Xəbər lenti
15/10/2018 [18:38]:
"Son 15 ildə İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi"
15/10/2018 [18:33]:
“Həbib Axundova qarşı ifadə verməyə mənə təzyiq ediblər” – Təqsirləndirilən şəxs
15/10/2018 [18:19]:
“İsveçrədə diaspor işinin qurulması, inanıram ki, başqa ölkələrdə olduğu kimi çox çətin bir işdir”
15/10/2018 [18:19]:
ADAU-da İlham Əliyevin fəaliyyətinin 15 illiyi ilə əlaqədar ağacəkmə kompaniyası keçirildi
15/10/2018 [17:34]:
"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
15/10/2018 [17:31]:
2 yaşlı uşağı zorlayıb öldürən kişiyə edam cəzası: "Hansı üzlə Allahın hüzuruna çıxacaqsan?"
15/10/2018 [17:28]:
“Elçibəy dedi ki, Xudu Məmmədov mənəvi müəllimim olub... - O, sağ qalsaydı...”
15/10/2018 [17:20]:
"Sevgilisinə nəsihət etmişdi ki, mən öləndən sonra..." - Anar Nağılbazın atası sirləri açdı
15/10/2018 [17:14]:
Xudu Məmmədovun anım günüdür - HƏYAT HEKAYƏSİ
15/10/2018 [17:04]:
Ərəb jurnalistin yoxa çıxması ilə bağlı daha bir iddia: "Öldürüb, sonra da əridiblər"
15/10/2018 [17:00]:
Yetmiş üç dövlət obyekti satışa çıxarılır
15/10/2018 [16:58]:
Navalnı Kreml qarşısında etirazların davam edəcəyi mesajını verdi -Putinin rəqibi həbsdən çıxdı
15/10/2018 [16:55]:
Badamdardakı sürüşmə evin hasarını uçurdu
15/10/2018 [16:54]:
Deputatdan Diaspor Komitəsinin çağırışlarına reaksiya – SƏS VERİN
15/10/2018 [16:35]:
“Bizim Mahatma Qandimiz yox idi…” - Azərbaycanın ilk prezidenti belə deyir…
15/10/2018 [16:30]:
Prezident Lerikdədir...
15/10/2018 [16:24]:
Bu gün konsulluqda jurnalistlə bağlı araşdırma aparılacaq
15/10/2018 [16:18]:
Prezident Astarada sakinlərlə görüşdü
15/10/2018 [15:53]:
ADPU-nun əməkdaşları EQAC layihəsi çərçivəsində keçirilmiş görüşdə iştirak ediblər
15/10/2018 [15:49]:
Frankofoniya təşkilatının üz qarası: Ermənistan
15/10/2018 [15:45]:
ADP İdarə Heyəti növbəti toplantısını keçirdi
15/10/2018 [15:40]:
Bank razılıq verməsə, bunu edə bilməzsiniz!
15/10/2018 [15:32]:
Yaşlı adam altmış ildir ağzında gül gəzdirir: SƏBƏBİ...
15/10/2018 [15:29]:
“Bu poeziya evini biz yaratmışdıq...” -Tanınmış şair
15/10/2018 [15:21]:
“Bu cür təmtəraqlı yas mərasimlərinin keçirilməsi sosial bəladır”
15/10/2018 [15:19]:
Lənkəranda 7 kəndi birləşdirən yolun açılışı oldu
15/10/2018 [15:14]:
Telman İsmayılovun qardaşı oğlu azadlığa buraxıldı
15/10/2018 [15:12]:
İlham Əliyev Lənkərandan Astaraya getdi
15/10/2018 [15:12]:
Stüardessa təyyarədən yıxıldı - FOTO
15/10/2018 [15:10]:
UNEC ABŞ-ın Linkoln Universitetilə ikili diplom proqramına başlayır
15/10/2018 [15:05]:
“Bu serialın mənə, əsərimə heç bir dəxli yoxdur” - Anar
15/10/2018 [14:59]:
Prezident və xanımı “Azərxalça” ASC-nin Lənkəran filialının açılışında
15/10/2018 [14:56]:
Atatürkün təhqir olunduğu video yayıldı, sosial media ayağa qalxdı - VİDEO
15/10/2018 [14:43]:
ADU-da ənənəvi Çin bayramı qeyd olundu
15/10/2018 [14:42]:
Saç şampununu su kimi içdi - İNANILMAZ...+VİDEO
15/10/2018 [14:37]:
Günə 41 min qazanır - Milyonçu olan Adele
15/10/2018 [14:19]:
Mütəxəssislərdən xəbərdarlıq: ”Ət yeməkdən imtina etsəniz..."
15/10/2018 [14:07]:
"Ermənistan həmişəki kimi yenə də nə qədər riyakar və ikiüzlü davrandı"
15/10/2018 [14:03]:
“Aprel döyüşləri göstərdi ki, erməni bizim əsgərimizin qarşısında dayana bilməz”
15/10/2018 [14:00]:
Paşayeva Oksford Universitetinin bu komitəsinə üzv seçildi -FOTOLAR
15/10/2018 [13:55]:
Türkiyə Suriya ilə çiyin-çiyinə döyüşə başlayır – Şok iddia
15/10/2018 [13:51]:
Təbrizin imam cüməsindən Qarabağ dəstəyi -FOTOLAR
15/10/2018 [13:47]:
"Dini mərasimlər dini siyasiləşdirmək üçün alətə çevrilməməlidir" -PA rəsmisi
15/10/2018 [13:36]:
Tarixi ada satışa çıxarıldı - 7,8 milyon dollar
15/10/2018 [13:31]:
Dini Komitənin sədri :“Gənclər adi salavat çevirə bilmirlər...”
15/10/2018 [13:24]:
“Bəzən deyirik ki, indi kitab oxumurlar, amma uşaqdan tutmuş böyüyə kimi hamının...”
15/10/2018 [12:56]:
Ukrayna erməniləri Tərtərin kəndinə yardım gətirdi... -FOTOLAR
15/10/2018 [12:50]:
UNEC stendi mükafata layiq görüldü - FOTO
15/10/2018 [12:49]:
Milli Məclis sabah 17 məsələyə görə TOPLANIR
15/10/2018 [12:48]:
Fazil Məmmədov reanimasiyaya düşüb -Xanımı onu tək buraxmır...
15/10/2018 [12:39]:
Prezident və birinci xanım Lənkəranda yeni oteldə -FOTOLAR
15/10/2018 [12:37]:
Lerikdə qadın 2 kişi ilə birləşib ərini öldürdü - Rəsmi açıqlama
15/10/2018 [12:28]:
Siyavuş Novruzov: " Heç kimin qəbrində qeyri-adilik olmayacaq"
15/10/2018 [12:19]:
"Hər kəs ana dilində oxumalı və danışmalıdır" -Çingiz Abdullayev
15/10/2018 [12:17]:
Ermənistandan Rusiyaya daha bir “şillə”...
15/10/2018 [12:16]:
Deputat dini icmalara avtomobil verilməsinə münasibət bildirdi
15/10/2018 [12:05]:
“ABŞ Rusiyanın bu addımına qısa zamanda cavab verəcək”
15/10/2018 [12:02]:
"Özünüz də görürsünüz ki, efirlərimizdə nələr baş verir, hansı mahnılar oxunur"
15/10/2018 [11:59]:
"Filmdə ana rolunda özüm oynayıram...". -Şəhid əsgərimizin anası..
15/10/2018 [11:57]:
Aİİ Beynəlxalq Psixi Sağlamlıq Gününə həsr olunmuş dəyirmi masa keçirdi
15/10/2018 [11:41]:
Nazirlikdən şəhid ailələrinin narazılığına REAKSİYA
15/10/2018 [11:39]:
Sürüşmə ərazisindəki villaların sakinləri köçüblər - Evləri gözətçilər qoruyur
15/10/2018 [11:38]:
Prezident və birinci xanım Lənkəranda
15/10/2018 [11:37]:
Vəzifə tutmaq istəyənlərin nəzərinə...
15/10/2018 [11:29]:
Vahid Əhmədov “Mənim kəndim” rubrikasında -“İlk sevgi insana qismət olmur”
15/10/2018 [11:25]:
“Qırmızı kitab”a düşmüş quşu ovlayan saxlanıldı
15/10/2018 [11:10]:
İraqda içməli sudan zəhərlənənlərin sayı 111 mini keçib
15/10/2018 [11:08]:
Sərhəddə narkotik əməliyyatı -FOTOLAR
15/10/2018 [10:58]:
"İstər Sarkisyan olsun, istər Paşinyan, istərsə də hansısa “yan”..."
15/10/2018 [10:51]:
Təmas xəttində monitorinq keçiriləcək
15/10/2018 [10:50]:
Bakıda akkumulyator oğruları tutuldu - FOTO
15/10/2018 [10:48]:
Hokinq ölümündən əvvəl bəşəriyyətə qorxunc təhlükədən yazdı
15/10/2018 [10:33]:
Gömrükdə 240 ədəd mobil telefon ələ keçirildi -FOTOLAR
15/10/2018 [10:24]:
“Heç nəyə ehtiyacım yoxdur” - Xərçəngdən əziyyət çəkən aktrisa
15/10/2018 [10:22]:
Tramp Putini qətl və zəhərləmə göstərişləri verməkdə təqsirli bildi
15/10/2018 [10:11]:
Azərbaycanda çoxdilliliyin zəruriliyi haqqında düşüncələr...
15/10/2018 [10:06]:
Novruz Məmmədov Muxtar Babayevin səlahiyyətini artırdı - QƏRAR
15/10/2018 [10:05]:
Ermənilər Azərbaycanda Məhsul bayramı keçirdi - Bizim ümidimiz hələ “Məhsul” stadionunda...
15/10/2018 [10:05]:
"Badamdardakı evlərin hasarlarına gipsdən mayaklar qoyulub" - NAZİRLİK
15/10/2018 [10:04]:
Nazirliyin kollegiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI
Bütün arxiv bir sırada
10/02/2018 [00:24] - Ədəbiyyat - ( 3372 dəfə baxılıb)

"Rafiq Əliyevin "bloknot"undan götürdüyüm bir cümlə mənə şeir yazdırdı"- Musa Yaqub




"Səhhətin normaldı. Yaradıcılığa da davam edirəm. Hazırda öz xatirələrimi yazıram. Əlavə olaraq, şeirlərim də qəzetlərdə - "Ədəbiyyat qəzeti" və "Ədalət"- o cümlədən, "Azərbaycan" jurnalında çıxıb. Amma üzərində çalışdığım ən əsas iş isə Əfzələddin Xəqaniyə həsr etdiyim poemadır".

Bunu Moderator.az-a açıqlamasında tanınmış şair, qocaman poeziya xadimi Musa Yaqub bildirib. O, öz yaradıcılığından danışarkən, son zamanlar yazdığı bir şeiri xüsusilə vurğulayıb. Dünya çapında tanınan məşhur alim Rafiq Əliyevin ömür-gün yoldaşına yazdığı ürək sözlərindən təsirlənərək, qələmə aldığı kədərli şeirindən bəhs edib.


"Şeirin ilk sözlərini Rafiq müəllimdən götürmüşəm: "Ucalığa, kamilliyə gedən birgə ömür yolumuz birdən-birə daraldı, bitdi getdi. Neynək, Allah işidir. Amma yaxşı ki, o mənimlədir, hələ də mənimlə". O sözlərdən sonra mən "Sən mənimləsən" adlı şeir yazdın. Çox istərdim ki, onu oxucular oxusunlar. Onun da həyat yoldaşı vəfat edib, mənim də... Hər ikimiz eyni ağrını yaşayırıq. ona görə də Rafiq müəllimin "bloknot"undan götürdüyüm o sözlər mənə belə təsir etdi və şeir yazdım:

Moderator.az həmin şeiri təqdim edir:

Nə yaxşı bilmisən xəstə halımı
Həqiqət eylədin xoş xəyalımı.
Sənin nəfəsindir, sənin əllərin
Oxşayır ruhumu, ovur alnımı-
Kövrəltdi əlimi isti yaşların...
Var ol, bu istəyə, təmasa görə,
Mənimçin Allaha yalvarışların,
Nə deyim bu nəzir-niyaza görə?..
Mən indi bildim ki, sən mənimləsən...
 
Nə şirin nağıldı, necə xoş xəyal,
Sehrli uyğudu, uyğuya uydum.
Diksindi, titrədi, soyudu könlüm.
Sədaqət istədim,
Yel aldı məni,
Leylək yuvasında uyudu könlüm -
Mən onda bildim ki, sən mənimləsən.
 
Kəklik balaları fərələndilər,
Anaları baxıb fərəhləndilər.
Birdən qanadlanıb həvəsə gəldi,
Balalar həm daşdan-daşa uçanda,
Gördüm yuva tikən bir qaranquşu,
Könlüm bu quşlarla uçdu yanaşı,
Payız durnaları qoşa uçanda,
Mən onda bildim ki, sən mənimləsən...
 
Bu mehr küləyi yerinə düşdü,
Çəmənlər məhəbbət sehrinə düşdü.
Meh vurdu, çiçəklər gəldi baş-başa,
Nə yaxşı aralar aradan gedir,
Quşqonmaz tikanı sıradan gedir.
Damcılar süzülür üstdən aşağı,
Boynu ağırlaşan bənövşələr də
Özcə yarpağına baş qoyub yatar.
Hərə həmdəmini tapır deyəsən
Daşqapan tayını qapır deyəsən-
Başının altına daş qoyub yatar-..
Mən onda görmüşəm kövrələn daşı...
Onda xatirələr durur yanaşı,
Mən onda bildim ki, sən mənimləsən...
 
İsaq-Musaq quşu nəsə axtarır,
Düşüb bir doğmaca səsə axtarır
Quş dili bilənlər ruh dili bilir,
Süleyman quş dili bilən vaxtları,
Nifrətin, pisliyin ölən vaxtları,
Güllərin baş-başa gələn vaxtları,
Bax, onda bilirəm sən mənimləsən.
Qəzəblər yox olub savaş bitəndə,
Haqqın ətəyinə əlim yetəndə,
Boynu ağırlaşan o bənövşələr
                                gəlir yanıma,
Eşqi həmişələr gəlir yanıma
Mən onda bilirəm sən yanımdasan.
 
İnsafla işləsə elçi daşları,
Mərhəmət könlümə cavab yazanda,
Mələklər çiynimdə savab yazanda,
Yığılar başıma qəm yoldaşlarım,
Ümidlər, işıqlar gələr yanıma,
Bütün yaxşılıqlar gələr yanıma-
Onda bilirəm ki, sən yanımdasan.
 
Şahdağı yanında Sənəm yaylağı,
Nə Sənəm qocalar, nə də Şahdağı.
Şah qalar əbədi, Sənəm də qalar,
Mən onda qalaram, o məndə qalar.
Yanında ailələr düşərgə salar,
Dağdakı lalələr gələr yanıma,
Eşqi piyalələr gələr yanıma.
Mən onda bilərəm sən mənimləsən.
 
Sən ey mavi göylər,
Səmavi göylər!
Görəsən göylərin qəfəsi varmı?
Görəsən ruhların nəfəsi varmı?
Üfüqdən-üfüqə uça bilirsə,
Durna qatarında nizam qalacaq.
Bizi o qatara yazan qalacaq.
Qalacaq, məhəbbət təzə qalacaq!
Sədaqət rəmzidir,
Bir yaşam tərzi,
Leylək yuvaları,
Haqq tərəzisi,
Bir gözündə mənəm,
Bir gözündə sən,
Yer üzündə mənəm,
Göy üzündə sən.
Göyün azadlığı saxlayar bizi,
Yerin tarazlığı saxlayar bizi.
Qalarıq yer ilə göy arasında,
Gedərik ələnmiş ələklər ilə,
Gələrik qanadlı mələklər ilə.
Deməli əbədi sən mənimləsən...   

 Hazırladı: Elmin Nuri

"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
Stüardessa təyyarədən yıxıldı - FOTO
Atatürkün təhqir olunduğu video yayıldı, sosial media ayağa qalxdı - VİDEO
Saç şampununu su kimi içdi - İNANILMAZ...+VİDEO
Mütəxəssislərdən xəbərdarlıq: ”Ət yeməkdən imtina etsəniz..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Yaşlı adam altmış ildir ağzında gül gəzdirir: SƏBƏBİ...
Cəmiyyət
“Bu poeziya evini biz yaratmışdıq...” -Tanınmış şair
Cəmiyyət
“Bu cür təmtəraqlı yas mərasimlərinin keçirilməsi sosial bəladır”
Cəmiyyət
“Bəzən deyirik ki, indi kitab oxumurlar, amma uşaqdan tutmuş böyüyə kimi hamının...”
Cəmiyyət
Ermənilər Azərbaycanda Məhsul bayramı keçirdi - Bizim ümidimiz hələ “Məhsul” stadionunda...
Həftənin ən çox oxunanları
Cahangir Hacıyevin xanımı hər gün 2500 dollarlıq şərab içirmiş -Dünya belə pul xərcləyən qadın görməyib
"Şöhrət" ordenli icra başçısının rayonundan Heydər Əliyevə qarşı hörmətsizlik - FOTOLAR
"Tikintidəki özbaşınalığa Abid Şərifovla Hacıbala Abutalıbov cavab verməlidir"
Lələtəpədən qaçmış ermənilər ordumuzun tutduğu mövqelərə baxır... -Yeni görüntülər
“Bütün ölkə müharibəyə köklənməlidir”
İstanbulda küçəyə erməninin adı verildi
“Erməni-rus qruplaşması hansı halda Azərbaycanla döyüşə girə bilər?”- General cavab verir (Video)
Bakıda bu restorana parolsuz daxil olmaq mümkün deyil - VİDEO
"Bunun üçün ölkə başçısına müraciət etmişəm, İqtisadiyyat Nazirliyi ilə söhbətimiz olub"
Dünyanın ən sərt diplomatının arvadı... - "Onlar tanış olanda Sergey Lavrov hələ tələbə idi"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə