Xəbər lenti
17/12/2018 [01:44]:
Qurban Qurbanov: "Çətin oyunun olacağını hiss edirdik"
17/12/2018 [00:36]:
Porfelləri qoltuqlarına verilmiş eks- məmur qudaların şərikli London biznesi üzə çıxdı...
17/12/2018 [00:29]:
“Paşinyana dedim ki, niyə susmusan, Putindən qorxursan?” - Lukaşenko (Video)
17/12/2018 [00:18]:
Sual altında olan sabah üçün heç kəs yaxasını kənara çəkməsin...
16/12/2018 [22:21]:
Azərindən Mübarizi təhqir edən məxluqa cavab: "Şərəfsizə sənin ən gözəl cavabın..."
16/12/2018 [21:30]:
Dünyadakı qarşıdurmaların kökündə ilk növbədə din mafiyaları dayanır - İDDİA
16/12/2018 [20:58]:
Göydən həqiqi pul yağışı yağdı, aləm qarışdı, polis hərəkətə keçdi - VİDEO
16/12/2018 [20:39]:
Kafedə partlayış - 42 yaralı
16/12/2018 [20:17]:
Oğulun anasını bıçaqlama səbəbi bilindi
16/12/2018 [19:23]:
"Azərbaycan bu il hərbi məhsul ixracını 9,2 faiz artırıb" - Nazir müavini
16/12/2018 [18:50]:
“Qəbələ” “Sabah”ı məğlub etdi
16/12/2018 [18:32]:
Bakıda pikap aşdı, 2 yaralı var
16/12/2018 [18:32]:
81 yaşlı buludlar kraliçası 60 ildir ki, uçur... - FOTOLAR
16/12/2018 [18:25]:
Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirildi - FOTOLAR
16/12/2018 [18:02]:
Əlincəqala qədər əyilməz, Əshabi-Kəhf qədər müqəddəs torpağın qurucu rəhbəri...
16/12/2018 [17:49]:
Afrində bazarda partlayış - 5 ölü, 20 yaralı
16/12/2018 [17:32]:
“Anamın şəxsi əşyalarını şəhidliyindən 23 il sonra mənə çatdırdılar…”- Ceyhun Əsgərov-VİDEO…
16/12/2018 [17:30]:
Astarada 3 balıqçı xilas edildi
16/12/2018 [17:01]:
Burak və Fahriyenin atalarından nəvəyə 140 minlik hədiyyə
16/12/2018 [16:48]:
Akif Nağı Moskvada görüşlər keçirdi - FOTO
16/12/2018 [16:28]:
Sənin də döşünü kəssəydilər...
16/12/2018 [16:27]:
"Film setlərində cinsi münasibətdə olmuşam" - Cenifer Lopezdən böyük etiraf
16/12/2018 [16:24]:
Dələduzluqla üzləşən Şəhid bacısından DİN və Baş Prokurorluğa MÜRACİƏT...
16/12/2018 [16:23]:
İlk qadın prezidenti and içdi - Gürcüstanda
16/12/2018 [16:21]:
Hacı Mazanın rəis oğlu işdən çıxarıldı... -Ramil Usubovdan əmr
16/12/2018 [16:19]:
Azərbaycanda “Yalquzaq” snayper tüfəngi və əl pulemyotlarının seriyalı istehsalına başlanıldı
16/12/2018 [16:16]:
Qaban ilində doğulan yüksək vəzifəli məmurlar - SİYAHI
16/12/2018 [16:14]:
Nüfuzlu "The Lancet" jurnalından maraqlı araşdırma: 1,3 milyon nəfər avtoqəzada...
16/12/2018 [16:00]:
Rəsmi Tehran geri çəkildi, ABŞ-a gözlənilməz çağırış etdi: "Birbaşa danışıqlara hazırıq"
16/12/2018 [15:57]:
Qazaxda yolların təmiri davam edir -FOTOLAR
16/12/2018 [15:54]:
Bütün dünyanı böhrana sürükləyən əsas səbəb: Rotşild ailəsi ilə ABŞ "Dərin dövlət"inin savaşı - Araşdırma
16/12/2018 [15:50]:
Rəssam Hitler - Fürerin çəkdiyi portret
16/12/2018 [15:43]:
Müşfiq Ələsgərlinin oğurlanmış velosipedi tapıldı - FOTO
16/12/2018 [15:31]:
Aparıcının “Bahalaşmaya etiraz edək” şərhi Ərdoğanı qəzəbləndirdi: "Ey əxlaqsız, bura Parisdirmi?"
16/12/2018 [15:29]:
“Tramp Ərdoğana Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinə çalışdıqlarını deyib” - Çavuşoğlu
16/12/2018 [15:17]:
“Sarı jiletlilər” aksiyaya dünyaya yayılır - İndi də Kanada ayağa qalxdı
16/12/2018 [15:15]:
Misirdə 4400 illik tapıntı -FOTOLAR
16/12/2018 [15:14]:
Nərminin Mübarizə “hücumunu” ermənilər nə tez gördü?
16/12/2018 [14:25]:
Suriya Milli Ordusundan Türkiyəyə mesaj - “15 min əsgərlə hazırıq”
16/12/2018 [14:06]:
Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərildi -FOTOLAR
16/12/2018 [14:02]:
İsveçrədə turistləri daşıyan avtobus qəzaya uğradı - 44 nəfər yaralandı
16/12/2018 [13:53]:
İndoneziyada vulkan püskürdü - Kül 3 km-ə çatdı
16/12/2018 [13:51]:
"Düşmən öz əlimizlə bizi vurur"
16/12/2018 [13:48]:
Nazirlik əhaliyə xəbərdarlıq etdi – Dekabrın 19-dək...
16/12/2018 [13:47]:
Azərbaycan kişiləri EVLƏNƏNDƏ ən çox ruslara, ukraynkalara üstünlük verir - RƏSMİ
16/12/2018 [13:42]:
Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub
16/12/2018 [13:38]:
Bakıda tikinti bumu mənzillərin qiymətini UCUZLAŞDIRACAQ
16/12/2018 [13:20]:
Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13 ili tamam oldu
16/12/2018 [13:03]:
Ramil Usubov rəisi sərəncama göndərdi
16/12/2018 [13:02]:
İrəvan bütün cəbhələrdə uduzur: 2019 Qarabağ ilidir
16/12/2018 [12:50]:
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüş keçirildi
16/12/2018 [12:07]:
Azərbaycanda oğuldan anasına qarşı DƏHŞƏTLİ HƏRƏKƏT - Küçənin ortasında - FOTOLAR
16/12/2018 [12:03]:
Prezidentin səhifəsindən Mübarizlə bağlı MÖHTƏŞƏM PAYLAŞIM
16/12/2018 [11:59]:
Dörd yaşında itən uşaq 25 yaşında evinə qayıtdı - İNANILMAZ...
16/12/2018 [11:32]:
Qadınların adi səhvləri - Kişilər niyə özünü sevilməyən hiss edir?
16/12/2018 [11:28]:
İçərişəhərdə yeni aşkarlanan qədim hamam belə bərpa edilir - REPORTAJ - FOTOLAR
16/12/2018 [11:09]:
"Qara narkotik"dən tam azad olma, ölkə iqtisadiyyatını bu xəstəlikdən xilas etmə şansı...
16/12/2018 [10:52]:
Ermənilər Gədəbəyin kəndini atəşə tutdu
16/12/2018 [10:48]:
Amerikanın yeni strategiyası işə düşdü: neft ölkələri təhlükədə
16/12/2018 [10:31]:
Netanyahunun oğlundan feysbukda ŞOK PAYLAŞIM – “Bütün müsəlmanlar...”
16/12/2018 [10:20]:
Adamı görmədən də sevmək olur- insanı sevdirən əməlləridir...
16/12/2018 [10:14]:
"Amerikanın enerji dominantlığı üfüqdədir” - "Sem dayı" dünyanı qazla "boğacaq"...
16/12/2018 [10:12]:
İran MDB Dəmiryolları Birliyinə üzv oldu
16/12/2018 [09:49]:
Trilyon dollar tapsaq, xoşbəxt olarıqmı?..
16/12/2018 [09:40]:
Salyanda baş vermiş qəzada Ukrayna vətəndaşı olan azərbaycanlı dünyasını dəyişib
16/12/2018 [09:36]:
Həkimlər ŞOK YAŞADI - Uşağın mədəsindən 2 kq...
16/12/2018 [09:31]:
"Neftçi"nin futbolçusu: "FİFA referisi düzgün görməli, 9 metr əvəzinə 12 metr saymamalıdır"
16/12/2018 [09:22]:
Çaylarda suyun səviyyəsində artım müşahidə olunub
16/12/2018 [09:13]:
Dünyanın ən çox turist cəlb edən məkanları - SİYAHI
15/12/2018 [23:48]:
"Təhqir olunan hər bir şəhidin haqqını qorumaq bizim borcumuzdur"
15/12/2018 [23:21]:
Məhkəmə Züleyxaya yeddi il iş kəsdi...
15/12/2018 [23:00]:
Daha bir məşhur üçün "Maşın" əldən getdi
15/12/2018 [22:46]:
Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan tarixi -“Ruhani diplomatiyası”
15/12/2018 [22:43]:
“Beşiktaş” Pepe ilə yollarını ayırdı
15/12/2018 [22:38]:
Şərəfsizlik lövhəsinə gətirən səhv addım...
15/12/2018 [22:30]:
“Məni Salatın Əsgərova ilə birgə şəhid olmaqdan cəmi beş dəqiqəlik zaman ayırdı...”
15/12/2018 [22:27]:
“Zəng vurdum ki, İlham, mənə təcili 900 milyon dollar lazımdır…”
15/12/2018 [22:21]:
Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR
15/12/2018 [21:50]:
Şeyx Zahid Gilani Lənkəranda da anıldı - FOTO
15/12/2018 [21:35]:
“Ağstafadakı evinin muzey olmasını istəyirdi, bu, vəsiyyəti idi” – İsa Muğannanın qızı
Bütün arxiv bir sırada
21/02/2018 [15:52] - Cəmiyyət - ( 1338 dəfə baxılıb)

“Məktəbliləri meydana toplayır, ağsaqqaların başlarını əzərək öldürürdülər” -57 günlük cəhənnəm



Müsahibimiz Qaradağlı kənd sakinidir. Həm də qanlı faciənin şahidi... O demək olar ki, işğalçı düşmən silahlılarının xalqımıza vurduğu ən ağır zərbəsini alıb. Nə az, nə çox, düz 4 doğması qətlə yetirilib. Aldığı mənəvi travmaların ağrısının fiziki travmalardan daha ağır, dözülməz olduğunu deyir. Elxan Bayramov yaşadığı ağrı-acının sona çatacağı günü - qisas gününü gözləyir...

Dosye: Bayramov Elxan Rəşid oğlu. 19 yanvar 1971-ci ildə Xocavənd (keçmiş Martuni) rayon Qaradağlı kəndində anadan olub. 1988-ci ildə orta məktəbi bitirib. 1989-cu ildə Sovet Ordusunda həqiqi hərbi xidmətə gedib. 1991-ci ildə hərbi xidməti başa vuraraq doğma vətəninə qayıdıb. Xidmətdən qayıdandan sonra kənddə yaradılmış özünü müdafiə dəstələrinə qoşulub. 

- Elxan bəy, siz xidmətdən kəndə qayıdanda artıq kənddə özünümüdafiə dəstələri yaradılmışdı. Həmin o dövrlər ərzində Qaradağlıda vəziyyət necə idi? 

- Düzünü etiraf edim ki, tək Qaradağlıda yox, ümumilikdə Dağlıq Qarabağda müharibə 1988-ci ildən başlamışdı. Bu ərazidə düşmən kəndlərə, yolla hərəkət edən maşınlara silahlı basqınlar edirdi. İnsanları öldürüb mal-qaranı yağmalayırdılar. 1991-ci ilin yanvar ayında qardaşım Bayramov Sultan da həmin basqınlardan birinin qurbanı olub. O və dostları “UAZ” markalı maşınla Ağdam şəhərindən kəndə gələrkən yolda erməni quldurlarının pusqusuna düşüblər. Maşına açılan atəş nəticəsində ölümcül güllə yaraları alan qardaşım Ağdam xəstəxanasında canını tapşırdı. Bu yolla xeyli sayda xocavəndli sakin şəhid oldu. Ona görə də kənd əhalisi öz aralarında toplanaraq müdafiə dəstələri yaradıb, müəyyən edilmiş postlarda kəndin keşiyini çəkiblər. 



- Bildiyimiz kimi, SSRİ-nin dağılması fonunda ölkəmizin əsas müdafiə rayonlarının bütün bölgələrində silah çatışmamazlığı vardı. Strateji əhəmiyyətə malik Qaradağlıda silahlanma hansı vəziyyətdə idi? 

- Silahlanma çox aşağı səviyyədə olub. Ov tüfəngi, dəhrə, yaba və s. Ancaq düşməndə əl qumbaraları belə var idi. Vəziyyət daha da gərginləşəndən sonra bizə könüllü milis dəstələri göndərildi. Həmin dəstələr vasitəsi ilə biz Ağdamın hesabına silahlanmağa başladıq. Məndə olan məlumata görə, bizə silahları və güllələri Allahverdi Bağırov göndərirdi. Bundan sonra uşaqdan böyüyə qədər hər kəs əlindəki imkanlardan istifadə edərək kəndin müdafiəsinə qalxırdı. Onu da qeyd edim ki, kəndimiz ondan çox erməni kəndinin əhatəsində idi və Xocavənd – Xankəndi yolunun üstündə yerləşirdi. 

- Qaradağlı faciəsi baş verən günə qədər ermənilər tərəfindən çoxlu sayda terraktlar törədilib. Şəxsən sizin ailəniz hansı erməni vəhşiliklərinin şahidi olub? 

- Belə hallar çox baş verib. Kəndimizin ferması kənddən 4 kilometr kənarda yerləşir. Ermənilər 1991-ci ilin iyul ayının 12-də, gecə saatlarında həmin fermaya hücum edərək 2 qadın və dörd kişini qətlə yetirib, mal-qaranı yağmalayıb, sonra qaz balonlarından istifadə edərək fermanı yandırmışdılar. Kəndimizdən Ağdama marşurut avtobusu işləyirdi. 1991-ci ilin sentyabr ayının 8-də həmin avtobus Ağdamdan kəndə gələrkən Ağkənd kəndi yaxınlığında ermənilərin hücumuna məruz qalmışdı. Əvvəlcədən hazırlanmış plan nəticəsində sərnişinlə dolu avtobus üç istiqamətdən atəşə məruz qaldı. Nəticədə təkcə bizim ailədən qardaşım Bayramov Elmidar Rəşid oğlu, atam Bayramov Rəşid Həşim oğlu, bacım Quliyeva Nazənin Rəşid qızı ağır yaralandılar. Həkimlər atamın və qardaşımın həyatını xilas edə bilsələr də, bacım Nazənin Quliyeva şəhid oldu. Faciə gününə qədər xeyli sayda belə hadisələr olub. 


- Bəs sonra atanızla qardaşınız necə oldu? 

- Onlar Ağdam xəstəxanasına apardılar. Müalicələri tam bitməmiş yenidən kəndə gələrək müdafiə dəstələrinin sıralarına qoşulmuşdular...

- Malıbəyli və Quşçuların işğalından sonra Qaradağlı mühasirə vəziyyətində düşdü. Düşmən öncədən faciənin törədilməsi üçün xüsusi tədbirlər görüb. Həmin günü necə xatırlayırsınız? 

- Artıq ərazidə döyüşlər getdikcə şiddətlənirdi. Kənd özünümüdafiə dəstələri var gücü ilə vuruşurdu. Demək olar ki, tam mühasirədə idik. Artıq Ağdam bizə yardım edə bilmirdi. Ona görə də güllələrimiz tükənmək üzrə idi. Düzdü, heç kim doğma kəndi qoyub getmək isdəmirdi, ancaq qadınları çıxarmaq məcburiyyətində qalmışdıq. Kənddə cəmi 10 qadın qalmışdı. Həmin qadınlar isə döyüşçülər üçün yemək hazırlamaq məqsədi ilə qalmışdılar. Amma kəndin bütün kişiləri kəndin müdafiəsində idi. Fevralın 17-də ağır döyüşlər başladı. Həmin döyüşdən sonra bütün güllələrimiz bitdi. Yaranmış vəziyyəti görən düşmən, hər tərəfdən hücuma keçərək qarşısına keçən hər kəsi əsir götürdü. Atamı qardaşımın həyətində qətlə yetirmişdilər. Amma qardaşımı kolxoz binasının qarşısında əsir götürmüşdülər. Sonra əsirlikdən dönən kəndlilərimiz dedi ki, qardaşımı yolda maşından düşürərək güllələyiblər. Bunlardan başqa xalam oğlanları, dayım və digər qohumlarım da şəhid olmuşdu. Sinif yoldaşlarım... Yaxın dostlarım... Mənə dərs deyən müəllimim... (Gözyaşlarına hakim ola bilmir.) hamısı həmin faciənin qurbanı oldu. Həmin gün şəhid düşdülər... 

Baş verənlərə anam dözə bilmədi. Vəfat etdi... Amma mənim dözümümə səbəb qisas gününü gözləməkdir. Həmin günün ümidindən aldığım güclə yaşayıram. Çox şükür, indi hər şey tam fərqlidir. Güclü, ən müasir silah və hərbi texnikaya sahib olan nizami ordumuz var. Mən hal-hazırda özümü həmin ordunun əsgəri hesab edirəm. Cənab Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı döyüş əmri verəcəyi an silaha sarılmağa hazıram. Xalqımızın, doğmalarımın qisasını almaq üçün... 



Faciənin ikinci şahidi ilə söhbətimizi davam etdiririk. Növbəti müsahibimiz Şəhruz Əliyevdir. O da digər həmkəndlisi kimi kəndin özünümüdafiə dəstələrində vuruşaraq həmin gecə öz doğmalarını itirib. Hələ üstəlik özü də düşmən tərəfindən əsir götürülərək sözün əsl mənasında 57 gün cəhənnəm yaşayıb. Fiziki və mənəvi işgəncələrə məruz qalıb. Onun da yalnız bir arzusu var. Döyüş əmri verilən zaman silaha sarılmaq...

- Şəhruz bəy, söhbətə sizinlə tanışlıqdan başlayaq.

- Əliyev Şəhruz Əmirxan oğlu. 1967-ci ildə Xocavənd rayon Qaradağlı kəndində anadan olmuşam. Orta təhsili doğma kəndimdə almışam. Sovet Ordusunda Həqiqi Hərbi Xidmət keçmişəm. Ali təhsilliyəm. Qarabağ Müharibəsi Veteranıyam. 

- 1992-ci ilin 17 fevral tarixi yaddaşınızda necə qalıb? 

- Bilirsiniz? Hərdən elə hesab edirəm ki, həmin gündən başqa yaddaşımda heç nə yoxdu. Bir insanın çəkə bilməyəcəyi qədər ağır yükdür həmin xatirələr. O faciə bizim mənfur qonşularımızın bizdən gizlədiyi şəxsiyyət vəsiqəsiymiş sən demə.

- Döyüşlər zamanı əhalini kənddən çıxarmaq haqqında nəsə planlaşdırılırdı? Səhv etmirəmsə ilkin olaraq meşə ərazisindən çıxmaq barədə plan olub...

- Həmin döyüşlərdə düşmən mərmi ilə kəndin giriş hissəsində olan əsas postu vurub dağıtdı. Nəticədə post başçısı, dayım Mobil Zeynalov şəhid oldu. Bundan sonra düşmən kəndə soxulmağa müvəffəq oldu. Artıq heç kimdə güllə qalmamışdı. Beləlikə, düşmən kəndə girərək iki yaşlı qadın və bir kişini qətlə yetirdi. Fevralın 16-sı gecəsi qərara gəldik ki, dinc əhalini meşədən keçməklə kənddən çıxaraq. Ancaq meşədə düşmənin xeyli silahlı qüvvəsinin atəşinə məruz qalıb kəndə qayıtmağı qərara aldıq. Hər kəsi kəndin kolxoz binasına topladıq. Fevralın 17-si gecə saat dörd radələrində düşmən yenə kəndi mərmilərlə şiddətli atəşə tutdu. Daha sonra bütün qüvvə ilə kəndə girib bizi tərksilah elədilər və mülki əhali ilə birlikdə əsir götürdülər. Dəhşətli günlərimiz elə bundan sonra başladı. 

- Bəs sonra nələr baş verdi? Ermənilər silahsız insanlarla necə rəftar edirdilər? 

- Onlar əsir götürdüyü hər kəslə amansız rəftar edirdilər. Bir neçə həmkəndlimi elə yerindəcə qətlə yetirdilər. Bizi və dinc əhalini yük maşınlarına yığıb yola düzəltdilər. “Bəylik bağı” deyilən ərazi var. Orada saxlayıb on nəfər cavan həmkəndlimizi yerə düşürüb güllələdilər. Sonra da həmin meyitləri “silos” quyusuna atdılar. Beləliklə, onlar Xankəndinə gedənə qədər hər erməni kəndində dayanıb maşından 5-6 nəfər düşürüb, erməni kəndlilərin gözü qarşısında işgəncə ilə qətlə yetirirdilər. Hər qətliamda bizi əsir götürən dəstəyə rəhbərlik edən erməni oraya toplanan erməni kəndlilərə, xüsusilə gənclərə deyirdi ki, baxın görün bunlar necə qorxaq insanlardı, biz bunları güllələyirik bunlar dillənə bilmir. 

Yol boyunca ermənilərin gözü qarşısında xüsusi amansızlıqla qətlə yetirilən həmkəndlilərimin ölümünə şahidlik edirdim. Bunların ən dəhşətlisi isə kənd ağsaqqalları Eldar Dadaşov və Şahmurad kişinin ölümü oldu. Onlar kəndimizin hər iki ağsaqqalını yerə yıxıb başlarını toxmaqla əzərək öldürdülər. (Gözləri dolur…) Yolboyu belə hallar bir neçə dəfə baş verdi. Sonra Xankəndinə çatdıq. Bizi zirzəmiyə yığıb üstümüzə mühafizəçi qoydular. Zirzəmiyə gələn ermənilər əsirləri qeydiyyata almağa başladı. Baxdım ki, onlar eyni soyadda olan adamları bir-birindən ayırır. Mənimlə birgə əsir düşən qardaşıma dedim ki, başqa soyad desin. Belə də etdi. Amma bir müddət sonra şübhələnərək gəlib qardaşımı əlimdən alıb apardılar. Ondan sonra qardaşımdan heç bir xəbər tuta bilmədim. Onsuz da soyuq zirzəmidə yarıçılpaq şəkildə olmazın dəhşətləri görürdük. Qardaşımın getməsi isə bir dərdimi beş elədi…

- Orada əsasən hansı işgəncələr verilirdi və işgəncə verən ermənilərin kimliyi barədə məlumatlısınızmı? 

- Düzünü desəm, o qədər dərin məlumatım yox idi. Amma dəqiq bildiyim o idi ki, onlar üç qrup idilər. Yerli ermənilər, İrəvan erməniləri, bir də xaricdən gələn muzdlular. Onların içərisində ən amansızı İrəvan erməniləri idi. Onlar bizə müxtəlif cəzalar verirdilər. Bir çox hallarda bizdən istifadə edərək öz xalqları arasında, hətta uşaqlar arasında ideoloji təbliğat aparırdılar. O ki qaldı əsirlərə verilən işgəncələrə... (hiddətlənir) indi özlərini humanist xalq kimi dünya ictimaiyyətinə tanıtmaq istəyən ermənilərin əsirlərin başına açdıqlarını dilə gətirmək mümkün deyil! 

- Əsirlərdən istifadə etməklə erməni sakinlər arasında hansı təbliğatı aparırdılar?

- Bizi bir neçə dəfə Xankəndi yaxınlığındakı kiçik kəndə yarıçılpaq, qışın şaxtasında ayaqyalın vəziyyətdə buzun üstünə uzandırıb gənclərə döydürürdülər və bu səhnəyə tamaşa etmək üçün azyaşlı məktəbliləri işgəncə meydanına toplayırdılar. Məktəblilərə izah edirdilər ki, uşaqlar bir daha türklərdən qorxmasınlar. Aramızda işgəncəyə tab gətirməyib ölənlər də olurdu. 7-8 yaşlı uşaqlar cərgəylə gəlib üzümüzə tüpürüb keçirdi. 

- Bəs əsirlikdən necə xilas oldunuz?

- 57 günlük cəhənnəm yaşayandan sonra sağ qalanları dəyişdirdilər. Bizim dəyişdirilməyimizdə Allahverdi Bağırovun böyük zəhməti oldu. O, ermənilərlə apardığı danışıqlardan sonra Ağdam şəhəri yaxınlığında yerləşən Qarağacı qəbiristanlığı deyilən ərazidə dəyişdirildik. Mənim əsirlikdən dəyişdirildiyim gün öz doğum günümə təsadüf etmişdi. Həmin gün mənim ikinci dəfə dünyaya gəldiyim gündür…

Yaşadığınız o dəhşətləri heç vaxt unutmamışam. Həmin dəhşəti mən ancaq düşməndən qisas almaqla unuda bilərəm. Buna görə də hər dəqiqə, hər saat veriləcək döyüş əmrini - Silaha sarılacağım günü gözləyirəm! (Ordu.az)

“Paşinyana dedim ki, niyə susmusan, Putindən qorxursan?” - Lukaşenko (Video)
Əlincəqala qədər əyilməz, Əshabi-Kəhf qədər müqəddəs torpağın qurucu rəhbəri...
Qaban ilində doğulan yüksək vəzifəli məmurlar - SİYAHI
Budları ilə yatak və stul qırdı - İNANILMAZ....
Oyuncaq yaxalama videosu izləyicilərdə şok yaratdı - VİDEO
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Azərindən Mübarizi təhqir edən məxluqa cavab: "Şərəfsizə sənin ən gözəl cavabın..."
Cəmiyyət
Dələduzluqla üzləşən Şəhid bacısından DİN və Baş Prokurorluğa MÜRACİƏT...
Maraqlı
Qadınların adi səhvləri - Kişilər niyə özünü sevilməyən hiss edir?
Siyasət
"Qara narkotik"dən tam azad olma, ölkə iqtisadiyyatını bu xəstəlikdən xilas etmə şansı...
Ədəbiyyat
“Ağstafadakı evinin muzey olmasını istəyirdi, bu, vəsiyyəti idi” – İsa Muğannanın qızı
Müasir Ədliyyə
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Qazax və Ağstafada döyüş postlarının DSX-ya təhvil verilməsi nə ilə bağlıdır?
"Mübarizlə qeyri-bərabər döyüşdə düşmən 12 itki verir, 17-si ağır yaralanır..."
"Cəmiyyət görün nə gündədir ki, onun qəhrəmanlığını şübhə altına alanlar meydan sulayır"
İranda Ayaz Mütəllibovun ata Buşa tarixi etirazından bəhs edildi - Qarabağa görə...
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
Sənin də döşünü kəssəydilər...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə