Üç övladı gözünün qarşısında donub, ölən ana: “Soruşurdular ki, bəs atamız hanı?”
Oxunub: 1461
22 Feb 2018 | 19:47
Üç övladı gözünün qarşısında donub, ölən ana:  “Soruşurdular ki, bəs atamız hanı?”
Tariximizin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsindən 26 il ötür. Fevralın 26-da erməni cəlladlarının xalqımızın başına açdığı müsibətlər dünya tarixinin ən qəddar və ən amansız cinayətlərini də geridə qoyur. Bu qanlı tarixi yaşatmaq üçün hər il olduğu kimi, bu il də musavat.com Xocalı şahidlərinin dili ilə o günləri yad edir.

Bu dəfə də Xocalıda baş verən dəhşətli cinayətləri öz gözü ilə görmüş birinin – 3 övladını Xocalıda itirən Sədaqət Hüseynovanın ağrılı-acılı xatirələrini təqdim edirik.

Qeyd edək ki, bu xatirələr “Xocalı şahidləri danışır” kitabındandır. Kitab 2015-2017-ci illərdə “Azərbaycan” qəzetində dərc olunan materialların toplusudur.

*****
İsaq Ağayarov və Sədaqət Hüseynovanın yaşadıqları Xocalı müsibətləri həm də sədaqətin, sevginin və mənəvi bütövlüyün sınağı oldu

Onlar 1980-ci ildə evlənmişdilər. Ulduzları barışmışdı, gözəl yuva qurmuş, isti ailə ocağı yandırmışdılar. Bu xoşbəxt cütlüyün üç fidan balası vardı. Nəbi 11, Sevinc 8, Raman 7 yaşında idi. Cavan ailə İsaqın valideynləri ilə birlikdə yaşayırdı.

1988-ci ildən başlayaraq bütün Xocalı sakinləri çox çətinliklər çəkdilər. İstər ərzaq sarıdan, istərsə də daim vahimə, səksəkə içində yaşamaqdan... 

1992-ci ilin fevralında Xocalıda vəziyyət lap kəskinləşəndə qayınanası təkid edir ki, Sədaqət uşaqları da götürüb vertolyot meydançasının yaxınlığında yaşayan bacısıgilə getsin. Çünki fürsət düşən kimi burada vertolyota minib Xocalıdan çıxmaq, uşaqları xilas etmək şansı yarana bilərdi. O zaman İsaq gecə-gündüz postda, ön mövqedə keşik çəkirdi. Beləliklə, bir ailə üç hissəyə parçalanmışdı. 

“Fevralın 25-dən 26-na keçən gecə tankların, pulemyotların təkcə atəşindən yox, səsindən, nəriltisindən də yer-göy titrəyirdi. Ev sanki bu dəqiqə uçub töküləcəkdi. İçəridə işıq yanmırdı, bayırda yer qarla örtülü idi”, - deyə Sədaqət xanım astadan, az qala pıçıltı ilə danışır. 

Elə bil hıçqırığının onu boğacağından qorxur. Bir də ki, İsaq bu söhbətləri eşitməməlidir. Çünki onun əsəbləri çox gərgindir. Bu barədə eşidəndə, yaxud danışanda kişinin halı dəyişir.

Beş gün ac-susuz çöllərdə qalırlar...

Ona görə də Sədaqət xanım göz yaşını silə-silə qalxıb, üstəlik, ev sahibinin oturduğu otağın qapısını da möhkəm bağlayıb, söhbətinə davam edir: “İki bacı bir-birimizin üzünə baxdıq və heç nə demədən elə baxışlarımızla bir-birimizi başa düşdük. Çıxmaq lazım idi.
Beləcə iki qadın yeddi uşaqla yola çıxır. Qarqar çayına üz tuturlar. Uşaqları qucaqlarına alıb çaydan keçirirlər. Bundan sonra əlçatmaz-ünyetməz, səmti-istiqaməti bilinməyən, fəlakət və faciə dolu bir yol başlanır. 

O vaxt Sədaqətin 33 yaşı vardı. Sara ondan iki yaş böyük olan bacısı idi. Xocalıda doğulub böyümüşdülər. Hansı səmtdə hansı bölgənin yerləşdiyini də yaxşı bilirdilər. O müdhiş gecədə Ağdam tərəfə yollanırlar. Lakin qaranlıq və şaxta onları necə karıxdırırsa, hava işıqlaşanda az qala Xankəndiyə çatdıqlarını görürlər. Yolu dəyişəndən sonra böyük bir dəstə ilə rastlaşıb ona qoşulurlar. Abdal Gülablıya çatmağa az qalmış ermənilərin atəşlərinə məruz qalırlar. 

Öndə gedən cavan oğlanlar, kişilər işarə ilə bildirirlər ki, irəliyə gəlməyin. Bununla belə, vəhşiləşmiş erməni dığaları günahsız insanları gülləbaran edir. Bacılar uşaqların və özlərinin salamat qaldığına şükür edib ara sakitləşəndən sonra yenidən yola düzəlirlər. Onlar artıq beş gün beş gecə idi ki, ac-susuz çöllərdə, meşələrdə idilər.

Qan qarın üstü ilə şırım açaraq arx kimi axırdı. İki qadın və yeddi uşaq qanlı izlərin üstü ilə addımlayaraq irəliləyirdilər. Və bundan sonra elə olaylar baş verdi ki, onları sözlə ifadə etmək çətindir. Uşaqlar yemək, su istəyirdilər. Tez-tez soruşurdular ki, bəs atamız hanı? Niyə gəlib bizə kömək etmir?”

Bu zaman Sədaqət xanımın həyat yoldaşı İsaq başqa bir səmtdə faciə yaşayırdı. O, evə dönəndə Sədaqət artıq uşaqları da götürüb Saragilə getmişdi. İsaq atasını qabağa salıb anasını kürəyinə götürərək odun-alovun içindən birtəhər çıxır. Var-gücünü toplayıb irəliyə gedir, anasını belindən düşürüb geriyə qayıdır, qız-gəlinə, uşaqlara irəliləməkdə kömək edir və yenidən irəli qaçıb anasını kürəyinə götürür. 

“Amansız şaxta ömür çiçəyimin üçünü də soldurdu”

25 il ötsə də, Sədaqət o günlərin hər anını ürəyinin daxili fəryadı ilə xatırlayır: “Biz pərən-pərən düşmüşdük. Bilirdim ki, İsaqın macalı olsa, mütləq özünü bizə çatdırar. Amma uşağı necə başa salasan?.. Taqətdən düşmüş bacım birdən-birə qarın üstünə çökdü. Mən ona yalvardım ki, Sara, qalx, uşaqları bu zülmdən qurtaraq. Onu qaldırmağa çalışdım. Amma artıq gec idi... Bundan sonra təbiətin və taleyin amansız şaxtası mənim gözümün qarşısındaca ömür çiçəyimin üçünü də soldurdu. Bacımın üç ciyərparası da kol dibində donub qalmışdı. Son gücümü toplayaraq Saranın salamat qalmış böyük qızının əlindən tutub irəliləməyə çalışdım. Bundan sonra nələr olduğu yadımda deyil. Gözümü açanda özümü Ağdam hospitalında gördüm”.    

Daha sonra Sədaqət xanımı M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirirlər. Orada ayaqlarını əməliyyat edirlər. Sədaqət bu əməliyyatın nədən ibarət olduğunu bilmir. Lakin əməliyyatdan bir-iki gün sonra xəstəxanada çəkiliş aparan Türkiyə jurnalistləri həkimdən xahiş edirlər ki, Sədaqətin ayaqlarını onlara göstərsin. Həkim mələfəni qaldıranda Sədaqət görür ki, don vurmuş barmaqlarını kəsiblər... 

“Ərim dedi ki, səninlə təzədən evlənmək istəyirəm” Danışdıqca Sədaqət xanım o günləri sanki təzədən yaşayır: “Artıq iki ay idi xəstəxanada müalicə olunurdum. Bir gün tibb bacısı gəlib dedi ki, səni dəhlizdə bir kişi gözləyir. İsaq idi, məni çox çətinliklə axtarıb tapmışdı. Ondan xahiş etdim ki, çıxıb getsin. Üzünə də baxa bilmirdim. Elə bilirdim bundan sonra bizim birgə həyatımız artıq mümkün deyil. Nə gizlədim, mənə elə gəlirdi ki, barı tükənmiş, qol-budağı kəsilmiş bir ağacam, kötüyəcən qurumuşam”. 

Lakin İsaq bu təklifi yaxına belə buraxmaq istəmir. Deyir ki, nə danışırsan, mən səni heç vaxt tək qoymaram! Bu müharibə elliklə hamımız üçün gəlib, tək ikimizin faciəsi deyil. Bundan sonra İsaq hər gün xəstəxanaya gəlir. Sədaqət xanım öz dediyini, İsaq da öz dediyini təkrar edir.

Sədaqət, nəhayət, ömür-gün yoldaşının sədaqəti qarşısında ram olduğunu söyləyir: “Xəstəxanadan təzəcə çıxmışdım. Sağ qalmış qohumlarımla bir yerdə idim. Bir də gördüm ki, qayınanam, qayınatam, bir neçə nəfər ağsaqqal və həyat yoldaşım birlikdə qaldığımız yerə gəliblər. Hamı susurdu. İsaq ağsaqqallardan üzr istəyib üzünü mənə tutdu. Dedi ki, Sədaqət, sonluğu ağlagəlməz faciə ilə bitən 12 illik ailə həyatımızı qorxunc bir yuxu kimi arxada qoyub səninlə təzədən evlənmək istəyirəm”.    

Yeni doğulan körpəyə Ramanın adı verildi…

Beləliklə, ailənin sağ qalan üzvləri yenidən birləşərək Naftalan şəhərində sanatoriyada məskunlaşırlar. 1993-cü ildə onların bir körpəsi dünyaya göz açır. Uşağa Xocalıda itirdikləri 7 yaşlı balaca şəhid Ramanın adını verməklə ailə ruhu mələk kimi göylərə çəkilmiş üç nakam övladının iyini ondan almağa çalışır. Beləliklə, evdə bir oğul böyüməyə başlayır.

Üç il sonra isə Ramanın bacı payı da dünyaya gəlir. İndi Arzu artıq gəlin köçüb. Raman da evlənib.

Hazırda ailə Goranboy rayonunun ərazisində qaçqınlar və məcburi köçkünlər üçün tikilmiş çoxmərtəbəli evlərdən ibarət məhəllədə məskunlaşıb. Sədaqət xanım və İsaq kişi nəvə arzusu ilə yaşayırlar. 
Vaxt gələcək, bu kökdən yeni-yeni pöhrələr qalxacaq, budaqlar şaxələnəcək. Doğma torpağa sevgi, müqəddəs ruhlara ehtiram bu ailənin övladlarını mütləq Xocalıya aparacaq. 

Orada axıdılan günahsız qanlar, törədilən soyqırımı üçün isə erməni faşistləri dünya durduqca tarix və haqq qarşısında cavabdeh olacaqlar. Etdikləri qəddarlıqlar və cinayətlər onları əsrdən-əsrə nəsil-nəsil izləyəcək. Çətin ki, belələrinin ölü doğulmuş vicdanı nə vaxtsa oyana. Amma zaman onlara öz cəzasını verəcək.(musavat,com)
Oxşar xəbərlər
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”