Xəbər lenti
25/05/2019 [19:17]:
“Azərbaycanlıların soydaşlıq problemi və həlli yolları” mövzusunda dəyirmi masa keçirildi
25/05/2019 [19:07]:
Azərbaycanda nadir idman obyekti tikilir - FOTO
25/05/2019 [18:13]:
Rusiyalıların yalnız 31,7 faizi Vladimir Putinə nifrət etmir - Qara siyahı...
25/05/2019 [18:13]:
Baş gicəlləndirən qeyri-adi göydələnlər - FOTO
25/05/2019 [17:34]:
“Onlar insanlarımızda qorxu hissi yaratmaq üçün külli miqdarda pul alırlar” - ITTIHAM!
25/05/2019 [17:31]:
ABŞ-da barda atışma: yaralılar var
25/05/2019 [17:18]:
Gənclərin layihələrinə 50 min manatadək kredit ayrılacaq
25/05/2019 [17:10]:
“Qarabağ –Ermənistanın vilayətidir!”  avto-yürüşü başlandı-FOTO
25/05/2019 [17:06]:
XİN: "Ermənistanın Bakı finalı ilə bağlı şərhi danışıqları təxirə salmaq cəhdidir"
25/05/2019 [17:00]:
Bakı-Sabunçu-Bakı qatarının hərəkət cədvəli açıqlandı
25/05/2019 [16:53]:
ABŞ-da yaşayan azərbaycanlı həkimlər bir araya gələcəklər
25/05/2019 [16:53]:
Azərbaycan cüdoçusu Çində qızıl medal qazandı - FOTO
25/05/2019 [16:45]:
“Arsenal” futbolçuları Bakıya gəlirlər - FOTO
25/05/2019 [16:42]:
Bayıl sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi ilə bağlı - SƏRƏNCAM
25/05/2019 [16:37]:
“ABŞ İrana hücum etsə, ən acınacaqlı duruma Ermənistan düşəcək…”
25/05/2019 [16:31]:
"Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...”
25/05/2019 [16:30]:
Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib
25/05/2019 [16:28]:
Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi”
25/05/2019 [16:26]:
Evdə bəslədiyi heyvanı küçəyə atanlar cərimələnəcək -XƏBƏRDARLIQ...
25/05/2019 [15:38]:
Cavan Zeynallıdan Xalq artisti olmasına reaksiya: "Tüklərim biz-biz oldu, yıxılacam"
25/05/2019 [15:36]:
Dünyanın məşhur futbolçuları Bakıda - VİDEO
25/05/2019 [15:02]:
“Bundan gözəl təəssürat ola bilməz…” -Vahid Əziz fəxri ad almasında danışdı...
25/05/2019 [15:00]:
“Düşünürəm ki, bu Azərbaycan ədəbi-mədəni ictimaiyyəti üçün çox böyük hadisədir...”
25/05/2019 [14:51]:
Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ
25/05/2019 [14:46]:
“Vaqif müəllim fəxri ad almasından xəbərsizdi, amma indi...”- Tamam Bayatlı...
25/05/2019 [14:23]:
“Hələ ki, ​köçkünlər həmin binalarda qalmağa məcburdurlar”
25/05/2019 [14:08]:
Sabah yağış yağacaq, dolu düşəcək
25/05/2019 [14:07]:
"Bunların fikrincə Azərbaycan ordusu ermənilərə güllə atmamalıdır..."
25/05/2019 [13:57]:
Bir neçə mədəniyyət xadimi “Tərəqqi” medalı ilə təltif olundu
25/05/2019 [13:55]:
İlham Əliyev Ramiz Rövşənə fəxri ad verdi
25/05/2019 [13:51]:
Zelenski ilk olaraq bu ölkəyə rəsmi səfər edəcək
25/05/2019 [13:51]:
“Düşmən hələ çox komissiyalar yaradacaq” – “Aprel komissiyası” yeganə komissiya deyil”
25/05/2019 [13:44]:
Azərbaycan filmlərində yer alan əcnəbi sənətçilər - Müəmmalı dəvətlər
25/05/2019 [13:39]:
Səfər Mehdiyev sakinləri qəbul etdi - Foto
25/05/2019 [13:35]:
Azərbaycana 16 mm-lik dolu düşüb
25/05/2019 [13:33]:
Bakıda qadın doğuş zamanı öldü
25/05/2019 [13:33]:
İlham Əliyev indoneziyalı həmkarını təbrik edib
25/05/2019 [13:31]:
Çingiz Qənizadə seçicilərini dinlədi -FOTOLAR
25/05/2019 [13:21]:
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25/05/2019 [13:19]:
Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən açıqlama
25/05/2019 [13:17]:
Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər
25/05/2019 [13:15]:
“Arsenal” yayda Mxitaryanı satmağa hazırdır
25/05/2019 [12:36]:
AMEA magistraturasına qəbul zamanı müsahibə mərhələsi ləğv olunub - QƏRAR
25/05/2019 [12:33]:
Anar: “Babamın şəklini "Siyasi qurbanların xatirəsi muzeyi”ində gördüm”
25/05/2019 [12:30]:
İstefa verən hakim vəkilliyə qəbul olunub
25/05/2019 [12:22]:
Baş nazir sıravi əsgərləri satın alır: Generalitetlə savaşın pərdəarxası...
25/05/2019 [12:21]:
Bakıda 16 mərtəbəli binada yanğın baş verib - FOTO+VİDEO
25/05/2019 [12:18]:
“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOLAR
25/05/2019 [12:16]:
"Bizim azadlıq və istiqlaliyyətimizi gözləri götürməyən rəqiblərimiz deyirlər ki..."
25/05/2019 [12:10]:
“Onun ən böyük kino rolu "General Həzi Aslanov" filmidir...”
25/05/2019 [12:08]:
Elçin Quliyev: “1920-1950-ci illərdə repressiyaya məruz qalmış vətəndaşların sayı 400 mindən artıq olub”
25/05/2019 [12:06]:
O, gələcəkdə daha çox oxunacaq...
25/05/2019 [12:05]:
DTX rəisi: "Azərbaycanı Almaniya, Fransa, İngiltərə ilə müqayisə edirik, belə də olmalıdır"
25/05/2019 [12:02]:
“1990-cı illərdəki xəyanətlərin üstü açılmayacaq hələlik...”
25/05/2019 [11:57]:
Kafedə meyit tapıldı - Zorakılıqla öldürülüb
25/05/2019 [11:47]:
Türkiyədə həbs olunan gəminin dənizçiləri Rusiyaya qayıtdı
25/05/2019 [11:32]:
Masallıda kənd təsərrüfatı sistemi sürətlə elektronlaşır
25/05/2019 [11:21]:
Azad Rəhimovun oğlu 20 milyonluq tender “uddu”
25/05/2019 [11:12]:
Müəllimin şagirdinə qarşı əxlaqsızlığı gizli kameraya düşdü - VİDEO
25/05/2019 [11:11]:
"Rəsmi, siyasi dairələrdə məni yaxına buraxmırlar və başım çıxmır səbəbi nədir"
25/05/2019 [11:08]:
AzTV-dən növbəti ilk: xarici ekspertlər faktları açdılar... - Video
25/05/2019 [11:06]:
Saakaşvili Ukraynaya qayıdır - TARİXİ AÇIQLADI
25/05/2019 [11:02]:
Gəncədə avtomobil 19 yaşlı qızı vurdu
25/05/2019 [10:57]:
Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - PROBLEM
25/05/2019 [10:57]:
Ermənistan xarici işlər nazirinin səhhəti kəskin pisləşdi-Lavrovla danışıqdan sonra...
25/05/2019 [10:53]:
Hava limanında Rusiya vətəndaşından 800 min dollar "tapıldı" - Hökumət 25 faizini istəyir...
25/05/2019 [10:51]:
Neftçalada 5 uşaq anası olan 30 yaşlı qadın intihar etdi
25/05/2019 [10:48]:
Cəbhədə gərginlik – Atəşkəs 20 dəfə pozuldu
25/05/2019 [10:42]:
Bu gün Bakıda 28 dərəcə isti olacaq
25/05/2019 [10:40]:
NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görə
25/05/2019 [10:40]:
"Neçə illər öncə Qarabağ probleminin də qeyri-standat həlli olduğunu demişdim..."
25/05/2019 [10:39]:
Avtomobil ustaları emalatxanada heroinlə tutulublar - FOTO
25/05/2019 [10:32]:
Məmurlar Ramazan boyunca aşpaz və ofisiant işləməyə göndərildi- GÖZLƏNİLMƏZ...
25/05/2019 [10:07]:
Pavel Qraçov Rəhim Qazıyevə görə şəxsən Əbülfəz Elçibəyi təhdid edibmi? - MÜƏMMA
25/05/2019 [10:05]:
“İsgəndər Həmidovla əlaqə itib” - AXH rəsmisi
25/05/2019 [10:03]:
Rotşildlərlə qonşuluq 13 milyon avroya başa gələcək
25/05/2019 [10:02]:
Ağacan Əbiyev: “Ronaldo deyil, Messi deyil, başımıza çıxarıblar”
25/05/2019 [09:56]:
Azərbaycanda keçirilən beynəlxalq idman oyunları ölkəmizə nə verir?
25/05/2019 [09:54]:
Azərbaycanda 5 uşaq anası özünü asdı
25/05/2019 [09:42]:
Döyüşçü yoldaşından Nəcməddin Sadıkova özünəməxsus doğum günü TƏBRİKİ...
Bütün arxiv bir sırada
21/01/2018 [17:55] - Araşdırma - ( 3319 dəfə baxılıb)

Nəsib bəy Yusifbəyli haqqında bilmədiyimiz maraqlı faktlar və xatirələr- İki araşdırmaçının qeydləri





2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti” ili ilə bağlı silsilə yazılarına davam edir. Bu dəfə təqdim edəcəyimiz yazının müəllifi biz yox,  bir neçə il bundan əvvəl dünyasını dəyişən mərhum jurnalist-yazıçı, araşdırmaçı Zakir Sadatlıdır. 

Əvvəlcə, onu deyək ki, təəssüf ki,  Cümhuriyyət dövrünün araşdırmaçıları çox öyrənilməyib. Xüsusən, 1990-cı illərin ortalarından sonra bu şanlı tarixə maraq artdı. Bir çox araşdırmaçılar arxiv materiallarından əldə etdikləri materialları publisistik dillə bizlərə çatdırdılar. Onlardan biri də “Əfqanıstan uçurumu” romanının müəllifi Zakir Sadatlıdır. O, həm radioda, həm də mətbuatada Cümhuriyyət məsələlərini tez-tez qabardırdı.

Artıq həmin mətbuu orqanların bir çoxu gün fəaliyyət göstərmir. Lakin əldə etdiyimiz həmin qəzetlərin hesabına Zakir Sadatlının Cümhuriyyət barəsində maraqlı bir məqaləsini təqdim edəcəyik. Bunun üçün isə araşdırmaçının ailəsinə minnətdarlığımızı bildiririk:

Zakir Sadatlı Əziz Alpaudun xatirələrinə istinadən,  əvvəlcə AXC-in baş naziri Nəsib bəy Yusifbəyli haqqında çox maraqlı faktları təqdim edir:

“Faktların yaxasına əlimiz çatmayanda, arabir xatirələrin ətəyindən yapışmaq zorunda qalırıq. Çünki nəyin bahasına olursa olsun, bilmək istədiklərimizə xəyalımızda real bir düzüm və ya ilahi bir nizam verməliyik. Dağınıq, pərakəndə tarixlə üzü gələcəyə tərəf addımlamaq o qədər də asan olmur. Düşdüyü bəlaların səbəbini öz Keçmişindən soruşmayan xalq bədbəxtdir, vəssalam!.. İş orasındadır ki, xalqların və fərdlərin çabaları, savaşları xoşbəxtlik üçündür. İnsan arzusunun “bədbəxtlik” adlı hədəfi və ünvanı olmur. 
Millət çörəyə və sevgiyə can atdığı kimi tarixi bilgilərə doğru qanadlanmalıdır. Çünki onun pərvazlanıb, qonmaq istədiyi yerdə Güc var. O Güc ki, daim onu böyük bəlalardan hifz edib, qorumaq gücündədir. Bircə şərtlə; o tarix halal tarix olsun. 


Biz bu gün keçmişə və bu keçmişin simasına çevrilmiş şəxsiyyətlərə qüsul verib onları paklığa çıxarmaq istəyənlərin arzuları ilə gerçək tariximizi yaza bilməyəcəyik. 

Biz heç vaxt tarixin və tarixi şəxsiyyətlərin gorunu şər-şəbədə ilə bəzəyənlərin əxlaqı ilə Keçmişimizə sahib dura bilməyəcəyik. 
Tarixi yaradıb, sonra yazarlar...
******
Hər nə olubsa, yazılana qədər xatirədir. Qələmin ağzından çıxan söz artıq tarixdir. Elə bu məntiqin arxasınca getsək, görərik ki, xatirələr tarixin qan qohumudur. Və heç vaxt, heç bir məqamda varislik iddiasını geri götürməyən şahiddir. 
Tarix heç zaman bizim düşündüyümüz anlamda məhkəmə qurmur, kimisə cəzalandırıb, kimisə təltif etmir. Sadəcə olaraq, onun şəhadətində əbədi dualizmin yaşam prinsipləri var. Sonrası xalqın və fərdlərin öz öhdəsinə buraxılır. 
XX əsrin ilk rübündə Azərbaycan xalqı dramatik bir seçimlə üz-üzə qalmalı oldu ”“ ya Müstəqillik, ya da ümumbəşəri mücərrəd bir ideya... Ən işıqlı zəkalar bu ixtilafın içində vurnuxurdu. Indi o adlar və adamlar bizim üçün təkcə Zamanın yox, həm də Vətənin obrazı kimi çox maraqlıdırlar. Çünki böyük şəxsiyyətlər millətin məqsədə sarı gedən kəsə yoludur. Bu yol bizim üçün açılmayana qədər, tarixin labirintindən çıxış tapa bilməyəcəyik. Qaranlıqda irəliləmək üçün insanın əlində mütləq işıq olmalıdır.
1920-ci ilin aprelində “şimal küləyi” Azərbaycanda bu işığı bir daha söndürə bildi. Vaxtın həqiqi siması ilə bərabər, görkəmli şəxsiyyətlərin də adı qaranlığa qərq oldu. Yaddaşlarda zərrələr qaldı ”“ qaranlıqdakı zəif işartılar kimi...

XX əsr Azərbaycan Milli Azadlıq hərəkatının mücahidlərindən biri, son illərə qədər adı yeddi möhür arxasında gizli qalan, Müstəqillik ideyasının sarsılmayan savaşçısı Əziz Alpoudun (Mir Əbdüləziz Seyid) “Həyatımın hekayətləri” kitabında bir çox görkəmli ictimai-siyasi xadimlərin adları üzərindən bir xatirə işığı keçir. Hər epizod bir zaman kəsiyidir. O epizodların bir neçəsinə görkəmli dövlət xadimi Nəsib bəy Yusifbəylinin də əksi düşüb. 
Beləliklə, “Həyatımın hekayətləri”, 105-ci səhifə... 1917-ci ilin fevralı... Nəsib bəy Yusifbəyli ilə görüş...

BİRİNCİ  XATİRƏ

“...Bakıda bir müddət qalıb, yenə də bizim tələbə işləriylə məşğul olmağa başladım. Bu arada “Qafqaz Türk-Müsəlmanları”nın Bakıda qurultayı açıldı. Bütün bölgələrdən gələn milli qiyafəli tələbələr Bakıda toplandılar. Qurultay “İsmailiyyə” binasında keçirilirdi. Mən də bir dostumla qurultaya Tələbə Birliyinin təmsilçisi olaraq dəvətliydik. Döşümüzə yaşıl rəngli Ay nişanları taxmışdıq.
Tədbir bir neçə gün çəkdi və çox həyəcanlı keçdi. Şimali Qafqazlı qardaşlarımız qurultaya milli geyimdə gəlmişdilər. Səhnədə hər məmləkətin mahnıları səsləndi, fişənglər atıldı və nəhayət, müzakirələr başlandı. O cümlədən mən, türkcəm demək olar ki, zəif olduğundan (bütün təhsilimi rusca almışdım) növbə çatanda Rus dilində danışmağa başladım. Amma çox haqlı olaraq, salonda bir gurultu qopdu: ”Ana dilində danış!”  Bu dəfə bildiyim qədər sadə cümlələrlə ali məktəb tələbələrimizin fikrini bildirdim. Türkçülükdən bəhs etdiyimi duyan “Ədəmi Mərkəziyyət Türk Federativ Partiyası” başqanı, sonralar Azərbaycan Cümhuriyyətinin sıra ilə ikinci Baş naziri olan Nəsib bəy Yusifbəyli kürsüdən düşəndən sonra gülər üzlə mənə yaxınlaşdı, fikirlərimə görə təbrik edəndən sonra əlavə olaraq:”Eyni ideyaya xidmət etdiyimizə görə birliyiniz bizim partiyaya daxil olsun”-deyərək, təklif etdi. Tələbə olaraq heç bir partiyaya keçməyəcəyimizi ona söylədim. Dost kimi ayrıldıq...”
******
Ilk dəfə dost kimi görüşüb ayrılan bu insanları tale vaxtaşırı qabaqqənşər gətirib görüşdürür. Bəzən təsadüfi görünən bu “rastlaşmalar”ı əslində zərurətin sifarişi kimi qavramaq istəyir adam. Çünki bütün bunlar “kef-əhval soruşmaq” görüşünə bənzəmir. Əslində, ciddi bir tarixi informasiya qaynağı kimi maraq doğurur. Eyni zamanda görkəmli ictimai-siyasi xadim Nəsib bəy Yusifbəylinin portret cizgilərinə əlavələr edir. Onun insani keyfiyyətlərini, dövlətçilik və millətçilik çabalarının qabarıq tərəflərinin ən ümdə təfərrüatlarını üzə çıxarır. 
Azərbaycanın dövlətçilik tarixində Nəsib bəy Yusifbəylinin ən saf, ən halal, rüşvətxorluqdan uzaq bir hökumət başçısı kimi obrazı var. Düzdür, çox vaxt siyasətçilər və tarixçilər mənəvi keyfiyyətlərin məhək daşı olan inam və imanı böyük məqsəddən  və ya məsləkdən ayırıb, onu görməməzliyə vururlar. Amma çox nahaq... Fərdlər öz şəxsi mənafeyini ictimai mənfəətdən qabağa keçirdikcə, özünün iflas və məğlubiyyət nöqtəsinə doğru addımlayır ”“ xüsusilə, siyasətdə...
Dövlət xadiminin acgözlüyünün, mənəvi cılızlığının, mafiozluğunun addımladığı əməl troyektoriyasına alternativ qoymaq üçün Nəsib bəy Yusifbəyli nümunəsi var. Bu görkəmli şəxsiyyətlə ilgili hər hansı bir fakt, təfərrüat, xatirə Yusifbəyli obrazını bütövləşdirir, Bütövləşmək isə Büt olmaq demək deyil, nümunə və ya örnəkdir. 
...Və Nəsib bəylə ilk görüşdən illər keçib. Tələbə Əziz Alpoud artıq hüquqşünas kimi Cümhuriyyət hökumətində dəmir yol hakimi vəzifəsində çalışır. Günlərin bir günü könüllü ordu sıralarına yollanır. Bəxtinin hərbi komissarına heç bir “görüm-baxım” eləməyən Əziz bəy Gəncədəki milli hərbi hissələrimizin birində xidmətə başlayır. 
Beləliklə, “Həyatımın hekayətləri”, 155-ci səhifə... 1919-cu il... (ay və gün məlum deyil)... Nəsib bəy Yusifbəyli ilə görüş...

İKİNCİ XATİRƏ

“...Bir gün kazarmamızın yanında işləyərkən Baş Nazir postunda olan Nəsib Yusifbəyli keçirdi. Onunla çoxdan olan tanışlığıma görə məni görüncə salamımı aldı və maşınını saxlayaraq aşağı endi, səmimiyyətlə boynuma sarıldı: ”Kaş ki, bizim gənclərin hamısı sənin kimi olaydı” - dedi və əsgərliyimi təbrik etdi. Bu vaxt ona latın əlifbası üzərində çalışdığımı söyləyərkən çox məmnun oldu, kömək edəcəyinə söz verib ayrıldı. Nəsib bəyin bu işdə köməyini gördüm.
Həqiqətən də, ermənilərin mənfur hərəkətlərinin arası kəsildiyinə görə, Bakıya gəlib təkrarən əvvəlki vəzifəmi icra etməyə başladım. Latın əlifbasını (təkrarən) yenə əlimə aldığım zaman başda partiyamızın lideri Məmməd Əmin Əfəndioğlu, çox yaxın dostum  Əli bəy Qulubəyli mənimlə birgə Nəsib bəyi ziyarət etdik və orada mühüm bir söhbət apardıq. Nəsib bəy bizə bu məsələni Vəkillər Heyətində müzakirə edəcəyinə söz verdi. Həqiqətən də, sözünün üstündə durdu. Bir ara da bununla bağlı Maarif Nazirliyində komissiya yaradıldığını və toplantı günü üçün təkliflərin hazırlanmasını xahiş etdi. Çox sevindim...”
                                      *******
Tarixi araşdırmanın ən mücərrəd qatı anologiyadır. Dövlətləri, cəmiyyətləri, millətləri və fərdləri bir-biri ilə müqayisə etmək və kortəbii nəzəriyyələri, nəticələri paralellər üzərinə daşımaq. Lirik təfəkkürün əksinə olaraq, tarixi faktlarla işləyən adam “tarix təkrar olunur” qənaətini haqlı olaraq mistifikasiya kimi qəbul edir. Amma konkret zaman müstəvisində anologiya bəzən qaçılmaz olur. Əziz Alpoud da öz subyektivliyi ilə onu əhatə edən şəxsiyyətlər arasında paralellər aparır. Hətta, səmimi rəğbət bəslədiyi insanlar da belə yanaşmadan  kənarda qalmır. Məsələ heç də qiymətləndirmə və ya dəyərləndirmədə deyil. Dramatik məqamların elə dramatik müqayisələri də olur. Belə soyuq və sərt müqayisələrdən biri də Nəsib bəy Yusifbəylinin qismətinə düşür. 
Zamanından qırx iki il (1961-ci il), məkanından da elə bir o qədər uzaqlarda Ankarada Əziz Alpoud həyatının hekayətlərini öz tənhalığı ilə bölüşür və gəldiyi nəticələri isə Gələcəyin rəfinə qoyur. 
Belə ki, “Həyatımın hekayətləri”, 157-ci səhifə... 1919-cu il... (yenə də ay və gün bilinmir) Siyasi liderlərdən biri kimi Nəsib bəy Yusifbəyli ön plandadır.

ÜÇÜNCÜ  XATİRƏ

“...Dünya səviyyəli bir dövlət adamı olan sabiq baş nazir Fətəli Xan Xoylunun yerinə keçmiş Ədəmi Mərkəziyyət Türk Federalisti, indi isə “Müsavat”çı ortağı (şəriki) Baş Nazir Nəsib bəy Yusifbəyli, çox təmiz bir vətənpərvər və türkçü olmaqla bərabər, təəssüf ki, əvvəlki baş nazir səviyyəli bir idarəçi deyildi. Bu səbəbdən də, gündən-günə məmləkətdə narazılıqlar artırdı.
Arada  Nəsib bəy partiyamızı da koalisiyaya qoşulmağa cəlb etmək məqsədilə, bizə iki nazir vəzifəsini təklif etdi.Qohumum və dostum Əli Qulubəyliyə Ticarət Naziri , mənə də Maarif Naziri vəzifəsini. Hər ikimiz də bu təklifi rədd etdik.Çünki seçkilər keçirilməyənədək, koalisiyada iştirak etməmək qərarında idik...”
                                                     *****
Əziz Alpoudun “Həyatımın hekayətləri” əsərində Nəsib bəyin zamanın fonunda çəkilmiş ictimai-siyasi portreti ilə yanaşı, epizodik olsa da, sadə insani cizgiləri xatırlanır. Azərbaycanın Milli Əmniyyət naziri Nağı bəy Şeyxzamanlı ailə həyatı qurarkən Nəsib bəy Yusifbəyli öz məsləkdaşlıq və ağsaqqallıq missiyasını yerinə yetirir. Yeri gəlmişkən onu da qeyd edək ki, Əziz bəy sonralar Nağı bəyin baldızı Ruqiyyə xanımla evlənib. 
Uzun müddət ötəndən sonra Əziz Alpoud Müstəqillik illərinin şirinliyini, insanlarda həyat eşqinin rənglərini, çalarlarını göz yaşına qarışdırıb damla-damla səhifələrə damızdırır. Beləcə, 1919-cu il.... Böyük səadətlə dolu kiçik bir həyat mənzərəsi “Həyatımın hekayətləri”ndə...   

Hazırladı: Elmin Nuri


 



loading...
loading...
"Neçə illər öncə Qarabağ probleminin də qeyri-standat həlli olduğunu demişdim..."
Döyüşçü yoldaşından Nəcməddin Sadıkova özünəməxsus doğum günü TƏBRİKİ...
Üzərindən ata və anasının bağırsaqları çıxdı - AĞLASIĞMAZ SƏBƏB...
Tanrının 54 gün sonra göndərdiyi mükafat - FOTOLAR + VİDEO
"Qaliblərin imtahansız qəbulu ürəkbulandıran addımları daha da gücləndirərdi..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Bundan gözəl təəssürat ola bilməz…” -Vahid Əziz fəxri ad almasında danışdı...
Cəmiyyət
"Bunların fikrincə Azərbaycan ordusu ermənilərə güllə atmamalıdır..."
Cəmiyyət
“Onun ən böyük kino rolu "General Həzi Aslanov" filmidir...”
Hadisə
Pavel Qraçov Rəhim Qazıyevə görə şəxsən Əbülfəz Elçibəyi təhdid edibmi? - MÜƏMMA
Siyasət
“Rusiya Qarabağ probleminin həllini ona görə istəmir ki...”
Həftənin ən çox oxunanları
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
DYP əməkdaşları "Gelendevagen" deyir, "Niva"nın sahibi isə daş atıb başını tutur ki...
Prezidentdən sonra ən yüksək maaşı bu şəxs alır
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: "Tövbə edin və heç kimin haqqına girməyin"
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
Şüvəlanda "su qiyməti"nə dəbdəbəli villa satışa çıxarıldı - 10 milyon manat + VİDEO
“Şuşa və Laçının işğalı ilə bağlı sövdələşmə aparmış 3 nəfərdən biri Türkiyədə yaşayır…”
Ən ölümcül siqaret növünün adı açıqlandı - ARAŞDIRMA
Şəmkirin icra başçısından Dilqəm Əsgərovun oğluna KİŞİ SÖZÜ...
Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)