Xəbər lenti
18/03/2019 [23:23]:
Dünyanın ilk uzaqdan beyin əməliyyatı həyata keçirildi - MARAQLI
18/03/2019 [23:09]:
Hollandiyada insanlara atəş açmaqda şübhəli bilinən şəxs şaxlanıldı - FOTO
18/03/2019 [23:06]:
“Dünyanı bu həqiqətə inandırmaq üçün xarici ekspertlərlə birgə iş aparmalıyıq”
18/03/2019 [23:06]:
Erməni polis cəbhədə qulluq etməmək üçün özünü güllələdi
18/03/2019 [22:52]:
“Xalqı sevməyən sənətkar heç vaxt inkişaf edə bilməz”
18/03/2019 [22:24]:
Elçin Şıxlı: "O məmurlar hələ ki orda oturub, mediada heç bir islahat gözləmirəm"
18/03/2019 [22:16]:
UNEC-in tələbələri elmi fəaliyyətə cəlb olunurlar
18/03/2019 [21:51]:
12 il sonra üçəmləri oldu, üçotaqlı mənzil bağışlandı -FOTOLAR
18/03/2019 [21:44]:
Gürcüstanlı deputatlar əlbəyaxa dava etdilər - VİDEO
18/03/2019 [21:42]:
Parisin son iğtişaşlardan sonrakı görüntüləri - FOTO
18/03/2019 [21:33]:
Salyan Rayon Mərkəzi Xəstəxanasının təmirinə pul ayrıldı - SƏRƏNCAM
18/03/2019 [21:06]:
50 il əvvəl ölən qoç "ata" oldu - MARAQLI
18/03/2019 [20:42]:
İnsan oğlunun son qurbanı: Mədəsindən 40 kiloqram plastik tullantı çıxdı...
18/03/2019 [20:41]:
Ruhani ABŞ-ı beynəlxalq məhkəməyə verir
18/03/2019 [20:28]:
Yeni Zelandiya canisini qorxudub qaçıran qəhrəman danışdı: "Pos terminal cihazını üzərinə atdım"
18/03/2019 [20:23]:
“Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirir...” - Əli Həsənov
18/03/2019 [20:02]:
Şeyx Novruz bayramı münasibətilə xalqı təbrik etdi
18/03/2019 [19:43]:
Ülvi Quliyev: “Prezident gəncləri əfv etməklə onlara şans verdi”
18/03/2019 [19:14]:
Mədət Quliyev oğlunun klip təqdimatında -FOTOLAR
18/03/2019 [19:10]:
İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər
18/03/2019 [19:04]:
Şəkidə 22 yaşlı oğlan itkin düşüb
18/03/2019 [18:58]:
Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib
18/03/2019 [18:39]:
Özbəkistan KTMT və “Putin İttifaqı”na geri qayıdır
18/03/2019 [18:37]:
İki ayda büdcə gəlirləri 3 milyarddan çox olub
18/03/2019 [18:34]:
Azərbaycan səfiri 10 banka kürü oğurladı və... - Yarım milyon mənimsəmədə ittiham edilir
18/03/2019 [18:28]:
Vasif Talıbovdan icbari tibbi sığorta ilə bağlı - Fərman
18/03/2019 [18:25]:
Dağlıq Qarabağda Novruz şənliyi keçirilib
18/03/2019 [18:01]:
“Bazarstore”da prezervativ satılır – FOTOLAR
18/03/2019 [17:59]:
Cocuq Mərcanlının əkin sahələrində gərgin iş gedir
18/03/2019 [17:56]:
Körpünün altı taksi dayanacağına çevrilib – DYP və Nəqliyyat Agentliyi xəbərsizdir? - FOTOLAR
18/03/2019 [17:48]:
"Nə qədər iddialı danışsa da belə bir şəxsin xalqdan dəstək alacağı mümkünsüz görünür"
18/03/2019 [17:45]:
Səhiyyə Nazirliyinə 6,8 milyon manat ayrılıb - SƏRƏNCAM
18/03/2019 [17:42]:
ADP İdarə Heyəti özünün növbəti toplantısını keçirib
18/03/2019 [17:37]:
İran və Türkiyə PKK-ya qarşı birgə əməliyyatlara başladı
18/03/2019 [17:33]:
Novruz şənliklərilə əlaqədar sabahdan Bakının bir sıra yollarında nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir
18/03/2019 [17:33]:
"Bəziləri bunu elə təqdim edirlər ki, elə bil birinci sərəncamdı..."
18/03/2019 [17:25]:
ABŞ Slovakiyada hərbi baza yaratmayacaq
18/03/2019 [17:22]:
Gürcüstanda 2385 nəfər qızılcaya yoluxub
18/03/2019 [17:21]:
Jurnalist Anar Məmmədova hökm oxunub
18/03/2019 [17:20]:
Səudiyyə ərəbistanlı nazir: "Dünyada ilk neft quyuları Azərbaycanın ərazisində olub"
18/03/2019 [17:20]:
Gömrükdə 900 mindən çox pirotexniki vasitə aşkarlandı -FOTOLAR
18/03/2019 [17:18]:
“Seriallar insanı xəyanətə sürükləyə bilər, amma hər kəsi yox!”
18/03/2019 [17:15]:
Bu gündən yenilənmiş 10 manatlıq dövriyyəyə buraxılır -FOTOLAR
18/03/2019 [17:09]:
Avtobus elə bir şou göstərdi ki... Özü də Bakının mərkəzində!
18/03/2019 [17:04]:
Azercell-dən rəqəmsallığa doğru daha bir addım
18/03/2019 [17:03]:
“Əli İnsanov Qərbi azərbaycanıların adından danışa bilməz!” - Fəzail Ağamalı
18/03/2019 [16:58]:
Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var
18/03/2019 [16:55]:
Azərbaycan tütün idxalına çəkdiyi xərci 28% artırıb
18/03/2019 [16:49]:
Lukaşenko Türkiyəyə səfər edəcək
18/03/2019 [16:48]:
Türkiyə ilə İran terrorçu PKK-ya qarşı antiterror əməliyyatına başlayıb - YENİLƏNİB
18/03/2019 [16:47]:
Siyavuş Novruzovdan Əli İnsanova sərt sözlər: “Mələk cildinə bürünüb...”
18/03/2019 [16:46]:
“Nar” nömrə ilə xaricdə Wi-Fi pulsuzdur
18/03/2019 [16:45]:
Nazir: "Venesuela neft satmaq üçün yeni yollar axtarır"
18/03/2019 [16:42]:
“Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçir
18/03/2019 [16:41]:
Gömrükçülər 306 kiloqramdan çox heroin aşkarladı -FOTOLAR
18/03/2019 [16:30]:
Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ
18/03/2019 [16:28]:
“Bakcell”dən gənclərin məşğulluğuna növbəti töhfə
18/03/2019 [16:25]:
"Ermənistan işğalı sülh olaraq qəbul edir" - PA rəsmisi
18/03/2019 [16:22]:
Martın 21-dən havanın temperaturu yüksələcək
18/03/2019 [16:05]:
Deputat 850 seçicisinə bayram sovqatı çatdırdı - FOTOLAR
18/03/2019 [15:47]:
Azərbaycan ət idxalını 56% artırıb
18/03/2019 [15:43]:
“Azərxalça”nın Goranboy və Tərtər filiallarında ilk xalçalar kəsildi
18/03/2019 [15:41]:
“Azərbaycanın da səbrinin bir həddi var” - Hikmət Hacıyev
18/03/2019 [15:41]:
Azərbaycanın ilk metallurq qadını Zəminə Həsənova
18/03/2019 [15:39]:
Bayram günlərində "ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günü
18/03/2019 [15:35]:
Millət vəkilləri Xocalı məktəbindəki Novruz tədbirində iştirak edib
18/03/2019 [15:24]:
“O yerlərdən şəhidlərimizin qanıyla sulanmış torpaq götürdük...” Şəhid əsgərimizin anası...
18/03/2019 [15:05]:
Azərbaycanda 4000 nəfərə “pul atan” dəstə ələ keçdi
18/03/2019 [15:01]:
Amerikanın simvolu, yoxsa tarixi şəxsiyyət? - "Sem dayı" kimdir?
18/03/2019 [14:59]:
Yeni 10 manatlıq pul dövriyyəyə buraxılıb - FOTO
18/03/2019 [14:44]:
"Ağıl öyrənmək istəsəydi, 15 il əvvəl məni dinləyərdi..." - Əli Nağıyevdən Əli İnsanova irad
18/03/2019 [14:27]:
Qazaxda şəhid oğlu olan bəydən ibrətamiz addım
18/03/2019 [14:25]:
Ombudsman bəyanat yayıb
18/03/2019 [14:23]:
“Bir neçə istedadlı gəncin kitabının çapıyla bağlı müraciət edəcəm...” Qulu Ağsəs...
18/03/2019 [14:22]:
1.25 milyon avroya göyərçin satıldı - İNANILMAZ...
18/03/2019 [14:22]:
Yəsəvi vəqfində novruz tonqalı...
18/03/2019 [14:16]:
Un və çörəklə bağlı tətbiq olunan vergi güzəştlərinin müddəti artırılır
18/03/2019 [14:15]:
“Cümhuriyyət ordusunun döyüş yolu tariximizin ən şərəfli səhifələrindəndir”
18/03/2019 [14:10]:
Gürcüstan parlamentində dava düşüb – VİDEO
18/03/2019 [14:00]:
Alimər qəhvədə prostat xərçənginin dərmanını kəşf etdilər
Bütün arxiv bir sırada
23/02/2018 [23:25] - Köşə - ( 4349 dəfə baxılıb)

Əgər millətin ziyalı bildiyi adamlar bu kədərli mənzərəni görüb susursa...

İlham İsmayıl

Qışdan, soyuqdan, qardan, yağışdan deyil. Heç pulsuzluqdan da deyil. Amma, çox kədərlidir. Siz ölkədəki siyasi-mənəvi durumun kədərli mənzərəsini görürsünüzmü?  Burda “siyasi” sözü ona görə mütləqdir ki, məhz siyasətdən doğan, daha doğrusu, siyasətin yekunu olaraq boz boşluğa bənzəyən ölkədə mənəviyyatsızlığın kuliminasiyaya çatdığını görməmək mümkün deyil. Əlbəttə, bu indi yaranmayıb, xeyli müddətdir ki, yol gəlir və təəssüf ki, bu qəbildən  yeni “zirvələr” fəth etmək axtarışı davam edir və  dayanacağı da  hələ görünmür. Amma, mənəviyyatın aşınma stadiyası artıq bitib və sonra hansı mərhələnin gəldiyini demək, onun adının  nə olduğunu tapmaq qədər çətindir. 
 
Bu, pəncərə arxasından sakit seyr ediləcək bir mənzərə deyil. Adətən kədərli mənzərə deyimində bir məhzunluq, bir sakit qəmlilik, uzaqlara baxıb dalmaq çalarları var, amma bu mənzərə  çox cansıxıcı, boğucu, qüruru düşürən, can yandıran, bir sözlə adamın  başını aşağı salandır. Söhbətin nədən getdiyini yəqin təxmin edirsiz. İstənilən mübarizədə nifrət ola bilər, amma istər fərdlər arasında məişət, mövqe, var-dövlət uğrunda aparılan mübarizə, istər bəşər tarixinin hakimiyyət uğrunda ən gərgin mübarizələri, hətta müharibələri də istisnalar olsa da bir qanun, bir ləyaqət çərçivəsində aparılıb. 
Ölkənin indiki siyasi-mənəvi durumundakı böhran o qədər aydın görünür ki, onu dərindən təhlil edib, səbəb və nəticələri sadalamağa ehtiyac qalmır. Sanki  Mefistofel  Allahla mübahisə edəndə yaratdığı insanın heç nəyə qadir olmadığını, ona şüuru bəxş etməklə yalnışlığa yol verdiyini sübut etmək üçün kabus kimi bu ölkənin başı üzərində dayanıb.., bizləri Allaha göstərir. Çünki, baş verənlər Allahın insana lütf etdiyi dəyərlərin tam əksi, Mefistofelin-iblisin istəklərinin təntənəsidir.

Baxın, canı boğazına yığılmış, vətəndən müxtəlif səbəblərlə, təbii ki, xoş olmayan, hətta təhlükə yaradan səbəblər üzündən ölkəni tərk edib demokratik ölkələrə sığınan və doğmalarından, doğma yurddan ayrı düşməyin ağırlığını hər gün çiynində daşıyan, dərdini danışmağa adam tapmayan biri hirsindən-hikkəsindən onu bu günə salanlarla mübarizə aparmağa qərar verir. Və...Və başlayır bütün etik, milli, əxlaqi dəyərlərə zidd olan yollarla, vasitələrlə işlər görməyə. Münasibətin nifrətdən də artıq səviyyədə olmasından asılı olmayaraq öncə milli-mənəvi, sonra bəşəri dəyərləri məhv edən vasitələrlə mübarizə aparmaq qəbulolunmazdır. Təkrar edirəm, səbəblərin nədən yaranmasından asılı olmayaraq.
 
Qarşı tərəfin əks reaksiyası isə iki dəfə ondan pisdir. Tabeliyində nəhəng inzibati resursları, təbliğat vasitələri ola-ola  bütün milli, bəşəri, əxlaqi dəyərləri məhv edən, üstündən xətt çəkən, sağalması onilliklərə qalan yollarla, iyrənc vasitələrlə, ən düşük əməllərlə mübarizə aparmaq yolunu seçməyin zərbəsi birinci millətə dəyir. Uşaqlıqdan aldığımız tərbiyə, oxuduğumuz dastanlar, nağıllar, kitablar, cəmiyyətin formalaşdırdığı əxlaq normaları bizə düşmənçiliyin də mərdcəsinə, ləyaqətlə aparılmasını təlqin edib.  Əsrlərdən gələn və formalaşan şərəf və ləyaqət prinsipləri gözümüzün qabağında darmadağın olur. Bu mənzərəyə baxmaq olmur, bunu sakit qarşılamaq mümkün deyil. Bu kədərli mənzərəni hər gün yaşayan bir Azərbaycan vətəndaşı tapın ki, desin bu işdən, bu mübarizə yolundan razıdır.     

Açıq deyək, əgər uzaqdakına əlin yetə bilmirsə, onun doğmalarından “imtina etmək”(daha doğrusu, “etdirmək”) ərizələrini almaq, sonra da bu imtinanı  bəyan edib təbliğ etmək profilkaktika hesab olunurmu, başqalarının da gözünü qorxutmaq  məqsədinə çatmaqdırmı? Nəyi təbliğ edirik? Satqınlığımı? Təsəvvür edin Qarabağ müharibəsi gedir, əsir düşənə deyirlər dövlətinin, millətinin, ölkənin əleyhinə filan işi gör səni öldürməyək, incitməyək. Bu günkü mənzərə sabaha potensial satqınlar ordusu yetişdirməyi əks etdirmirmi? Bunu görən gənc, bu təbliğatın qarşısında hansı mərdlikləri özündə tərbiyə edəcək? Hətta imtina edən, qadınlar olsa belə... Ana, bacı, həyat yoldaşı, və zərif cinsdən olan digər qohum-əqrabalar olsa belə.  Biz bir millət olaraq sabah hansı mərd xüsusiyyətimizlə övladlarımızı tərbiyə edəcəyik? Hakimiyyətin təzyiqi ilə oğlundan, qardaşından, ərindən, dayısından, əmisindən imtina edənlərləmi? Tarixən o qədər real həyatdan, bədii əsərdən sitat gətirə bilərik ki, necə qorxmaz, əyilməz xanımlar olub. Dekabristlərin özü qədər xanımlarının etdikləri hərəkət onları əbədiləşdirib. Sabah nə ilə qürur duyacaq bu millət? Kimi nümunəvi ata, ana, bacı, qardaş hesab edəcəyik? İmtina ərizəsi yazanlarımı? Harda qaldı “itə ataram, yada satmaram” qüruru?

Qınamıram, bu hər birimizin doğması ilə baş verə bilər və “boğulanda meymun da balasını ayağının altına alır” kimi mahiyyətcə qısır olan  misalla  özlərinə təskinlik verə bilərlər. Təəssüf ki, bizə aid olan belə qısır deyimlərimiz az deyil və bir təhlükə hiss edəndə “qarın qardaşdan irəlidir” kimi daha bir mənasız , amma reallığı əks etdirən misallarımız və ona uyğun saysız-hesabsız hərəkətlərimiz var. Yeri gəlmişkən, bu tendensiya çox təhlükəlidir: hüququ, şərəfi, ləyaqəti, vətəni uğruna deyil, qarnına görə qardaşını bada verən nəhəng potensial kütlənin varlığı daha təhlükəli, daha iyrəncdir.
  
“Bu tablo karşısında kendini değersiz, yalnız, korumasız, sahipsiz, itibarsız hissetmeyen bu ülkenin tek bir evladı, vatandaşı var mı gerçekten?”. Bu sözlər Türkiyənin çox istedadlı köşə yazarlarından olan Levent Gültəkinə aiddir və qardaş ölkədə də buna bənzər hadisələrə etirazını bildirən müəllif  bu sualı həm də bizim üçün verib. Doğrudan da özünüzü statusunuzdan asılı olmayaraq bu durumda güvəndə hiss edirsinizmi, cənab nazirlər, “cənab dilənçilər”? (son kəlmə Bulqakova məxsusdur)
Belə vəziyyətlərdə kim qabağa düşüb müdriklik edə bilər? Tərəfləri çəkindirər, qınayar, doğru məsləhət verməyə kimin statusu imkan verər? Ziyalı çox yüksək statusdur və şəxsən mən o statusa hələ iddia etmirəm. Əgər millətin ziyalı bildiyi adamlar bu kədərli mənzərəni görüb susursa, deməli cəmi Azərbaycanda bu status –vakantdır.  Din xadimi necə? Barışdırıcı və çəkindirici, tövsiyyə və məsləhət vermək missiyasını yerinə yetirməlidirmi? Bəlkə də kritik anlarda ən çəkindirici faktor- “Allahdan qorxun” kəlamı ilə ortaya düşən din xadiminin nüfuzu olardı. Amma, bizdə bu nüfuza sahib bir din xadimi belə yoxdur, bu missiyanı  yerinə yetirəcək ruhani yeri də..,  vakantdır.
  
Önündə Qarabağ matəmagahı dayanan bir millətin, bir dövlətin qarşısında asılan kədərli mənzərəni görürsünüzmü? 

İlham İsmayıl

Dünyanın ilk uzaqdan beyin əməliyyatı həyata keçirildi - MARAQLI
Yeni Zelandiya canisini qorxudub qaçıran qəhrəman danışdı: "Pos terminal cihazını üzərinə atdım"
"Bəziləri bunu elə təqdim edirlər ki, elə bil birinci sərəncamdı..."
Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var
Amerikanın simvolu, yoxsa tarixi şəxsiyyət? - "Sem dayı" kimdir?
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Müsahibə
"Nə qədər iddialı danışsa da belə bir şəxsin xalqdan dəstək alacağı mümkünsüz görünür"
Cəmiyyət
Millət vəkilləri Xocalı məktəbindəki Novruz tədbirində iştirak edib
Dünya
Alimər qəhvədə prostat xərçənginin dərmanını kəşf etdilər
Gündəm
“Bunu etsək, hətta Bakıdakı bəzi insanlar da bölgələrə üz tutar”
Cəmiyyət
“O, az sözlə böyük mənzərələr yaratmağın ustası idi...” - Cavanşir Yusifli...
Həftənin ən çox oxunanları
"Azərbaycan tərəfinin "Bako Saakyanla Bərdədə və ya Gəncədə görüşməyə hazırıq" deməsi..."
Bakirəliyini yapon iş adamına satan azərbaycanlı model elə görüntüsünü paylaşdı ki... FOTO
Deputatlar “eşşək” ləqəbli sədrlərini hər dəfə belə qarşılayır...-FOTO+VİDEO
“Azərbaycan nəinki hücuma, ildırımsürətli əməliyyata hazırlaşır” + İşğalçı səksəkədə...
"Təkcə bizə məxsus ticarət obyektlərində qışda 47, yayda 60 min azərbaycanlı çalışır"
Mürəkkəbi qurumamış əfv sərəncamına görə Prezidentə məhbus atasından minnətdarlıq məktubu
“Gözləyirdim ki, həmin raketləri atacaqlar...” – Zakir Həsənov erməniləri təəccübləndirdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."
Cavid Qurbanova qarşı növbəti təxribat: Onlar qanun, yoxsa Allah qarşısında cavab verəcək?
Baş məhbus azad olunmadı, O əfv gözləmir və heç kimi əfv etmir...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə