Xəbər lenti
14/12/2018 [13:35]:
“Maşın şou”da məşhur müğənninin ALT PALTARI GÖRÜNDÜ - FOTO
14/12/2018 [13:33]:
"Yalnız xalq Qarabağın taleyi ilə bağlı yekun sözü deməli, lazım gələrsə..."
14/12/2018 [13:19]:
Federasiya prezidenti Milli Olimpiya Komitəsinin prezidentinə təşəkkür etdi - FOTOLAR
14/12/2018 [13:17]:
Qlobal borc rekord vurdu: Ən çox borcu olan ölkələr
14/12/2018 [13:15]:
İranın “estetik qadınları”: Onları nə həbs, nə də şallaq cəzası qorxudur
14/12/2018 [13:08]:
“Öyrəndiklərimizi bir müddət sonra niyə unuduruq?” sualına məşhur rəssamın sadə açıqlaması...
14/12/2018 [13:06]:
Bakıda mərasim zalları və yas çadırlarının şok qiymətləri - Üç min manata VİP çadırlar...
14/12/2018 [12:55]:
Azərbaycanda adambaşına düşən tullantının miqdarı AÇIQLANDI
14/12/2018 [12:53]:
ABŞ Səudiyyə vəliəhdini Kaşıkçının qətlində ittiham etdi - RƏSMİ
14/12/2018 [12:50]:
Partlayıcı oyuncaqlar və pirotexniki vasitələr aşkarlandı
14/12/2018 [12:48]:
Agentlik “quş qripi” ilə bağlı əhaliyə xəbərdarlıq etdi
14/12/2018 [12:41]:
Hacıbala Abutalıbov uşaqlara məsləhət verdi - VİDEO
14/12/2018 [12:41]:
SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb - FOTO
14/12/2018 [12:41]:
Sərhəd kəndində yaşayan sakinlərlə səyyar görüş keçirildi -FOTOLAR
14/12/2018 [12:32]:
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
14/12/2018 [12:32]:
Gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar növbəti test imtahanı keçirildi
14/12/2018 [12:31]:
"Bu Paşinyanı vadar edir ki, onları tutduqları vəzifədən uzaqlaşdırsın"
14/12/2018 [12:23]:
Ermənistanda beynəlxalq müşahidəçi  qarət edildi
14/12/2018 [12:15]:
28400 ədəd elektron siqaret aşkar edildi
14/12/2018 [12:14]:
Dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait 100 dəfə artıb
14/12/2018 [12:10]:
Bakı Limanı köçürülür
14/12/2018 [12:09]:
Prezidentin və Mehriban xanımın çay içdiyi stəkanları öz şkafında yadigar saxlayır...
14/12/2018 [11:58]:
Qardaşının arvadına sataşan şəxslə bağlı yeni xəbər - Hadisə bu rayonda baş veribmiş - VİDEO
14/12/2018 [11:52]:
Dünyada cavan deputatların sayı artıb - RƏSMİ
14/12/2018 [11:45]:
"Belə bir mühüm görüşün Bakıda keçirilməsi onu göstərir ki..." - ŞƏRH
14/12/2018 [11:45]:
Ziyafət Əsgərovun qardaşından sərt açıqlama: “İşləniləsi deyil, nifrət olunmalı sistemdir”
14/12/2018 [11:44]:
15 ildə gənclər sahəsinə ayrılan vəsait 100 dəfə artırılıb
14/12/2018 [11:42]:
Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov
14/12/2018 [11:38]:
15 yaşlı qızı qaçıran oğlana cinayət işi açıldı
14/12/2018 [11:36]:
"Azərbaycan "Rosatom"un təklifini analiz etməlidir..."
14/12/2018 [11:36]:
“İki ölkə də Azərbaycanda AES tikmək üçün müraciət edib…"
14/12/2018 [11:35]:
Nəsimi Paşayev yeni vəzifəyə təyin edilib
14/12/2018 [11:33]:
Bakıda mənzildən 7 kiloqrama yaxın narkotik vasitə AŞKARLANDI
14/12/2018 [11:31]:
Lavrov: “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı siyasi savaş meydanı olmamalıdır”
14/12/2018 [11:28]:
Lavrov və Çavuşoğlu Bakıda görüş keçirir
14/12/2018 [11:27]:
Azərbaycanlı mer 10 min lari qarşılığında azad olunub, amma...
14/12/2018 [11:13]:
Donald Tramp Ağ Evin aparat rəhbərliyinə öz kürəkənini gətirir
14/12/2018 [11:02]:
ADU-da Çinin siyasi tarixinə dair seminar keçirildi
14/12/2018 [10:55]:
Coli keçmiş əri Bred Piti müflis etmək niyyətindədir
14/12/2018 [10:54]:
Azərbaycanda kassa aparatları dəyişdiriləcək
14/12/2018 [10:44]:
Bakıda QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb
14/12/2018 [10:39]:
Bakıda “Dini qurumlar və sosial media” mövzusunda konfrans keçiriləcək
14/12/2018 [10:37]:
Ermənilər Azərbaycan torpaqlarının  51 min hektarını şumladı... - FOTOLAR
14/12/2018 [10:37]:
"Seçkiyə qədər ayda 2 dəfə Qarabağa gələn Paşinyan indi Saakyanı yanına çağırır..."
14/12/2018 [10:37]:
Spiker: "Gənclər ölkə həyatının bütün sahələrinə cəlb edilirlər"
14/12/2018 [10:31]:
Lavrov: “İstəyirik ki, Qarabağ münaqişəsi ədalətli həll olunsun”
14/12/2018 [10:28]:
Bu gün hava yağmurlu olacaq - Proqnoz
14/12/2018 [10:26]:
Qubada cinayətdə şübhəli bilinən 3 nəfər tutuldu
14/12/2018 [10:24]:
Ötən günün cinayət STATİSTİKASI: 31 nəfər saxlanılıb
14/12/2018 [10:20]:
Parlamentlərarası İttifaqın 5-ci Qlobal Konfransı başlayır
14/12/2018 [10:17]:
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirildi
14/12/2018 [10:11]:
Bakıda liftdəki qəzaya görə daha bir nəfər həbs olundu
14/12/2018 [10:09]:
İzafi təmizkarlığın təhlükəsi aşkarlandı...
14/12/2018 [10:02]:
Ələkbər “Maşın”da niyə yoxdur? - Murad söz vermişdi...
14/12/2018 [09:58]:
Ermənistan atəşkəsi 26 dəfə pozdu
14/12/2018 [09:57]:
ABŞ-ın Azərbaycandakı yeni səfiri təsdiqləndi
14/12/2018 [09:44]:
“Sadəcə, qorxaqlar belə hərəkət edir” - Qurban Qurbanov
14/12/2018 [09:41]:
Baş nazir sosial müdafiə ilə bağlı qərarlarda yenilik etdi
14/12/2018 [09:39]:
Turizmlə bağlı yeni mexanizmlər yaradılır
14/12/2018 [09:24]:
Erməni azarkeş London stadionunda separatçı rejimin bayrağı və  terrorçu Montenin əksi ilə yürüş etdi- FOTOLAR
14/12/2018 [09:21]:
“Rəşid Behbudov heç vaxt ad günü keçirmək istəmirdi” - XATİRƏ
14/12/2018 [09:12]:
Rəşad Məciddən maraqlı AÇIQLAMA: “Qələmsizlər...”
14/12/2018 [09:10]:
Səbailin icra başçısı köhnə müavini işdən azad etdi, yenisini gətirdi - TƏYİNAT
14/12/2018 [09:08]:
Fikrət Qocanın ABŞ-da yaşayan Günay qızı... - FOTO
14/12/2018 [09:02]:
Manatın bugünkü MƏZƏNNƏSİ
14/12/2018 [08:18]:
12 yaşlı Məhəmməd mental riyaziyyat üzrə dünya çempionu oldu-FOTO
14/12/2018 [07:18]:
Bu dünyadakı dövlətlilərə qibtə ilə baxmayın... -Onların çox ağır hesabı var...
14/12/2018 [00:09]:
"O, Paşinyanın Ermənistanda başlatdığı üsyana Xankəndində dəstək verənlərdən idi"
13/12/2018 [23:43]:
AMEA-nın əməkdaşı Brüsseldə təcrübə keçir - FOTO
13/12/2018 [23:26]:
Gecikmiş məhəbbət...
13/12/2018 [23:09]:
"Mendeleyev cədvəlindəki bu sirləri bilmədən kainatın dərki mümkün deyil..."
13/12/2018 [22:19]:
Avropa Birliyindən “dilənçilər ölkəsi”nə növbəti yardım...
13/12/2018 [21:59]:
Ermənistanda korrupsiya 2,5 dəfə artıb
13/12/2018 [21:53]:
Poroşenko Rusiyanın qorxularını sadaladı - “Putin nifrət edir”
13/12/2018 [21:13]:
Nazir iclasa gecikdi - Jurnalistlər zalı tərk etdi
13/12/2018 [20:50]:
Müəllimlər üçün “Nobel”in qısa siyahısı açıqlandı – Yenə də təmsilçimiz yox
13/12/2018 [20:46]:
İranda Ayaz Mütəllibovun ata Buşa tarixi etirazından bəhs edildi - Qarabağa görə...
13/12/2018 [20:37]:
Gömrük akademiyası ilə bağlı ən çox verilən suallar - Qəbul qaydaları, xüsusi tələblər
13/12/2018 [20:35]:
Xələf Xələfov Nazirlər Kabinetinə Aparat rəhbəri təyin olunur
13/12/2018 [20:32]:
Rumıniyada ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı -FOTOLAR
Bütün arxiv bir sırada
22/02/2018 [17:04] - Cəmiyyət - ( 780 dəfə baxılıb)

Səlim Müslümov İƏT-in əmək nazirlərinin dördüncü konfransında çıxış edib




Fevralın 21-22-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin dördüncü konfransı keçirilib. “İşçi qüvvəsinin inkişafı üçün ümumi strategiyanın hazırlanması” mövzusunda təşkil edilən Konfransda İƏT-ə üzv ölkələrdə əmək bazarı, əməyin təhlükəsizliyi, əmək məhsuldarlığının və məşğulluq imkanlarının artırılması sahəsində təcrübə və bilik mübadiləsi, gənclərin məşğulluğu və s. kimi məsələlər, bu sahələrdə üzv dövlətlər arasında əməkdaşlığın istiqamət və məqsədlərini müəyyən edən “İƏT-in Əmək Bazarı Strategiyası” müzakirə olunub. Tədbirdə həmçinin İƏT ölkələri arasında işçi qüvvəsi mübadiləsinə dair ikitərəfli sazişlərin hazırlanmasına, bilik və bacarıqların qarşılıqlı tanınmasına, işçilərin sağlamlığı ilə bağlı İƏT-in strategiyasına və digər məsələlərə dair fikir mübadilələri aparılıb.

Konfransda Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edərək, əmək bazarının inkişafı baxımından hər bir ölkəyə təsir edən bir çox çağırışların həllinin qlobal gündəmdə ən vacib məsələlərdən olduğunu, qloballaşmanın, demoqrafik tendensiyaların, texnoloji dəyişikliklərin iqtisadiyyatdakı iş yerlərinə təsirlərinin əmək bazarı ilə bağlı qarşıda duran vəzifələrin miqyasını genişləndirdiyini vurğulayıb. Nazir qeyd edib ki, bütün bunlar nəzərə alınmaqla, məşğulluq səviyyəsinin və işçi qüvvəsinin bilik və bacarıqlarının artırılmasına yönələn təsirli islahatların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. İşçi qüvvəsinin tələb və təklifinin effektiv tənzimlənməsi və dəstəklənməsi əmək bazarlarında davamlılıq və inklüzivliyə nail olmaq baxımından çox vacibdir.

S.Müslümov vurğulayıb ki, qlobal iqtisadi və maliyyə böhranının dərinləşdiyi, enerji resurslarının qiymətlərinin aşağı düşdüyü son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü islahatlar proqramı əsasında ölkədə sistem xarakterli sürətli islahatlarla milli iqtisadiyyatın uğurla şaxələndirilməsi şəraitində sabit əmək bazarının təmin edilməsi üzrə Azərbaycanın səmərəli təcrübəsi analoji transformasiya prosesi keçən digər ölkələr üçün də maraqlı ola bilər. Ölkənin əmək bazarında sabitliyin dəstəklənməsi məqsədilə kompleks tədbirlər sistemi reallaşdırılmışdır ki, bu əsasda makroiqtisadi sabitliyin təmin olunması, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlara dəstəyin göstərilməsi, qeyri-neft sektorunun sürətli inkişafı, korporativ sosial məsuliyyət çərçivəsində ictimai işlərin təşkili, peşə hazırlığının gücləndirilməsi kimi uzunmüddətli və qısamüddətli tənzimləyici tədbirlərdən istifadə olunmuşdur: “Bu kompleks tədbirlər, aparılan islahatlar ölkədə işsizliyi aşağı səviyyədə saxlamağa geniş imkanlar yaradıb. Qeyd edək ki, hər il orta hesabla 100 mindən çox gənc işaxtaran vətəndaşın əmək bazarına daxil olduğu Azərbaycanda 2017-ci ilin sonunda işsizliyin səviyyəsi 5% təşkil edib”.

Nazir əmək bazarı ilə bağlı dəqiq və operativ, əhatəli informasiyaların əldə olunmasında, əmək bazarına çevik və səmərəli nəzarətin təşkilində ölkəmizdə 2014-cü ildən tətbiq olunan Əmək Müqaviləsi Bildirişləri üzrə Elektron İnformasiya Sisteminin önəmini diqqətə çatdırıb: “Azərbaycanın uğurları beynəlxalq iqtisadi təşkilatlar və reytinq agentlikləri tərəfindən də yüksək dəyərləndirilir. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycan həmçinin əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutub. Dünya İqtisadi Forumunun daha bir son hesabatına görə, İnklüziv İnkişaf İndeksi üzrə inkişaf etməkdə olan ölkələr arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb”.

S.Müslümov əmək bazarında uzunmüddətli dayanıqlı müsbət meyillərin təmin olunmasının vacibliyini vurğulayaraq qeyd edib ki, Azərbaycanda yeni qurulmuş işsizlik sığorta sisteminin yaratdığı maliyyə imkanları əsasında aktiv əmək bazarı tədbirləri əhəmiyyətli dərəcədə genişləndirilməkdədir. Səmərəli məşğulluq üçün vacib olan işçi qüvvəsinin bacarığının artırılması, qeyri-formal məşğulluğun azaldılması, zəif sosial qrupların əmək bazarına inteqrasiyasının dəstəklənməsi və digər bu kimi məsələlər də xüsusi diqqət mərkəzində saxlanılır: “Bu sahədə əsas götürülən hədəflər 2030-ci ilə qədər olan dövr üçün hazırlanan, məşğulluq sahəsində dövlətin əsas siyasət tədbirlərini əhatə edən Məşğulluq Strategiyasının layihəsində də öz əksini tapmışdır”.

Mövcud çağırışların həlli istiqamətində adekvat və çevik qərarların qəbulu üçün düşünülmüş daxili siyasətlə yanaşı, daha sıx beynəlxalq əməkdaşlığın da əhəmiyyətini diqqətə çatdıran S.Müslümov bildirib ki, İƏT-ə üzv ölkələr üçün əmək və məşğulluq sahəsində ümumi maraq kəsb edən məsələlər kifayət qədərdir: “Bizim əsas hədəfimiz İslam Konfransı Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın konseptual, əməli və institusional davamlılığını təmin etməklə dəstəklənməsidir. Bu mənada ölkələrimizdə daha dayanıqlı və inklüziv əmək bazarı yaratmaq üçün zəngin fikir və təcrübə mübadiləsinə geniş imkanlar açan əmək nazirlərinin bu görüşü İƏT-in əmək bazarı və məşğulluq siyasəti üçün gələcək fəaliyyət prioritetlərini müəyyənləşdirməyə xidmət edəcək”.

Nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə İƏT-in mənzil-qərərgahı Bakıda olacaq Əmək Mərkəzinin yaradılması Təşkilata üzv ölkələr arasında əməkdaşlığı təşviq etmək üçün müstəsna platforma olacaq. Bu təsisat əmək və məşğulluq sahəsində praktiki müstəvidə səmərəli və davamlı əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəkdir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmini qeyd edən S.Müslümov Azərbaycanın 2017-ci ildə Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına üzv seçilməsində İƏT ölkələrinin mühüm dəstəkləyici roluna görə təşəkkürünü ifadə edərək ölkəmizin 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi barədə məlumat verib: “Bildiyiniz kimi, ümumdünya sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır. Bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Buna görə də əminəm ki, Azərbaycan bu universal platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir. Bundan əlavə, Azərbaycanın sərgi üçün təklif etdiyi mövzu -“İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir, çünki bütün inkişaf və innovasiyaların əsasında insan kapitalı dayanır.” S.Müslümov İƏT-ə üzv ölkələrin əmək nazirlərini ölkələri tərəfindən Azərbaycanın “Expo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstəkləməyə çağırıb.

S.Müslümovun İƏT-in və ayrı-ayrı üzv dövlətlərin aidiyyəti qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirməsi, qarşılıqlı maraq doğuran məsələlərə dair əməkdaşlıqla bağlı müzakirələrin aparılması da nəzərdə tutulub.

"Mendeleyev cədvəlindəki bu sirləri bilmədən kainatın dərki mümkün deyil..."
Avropa Birliyindən “dilənçilər ölkəsi”nə növbəti yardım...
Rus mühəndis Terminatorun oxşarını yaratdı - MARAQLI
“İnsan əti yeməkdən bezdim” deyərək polisə təslim oldu - DƏHŞƏT...
Doğuş keçirən qadını bu hala saldılar - DƏHŞƏT...
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
“Öyrəndiklərimizi bir müddət sonra niyə unuduruq?” sualına məşhur rəssamın sadə açıqlaması...
Cəmiyyət
"Azərbaycan "Rosatom"un təklifini analiz etməlidir..."
Gündəm
Ermənilər Azərbaycan torpaqlarının  51 min hektarını şumladı... - FOTOLAR
Mədəniyyət
“Rejissora ithaf olunan tamaşada onun görüntüləri və səsindən istifadə ediləcək”
Cəmiyyət
İntihar edən şəxsi xilas etmək üçün 13 TIR yan-yana düzüldü - İBRƏTAMİZ...
Müasir Ədliyyə
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
Putin Paşinyandan niyə çəkinir?
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
"Bunu edən adam öz namussuzluğunu ictimailəşdirdi"
"Lotu Quli"nin azadlığa çıxdığı anın görüntüləri yayıldı - VİDEO
Kremlin Silah palatasında erməni fahişəliyin sübutu olan unikal eksponat... - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə