“Xəyanətdən heç bir hakimiyyət komandası sığortalanmayıb” -Sensasion müsahibə
Oxunub: 1809
20 Feb 2018 | 09:29
“Xəyanətdən heç bir hakimiyyət komandası sığortalanmayıb” -Sensasion müsahibə
Moderator.az “Yeni Müsavat”-a istinadən  millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri  Elşən Musayev ilə müsahibəni təqdim edir:

- Elşən bəy, səsiniz tutqundur. Xəstələnmisiz, deyəsən.

- Bəli, son qriplərdən qoruna bilmədim. Məni də haqladı. Ona görə səsim batıb.

- Çörçilin məşhur bir sözü var: “Bir siyasətçinin hətta lazım olmayan məqamda xəstələnməsi belə intizamsızlıqdan xəbər verir”. Ümid edirəm, kobud misal olmadı.

- Kobud-filan deyil. Sadəcə, Çörçilin həyatı haqda azacıq məlumatlı şəxs kimi deyim ki, rəhmətliyin “astma bronxit”i olub. Hər vacib görüşə getmədən öncə də allergiyası baş qaldırırmış, çıxışlarını rahat edə bilmirmiş. Bu fikri də özünə misal olaraq deyib. Yəni məntiqlə intizamsızın yekəsi özü olub.  Amma paralel olaraq bir şeyi də dəqiqləşdirək. Niyə lazımsız məqam?

- Ən azından seçki dövrüdür, bir siyasətçi üçün isə aktivlik belə məqamda qaçılmazdır. Ona görə.

- Siyasətçi bir tək seçki dönəmində deyil, hər zaman aktiv olmalıdır. Bu, onun missiyasıdır, emblemidir. Seçkidən-seçkiyə ortalığa çıxıb “mən də varam” havasına girənlərin adı isə siyasətçi deyil, mövsüm kəpənəyidir. Belələri bütün ömürlərini elə kəpənək “kafa”sı ilə də yaşayırlar. Sağa-sola şütüyərək. Mənsə hər zaman meydandayam, mövqeyimi, fikrimi, mülahizələrimi bildirirəm. Passivliyi də sevmirəm.

- Sizi davamlı olaraq müxalifət üzərinə sərt və ağır şəkildə yüklənən biri kimi xarakterizə edirlər. Bu imici qazanmaq diskomfort yaratmır ki?

- Düşünmürəm ki, nə vaxtsa kiminsə üzərinə yüklənmişəm və ya yüklənirəm. Hər kəsin bir fikri var. Amma hamısı da fərdi və fərqlidir. Müxalifətçilər bəzən əsəbiləşəndə mənə “radikal iqtidar” da deyirlər. Ürəklərindən nə keçir desinlər. Düşüncəm isə bundan ibarətdir ki, ən qorxulu adam mövqesiz və düşmənsiz adamdır. Qəti mövqeyin varsa mütləq düşmənin olacaq. Siyasi meydanda o insandan qorxmaq lazımdır ki, hamı ilə dostdur, günorta söydüyünü axşam öpür, səhər tənqid elədiyini sabahsı gün mədh edir. Ya da 20 il canla-başla müdafiə elədiyinə qarşı birdən-birə düşmən kəsilir, yolunu və mövqeyini 180 dərəcə dəyişir. Bilirsiniz, xəyanət ailədə də, dostluqda da, siyasətdə də eynidir. Onu bir dəfə sınaqdan keçirən kəs artıq buna vərdiş, adət edir, özü üçün bu ənənəni adiləşdirir. Amma bütün hallarda siyasi xəyanət həmin kateqoriyaların ən iyrəncidir.

- Belə xəyanətlərdən sığortalanmağın bir üsul-qaydası yoxmu?

- Xəyanətdən heç bir hakimiyyət komandası sığortalanmayıb. Bizim içimizdə də belələri olub və hər zaman ola bilər. Məsələn, Gültəkin Hacıbəyli eyni adlı mövzunun ən bariz nümunələrindəndir. 27 yaşından 40 yaşına qədər bir komandada olasan, onun uğurlarından, imtiyazlarından bəhrələnəsən, çıxış eləmək, təbliğ etmək, ucadan danışmaq lazım olan yerdə hamını itələyib qabağa keçəsən ki, mövzu mənlikdi, sonra da bir seçkidə deputat seçilməyən kimi olasan müxalifətin öndə gedəni. Mümkündürmü təbii görünmək? Mümkündürmü kimisə inandırmaq? Yox, təbii. Ya da olsun Cəmil Həsənli. 2005-ci ildə AXCP-nin qərarına qarşı çıxdığı üçün təşkilatdan ayrılmalı oldu. Loru açıqlama da bu idi ki, ideya, müxalif həmrəylik-filan hərləmirəm, mənə mandat lazımdı. Amma həmin mandatı da itirən kimi oldu Silvestr Stallone. Girdi “Rokki” havasına. Gündə də bir seriyasını çəkib facebook üzərindən camaata sırımağa çalışdı. Kim inandı? Yenə heç kim, təbii. Çünki küskünlərin yığıncağında səmimi adam olmur.

“Gültəkin Hacıbəyli eyni adlı mövzunun ən bariz nümunələrindəndir. 27 yaşından 40 yaşına qədər bir komandada olasan, onun uğurlarından, imtiyazlarından bəhrələnəsən, çıxış eləmək, təbliğ etmək, ucadan danışmaq lazım olan yerdə hamını itələyib qabağa keçəsən ki, mövzu mənlikdi, sonra da bir seçkidə deputat seçilməyən kimi olasan müxalifətin öndə gedəni...”

- Haqqında danışdığınız kəsimin nümayəndələri seçki ilə bağlı boykot qərarı verib. Bu qərar da qeyri-səmimidir?

- Məndə olan informasiyaya görə - daha doğrusu, bu qənaətə sosial şəbəkədə oxuduqlarımdan sonra gəlmişəm - Milli Şura MSK-ya sənədləri həmin sənədlərin verilmə müddətinin bitməsinə saat yarım qalmış təqdim edəcək. Nə plandı bilmirəm, amma güman ki, iqtidarın növbədənkənar seçki qərarından sonra düşdükləri naqdaunu öz aləmlərində beləcə kompensasiya etmək istəyirlər. Yəni siz bizi şok etdiniz, biz də sizə sürpriz edərik. Ayrıca, onu da qeyd edim ki, boykot qərarı iqtidara deyil, beynəlxalq aləmdəki qəyyumlarına yönəlik mesaj idi. Qayəsi, məzmunu da özündə bu fikri ehtiva edirdi: “Ara qatmaq istəyirsinizsə, pul göndərin qataq. Ən azından əlimizdən gələni əsirgəmərik. Amma pulsuz olmaz. Havayı enerji sərf etmək niyyətimiz yoxdur”.  Ordan isə deyəsən, müsbət cavab gəlib. Artıq pulu sızdırırlar. Ortalıqda var-gəl edən yeni-yeni gözəlbayramlıların canı sağ olsun, verirlər pulu Tiflis sərhədində hansısa taksi sürücüsünə, Ağstafada-zadda da üzərindən yüz dollar əskiklə götürürlər. Nə problem var ki? Arif Məmmədov adında xəyanətkarın, buqələmunun düzəltdiyi və ora-bura ötürdüyü saxta sənədlərə istinad edərək xəyallarında icad etdikləri hansısa prosesə “pul yuyan maşın” adı vermişdilər. Oysa, Əli Kərimli nəinki pul yuyan, hətta onu qurudub-ütüləyən maşının da icadını özü şəxsən edib. Hələ güman ki, patentini də alıb, sadəcə xəbərimiz yoxdur.

- Yeri gəlmişkən, Milan məhkəməsi bu ittihamların ən nəzərə çarpanlarından birini rədd etdi.

- Doğru həmişə sonda qalib gəlir. Bir gün ədalət zəfər çalmalı, Xədicənin donosluğu və bayaq adını çəkdiyim Arif Məmmədovun təşkilatçılığı ilə düzənlənən saxta ssenari nə zamansa ifşa olunmalı idi. Sadəcə, zamanı dəqiq bilmirdik. Radikal müxalifət bu oyunu ona görə qurmuşdu ki, cəmiyyətdə seçki öncəsi bir aşınma, iqtidara qarşı antipatiya yaratsın, amma məkrli ssenari özlərinə qarşı işlədi. Biabır oldular. Ən ideal vaxtda da məsələyə aydınlıq gəldi.

- Sizcə, bu məlumatları, dezoları mediaya, sosial şəbəkələrə kim ötürür? Məqsəd nədir?

- Dedim axı, Arif Məmmədovun rəhbərliyi ilə yanındakı çevrəsi. Bu insan uzun illər diplomatiyanın içində olub. Məlumatlı şəxsdir. Sadəcə, o, bildiyi məlumatları düzgün ötürmür. Təhrif edir. Bunların yeni bir təşkilatı var, iqtidara qarşı formalaşıb. Qənimətdən belə hamı o təşkilatdadır. Addım-addım, qapı-qapı gəzirlər. Randevularını da Arif alır. Bir tədbir buraxmırlar. Avropa Şurasından tutmuş ATƏT-ə qədər, hara gedirsən qarşında bitirlər. Olsun. Bizi düşmən bilib, düşmənçiliklərini edirlər. Amma dövlətlə, bayraqla,  Azərbaycan adı ilə alıb-verə bilmədikləri, problemləri nədir, bax bunu anlamıram. Təsəvvür edin, Avropa Şurasının plenar iclasında Azərbaycanın əleyhinə, ya da Ermənistanın lehinə bir sənəd qəbul olunan kimi durub ayaq üstdə əl çalırlar. Əsas da o Emin Hüseynov və yanındakı erməni əsilli sarışın rəfiqəsi. Bir dəfə Şuranın bufetində ona dedim ki, yüz dəfə iqtidarı ittiham edəndə bir dəfə də ermənini ittiham elə, Qarabağdan danış. Qayıtdı ki, o  məsələlər bizim maraqlarımıza uyğun deyil. Xəttimiz başqadır. Xəttin qırılsın, budur müxalifətçilik?  Ya da Milli Şuranın baş prodüseri övladının qulağına niyə bir dəfə pıçıldamır ki, ay bala, xaricdə nə dinləmələrə qatılırsan qatıl, zalda 20 amerikalı, 30 avropalı, 15 ərəb və 1 erməni varsa, gedib özünü o dəqiqə erməninin yanına vermə, atan burada demokratiyadan, milli təəssübkeşlikdən dəm vurur, insan haqlarından “dərs keçir”, heç olmaya kənardan pis görünməsin. Yəni radikal müxalifət imitasiya da eləmir artıq.  Deyirlər buyuq, amma bizi bəyənməlisiz. Seçki də gələn kimi hamısı olur qəzəlxan, meyxanaçı. Ancaq deyişmə işinə baxırlar, erməni lobbisinin papağından qafiyə çıxarırlar, ağıllı-ağıllı məsləhətlər verirlər. Boykot edirlərmiş. Dünəndən edin. Mənim qapıbir qonşum Kamandarın 3 yaşlı oğlu da bağçanı boykot edir, ağzına baxanmı var?

- Boykot əsaslandırması budur ki, onsuz da iqtidar hər seçkidə inzibati resursları prosesə cəlb edir, ədalətli seçki keçirmir və hətta guya bunu zamanında foto və videolarla sübut ediblər...

- Bəli, məhz guya! Nəyi sübut ediblər? Heç nəyi! Bir dəfə özünü “onbaşı” və “yüzbaşı” adlandıran xanımdan açıqlama alıblar. Soruşurlar ki, işiniz nədir, deyir insanları seçkiyə - səsverməyə göndərirəm. Bunu ad elədilər ki, saxta seçki keçirilir. Diqqət edin: xanım deyirdi ki, insanları səsverməyə göndərirəm, demirdi ki, filan adama səs verməyə göndərirəm. Desəydi başqa məsələ. Normalda isə bunun adı təşviqatdır. Adı onbaşı ya da yüzbaşı olsun - fərq etməz. Həmin kaseti xarici təşkilatlara da göndərəndə vəkillər, mütəxəssislər gülüb demişdilər ki, adam təşviqatla məşğul olub da, dünyanın hər yerində olduğu kimi. Bu axı fakt deyil. Bunlar da əli ətəyindən uzun, süzülə-süzülə, kasetləri də yanlarında geri dönmüşdülər. Yəni dediyim odur ki, kompromatları da öz başlarının, dərrakələrinin ölçüsündədir.

- Elşən bəy, bəzən namizədləri ittiham edirlər ki, seçkiyə mübarizə üçün deyil, dəstək üçün qatılırlar. Bu fikrə münasibətiniz necədir?

- Tamamilə yanlış fikirdir. Amma paralel olaraq nəzəri mülahizəmi də bölüşüm: 40 min imza toplayan adamın imzaları təsdiqləndikdən sonra könlü istəyər bu fürsətdən, yəni təbliğat imkanından istifadə edib rəqibini tərifləyər, istəyər özünü tərifləyər, istəyər qonşusunu-qohumunu tərifləyər. Bunun kimə nə dəxli? Harda yazılıb ki, seçkiyə girmisənsə mütləq söküb-dağıtmalısan? Fərdin passiv seçki hüququdur, sənədini verir, səslərini toplayır, qeydiyyata alınır. Gerisini özü bilər. Yəni dediyim odur ki, hətta mövzuya nəzəri və hüquqi prizmadan baxsaq  belə yenə ortada separat, qeyri-qanuni bir şey yoxdur. Zamanında, konkret olaraq 2003-cü ildə  Əli Kərimli Etibar Məmmədovla öncədən bağladığı sazişə əsasən ikincinin namizədliyini müdafiə etməli idi. Amma seçkiyə hər ikisi qatıldı. Onlara deyən oldumu ki, niyə belə edirsiz? Ya da 2009 Referendumundan öncə iqtidarın təbliğatına qarşı iki müxalif təşviqat qrupu yaradılmışdı. Nəsə irad tutuldu? Vəssalam da. Bunlar niyə özünə əl qatıb bəs? Həm də əsas olmadan? Bir daha təkrar edirəm: kökündən yanlış fikirdir! Əvvəla, namizədlərin içində hamının öz mövqeyi var, kimsə bu prosesə müxalifətin iddia etdiyi kimi dəstək üçün qatılmır. İkincisi, ölkədə seçkinin demokratik keçirilməsi üçün tam münbit şərait mövcuddur. Üçüncüsü də... Ən güclü namizəd qalib olacaq.  Buna kimsənin şübhəsi olmasın. Şəxsi qənaətim isə odur ki, İlham Əliyev seçkinin açıq favoritidir və ən azı 80 faizin üstündə səs toplayacaq.    

- Seçkidən sonra necə, siyasi komandada ciddi dəyişikliklərin olacağını gözləyirsiniz?

(ardı var)
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO