Cəfər Cabbarlının qızı dünyasını dəyişdi
Gündəm
6107
13 Feb 2018 | 00:40

Cəfər Cabbarlının qızı dünyasını dəyişdi


Bir neçə dəqiqə bundan əvvəl böyük dramaturq Cəfər Cabbarlının qızı, son nişanəsi Gülarə Cabbbarlı dünyasını dəyişdi.

Moderator.az xəbər verir ki,  bu barədə  Cabbarlı ailəsinin yaxın qohumu, Xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayev məlumat yayıb: 

“Böyük Cәfәr Cabbarlının yadigarı ağbirçәyimiz, әzizimiz Gülarә Cabbarlını da 88 yaşında itirdik.Gülarә xala hamımızın qәlbindә gözәl insan kimi, insanpәrvәr kimi, ürәyitәmiz müdrik xanım kimi daim yaşayacaq.Yerin behişt olsun Gülarә xala, Allah sәnә rәhmәt elәsin”.
Qeyd edək ki, Gülarə Cəfər qızı Cabbarlı 1930-cu il fevralın 11-də Bakıda, görkəmli dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının ailəsində anadan olub. 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq, 1953-cü ildə ali təhsilini başa vurub. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlayıb, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunub. 

Elmin Nuri

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər