Xəbər lenti
16/01/2019 [17:52]:
Mətbuat Şurasında bəzi saytlarla bağlı şikayətlər araşdırılıb – Komissiyanın növbəti iclası keçirilib
16/01/2019 [17:50]:
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı açıqlama verib
16/01/2019 [17:35]:
“Əgər Hacı Allahşükür Paşazadə olmasaydı, bu cür fotoları çəkə bilməzdim...”
16/01/2019 [17:34]:
ABŞ-ın Miçiqan Universitetinin alimləri “Facebook”dan psixoloji asılılığı qiymətləndiriblər
16/01/2019 [17:24]:
“7000 min məqalə və müsahibələrimin heç birində özümü ekspert kimi təqdim etməmişəm” –Nadir İsrafilov
16/01/2019 [17:21]:
Mübariz İbrahimovun sinif yoldaşı: “Onu, yalvara-yalvara şənliyə gətirdə bildik, çünki...”
16/01/2019 [17:19]:
Alimlər qışda dondurma yeməyi məsləhət görürlər – Çünki…
16/01/2019 [17:18]:
Erkən ölümün qarşısını almağın yolu tapıldı
16/01/2019 [17:17]:
Canavar vasitəsilə yetişdirilən məktəblilər – Qeyri-adi metodun fotoları
16/01/2019 [17:13]:
Zakir Həsənov Milli Orduya göstəriş verdi
16/01/2019 [17:08]:
Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə protokol imzaladı
16/01/2019 [17:07]:
“Azərsu” da gücləndirilmiş rejimə keçdi
16/01/2019 [17:04]:
Nazirlk: "Pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib"
16/01/2019 [17:03]:
Bakıdakı sosial sığınacaqlar da gücləndirilmiş iş rejiminə keçdi
16/01/2019 [17:01]:
Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu
16/01/2019 [16:57]:
Ayaq izləri aşkar edildi - Sərhəddi keçmək istəyən silahlı şəxs saxlanıldı
16/01/2019 [16:51]:
“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər
16/01/2019 [16:34]:
Əflatun Amaşov: "Media mahiyyətcə dağıdıcılıqdan uzaq durmalı, birləşdirici olmalıdır"
16/01/2019 [16:28]:
Hava şəraiti ilə əlaqədar Dövlət Turizm Agentliyinin müraciəti
16/01/2019 [16:21]:
“Xəzər Dəniz Gəmiçiliyi” təhlükəsizlik tədbirlərini gücləndirdi
16/01/2019 [16:19]:
Havaların soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artırılacaq - “Azəriqaz” əmin edir...
16/01/2019 [16:15]:
Nazir tapşırıq verib, hava şəraiti ilə əlaqədar xəstəxanalar tam hazır vəziyyətə gətirilib
16/01/2019 [16:05]:
"Kadr islahatları zamanı Qərb idarəetmə dəyərlərini mənimsəyən insanları irəli çəkmək lazımdır"
16/01/2019 [15:59]:
Gömrük Akademiyası xaricdə təhsil alan magistrlara müraciət edib
16/01/2019 [15:56]:
Sürücülərə müraciət edildi: Kəskin hava şəraiti ilə bağlı
16/01/2019 [15:50]:
MTRŞ: "Televiziya kanalları daha çox ucuz yollara əl atır"
16/01/2019 [15:48]:
Azercell-in yeni konseptli xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında
16/01/2019 [15:44]:
Məşhur model 2 ildir yaşadığı zorakılığı göz yaşları ilə paylaşdı - DƏHŞƏT...+ FOTOLAR
16/01/2019 [15:37]:
Küləkli havada sosial sığınacaqlar gücləndirilmiş iş rejimində işləyəcək
16/01/2019 [15:35]:
Dərman qəbulunun yeni üsulu icad edilib
16/01/2019 [15:34]:
"Kiminsə arvadının qohumuna, qardaşına vəzifə verməkdən ötrü bu qədər qurum yaratmaq nə məqsəd daşıyırdı?
16/01/2019 [15:33]:
Sergey Lavrov: "Rusiya 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək"
16/01/2019 [15:28]:
“Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur” - Prezident
16/01/2019 [15:21]:
Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı
16/01/2019 [15:04]:
“Arzum odur ki, Allah məni Qarabağa həsrət öldürməsin...”- Yubiley təəssüratı...
16/01/2019 [14:42]:
Nazirlikdən güclü küləklə bağlı işəgötürənlərə MÜRACİƏT
16/01/2019 [14:41]:
Rotşildlərin Azərbaycana  qohumluğu varsa? - Qarabağın azadlığına dəstək versinlər...
16/01/2019 [14:34]:
Selfi çəkən şeytan heykəli bir ölkəni ayağa qaldırdı - MARAQLI
16/01/2019 [14:21]:
Təhsil müəssisələrində iki gün tətil elan olundu - ƏMR VERİLDİ
16/01/2019 [14:12]:
“Bu əməlləri törədənlərin günahına onlara inananlar da şərikdir...”
16/01/2019 [14:05]:
Bakıdakı küçələrdən birinə Fərman Salmanovun adı verildi
16/01/2019 [14:05]:
Ermənistan parlamentində deputatlar arasında dava düşüb - VİDEO
16/01/2019 [13:59]:
Putinə qarşı sui-qəsdin qarşısı alındı
16/01/2019 [13:45]:
Rusiyada 15 yaşında ana olan azərbaycanlı qız uşağını bacısına verdi - Bacı isə deportasiya olundu
16/01/2019 [13:41]:
Küçədə tapılan çılpaq cəsəd fahişəyə aid imiş - FOTO
16/01/2019 [13:30]:
Tanınmış jurnalistə vəzifə verildi
16/01/2019 [13:28]:
Bəlkə də ailəsi qəhrəman olacağını bildiyi üçün onun adını Rövşən qoymuşdu- Milli Qəhrəman...
16/01/2019 [13:27]:
35 ildir sarı rəngə “boyanan” adam: Eşq simvolu, yoxsa şifrəli mesaj?
16/01/2019 [13:22]:
Ermənistan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
16/01/2019 [13:12]:
Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadə 10 faiz azaldıla bilər
16/01/2019 [13:06]:
İlham Əliyev iranlı Baş Qərargah rəisini qəbul etdi
16/01/2019 [12:50]:
Qafqaz Müsəlmanları İdarəsi bəyanat yaydı
16/01/2019 [12:49]:
“Hər bir vətəndaşımızın tarixi faciələrimizə öz münasibəti olmalıdır”
16/01/2019 [12:47]:
Gəncənin məşhur polis rəisinin işdən çıxarılması xəbəri yayıldı- Faiq Şabanovu Sumqayıtın rəisinin əvəz edəcəyi deyilir
16/01/2019 [12:40]:
ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib
16/01/2019 [12:39]:
Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi
16/01/2019 [12:27]:
Ağacları qanunsuz kəsənlər saxlanıldı
16/01/2019 [12:24]:
“Qarabağın azadlığına gedən yol şəhidlikdən keçir” adlı Dəyirmi Masa keçiriləcək
16/01/2019 [12:22]:
“Rəsulzadə ilə bağlı bu addım prezidentin siyasi iradəsinə qarşı olan davranışdır” - ETİRAZ
16/01/2019 [12:21]:
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib
16/01/2019 [12:21]:
ADPU-nun müəllimləri LDU-da payız semestrinin imtahan sessiyasının gedişini izlədi
16/01/2019 [12:20]:
Hüquqşünas: “Zina” maddəsinə görə, ərinə xəyanət edən qadın cinayət məsuliyyəti daşıyırdı...”
16/01/2019 [12:13]:
Rüfət Aslanlı üçün “qəfəs” hazırlığı - istintaq gedir, ifadəsi alınır
16/01/2019 [12:08]:
Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb”
16/01/2019 [12:05]:
“Azərenerji” də hava şəraiti ilə bağlı xüsusi rejimə keçdi
16/01/2019 [11:51]:
Taksi sürücülərinə qənim kəsilən Nəsimiyə hökm oxundu- 11 il
16/01/2019 [11:49]:
Dövlət qulluğuna qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlandı
16/01/2019 [11:38]:
Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanıldı -FOTOLAR
16/01/2019 [11:36]:
Aqrar Xidmətlər Agentliyinə sədr təyinatı oldu
16/01/2019 [11:34]:
Ötən gün narkotiklərlə əlaqədar 11 nəfər tutuldu
16/01/2019 [11:27]:
Dünya daşnakları Qarabağa toplaşacaq
16/01/2019 [11:22]:
Media məkanında dil və mədəniyyət...
16/01/2019 [11:19]:
İşğal edilmiş torpaqlarımızda toy sədaları çoxalır : SOS
16/01/2019 [11:18]:
"Ərinə xəyanət edir, kişi də videosunu paylaşır"
16/01/2019 [11:04]:
İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı
16/01/2019 [10:54]:
Dünya siyasətçilərinin cangüdən seçimi - bilinməyən detallar
16/01/2019 [10:49]:
“Jurnalistlər bu cür videolar üzərindən reytinq və izləyici toplamağa cəhd etməməlidirlər”
16/01/2019 [10:44]:
Ümumdünya Səhiyyə Təşkilatı: "Azərbaycanda siqaret çox ucuzdur və qiyməti artırılmalıdır"
16/01/2019 [10:35]:
Rusiyada dəhşət: ana 8 aylıq körpəyə araq verib öldürdü
16/01/2019 [10:24]:
Ruslar bu hərəkətləri ilə hamını şoka salır - Onlar hesab edirlər ki, bununla körpələr daha sağlam böyüyür - VİDEO
Bütün arxiv bir sırada
08/02/2018 [13:08] - Ədəbiyyat - ( 2535 dəfə baxılıb)

Çəmənzəminlinin ağır Türkiyə həyatı, səfir kimi çəksiyi peşmanlıqlar - Romandan parça




2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilib. Qeyd edək ki, bu ilin mayında həmin şanlı tarixin-Azərbaycan Cümhuriyyətinin əsasının qoyulmasının-100 illik yubileyi tamam olur. Yüzillik yubileylə də bağlı ötən il sərəncam verilmişdi.

Moderator.az artıq neçə aydır ki, bu mövzu ilə bağlı silsilə yazılarını davam etdirir. Həmçinin, ADR mövzusunın ədəbiyyatda, kinoda bir o qədər də çox işlənmədiyini bir iki-dəfə qabartmışdıq. 
Əksəriyyət Cümhuriyyət barəsində son zamanlar yazılan heç bir böyük romanın olmadığını düşünür. Nəinki son zamanlar, ümumiyyətlə, bu məzmunda heç bir romanın olmadığı vurğulanır. 
Lakin yazıçı-tərcüməçi  Nəriman Ədürrəhmanlı Moderator.az-a açıqlamasında bunun əksini söyləyir və iki il bundan əvvəl yazdığı “Qurban” romanında Cümhuriyyətə aid xeyli maraqlı məsələlərin işıqlandırdığını bildirib:

“Cümhuriyyətin Ukraynadakı, Krımdakı, İstanbuldakı səfiri Yusif Vəzir Çəmənzəminlinin həyatı, Cümhuriyyət hökumətinin xaricə təhsil almaq üçün göndərdiyi 100 nəfər tələbənin taleyi, sovet quruluşuna qarşı aparılan gizli mübarizə, Cümhuriyyət tərəfdarlarının repressiyalara məruz qalması romanın başlıca mövzusudur. Romanda Cümhuriyyətin qurulması və süqutu da kifayət qədər təsvir olunub. Hamısı da tarixi faktlara, hadisələrə söykənir”.

Qeyd edək ki, Moderator.az müəllifin əsərindən Cümhuriyyətlə əlaqəli, yuxarıda adı çəkilən hissələri mətn formasında bir-bir təqdim edəcək...


Artıq ikinci il idi ki, yazı belə dözülməz sıxıntılarla keçirirdi. Ötən il Kiyevdə, Simforopolda eynilə bu duyğularla yaşamış, dünyanın üzünə baxa bilməmişdi. Paltosunu, paltarının bir dəstini satmalı olmuş, nümayəndəsi olduğu hökumətdən diqqət gözləyə-gözləyə Ağməsciddə qəzetlərə məqalə yazıb qəpik-quruş qazanmışdı. İndi də özünü hey danlayırdı ki, başına gələn başmaqçı olar, sən heç başmaqçı-filan olmadın, yenə səfarət kimi ağır yükün altına girdin, halbuki, boyun qaçıra, Bakıda rahat bir iş ala bilərdin, uzağı dərs deyib çörəkpulu qazanardın, amma Nəsib bəy Yusifbəylinin dövlət qurmaq barədə dediklərini dərhal qəbul eləyib elçilik təklifilə razılaşdın.
        ...Hər şey bircə həftə ərzində baş verdi. Aprelin iyirmi dördündə xəbər tutdular ki, bir gün əvvəl Ankarada millət vəkilləri yığışıb, Böyük Millət Məclisinin iclasını keçirib, Mustafa Kamal Paşanı Məclisə sədr seçiblər. Deyilənə görə, orda sultana və xəlifəyə sədaqətlərini bildirmiş, qurban kəsib dua oxumuşdular. Cəmi iki həftə əvvəl camaat Şeyxülislamın onları lənətləndiyi, ölümlərinə fitva verdiyi barədə danışırdılar, indi belə məlum olurdu ki, millətçilər heç də dinsiz deyillərmiş, yeganə istəkləri məmləkətin qurtuluşuymuş.

        “Məncə, müttəfiqlər Osmanlının əvvəlki  hüdudlarında qalmaması üçün əllərindən gələni eləyəcəklər”, - Cahangir  bəy həmin gün narahatlığını bildirdi.
        “Amma artıq danışıqları Sultanla yox, Böyük Millət Məclisilə aparmağın zərurətini də anlayacaqlar. - Yusif Vəzir üzünü Zeynal bəyə tutdu. – Sən nə fikirdəsən?”
        “Mənə elə gəlir, bundan sonra millətçilərlə əlaqə yaratmaq üçün yollar axtarmalıyıq, - Zeynal bəy dik onun üzünə baxdı. - Mən indi məmnuniyyətlə orda olmaq istərdim”.
        “Bundan ötrü Bakıdan təlimat almalıyıq, özbaşına hərəkət eləmək olmaz”, - Cahangir bəy razılaşmadı.
       “Bəlkə məni Bakıya göndərəsiniz, vəziyyətə aydınlıq gətirəm? - Mirzə Qədirin səsi onların, az qala, diksindirdi. – Yoxsa yanlış bir söz dedim”.
       “Yox, niyə ki? – Yusif Vəzir özünə gəlib başını tərpətdi. – Əksinə, bu barədə mən də fikirləşmişdim. Amma ayın axırınacan gözləyək, kuryer qayıtmasa, başqa əlac qalmır”.
       ...Bir neçə gündən sonra da Zeynal bəy başılovlu özünü Yusif Vəzirin otağına saldı.
        “Çox dolaşıq xəbərlər almışam...” – Nədən başlaya bilmədiyindən susdu.
        “Nə xəbərlər? – Qəfildən ürəyinin döyüntüsü qulaqlarında gurultuya çevrildi, dözə bilməyib dikəldi.
        “Guya, qırmızıların on birinci ordusu Bakıya doğru yola düşüb. Xəlil Paşa da gələnlər arasındadı, deyilənə görə, Azərbaycandan keçib Mustafa Kamal Paşanın köməyinə gələcəklər”.
        Ortaya ağır, dözülməz sükut çökdü. Yusif Vəzir, elə bil, taqətsizləşib kreslosuna çökdü, titrək barmaqlarıyla qutudan papiros götürüb yandırdı.
        “Qırmızıların millətçilərə kömək eləyəcəyi cəfəngiyyata oxşayır. Bunun arxasında başqa bir niyyət olmasın?”
        “Nə deyim, təki söylənənlər doğru olsun, Bakıda bir fəsad törətməsinlər”, - Zeynal bəy çiyinlərini çəkdi.
        Az sonra Cahangir bəy də, Mirzə Qədir də gəlib çıxdılar, söylənənləri çək-çevir elədilər, amma Qafqazda, əslində, nə baş verdiyini kimsə səhih bilmirdi.
        “Əgər bu xəbər gəlib İstanbula çatıbsa, bəlkə elə qırmızıların ordusu Bakıya girib”, - Cahangir bəyin səsində sınıqlıq hiss olunurdu.
         “Səhər təcili Xariciyyə Nazirliyinə gedib bu xəbəri dəqiqləşdirməyə çalışmalıyıq. Mən Mustafa Rəşid Paşayla təmasa girmək üçün cəhd göstərəcəyəm. İndiki vaxtda onu məqamında tapmaq müşkül işdi”, - Yusif Vəzir fikirli-fikirli susdu, sonra üzünü Zeynal bəyə tutdu. – Zeynal bəy, siz milliyyətçi çevrələrlə əlaqə qurmağa çalışın, bəlkə nəsə öyrənə bildik”.
         Mirzə Qədir susdu, görünür, belə vaxtda Bakıda olmağın xeyri-şəri barədə götür-qoy eləyirdi.
         Yusif Vəzir, əslində, təhlükənin ilin əvvəlindən mövcud olduğu qənaətinə gəlmişdi. Hökumət Rusiya bolşeviklər partiyasının fəaliyyətinə qadağa qoyanda onlar cildlərini dəyişib Azərbaycan Kommunist-bolşevik partiyasını yaratmağı qərara almış, fevralda qurultay keçirib Mirzə Davud Hüseynovu özlərinə sədr seçmişdilər. Amma hamı bilirdi ki, Moskvadan idarə olunan bu zatların əsl başçısı Anastas Mikoyandı, özləri də hökuməti ələ keçirmək tapşırığı alıblar. Yoxsa Zeynal bəy demişkən, o soysuz Əliheydər Qarayev parlamentdə hökumətə elə meydan oxuyub, hakimiyyəti dəyişəcəklərini iddia eləməzdi, yoxsa milli xəttə zidd olanlar birləşib Nəsib bəyin kabinəsinin istefasına nail ola bilməzdilər. Əksinqilabla Mübarizə Təşkilatına Mirzə Davudun agentləri olan Mir Fəttah Musəvi, Mir Cəfər Bağırov, Lavrenti Beriya tipli qatı bolşeviklərin sızması, Çingiz İldırım kimi qızğın bolşevikinsə Hərbi Donanmaya komandan təyin olunması da buraxılan səhvlərdən idi.
         Hər halda, Zeynal bəy haqlıydı, bu xəyanət zəncirində firqə  yoldaşı Məmmədhəsən Hacınskiyə sanballı həlqə düşmüşdü. Görünür, zəif xarakterini nəzərə alıb hökuməti onun əlilə yıxmağı qərara almışdılar. Məmmədhəsəni hələ Rusiya imperiyası dağılmamışdan, yenicə açıq fəaliyyətə keçmiş Musafat firqəsinə girəndən tanıyırdı, həmin vaxt fəallıq göstərirdi, parlamentə də o fəallığı sayəsində yol tapmışdı. Elə birinci hökumətdə də xariciyyə naziri kreslosunda oturmuşdu. Kiyevdə və Simferopolda çəkdiyi olmazın əzabların günahını məhz onda görməyi üçün əlində kifayət qədər fakt vardı: Məmmədhəsən Kiyev səfarətinin təşkili və təminatı üçün əlini ağdan-qaraya vurmamışdı, bununla bağlı yazdığı məktublarına yalnız ibarəli cavablar vermişdi, vəssalam. Ağlasığmaz əzablardan sonra gəlib Bakıya yetişəndə xəcalət çəkmədən bütün günahları hökumətin maliyyə nazirinin üzərinə yıxmışdı. Adamdan soruşarlar ki, bir səfarətin məsələsini yoluna qoya  bilmirsənsə, o boyda nazirliyi necə idarə eləyirsən?
        Hökumətin qurulması Hacınskiyə tapşırılanda Yusif Vəzir xəstəydi, Cahangir bəylə Zeynal bəy məsləhətləşib bu xəbəri hələlik ona bildirməməyi qərara almışdılar. Üstəlik, Bakıdazn Fətəli xanla Məmmədhəsənin arasındakı münaqişənin şiddətləndiyi barədə xəbərlər gəlirdi. Fətəli xan Rusiyaya münasibətdə sərt mövqe ortaya qoymağın, Məmmədhəsənsə, əksinə, Rusiyayla həlim davranmağın,  bolşevikləri hökumətə cəlb eləməyin tərəfdarıydı. İndi ona hökumət qurmağı etibar eləmək, fikrincə, Müsavatın ağlagəlməz səhviydi, sonu fəlakətlə nəticələnəcəkdi. Bolşeviklərin hökumətdə iştirakdan boyun qaçırdıqlarını eşidəndə fəlakətin ilk əlamətini duydu: artıq hökumət böhranı yaradıb, Rusiyadan  kömək istəyib, ilk mərhələni başa vurmuşdular, indi Qırmızı Ordunun sərhədi keçməyinə heç nə mane ola bilməzdi.
         Cahangir bəy deyirdi, guya, Hacınski hökumət qurmağı ona görə uzadır ki, vaxt udsun, Qarabağdakı nizami ordumuz özünü Bakıya yetirib şimaldan gözlənən təhlükəyə qarşı hazır olsun. Amma Zeynal bəyin fikrincə, Məmmədhəsəni dövlətin, hökumətin taleyi yox, öz taleyi düşündürür, bolşeviklərdən öz gələcəyinə zəmanət almaq üçün əlləşir. 
         Elə o günlərdə Hacınskinin hökumət qurmaq səlahiyyətindən imtina elədiyini, ardınca Müsavatdan çıxıb bolşeviklər partiyasına girdiyini eşidəndə fəlakətin qaçılmaz olduğunu hiss eləmişdi...

Hazırladı: Elmin Nuri

Məşhur model 2 ildir yaşadığı zorakılığı göz yaşları ilə paylaşdı - DƏHŞƏT...+ FOTOLAR
Selfi çəkən şeytan heykəli bir ölkəni ayağa qaldırdı - MARAQLI
Saakaşvilinin oğlu da “donuz qripi”nə yoluxdu –Tbilisidə müalicə olunur
Rüfət Aslanlının Gədəbəydəki villasının - FOTOLARI
Pedaqoji Unversitetin İctimai Şura üzvləri imtahanların gedişini izlədilər
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Arzum odur ki, Allah məni Qarabağa həsrət öldürməsin...”- Yubiley təəssüratı...
Maraqlı
35 ildir sarı rəngə “boyanan” adam: Eşq simvolu, yoxsa şifrəli mesaj?
Mədəniyyət
“Hər bir vətəndaşımızın tarixi faciələrimizə öz münasibəti olmalıdır”
Cəmiyyət
Yuxunuzu yalnız mömin şəxslərə danışın...
Ədəbiyyat
“Kriminal elementləri olan ədəbiyyat nə qədər çox yayılırsa, cəmiyyət bir o qədər də sakitləşir”
Həftənin ən çox oxunanları
ABŞ prezidentinin Stalinə verdiyi məxfi məktubda Azərbaycan haqda nə yazılmışdı?..
Qarşı cinsə marağı azalan, intim hissləri qaydasında olmayan cütlüklər onu çeynəsələr...
Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - Bəs biz nəyi gözləyirik?
"Bu ölkənin şeyxi hara baxır, Anar, Çingiz Abdullayev, Ramiz Rövşən və digərləri hara baxır?"
Azərbaycanda boşanma iddiası qaldıranların çoxu kişilərdir - Səbəb UTANCVERİCİDİR
“102-ci baza ləğv edilsə, Qarabağda  genişmiqyaslı müharibə başlayacaq...”
"Hamımız nədənsə düşmüşük televiziyalarda Xoşqədəmlərin, Zaurların üstünə, ancaq..."
Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
“Şəhidlər Xiyabanına gedəndə xəcalət çəkirəm, mənə elə gəlir şəhidlər dil açıb deyir ki..."
Sən xəstə deyilsən, susuzsan! - Xəstələrini adi su və duzla müalicə edən məşhur həkim...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə