Xəbər lenti
23/06/2018 [17:30]:
OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclası Bakıda keçirilə bilər
23/06/2018 [17:26]:
"Ordumuzun bölmələri heç bir diversiya fəaliyyəti həyata keçirməyib" - RƏSMİ
23/06/2018 [17:06]:
Ana 100 dollara səkkiz yaşlı qızını seks üçün satışa çıxardı - Həbs edildi
23/06/2018 [17:01]:
Hitlerin çəngəl-bıçaq dəsti satıldı- FOTOLAR
23/06/2018 [16:52]:
Daxili Qoşunların Ali Hərbi Məktəbinin ilk buraxılışı oldu
23/06/2018 [16:49]:
Ölən erməni hərbçiyə görə bölük komandirinin müavini həbs edildi...
23/06/2018 [16:36]:
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin yeni inzibati binası istifadəyə verildi
23/06/2018 [16:35]:
Magistraturaya qəbul üçün keçirilən müsabiqənin nəticələri açıqlandı
23/06/2018 [16:24]:
Vyanada OPEC və qeyri-OPEC ölkələrin nazirlərinin 4-cü iclası başlayıb
23/06/2018 [16:14]:
“İşbazlar özəlləşdirilən uşaq bağçalarının yerində bina və gözəllik salonları tikdilər”
23/06/2018 [16:10]:
Dəniz nəqliyyatı işçiləri təltif oldundu
23/06/2018 [16:09]:
Maşınqayırma sənayesi işçiləri təltif edilib
23/06/2018 [16:07]:
Şotland və italiyalı qapıçılar “Qarabağ”ın təklifini rədd etdi
23/06/2018 [16:00]:
Deputat: "İngilis dilində danışa bilmir, amma obyektinə ingilis adı qoyur"
23/06/2018 [15:57]:
Bakıda intihara cəhd - Qadın kişini ölümdən xilas etdi + Fotolar
23/06/2018 [15:41]:
Kəlbəcərdə “rayon”un yeni başçısı təqdim edildi...- FOTO
23/06/2018 [15:39]:
Gəncədə körpənin üzündən aldığı xəsarətlə bağlı həkim rəyi açıqlandı
23/06/2018 [15:38]:
“Qarabağ klanının Paşinyanı devirmək şansı kifayət qədər böyükdür” – MÜSAHİBƏ
23/06/2018 [15:33]:
İlham Əliyev mozambikli həmkarını təbrik edib
23/06/2018 [15:32]:
Avstraliyalı aqronom Qarabağdakı erməni fermerləri kimyəvi zəhərlənmədən qorumağa çalışır...- Fotolar
23/06/2018 [15:22]:
Deputatın oğlu keçmiş nazirin oğlu ilə evləndi
23/06/2018 [15:18]:
Ölkəyə gələnlərin çoxu siqaret və spirtli içkilər gətirir - Gömrük idarəsindən açıqlama
23/06/2018 [15:13]:
“Gecə əyləncələrinə getmək, şənlənmək...”- Yüz beş yaşlı qadın bu yaşa çatmasının sirrini açdı...
23/06/2018 [15:04]:
Çində 10 nəfər edam olundu
23/06/2018 [14:59]:
Neymar komanda yoldaşını təhqir etdi
23/06/2018 [14:53]:
“Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir” - Prezident “Mixaylo” haqqında
23/06/2018 [14:41]:
“Google Chrome” brauzeri internetə qoşulmadan işləyəcək
23/06/2018 [14:37]:
Türkiyədə prezidentliyə namizədlər son mitinqlərə HAZIRLAŞIR
23/06/2018 [14:35]:
Deputatlar “Dövlətqaçqınkom”un ilk təşəbbüsünə qiymət verdilər: “Proseslərin çoxu mətbuata sızmır”
23/06/2018 [14:31]:
İlham Əliyev səhiyyə işçilərinə fəxri adlar verdi - SİYAHI
23/06/2018 [14:30]:
Akif Əlizadə AMEA prezidenti vəzifəsinə təsdiq edildi
23/06/2018 [14:27]:
Bəhram Bağırzadə: "Biz oxuyanda belə şeylər yox idi"
23/06/2018 [14:26]:
“Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi baş verməlidir”
23/06/2018 [14:12]:
Nazirlikdən xəbərdarlıq: şimşək, leysan, dolu, güclü külək...
23/06/2018 [14:10]:
Azərbaycanlı məşhur ailəsi ilə ölkəni tərk etdi: hansı ölkədə yaşayacaq?
23/06/2018 [14:07]:
Nazir əlilliyi olan şəxslərlə görüşdü -FOTOLAR
23/06/2018 [13:52]:
Milli Qəhrəmanımızın kəndində erməni balaları təzə məktəbdə təhsil alacaq… - FOTOLAR
23/06/2018 [13:27]:
Dünyanın ən uzun kababı tarixə düşür - Uzunluğu 255 metr...
23/06/2018 [13:23]:
Bərdədə üç il əvvəl törədilən avtomobil oğurluğunun üstü açıldı
23/06/2018 [13:21]:
Bakıda yaşayış binasında yanğın olub, 25 nəfər təxliyə edildi
23/06/2018 [13:20]:
Azərbaycanda 17 tona yaxın xaş-xaş və çətənə kolları məhv edildi
23/06/2018 [13:13]:
Paşinyan İrana səfərə hazırlaşır
23/06/2018 [13:00]:
“Sülhə nail olmaq üçün Rusiyanın zəifləməsini gözləmək sonu görünməyən zaman ala bilər”
23/06/2018 [12:54]:
Rusiya üzərində qələbə: "Baş nazir sevinir, prezident əleyhinədir"
23/06/2018 [12:28]:
Millət vəkili: "Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq"
23/06/2018 [12:25]:
“Sınıq Körpü”dən keçən nəqliyyatın sayı bəlli oldu
23/06/2018 [12:10]:
Savçenkodan xəbərdarlıq: Müharibə dayanmasa...
23/06/2018 [12:07]:
Putin Bakı ilə əlaqələri ona həvalə etdi – Qərar
23/06/2018 [11:59]:
Akademiya yaxınlığında yeni Azercell Eksklüziv!
23/06/2018 [11:52]:
Bağçadakı olaya görə 2 nəfər işdən çıxarıldı
23/06/2018 [11:52]:
Kanadanın baş naziri eynəyə görə cərimələndi...
23/06/2018 [11:48]:
Elşad Xose sevgilisinin fotosunu paylaşdı
23/06/2018 [11:38]:
Bu gün Sabunçunun bir hissəsində su olmayacaq
23/06/2018 [11:36]:
Dünən sədri olduğu QHT Şurasının 10, bu gün isə özünün 47 yaşını qeyd edir...
23/06/2018 [11:34]:
Qənirə Paşayeva tanınmış təşkilat rəhbərləri ilə görüşdü -FOTOLAR
23/06/2018 [11:33]:
İlham Əliyev Əlcəzairin ədliyyə nazirini qəbul etdi
23/06/2018 [11:25]:
Cəbhə bölgəsində erməni əsgəri öldü
23/06/2018 [11:15]:
Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək
23/06/2018 [10:49]:
Rusiyada təyyarə qəzaya uğradı...
23/06/2018 [10:48]:
Bakıda 20 yaşlı oğlan otağında özünü asdı
23/06/2018 [10:45]:
Universiteti bitirib diplom ala bilməyən tələbələrin sayı açıqlandı
23/06/2018 [10:28]:
ABŞ Cənubi Koreya ilə bəzi hərbi təlimləri dayandırdı
23/06/2018 [10:27]:
Salah Çeçenistanın fəxri vətəndaşı oldu
23/06/2018 [10:25]:
Duzun ölümcül təhlükəsi sübut edildi
23/06/2018 [10:24]:
ATƏT Cənubi Qafqaza səfərlə bağlı bəyanat yaydı
23/06/2018 [10:23]:
O günəmi qalmışıq ki, başımızın üstündə əxlaq polisi dayansın?
23/06/2018 [10:15]:
Yasamal Rayon İcra Hakimiyyətinin iki şöbə müdiri işdən çıxarıldı
23/06/2018 [10:11]:
"Şəhərin kanalizasiya sistemini quran ermənilər gizli yeraltı yolları ruslara bildiriblər"
23/06/2018 [10:05]:
Cəbhədə erməni təxribatı - Şiddətli atışma oldu
23/06/2018 [09:58]:
Gəncə Dövlət Universitetindən ixtisasını dəyişmək istəyənlərə şans...
23/06/2018 [09:56]:
Ərdoğan: “BMT-də 2 təcrübəli siyasətçi var, biri mənəm, digəri də Putin”
23/06/2018 [09:44]:
Bakı-Tbilisi-Qars dəmir yolunda bir ilk də yaşandı...
23/06/2018 [09:36]:
"Elçibəyin əsas fərqliliklərindən biri də türklüyü ilə qürur duyması idi"
23/06/2018 [09:24]:
“ABŞ-la danışıqlar aparmaq vaxt itkisidir” - Əsəd
23/06/2018 [09:12]:
Tatarıstanda yaşayış binasında partlayış - Ölən və yaralananlar var
23/06/2018 [09:00]:
Məsciddə azarkeşlərin futbol üzrə dünya çempionatını izləməsi üçün şərait yaradıldı və... -GÖZLƏNİLMƏZ
23/06/2018 [08:56]:
Baş nazir ilk dəfə qalstuk taxdı - Ölkə buna niyə sevinir?
23/06/2018 [08:53]:
Livanda qadın polislər turist cəlb etmək üçün şort geyiniblər - VİDEO
23/06/2018 [08:51]:
Kürdəmirdə maşın aşıb, 3 nəfər xəsarət aldı
23/06/2018 [01:15]:
Türkiyə İraqda terrorçuları bombaladı
Bütün arxiv bir sırada
20/02/2018 [21:24] - Cəmiyyət - ( 5434 dəfə baxılıb)

Məktəbə hicabla getmək olmaz... - Amma yarıçılpaq getmək olar?



Ağa Hacıbəyli:”Hicab Azərbaycan qadınını əsla geriliyə aparmır, əksinə...”
 
Son onilliklərdə  ölkəmizdə bir neçə dəfə ciddi şəkildə gündəmə gətirilmiş tədris müəssisələrində hicab məsələsi hələ də özünün tam həllini tapmayıb. Hələ də bir sıra orta və ali məktəblərdə müsəlman qızların dərslərdə hicabla iştirakına qadağa qoyulur. Halbuki, bir çox Avropa ölkələrində, ABŞ-ın bəzi ştatlarında, hətta Rusiyanın bir sıra vilayətlərində belə, şagird və tələbələrin məktəblərə hicabla gəlməsinə icazə verilib...

Dünya xanımlarına  ən gözəl nümunə olan Peyğəmbər(s) qızı Fatimeyi-Zəhranın şəhadətini xatırladığımız bu günlərdə yenidən bəzi dairələr tərəfindən müsəlman qadının bir atributu kimi tanınan hicaba qarşı kampaniyalar başlandığı hiss olunur.  Bu dəfə guya bəzi müsəlman valideynlərin qızlarının hicablı olduğu üçün digər şagirdlərdən üstün sayması barədə iddialar səslənir...

Əvvəla,  məktəblərdə hicab məsələsi barədə ortaq məxrəcə gəlinməməsinin əsas səbəblərindən biri də Azərbaycanda islami elitanın zəifliyidir. Nə Qafqaz Müsəlmanları İdarəsi, nə də ayrı-ayrı tanınmış din xadimləri və ilahiyyatçılar öz arqumentlərini ciddi şəkildə ortalığa qoymurlar və ya nədənsə ehtiyat edirlər...



Doğrudur, kiminsə yalnız ritualları yerinə yetirdiyinə, həmçinin hicab geyindiyinə görə, özünü və ya övladını digərindən üstün sayması da doğri deyil. Amma əsas olan məsələnin digər tərəfləridir. Biz əgər demokratik ölkədə yaşadığımızı deyiriksə, onda bəs niyə kiminsə geyim tərzinə qadağa qoyuruq? Heç kəs demir ki, Azərbaycanda da İranda, Səudiyyyə Ərəbistanında və s. olduğu təki qadınların hamısı zorla hicaba bürüdülsün. Çünki  Qurani-Kərimdə buyrulduğu kimi İslamda da zorakılıq yoxdur. Lakin əksini də etmək,  qızlara məktəblərə hicabla getməyə, hicabla şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirməyə qadağa qoymaq da demokratik dəyərlərə zidd deyil məgər? 

Bəli, biz dünyəvi dövlətdə yaşayırıq və dövlətin qəbul etdiyi qanunlara tabe olmalıyıq. Yaxşı, müsəlman qızları məktəbə hicabla getməsin, hicabla şəxsiyyət vəsiqəsinə hicablı foto çəkdirməsin- razıyıq. Amma digər bir məsələ var. Axı müstəqil, milli dövlətimiz həm də xalqımızın milli, əxlaqi dəyərlərini qorumalıdır. Bəs elə isə nəinki şagird və tələbələrin, eləcə də müəllimlərin orta və ali məktblərə Azərbaycan qadınına yaraşmayan dar və cırıq-curuq şalvarlarda, yaxud həddindən artıq gödək ətəklərdə gəlməsi ətrafında niyə belə ajiotaj yaratmırıq? Niyə  Təhsil Nazirliyi ciddi şəkildə məktəb rəhbərlikləri qarşısında vəzifə qoymur ki, belə antimilli geyimlərə qarşı təbliğat aparılsın? Məktəblərdə müəllimələr üçün  milli əxlaqımıza uyğun, müəllimə yaraşan ciddi geyim nümunələri təqdim edilsin. Doğrudur, barmaqla sayılası məktəblərdə belə nümunələr var. Amma çox azdır. Bəzi məktəblərdə hətta qadın direktorun və onun müavinlərinin özləri belə,  şagrdlərinin qarşısına biabırçı yarıçılpaq geyimlərdə zahir olurlar. Üstəgəl, 12-17 yaşlı yeniyetmə və gənc qızların belə geyimləri... Bu mənzərəni müşahidə edən kişi müəllim və yetkin oğlan şagirdlərdə şəhvət hissinin oyanmasını, onların fikirlərinin tədris prosesindən yayınmasını da təbii saymaq lazımdır...  Ötən ilki qəbul imtahanlarında oğlan abituriyentlərdən bəziləri onların sualları düzgün yazmamasına səbəb olan amillərdən biri kimi nəzarətçi müəllimələrin mini-ətək geyinmələrini göstərmişdi. Elə bu günlərdə Bakının tarixən ən məşhur məktəblərindən birində 11-ci sinifdə oxuyan oğlanın  7-ci sinif şagirdi olan qıza qarşı əxlaqsız hərəkətini   də belə amillərlə əlaqələndirmək lazımdır. Yəni  milli əxlaqımıza zidd geyim formalarının tədris müəssisələrində təlim-tərbiyə və tədrisə bilavasitə təsir göstərməsi ilə razılaşmaq gərəkdir...  
Xülasə, sual meydana çıxır: “Məktəbə hicabla getmək olmaz, amma yarıçılpaq getmək olar?..”
Tanınmış ilahiyyatçı Ağa Hacıbəyli məsələ ilə  bağlı Moderator.az-a açıqlamasında Azərbaycan qadınının nəinki dini, həm də milli baxımdan geyim tərzinə diqqət etməli olduğunu vurğuladı:
“Hicab Allahın əmridir. Onunla bağlı Quranda ayə var. Hər bir müsəlman da Allahın buyuruqlarına dəyər verməlidir. Quran isə elə bir kitabdır ki, çağlar, zamanlar qocalsa da, o, daim gəncdir və gəncləşir. Quran, İslam heç də tərəqqinin elmin əleyhinə deyil. Bu gün kainatla, insanla bağlı elə açılmayan sirlər var ki, dünya alimləri orada Quran ayələrinə dayanmağa məcbur olurlar. Və ta Qiyamətədək Quran öz əzəmətini, böyüklüyünü qoruyub saxlayacaq. Hicab məsələsinə gəldikdə, əlbəttə, dünyəvi hüquqi bir dövlətdə yaşayırıq. İnsan haqlarına dəyər verilməli olan bir ölkənin sakinləriyik. Ümid edirik ki, dövlətimiz məktəblərdə hicab məsələsinə bir daha baxacaq. Yəni dinimizdə məcburiyyət olmadığı kimi, dünyəvi işlərdə də zorla hər hansı bir qərarı qəbul etdirmək  çox vaxt baş tutmur. Hamımız istəyirik ki, Azərbaycan iqtisadi, elmi, hərbi baxımdan dünyanın ən güclü dövləti olsun. Amma bilmək  gərəkdir ki, hicabın elmi inkişafın, tərəqqinin qarşısını alması fikri doğru deyil...

İlahiyyatçı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gövhər Baxşəliyanın Modern.az-a açıqlamasında “Bugünkü Azərbaycan qadını üçün hicab geriyə doğru addımdır” fikrini səsləndirməsinə də münasibət bildirdi:”Hicaba girmək qətiyyən gerilik mənasına gəlmir. Əksinə, hicab müsəlman qadını irəli aparacaq örtüsüdür, evidir. Axı kainatda örtüsüz, qoruyucusuz heç bir canlı yoxdur. Allah gözümüzü yaradıb, ona da qorunmaq üçün bir qapaq qoyub. Bədənin dərisini insan üçün bir qalxan yaradıb. Əgər bədənin dəri qatı olmasaydı, insan 2-3 gün yaşaya bilməzdi. Bədənin dərisi nədirsə, mənəviyyat baxımından bir xanımın hicabı, baş örtüsü də odur.  Əslində hicab Allahın “Səttar”(eyibləri örtən, gizlədən) isminin bir təcəllisidir. Başına hicab geyinən  bir xanım əslində Allaha deyir ki, ya Rəbbi, mən ömrüm boyu sənin əmrlərini başımda daşıyacağam, bütün əxlaqi normalara riayət edəcəyəm. Hərçənd,  yüzlərlə, minlərlə qadın hicabın əsl mahiyyətindən bixəbər ola bilər. Bu mümkündür. Ancaq bütün hallarda millətimizin, Azərbaycan xalqının yetkin qız, qadın övladının yarımçıq bir bədən örtüyünə malik olmasına, məsələn, dizdən yuxarı bir ətəklə görünməsinə də yol verilməsini istəməzdik. Həmin övladlarımız, bacılarımız anlasa ki, onun nəsli, onun milləti, onun dədə-babaları zaman-zaman bu milli dəyərlərimiz uğrunda can verib, şəhid olub, onlar  əsla belə yanlış yola düşüb yanlış  formalarda geyinməz... 


A.Hacıbəyli müasirliyi qəbullanmaq xatirinə milli dəyərlərimizi, milli geyim formalarımızı ayaqlar altına salmağın, xərcləməyin qətiyyən doğru olmadığını vurğuladı:

“Millətimizin gözəl milli geyimləri var. Təəssüf ki. Onlar yalnız milli bayramlarda, tədbirlərdə yada düşür. Demirik ki, bütün qadınlarımız eynən milli geyimlərimizə qayıtsın. Amma hər şeyin bir həddi var. Nə oldu ki, yad kişilərin hüzurunda   nəinki başlarına örtü, dodaqlarına  belə yaşmaq çəkən abırlı-həyalı nənələrimizin nəvələri son 30-40 il ərzində dəyişərək özgə kişilərin qarşısına dizi açıq, kürəyi, sinəsi açıq vəziyyətdə çıxır? Bəli, çağın, zəmanənin tələblərinə açıq olmaq çox gözəldir. Amma yad  mənəviyyatı, əxlaqı qəbul edərək milli dəyərləri tapdamaq, özümüzün keçmişdən gələn dəyərlərimizi də xərcləmək doğru deyil. Axı milli dəyərlərimiz bizim sərvətimizdir... Odur ki, məktəbli, tələbə qızlarımızın geyim məsələsində biz daim milli ruhu, eyni zamanda dini ruhu  diri tutmalıyıq.  
Yaradan hicabla bağlı açıq deyir ki, qadınların zinət yerləri örtülü olmalıdır. Allahdan bu əmr Quran ayəsi şəklində  628-ci ildə gəlib. Bundan dərhal sonra Peyğəmbərimizin(s) xanımları və bütün müsəlman qadınlar hicabı qəbul ediblər. Hicab əsrlər boyu digər müsəlman xalqlar kimi  Azərbaycan xalqının da geyim tərzi olub. Müasir dövr deyilən son 30-40 il ərzində xanımlarmızın, bacılarımızın, övladlarımızın milli dəyərlərimizdən uzaqlaşması bu xalqa heç bir fayda gətirməyəcək... Onsuz da biz bilirik ki, qloballaşan çağdaş dünyada bir mədəniyyətin digər mədəniyyətlərə qan qusdurduğu bir dövrdə yaşayırıq. Bu gün geyim formamızı, güzəştə gedək, sabah süfrəmizi verək, o biri gün digər dəyərlərimizi verək... O halda bəs özümüzə, öz xalqımıza, millətimizə xas olan, bizi bir milət kimi fərqləndirəcək nəyimiz qalacaqdır... Bu mənada Azərbacanda özünü azərbaycanlı, müsəlman hesab edən  hər kəsin, xüsusən də din adamlarının bu məsələdə mövqeyi açıq olmalı, Quran mövqeyindən olmalıdır... Və təbii bir sual meydana çıxır: bizim Kitabımız Qurandır, bəs övladlarımızı Kitabımıza bağlı hökmlərdən çəkindirməyə çalışan adamlar kimin kitabındakı əmrlərə əməl edirlər?..”

Sultan Laçın

“Üzərimdə bomba var” dedi, ortalığı bir-birinə qatdı
Uşaqlarının gözü qarşısında üzərinə benzin tökülərək yandırıldı
İçinə şeytan girdiyi düşünülən qadının dili və dodağı dağlandı - FOTOLAR
Bir otaqda 14 nəfər yaşayırlar - FOTOLAR
Sabunçuda iki avtomobil toqquşdu - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Ölən erməni hərbçiyə görə bölük komandirinin müavini həbs edildi...
Dünya
“Gecə əyləncələrinə getmək, şənlənmək...”- Yüz beş yaşlı qadın bu yaşa çatmasının sirrini açdı...
Siyasət
“Sülhə nail olmaq üçün Rusiyanın zəifləməsini gözləmək sonu görünməyən zaman ala bilər”
Maraqlı
"Şəhərin kanalizasiya sistemini quran ermənilər gizli yeraltı yolları ruslara bildiriblər"
Dünya
Təyyarədən enmək istəməyən sərnişinlər pilot tərəfindən zorla endirildilər - VİDEO
Həftənin ən çox oxunanları
Xankəndi səmasına qırıcılar qaldırıldı - Düşmən “gəl-gəl” deyir... Fotolar+Video
Lotoreyanın sirrini tapan riyaziyyatçı 7 dəfə mükafat qazandı...
Yarıçılpaq səudiyyəli fanat qadın və hicablı rus azarkeş qız - Futbol çempionatındakı təzadlar + VİDEO
32 yaşında dövlət quran, 33 yaşında isə öldürülərək cəsədi dənizə atılan qəhrəman Kırım türkü - ARAŞDIRMA
12 yaşında Kəbəni üzərək təvaf etdi - Gözlənilməz (FOTOLAR)
İki Ali Baş Komandanımızın Xankəndindəki paradını bizə çox görməyin: - TARİXİ SEÇİM...
Paşinyanın gəncliyinə aid biabırçı şəkli paylaşıldı - FOTO
"Ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik" -Deputatdan çağırış...
“Türk Yıldızları” Bakı səmasında uçuşlar keçirəndə hamımız sevincdən ağlayırdıq”
DÇ-2018: Ən gözəl azarkeşlər -FOTOLAR
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin