Xəbər lenti
23/05/2018 [22:34]:
Gecə sevişməsindən sonra qız generalı soyub qaçdı
23/05/2018 [22:24]:
"Kişisənsə, get iki dənə erməni öldür gəl" - Nazilə Səfərli
23/05/2018 [22:19]:
Lotereya biletinə toy gününü yazdı və görün neçə milyon uddu- İnanılmaz
23/05/2018 [22:04]:
FHN olay yerində: Bakıda intihara cəhdin qarşısı alındı
23/05/2018 [22:01]:
İbrahimbəyov həbs oluna bilərmi? – Vəkil açıqladı
23/05/2018 [21:44]:
“Onun başçılıq etdiyi quldur dəstə Musa Nağını girov götürmüşdü...”- Rəsulzadənin Stalinlə bağlı xatirə yazısı
23/05/2018 [21:43]:
Türkiyədən Ukraynaya hərbi yardım...
23/05/2018 [21:20]:
İŞİD Suriyada Bəşşar Əsədə bağlı silahlılara hücum edib, 26 hərbçi ölüb
23/05/2018 [21:18]:
İlham Əliyev məktəb tikintisinə 40 milyon manat ayırdı
23/05/2018 [21:17]:
MN-dən tək oğlan övladının cəbhəyə göndərilməsinə - MÜNASİBƏT
23/05/2018 [21:14]:
Sosial şəbəkələrdə məşhurlaşan müəllim polisə çağırıldı -Uşaqları Şəhidlər Xiyabanına aparacaqmış
23/05/2018 [21:04]:
ABŞ ordusunun təyyarəsi qəzaya uğrayıb
23/05/2018 [20:57]:
“İstəyirsiniz, medianın boynuna lap ip keçirin, amma...”
23/05/2018 [20:55]:
Lukaşenko Azərbaycan prezidentini təbrik etdi
23/05/2018 [20:48]:
"Ağ "Porsche"li oğlanı gözləyirəm" -Səidə Sultan
23/05/2018 [20:44]:
"Abdulla Taymas yazırdı ki, M.Rəsulzadənin parlaq çıxışı nümayəndələrə böyük təsir etdi"
23/05/2018 [20:37]:
Finlandiyada rəssam azərbaycanlı qaçqının yanağını prezidentə "yapışdırdı"
23/05/2018 [20:21]:
Sevgilisini qısqanan qadın gənc adamı kimyəvi maddə ilə yuxusunda yandırdı
23/05/2018 [20:19]:
Qeyri-adi oğurluq hadisəsi: Çantalarını öz əlləri ilə soyğunçuya verdilər – VİDEO
23/05/2018 [20:16]:
Ətəyi ayaqlanan maniken paltarsız qaldı – FOTO+VİDEO
23/05/2018 [20:13]:
“Mən gərək Şuşada qalaydım, orada da öləydim...”- Rəhim Qazıyev
23/05/2018 [20:12]:
Rəhmon Azərbaycan xalqını təbrik etdi
23/05/2018 [20:11]:
Yerevan Bakı ilə danışıqlara hazırlaşır
23/05/2018 [20:09]:
Çində ABŞ diplomatına “akustik hücum”
23/05/2018 [19:48]:
Fuad Muradov Türkiyədə rəsmi səfərdədir
23/05/2018 [19:47]:
İnam Kərimov Yevlaxda vətəndaşların şikayətlərini dinlədi
23/05/2018 [19:46]:
Şura “Müsəlman Şərqində ilk demokratik respublika” adlı konfrans keçirib
23/05/2018 [19:24]:
"Rüstəm İbrahimbəyov Əkrəm Əyləslinin “Daş yuxular” əsərindəki kadrı səhnələşdirib"
23/05/2018 [19:09]:
Keçmiş güləşçini tanınmaz hala saldılar, göz qapağı və çənəsi qırıldı - VİDEO
23/05/2018 [19:07]:
Döşləri başına bəla oldu - Böyütdürdü və dünyasını dəyişdi...
23/05/2018 [18:52]:
Mir Cəlalın xatirəsinə həsr olunan müsabiqənin qalibləri mükafatlandırıldı - FOTOLAR
23/05/2018 [18:51]:
Millət vəkilinin AXC ilə bağlı tədbir keçirilməsi təklifi dəstəkləndi
23/05/2018 [18:50]:
Bir anlıq diqqətsizlik faciə ilə nəticələndi – VİDEO
23/05/2018 [18:47]:
Az yatmaqla diqqət arasında əlaqə aşkar edildi - ARAŞDIRMA
23/05/2018 [18:46]:
Prezident Bakı Şəhər İcra Hakimiyyətinə 40 milyon manat ayırdı
23/05/2018 [18:45]:
Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinaslar buraxılır - Fotolar
23/05/2018 [18:43]:
Bakcelldən əlillərə dəstək -FOTOLAR
23/05/2018 [18:35]:
Qızlarına “Mavi” adını verən ailə məhkəməlik oldu
23/05/2018 [18:32]:
Valideyinləri evdən köçmədiyinə görə 30 yaşlı oğullarını məhkəməyə verdi
23/05/2018 [18:30]:
Dövlət məmuru 8 aydır işə getməməsinin səbəbini açıqladı
23/05/2018 [18:27]:
Sumqayıtda Dədə Şəmşirin 125 illiyinə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
23/05/2018 [18:20]:
Şəhid əsgərin medalı atasına verildi - Fotolar
23/05/2018 [18:18]:
Erməni prezident Azərbaycanın “Köçəri” rəqsini oynadı - Video
23/05/2018 [18:11]:
Arzu Əliyeva AXC ilə bağlı film çəkdi - Giriş pulsuzdur
23/05/2018 [17:44]:
“Azərbaycan İsraillə münasibətləri korlaya bilməz, çünki...”
23/05/2018 [17:22]:
Mariya Zaxarova: "Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırmaq arzumuz var"
23/05/2018 [17:21]:
Ərdoğan xalqımızı təbrik etdi
23/05/2018 [17:02]:
Azərbaycan özünün ABŞ-dakı lobbi təşkilatını itirdi
23/05/2018 [16:55]:
Rusiyanın “çirkli pulların böyük boru kəməri” milyardları hansı ölkəyə “axıdıb”
23/05/2018 [16:44]:
Avtobusda atəş açacağını dedi, polis tərəfindən zərərsizləşdirildi
23/05/2018 [16:41]:
Medvedev İlham Əliyevə məktub ünvanladı
23/05/2018 [16:40]:
Əli Həsənov: “Çox istərdim ki, hər bir azərbaycanlı bu yazıya münasibət bildirsin”
23/05/2018 [16:32]:
Bura dünyanın ən çox işləyən ölkəsidir - FOTOLAR
23/05/2018 [16:05]:
Avtomobil qaçıran ruhi xəstə qəza törətdi
23/05/2018 [16:04]:
Millimizin sabiq futbolçusuna ad verildi – FOTO
23/05/2018 [15:55]:
Bərdədə suya düşən 80 yaşlı kişi 24 saatdan sonra xilas edildi- FOTO
23/05/2018 [15:54]:
Milli Qəhrəmanın doğum günüdür...
23/05/2018 [15:52]:
Milli Məclis 20 məsələni gündəliyə saldı
23/05/2018 [15:51]:
I sinfə qəbul üçün müraciət edənlərin sayı açıqlandı
23/05/2018 [15:50]:
Türkiyədə 70 hərbçi axtarışa verildi
23/05/2018 [15:48]:
“Əlillərlə bağlı statistikanın araşdırılmasına ehtiyac var”
23/05/2018 [15:47]:
Mədət Quliyevin sinif yoldaşı: “Onun polis olması hamını təəccübləndirdi”
23/05/2018 [15:44]:
“Televiziya aparıcıları özlərini hamıdan ağıllı hesab edirlər” – Jurnalistdən sərt çıxış
23/05/2018 [15:35]:
Viran edilmiş Ağdam qəbiristanlığından ürəkdağlayan son görüntülər - VİDEO
23/05/2018 [15:31]:
ADPU-da AXC-nin yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi
23/05/2018 [15:28]:
Korrupsionerin evindən çıxan pullar hamını heyrətləndirdi...- FOTO
23/05/2018 [15:26]:
Lavrov erməni nazirlə Qarabağı müzakirə etdi
23/05/2018 [15:17]:
Şanlıurfada Azərbaycan bulvarı açılır
23/05/2018 [15:12]:
Donunun ətəyi düşən model pis vəziyyətdə qaldı - FOTOLAR
23/05/2018 [14:54]:
Universitetlərin nəzdində kolleclər açılacaq - Təhsildə yenilik
23/05/2018 [14:51]:
Zakir Həsənov NATO generalları ilə müzakirə apardı
23/05/2018 [14:44]:
İftar süfrəsinə “Coca-Cola” qoymaq haramdır?
23/05/2018 [14:41]:
ADU-nun kitabxanası yapon dilində kitablarla təchiz olundu -FOTOLAR
23/05/2018 [14:38]:
UNEC iddialara cavab verdi - FOTOLAR
23/05/2018 [14:31]:
Dəllər stansiyasının baş yolları əsaslı təmir olunur
23/05/2018 [14:25]:
“Kapital Bank”ı soymaq istədi - Həbs edildi
23/05/2018 [14:22]:
“Cavid Qurbanov həqiqəti deyir...”
23/05/2018 [14:14]:
“İmkanlı şəxslərin övladları hərbi xidmətə getmir və gedən də arxa cəbhədə xidmət edir”
23/05/2018 [14:12]:
Həftəsonu rayonlara leysan yağacaq
23/05/2018 [14:11]:
McDonalds-da hər kəsin gözü qarşısında soyundu - FOTO/VİDEO
Bütün arxiv bir sırada
14/02/2018 [13:57] - Cəmiyyət - ( 805 dəfə baxılıb)

Dini konfessiya rəhbərləri seçkilərlə əlaqədar müraciət qəbul ediblər



Azərbaycandakı dini konfessiya rəhbərləri prezident seçkiləri ilə əlaqədar müraciət qəbul ediblər.
 Qafqaz Müsəlmanları İdarəsində dini konfessiyaların rəhbərləri ilə keçirilən görüşdə qəbul olunan müraciətdə deyilir:

“Biz, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan dindarları – müsəlman, pravoslav, katolik, yəhudi, alban-udi və digər dini icma nümayəndələri, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə – prezident seçkiləri ilə əlaqədar bir araya gələrək, aşağıdakıları bəyan etməyi öz vətəndaş borcumuz hesab edirik. 

O Bir Olan Yaradan qarşısında məsuliyyət hissi ilə bildiririk ki, Vətənimizdə son illər ərzində həyatın bütün sahələrində baş verən tərəqqi - iqtisadiyyatımızın güclənməsi, daxili və xarici siyasətdəki uğurlar, insanların rifah halının yüksəlməsi, hərbi müdafiə qabiliyyətimizin artması ilə yanaşı dini-mənəvi həyatı ehtiva edən dəyərli dəyişikliklər hər bir dindarın rəğbətinə səbəb olan məqamlardır. 

Bakı-Tbilisi-Qars dəmiryolu xətti, TANAP qaz kəməri, Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizi kimi regional əhəmiyyətli iqtisadi layihələrin fonunda Allah Evlərinin, ibadət məkanlarının nəfis şəkildə inşa və böyük məhəbbətlə bərpa olunan binaları, dindarların maddi-mənəvi tələbatlarına qayğı, milli-dini və ümumbəşəri dəyərlərə yüksək ehtiram ölkəmizin nüfuz və qüdrətinin təzahürləridir. 

Vətənimiz Azərbaycan beynəlxalq müstəvidə həm də mədəniyyətləri, dinləri bir araya gətirən, mənəvi-humanitar məqsədlər ətrafında cəm edən qabaqcıl bir ölkə kimi tanınır. Uca Allaha xoş gedən multikultural həyat tərzini yaşadan və təbliğ edən cəmiyyətimizin və onun liderinin O Bir Olan Yaradanımızın Nəzərində dəyəri yüksəkdir.

Hər bir mömin vətəndaş ölkəmizin həyatında bütün bu nailiyyətləri şükranlıqla qarşılayaraq, bunu Uca Yaradanın Lütfü sayəsində dövlət rəhbərinin həyata keçirdiyi uğurlu siyasətin bəhrəsi kimi dəyərləndirir.

Azərbaycanı parçalanmaq və müstəqil dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etmiş Ulu Öndərimiz Heydər Əliyevin siyasi xəttinin davamçısı İlham Əliyev həzrətlərinin misilsiz əzm və səyləri sayəsində Azərbaycan xalqı müstəqilliyimizin əbədi və dönməzliyinə əmindir.

Azərbaycan siyasətinin avanqardında yer alan Yeni Azərbaycan Partiyası qarşıdan gələn Prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyini irəli sürüb.

Bu namizəd, əslində, bütün xalqın namizədidir. Azərbaycan dindarlarının ümumi mövqeyi Prezident seçkilərində məhz İlham Əliyevin ən layiqli namizəd olmasından ibarətdir.  

Siyasi, iqtisadi, mənəvi böhranlarla üz-üzə qalan dünyada sabitlik, rifah və dini-mənəvi stabillik məkanı olan ölkəmizin uğurları həqiqətən böyük dəyər kəsb edir. 

Biz, Azərbaycan dindarları, dini icma rəhbərləri müstəqil Azərbaycanda  uğurlu din-dövlət siyasətinin bəhrəsi olan tolerant, multikultural, hüquqi-demokratik  cəmiyyəti dünyanın istənilən nöqtəsində qürur hissi ilə təmsil etməkdən məmnunluq duyuruq.

Azərbaycanın dünyada mədəniyyətlər və dinlərarası dialoqun mühüm mərkəzlərindən biri kimi tanınması və qəbul olunması dövlət başçımızın ardıcıl məntiqlə davamlı şəkildə həyata keçirdiyi dövlət siyasətinin real bəhrəsidir. 

Sivilizasiyaların, mədəniyyətlərin dialoq və əməkdaşlığına dair 2008-ci ildə Bakı prosesinin əsasının qoyulması, 2016-cı ilin Multikulturalizm, 2017-ci ilin İslam Həmrəyliyi ili elan edilməsi Azərbaycanın dövlət rəhbərinin siyasi iradə və humanist təfəkkürünün bariz nümunəsidir.

Tərəqqipərvər dünya ictimaiyyəti bu istiqamətdə səyləri layiqincə qiymətləndirir, Azərbaycan xalqı isə buna görə öz liderinə minnətdardır.

Biz, Azərbaycan dindarları, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqın rifahının artırılması yönündə böyük işlər görən, dünyada miqrant böhranı yaşandığı dönəmdə məcburi köçkün soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışı üçün misilsiz səylər göstərən, Cocuq Mərcanlı məscidi ilə işğaldan azad olunmuş torpaqlarımıza Böyük qayıdışın mənəvi təməlini qoyan liderimizin olmasını yüksək dəyərləndirir, Azərbaycanın dövlət başçısı məqamında O Bir Olan Yaradana xoş gələn əməllər sahibinin olmasını səmimi qəlbdən diləyirik.

Biz dünyəvi dövlət şəraitində dini-mənəvi dəyərlərin intibahı üçün atılan addımların, göstərilən misilsiz səylərin qarşısında yalnız və yalnız bu uğurlu xəttin davam və inkişafını dəstəkləyirik.

Biz, unikal dostluq, dinlərarası və məzhəblərarası qardaşlıq şəraitində yaşayan Azərbaycan dindarları, dövlətin diqqət və himayəsindən yararlandığımız, məscidlər, kilsə, sinaqoq və digər mənəvi məkanlarımızın dövlətin maddi, mənəvi yardımıyla təmir, bərpa olunduğu ölkəmizdə dini-mənəvi intibahın davamını istəyirik.   

Biz, dindarlar hər zaman şükranlıqla dualar edirik ki, Vətənimizin taleyinə müdrik, mənəvi dəyərlərə önəm verən, bizlərə həyatın bütün sahələrində olduğu kimi, dini-mənəvi sahədə də fəxarət doguran anlar yaşadan dövlət başçısı qismət olmuşdur.

Zati-aliləri İlham Əliyevə verilən ən böyük dəyər Azərbaycan xalqının məhəbbət və etimadıdır.

Azərbaycan Respublikasında 11 aprel tarixli Prezident seçkiləri, heç şübhəsiz ki, xalqımızın həyatında mühüm siyasi hadisə olmaqla, hər bir dindar üçün də taleyüklü, önəmli məqamdır. 

Biz bütün Azərbaycan dindarlarını uca mənəviyyat yolunun davamına – Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırırıq. Qoy Uca Yaradan öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin!”.

Qeyd edək ki, müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Roma Katolik Kilsəsinin Yepiskopu Vladimir Fekete və Azərbaycandakı Alban-udi xristian icmasının sədri Robert Mobili imzalayıblar.

"Abdulla Taymas yazırdı ki, M.Rəsulzadənin parlaq çıxışı nümayəndələrə böyük təsir etdi"
Qeyri-adi oğurluq hadisəsi: Çantalarını öz əlləri ilə soyğunçuya verdilər – VİDEO
Döşləri başına bəla oldu - Böyütdürdü və dünyasını dəyişdi...
Az yatmaqla diqqət arasında əlaqə aşkar edildi - ARAŞDIRMA
Valideyinləri evdən köçmədiyinə görə 30 yaşlı oğullarını məhkəməyə verdi
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Keçmiş güləşçini tanınmaz hala saldılar, göz qapağı və çənəsi qırıldı - VİDEO
Cəmiyyət
Qızlarına “Mavi” adını verən ailə məhkəməlik oldu
Cəmiyyət
“Əlillərlə bağlı statistikanın araşdırılmasına ehtiyac var”
Cəmiyyət
“Televiziya aparıcıları özlərini hamıdan ağıllı hesab edirlər” – Jurnalistdən sərt çıxış
Cəmiyyət
“İmtahan öncəsi abituriyentlərin pirlərə və ocaqlara üz tutumasının heç bir xeyri yoxdur”- İlahiyyatçı...
Həftənin ən çox oxunanları
Alpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”
Turş alçanın bu faydalarını bilirsinizmi...?
Bu baş versə, hamımız yanacağıq - Ərdoğan
Kann kino festivalının qırmızı xalısında qıpqırmızı ƏXLAQSIZLIQ...
"4 bacının tək qardaşı idi..." - Dünən şəhid olan əsgərimizin FOTOSU
“Xaricdə bank vətəndaşlara, bizdə isə vətəndaşlar banklara yalvarır”
Xalq artisti ittihamlara cavab verdi: "Gələcəkdə Almaxanım da dəvət olunar və oxuyar"
“Özünə ayaqyolu axtaran xanım video çəkməz...” - “Unibank”dan müştəri ittihamına cavab...
Azərbaycanlı icra başçısı işə avtobusla gedir - Fotolar
"Ermənistanda Naxçıvan daha populyardır, çünki…" -Ehtiyatda olan polkovnik
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin