48]:
Afrin şəhidinin vəsiyyəti yerinə yetirildi- Ata və anası Həcc ziyarətinə göndərildi...
18/08/2018 [13:32]:
Əxlaqsız saytların bloklanması VPN-ə tələbatı kəskin artıb
18/08/2018 [13:07]:
Cansu Dərə eyni serialdan ikinci aktyorla sevgili oldu - FOTOLAR
18/08/2018 [13:04]:
Yarım milyon manatlıq gəmi hərraca çıxarıldı
18/08/2018 [13:02]:
“Çukur”a iki möhtəşəm transfer -FOTOLAR
18/08/2018 [12:53]:
“Alimentlərin ödənilməməsi azyaşlı uşaqların inkişafına mənfi təsir göstərir”
18/08/2018 [12:50]:
Rusiya 2077-ci ildə BELƏ OLACAQ - FOTOLAR
18/08/2018 [12:45]:
Turistləri daşıyan avtobus aşdı: Azı 3 ölü, 51 yaralı
18/08/2018 [12:17]:
Məktəblərlə bağlı qanun layihəsi parlamentdə müzakirələrə çıxarılacaq
18/08/2018 [12:03]:
“Çantanın satışından əldə olunan gəlir xeyriyyə məqsədi ilə sərf olunacaq...”- Elza Seyidcahan...
18/08/2018 [11:43]:
Aysel Əlizadə belə dincəlir - FOTOLAR
18/08/2018 [11:37]:
Yarım milyon manatlıq gəmi hərraca çıxarıldı
18/08/2018 [11:24]:
Qubadlı, Kəlbəcər və Xocavəndin kəndlərindəki məktəblərdə mühəndis laboratoriyaları yaradılacaq
18/08/2018 [11:18]:
Məmmədyarov ABŞ-da superturnirdə yarışlara başlayır
18/08/2018 [11:10]:
Türk polisi dollarlarını lirəyə dəyişmək üçün növbəyə düzüldü – FOTO
18/08/2018 [11:10]:
Ən çox qazanan qadın aktrisalar - FOTOLAR
18/08/2018 [11:08]:
“O zəhləm getmiş şouları gedin, soruşun, görün nə qədər gənclər sevirlər”
18/08/2018 [11:04]:
Paşinyanın 17 avqust mitinqi kimlərə mesaj idi?
18/08/2018 [11:02]:
Xarici dövlətlərə agentlik edən 118 nəfər aşkarlanıb - 15 ilin hesabatı
18/08/2018 [10:58]:
Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə
18/08/2018 [10:40]:
“ABŞ-ı qüdrətli dövlət etmişəm” - Tramp özünü təriflədi
18/08/2018 [10:38]:
Nazirin istefasını istəyirlər - Putini toyuna çağırdığına görə
18/08/2018 [10:27]:
686 bal yığsa da, imtina etmişdi - Bu il qəbul oldu
18/08/2018 [10:04]:
Sumqayıtda insanlığa yaraşmayan hərəkət – VİDEO
18/08/2018 [10:02]:
Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 99-cu ili
18/08/2018 [10:01]:
Ermənilər Azərbaycan puluna görə bir-birini qırır
18/08/2018 [09:55]:
Türkiyədə dini idarədə atışma zamanı 5 nəfər ölüb
18/08/2018 [09:48]:
“Eşkiya dünyaya hükümdar olmaz”ın aktyoru tələbə oldu
18/08/2018 [09:46]:
Kremlin İrəvana Qarabağ sürprizi – Moskvanın səbri tükənir
18/08/2018 [09:41]:
Gəncədə kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib
18/08/2018 [09:40]:
Türkiyəli aktyor xəstəxanaya yerləşdirildi - FOTO
18/08/2018 [09:37]:
Hakimiyyətdə qalmaq üçün Paşinyan Ermənistan Konstitusiyasını dəyişəcək
18/08/2018 [09:15]:
“Səmaya gedən yol”dan heyrətamiz görüntülər yayıldı... - FOTOLAR
18/08/2018 [08:59]:
"Köçəryanın Azərbaycan barədə dedikləri doğrudur, bunu bilməyən yoxdur”
18/08/2018 [08:55]:
3 sabiq, oxşar karyera, fərqli aqibət...
18/08/2018 [08:19]:
Seyidlər arasından Cəhənnəmə düşən olacaqmı? - Axirətimizi düşünərkən…
17/08/2018 [23:49]:
Polis məmurundan göz yaşardan hərəkət - İBRƏTAMİZ...
17/08/2018 [23:48]:
İstiyə görə əhalini seksdən çəkinməyə çağırdılar: ANORMAL QAYĞIKEŞLİK...
17/08/2018 [23:47]:
DİN: Avtobus sürücüləri və sərnişinlərini ölümlə hədələyən şəxs saxlanılıb - VİDEO
17/08/2018 [23:33]:
Azərbaycan nefti bahalaşdı
17/08/2018 [23:29]:
Maryan Şarets Sloveniyanın Baş naziri seçildi
17/08/2018 [23:19]:
Passsiv siqaret çəkməyin ölümcül riski üzə çıxdı: ALİMLƏRDƏN XƏBƏRDARLIQ...
17/08/2018 [23:11]:
Paşinyandan riyakar etiraf: "Sələflərim Qarabağı təhvil vermək istəyirdilər"
17/08/2018 [23:02]:
Cümhuriyyət parlamentinin müəllimlər üçün müyyənləşdirdiyi maaşların məbləği...
17/08/2018 [22:54]:
İsraillilər daha üç fələstinlini öldürdülər
17/08/2018 [22:49]:
“Facebook”un işində problemlər yaranıb
17/08/2018 [22:43]:
Yağı bütünlüklə tərgidib, bunlardan yararlanmaq lazımdır – 100 il yaşamaq üçün
17/08/2018 [22:40]:
İtkin düşən abituriyent sevdiyi oğlanla qaçıb
17/08/2018 [22:20]:
Həmyerlimiz Eynşteyni üstələyəcək böyük alimi belə dəyərləndirdi: “Xəyallarımızı film şəklində görə biləcəyik”
17/08/2018 [21:53]:
"Baku Bus"ın sürücüsü sərnişini xəstəxanalıq etdi - FOTOLAR
17/08/2018 [21:41]:
Ərdoğan 7-ci dəfə baba oldu
17/08/2018 [21:30]:
Putin Dağıstana rəhbər təyin etdi - Foto
17/08/2018 [21:25]:
Bütün Ermənistan küçələrə axışdı - CANLI YAYIM
17/08/2018 [21:09]:
Putindən Avstriya nazirinə kreativ toy hədiyyəsi
17/08/2018 [20:51]:
Hərbi Hava Qüvvələri helikopterləri havaya qaldırdı - VİDEO/FOTO
17/08/2018 [20:44]:
Tramp: "Türkiyə özünü pis aparır"
17/08/2018 [20:32]:
“Mediamız heç vaxt Türkiyəni Azərbaycandan ayırmayıb”
17/08/2018 [20:11]:
Son dörd gündə 87 qa­nunsuz miqrant sax­­­la­nıl­dı
17/08/2018 [20:10]:
Messinin qardaşına hökm oxundu
17/08/2018 [20:07]:
Qazaxda 3 saylı körpələr evi-uşaq bağçasının açılışı oldu -FOTOLAR
17/08/2018 [20:04]:
Şuşadan tələbələr təcrübə üçün Livana yollandı... -FOTO
17/08/2018 [20:03]:
Dünyanın ən qədim pendiri tapıldı - 3200 yaşı var
17/08/2018 [19:51]:
Tütünçülük gəlirli sahədir
17/08/2018 [19:41]:
Azərbaycandan 1000-dən çox erməni Paşinyanın mitinqinə yollandı...- Fotolar
17/08/2018 [19:36]:
“Bakmil” stansiyası ilə bağlı açıqlama - Sərnişinlərin nəzərinə!
17/08/2018 [19:17]:
“700 bal toplayanların sayının artması təhsilin keyfiyyətinin yüksəlməsi ilə bağlı deyil” – Etibar Əliyev
17/08/2018 [19:08]:
Saakaşvili Ukraynaya qayıdacağı vaxtı açıqladı
17/08/2018 [19:02]:
Əli Hüseynlinin KTMT-yə üzvlük təklifi aranı qatdı - sərt reaksiyalar
Bütün arxiv bir sırada
20/01/2018 [21:45] - Cəmiyyət - ( 908 dəfə baxılıb)

“Müharibə haqqında həqiqəti yazmaq çox qorxuludur”



Ernest Heminqueyin Amerika yazıçılarının 1937-ci ilin iyununda keçirilən II Konqresində söylədiyi “Yazıçı və müharibə” adlı nitqini təqdim edirik.

Yazıçının vəzifəsi dəyişilməzdir. Zaman ötdükcə yazıçı özü dəyişilsə də, onun vəzifəsi dəyişilməz qalır. Bu vəzifə doğru-düzgün yazmaqdan, heç vaxt həqiqəti inkar etməməkdən, həyat təcrübəsinə istinad edərək hadisələri reallıqlarla sərgiləməkdən və beləcə oxucu qəlbinə yol tapmaqdan ibarətdir. 

Bundan çətin və mürəkkəb heç nə yoxdur. Mükafat, uğur və nailiyyət gec və ya tez gəlməsindən asılı olmayaraq yazıçını onun yolunu gözləməyə məcbur edir. Tez gələn mükafat isə çox hallarda yazıçının məhvinə səbəb olur. Əgər o özünü uzun müddət gözləməyə təhrik edirsə, nəticə etibarı ilə yazıçı narahat bir ömür yaşamağa məhkum edilir. Bəzi hallarda isə mükafat yazıçının ölümündən sonra gəlib yetişir. Bundan isə mərhum ədib üçün heç bir fayda olmur. Elə məhz buna görə də həqiqi, uzun ömürlü əsərlər yazıb ərsəyə gətirmək çox çətin işdir. Əsl yaxşı yazıçı əvvəl-axır öz layiqli qiymətini almaqla ədəbiyyat aləmində tanınacaq. Romantiklər isə bu qənaətdədirlər ki, dünyada “naməlum sənətkarlar” var.

Əsl yaxşı yazıçı hər hansı istənilən idarəetmə üsulları ilə mövcud olan hakimiyyət dövründə tanına və məşhurlaşa bilər. Yalnız bir siyasi sistem var ki, yaxşı yazıçılar yetişdirə bilməz. Bu faşizm sistemidir. Çünki faşizm yalan üzərində qurulub, quldurlar tərəfindən idarə olunur. Yalan söyləmək istəyində olmayan yazıçı heç vaxt faşizmlə bir yerdə yaşayıb işləyə bilməz.

Bəli, faşizm yalandır, elə bu səbəbdən o, ədəbi sonsuzluğa məhkumdur. Vaxt-zaman yetişəcək, faşizm artıq keçmişdə qalacaq, amma onun qanlı cinayətlərindən savayı heç bir tarixi olmayacaq.

Yazıçı biləndə ki, müharibə nə üçün və necə aparılır, ona öyrəşir. Bu, çox mühüm kəşfdir. Sadəcə müharibəyə həqiqətən də alışdığına fikrən heyran qalmaya bilmirsən. Hər gün cəbhədə olarkən mövqe müharibəsinin, manevr müharibəsinin şahidi kimi hücumları və əks-hücumları müşahidə edirsən. Bütün bunlar böyük məna kəsb edir, nə qədər insan itkisi versək də, yaralılar olsa da, insanların nə üçün mübarizə apardıqlarını və bunun ədalətli mübarizə olduğunu bilirsən. İnsanlar (sənin yeni və köhnə dostların) öz vətənini yadelli işğalçılardan azad etmək uğrunda mübarizə apararkən onların döyüş yoluna nəzər salıb başa düşürsən ki, müharibədən də pis şeylər varmış. Bunlar qorxaqlıq, satqınlıq, xudpəsəndlik və s. bu kimi qeyri-insani xüsusiyyətlərdir. Ötən ay biz hərbi müxbirlər Madriddə düz on iki gün cinayət əməllərinin, qətllərin şahidi olduq. Əla təşkil olunmuş bu qətlləri alman artilleriyası törətmişdi.

Yuxarıda mən söylədim ki, müharibəyə öyrəşirsən. Əgər doğrudan-doğruya hərb elmi ilə (bu, olduqca nəhəng bir elmdir) maraqlanarkən, ya da təhlükəli vəziyyətlərdə insanların özünü necə aparmalarını bilərkən, öz şəxsi taleyin barədə fikirləşmək sadəcə çirkin eqoizmə bənzəyəcək.

Amma cinayətlərə, qətllərə heç cür alışmaq mümkün deyil. Madriddə isə biz düz on iki gün kütləvi qətllərin şahidinə çevrildik.
 
Faşist dövlətləri total müharibələrə çox inanırlar. Bu isə sadəcə o deməkdir ki, hər dəfə silahlı qüvvələr tərəfindən vurularkən onlar öz məğlubiyyətlərinin əvəzini dinc insanlardan almağa üstünlük verirlər. Bu müharibə dövründə, 1937-ci ilin noyabr ayının ortalarından başlayaraq faşistləri Qərbi Parkda, Pardoda, Karabançeldə, Haramda, Briueqo və Kordovoda vurub əzişdiriblər. Onlar hər dəfə vurularkən, cəbhədə böyük məğlubiyyətlərə düçar olarkən, dinc sakinləri öldürməklə guya öz şərəflərini xilas etməyə səy göstəriblər. 

Əgər bütün bunları təsvir etməyə başlasam, belədə sizdə yalnız ürək bulantısının yaranmasının səbəbkarına çevriləcəyəm. Ola bilsin ki, mən sizdə həm də nifrət hissi oyatmağı bacarım. Amma indi bizə bu, lazım deyil. Bizə öncə faşizmin cinayətlərini doğru-dürüst anlayıb, onunla mübarizə aparmağın yollarını bilmək gərəkdir. Başa düşməliyik ki, bu qətllər yalnız çox təhlükəli quldur olan faşizmə məxsusdur. Amma qulduru ram etməyin yeganə vasitəsi onu möhkəmcə əzişdirməkdən ibarətdir. 

Mən yuxarıda bildirdim ki, yaxşı və doğru-düzgün yazmaq olduqca çətin işdir. Buna nail olan yazıçını isə labüddən mükafat gözləyir. Amma müharibə dövründə (biz istəsək də, istəməsək də müharibə dövründə yaşayırıq) mükafatlar sonraya saxlanılır. Müharibə haqqında həqiqəti yazmaq çox qorxuludur, həm də qorxulu olanı həqiqətin izinə düşməkdir. Mən dəqiq söyləyə bilmərəm ki, Amerika yazıçılarından İspaniyaya müharibənin həqiqətlərini araşdırmağa gedən kim olub. Linkoln adına batalyondakı döyüşçülərin çoxu ilə yaxından tanışıq. Amma bunların heç biri yazıçı deyil. Onlar yalnız məktub yazmağı bacarırlar. İspaniyaya xeyli sayda ingilis, eləcə də alman, fransız və holland yazıçıları gediblər. Məsələ burasındadır ki, insan cəbhəyə həqiqət axtarmaq naminə gedərkən, çox halda o, axtardığının əvəzində ölüm tapır. Əgər on iki nəfərdən yalnız iki nəfəri geri qayıdırsa, onda onların özləri ilə gətirdikləri həqiqət təhrif olunmuş şayiələr deyil, əsl həqiqətdir. Onda deyin görək, bu həqiqəti tapmaqdan ötrü həyatınla risk etməyə dəyərmi? Qoy bu barədə yazıçılar özləri mühakimə yürütsünlər. Güman ki, onlardan bir çoxu nəzəri mövzulara həsr edilmiş elmi disputlarda rahatca vaxtlarını keçirməklə məşğuldur. Həmişə də işin xeyrindən ötrü çalışmaq istəməyənlər, hər vəchlə öz mövqeyini qorumağa çalışanlar üçün yeni məzhəblər, ləzzətli ekzotik təlimlər və anlaşılmayan romantik məşğuliyyətlər tapılacaq. Bununla belə, müharibəni öyrənmək istəyən hər bir yazıçı üçün getmək istədiyi məkan var və bundan belə də çox olacaq. Qabaqda isə bizi elan olunmamış çoxillik müharibələr gözləyir. Yazıçılar bu müharibələrdə müxtəlif cür iştirak edə bilərlər. Sonrakı dövrlərdə çox güman ki, mükafatlar da gələcək. Amma bu, heç də yazıçıları karıxdırmamalıdır. Çünki mükafatlar hələ uzun müddət təqdim olunmayacaq. Ümumiyyətlə, yazıçı gərək buna heç ümid bəsləməsin. Ona görə ki, əgər o, Ralf Foks və digərləri kimidirsə, mükafat verildiyi müddət gəlib yetişərkən,  yazıçının öz yerində olmayacağı mümkündür.

Tərcümə: Ağaddin Babayev
Kulis.az

Olmaz demişdilər, amma oldu- Bir qadının on iki il sonra analıq sevinci...
Paşinyanın 17 avqust mitinqi kimlərə mesaj idi?
3 sabiq, oxşar karyera, fərqli aqibət...
Paşinyandan riyakar etiraf: "Sələflərim Qarabağı təhvil vermək istəyirdilər"
"Koçaryanın azadlığa çıxması Qarabağ klanının Paşinyana asanlıqla boyun əyməyəcəyinə işarədir"
İdrak Liseyi - Keyfiyyətli təhsil
Nabranda ailəvi istirahət üçün kotec tipli kirayə evlər. Ətraflı məlumat üçün əlaqə nömrələri:

050 311 11 64, 055 681 11 64

N.Tusi adına Klinika
Dünya
Avtobus sürücü salonda unudulmuş 852 mini sahiblərinə qaytardı -İbrətamiz
Dünya
Afrin şəhidinin vəsiyyəti yerinə yetirildi- Ata və anası Həcc ziyarətinə göndərildi...
Cəmiyyət
“Çantanın satışından əldə olunan gəlir xeyriyyə məqsədi ilə sərf olunacaq...”- Elza Seyidcahan...
Dünya
İstiyə görə əhalini seksdən çəkinməyə çağırdılar: ANORMAL QAYĞIKEŞLİK...
Cəmiyyət
Cümhuriyyət parlamentinin müəllimlər üçün müyyənləşdirdiyi maaşların məbləği...
Həftənin ən çox oxunanları
Yaponların başqa planetdə yaşadığını sübut edən 30 heyrətamiz fakt - FOTOLAR
Suya tullanan Nigar Camalın sinəsi çöldə qaldı - VİDEO
Ərdoğan Trampa QALİB GƏLDİ: dollar sürətlə düşür
Şagirdlər kütləvi şəkildə dəfn olundular – Faciənin fotosu
“İstanbul təslim olarsa, nə Bakı qalar, nə Astana, nə Daşkənd, nə Aşqabad...” -Fikir savaşı
Bakıda "moyka"da biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular – VİDEO
“Böyükdən kiçiyə qədər onlara tüpürmüşəm...” - Xalq artisti televiziya rəhbərlərini sərt qınadı...
"Səhv etmirəmsə, Şeyxülİslam Allahşükür Paşazadə də Baqramyanla bərabər gəlmişdi"
İsmayıllıda baş verən müəmmalı hadisə ufoloji cəhətdən araşdırılmalıdır - MARAQLI...
FHN generalının otellər şəbəkəsi üzə çıxdı - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə