Dinini dəyişib xristian olan azərbaycanlı məşhur xanım: “Niyə bir qadının üç əri olmaz?”
Oxunub: 3035
16 Feb 2018 | 14:57
Dinini dəyişib xristian olan azərbaycanlı məşhur xanım:  “Niyə bir qadının üç əri olmaz?”

Elə situasiyalar var ki, gördüyün obyektdən, hiss etdiyin enerjidən və dayandığın mövqedən asılı olmayaraq, heyranlığının aurasına bürünüb qalırsan. Bütün ayrı-seçkiliklərə, fərqliliklərə rəğmən uğurun dalınca qaçan adamların həyat eşqi səni dəhşətə gətirir. Necə ola bilər ki, bir insan hər saniyəsini çərçivəyə saldığı, planlaşdırdığı halda həmin çərçivənin içində rahatlığını tapsın? Görəsən, uğurun sirri budur? Bir insanı bütün həyatını həsr edəcək şeylərə bağlayan yeganə qüvvə təkcə uğur ola bilməz.

Bu sualların cavabını Fəridə Əzizovada axtarmağa çalışdıq. Çünki onun döyüşü təkcə cəngavərlikdən ibarət deyil, həm də bir həyat mübarizəsidir. Çünki o, kişisayağı tərzi özünə qalxan edib onlarla kişinin içində təkcə təpiklə deyil, ağılla, məntiqlə vuruşan bir qadındır.

Moderator.az publika.az-a istinadən 2012-ci il London olimpiadasında Azərbaycanı təmsil edən ilk taekvondoçu qadın, yeniyetmələr arasında dünya çempionu, gənclər arasında Avropa çempionu, qadınlar arasında dünya üçüncüsü, Avropa oyunlarının gümüş medalçısı Fəridə Əzizova ilə müsahibəni təqdim edir:

“Mənə təkan verən səhhətimdəki məhdudiyyətlər oldu”

- Fəridə, başlayaq idmana gəlməyindən. Bu sahəyə marağın necə yarandı?

- Uşaqlıqdan səhhətimdə problemlər var idi. Qan dövranı ilə bağlı həkim məsləhət gördü ki, idmanla məşğul olum. Həmçinin, hiperaktiv uşaq idim. Hərəkətdə olmağı sevirdim. Mənə təkan verən elə səhhətimdəki məhdudiyyətlər oldu. Müalicədən 6 ay sonra valideynlərim idmandan uzaqlaşdırmaq istədi. Ancaq mən davam etməyi seçdim. İdmana çox bağlanmışdım və sevdiyim döyüş növünü seçərək karyerama başladım. Döyüş növlərini çox sevirdim.

- Bu döyüşkənlik, yəqin ki, uşaqlıqdan gəlir?

- Bəli.

“Bütün günüm oğlanlarla keçirdi”

- Oğlanlarla aran necə idi?

- Həyətə düşəndə bütün günüm oğlanlarla keçirdi. Futbol oynayırdıq, bizdə “vayna-vayna” deyilən bir oyun var idi, döyüş növlərindən ibarət. Ondan oynayırdıq. Qızlarla heç oynamırdım, çünki oğlanlarla daha maraqlı idi. Onlar adətən gəlinciklərlə evcik-evcik oynayırdı. Elə oyunlar isə mənə maraqlı gəlmirdi.

- Kifayət qədər uğur qazanmısan. Bununla kifayətlənəcəksən?

- Əlbəttə ki, yox. Hər bir professional idmançı üçün karyerasının pik nöqtəsi olimpiyanın birincilik kürsüsüdür. Mən iki dəfə iştirakçısı olsam da, medal qazana bilməmişəm. İstəyirəm 2020-ci il olimpiyadasında iştirak etmək şansı məndə olsun. Atalar üçdən deyib. Bu dəfə artıq yaxşı bir nəticə əldə etməyə köklənmişəm.

- Ümumiyyətlə, bir idmançı üçün vacib olan xüsusiyyətlər nələrdir?

- İlk növbədə, işini sevməlisən. Daha sonra səbir etmək, təmkinli olmaq. Sonra isə intizamlı olmaq. Psixoloji baxımdan isə hər şeyə hazır qalmaq önəmlidir. Elə dövrlər olur ki, ard-arda medallar qazanırsan. Ancaq bir müddət sonra bədən yorulur. O zaman nəticə verməyə də bilirsən. Elə həmin zamanda səbir etmək lazımdır ki, o prosesi yaşayıb öhdəsindən gələ biləsən. Məhz bu səbəbdən karyeralarına son qoyan idmançılar az deyil. İdman tez başa gələ bilən bir iş deyil. Məşqdə 100 təpik atırıqsa, döyüşdə sadəcə 10 təpik şansımız olur.

“Hər dəfə o kürsüyə qalxanda elə bil torpaqlarımızı geri qaytarıram”

- Bir müddət idmandan uzaqlaşmaq kimi bir təhlükə ilə üzləşdin, amma sevimli sənətini buraxmadın. Bunun öhdəsindən necə gələ bildin?

- Əslində bu yaxınlarda da travma almışdım.Əməliyyat olundum. Ancaq tez bir zamanda məşqlərə qayıtdım. Travmadan sonra ruhdan düşmədim. Bilirdim ki, müvəqqətidir. Bundan əvvəl də dəfələrlə ağır zərbələr almışdım. Hətta yatağa düşdüyüm vaxtlarda belə mənim üçün sonluq gəlməyib. Çünki işimi sevirəm.

- Londonda keçirilən olimpiya oyunlarına vəsiqə qazanan ilk azərbaycanlı qadın və ən gənc taekvondoçusan. Nə hiss edirdin?

- Düzü, qorxmurdum. Bir idmançı lisenziya mərhələsindən keçib, olimpiya oyunlarında rəqibin qarşısında dayanıbsa, demək onda qorxu yoxdur. Amma həyəcan vardı və olmalı idi. Bu, hər bir professional döyüşçüyə xas xüsusiyyətdir. Məsuliyyət hissi olanda, təbii ki, həyəcan yaratmalıdır. Çünki uduzanda heç bir şey hiss etmədinsə, deməli gələcəyin yoxdur.

- Uğurlu nəticə əldə edəndə hansı hisslər yaşayırsan?

- Hər dəfə bu tip suallar veriləndə cavabım eyni olur. Çünki bu hiss həqiqətən də, mənim üçün eyni qalır. Təsəvvür edin ki, səhər oyanmısız işğal olunan torpaqlarımız geri qaytarılıb və bütün ölkə bunu bayram edir, hər yerdə insanların bayrağımızla gəzdiyini görürsünüz. O, anda hansı hissləri keçirərsiniz? Məhz mən də hər dəfə kürsünün ilk pilləsinə qalxıb, himni səsləndirəndə həmin hisslərə bürünürəm. Elə bil, hər dəfə o kürsüyə qalxanda torpaqların bir hissəsini geri qaytarıram.

- Bəs bir qadın, bir insan kimi?

- Çəkdiyim əziyyətin qarşılığını almaq məni qane edir. Çempionata qatılmaq üçün əvvəl açıq birinciliklərə qatılırıq. Orada zədə alırıq, yoruluruq. Ancaq bütün çətinliklərə baxmayaraq, davam edirik. Böyük, kiçik olmasından asılı olmayaraq hər yarışdan öncə qarşıma məqsəd qoyuram ki, mən bunun öhdəsindən gəlməliyəm. Yarış bitdikdən sonra isə öz-özümə deyirəm “mən bunu da bacardım”. Buna görə özümlə qürur duyuram. Ancaq təbii ki, hədəflər bununla bitmir. Bir professional idmançı kimi illər ötdükcə idmanı daha yaxşı başa düşürəm. Lap əvvəllər təcrübəsiz olursan, ancaq döyüşürsən. Bir müddət sonra isə döyüşdə cəngavərlik deyil, daha çox ağıl, taktika tələb olunur. Zaman ötdükcə idmanı daha dərindən anlamağa başlayıram.

“Deyirdi ki, qız uşağısan, neynirsən döyüş sənətini”

- Peşənə ailənin münasibəti necədir?

- Anam qarşı çıxırdı. Deyirdi ki, qız uşağısan, neynirsən döyüş sənətini. Ancaq indi qarışmırlar, sağ olsunlar. Yetkinlik yaşıma çatmışam. Onlar da başa düşür ki, mənim tutduğum yol düzgündür. İdmançıyam, pis vərdişlərim yoxdur, iki universitet oxuyuram və bütün günü göz önündəyəm. Öz taleləri ilə barışıblar, çünki idmanı atmayacağımı bilirlər.

- İdmançı olmasaydın həyatını hansı istiqamətdə qurardın?

- Həmişə fikirləşirdim ki, idmançı olmasaydım, hüquqşünaslığı seçərdim. Ancaq indi idmançıyam və eyni zamanda, hüquqşünaslıq təhsili də alıram. İdman karyerası həmişəlik deyil. Müəyyən yaşdan sonra bitirmək məcburiyyətindəsən. Mən də karyeram bitdikdən sonra hüquqşünas kimi çalışmağa qərar vermişəm. Hazırda Xarkov Universiteti Hüquqşünaslıq fakültəsinin 1-ci kurs tələbəsiyəm.

- Niyə məhz hüquqşünaslıq?

- Çünki nizam-intizama öyrəşmiş adamam. Hüquq sahəsində də hər şey qanunlar çərçivəsindədir. Bizim cəmiyyətdə gender bərabərliyi problemi olduğuna görə qadınların hüquqları tapdalanır və bu, olduqca normal hal hesab edilir. İstəyərdim ki, elə qadınların da hüquqlarını müdafiə edim. Şəhərdə yenə vəziyyət normaldır. Ancaq rayonlarda elə qadınlar var ki, hüquq sözündən xəbərləri belə yoxdur. Niyə bir kişinin üç arvadı ola bilər, ancaq bir qadının üç əri ola bilməz? Qadınlar bunları bilmir. Ya da cəmiyyət belə aşılayıb ki, bilməməlidir. Lakin bunlar hamısı birbaşa insan hüquqlarının pozulmasıdır.

- Yeri gəlmişkən, ötən həftə qatıldığım BMT-nin konfransında məhz səni uğurlu bir qadın taekvondoçu kimi gender bərabərliyinə misal çəkmişdilər. O zaman sənin kifayət qədər nüfuzunun olduğuna şahidlik etdim. Bu, sənə kifayət edirmi?

- BMT mənə gender bərabərliyi mövzusunda videoçarxa çəkilməyi təklif etmişdi. Təbii ki, sevindim və razılaşdım. Həmin videoçarx ən çox baxılan çarxlardan olmuşdu. Məmnunluq hissi duyurdum ki, mənə gender bərabərliyilə bağlı fikirlərimi çatdırmağa şans verildi. Çünki həmişə cəmiyyətimizə qadınla kişi arasında fərq olmadığını başa salmaq istəyirdim. Vətəndaş qanunları qadınla kişi arasında heç bir fərq qoymur. Sadəcə müsəlman olduğumuza görə bu qanunları ya qəbul etmirlər, ya da qəbul etmək istəmirlər.

“Dinimi dəyişəndən sonra həmin insanlar yaxamdan əl çəkdilər”

- Müsəlmanlıq demişkən, hələ də xristiansan?

- Bəli.

- Nə kimi dəyişikliklər hiss edirsən?

- Rahatlıq. Müsəlmansansa, kişi kimi görünə bilməzsən, geyinə bilməzsən. Saçın uzun, başın bağlı olmalıdır. Namaz qılmalısan və s. Bu kimi şeylərdən uzağam. Allaha inanıram. Sadəcə mənim tərzim insanlar üçün anlaşılmaz idi. Dinimi dəyişəndən sonra həmin insanlar artıq yaxamdan əl çəkdilər.

- Yəni dinini dəyişmək kənar təsirlər sayəsində oldu?

- Demək olar ki...

- Şəxsi həyatda vəziyyət necədir?

- İki universitet oxuyuram, idmanla məşğulam. Gündə iki dəfə məşq edirəm, dərs oxuyuram. Beləliklə, şəxsi həyata ayırmağa vaxtım qalmır. Sosial hesabımda da belə bir status yazmışdım “12 fevral, 13 fevral, nə isə, 15 fevral” (gülür). Yəni ki, sevgilim yoxdur və belə şeyləri qeyd etməyi mənasız hesab edirəm. Şəxsi həyata vaxt ayırsam, digər işlərimə zaman qalmayacaq. Düşünürəm ki, şəxsi həyatımı sonra da qura bilərəm. İndi əsas olan karyeram və dərslərimdir. Ailə, həyat yoldaşı həmişə tapılar. İndi öz ayaqlarımın üstündə durmaq üçün çalışıram.

- Sevgilinin idmançı olmasını istəyədin? Yoxsa, sənin üçün fərq etmir?

- Onu oturub fikirləşmək düzgün deyil. Allahın öhdəsinə buraxmışam. Oturub yalvarmıram ki, gələcəyim belə bir insanla olsun (gülür).

- Fiziki cəhətdən səndən zəif olsa necə?

- Təbii ki, məndən zəif olacaq (gülür).

- 22 yaş, qadın, taekvondo, xristianlıq. Bunlar hamısı ağır gəlmir?

- 18 yaşıma qədər problemlər yaşayırdım. Ancaq sonra vəziyyət dəyişməyə başladı. Düşüncələr, həyata baxış formalaşdı. Getdikcə hər şeyi öz rəfinə yığmağı bacardım.

“Oğlanlar yaxınlaşıb “qaqaş, siqaretin olmaz?” deyirlər”

- Üstəgəl kişisayağı tərz...

- Aha. Heç kimin gözündən qaçamayan tərzim (gülür). Belə çox rahatam. Sırf bu tərz təzyiqlər səbəbilə dinimi dəyişdim. Ancaq hər zaman doğru bildiyim yollardan getməyi üstün tuturam və gedirəm. Təzyiqlər həmişə olur. Bir dəfə davam gətirə bilmədinsə, heç vaxt qarşısını ala bilməyəcəksən. Stilimi, tərzimi dəyişmək istəyən çox adam oldu. Ancaq mən istəmədim. Bir dəfə fotosessiya etdirdik. Makiyaj, qadın geyimi, hündürdaban ayaqqabı filan. Atam mənə birtəhər baxdı ki, niyə belə geyinmisən.

Doqquz yaşımdan Bakıdayam və təkəm. Uşaq vaxtı axşam qaranlıqda məşqdən çıxırdım və təkbaşıma Əcəmi kimi bir yerdə evə gedirdim. Orada bir qız uşağı kimi geyinib gəzsəydim, başıma çox hadisələr gələrdi. Ancaq belə idman geyimində, böyük çanta ilə olanda heç bir problem yaşamırdım. Ən çoxu oğlanlar yaxınlaşıb “qaqaş, siqaretin olmaz?” deyirdilər (gülür). Bu tərzdə vaxt baxımından da işimə yarayır: makiyaja vaxt ayırmıram.

- Məşqçi kimi fəaliyyət göstərmək planın var?

- Hazırda vaxtım yoxdur.Ancaq gələcəkdə niyə də olmasın? Bir professional idmançı kimi gələcəkdə öz təcrübələrimi gənc nəsillərlə bölüşmək istəyirəm. Valideynlər sosial şəbəkələrdə çox yazıb xahiş edirlər ki, uşaqlarına dərs keçim. Ancaq özüm keçə bilməsəm də, məşqçim Səbuhi Zülfüqarovu məsləhət görürəm.

- Adətən, hərbçilər, idmançılar incəsənətin müəyyən sahələri ilə məşğul olurlar. Bəs sənin hobbin nədir?

- Rəsm çəkməyi çox sevirəm. Foto çəkməyi də xoşlayıram, ancaq rəsm məni sakitləşdirir və zamanımı səmərəli keçirirəm. Bundan başqa siyasətlə bağlı nələrsə oxumağı sevirəm.

- Gələcəkdə səni uğurlu bir siyasətçi kimi görə bilərik?

- Ola bilər. İstəyərəm.

- Sosial şəbəkələrlə, izləyicilərinlə aran yaxşıdır. Aktiv istifadə edirsən sosial mediadan?

- Yazanlar çox olur. Hamısını cavablandırmağa çalışıram. Çox insan məni sosial şəbəkələr vasitəsilə tanıyır. Elə bilirlər ki, çox eqoist, özündənrazı biriyəm. Ancaq nə qədər uğur qazansam da, çalışıram ki, “bar gətirdikcə” başımı aşağı əyim. Qazandığım hörməti itirməmək üçün əlimdən gələni edirəm. Olimpiya çempionu olsam belə, insanların məni özündənrazı, yekəbaş biri kimi tanımasına icazə verə bilmərəm.

“Mənə evlilik təklif edənlərin əksəriyyəti...”

- Özünü bir ev qadını kimi təsəvvür edə bilirsənmi?

- Yox, heç mənlik deyil. Düzdür, evdə bütün işləri özüm görürəm. Yemək bişirirəm, paltarlarımı özüm qaydaya salıram. Ancaq özümü evdar qadın kimi təsəvvür edə bilmirəm. Ancaq hüquq diplomumu alandan sonra özümə iş yeri açmağı, yəni iş qadını olmağı düşünürəm. Çünki evdə otura bilmərəm. Hiperaktiv biri üçün evdə oturmaq depressiya mənbəyidir.

- Tək yaşamağın çətinlikləri varmı?

- Heç bir çətinliyi yoxdur. Sadəcə evdən çıxanda pişiklərimə baxacaq kimsə olmur (gülür).

- Keçən il evinə oğrular girmişdi. Ancaq kim olduğunu bu yaxınlarda öyrəndin. Tandığın adamlar olduğunu biləndə necə qarşıladın?

- Hə. Rəfiqəmin sevgilisi idi. Ancaq onu tanımıram. Bu işdə rəfiqəmin əli olub-olmadığını deyə bilmərəm. Çünki bunun isbatı yoxdur. Məsələyə professional yanaşıram və inanmıram ki, rəfiqəmin bu işdə əli var. Özü də “ikinci yarısına” görə üzr istədi və kompensasiya ödəyəcəyini dedi.

- Əks cinsin nümayəndələrinin sənə münasibəti necədir?

- Xoşlamıram yanımda oğlan olsun. Özümü rahat hiss etmirəm. Əsasən, sosial şəbəkələrdən tapırlar məni. Dostluq göndərirlər, hətta evlilik təklif edirlər. Deyirəm, ay qurban olum, get bir özünə bax, sonra mənə bax. Seçilmirik, heç biz.

Cavanıq e biz. Mənim hələ 22 yaşım var. İndi ailə, sevgili düşünsəm, nə karyera qura biləcəm, nə də normal ailə. Hazırda 25 yaşa qədər heç bir oğlan ciddi münasibətə hazır deyil. Evim, maşınım, normal maaşım var. Ancaq mənə evlilik təklif edənlərin əksəriyyətində bunlar yoxdur. Onlar hazıra gəlmək istəyirlər.

“Hər dəfə çempion olan kimi eşq elanları gəlir”

- Məqsədlərini hiss edirsən də yəqin?

- Əlbəttə. Çünki nədənsə evlilik təklif edənlər Avropa Oyunları, Çempionat, Olimpiya Oyunlarından sonra peyda olurlar (gülür). Nədənsə eşqləri məhz mən çempion olanda biruzə verir.

- Qarşı tərəfin maddi imkanlarını önəmsəyirsən?

- Bu əsas deyil. Ancaq ailə qurmaq istəyənlərin məhz mən nələrsə qazandıqdan sonra üzə çıxması onların niyyətini göstərir ki, söhbət əslində mən yox, mənim var-dövlətimdədir. Mənim üçün önəmli olan insanlıqdır. Təəssüf ki, qarşıma çıxanlarda buna rast gəlməmişəm...

- Gənclərə nə məsləhət görərdin?

- Oxusunlar, karyera qursunlar. “14 fevral”, ay nə bilim, “evdə qaldım” söhbətləri boş şeylərdir. Kişi oxumaya bilər. Ancaq qadın gələcəyi üçün, övladları üçün mütləq təhsil almalıdır. Sabah başına bir iş gəlsə, övladlarını saxlaya bilmək üçün lazımsız işlərə baş qoşmasın. Önəmli deyil ki, professional idmanla məşğul olsunlar. Ancaq sağlam həyat üçün idman önəmlidir.

Oxşar xəbərlər
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib