Xəbər lenti
24/09/2018 [23:09]:
Gürcüstanın sabiq baş naziri banka işə düzəldi
24/09/2018 [22:59]:
Kəlbəcərin Nadirxanlı kəndində təlim keçən terrorçu dəstənin görüntüləri yayıldı...- VİDEO
24/09/2018 [22:51]:
Azərbaycan İƏT ölkələrini Ermənistanla münasibətləri aşağı səviyyəyə endirməyə çağırıb
24/09/2018 [22:48]:
Hoteldə sevgilisinin başını kəsən şəxs danışdı – VİDEO
24/09/2018 [22:33]:
Məmmədyarov Trampın təşəbbüsü ilə keçirilən tədbirə qatıldı
24/09/2018 [21:45]:
Tramp: "Kim Çen Inla tezliklə görüşəcəyəm"
24/09/2018 [21:43]:
Məşhur müğənni xəstəxanalıq oldu
24/09/2018 [21:24]:
"Rusiyadan əvvəlki dəstəyi ala bilməyən ermənilər özlərini tərk edilmiş kimi hiss edirlər"
24/09/2018 [21:12]:
Neftin qiyməti rekord həddə çatdı
24/09/2018 [21:10]:
Dünyanı ikiyə ayıran optik illüziyanın sirri ortaya çıxdı - ARAŞDIRMA
24/09/2018 [20:57]:
Netanyahu yenidən Putinə zəng etdi
24/09/2018 [20:51]:
Rəsulzadənin bayramların fəlsəfəsi barəsində maraqlı təhlili – MƏQALƏ
24/09/2018 [20:49]:
100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb
24/09/2018 [20:48]:
Mirzə Cəlil barəsində bilmədiyimiz çox maraqlı faktlar və xatirələr - TARİX
24/09/2018 [20:22]:
"Qardaş Türkiyənin qorxusu olmasaydı kökümüzü tamamilə kəsərdilər"
24/09/2018 [20:18]:
52 yaşlı kişinin döşlərindən süd gəldi - İNANILMAZ...
24/09/2018 [19:59]:
Öz heyvanlığını anlamayan bu dığa bizim dağların heyvanlarını qoruyur...- FOTO
24/09/2018 [19:55]:
Rəfiqələr arasındakı dava qanla bitdi - Biri o birinin qulağını qopardı
24/09/2018 [19:42]:
Bağırovun məhkəmə prosesində maraqlı məqamlar -GİZLİ TARİX
24/09/2018 [19:37]:
İki bacını maşınla vuran sürücüyə 7 il müddətinə həbs cəzası verildi
24/09/2018 [19:27]:
Əcnəbi həkimlərin Dağlıq Qarabağa qanunsuz səfəri araşdırılır
24/09/2018 [19:15]:
İcra başçısı Bakıda 300 it saxlayan şəxsi məhkəməyə verib
24/09/2018 [19:12]:
DİN və DTX Astarada birgə əməliyyat keçirib
24/09/2018 [19:10]:
İnam Kərimova yeni müavin təyin olundu
24/09/2018 [19:07]:
Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...
24/09/2018 [19:00]:
Azərbaycanlı pəhləvanlar Rusiyanı heyran qoydular - VİDEO
24/09/2018 [18:40]:
Putin nəyə görə məhz indi Bakıya gəlir?
24/09/2018 [18:36]:
Azercell jurnalistlər üçün seminar təşkil etdi
24/09/2018 [18:35]:
Qardaşı “İrşad Electronics”in rəhbərinin ölümü ilə bağlı HƏR ŞEYİ AÇDI: "Ailəsi, övladları..." - FOTO
24/09/2018 [18:35]:
“Nar” korporativ müştərilərlə növbəti görüş keçirdi
24/09/2018 [18:34]:
ADU-da Aleksandr Soljenitsına həsr olunan dəyirmi masa...
24/09/2018 [18:25]:
Niderlandlı jurnalist azərbaycanlı rəssamlardan yazdı - FOTOLAR
24/09/2018 [18:25]:
Musa Quliyev: “Hökuməti arxayın oturmağa qoymamalıyıq”
24/09/2018 [18:24]:
“Avtomobildə siqaret çəkməyin yasaqlanması məntiqli olmaz”
24/09/2018 [18:24]:
“Bakcell”in baş icraçı direktoru rəqəmsallaşmadan danışdı -FOTOLAR
24/09/2018 [18:21]:
UNEC-in dəyərləri...
24/09/2018 [18:19]:
"Moskvaya çağırılaraq sazişdən imtinaya məcbur edilməsini hamımız yaxşı xatırlayırıq"
24/09/2018 [18:13]:
Monqolustan prezidenti İlham Əliyevlə görüşdü -FOTOLAR
24/09/2018 [18:10]:
Novruz Məmmədov nazirləri topladı - FOTOLAR
24/09/2018 [17:45]:
Şəhid Pəncəlinin qardaşı ağır durumdadır - Ailənin maddi dəstəyə ehtiyacı var
24/09/2018 [17:37]:
Məşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-nun qonağı oldu -FOTOLAR
24/09/2018 [17:29]:
“Qarabağ universitetinin rektoru olsaydım - QAÇQINLARI NƏ SOYARDIM…”
24/09/2018 [17:20]:
Azərbaycan və Monteneqro arasında hərbi əməkdaşlıq müzakirə olunub
24/09/2018 [17:16]:
Ramil Quliyev “İlin kişi atleti” mükafatına namizəd oldu
24/09/2018 [17:06]:
Marşrutda itən uşaq valideynlərini tapdı
24/09/2018 [16:59]:
Nigar Mətanətə söz atdı - “Limon suyu içirəm”
24/09/2018 [16:43]:
"Bakı İslam Universiteti fəaliyyətini davam etdirir, sadəcə... " - Universitetdən təkzib
24/09/2018 [16:27]:
Elza Seyidcahan “Səfillər”i təhlil edir - “Başqalarının dərdi özününküləşir”
24/09/2018 [16:24]:
"Ermənistan baş naziri ikili oyun oynayır..."
24/09/2018 [16:12]:
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin etdi
24/09/2018 [16:07]:
Deputat Türkiyə konsulu ilə niyə görüşdü?
24/09/2018 [16:03]:
Qida Agentliyindən “Ozmo”, “Pop kek”, “Tutku” şirniyyatları ilə bağlı yeni MƏLUMAT
24/09/2018 [15:56]:
Norveçdə Rusiya casusu TUTULDU - O, Azərbaycanda da olub
24/09/2018 [15:51]:
Sözlərin rəng assosasiyası... Qara rəngli “repressiya”... - VIII məqalə
24/09/2018 [15:47]:
Ermənilər Qarabağda aviasiya təlimlərinə başlayır
24/09/2018 [15:44]:
"ARB 24”ün rəhbəri və oğlu İŞDƏN ÇIXARILDI - Telekanalın yayımı dayandı
24/09/2018 [15:44]:
70 min homoseksual cütlük evləndi - FOTO
24/09/2018 [15:42]:
Ramiz Mehdiyev Elmira Axundovaya “Xalq yazıçısı” vəsiqəsi verdi
24/09/2018 [15:39]:
“Hacı Mazan”ın başı daha bir dövlət qurumu ilə dərddə - Qalmaqallı iş adamı yerin altına “bomba” basdırıb?
24/09/2018 [15:30]:
Ramil Usubov İrana getdi -FOTOLAR
24/09/2018 [15:24]:
Əlləri və ayaqları bu hala gəldi Diqqət! Sizin də başınıza gələ bilər
24/09/2018 [15:18]:
“Fərqlənmək hissim olmayıb..." - İlkə imza atan deputat
24/09/2018 [15:10]:
“Nə qədər ki, prezidentin ətrafında iylənmiş məmurlar var, Bakını su basacaq”
24/09/2018 [15:08]:
“Instagram” və “WhatsApp”da qrup videozəngləri yaradılacaq
24/09/2018 [15:06]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
24/09/2018 [15:02]:
Monqolustan prezidenti Azərbaycanda
24/09/2018 [14:52]:
Dünyada insanlar ən çox bu səbəbdən ölürmüş - ÜST açıqladı
24/09/2018 [14:35]:
Qadın şüşə qapının içindən keçdi - VİDEO
24/09/2018 [14:25]:
Qasırğadan sonra qorxunc görüntü ortaya çıxdı - FOTOLAR
24/09/2018 [14:19]:
Mustafa Babanlı Çində bəyannamə imzaladı -FOTOLAR
24/09/2018 [14:14]:
Dövlət qulluğunda inzibati vəzifələr üzrə müsabiqənin qeydiyyat davam edir
24/09/2018 [14:13]:
Tanınmış jurnalisti üç kişi ilə hotelə buraxmadılar
24/09/2018 [14:05]:
“Putin geopolitik güzəştlər qoparmaq məqsədi ilə gəlir” – Partiya sədrindən xəbərdarlıq
24/09/2018 [14:05]:
Bakıda yaşlı qadını döyüb boyunbağısını oğurlayanlar saxlanıldı
24/09/2018 [14:03]:
“Hərbi sənayemizin inkişafı ölkəmizin hərbi qüdrətinin göstəricisidir”
24/09/2018 [14:02]:
“Hələ aprel döyüşlərindən sonra demişdim ki...”
24/09/2018 [14:00]:
“KTMT-ya qoşulmaq olmaz” -Vahid Əhmədov
24/09/2018 [13:52]:
Rusiya Suriyaya zenit raket kompleksi göndərir - “Adekvat cavab verəcəyik”
24/09/2018 [13:51]:
Gədəbəydən olan Syuni Qriqor Mirzayanı, bu “dünya şöhrətli” bəstəkarı tanıyan varmı?
24/09/2018 [13:50]:
40 il əvvəl ölən şəxsin cəsədini mədəsindəki toxum ortaya çıxardı - İNANILMAZ...
Bütün arxiv bir sırada
13/02/2018 [19:21] - Müsahibə - ( 4521 dəfə baxılıb)

“Azərbaycanda veteranlara göstərilən qayğı digər dövlətlər üçün nümunədir” -MÜSAHİBƏ

Cəlil Xəlilov: “İndiki şəraitdə məktəblərdə hərbi dərslərin tədrisi bizim üçün ikiqat önəm kəsb edir”
“Ehtiyata buraxılan zabitlərin əməyindən mülki həyatda geniş istifadə edilməldir”


“Hər bir cəmiyyətdə dövlətlə yanaşı, fərdlərin də humanizminə ehtiyac var”

 

Uzun illərdir ki, ölkəmizin müharibə şəraitində yaşaması veteranlara göstərilən diqqət və qayğı, əhali arasında vətənpərvərlik əhval-ruhiyyəsinin güclənməsi, işğalçıya qarşı bütün sahə və müstəvilərdə mübarizə aparmağın zəruriliyi, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının və döyüş hazırlığının mütəmadi surətdə yüksəldilməsi və s. kimi məsələləri daim diqqət mərkəzində saxlamağı zəruri edir. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, peşəkar həbi mütəxəssis Cəlil Xəlilovla söhbətimizdə son illər bu istiqamətdə görülən işləri, həyata keçirilən layihələri şərh etməyə çalışdıq:

 

-Cəlil müəllim, ölkə başçısının veteranlara, müharibə iştirakçılarına hər zaman böyük qayğı göstərdiyi, onların problemlərinin həlli istiqamətində çoxsaylı layihələr həyata keçirdiyi məlumdur. Necə hesab edirsiniz, bu və digər amilləri nəzərə alıb söyləmək olarmı ki, ölkə başçısı qarşıdakı seçkilərdə veteranların dəstəyini təmin edib?

 

-Şübhəsiz. Ölkə başçısı Azərbaycan veteranları üçün çox böyük işlər görüb. Həm Böyük Vətən Müharibəsi, həm Əfqanıstan, həm də Qarabağ müharibəsi veteranlarının mənzil və avtomobillərlə təmin edilməsi, sanatoriyalara göndərilməsi, onların müalicə olunması və s. kimi məsələlər daim ölkə başçısının diqqət mərkəzində olub.

Müharibə veteranlarının ev, torpaq və s. məsələlərlə bağlı xüsusi imtiyazları var. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. İlk növbədə isə I və II dərəcəli əlilliyi olan şəxslərin təminatına diqqət yetirilir. Sonrakı mərhələdə isə digər müharibə əlilləri və veteranların problemləri növbəlilik prinsipi əsasında öz həllini tapır. Əlillərin Bərpa Mərkəzləri var ki, orada müharibə əlilləri lazımi protezlər, arabalar, texniki vasitələrlə təmin edilir. Bəzi hallarda isə biz özümüz müyyən problemi olan veteranlarla bağlı əlaqədar dövlət qurumlarına müraciət edir, onlara köməklik göstərilməsinə nail oluruq. Müqayisə üçün qeyd edim ki, Azərbaycanda veteranara verilən müavinət digər ölkələrdəkindən heç də az deyil. Bundan başqa, bir çox ölkələrdə müharibə veteranlarına ümumiyyətlə ev və avtomobil verilmədiyi halda, ölkəmizdə veteranların həm mənzil, həm də avtomobil təminatı yüksək səviyyədə təşkil olunur. Bütün bunlar ölkə başçısının veteranlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

 

-Silahlı Qüvvələrdən tərxis olunan hərbi qulluqçuların mülki həyatda işlə təmin edilməsi, onların məşğulluq probleminin həlli də rəhbərliyində təmsil olunduğunuz təşkilatın daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Sizcə ehtiyata buraxılan zabitlərin əməyindən, bilik və bacarığından mülki həyatda yetərincə faydalanırıqmı?

 

-Bildiyiniz kimi, hərbi qulluqda olan zabitlərimiz bəlli bir müddətdən sonra yüksək pensiya ilə ehtiyata buraxılır. Təbii ki, yaxşı olar ki, onların təcrübəsindən, bilik və bacarığından mülki həyatda da istifadə edilsin. Mən böyük müəssisə və şirkət rəhbərlərinə təklif edərdim ki, belə insanların təcrübəsindən faydalansınlar. Bu insanların enerjisindən, dünyagörüşündən, təşkilatçılıq bacarığından mülki həyatda da istifadə etmək lazımdır. Lakin təəssüf ki, bu məsələdə vəziyyət arzuedilən səviyyədə deyil.

Zabitləri ehtiyata buraxan dövlət qurumları da, həmin zabitlərin sonrakı məşğulluğu haqqında düşünməlidir. Yaxşı olardı ki, bu qurumlar ehtiyata buraxılan zabitlərin hansı sahələrdə çalışmasının daha məqsədəuyğun ola biləcəyi ilə bağlı əlaqədar qurumlar qarşısında təkliflərlə çıxış etsinlər. Onların mənzil, iş və s. ilə təmini ilə bağlı aidiyyati dövlət qurumlarına müraciət ünvanlasınlar.

Bir çox ölkələrdə ordudan tərxis edilənlərin mülki həyata uyğunlaşmasını təmin etmək üçün xüsusi kurslar fəaliyyət göstərir. Bu cür şəxslərlə 3-5 aylıq kurslar keçir, onları yeni işləyəcəkləri sahəyə hazırlayırlar.

Yaxşı olardı ki, ölkəmizdə də bu sahədə sistemli iş aparılsın. Biz bununla bağlı bir sıra təkliflər vermişik. Yəqin ki, gələcəkdə bu təkliflər nəzərə alınacaq.

 

-Sizcə ehtiyata buraxılan hərbi mütəxəssislər mülki həyatda hansı sahələrdə daha çox faydalı ola bilər?

 

-Onlar bir çox sahələrdə fəaliyyət göstərə, əmək prosesində ciddi nəticələr, ciddi uğurlar ortaya qoya bilərlər. Zabitlər hər şeydən öncə ali və orta məktəblərdə müəllim kimi fəaliyyət göstərə bilər. Biz Təhsil Nazirliyi ilə sıx əlaqədəyik. Çalışırıq ki, yüksək təcrübəyə malik zabitlərimiz ordudan tərxis olunandan sonra orta məktəblərdə hərbi hazırlıq fənnindən dərs desinlər. Onlar hərbçi olduqları üçün bu dərsləri mülki şəxslərdən daha yaxşı, daha yüksək səviyyədə keçə bilərlər. Hərbi dərslərin önəmi bizim üçün olduqca vacibdir. Azərbaycan gəncinin hərbi anlayışı geniş olmalıdır. Nə qədər ki, biz müharibə şəraitində yaşayırıq, nə qədər ki, Qarabağ problemi həll olunmayıb, həm orta məktəb şagirdlərimiz, həm də ali məktəb tələbələrimiz hərb elmi haqqında zəngin məlumata malik olmalıdır. Biz onların hərbi hazırlığına xüsusi diqqət yetirməliyik ki, gələcəkdə onlar orduda qulluq edəndə komandirlərin də işini asanlaşdıra bilərlər.  

 

-Bu günlərdə hərbi vətənpərvərliklə bağlı yeni medalın təsis edilməsi gözlənilir. Hansı ki, bu medal vətənpərvərlik tərbiyəsində, vətənpərvərlik təbliğatında fəallıq  göstərən şəxslərə veriləcək. Sizcə belə bir medalın təsis edilməsi, təltif siyasəti insanları vətənpərvərlik təbliğatındakı fəaliyyətə daha da həvəsləndirə, onlar üçün mənəvi sitimul ola bilərmi?

 

-Bu, çox vacib məsələdir. Nəzərinizə çatdırım ki, bizim təşkilatımızın özü bir neçə medal təsis edib. Məsələn, Cümhuriyyət generalı, Azərbaycanın müdafiə naziri Səməd bəy Mehmandarovun adına medal təsis etmişik. Qərargah rəisi olan general Əliağa Şıxlınski, Naxşıvanski, Həzi Aslanov adına da medallarımız var. Bundan başqa, “Veteranların qayğıkeşi” diplomu təsis etmişik.

Məsələ bundadır ki, insanlaırn əməyinə qiymət vermək lazımdır. Əgər kimsə bu sahədə çalışırsa, ortaya böyük zəhmət qoyursa, iş qoyursa, minlərlə insana vətənpərvərlik ideyası aşılayırsa, onların hərbi dünyagörüşünün artmasına səy göstərirsə, niyə də onlar mükafatlandırılmasın? Biz dövlət qurumlarını, habelə həkimləri, digər peşə sahiblərini də təltif edirik. Hansı ki, onlar veteranların müalicəsində yaxından iştirak edir. Elə veteranlarımız var ki, onların yaxın qohumları yoxdur. Hər hansı bir tələbə onları himayəyə götürüb, onlara qayğı göstərir. Elə şəxslər var ki, onlarla veteranın təminatını üzərlərinə götürür, onların dərmana və s-yə olan ehtiyacını qarşılayır. Biz həmin insanlara öz təşəkkürümüzü bildiririk. Sevinirik ki, bu cür humanist insanlarımız var.

Xatırladım ki, Azərbaycan Respublikasının Prezidentinin xüsusi təltif  diplomu var. Hansı ki, vətənpərvərlik sahəsində xidmətləri olan şəxslər bu diplomla təltif edilir. Bizim təşkilatımızdan artıq üç üzvü bu yaxınlarda prezident İlham Əliyev tərəfindən vətənpərvərlik sahəsində yüksək nailiyyətlər əldə etdiyi üçün fəxri diplom ilə təltif olunublar. Bunlar sədrimiz general Tofiq Ağahüseynov, Fatma xanım Səttarova və I dərəcəli kapitan Qritçenko Aleksandr Aleksandroviçdir. Bu fakt onu göstərir ki, dövlət və xalq qarşısında xidmətləri olan şəxslərə prezidentimiz də hörmətlə yanaşaraq, onları təltif edir.

İnsanları əməkləri müqabilində təltif etmək onları daha da həvəsləndirir, onlar üçün sitimul rolunu oynayır.

 

-Ancaq elə insanlar da var ki, onlar hər şeyə görə dövləti məsul tutur, hər cür qayğı və diqqəti yalnız dövlətdən tələb edirlər. Sizcə bütün ümid və gözləntilərin dövlətə ünvanlanması, hər şeyə görə dövlətin cavabdeh tutulması nə dərəcədə doğrudur?

 

-Təəssüf ki, qeyd etdiyiniz xüsusiyyətləri özündə əks etdirən insanlar da var. Onlar anlamalıdırlar ki, biz hər şeyi dövlətin üstünə ata, hər şeyi dövlətdən tələb edə bilmərik. İnsanların özündə də humanistlik, qayğıkeşlik olmalıdır. İnsanlar yaxşı ilə pisi seçməyi, imkansız adamlara əl tutmağı bacarmalıdırlar. Bu cür xeyirxah addımlar cəmiyyətin psixologiyasına da müsbət təsir edir, bu sahədə bir ənənə artıq formalaşdırır. Xeyirxahlıq, böyüyə hörmət bizim xalqın milli mental xüsusiyyətlərindədir. Hansı ki, biz bu ənənəni davam və inkişaf etdirməliyik.

 

Seymur Əliyev

Dünyanı ikiyə ayıran optik illüziyanın sirri ortaya çıxdı - ARAŞDIRMA
Əlləri və ayaqları bu hala gəldi Diqqət! Sizin də başınıza gələ bilər
Qadın şüşə qapının içindən keçdi - VİDEO
Qasırğadan sonra qorxunc görüntü ortaya çıxdı - FOTOLAR
40 il əvvəl ölən şəxsin cəsədini mədəsindəki toxum ortaya çıxardı - İNANILMAZ...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
52 yaşlı kişinin döşlərindən süd gəldi - İNANILMAZ...
Cəmiyyət
“Avtomobildə siqaret çəkməyin yasaqlanması məntiqli olmaz”
Dünya
70 min homoseksual cütlük evləndi - FOTO
Cəmiyyət
“Hərbi sənayemizin inkişafı ölkəmizin hərbi qüdrətinin göstəricisidir”
Dünya
40 il əvvəl ölən şəxsin cəsədini mədəsindəki toxum ortaya çıxardı - İNANILMAZ...
Həftənin ən çox oxunanları
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
“Səməd Səmədov nə oxuyur ki, onun adını “hay-küy”qoymuşam...”
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
“Bu qədər yoxsulluğun olduğu ölkədə lüks bir təyyarəyə minməkdən utanıram" - Prezident...
"Yaxın günlərdə gözləmədiyimiz bir məkanda mütləq terror aktı baş tutacaq" - PROQNOZ
Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi
“Ağılları yox imiş, Yezidə baş əyib vəzifədən-zaddan alıb yaşamayıblar...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə