Xəbər lenti
26/04/2018 [13:13]:
“Məşhur şuşalılar” sərgisi keçiriləcək - ERMƏNİ HƏYASIZLIĞI SƏRHƏD TANIMIR...
26/04/2018 [13:09]:
Dünyanın 20 lideri məlum oldu - FOTOLAR
26/04/2018 [13:05]:
“Belə adamlar ya xəstədilər, ya da cəmiyyətin içərisində psixoloji narazılıq salmaq istəyirlər"
26/04/2018 [12:53]:
Ermənistanda etiraz aksiyaları yenidən başladı
26/04/2018 [12:51]:
Azərbaycan Uşaqlar Birliyinin sədri rüşvətxorluqda ittiham edilir
26/04/2018 [12:43]:
Qazaxda tikinti-quruculuq işləri sürətlənir
26/04/2018 [12:36]:
Gözləri olmayan körpə doğuldu -VİDEO
26/04/2018 [12:31]:
Müəllimlərin işə qəbulu qaydaları yenilənəcək
26/04/2018 [12:24]:
"Heydər Hüseynovun anadan olmasının 110 illiyi” mövzusunda dəyirmi masa keçirildi
26/04/2018 [12:15]:
“Hörmətli hakimiyyət, icazə verin, azad nəfəs alaq...” - Tanınmış aktrisa
26/04/2018 [12:11]:
Şagirdləri gözləyən təhlükə və maneələr – Valideynlər ən çox nələrdən qorxurlar?
26/04/2018 [12:07]:
Azərbaycan Beynəlxalq Bankı UNEC-də karyera günü keçirib
26/04/2018 [12:04]:
Azercell-in Mobil Göz Klinikası öz fəaliyyətini davam etdirir
26/04/2018 [12:03]:
Məşhurların övladları: General Oruc Zalovun polkovnik oğlu
26/04/2018 [11:53]:
Paşinyan Sarkisyanın keçmiş müttəfiqi ilə danışıqlar apardı
26/04/2018 [11:52]:
Oğrunu mağazadan pul bibərlə qovdular - VİDEO
26/04/2018 [11:45]:
Saqqızdan idman ayaqqabısı istehsal etdilər - FOTO
26/04/2018 [11:43]:
Polis üzərində “Kalaşnikov” gəzdirən şəxsi SAXLADI - BAKIDA
26/04/2018 [11:42]:
“Plastik qablardan istifadə insan səhhəti üçün zərərlidir...”- Professor xəbədarlıq etdi
26/04/2018 [11:29]:
Sarkisyan hakim partiyanın sədrliyindən də istefa verir
26/04/2018 [11:27]:
Naxçıvanda Nuh peyğəmbərə heykəl qoyuldu - FOTO
26/04/2018 [11:26]:
Qazaxıstan və Ermənistan prezidentləri telefonla danışıdılar
26/04/2018 [11:22]:
Arıqlamaq istəyirsinizsə bu qidaları mütləq yeyin - SİYAHI
26/04/2018 [10:59]:
Sarkisyan hakim partiyanın sədrliyindən də istefa verir
26/04/2018 [10:54]:
Mingəçevir su elektrik stansiyası yenidənqurmadan sonra bu il istifadəyə veriləcək
26/04/2018 [10:42]:
Kişilər niyə tərk edir? - Cəmi 4 CAVAB
26/04/2018 [10:34]:
Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ
26/04/2018 [10:27]:
Alimlər depressiyadan qorunmağın ən sadə üsulunu tapıblar
26/04/2018 [10:22]:
Paşinyanın arxasında duranların kimliyi məlum oldu
26/04/2018 [10:18]:
“Facebook” I rübdə reklamdan 12 mlrd. dollar gəlir əldə edib
26/04/2018 [10:15]:
Sabah Şimali və Cənubi Koreya liderlərinin görüşü keçiriləcək...
26/04/2018 [10:12]:
Ana olmaq istəyir - “Ərə gedərəm-getmərəm, öz işimdir”
26/04/2018 [10:11]:
Rusiyadan Ramiz Mehdiyevə böyük mükafat - "Şərəf" ordeni
26/04/2018 [10:05]:
İki liderin Ankaradan İrəvana son mesajı -Tarixi şans qaçırılsa..
26/04/2018 [09:56]:
Ramiz Mehdiyevin dedikləri istintaqa başlamaq üçün əsasdırmı -Sabiq nazirlərin başı dərddə
26/04/2018 [09:51]:
"Feysbuk yırtıcıları"nın "öldürdüyü" Könül Xasıyeva Moderator.az-a danışdı...
26/04/2018 [09:45]:
İrəvanın mərkəzi küçələrinə zirehli texnika çıxarıldı
26/04/2018 [09:40]:
“Mütləq növbədənkənar parlament seçkiləri keçirilməlidir”
26/04/2018 [09:34]:
Cəbhədən xəbər var
26/04/2018 [09:31]:
Cümhuriyyət hökumətinin İranla əlaqələri necə idi?
26/04/2018 [09:24]:
Podqoritsada “Arşın mal alan” filmi nümayiş olundu - Monteneqro dilində...
26/04/2018 [09:22]:
Ərdə olmaq həyat mənbəyi imiş - Ailəli xanımların ürək-damar sistemləri, psixi problemləri..."
26/04/2018 [09:14]:
Nazir onu mətbuat katibi vəzifəsindən çıxardı, yeni vəzifə verdi
26/04/2018 [09:10]:
Manatın bugünkü MƏZƏNNƏSİ
26/04/2018 [09:07]:
“Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu”
26/04/2018 [09:05]:
Səlim Müslümovun elan etdiyi müsabiqə ləğv olundu
26/04/2018 [08:58]:
Hüseyn Abdullayev hardadır? -Onu təcridxanaya aparan səbəb nədir?
26/04/2018 [08:54]:
Prezident ən yaxşı Quran oxuyana bahalı avtomobil bağışladı - İBRƏTAMİZ + FOTO
26/04/2018 [01:38]:
Qadınların orta yaşlarda etdiyi 12 səhv - Siz də belə edirsinizmi? + İLGİNC FOTOLAR
26/04/2018 [00:49]:
ÇL: “Real” “Bavariya”nı məyus etdi
26/04/2018 [00:47]:
Türkiyədə silahlı toqquşma: Ölən və yaralılar var
25/04/2018 [23:58]:
Laçının kəndlərində məskunlaşmış ermənilər separatçı rejimdən şikayətləndi - VİDEO
25/04/2018 [23:54]:
Zaxarova: "ABŞ-da Rusiya konsulluğuna basqın ediblər" (VİDEO)
25/04/2018 [23:48]:
"Zatən bu səbəbdən erməni xalqı Sarqsyanı hakimiyyətdən qovdu" - VİDEO
25/04/2018 [23:45]:
Azərbaycan Cümhuriyyətin süqutunun gizlinləri – Dəqiq faktlar, deyilməyən məqamlar…
25/04/2018 [23:32]:
"Moskva hiss edir ki, oyuncaq Qarabağ klanının hakimiyyətinə son qoyulmaq üzrədir"
25/04/2018 [23:31]:
Paşinyan: "Etiraz aksiyaları davam etdiriləcək"
25/04/2018 [23:28]:
Professor Firudin Cəlilov növbəti dəfə Türkiyədə - “Müalicə davam edir”
25/04/2018 [23:26]:
Sarqsyana hətta Putin kömək edə bilmədi: Moskva "timsah göz yaşları"na inanmır...
25/04/2018 [23:05]:
Ermənistanın XİN rəhbəri Moskvaya yollanıb
25/04/2018 [23:03]:
İranın Suriyaya göndərdiyi aviayüklər Vaşinqtonu narahat edir
25/04/2018 [22:58]:
Serj Sarkisyan: “Yenidən müraciət etməyə məcburam...”
25/04/2018 [22:55]:
Bakının bir hissəsi qazsız qalacaq
25/04/2018 [22:39]:
Ermənistanda inqilab: Nalbandyan Moskvaya yollandı
25/04/2018 [22:32]:
AXC-nin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
25/04/2018 [22:31]:
FİFA prezidenti “Qarabağ”ı təbrik etdi
25/04/2018 [21:48]:
"Təhsildə varislik və fasiləsizlik prinsipləri təmin olunmalıdır..."
25/04/2018 [21:47]:
“Mir Cəlal irsinin təbliği” layihəsi üzrə növbəti tədbir keçirildi
25/04/2018 [21:47]:
Diqqət! Spirtli içkilərin daha bir zərəri aşkar edildi - XƏBƏRDARLIQ
25/04/2018 [21:39]:
Anası ilə dalaşan uşaq kredit kartını oğurlayıb lüks otelə tətilə getdi - HEYRƏTAMİZ...
25/04/2018 [21:39]:
Putin Ermənistan üçün narahatdır - Sarkisyanla danışdı
25/04/2018 [21:37]:
"Aşığın sözü qurtaranda "dalay-dalay" deyər..." - Flora Röyaya
25/04/2018 [21:31]:
“Neftçi” bəyanat yaydı - “Adımızdan sui-istifadə edirlər”
25/04/2018 [21:26]:
Yunanıstan lideri İlham Əliyevi təbrik edib
25/04/2018 [21:24]:
Meymunu suya itələyən gənc həyatının dərsini aldı - FOTO+VİDEO
25/04/2018 [21:21]:
Üz kremi oğurlayan İspaniyalı məmur istefa verdi
25/04/2018 [21:19]:
"Hiss etdim ki, tüstü nəfəs yoluma dolduğundan artıq taqətim qalmayıb" - FOTOLAR
25/04/2018 [21:17]:
Sabah Bakına bəzi hissələrində qaz olmayacaq
25/04/2018 [20:45]:
ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib
25/04/2018 [20:21]:
Avropanın ən çox borcu olan ölkəsi məlum oldu
Bütün arxiv bir sırada
05/02/2018 [22:24] - Reportaj - ( 8420 dəfə baxılıb)

"Bakıxanov Qubada eşqbazlığa gedərkən..." Ağanın şəxsi cangüdəninin nəvəsi danışır - FOTOLAR



Qüdsiylə Məkkədə ölən cangüdəninin nəvəsindən xatirələr...

Moderator.az Abbasqulu Ağa Bakıxanovun Qubanın əmsar kəndində yerləşən ev muzeyi və onun şəxsi cangüdəninin nəvəsinin xatirələrinin yer aldığı reportajı təqdim edir.

Atası II Mirzəməhəmməd taxt-tac mübarizəsində əmioğlusu Hüseynquluya məğlub olmasaydı, Bakı xanı Hüseynqulu yox, Mirzəməhəmməd olacaqdı, o,Qubaya köçməyəcəkdi, dayısı Fətəli xan ona Əmsar kəndini hədiyyə etməyəcəkdi. Yəqin ki, Qubada qələmə aldığı, Azərbaycan və Dağıstan tarixindən bəhs edən “Gülüstani-İrəm” əsəri də olmayacaqdı. Bəlkə də atasının bu məğlubiyyəti balaca Abbasqulunun genetik xanlıq, hökmdarlıq  potensialını maarifçiliyə, elmə yönəlməyə məcbur etdi və o Azərbaycan tarixşünaslığının banisi Abbasqulu Bakıxanov oldu. Bəlkə də belə olmadı...
Şəxsiyyətlər adətən şişirdilir. Yəqin ki, bunu tarixçilər, qələm sahibləri edir və ona görə edir ki, adları amansızcasına tarixləşən zamanın kəşməkəşindən boylana biləcək qədər qeyri adi-olsun. Ancaq sadə insanlar belə eləmir, onlar hər rəngi öz yerində vururlar. Onlar tarix yazmırlar, danışırlar sadəcə.... 
Abbasqulu Ağa Bakıxanov haqqında tarixçilərin, alimlərin bizim üçün müəyyənləşdirdikləri məlumatları çoxumuz oxumuşuq. Bu yazı isə tarixdə qalmaqallı şəxsiyyət kimi tanınan Bakıxanovun cangüdəni Yəhya Zülfüqarovun nəticəsi Əkrəm Zülfüqarovun xatirələri üzərində qurulub. Əkrəm dayı Qubanın Amsar kəndində yaşayır. 80 yaşı var. Deyir ki, ulu babam, yəni atasının babası Hacı Yəhya Abbasqulu ağa Bakıxanovun yaxın sirdaşı olub. (Bu yaxınlıq Abbasqulu ağanın həyatından bəhs edən bədii əsərlər və tarixi sənədlərdə də göstərilir . Yəhya Abbasqulu ağanın şəxsi darğası, “adyutant”ı kimi qeyd olunur). 

1802-ci ildə 6 yaşlı Abbasqulu Amsar kəndinə gələrkən burada ən çox bəyəndiyi ərazi Zülfqar nəslinə məxsus bağ olur. Elə onun istəyilə burada böyük imarət tikilir. Və beləcə Abbasqulu Amsarda yeniyetməlik və gənclik illərini yaşayır. Bakıxanovlar Amsar kəndindən axan Ağçayın sol sahilində yaşamağa başlayır. Abbasqulu Qubada mədrəsə təhsili alır. Onun həyatına bir az bədii yanaşsaq gənc Abbasqulunun şeir yazması üçün çoxlu səbəb tapmaq olar; canında gəzdirdiyi “xan geni”, damarında qaynayan iki sivilizasiyanın toqquşmasından yaranan qan qarışıqlığı, (A.A. Bakıxanovun atası Bakı xanı nəslindən, anası isə gürcü olub) daşıdığı “Bakıxan” soyadına təzadən, qismən əzilmiş, məğlub olaraq Bakıdan uzaq, sakit bir kənddə qərar tutan əhval və ən əsası da səfalı Qubanın Ağçay sahilində yerləşən ecazkar Amsar təbiəti...
Beləcə “Qüdsi” təxəllüslü şeirlər doğulmağa başlaır.
Bəlkə də Abbasqulu ağa bu sətirləri yazarkən nəzərdə tutduğu şəhərlər arasında incik ayrıldığı Bakı da var idi:

Qüdsi, xoşdur Əmsar adlı məskənin
Şəhərlərdən gözəldir kəndin sənin. 

Gənc Abbasqulu Qubada yaşadığı illərdə xeyli tarixi məlumatlar toplayır. Eyni zamanda həmin mühüm faktları novatorluq bacarığıyla tarixi əsər formasında qələmə alır. Və özünün ən mükəmməl əsərlərindən olan “Gülüstani-İrəm”i məhz Qubada, Amsar kəndində yazır. 
Qəhrəmanım Əkrəm Zülfüqarov deyir ki, Abbasqulu ağanın kütləyə məlum olan həyat və yaradıcılığı ilə yanaşı, əsrlərlə ürəklərdə daşınıb, indi bir neçə ağsaqqalın dilində can verən maraqlı xatirələri də var. Əkrəm dayı söhbətə başlayanda dedi ki, bu sözləri ona babasının dilindən atası danışıb. Onun sözlərinə görə Abbasqulu ağa gənclikdən kənd camaatı tərəfindən çox sevilən, hörmət qazanan biri olub. Bir axşam gənc Abbasqulu Qubanın Amsar kəndinə eşqbazlığa çıxırmış. Bu an cavan bir oğlan qarşısını kəsib onu iki saatdan sonra imarətlərinin partladılacağı barədə xəbərdar edir. Həmin oğlan birbaşa Bakıdan Qubaya Abbasqulu ağaya xəbəri yetişdirmk üçün gəlibmiş. Xəbərə uyğun imarətin ətrafı qazıldıqda, oradan doğrudan da böyük həcmdə barıt çıxır. Xəbəri çatdıran şəxs illər öncə gözləri çıxarılarkən Abbasqulu ağa tərəfindən xilas olunan qul olurmuş. Hansı ki, Abbasqulu ağanın köməyilə sağ qalan həmin qul sonradan o dövrün imkanlı şəxslərdən olur. Beləcə Abbasqulu ağaya gənc ikən Qubada təşkil olunan sui-qəsdin qarşısı alınır. 
   Bakıxanov 1819-cu ildə general Yermolovun dəvətilə Tiflisdə Qafqaz Baş Hərbi İdarəsində tərcüməçilik vəzifəsini qəbul edib, ömrünün sonunadək, 26 il bu vəzifədə çalışsa da, Quba ilə əlaqəsini kəsmir. 
Tarixdə A.Bakıxanovun 1946-cı ildə başladığı səfər “Yaxın Şərq ölkələrinə səyahət”kimi qiymətləndirilsə də Amsar sakinləri bu səyahətə “Həcc ziyarəti” deyir. Hansı ki, bu səfər zamanı Bakıxanovla Amsar sakini Yəhya Zülfüqarov və onun oğlu Həmdulla Zülfüqarov da olur. Səfərdən öncə Yəhya bəy A. Bakıxanova o vaxtlar üçün ən böyük hədiyyələrdən sayılan yəhərli səmənd at hədiyyə edir. Bundan əlavə səfər zamanı lazım olacaq ləvazimatlardan olan xüsusi işlənmiş qırmanc və 80 sm-lik - el dilində “abdulbağı xəncəri” adlanan qılınc da Abbasqulu ağaya hədiyyə olunur.
A. Bakıxanovun bu səfəri yarımçıq qalır. O, Məkkə yaxınlığında vəbaya mübtəla olur. 53 yaşında Səudiyyə Ərəbistanında can verir. Cangüdəni Yəhya bəy işində olduğu kimi, ömrüylə də ona sadiqliyini göstərir, ölümünü də ondan əsrigəmir. Abbasqulu ağa ilə birgə vəbaya düçar olan Yəhya Zülfüqarov da Ərəbistan yarımadasının “Vadiyi-Fatimə” torpağında canını tapşırır. Həmin qrupdan sağ qalan şəxslərdən biri, Yəhya bəyin oğlu Həmdulla Zülfüqarov (qəhrəmanımın babası) olur. Dünyasını dəyişənlərinin nəşinin Vətənə gətirilməsi o zaman üçün qeyri-mümkün olduğundan Abbasqulu ağa və Yəhya bəyi “Vadiyi-Fatimə”də dəfn edirlər. 
       İllər keçdikdən sonra A. Bakıxanovun Qubadakı imarəti dağıdılır, əşyaları qeyb olur. 1930-cu illərdə Amsarda, Ağçayın sol sahilindəki imarətin yerində mal ferması tikilir.  Hətta imarətin tikildiyi yerin torpağını da qazıyırlar ki, bəlkə qızıl tapdılar. Nə xoş ki, Abbasqulu ağa qiymətli nəyi vardısa, torpağın altına yox, üstündə - daha doğrusu insanların düşüncələrində basdırdışdı; Qanuni-Qüdsi,Əsrarül-Mələkut, Təhzibül-Əxlaq, Kəşfül-qəraib, Eynul-Mizan, Gülüstani-İrəm, Nəsihətnamə və başqa adlarla...
İmarətin söküldüyünü görən Zülüqarovlar isə tikilinin kərpiclərini çayın sağ sahilinə daşıyaraq yeni bir ev ucaldırlar. Hətta bu işi Bakıxanovun imarətinin çayın sağ sahilinə daşınması kimi qiymətləndirən Amsar sakinləri, təxminən 1 kilometrlik bu məsafəyə düzülərək, kərpicləri beləcə əldən-ələ ötürür, yeni evin tikilməsinə kömək edirlər. Həmin evdə bu gün qəhrəmanım Əkrəm Zülfüqarov yaşayır. 
Abbasqulu ağa Bakıxanovdan bizə qalan yeganə əşya isə onun şəxsi qırmancıdır. Yox, bunu yozmaq fikrim yoxdu. Ola bilsin ki, qırmac bir təsadüfdür. Həmin qırmanc, bəzi fotoşəkillər, “Gülüstani-İrəm” əsərinin bir səhifəsinin orjinalı, ağanın şəxsi möhür izi hazırda Qubanın amsar kəndində yerləşən A.Bakıxanovun ev muzeyində saxlanılır.

Abbasqulu ağanın Amsardakı torpaqlarını yuyub aparan Ağçayın suları indi durulsa da, Amsar sakinləri ağanı unutmurlar. Bunu kənd sakinləriylə sağollaşanda eşitdiyim dialoq bir daha təsdiqlədi. Kəndin aşağı hissəsindən mərkəzə yaxınlaşan bir qoca ona verilən  suala belə cavab verir:
 - Hə, gördüm, gördüm, ağanın bağları tərəf getdi.
Yanımda duran bələdçiyə pıçıldayıram:
- “Ağanın bağları”  deyəndə o, “o ağa”nı nəzərdə tutur?
Gülümsünüb eyni tonda cavab verir:
- Hə, “o ağa”nı deyir.

P.S. Əkrəm dayı isə söhbət boyu israr edirdi ki, sənədlərdə Abbasqulu ağa Bakıxanovun ölüm tarixi düzgün göstərilməyib, o kişilər 1848-ci ildə ölüblər.

Amin

Arıqlamaq istəyirsinizsə bu qidaları mütləq yeyin - SİYAHI
Podqoritsada “Arşın mal alan” filmi nümayiş olundu - Monteneqro dilində...
Diqqət! Spirtli içkilərin daha bir zərəri aşkar edildi - XƏBƏRDARLIQ
Meymunu suya itələyən gənc həyatının dərsini aldı - FOTO+VİDEO
Təzə kartofun faydaları...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
“Məşhur şuşalılar” sərgisi keçiriləcək - ERMƏNİ HƏYASIZLIĞI SƏRHƏD TANIMIR...
Cəmiyyət
“Plastik qablardan istifadə insan səhhəti üçün zərərlidir...”- Professor xəbədarlıq etdi
Dünya
Sabah Şimali və Cənubi Koreya liderlərinin görüşü keçiriləcək...
Maraqlı
Ərdə olmaq həyat mənbəyi imiş - Ailəli xanımların ürək-damar sistemləri, psixi problemləri..."
Hadisə
Anası ilə dalaşan uşaq kredit kartını oğurlayıb lüks otelə tətilə getdi - HEYRƏTAMİZ...
Həftənin ən çox oxunanları
Səhiyyə naziri postuna real namizədlər: Ehtimallar özünü doğruldacaqmı?
"Qarabağla bağlı Azərbaycan ən xain zərbəni Ermənistandan deyil, Rusiyadan gözləməlidir"
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi - SİYAHI
Həkimlər infarktdan ölməkdən qaçmağın yolunu açıqladılar: Ən azı həftədə 2 dəfə...
Daha 20 yüksək post prezident sərəncamını gözləyir - SİYAHI...
Abid Şərifovun vəziyyəti pisləşdi – SON DƏQİQƏ
Bu parka yalnız sevgililər və yeni evlənən cütlüklər dəvət olunur - Dünyanın seksual parkından FOTOLAR (18+)
"Bəyəm, mənə nə olub ki, xəstələnim və üstəlik, xəstəxanaya da yerləşdirilim?"
“Hacıbala, səninlə ölənə kimi məzələnəcəm” - Şeyx Əbdül Mahmudbəyov
"Azərbaycanın əhəmiyyətli bir şəhəri silahlı qüvvələrimizin nəzarətinə keçməlidir”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin