Xəbər lenti
23/05/2018 [00:35]:
Azərbaycanlı alim erməni səfiri İsveçdə pərt etdi - Foto
23/05/2018 [00:10]:
"NİİM-ə üzümü tuturam: özünə rəva bilmədiyin bir avtobusu başqalarına niyə rəva görürsən?"
23/05/2018 [00:04]:
Zukerberq “sızmalarla” bağlı Avropa Parlamentinə ifadə verib
22/05/2018 [23:30]:
Şahzadə Səudiyyə Ərəbistanında çevriliş etməyə çağırdı
22/05/2018 [23:29]:
Meşədə yanğın çıxaran gəncə fantastik cəza - 36,6 milyon dollar ödəyəcək
22/05/2018 [23:28]:
Ramazan ayının yeddinci gününün duası - İmsak və iftar vaxtı
22/05/2018 [23:20]:
"Qoy sertifikasiya olsun, təki bu məsələyə bir son qoyulsun..."
22/05/2018 [23:15]:
Bakıda avtobus sürücüsü 25 qəpiyə görə döyüldü – VIDEO
22/05/2018 [23:12]:
Anası ilə birlikdə öldürülən gənc müəllimənin - Fotosu
22/05/2018 [23:11]:
"Meyitləri tapılan alpinistlərin səhvi o olub ki... "
22/05/2018 [23:06]:
Pakistanda anomal istilər: 65 ölü
22/05/2018 [22:59]:
Evdə steril təmizliyin gözlənilməz təhlükəsi aşkarlandı
22/05/2018 [22:52]:
Çadır Festivalından maraqlı FOTOLAR
22/05/2018 [22:28]:
İlham Əliyev əmisini unutmadı- SƏRƏNCAM
22/05/2018 [22:27]:
Aİ-Azərbaycan danışıqlarının tarixi və məkanı açıqlandı
22/05/2018 [22:25]:
Bulaq festivalından maraqlı anlar - FOTOLAR
22/05/2018 [22:23]:
Tramp-In görüşü ertələnə bilər
22/05/2018 [22:21]:
Qadınların qorxusu...
22/05/2018 [22:06]:
Ukrayna ABŞ-ın göndərdiyi “Javelin”i sınadı – VİDEO
22/05/2018 [21:53]:
Mark Zukerberq Avropa Parlamentində ifadə verir - VİDEO
22/05/2018 [21:49]:
Vaksini olmayan ölümcül virus yayıldı
22/05/2018 [21:05]:
Roqozin getdi, Azərbaycana silahı kim satacaq?
22/05/2018 [20:58]:
İsrail İrana qarşı F-35 qırıcısını tətbiq etdiyini açıqladı
22/05/2018 [20:49]:
Azərbaycan İnvestisiya Şirkətinə yeni icraçı direktor təyin edilib
22/05/2018 [20:32]:
Doğulduğu gündən bəri günə 6 milyon dollar qazanıb
22/05/2018 [20:30]:
Ermənilər Xocavənddə 2414 hektara taxıl və tərəvəz məhsulları əkilib
22/05/2018 [20:19]:
“Xaricdəki tədbirlərdə xeyli qulağı sırğalı, uzunsaçlı oğlanlar görürəm ki, vaxtilə bizdə siyasi məhbus olublar”
22/05/2018 [20:01]:
Lotu Qulinin dostu vəzifədən getdi - FOTO
22/05/2018 [19:37]:
Avstraliya şəhəri Dağlıq Qarabağın “müstəqilliyini” dəstəkləyən qərar verdi
22/05/2018 [19:36]:
Prezident Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı sərəncam imzaladı
22/05/2018 [19:33]:
Aqrar Tədqiqatlar Mərkəzi yaradılacaq
22/05/2018 [19:32]:
Repetitor yanına getmədən 700 bal toplayan sumqayıtlı Əsra - FOTO
22/05/2018 [19:08]:
Pitbull iki uşaqlı ailəyə hücum etdi - VİDEO
22/05/2018 [19:05]:
Sabiq MTN polkovnikləri məhkəmədən bəraət istəyiblər
22/05/2018 [18:52]:
“Təhsil haqqında” qanuna dəyişikliklər edilir
22/05/2018 [18:51]:
Prokurorluq: Kafedə baş verən partlayışla bağlı “Azərtransservis” direktoru tutuldu
22/05/2018 [18:48]:
Goranboyda xalça emalatxanasının tikintisinə 2 milyon manat ayrıldı
22/05/2018 [18:47]:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri təltif olundu - SİYAHI
22/05/2018 [18:45]:
DİM: 28 nəfərin imtahan nəticələri ləğv edilib
22/05/2018 [18:42]:
Həsən Ruhani İlham Əliyevə məktub ünvanladı
22/05/2018 [18:41]:
Kraliça Azərbaycan xalqını təbrik etdi
22/05/2018 [18:41]:
700 bal yığan abituriyent: Əziyyət çəkməmişəm
22/05/2018 [18:15]:
Madonna bu şəkillərinə görə 10 dollar aldı - FOTOLAR
22/05/2018 [18:08]:
Rövşən Rzayev məcburi köçkünlərlə bağlı tapşırıq verdi - FOTO
22/05/2018 [18:08]:
AXC-nin 100 illik yubileyi 311 №-li tam orta məktəbdə də qeyd olundu
22/05/2018 [18:07]:
ADNSU-nun professorları Rusiya Təbiət Elmləri Akademiyasının medalı ilə təltif olunublar
22/05/2018 [18:06]:
Ziya Məmmədovun oğlundan Hadisəyə daha bir zərbə
22/05/2018 [18:04]:
“Nar”dan Ramazan fürsəti
22/05/2018 [18:02]:
“Təxris olunmağına dörd ay qalmışdı...”- Şəhid əsgərimizin atası...
22/05/2018 [17:59]:
Emin Seyidov: "Avropanın xristian təəssübkeşliyi burada özünü açıq göstərir"
22/05/2018 [17:42]:
“Klinikalardan evlərə zəng vurub insanları aldadırlar”
22/05/2018 [17:13]:
Kimliyimizi təsdiq edən milli sərvətimiz...
22/05/2018 [17:07]:
“WhatsApp”da yeni funksiya aktiv oldu – Çoxdan gözlənilirdi
22/05/2018 [16:59]:
Məleykə Abbaszadədən XƏBƏRDARLIQ: “Onlar yay imtahanlarına buraxılmayacaqlar!”
22/05/2018 [16:58]:
Müdafiə Nazirliyi 2 zabitin ölüm xəbərini yayanlara xəbərdarlıq etdi
22/05/2018 [16:57]:
I-IV qruplar üzrə imtahanların nəticəsi açıqlandı - 3 abituriyent 700 bal topladı
22/05/2018 [16:56]:
“Azərsu” 12-ci elektron xidməti istifadəyə verib
22/05/2018 [16:44]:
Parlamentdə “ağlabatan” müzakirə
22/05/2018 [16:38]:
Deputat: "Nazirlər gəlir, gedir, problem həll edilməmiş qalır"
22/05/2018 [16:36]:
Türkmənbaşının şəklindən tualetdə istifadə edənlər cəzalandırılacaq
22/05/2018 [16:13]:
Bakcell karyera sərgisində
22/05/2018 [16:09]:
Fələstin İsraili Haaqa məhkəməsinə verdi
22/05/2018 [16:08]:
Gözəllikləri və sərvətləriylə göz qamaşdıranlar... - Ən şanslı 15 qadın
22/05/2018 [15:59]:
"Bu Orucluq günündə ailəmi dağıtmaq istəyənləri Allaha tapşırıram" - Şəbnəm OD PÜSKÜRDÜ
22/05/2018 [15:38]:
Festivallar festivalında Azərbaycan da təmsil olunacaq
22/05/2018 [15:36]:
Qənirə Paşayeva mükafata layiq görüldü
22/05/2018 [15:34]:
Vuçiç azərbaycanlıları Serbiyada hotel tikməyə çağırdı
22/05/2018 [15:29]:
Azərbaycanda hərbçilərin olduğu maşın qəzaya düşdü - Ölənlər var
22/05/2018 [15:28]:
"25 il millət vəkili olursan, ayrılan kimi deyirlər, diplomatik pasportunu qaytar"
22/05/2018 [15:17]:
"Ermənistanda Naxçıvan daha populyardır, çünki…" -Ehtiyatda olan polkovnik
22/05/2018 [15:15]:
XİN: "Növbəti dəfə siyasi avantüranın şahidi oluruq"
22/05/2018 [15:13]:
“Ermənistan bu silahlardan heç vaxt istifadə edə bilməyəcək!”
22/05/2018 [15:05]:
6 yaşlı uşaqların məktəbə qəbulu ilə bağlı DƏYİŞİKLİK
22/05/2018 [14:44]:
ADPU-da “Mir Cəlal - yazıçı, alim və müəllim” Respublika Elmi Konfransı keçirildi
22/05/2018 [14:44]:
Həyat yoldaşı greencard qazanan Elariz: "Toyları qoyub, heç yerə gedəsi deyiləm" – VİDEO
22/05/2018 [14:38]:
ADU-da “Azərbaycan-Türkiyə ədəbi əlaqələri” adlı dəyirmi masa keçirildi
22/05/2018 [14:38]:
Sərxoş qadın yatdı və DƏHŞƏTLİ ŞƏKİLDƏ ÖLDÜ...
22/05/2018 [14:35]:
Serbiya Prezidentinə Azərbaycan Dillər Universitetinin fəxri doktoru diplomu təqdim edilib
22/05/2018 [14:31]:
Milli Məclisin növbədənkənar iclasında bu məsələyə baxılacaq
22/05/2018 [14:28]:
Azərbaycanda nəticə əsaslı büdcə mexanizmi hazırlanacaq
Bütün arxiv bir sırada
13/02/2018 [21:43] - Cəmiyyət - ( 938 dəfə baxılıb)

“Neft-qaz sektoru bizə daha çox vəsait toplamaq imkanı verəcək” - Prezident



Azərbaycan prezidenti İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
Moderator.az-ın məlumatına görə, prezident İlham Əliyev qonaqların Azərbaycana səfərinin çox məhsuldar və maraqlı olacağına əminliyini ifadə edib.
 
“Sizin səfəriniz onu nümayiş etdirir ki, ölkələrimizin biznes dairələrində qarşılıqlı maraq var və biz yeni layihələr və yeni ideyalar haqqında düşünməliyik. İndiyədək alman şirkətləri Azərbaycanda infrastruktur və inşaat sahəsində vacib layihələr həyata keçirib. Həmçinin bizim müasir zavodlarımız istehsalatda Almaniya avadanlığından istifadə edir. Buna görə də müxtəlif sahələrdə iqtisadi əməkdaşlığımızın artırılması üçün böyük potensial var”, - deyə o vurğulayıb.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir: “Ötən il və bu il biz çox yaxşı nəticələr göstərmişik. İqtisadiyyatımız daha da çox rəqabət qabiliyyətli olub. Davos İqtisadi Forumunun sonuncu qiymətləndirməsinə əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 35-cı yerdə qərarlaşıb. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə gəldikdə, Azərbaycan 3-cü yerdədir. Beləliklə, bu, həqiqətən də islahatların aparılmasını nümayiş etdirir. Əlbəttə ki, bizim ixrac etdiyimiz çoxlu enerji resurslarımız var və bu ildən başlayaraq Cənub Qaz Dəhlizi ilə əlaqədar olaraq biz onları daha da çox ixrac edəcəyik. Lakin əsas prioritetimiz bizə iqtisadiyyatımızı şaxələndirməyə və neft-qazdan asılılığı azaltmağa imkan yaradan qeyri-enerji sektorudur. Qeyri-enerji sektorunda yanvar ayında iqtisadiyyatımızda demək olar ki, dörd faizlik artım müşahidə olunub və qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. Beləliklə, bu, islahatları çox yaxşı əks etdirir, xüsusilə şaxələndirmə ilə bağlı olaraq”.


 
Prezident bildirib ki, alman şirkətləri ilə əməkdaşlığımız əsasən qeyri-enerji sektorunda aparılır: “Bu da hər iki tərəf üçün yaxşı bir haldır. Əlbəttə, mən ümid edirəm ki, səfərinizdən sonra yaxşı əməli nəticələr olacaq və biz daha da fəal iqtisadi əməkdaşlıq aparacağıq”.
 
Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele isə bildirib ki, Azərbaycan Almaniya üçün çox maraqlı ölkədir: “Çünki biz həqiqətən də ölkənizdə çoxlu potensial görürük. Bizim Sizin ölkənizə olan marağımızı göstərən bu böyük nümayəndə heyəti sadəcə Azərbaycana səfər etmək üçün yox, ölkənizdə daha da fəal olmaq, qeyri-neft sektorunda alman müəssisələri üçün imkanları müəyyənləşdirmək məqsədilə gəlib. Çünki biz hesab edirik ki, uzunmüddətli perspektivdə bir tərəfdən neft və qaz sektorunun inkişafı, digər tərəfdən isə qeyri-neft sektorunun inkişafı, əlbəttə, hər iki tərəf üçün faydalıdır. Bizim üçün ona görə ki, biz ən azından bu işə töhfəmizi verə biləcəyimizə ümid edirik. Azərbaycan isə uzunmüddətli perspektivdə iqtisadiyyatını daha da tarazlaşdıra bilər”.
 
Böyük nümayəndə heyəti ilə Azərbaycana gəldiklərini deyən V. Büxele bu tədbirdə ölkəmizlə birbaşa əməkdaşlıq etmək arzusunda olan iri şirkətlərin rəhbərlərinin təmsil olunduğunu deyib.
 
Almaniyanın tikinti sahəsində ixtisaslaşan “GP Günter Papenburg“ şirkətinin İdarə Heyətinin sədri Günter Parenburq isə təmsil etdiyi şirkətin Azərbaycandakı fəaliyyəti barədə danışaraq şirkət tərəfindən ölkəmizdə ixtisaslı kadrlar üçün təlimlərin keçirildiyini bildirib, ölkəmizlə əməkdaşlığın gələcəkdə də uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib. G. Papenburg rəhbərlik etdiyi şirkətin Azərbaycan bazarında müxtəlif layihələrdə, o cümlədən tikinti materialları, tullantıların emalı sahələrində iştirak etməkdə maraqlı olduğunu deyib.
 
Almaniyanın tunelqazma texnologiyaları sahəsində aparıcı şirkətlərindən olan “Herrenknext” şirkətinin İdarə Heyətinin sədri Martin Herrenknext Azərbaycanda fəaliyyətə başladıqlarını qeyd edərək bu istiqamətdə görülən işlərdən danışıb. O, ölkəmizdə metro tikintisi sektorunda təmsil etdiyi şirkətin iştirak etməkdə maraqlı olduğunu bildirib: “Biz Bakıda özümüzü həqiqətən təhlükəsizlik şəraitində hiss edirik. Bakı regionda fəaliyyət göstərən alman şirkətləri üçün bir mərkəz ola bilər. Bununla bağlı təbriklərimi çatdırıram. Mən Bakıya kifayət qədər hörmət hissi bəsləyirəm. Bura yaşamaq üçün yaxşı yerdir. Əla mehmanxanalar var”.
 
V. Büxele Azərbaycanla ticarət imkanlarının daha çox öyrənilməsinin vacibliyini qeyd etib. O, gələcəkdə Azərbaycan vasitəsilə digər ölkələrlə də iqtisadi əlaqələr qurmaq imkanlarının ola biləcəyini vurğulayıb.
 
Almaniyanın nüfuzlu enerji şirkəti olan “Uniper Global Commodities” şirkətinin qaz təchizatı üzrə vitse-prezidenti Uve FİP təmsil etdiyi şirkətin “Cənub Qaz Dəhlizi” layihəsində iştirakından qürur duyduğunu deyib. O, artıq 10 ildir “Şahdəniz-2” layihəsi ilə bağlı danışıqlarda iştirak etməkdən məmnunluğunu bildirib. SOCAR və digər qurumlarla uğurlu əməkdaşlıq etdiklərini, idarəetmə, menecment, texniki, uşaq proqramları mübadiləsi, “Azərikimya” şirkəti ilə birgə kimya zavodunun, buxar turbinlərinin inşası sahələrində uğurlu layihələr həyata keçirdiklərini deyən Uve Fip 2016-cı ildə ölkəmizdə birgə müəssisənin yaradıldığını vurğuladı, gələcəkdə də bir sıra layihələr, o cümlədən enerji səmərəliliyi layihələri ilə bağlı əməkdaşlıq planlarının olduğunu diqqətə çatdırıb.
 
Prezident İlham Əliyev “Uniper Global Commodities” şirkətinin ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edərək bu şirkətin gələcəkdə də uğurlu əməkdaşlıq həyata keçirəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycanda enerji sektorunun uğurla inkişaf etdiyini deyən prezident İlham Əliyev bu sahədə ölkəmizin qlobal layihələr həyata keçirdiyini, bu baxımdan “Cənub Qaz Dəhlizi” layihəsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, Azərbaycan bu layihənin təşəbbüskarı, həmçinin lideridir və bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü olacaq.

Prezident İlham Əliyev “Uniper Global Commodities” şirkətinə ölkəmizdəki gələcək fəaliyyətində uğurlar arzulayıb.


 
Alman-Azərbaycan Forumunun prezidenti Hanns-Eberhard Şleyer Forumun gələn həftə Berlində konfransının keçiriləcəyini vurğulayıb. Hanns-Eberhard Şleyer bu qurum çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini, o cümlədən siyasi müzakirələrin aparıldığını deyərək hazırda peşə hazırlığı ilə bağlı məsələlərə diqqət yetirdiklərini bildirib. İqtisadiyyatın, enerji və digər sahələrdə əməkdaşlığın genişlənməsinin ixtisaslı kadrların hazırlanmasını tələb etdiyini deyən qonaq Almaniyada bu sahənin inkişaf etdiyini və bu sahədə Azərbaycanla əməkdaşlığa dair konsepsiyasının işlənməsinin vacibliyini qeyd edib.
 
İlham Əliyev peşə hazırlığının Azərbaycanda təhsilin mühüm istiqamətlərindən olduğunu deyərək ümumilikdə təhsil sisteminin ölkədə ən mühüm prioritetlərdən birinə çevrildiyini vurğulayıb. Azərbaycanda savadlılıq səviyyəsinin demək olar ki, 100 faiz olduğunu deyən dövlət başçısı bunun ölkənin inkişafı üçün bir təməl olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə iqtisadi, sənaye və digər sahələrdə böyük nailiyyətlərin əldə edildiyi bir dövrdə peşə hazırlığı heç vaxt olmadığı qədər önəm kəsb edir: “Bu baxımdan Azərbaycan peşə hazırlığı sahəsində əməkdaşlığın həyata keçirilməsini dəstəkləyir və bununla bağlı müvafiq qurumlar arasında əlaqələndirmənin həyata keçirilməsi vacibdir”.
 
Bu baxımdan Azərbaycanın bir sıra ölkələrlə beynəlxalq əməkdaşlıq həyata keçirdiyini deyən prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib. Ölkədə iqtisadi, o cümlədən enerji, infrastruktur, xidmət, turizm sahələrinin və digər sahələrin inkişafının ixtisaslı kadrların yetişdirilməsini və texniki heyətin hazırlanmasını zəruri etdiyini bildirib.
 
Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olan “AIRBUS Group International” şirkətinin Avropa üzrə vitse-prezidenti Marko Miklis ölkəmizlə aerokosmik sənayenin müxtəlif seqmentləri üzrə əlaqələr üçün yaxşı imanların olduğunu deyib və bu baxımdan “Azərkosmos”la məhsuldar əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. “Azərsky-1” peykinin çox yüksək səviyyədə fəaliyyət göstərdiyini deyən qonaq Azərbaycanda Yer səthini müşahidə edən yüksək həssaslığa malik yeni peykin perspektivlərinin onlarda böyük maraq doğurduğunu və təmsil etdiyi şirkətin bu işə öz töhfəsini verməyə hazır olduğunu bildirib.
 
Azərbaycanın “AİRBUS” şirkəti ilə uzun illər çox yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğulayan dövlət başçısı İlham Əliyev kosmik sənaye sahəsində də bu şirkətlə səmərəli əlaqələrin qurulmasından məmnunluğunu ifadə edib. Azərbaycan peykinin müxtəlif sahələrin, o cümlədən kənd təsərrüfatı, meliorasiya və digər sahələrin inkişafına xidmət etdiyini deyən prezident İlham Əliyev mövcud peykin əsas iqtisadi və infrastruktur ehtiyaclarını ödədiyini vurğulayıb.
 
Almaniyanın kənd təsərrüfatı maşınqayırması sahəsində ixtisaslaşan “CLAAS Global Sales” şirkətinin Azərbaycandakı fəaliyyətinə toxunan şirkətin regional prezidenti Nils Roits artıq ölkəmizdə texniki xidmət üzrə şəbəkənin yaradılması və ixtisaslı kadrların hazırlanması ilə bağlı səylərin artırıldığını, Azərbaycan fermerlərinin müasir texnikadan rahat istifadəsi üçün təlimlərin keçirildiyini bildirib.
 
Azərbaycanın xarici ölkələrdən, o cümlədən Almaniyadan kənd təsərrüfatı texnikası aldığını deyən prezident İlham Əliyev bildirib ki, ölkəmiz bu texnikanın Azərbaycanda yığılmasında da maraqlıdır: “Lakin bütün bunlar bazar tələbinin parametrləri nəzərə alınmaqla həyata keçirilməlidir”. Ölkəmizin böyük həcmdə kənd təsərrüfatı texnikası ilə təmin edilməsinin son illərdə aqrar sahədə nailiyyətlərin qazanılmasına imkan verdiyini deyən dövlət başçısı kənd təsərrüfatı istehsalının ötən il 4 faiz artdığını, bu il də bu sahənin yeni texnika ilə təmin ediləcəyinin planlaşdırıldığını bildirib. Qeyd edib ki, bu baxımdan texniki xidmət və peşə hazırlığı mühüm rol oynayır və texniki xidmət sahəsində Almaniya ilə əməkdaşlıq bu işlərə öz köməyini göstərə bilər.
 
Almaniya-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Tobias Baumann bildirib ki, Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatlar qısa müddət ərzində artıq uğurlu nəticəsini verib. Bu, özünü qanunvericilik, gömrük, inzibati və digər sahələrdə göstərib. O, Almaniya-Azərbaycan Ticarət Palatasının bu ilin iyununda keçiriləcək Azərbaycan-Avropa İttifaqı biznes-forumuna təqdim etmək üçün biznes mühiti ilə bağlı tədqiqat üzərində fəal iş apardığını bildirib. T. Baumann həmkarları ilə birlikdə peşə hazırlığı sahəsində əməkdaşlıqla bağlı həyata keçirəcəyi işlərdən danışdı və sonda Ticarət Palatasının üzvlərinin sayının artdığını məmnunluq hissi ilə diqqətə çatdırıb.
 
İslahatlarla bağlı xoş sözlərə görə minnətdarlıq edən prezident İlham Əliyev ölkəmizin bu islahatları bundan sonra da davam etdirilməsinə möhkəm sadiqliyini ifadə edib. Bildirib ki, iqtisadi sahədə, o cümlədən institusional, struktur, fiskal və digər sahələrdə aparılan islahatlar artıq uğurlu nəticələr verib və bu islahatlar davam etdiriləcək. “Qarşımızda duran əsas məqsəd qeyri-neft sektoruna əsaslanan dayanıqlı inkişafımızı təmin etməkdən ibarətdir”, - deyən prezident İlham Əliyev bildirib ki, bu baxımdan Azərbaycan şəffaflıq və hesabatlılıq prinsiplərinə nail olmaq niyyətindədir: “Biz buna nail olacağıq. Biz Azərbaycanda investisiya mühitinə böyük diqqət yetiririk”. Son 15 ildə ölkəmizə 230 milyard dollardan artıq sərmayənin cəlb olunduğunu deyən dövlət başçısı qeyd edib ki, bu sərmayənin ən böyük hissəsinin neft sektoruna qoyulmasına baxmayaraq, - bu da təbiidir, - eyni zamanda, qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılması bizə iqtisadiyyatımızın şaxələndirilməsinə və regional inkişafa nail olmağa imkan verib.
 
Bundan sonra uzun müddət davam edəcək enerji layihələrinin ölkəmizə əlavə gəlir gətirəcəyini deyən dövlət başçısı Azərbaycanda makroiqtisadi vəziyyətin çox müsbət olduğunu bildirib, xarici valyuta ehtiyatlarının ümumi daxili məhsulun həcminə bərabər olduğunu, xarici borcumuzun çox aşağı səviyyədə - təxminən 20 faiz həcmində olduğunu bildirib. İnflyasiyanın bu ilin ilk ayında 5,5 faiz təşkil etdiyini deyən prezident İlham Əliyev əhalinin gəlirlərinin isə 11 faizdən çox artdığını bildirib: “Bütün bunlar inkişaf üçün fundamental əsas yaradır”.
 
İnfrastruktur və kənd təsərrüfatı sahələrinə qoyulan investisiyaların artıq öz nəticələrini verdiyini deyən dövlət başçısı bu baxımdan bilik, texnologiya, yaxşı idarəetməyə və insan kapitalına əsaslanan çox güclü iqtisadiyyat yaratmaq məqsədilə islahatların bundan sonra da davam etdiriləcəyini bildirib. Prezident İlham Əliyev deyib ki, neft-qaz sektoru bizə yalnız daha çox vəsait toplamaq və Neft Fondunun gəlirlərini artırmaq imkanı verəcək.

Çadır Festivalından maraqlı FOTOLAR
Bulaq festivalından maraqlı anlar - FOTOLAR
Qadınların qorxusu...
Pitbull iki uşaqlı ailəyə hücum etdi - VİDEO
Madonna bu şəkillərinə görə 10 dollar aldı - FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Qoy sertifikasiya olsun, təki bu məsələyə bir son qoyulsun..."
Cəmiyyət
Ermənilər Xocavənddə 2414 hektara taxıl və tərəvəz məhsulları əkilib
Dünya
Sərxoş qadın yatdı və DƏHŞƏTLİ ŞƏKİLDƏ ÖLDÜ...
Cəmiyyət
“Məhkəmələrimizdə icraçılarla və aliment borclarının ödənilməsi ilə bağlı ciddi problemlər var”
Dünya
Nazirdən qalmaqallı açıqlama: “Müsəlmanların Ramazan ayında işləmələri cəmiyyət üçün təhlükəlidir”
Həftənin ən çox oxunanları
Ramazan ayında cinsi münasibət necə tənzimlənməlidir? - QAYDALAR
Alpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”
Turş alçanın bu faydalarını bilirsinizmi...?
Xankəndi-Şuşa kanat yolunun tikintisinə başlanacaq - Xeyriyyə fondları hesabına
Bu baş versə, hamımız yanacağıq - Ərdoğan
Kann kino festivalının qırmızı xalısında qıpqırmızı ƏXLAQSIZLIQ...
"4 bacının tək qardaşı idi..." - Dünən şəhid olan əsgərimizin FOTOSU
“Xaricdə bank vətəndaşlara, bizdə isə vətəndaşlar banklara yalvarır”
Xalq artisti ittihamlara cavab verdi: "Gələcəkdə Almaxanım da dəvət olunar və oxuyar"
“Özünə ayaqyolu axtaran xanım video çəkməz...” - “Unibank”dan müştəri ittihamına cavab...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin