Xocalı rabitə qovşağının rəisi: “Qardaşım zəng etdi ki, başınızın çarəsinə baxın, burada hakimiyyət yoxdur”
Oxunub: 1378
23 Feb 2018 | 19:44
Xocalı rabitə qovşağının rəisi:  “Qardaşım zəng etdi ki, başınızın çarəsinə baxın, burada hakimiyyət yoxdur”
Tariximizin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsindən 26 il ötür. Fevralın 26-da erməni cəlladlarının xalqımızın başına açdığı müsibətlər dünya tarixinin ən qəddar və ən amansız cinayətlərini də geridə qoyur.

Bu qanlı tarixi yaşatmaq üçün hər il olduğu kimi, bu il də Xocalı şahidlərinin dili ilə o günləri yad edirik.

Bu dəfə də Xocalıda baş verən dəhşətli cinayətləri öz gözü ilə görmüş birinin – o dövrdə şəhərin rabitə qovşağının rəisi vəzifəsində işləmiş Cavid Əliyevin ağrılı-acılı xatirələrini təqdim edirik.

Qeyd edək ki, bu xatirələr “Xocalı şahidləri danışır” kitabındandır. Kitab 2015-2017-ci illərdə “Azərbaycan” qəzetində dərc olunan materialların toplusudur.

*****

“Hələ 1988-ci ildən etibarən Xocalıya hücumlar başlamışdı. Ermənilər tez-tez gizli yığıncaqlar keçirməklə müzakirələr aparırdılar. Elə rəy yaradırdılar ki, guya bu işdən Azərbaycan tərəfi faydalanacaq. Azərbaycanlıları iclaslara buraxmırdılar”. 

Bu fikirlər 1992-ci ildə Xocalı rabitə qovşağının rəisi vəzifəsində çalışan Cavid Əliyevə məxsusdur. O, fevral ayının 26-da Xocalıda törədilən müsibətlərə şahidlik edib. 

C.Əliyev bizimlə söhbətində bildirdi ki, Xəlil Rza Ulutürk 1988-ci ilin avqust ayında Xocalıya gəlmişdi. O, camaatın qarşısında çıxış edərək dedi ki, hökumət tərəfindən sizə heç bir dəstək yoxdur. Özünüz düşmən qarşısına çıxın, qoymayın elinizi dağıtsınlar. Orada camaata şəkillər göstərdi ki, siz çıxandan sonra evlərinizi bu şəkildə dağıdıb yandıracaqlar. Azərbaycanlıları köçürmək üçün bu şərəfsizliyə əl atacaqlar.

“Kömək gələcək deyərək bizi yubadırdılar”

Deyildiyi kimi də oldu. Elə 1988-ci ilin sentyabrın 18-də bazar günü ermənilər Xocalıya hücuma keçdilər. Həmin vaxt əhali öz ov tüfəngləri ilə onların qarşısına çıxdı. Hər iki tərəfdən xeyli sayda yaralanan və itki oldu. Cavid Əliyev həmin anları belə xatırlayır: “ Mərkəzi Komitədən yığışıb Xocalıya gəldilər. Camaatı yığıb Gülablıya, sanatoriyalara apardılar ki, üç gündən sonra ermənilər yenə hücum edəcək. Əhali gördü ki, Xocalını qorumaq əvəzinə, başlarının altına yastıq qoyurlar. Ona görə Xocalıya, öz ev-eşiklərinə qayıtdılar. Bizim qara günlərimiz də elə həmin vaxtdan başladı. 1988-ci ildən 1992-ci ilə qədər Xocalı özünümüdafiə batalyonu yaradıldı. Postlar quruldu, əhali növbə ilə gecələr postlarda keşik çəkməyə başladı. Xocalı hər tərəfdən erməni ilə əhatə olunmuşdu. Çıxış yolumuz yox idi. Şuşaya, yaxud Ağdama getmək üçün ermənilərin yaşadıqları yerlərdən keçməli idik. Bu zaman onlar da maşınların şüşələrini qırırdılar. Camaat özünümüdafiə üçün mal-heyvanını satıb ov tüfəngi alırdı. Bu hadisədən sonra sovet ordusunun kursantları gəlib Xocalını mühasirəyə aldılar. Onlar bütün evləri axtararaq silahları yığdılar. Camaat təkrar çalışırdı ki, ov tüfəngi əldə etsin. 1992-ci ilə kimi bax, bu cür səksəkədə, alazan raketlərinin sədaları altında yaşamışıq. Elə olurdu ki, üç tərəfdən Xocalını atəşə tuturdular. Xocalıya ən yaxın kənd olan Noragahdan minamyotlarla atırdılar. Hər gecə avtomat və pulemyotlarla atışma olurdu.

Xocalı faciəsindən 3 ay əvvəl Əsgəranla Ağdam arasındakı yüksək gərginlikli əsas elektrik xəttini topla partlatdılar. Xocalıda elektrik enerjisi kəsildi. İdarədə gecə-gündüz generator işlədirdik. Xocalıda səhiyyə, rabitə idarələri özünümüdafiə batalyonu ilə icra hakimiyyəti strukturu, polislər işləyirdi. 1992-ci il fevral ayının 25-də axşam saat 7-də məlumat daxil oldu ki, guya Mərkəzi Komitə ilə danışıqlar aparılıb, yollar açıqdır, bizə yardımlar gəlir. Amma bu da düz çıxmadı. Silahlarımız da tükənmişdi. Bir “qranatamyot”umuz vardı. Fevralın 25-i axşam saat 6-7 radələrində gördük ki, ermənilər Xocalının ətrafını, tanklar, BMP-lərlə mühasirəyə aldılar. İcra başçısı Elman Məmmədov, Əlif Hacıyev gəlib rabitə vasitəsilə vəziyyət barədə Bakıya məlumat ötürdülər. Dəfələrlə kömək lazım olduğunu bildirirdik. Əvəzində kömək gələcəyi xəbəri ilə bizi yubadırdılar. Həmin vaxt qardaşım Ağdam tərəfdə idi. Onunla əlaqə saxladım. Dedi ki, özünüz başınızın çarəsinə baxın, burada hakimiyyət yoxdur, başlı-başınalıqdır. Kimin əlində silah var, hökumət odur”.

Beləliklə, həmin axşam saat 9-10 radələrində ermənilər eyni vaxtda Xocalını gülləbaran etməyə başladılar. Sanki gecənin düşməsini gözləyirmişlər. Həmin gün hava da tutqun idi. Onlar pulemyot, tank və BMP-lərlə gülləni yaşayış yerinə yağış kimi yağdırdılar. Son anadək işləyən rabitə qovşağının rəisi o dəhşətli anları belə xatırlayır: “İşçiləri idarədə qoyub meşəyə tərəf qaçdım ki, görüm vəziyyət necədir. Hər tərəfdən atırdılar, yollar tam tutulmuşdu. Yeganə çıxış yolu çayın içindən keçməklə körpünün altı idi. Poçta qayıdanda ətrafa saysız “snaryad” düşdüyünü gördüm. İşçilər getmişdi, generator isə işləyirdi. “Ratsiya”ların ikisini də götürüb Ağdamı da, Şuşanı da çağırdım, cavab vermədilər.

Generatoru söndürüb çıxdım. İşçim Elxan Hüseynov yanımda idi. Onu göndərdim ki, get anamgili, uşaqları, hamını yığ gətir Xocalıdan çıxardaq. Rabitəni yiyəsiz qoyub getmək mümkün deyildi. Əgər həmin vaxt rabitə sonadək işləməsəydi, bəlkə də bizi həbs edəcəkdilər ki, məlumat verməmisiniz. Elxan ailələrimizi gətirdi, arxadan çoxlu insan gəlib bizə qarışdı. Bu vaxt bir-birimizi itirdik. Yoldaşım, uşaqlarım, anamgil, bacımgil hərəsi bir tərəfə düşdü. Ağız deyəni qulaq eşitmirdi, hay-haray bir-birinə qarışmışdı. Atam, bacım, anam - hamısı orada idi. Üç övladım vardı, xoşbəxtlikdən biri xəstə olduğundan onları əvvəlcədən Ağdama aparmışdıq... Nə qədər çağırdım, hay verən olmadı. Yenidən evə qayıtdım, gördüm heç kim yoxdur.

Yolda iki nəfərlə rastlaşdım. Sonra çayı keçdik. Bir müddət keçəndə çox insanın ayaqları buna görə kəsildi. Yenə heç kimi tapmadıq. Arxamızca atırdılar, əl çəkmirdilər. Çıxdıq yalın üstünə, orada Elman Məmmədov, Əlif Hacıyev və polis işçilərini gördük. Burada mindən yuxarı adam vardı. Hansı tərəfə irəlilədiksə, gedib kolluğa dirəndik. Axırı belə qərara gəldik ki, gedək Şuşa istiqamətində çəkilən qaz kəməri boyunca irəliləyək. Yoxuşa çıxanda kimin ayağı sürüşdüsə yumalanıb dərənin dibinə düşürdü. Bu vəziyyətlə hərəkət edirdik. Səhər saat 7-nin yarısında Əsgəran-Naxçıvanik-Ağdam yolunda meşənin döşünə çatdıq. Artıq Əsgəranın içi ilə gedən adamları görürdük, onlar da bizi görürdülər. burada ermənilərin pusquda durduğunu ağlımıza da gətirmirdik. Naxçıvaniklə Əsgəran arasında bir ferma vardı, ermənilər burada pulemyot, avtomatı hazır tutub bizi gözləyirdilər. Beləliklə, həm fermadan, həm də Naxçıvanikin dikindən bizə atəş açdılar. Orada çox adamı qırdılar. Hay-həşirlə çökəkliyə endik. Təxminən, 300 nəfər idik. BTR üstümüzə gəldi, camaatı yenidən atəşə tutdular. Mən orada təpədən yumalandım. Gördüm, ürəyim bulanır, gicəllənib qaldım kolun altında. Ayılanda baxdım ki, güllələr yağış kimi səpələnir, qalxa bilmədim. Bir azdan ara sakitləşdi. Nazim adında oğlanla bir yerdə idim. Gördük ki, meyitlərin arasında gəzib, diri qalanları axtarırlar, bir tərpəniş hiss edən kimi təkrar güllələyirlər. Bir müddət keçəndən sonra çıxıb yuxarıda başqa bir kolluqda gizləndik. Sakitlik yarananda Şelliyə tərəf gəldik. Bax, bu şəkildə canımızı qurtara bildik.

“Təkcə bizim qonşuluqda 41 nəfər şəhid olub”

Cavid Əliyev digər şahidlərin vasitəsilə sonradan bilib ki, ailə üzvləri başqa bir yolla Dəhrəzə tərəf gediblər. Hamısını da orada girov götürüblər. Atası isə Əsgəranın tuşunda onu axtarırmış: “ Vəli adında bir erməni meyitləri yığanda bizimkilərə deyib ki, atam Daşbulaqda iki ermənini vurub, digər erməni də onu öldürüb. Səhəri gün atamgili axtarmaq üçün geri qayıtdım. Digər Xocalı sakinləri də öz yaxınlarının meyitini axtarırdılar. Gedib Qaraqayadan o tərəfdə dayanmışdıq. Bir də gördük ki, vertolyot gəldi. Çingiz Mustafayev həmin anı çəkib. Camaat əliyalın yola yüyürdü. Oradan xeyli sayda meyit və yaralı götürdük. Bu vaxt yenidən bir erməni BMP-si peyda oldu, camaata atəş açmağa başladı. Vertolyot havaya qalxdı. İnsanlar meydanda qaldı. Fevralın 27-si idi. Həmin gün yenə də xeyli insan itkisi oldu. 23 gün müddətində hər gün orada oldum. Düz 23 gündən sonra atamın meyitini tapdıq. Anamla bacımı isə bir qrup girovla birgə buraxmışdılar. Atam və qaynım isə şəhid oldu. Əmim oğlunun səkkiz nəfərlik ailəsi - yoldaşı, 3 uşağı, qardaşı, bacısı tamamilə məhv edilib. Hesablayıram, təkcə bizim qonşuluqda 41 nəfər adam şəhid olub. İndi internetdə baxıram ki, Xocalıda bizim kəndi kürüyüb dərəyə töküblər, oranı aeroport ediblər. Biz isə sanatoriyalarda, yataqxanalarda, onun-bunun evində yerləşmişik. Hər dəfə bunları danışanda yaramızın qaysağı təzələnir. Biz istəyirik ki, torpaqlarımızı azad edək və öz yurdumuzda yaşayaq..”(musavat.com)
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA