Xəbər lenti
17/12/2018 [08:13]:
Bərdədə torpaq üstündə kütləvi dava oldu -Ay camaat, torpağımızı erməni alıb e, erməni!..
17/12/2018 [07:40]:
Xoşbəxt o kəsdir ki, əlində olanlar üçün şükür edər və başqalarının əlində olana göz yumar…
17/12/2018 [01:44]:
Qurban Qurbanov: "Çətin oyunun olacağını hiss edirdik"
17/12/2018 [00:36]:
Porfelləri qoltuqlarına verilmiş eks- məmur qudaların şərikli London biznesi üzə çıxdı...
17/12/2018 [00:29]:
“Paşinyana dedim ki, niyə susmusan, Putindən qorxursan?” - Lukaşenko (Video)
17/12/2018 [00:18]:
Sual altında olan sabah üçün heç kəs yaxasını kənara çəkməsin...
16/12/2018 [22:21]:
Azərindən Mübarizi təhqir edən məxluqa cavab: "Şərəfsizə sənin ən gözəl cavabın..."
16/12/2018 [21:30]:
Dünyadakı qarşıdurmaların kökündə ilk növbədə din mafiyaları dayanır - İDDİA
16/12/2018 [20:58]:
Göydən həqiqi pul yağışı yağdı, aləm qarışdı, polis hərəkətə keçdi - VİDEO
16/12/2018 [20:39]:
Kafedə partlayış - 42 yaralı
16/12/2018 [20:17]:
Oğulun anasını bıçaqlama səbəbi bilindi
16/12/2018 [19:23]:
"Azərbaycan bu il hərbi məhsul ixracını 9,2 faiz artırıb" - Nazir müavini
16/12/2018 [18:50]:
“Qəbələ” “Sabah”ı məğlub etdi
16/12/2018 [18:32]:
Bakıda pikap aşdı, 2 yaralı var
16/12/2018 [18:32]:
81 yaşlı buludlar kraliçası 60 ildir ki, uçur... - FOTOLAR
16/12/2018 [18:25]:
Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirildi - FOTOLAR
16/12/2018 [18:02]:
Əlincəqala qədər əyilməz, Əshabi-Kəhf qədər müqəddəs torpağın qurucu rəhbəri...
16/12/2018 [17:49]:
Afrində bazarda partlayış - 5 ölü, 20 yaralı
16/12/2018 [17:32]:
“Anamın şəxsi əşyalarını şəhidliyindən 23 il sonra mənə çatdırdılar…”- Ceyhun Əsgərov-VİDEO…
16/12/2018 [17:30]:
Astarada 3 balıqçı xilas edildi
16/12/2018 [17:01]:
Burak və Fahriyenin atalarından nəvəyə 140 minlik hədiyyə
16/12/2018 [16:48]:
Akif Nağı Moskvada görüşlər keçirdi - FOTO
16/12/2018 [16:28]:
Sənin də döşünü kəssəydilər...
16/12/2018 [16:27]:
"Film setlərində cinsi münasibətdə olmuşam" - Cenifer Lopezdən böyük etiraf
16/12/2018 [16:24]:
Dələduzluqla üzləşən Şəhid bacısından DİN və Baş Prokurorluğa MÜRACİƏT...
16/12/2018 [16:23]:
İlk qadın prezidenti and içdi - Gürcüstanda
16/12/2018 [16:21]:
Hacı Mazanın rəis oğlu işdən çıxarıldı... -Ramil Usubovdan əmr
16/12/2018 [16:19]:
Azərbaycanda “Yalquzaq” snayper tüfəngi və əl pulemyotlarının seriyalı istehsalına başlanıldı
16/12/2018 [16:16]:
Qaban ilində doğulan yüksək vəzifəli məmurlar - SİYAHI
16/12/2018 [16:14]:
Nüfuzlu "The Lancet" jurnalından maraqlı araşdırma: 1,3 milyon nəfər avtoqəzada...
16/12/2018 [16:00]:
Rəsmi Tehran geri çəkildi, ABŞ-a gözlənilməz çağırış etdi: "Birbaşa danışıqlara hazırıq"
16/12/2018 [15:57]:
Qazaxda yolların təmiri davam edir -FOTOLAR
16/12/2018 [15:54]:
Bütün dünyanı böhrana sürükləyən əsas səbəb: Rotşild ailəsi ilə ABŞ "Dərin dövlət"inin savaşı - Araşdırma
16/12/2018 [15:50]:
Rəssam Hitler - Fürerin çəkdiyi portret
16/12/2018 [15:43]:
Müşfiq Ələsgərlinin oğurlanmış velosipedi tapıldı - FOTO
16/12/2018 [15:31]:
Aparıcının “Bahalaşmaya etiraz edək” şərhi Ərdoğanı qəzəbləndirdi: "Ey əxlaqsız, bura Parisdirmi?"
16/12/2018 [15:29]:
“Tramp Ərdoğana Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinə çalışdıqlarını deyib” - Çavuşoğlu
16/12/2018 [15:17]:
“Sarı jiletlilər” aksiyaya dünyaya yayılır - İndi də Kanada ayağa qalxdı
16/12/2018 [15:15]:
Misirdə 4400 illik tapıntı -FOTOLAR
16/12/2018 [15:14]:
Nərminin Mübarizə “hücumunu” ermənilər nə tez gördü?
16/12/2018 [14:25]:
Suriya Milli Ordusundan Türkiyəyə mesaj - “15 min əsgərlə hazırıq”
16/12/2018 [14:06]:
Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərildi -FOTOLAR
16/12/2018 [14:02]:
İsveçrədə turistləri daşıyan avtobus qəzaya uğradı - 44 nəfər yaralandı
16/12/2018 [13:53]:
İndoneziyada vulkan püskürdü - Kül 3 km-ə çatdı
16/12/2018 [13:51]:
"Düşmən öz əlimizlə bizi vurur"
16/12/2018 [13:48]:
Nazirlik əhaliyə xəbərdarlıq etdi – Dekabrın 19-dək...
16/12/2018 [13:47]:
Azərbaycan kişiləri EVLƏNƏNDƏ ən çox ruslara, ukraynkalara üstünlük verir - RƏSMİ
16/12/2018 [13:42]:
Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub
16/12/2018 [13:38]:
Bakıda tikinti bumu mənzillərin qiymətini UCUZLAŞDIRACAQ
16/12/2018 [13:20]:
Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13 ili tamam oldu
16/12/2018 [13:03]:
Ramil Usubov rəisi sərəncama göndərdi
16/12/2018 [13:02]:
İrəvan bütün cəbhələrdə uduzur: 2019 Qarabağ ilidir
16/12/2018 [12:50]:
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüş keçirildi
16/12/2018 [12:07]:
Azərbaycanda oğuldan anasına qarşı DƏHŞƏTLİ HƏRƏKƏT - Küçənin ortasında - FOTOLAR
16/12/2018 [12:03]:
Prezidentin səhifəsindən Mübarizlə bağlı MÖHTƏŞƏM PAYLAŞIM
16/12/2018 [11:59]:
Dörd yaşında itən uşaq 25 yaşında evinə qayıtdı - İNANILMAZ...
16/12/2018 [11:32]:
Qadınların adi səhvləri - Kişilər niyə özünü sevilməyən hiss edir?
16/12/2018 [11:28]:
İçərişəhərdə yeni aşkarlanan qədim hamam belə bərpa edilir - REPORTAJ - FOTOLAR
16/12/2018 [11:09]:
"Qara narkotik"dən tam azad olma, ölkə iqtisadiyyatını bu xəstəlikdən xilas etmə şansı...
16/12/2018 [10:52]:
Ermənilər Gədəbəyin kəndini atəşə tutdu
16/12/2018 [10:48]:
Amerikanın yeni strategiyası işə düşdü: neft ölkələri təhlükədə
16/12/2018 [10:31]:
Netanyahunun oğlundan feysbukda ŞOK PAYLAŞIM – “Bütün müsəlmanlar...”
16/12/2018 [10:20]:
Adamı görmədən də sevmək olur- insanı sevdirən əməlləridir...
16/12/2018 [10:14]:
"Amerikanın enerji dominantlığı üfüqdədir” - "Sem dayı" dünyanı qazla "boğacaq"...
16/12/2018 [10:12]:
İran MDB Dəmiryolları Birliyinə üzv oldu
16/12/2018 [09:49]:
Trilyon dollar tapsaq, xoşbəxt olarıqmı?..
16/12/2018 [09:40]:
Salyanda baş vermiş qəzada Ukrayna vətəndaşı olan azərbaycanlı dünyasını dəyişib
16/12/2018 [09:36]:
Həkimlər ŞOK YAŞADI - Uşağın mədəsindən 2 kq...
16/12/2018 [09:31]:
"Neftçi"nin futbolçusu: "FİFA referisi düzgün görməli, 9 metr əvəzinə 12 metr saymamalıdır"
16/12/2018 [09:22]:
Çaylarda suyun səviyyəsində artım müşahidə olunub
16/12/2018 [09:13]:
Dünyanın ən çox turist cəlb edən məkanları - SİYAHI
15/12/2018 [23:48]:
"Təhqir olunan hər bir şəhidin haqqını qorumaq bizim borcumuzdur"
15/12/2018 [23:21]:
Məhkəmə Züleyxaya yeddi il iş kəsdi...
15/12/2018 [23:00]:
Daha bir məşhur üçün "Maşın" əldən getdi
15/12/2018 [22:46]:
Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan tarixi -“Ruhani diplomatiyası”
15/12/2018 [22:43]:
“Beşiktaş” Pepe ilə yollarını ayırdı
15/12/2018 [22:38]:
Şərəfsizlik lövhəsinə gətirən səhv addım...
15/12/2018 [22:30]:
“Məni Salatın Əsgərova ilə birgə şəhid olmaqdan cəmi beş dəqiqəlik zaman ayırdı...”
15/12/2018 [22:27]:
“Zəng vurdum ki, İlham, mənə təcili 900 milyon dollar lazımdır…”
15/12/2018 [22:21]:
Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR
Bütün arxiv bir sırada
19/02/2018 [18:34] - Köşə - ( 2594 dəfə baxılıb)

50 manatlıq xalq artistləri...

Seymur Verdizadə

Son günlər şou əhlini çox tənqid edirəm. Ona görə yox ki, bu adamlar ifa etdikləri bayağı mahnılarla xalqın musiqi zövqünü korlayırlar. Əsas səbəb odur ki, əksər müğənnilər gözümüzün içinə baxa-baxa yalan danışır, bizi avam yerinə qoymağa çalışırlar...

Bakıda, metronun “Əhmədli” stansiyası ilə “Ukrayna” meydanının arasında məşhur bir şadlıq evi fəaliyyət göstərir. Çoxlu qohum-əqrabası, yüzlərlə dost-tanışı olan bir adam kimi arabir məni də həmin şadlıq evinə toya dəvət edirlər. Yaddaşıma güvəndiyim üçün əminliklə deyə bilərəm ki, masada ən azı 21 cür soyuq qəlyanaltı, 10 növ isti yemək olur. Nəfsini tərbiyə etməkdə aciz olan uca millətimin şən övladları arağı su yerinə içirlər. Axşam 7-dən sonra bəylə gəlini təbrik etməyə gələn xalq artistlərinin, əməkdar artistlərin, “Tərəqqi” medallı artistlərin ardı-arası kəsilmir. Axırda pul yazdırmasan, elə bilərsən ki, toyda yox, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sənət adamalrının iştirakı ilə keçirdiyi müşavirədəsən...

Dostumun oğlunun toyunda iştirak etmək üçün ötən həftə yolumu həmin şadlıq sarayından saldım. Ofisiant boşqabıma iki qaşıq salat çəkməyə macal tapmamış xalq artisti Səməd Səmədov məclisə təşrif buyurdu. Səməd müəllim fonoqrama ilə iki-üç bayağı mahnı oxuyub, nehrə boyda arvadların, boy-buxunda Koroğludan geri qalmayan cantaraq kişilərin şəkil çəkdirmək arzusunu yerinə yetirəndən sonra yerini əməkdar artist Bəsti Bəkirovaya verdi. Sağ tərəfimdə əyləşən tələbə yoldaşım Namiq müəllim fabrik toyuğunun ətindən bişirilmiş tikəni yeyib qurtarmamış Bəsti xanım ifasını başa vurub, məclisi tərk etdi. Əməkdar artist Elza Seyidcahan kababla eyni vaxtda gəldi. Bir andaca pərəstişkarlarının əhatəsinə düşən Elza xanımın başı şəkil çəkdirməyə qarışdığı üçün mahnı oxumaq yaddan çıxdı. Sonra isə hələ də Səməd Səmədovun duet ortağı kimi tanınan müğənni Sevda salona daxil oldu. Həmin vaxt Namiq müəllimin telefonunda jurnalist dostum Azər Həsrətin müsahibəsini oxuduğum üçün Sevdanın nə oxuduğu yadımda qalmadı. Bizim masanın ətrafında əyləşən kişilər siqaret çəkmək üçün bayıra çıxanda, əməkdar artist Cavanşir Məmmədovla Firuzə İbadova içəri girdi. Dostumun kasıb olduğunu bildiyim üçün bu qədər müğənnini hansı pulla toya dəvət etdiyi məni əməlli-başlı düşündürməyə başladı. Şəxsən tanıdığım, müxtəlif televiziya verilişlərində yanaşı əyləşdiyim, sənətinə hörmət etdiyim əməkdar artist Nüşabə Ələsgərli şadlıq evinə təşrif buyuranda təəccübüm ikiqat artdı. Burda bir sirr vardı. Bu sirri çözməsəm, gecə səhərə kimi gözümə yuxu getməyəcəkdi...

Təmiz hava almaq üçün bayıra çıxanda, foyedə dostumla qarşılaşdım. İlk sözüm bu oldu: “Nahaq yerə bu qədər məsrəf etmisən...”

Kişi heyrətlə üzümə baxıb, ağzını qulağıma yapışdırdı: “Bakıda burdan ucuz restoran yoxdur”.

Tez-tələsik dilləndim: “Bəs müğənnilər? Bunların biri toya 6-7 minə gedir. Bu qədər pulu hardan tapmısan?”

Dostum ətrafa nəzər salıb, heç kimin bizi eşitmədiyinə əmin olandan sonra belə dedi: “Yerin biri 25 manatdır. Müğənnilər isə restoranın hədiyyəsidir”.

Yenə fikrim qarışdı. Növbəti sualı verməkdən özümü saxlaya bilmədim: “Restoran 25 manatlıq yerdən nə qazanır ki, bunlara bir ətək pul verir?”

Dostum əlini çiynimə qoyub, belə dedi: “Mənim saf qardaşım, sən o adamların efirdə dediyi sözlərə inanma. Kimdir onlara 8-10 min manat verən? Bu gün gördüyün müğənnilərin hər biri bura 50 manata gəlib”.

Həyat yoldaşı dostumu çağırdığı üçün söhbətimiz yarımçıq qaldı...

Qonaqlarla beş-on dəqiqə söhbət edəndən sonra sağollaşıb, şadlıq sarayını tərk etdim. Pilləkənlərdən enəndə daha bir xalq artisti ilə qarşılaşdım. Əlli manatın arxasınca gəlmişdi...

... Bu sətirləri klaviaturada döyəcləyib qurtarandan sonra axtarış saytlarına daxil olub, müğənnilərin toy qiymətləri ilə bağlı kiçik bir araşdırma apardım. Həmin xalq artistinin qarşısında bu rəqəm yazılmışdı: 12 000 AZN.

Uşaq vaxtı bu cür situasiya ilə qarşılaşanda belə deyirdik: “Yalançının...”
İndi uşaq olmadığımız üçün ədəbsiz söz işlətmək bizə yaraşmaz. Amma gərək həmin artistlər də bizi uşaq yerinə qoymasınlar...(qafqazinfo.az)

“Paşinyana dedim ki, niyə susmusan, Putindən qorxursan?” - Lukaşenko (Video)
Əlincəqala qədər əyilməz, Əshabi-Kəhf qədər müqəddəs torpağın qurucu rəhbəri...
Qaban ilində doğulan yüksək vəzifəli məmurlar - SİYAHI
Budları ilə yatak və stul qırdı - İNANILMAZ....
Oyuncaq yaxalama videosu izləyicilərdə şok yaratdı - VİDEO
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Azərindən Mübarizi təhqir edən məxluqa cavab: "Şərəfsizə sənin ən gözəl cavabın..."
Cəmiyyət
Dələduzluqla üzləşən Şəhid bacısından DİN və Baş Prokurorluğa MÜRACİƏT...
Maraqlı
Qadınların adi səhvləri - Kişilər niyə özünü sevilməyən hiss edir?
Siyasət
"Qara narkotik"dən tam azad olma, ölkə iqtisadiyyatını bu xəstəlikdən xilas etmə şansı...
Ədəbiyyat
“Ağstafadakı evinin muzey olmasını istəyirdi, bu, vəsiyyəti idi” – İsa Muğannanın qızı
Müasir Ədliyyə
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Qazax və Ağstafada döyüş postlarının DSX-ya təhvil verilməsi nə ilə bağlıdır?
"Mübarizlə qeyri-bərabər döyüşdə düşmən 12 itki verir, 17-si ağır yaralanır..."
"Cəmiyyət görün nə gündədir ki, onun qəhrəmanlığını şübhə altına alanlar meydan sulayır"
İranda Ayaz Mütəllibovun ata Buşa tarixi etirazından bəhs edildi - Qarabağa görə...
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
Sənin də döşünü kəssəydilər...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə