Xəbər lenti
22/01/2019 [22:33]:
Avropanın daha bir "dəmir ledi"si prezidentlik iddiasında...
22/01/2019 [22:18]:
“O sessiyaya görə Bəxtiyar Vahabzadəni  respublika başçıları sırasına yazmaq olar...”
22/01/2019 [22:18]:
Prezident sarayının yaxınlığındakı bank qarət olundu
22/01/2019 [22:17]:
Bizə bu soyadı Abbasqulu ağa sevdirdi: Vaqif Şadlinskinin 79 yaşına...
22/01/2019 [21:55]:
Məşhurlar bu xəstəliklərdən əziyyət çəkir -MARAQLI...
22/01/2019 [21:36]:
Yaqland təxribatçını susdurdu - “Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməyin”
22/01/2019 [21:28]:
"İlham Əliyev Mehmandan öz məqsədləri üçün yararlanmaq istəyənlərin arzusunu gözündə qoydu”
22/01/2019 [21:16]:
Köçəryan “1 Mart işi”nə yüz min dollar ödədi
22/01/2019 [20:52]:
"Arxamca danışıb, pulumu oğurlayıb..." - Natavan
22/01/2019 [20:35]:
Lətifə nikahdankənar eşq istəyir: “Mənə qadın olduğumu hiss etdirsin, nazımı çəksin...”
22/01/2019 [20:25]:
Mərci uduzdu: Çimərlik paltarında çıxdığı dağdan yıxıldı, donvurmadan tələf oldu...
22/01/2019 [20:24]:
"Sevinirik ki, OPEK+ görüşü neftin vətənində keçiriləcək" -İlham Əliyev
22/01/2019 [20:14]:
İlham Əliyevin Paşinyanla növbəti görüşü olacaq
22/01/2019 [20:11]:
Sabah Bakının bir hissəsi qazsız qalacaq
22/01/2019 [20:10]:
Bir gecənin sirri: Şəhid türk əsgərinə qoyulmuş abidə necə dəyişdirildi?
22/01/2019 [20:07]:
ATƏT PA-nın prezidenti: "Mehman Hüseynovla bağlı qərarı alqışlayırıq"
22/01/2019 [20:03]:
Ramil Usubov əməliyyat müşavirəsi keçirdi – 241 cinayətkar qrup ifşa edildi
22/01/2019 [20:02]:
Alimlərdən "ağappaq" məsləhət: Kefir içmək ömrü uzadır...
22/01/2019 [19:55]:
DTX məlumat yaydı: Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi, profili mövcud deyil!
22/01/2019 [19:33]:
Prezident azərbaycanlı biznesmenlə görüşdü
22/01/2019 [19:29]:
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB pulsuz internet!
22/01/2019 [19:26]:
Tacikistanda neft emalı zavodunda partlayış - Ölü və yaralılar var
22/01/2019 [19:19]:
UNEC pedaqoji heyətin potensialının artırılması üzərində daim çalışır - FOTOLAR
22/01/2019 [19:02]:
Ulduz futbolçunun mindiyi təyyarə yoxa çıxdı - FOTO
22/01/2019 [18:56]:
Mehman Hüseynov Əli Abdalovla barışdı -VİDEO
22/01/2019 [18:52]:
Zakir Həsənov yeni istifadəyə verilən obyektlərlə tanış oldu -FOTOLAR
22/01/2019 [18:43]:
Əli Mirəliyevin pişiklə bağlı dediklərinə aydınlıq gətirildi - VİDEO
22/01/2019 [18:22]:
"Koroğlu" dayanacağının istifadəyə veriləcəyi TARİX AÇIQLANDI
22/01/2019 [17:57]:
Azərbaycanın canlı tarixi olan Qarabağ atı niyə öldü? - SƏBƏB
22/01/2019 [17:56]:
30 mindən çox müəllim tətil keçirir - Los Ancelesdə
22/01/2019 [17:54]:
UNEC-in beynəlxalq reytinqinin yaxşılaşdırılması məqsədilə tədbirlər planı icra olunur
22/01/2019 [17:46]:
ADNSU-nun rektoru İsraildə bir sıra işgüzar görüşlərdə iştirak edib
22/01/2019 [17:45]:
İtlərin piyada keçidindən istifadə etdiyi görüntülər yayıldı - MARAQLI...+VİDEO
22/01/2019 [17:40]:
Aİİ-də “Nəsimi İli” ilə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır
22/01/2019 [17:35]:
“Şahdağ”a dəmir yolunun çəkilməsi planlaşdırılır
22/01/2019 [17:31]:
Rövşən Rzayev şikayətləri dinlədi, həlli üçün tapşırıq verdi
22/01/2019 [17:31]:
Seksoloq: "Cütlüklərə həftədə 3-4 dəfə cinsi əlaqəni tövsiyə edirik" - FOTO
22/01/2019 [17:25]:
Bakıda qumarxana aşkarlandı - FOTOLAR
22/01/2019 [17:25]:
Azərbaycanın Livandakı səfiri: “Nəsiminin məzarı qohumlarının nəzarəti altındadır” - MÜSAHİBƏ
22/01/2019 [17:25]:
Ananın məsuliyyətsizliyi az qala bir uşağın həyatını məhv edəcəkdi - DƏHŞƏT...+VİDEO
22/01/2019 [17:21]:
Bakıdakı bəzi küçələrdə parklanmalara icazə veriləcək - RƏSMİ
22/01/2019 [17:19]:
Əlimizdən alınan uşaqlığımız...
22/01/2019 [17:18]:
Manatın məzənnəsi dəyişdi?
22/01/2019 [17:04]:
Lapşin Azərbaycanla bağlı yeni böhtan kampaniyasına hazırlaşır: DİQQƏT!
22/01/2019 [17:02]:
Rusiyada silahlı şəxs sərnişin təyyarəsini qaçırmaq istədi - FOTO
22/01/2019 [16:54]:
Fransa vətəndaşı Azərbaycanın işğal altındakı torpaqlarında medal aldı- FOTOLAR
22/01/2019 [16:54]:
Rusiya XİN Putinlə Trampın görüşü haqda: Vaşinqton bəhanələr axtarır...
22/01/2019 [16:35]:
"Arxamca danışıb, pulumu oğurlayıb..." - Natavan
22/01/2019 [16:22]:
Ermənistandan Azərbaycanla bağlı xain plan: Düşmən əsl niyyətini etiraf etdi
22/01/2019 [16:20]:
Milli Məclisin Hesablayıcı komissiyası yenidən formalaşdırılır
22/01/2019 [16:10]:
19 yanvar mitinqinin təşkilatçılarına RƏSMİ XƏBƏRDARLIQ: əgər gələcəkdə...
22/01/2019 [15:56]:
Yer üzündəki bütün ölkələri gəzən ilk və tək insan- MARAQLI
22/01/2019 [16:01]:
Vəkillər "Elektron məhkəmə" informasiya sistemi ilə bağlı təlimlərə cəlb olunurlar
22/01/2019 [15:52]:
Erkan Özoral: "Türkiyə hər bir sahədə Azərbaycanın səmimi və güclü dəstəyini hiss edir"
22/01/2019 [15:51]:
“Bizim filmlər xaricilərin çəkdiklərindən 100, 200 dəfə zəifdir, çünki...” – Əsəd Cahangirdən kinoya diaqnoz
22/01/2019 [15:43]:
Nigar Camal açıq-saçıq libası ilə yenə diqqət çəkdi -FOTO
22/01/2019 [15:26]:
Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Mehman Hüseynovla bağlı bəyanat yaydı
22/01/2019 [15:24]:
“Google” 50 milyon avro cərimələndi
22/01/2019 [15:16]:
Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin görüşü olub
22/01/2019 [15:01]:
İlham Əliyev “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşdü
22/01/2019 [15:00]:
“Azərsu” sayğaclarla bağlı elektron xidməti istifadəyə verdi
22/01/2019 [14:53]:
Azərbaycan Gürcüstandan avtomobil idxalını 3 dəfəyə yaxın artırıb
22/01/2019 [14:50]:
"Nə olsun ki villamız, “novostroyka”da evlərimiz yoxdur" - Keçmiş rabitə naziri...
22/01/2019 [14:50]:
Həyatda qalmağı bacaran yeddizlərin həyat hekayəsi- FOTOLAR
22/01/2019 [14:49]:
Azərbaycanlını evində girov saxlayan erməni general yenidən həbs olundu
22/01/2019 [14:47]:
Azərbaycanda ov edən ərəblər cərimələndi
22/01/2019 [14:43]:
Qalmaqallı şair deputat olmaq istəyir
22/01/2019 [14:27]:
III Avropa Oyunlarını keçirmək Azərbaycana təklif olundu
22/01/2019 [14:26]:
Emin Ağalarov ABŞ-a niyə getmədi? – Pərəstişkarlarına isə "özümə nifrət edirəm" mesajını ünvanladı
22/01/2019 [14:20]:
Koreyanın səfiri ADU-da oldu -FOTOLAR
22/01/2019 [14:14]:
"Çoxu səndən, məndən yaxşı yaşayır" - Dilənçilikdə YENİ METOD - VİDEO
22/01/2019 [14:11]:
Naxçıvanda zabitlərin komandir hazırlığı ilə bağlı toplantı keçirildi
22/01/2019 [14:10]:
Putinin reytinqi niyə azalır? –Rusiyada "camaat prezidentdən bezib" qənaəti güclənir
22/01/2019 [14:08]:
Erməni analtik Trampın Paşinyanı necə doladığından yazır: “Olduqca təhlükəli ismarıcdır...”
22/01/2019 [14:03]:
Keçmiş nazirin sensasiyalı ölümü: Qətl, yoxsa intihar?
22/01/2019 [13:57]:
Paşinyan yenə Moskvaya səfər edəcək
22/01/2019 [13:55]:
Sabah yağış, güclü külək gözlənilir - XƏBƏRDARLIQ
22/01/2019 [13:48]:
ABŞ-da yaşayan "Azərbaycan Respublikasının Əməkdar Artisti"... - FOTOLAR
22/01/2019 [13:46]:
Şamaxıda tələbə dəm qazından boğuldu
22/01/2019 [13:44]:
İki övladını boğub, yandıran ananın VİDEOSU - Əri azərbaycanlıdır
Bütün arxiv bir sırada
07/02/2018 [16:08] - Köşə - ( 2922 dəfə baxılıb)

Ən əsas və ən həssas seçim haqqı...

Allah yolundan sapanların allahsız namizədləri seçməsini “ədalətli seçki” adlandırmaq olmaz...
Sultan Laçın

Osmanlını allahsızlıqla yıxanların qurduğu “dermokratiya” insanları dolları özlərinə “allah” edənlərə səs verməyə vadar edir...

Azərbaycanda prezident seçkilərinin vaxtının önə çəkilməsi gündəlik leksikonumuzda “seçki”, “seçmək”, “seçim” kimi sözlərin işlənmə tezliyini artırdı. Gerçəkdən hər bir ölkənin taleyində lider seçkiləri və ya təyinatı önəmli rol oynayır. Müasir dünyanın “demokratik” adlanan, eləcə də bir sıra digər tipli ölkələrində hər bir insana  prezident, deputat, bələdiyyə  və s. seçkilərində azad seçim etmək hüququ verilir. Amma əsas məsələ bu haqqın icra edilməsinə dövlət rəhbərliyi tərəfindən yaradılan şərait və vətəndaşın öz haqqından necə yararlanmasıdır... 

Dünya həyatına yalnız iqtisadi-siyasi proseslər prizmasından baxanlar üçün insan taleyində ən önəmli rol oynayan seçkilərdən biri onun yaşadığı dövlətin başçısının seçkiləridir. Amma gəlin görək, biz ömrümüz boyu yalnız prezident, deputat, bələdiyyə sədri seçimi edirikmi? Əslində həyatımızın, demək olar ki, hər anında düşüncəmizdə, baxışımızda, davranış və əməllərimizdə saysız-hesabsız seçimlər edirik: qida, xörək seçimi, söz seçimi, oyuncaq seçimi, paltar seçimi,  bəzək-düzək, mebel seçimi, ev seçimi, qonşu seçimi, peşə, iş, ali məktəb, vəzifə seçimi,  ömür-gün yoldaşı seçimi, səyahət seçimi və s. və i.a. Bəs insan üçün ən əsas –  onun dünyada yaşadığı sürədə baza rolunu oynayacaq seçim hansıdır? Maddiyyatla yaşayanların biri deyəcək, həyat yoldaşı,  o biri deyəcək peşə, iş seçimi... Amma möminlər gözəl bilir ki, bu dünyada yaşayan insan üçün ən əsas və ən həssas seçim öz qəlbində mövcud olduğu aləmə baxışında, həyat tərzində seçdiyi yoldur: Allah yoxsa, Şeytan yolu, halal, yoxsa haram... İnsanların özlərinin, doğma, yaxınlarının, ölkəsinin və bütün bəşəriyyətin mənəvi-əxlaqi, iqtisadi-siyasi və s. durumu məhz bu SEÇİMdən asılıdır. Sonrakı seçimlər artıq bu BAZA SEÇİMdən asılı olmaqla ikinci, üçüncü, dördüncü, beşinci və s. dərəcələrə bölünür. Ən böyük Ədalət, Azadlıq sahibi olan Yaradan Qurani-Kərimdə insana aydın şəkildə bu ƏSAS SEÇİM HAQQInı verir. Rəbbimiz Qurani-Kərimin “Əl-Bəqərə” surəsinin 256-cı ayəsində  buyurur:”Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!”

Nə yazıqlar ki, müsəlman adlanan çoxlarının nəinki bu ayədən, ümumiyyətlə, Qurandan xəbəri yoxdur.  Fəqət, Allah insanı fitrətən elə yaratmışdır ki, o, Quranı və digər səmavi kitabları oxumasa, ona yol göstərən olmasa da belə, çox vaxt özü dünyanı dərk etməyə başladığı çağlarından vicdani mühakiməsi ilə yaxşını pisdən, doğrunu yalandan, haramı halaldan ayırmağa başlayır... 

Təbii ki,  Allah yolunu seçən insan digər seçimlərini də Yaradanın rizası üçün seçəcək. Yəni bacardığı qədər Allahın narazı qala biləcəyi seçimlərdən uzaq olacaq və digər insanları da buna təşviq edəcək. Şeytan yolunu seçmiş, qəlbi fitnə-fəsadla dolu məxluq isə ata-ana, qardaş-bacısından başlamaqla hamıya kələk gəlmək, oğurluq-doğurluq, halal-haram bilmədən mümkün qədər dünyanın ləzzətlərini dadmaq, ən  yüksək vəzifə, varlı, rahat, lüks ev, maşın və s. sahibi olmağa çalışacaq. Belə insanın, vətəndaşın bütün seçimləri də  öz həyat tərzinə uyğun olacaq. Özü haqsız, ədalətsiz olduğu üçün, ətrafdakıların da haqsızlığına, ədalətsizliyinə göz yumacaq. Özündən varlı, vəzifəli olan ədalətsizlərin bir sözünü iki etməyəcək, onların hər pay-püşünü, hədiyyəsini qəbul edib susacaq... Uzaqbaşı, yalnız öz şəxsi, ailə, tayfa maraqları, haqları tapdananda cəsarəti çatsa, səsini çıxaracaq, “müxalifətçi” olacaq. Və təbii ki, beləsi seçkilərdə də gücü yetməyən haqsızlara səs verəcək...Allahsızların allahsız namizədlər arasından seçim etdiyi seçkinin nəticəsi ölkəyə, dünyaya ədalət gətirə bilərmi?..

Bizə, müsəlmanlara, türklərə “demokratiya”, “mədəniyyət”, dərsi keçməyə çalışan Avropanın, Amerikanın neçə yüz illərdir etdiyi seçimlərin nəticələri göz önündədir.  Makiavellinin “məqsəd vasitəyə haqq qazandırır”, Stalinin “insan yoxdur- problem yoxdur” prinsipləri ilə yaşayan  Allah, İslam qanunlarından uzaqlaşmış, kişiliyi, vicdanı, mənəviyyatı,  əxlaqı, həyanı sonuncu plana atan cəmiyyətlərin seçim və ya təyinatla önə çıxardığı liderlər Buş, Tramp, Kim In Çen və s. kimi cüvəllağılar olur. Çoxları harama, əxlaqsızlığa, ailə dəyərlərinə və s. göz yuman, sadəcə, texniki tərəqqi ilə, var-dövləti ilə, bayağı “mədəniyyət” və incəsənətləri ilə öyünən müasir Avropa, Amerika adamını  nümunə, etalon kimi qəbul edir. Amma onların xüsusən son onilliklərdə  səs verib seçdikləri liderlər və onların əməlləri göz önündədir. Doğrudur, çox vaxt kütlənin çoxluğu doğrudan da namizədə səs verir. Ancaq əvvəla, onlar, öncə dediyimiz kimi, öz dünyagörüşlərinə uyğun namizədə səs verirlər. İkincisi də, əgər “demokratiyanın olmadığı” və ya “axsadığı” ölkələrdə səsvermə seçicilərə birbaşa və ya dolayısıyla hədə-qorxu gəlmək, eləcə də qutulara “yuxarıdan məsləhət görülən” namizədlərə “səs”ləri doldurub, protokolları saxtalaşdırmaq yoluyla hakim gücün istədiyi namizəd “seçilirsə”, demokartiyanın aşıb-daşdığı ölkələrdə isə namizədlər rəngarəng təbliğat vasitələri, hipnoz üsulları və s. vasitələrlə “sivil”, “demokratik” şəkildə seçicilərin beyninə sırınır. Digər tərəfdən, məsləhət görülən namizədlər ölkəni pərdə arxasından idarə edən super güclər tərəfindən öncədən  hazırlanıb irəli sürülür və “seçilir”. Necə ki, ABŞ-dakı son seçkilərdə  heç kəsin gözləmədiyi halda Tramp kimi siyasətdən uzaq, alverçi psixologiyalı, özü öz zinakarlığını, əxlaqsızlığını seçki öncəki çıxışlarında etiraf edən anormal biri prezident seçildi... 

Amerikanların son seçiminin planetdəki iqtisadi-sosial, hərbi-siyasi proseslərə də dağıdıcı təsir göstərməsinin hamı şahidi oldu. Bir sözlə allahsız, ədalətsiz dəyərlərin hökm sürdüyü cəmiyyətin allahsız, ədalətsiz namizədlərə səs verməsini “ədalətli seçki” adlandırmaq doğru deyil... Doğru yolda olmayanlardan doğru seçim və doğru seçki gözləmək olarmı?.. 

Odur ki,  pulun, gücün hökm etdiyi yalançı, ikiüzlü, saxtakar, demokratiyadandırsa, birbaşa, monarxiya, krallıq, sultanlıq yaxşıdır... Dini, irqi, milli ayrıseçkilik etmədən bütün nəhəng bir coğrafiyada təbəələrini ədalətlə idarə edən qüdrətli Osmanlı  dövləti elə bu gün  də dünyaya “demokratiya” adı altında bombalar yağdıran ABŞ, Britaniya və s. sümürgəçi ölkələrə əks nümunədir. Bu dövləti allahsızlıqla yıxanların qurduğu “dermokratiya” indi insanları dolları özünə “allah” seçənlərə səs verməyə vadar edir...

Allah bizləri doğru yolu seçməkdən sapdırmasın!..

İtlərin piyada keçidindən istifadə etdiyi görüntülər yayıldı - MARAQLI...+VİDEO
Rusiyada silahlı şəxs sərnişin təyyarəsini qaçırmaq istədi - FOTO
Putinin reytinqi niyə azalır? –Rusiyada "camaat prezidentdən bezib" qənaəti güclənir
Əli Həsənovun başı dərddə: “Qaçqınkom”dakı ciddi pozuntular prokurorluğa göndərildi...
"Kriminal aləmdən bəhs edən kitabların nəşri sahəsində nəzarətsizlik var...” - EKSPERT
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Kriminal
Ulduz futbolçunun mindiyi təyyarə yoxa çıxdı - FOTO
Dünya
Ananın məsuliyyətsizliyi az qala bir uşağın həyatını məhv edəcəkdi - DƏHŞƏT...+VİDEO
Maraqlı
Yer üzündəki bütün ölkələri gəzən ilk və tək insan- MARAQLI
Cəmiyyət
Kinostudiya bu il hansı filmləri çəkəcək?- Direktordan cavab...
Dünya
Geni dəyişdirilmiş uşaqlar doğulacaq - Qiyamət günü uzaqda deyil...
Həftənin ən çox oxunanları
Bakıda gözlənilən tornado Elman Rüstəmovla Əhməd Əhmədzadəni Londondan vurdu - FOTOLAR
Bakıda dəhşətli qəza: "Mazda" 2 ayın gəlinini vurub öldürdü - FOTOLAR 18+
Bu ölkədən idxal olunan 7 ərzağı başınıza silah dirəsələr də YEMƏK OLMAZ!!!
“Sabah ölkədə elə proseslər baş verə bilər ki, eşidəndə adamın tükləri biz-biz olar...”
Xalqı hansı sülhə hazırlayırlar? - Təhlükə başımızın üstündədir, yoxsa...?
Bu məşhurlar qrafiklə sekslə məşğul olur - Cədvəl intimi müntəzəmləşdirirmiş...
Soydaşlarımız Moskvada "Vı, pustoy narod" sözlərinə etiraza toplaşır - SON XƏBƏR... + VİDEO
"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi
Şəhər meri 30 il kirayədə yaşayan süpürgəçiyə ev verdi-İbrətamiz- FOTOLAR  
20 ilin deputatının milyonluq villası bank borcuna görə əldən getdi - Belə də olur...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə