Sovet hakimiyyəti illərində dinə qarşı mübarizədə...
Oxunub: 1638
20 Feb 2018 | 23:22
Sovet hakimiyyəti illərində dinə qarşı mübarizədə...
1920-ci il aprelin 28-də qırmızı bolşeviklər Azərbaycanı işğal etdilər. Musavatın hakimiyyəti devrildi.  Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. Bundan sonra Azərbaycanda sosialist tədbirləri həyata keçirilməyə başladı. Əvvəlcə mülkədar torpaqları müsadirə olunub kəndlilərə verildi.  Meşələr, sular, təbii sərvətlər, neft, balıq sənayesi, banklar, nəqliyyat, Xəzər Ticarət Donanması və başqaları milliləşdirildi. Bərbad hala salınmış kənd və xalq təsərrüfatının  dirçəldilməsi vəbərpa edilməsi üçün  yeni tədbirlər planı hazırlanıb  həyata keçirilməyə başladı.

Neft sənayesində birinci olaraq texniki yeidənqurma dövrünə qədəm qoyuldu.  1937-ci ildə istehsal olunan  neftin 75 faizini Aazərbaycan verirdi.  İşsizlik ləğv edilir, fəhlələrin maddi rifahı yaxşılaşır, mədəni-texniki səviyyəsi yüksəlirdi. Respublikada əsil mədəni inqilab həyata keçirilirdi.

“ 1940-cı ildə  məktəb və texnikumlarda 32 min tələbə təhsil alırdı. Azərbaycanda 60 elmi-tədqiqat müəssisəsi var idi. İnqilabın ən böyük nailiyyətlərindən biri  də qadınların azad edilməsi və onların sosializm quruculuğunun bütün sahələrinə cəlb olunmasından ibarət idi.  1940-cı ildə  ali məktəb və texnikum tələbələrinin 25 faizi q1adınlar idi”.(ASE.1970).

Müharibədən sonrakı illərdə  ağır və yangül sənaye, energetikanın bazası, nəqliyyat, rabitə və başqaları  daha sürətlə inkişaf etməyə başladı. Elm və mədəniyyət, ədəbiyyat və incəsənət, maarif sahəsində əsil inqilab baş verdi. Azərbaycan başdan-başa savadlılar ölkəsinə çevrildi. 12 ali məktəb, Elmlər Akademiyası, elmi-tədqiqat müəssisələrinin  böyük şəbəkəsi fəaliyyət göstərirdi.

Xalq təsərrüfatında, elm və mədəniyyət , ictimai və dövlət işlərində qadınlara daha çox yer verildi. Azaərbaycan xalqının mənəvi həyatında, mədəniyyətinin formalaşmasında mətbuat, radio, mədəni-maarif müəssisələri böyük rol oynadı

İncəsənətimiz müqayisəedilməz səviyyəyə qalxdı.. Azərbaycan Dövlət Konservatoriyası və Filarmoniya yaradıldı. Opera və balet sənəti inkişaf etməyə başladı. Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademuk Dram Teatrı, Səməd Vurğun adına Azzərbaycan Dövlət Rus Dram Teatrı, Cəfər Cabbarlı adına Kirovabad(Gəncə) Dövlət Dram Teatrı, Cəlil Məmmədquluzadə adına  Naxçıvan Dövlət Musiqili Dram Teatrı və başqaları yaradıldı.

Kino sənəti sürətlə inkişaf etdi.  Təsviri incəsənətdə görkəmli nailiyyətlər əldə edildi.  Ölkədə səhiyyə ocaqlarının sayı sürətlə artmağa başladı. Respublikanın xalq səhiyyə sistemində 12 min nəfərə yaxın həkim, 34 mindən çox  tibb işçisi çalışırdı. 475 xəstəxana, 930 ambulatoriya-poliklinika, 1700 feldşer-mama məntəqəsi, 78 sanatoriya-epidemiologiya stansiyası, 74 təcili yardım stansiyası əhaliyə tibbi xidmıət göstərirdi.  11 Elmi –Tədqiqat Tibb İnstitutu, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu, 17 orta tibb məktəbi vardı.
Sovet hakimiyyəti illərində xalq maarifi  sürətlə inkişaf etdi. Ana dilində ibtidai, orta və ali məktəblər açıldı.Təhsil pulsuz oldu. Pedaqoji kadrlar ordusu meydana gəldi. Azərbaycan qızları təhsilə cəlb edildi.Yaşlılar üçün savad kursları açıldı. Yeni tədris planları və proqramları yaradıldı, Ana dilində dərsliklər nəşr olundu.

1940-cı ildə Azərbaycanda 1668 ibtidai, 1240 yeddiillik, 654 orta məktəb var idi.  1933-1940-cı illərdə 339 məktəb binası tikildi. 1940-cı ildə Azərbaycanın məktəblərində 22 min müəllim işləyirdi.  Respublikada 2650  kütləvi kitabxana, 35 muzey, 1725 klub və b. mədəni-maarif  müəssisəsi var idi. Elmin bütün sahələri tarixdə görünməmiş səviyyədə inkişaf etdi.

Azərbaycanda sovet hakimiyyətinin qurulması  fəlsəfi fikrin inkişafında da  dönüş nöqtəsi oldu. Mətbuatda fəlsəfə və ateizm məsələlərinə dair məqalələr dərc olunur, burjua ideologiyasına və dinə qarşı fəal mübarizə aparılırdı.  Fəlsəfə və ictimai fikrin tədqiqində  Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutu böyük rol oynamışdır. Fəlsəfə məsələləri: fəlsəfə tarixi, dialektik və tarixi materializm, estetika və etika, məntiq elmi ateizm  istiqamətlərində tədqiq edilmişdir.  Fəlsəfə tarixinə dair  A.Makovelski, H.Hüseynov, Ə.Zəkuyev, M.Qasımov, Ə.Agahi, M.Ağamirov, Ə.Əhmədov, Z.Göyüşov, Z.Quluzadə, S.Rzaquluzadə, V.Səmədov, Ə.Ə.Səidzadə, F.Köçərli və F.Qasımzadənin əsərləri nəşr olunmuşdur.

Bu əsərlərdə sofistlərin, qədim yunan materialistlərinin, Şərq filosoflarının, orta əsr və  habelə X1X-XX əsr  ictimai fikrinin  görkəmli nümayəndələrinin  fəlsəfi irsləri  tədqiq edilmişdir.  Bununla bərabər, Azərbaycan fəlsəfəsində müəyyən yer tutan zərdüştilik, sufilik, xürrəmilik, hürufilik cərəyanları da tədqiqatlara cəlb edilmişdir. 

Məntiq, etika və estetikaya aid  əsərlərdə Azərbaycanda estetik və etik fikir tarixi, incəsənətin tərbiyəvi rolu, kommunist əxlaqının  mühüm norma və prinsipləri, marksist etikanın kateqoriyaları, əxlaqın başqa ictimai şüur formaları ilə  əlaqəsi, əmək, vətənpərvərlik və beynəlmiləlçilik problemləri tədqiq olunurdu. Ümumiyyətlə, Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunun  yaradılması marksist-leninçi fəlsəfənin tədqiqində böyük rol oynamışdır. Elm, təhsil, mədəniyyət, təsərrüfat və sənaye sahələrində əldə olunan nailiyyətlərə baxmayaraq, Sovet hökuməti öz fəaliyyətinin ilk günlərindən ümumən ölkədə, o cümlədən Azərbaycanda böyük faciələrə, müsibətlərə, görünməmiş dəhşətli hadisələrə  səbəb oldu. V.İ.Leninin başçılıq etdiyi bu  dövlətin verdiyi ilk  dekretlərdən biri məktəbin kilsədən, kilsənin dövlətdən ayrılması haqqında  oldu.

Sələflərindən fərqli olaraq, Sovet hökuməti dinə qarşı  çox kəskin və amansız  mübarizə aparmağa başladı. K.Marksin “din bəşəriyyət üçün tiryəkdir” fikrini bayraq edərək dinə, xüsusən islam dininə qarşı daha ciddi və təsirli mübarizə  aparmağın yolları, vasitələri haqqında pıanlar hazırlandı, layihələr tərtib  edildi. Əhaliyə “Allahsız” kitabçaları  paylandı.  10 minlərlə müsəlman katorqalara sürgün edildi, əmlakları müsadirə olundu, müqavimət gtöstərmək istəyənlər yerindəcə güllələndilər. Məscidlərin bir hissəsi dağıdıldı, bir hissəsi ambarlara çevrildi. Hər cür dini mərasim və ayinlər  qadağan edildi. Dinə və onun bütün təzahür formalarına qarşı mübarizə dövlətin  başlıca ideologiyasına çevrildi.  Bütün dövlət strukturlarında: uşaq bqğçalarından tutmuş ali məktəblərə qədər, idarə və müəssisələrdə, fabrik və zavodlarda ateizmin təbliğat maşını  gecə-gündüz işlıyərək, insanlarda dinə qarşı  inamsızlıq yaratmağa, onları dindən uzaqlaşdirmağa, Allaha inanmamağa, mövhumata uymamağa, özlərinə, öz qüvvə və bacarıqlarına, biliklərinə güvnəməyə çağırırdı.

Bu fırtına Azərbaycandan da yan keçmədi. Bolşeviklər 1920-ci ildə  Azərbaycanın milli dövlətini yıxdılar. Azərbaycanı özlərinin müstəmlələrinə çevirdilər. Ədalətsiz və sərt qanunlar tətbiq oluindu. Burada da minlərlə müsəlman”molla” damğası ilə məhv edildi Ölənlərin dəfn mərasimi belə nəzarət altına alınır, dini ayinlərin icrasına icazə verilmir, yığıncaqlar yasaq edilirdi. Minlərlə insanın taleyi haqqında hələ indi də məlumat yoxdur. Artıq ölkədə ateistlər hərəkatı meydana gəlmişdi. Bu hərəkatdan  kənarda qalmağın təhlükəli olduğunu anlayanlar da  öz iradələrinin əksinə gedərək, həmin hərəkata qoşulmaq  məcburiyyətində qalır və bir növ, özlərini sığorta etdirmiş olurdular.

Ölkə əhalisinin, demək olar ki, əksəriyyəti: bəziləri öz razılığı, bəziləri də  qorxudan ateistə çevrildilər. Ateizm təbliğatı bütün fəaliyyət sahələrini  öz əhatəsinə aldı. Ədəbiyyatçı da, tarixçi də, fizik də, coğrafiyaçı da, bioloq da, bir sözlə,bütün ixtisas sahələrində çalışanlar ateist oldular. Bu işdə tarixçilər və filosoflar birincilik qazandılar. Dinin mahiyyətini başa düşüb-düşməməsindən asılı olmayaraq,böyük bir qrup filosof ateizm cəbhəsinə keçdi və bütün səy və bacarıqlarını bu sahəyə həsr etdi. 

Ateizm ruhunda çoxlu  məqalələr, kitab və kitabçalar, dissertasiyalar, monoqrafiyalar yazıldı. Ateist filosoflara fəxri fərmanlar, döş nişanları, mükafatlar və s. verildi. “Fədakarlıq” göstərdiklərinə görə vəzifəyə seçilənlər də oldu. İslam dininin irəli sürdüyü bütün mülahizə və müddəalar  ağına-bozuna bazmayaraq, ucdantutma “yalan”, “əfsanə”, “uydurma”, “ gülünc və mənasız şeylər”  kimi qələmə verildi. Din xadimlərini təhqir edən karikaturalar çəkildi, teatr tamaşaları hazırlandı, şair və yazıçılar arasında müsabiqələr keçirildi, təbliğat və təşviqat dəstələri  yaradıldı, bir sözlə, Sovet hökuməti  islam dininə qarşı çox ciddi və qəti mübarizə üçün  bütün imkanları, qüvvələri səfərbərliyə aldı.
Dinin, şəriətin , dini mərasimlərin və ayinlərin  əleyhinə yönəlmiş və Sovet hakimiyyətinin siyasi platformasının düzgünlüyünü təbliğ edən yazılar müzakirəyə qoyulur, müəllifləri mətbuatda işıqlandırılır, əsil Sovet ziyalısı kimi qələmə verilirdi.

Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin, Seyid Hüseynin, Cəfər Cabbarlının və s. onlarla müəllifin əsərləri əsasında  hazırlanmış tamaşalar onilliklər ərzində  səhnədən düşmədi. Yeni nəslin—kommunist gənclərin (komsomolçuların) ateizm ruhunda tərbiyəsində bu əsərlər çox böyük “rol” oynadı. Əgər 1300 il bundan qabaq insanlar dinsizlikdə  təqsirləndirilərək qılıncdan keçirilirdilərsə, XX əsrdə , əksinə, onlar dindarlıqda suçlanır, böyük fəlakət və müsibətlərə düçar olurdular.

Sovetlərə qədər dindarlar çoxluq və dinin bəzi cəhətlərini dənqid edənlər azlıq təşkil edirdilərsə, indi tamamilə əks  hadisə özünü göstərirdi: dinsizlər, ateistlər çox, dindarlar isə, demək olar ki, yox idi. Əlbəttə, bu, zahiri görüntü idi. İnsanların ətinə, qanına, sümüyünə, iliyinə qədər işləmiş  dini ideologiyanı ləğv etmək, aradan qaldırmaq mümkün deyildi.

Sovet hökuməti özünün strukturuna və platformasına görə  mövcud dövlətlərdən tamamilə fərqli idi. O özünü  “əli qabarlı zəhmətkeş xalq kütlələrinin dövləti” kimi qələmə verir, kapitalizmi məhv edib sosializm quruluşunu  həyata keçirməklə xalq kütləılərinin xoşbəxt və firavan həyatını təmin edəcəyini  qətiyyətlə bildirirdi.  Həm də göstərilirdi ki, bu mühüm və vacib vəzifəni yerinə yetirmək üçün bir sıra maneələri  aradan götürmək lazımdır. Birinci növbədə, xalqın şüurunu, beynini köhnəliklərdən, ətalətdən, cəhalətdən  təmizləmək, onlarda özünə qarşı inam yaratmaq, dünyanı dəyişdirmək qabiliyyətinə  malik olduğunu onlara sübut etmək lazımdır.  İnsanlar bilməlidirlər ki, zülm, istismar, təqib və təzyiq altında yaşamaq, kiminsə köləsi və qulu olmaq, hüququ əlindən alınıb heyvan kimi ömür sürmək heç bir alın yazısı, allahın məsləhəti, taleyin qisməti və hökmü deyildir.

Bunlar cəhalətin, mövhumatın, nadanlığın nəticəsidir.  İnsanın taleyi, xoşbəxt həyatı, xoş gələcəyi onun öz əlindədir. Elmin, maarifin köməyi ilə  insan mövhumat və xurafatdan qurtulub əsil həqiqəti, reallığı dərk edər, düşdüyü vəziyyətin səbəbini araşdırar,  həmin səbəbi aradan götürmək üçün yollar axtarar, nəhayət, axtardığını tapa bilər. Lakin din, mövhumat, fanatizm insanlara bu barədə düşünməyi qadağan edir və bildirir ki, hər çey allahın iradəsindən asılıdır. Sən allahın iradəsinə qarşı çıxa bilməzsən, gücün çatmaz. Allah insanın alnına hər nə yazıbsa, o da olacaq. O, hər şeyi görür və bilir.İstədiyi admı hər şeylə təmin edir, istəmədiyi adamı zəlalətə salır, məhrumiyyətlərə düçar edir.  İnsanlar həmişə şükür etməlidirlər ki, onlar sağ-salamatdırlar, görürlər, eşidirlər, hərəkət edə bilirlər.

İnsanın taleyi o, hələ dünyaya gəlməzdən əvvəl “lövhi-məhfuzda” allah tərəfindən müəyyən edilmişdir ki, buna da “alın yazısı” deyirlər.  Bu yazı heç bir qüvvə tərəfindən dəyişdirilə və ya pozula bilməz.  Hər bir insan həmin yazı çərçivəsində hərəkət edə, fəaliyyət göstərə bilər. İnsan aciz bir məxluqdur.Həyatını dəyişdirmək haqqında  hər hansı bir təşəbbüsü allaha qarşı çıxmaqdır və cəzası axirət dünyasında cəhənnəm odunda yandırılmaqdır”

Sovet hökuməti dinin bu göstərişlərinə qarşı çıxaraq, onu əfsanə, heç bir məntiqə, fakta, ağıla sığmayan cəfəngiyat hesab edir, insanları dünyanın dəyişdiricisi, qurucusu, onun sirlərini öyrənməyə, öz həyatını istədiyi kimi qurmağa, dünyaya meydan oxumağa qadir yeganə varlıq kimi göstərir, heç bir ilahi, fövqəladə qüvvəyə inanmamağı, yalnız elmin sayəsində öz gücünə, iradəsinə, biliyinə, bacarığına inanmağı təkidlə tələb edirdi. 

Sosializmin bərqərar olması bu yeni sistemə qarşı mübarizəyə qalxmış dünya dövlətləri ilə  ölüm-dirim  savaşında qalib gəlmək nətıcəsində mümkün idi.  Buna nail olmaq üçün xalq kütlələrinin birliyi, mətinliyi, mübarizliyi uğrunda canlarından keçdikləıri, bu yeni quruluşun, doğrudan da  onlara firavan, xoşbəxt və sakit həyat gətirıcıyinə dərin inamın olması vacib idi.

Din xadimləri isə hər cür vasitə ilə bu inamı öldürməyə, insanların belə hərəkətlərini Allahın iradəsinə qarşı çıxmaq kimi qiymətləndirməyə çalışırdılar. Bir sözlə, dindarlar və din xadimləri dünyada hər hansı bir yeniliyi, dəyişikliyi bidət kimi qələmə verir, sosializm quruluşuna düşmən münasibət bəsləyirdilər. Digər tərəfdən, kapitalizm quruluşu din xadimlərinin məınafeyinə uyğun olduğu üçün onlar bu qurulişun əleyhinə çıxan hər cür nəzəri və əməli fəaliyyətə qarşı müxalif mövqe tutur, sovet hökumətini də tənqid və təkfir edirdilər.  Xalq kütlələri içərisində əks təbliğat aparır, onları allahın işinə qarışmamağa, sovet hakimiyyətinə qarşı  aparılan mübarizə cəbhəsində iştirak etməyə xüsusi səy göstərirdilər

Qeyd etmək lazımdır ki, Sovet hökuməti aparatında erməni millətindən olan nümayəndələrin müəyyən vəzifələr tutması, Azərbaycanın bolşeviklər tərəfindən işğalında erməni əskər və zabitlərinin  fəal iştirakı, Azərbaycan hökumətində ermənilərin  yüksək vəzifələrə təyin edilməsi nəinki din xadimlərinin, heç din ilə əlaqəsi olmayan minlərlə müsəlmanın “ingilis casusu”, “əksnqilabçı” damğası ilə Rusiyanın ölüm düşərgələrinə sürgün edilmələrinə səbəb oldu.

Millətin düşünən beyni hesab olunan yüzlərlə ziyalısı  erməni millətçilərinin  əli ilə həbsxanalara salındı, işkəncə və təhqirlərə məruz qaldı, vəhşıcəsinə güllələndi. Bütün bunalara baxmayaraq, islam dinini, onun mərasimlərini, qayda-qanunlarını yaradanlar, onlara riayət edənlər yenə də mövcud idi,  öz fəaliyyətlərini gizli şəkildə davam etdirirdilər. Hökumət , ilan yarpızdan qorxan kimi, İslam dinindən qorxur, min illər ərzində  insanların qanına, canına, sümüyünə hopmuş bu dinin təsirini zəiflətmək, insanların beynindən, şüurundan silmək üçün  bütün vasitələrə əl atırdı. 

Xalq Daxili İşlər Komissarlığının yerli rayon şöbələrində əsas vəzifələrə ermənilərin təyin edilməsi kəndlərin, rayonların ağsaqqallardan, , başbilənlərdən məhrum olması və get-gedə boşalmasına səbəb olurdu. Yaşlı insanlar söyləyirlər ki, kəndlərdə xüsusi “agentlər” işləyirdilər və onlar ehtiyatsızlıq üzündən avam və savadsız qocaların, uşaqların ağızlarından çıxan hər bir sözü öz “ağalarına” çatdırır və sabahkı gün kənddə “toy-bayram” başlayırdı. İş o yerə çatmışdı ki, yas məclislərində qadınlara ağı demək də qadağan edilmişdi.

Yas mərasimləri ciddi nəzarət altında idi. Dinə qarşı təbliğat aparmaq üçün  xüsusi mühazirəçilər qrupu rayonlara, kəndlərə göndərilir, onlar da ən təhqiramiz sözlərlə islam dinini gözdən salır, onu insanların  əsas və əsil düşməni kimi qələmə verirdilər. İslam dini ilə heç bir əlaqəsi olmayan, beş minillik tarixə söykənən  milli bayramımız – bahar bayramı (Nobruz bayramı) da yasaq edilmişdi.  Azərbaycan xalq mahnıları Cənubi Azərbaycanda oxonduğuna görə bizdə bu mahnıların (məsələn, “qaragilə” mahnısını)ifası qadağan idi. Bunu bədxah erməni millətçiləri çirkin məqsədlə təşkil edirdilər. 
Qəribəlik bundadır ki, ermənilərin Azərbaycan xalqının-türklərin məhv edilməsinə, soyqırımına yönəlmiş bu fəaliyyətlərini azərbaycanlı rəhbərlər (türklər) başa düşməmiş, bunun qisasçılıq məqsədilə  həyata keçirildiyini dərk etməmişlər.  Ermənilərin verdikləri məlumatları saf-çürük etmədən, yoxlamadan, yaxşı-yaxşı öyrənmədən irəli sürülən ittihamları  təsdiq etmiş və həyata keçirmişlər. Bəlkə də bu siyasətin mahiyyətini başa düşmüş, lakin gücləri çatmadığı, “yuxarıdan” verilən göstərişlərə qarşı  çıxa bilmədikləri və ya hakimiyyət, mənsəb, vəzifə hərisliyi onların gözlərini qapadığı üçün  belə faciələrə, müsibətlərə rəvac vermişlər.  Hər halda bu kimi məsələlərin araşdırılması, əsil həqiqətin üzə çıxarılması çox vacibdir.  Bugünkü dövlətçiliyimizin demokratik yolla idarə olunması üçün kadr seçimində bu məsələ mühüm rol oynaya bilər.

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi
Işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, 
Qabaqcıl Maarif Xadimi
Oxşar xəbərlər
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”