Xəbər lenti
14/12/2018 [14:41]:
Spiker: "Sənədlərdə qoşunların Azərbaycandan çıxarılması tələb edilir"
14/12/2018 [14:40]:
“Bu, Putinin səviyyəsində…” - Erməni diasporundan Paşinyana ŞOK
14/12/2018 [14:27]:
Yeni ildə sevdiklərimizə nə hədiyyə edək?
14/12/2018 [14:25]:
Xələf Xələfov yeni vəzifəsində: Nə iş görəcək?
14/12/2018 [14:12]:
Saakyan Paşinyanın yanından qayıdıb təcili hərbi müşavirə keçirdi və...-FOTO+VİDEO
14/12/2018 [14:11]:
Paşinyan Qarabağda HÜCUMA BAŞLADI - SON DƏQİQƏ
14/12/2018 [14:04]:
Firdovsi Umudov istefa verəcək? - Açıqlama
14/12/2018 [14:03]:
Tarkanın paylaşdığı videonun sirri ortaya çıxdı
14/12/2018 [14:00]:
Ruhi Əliyeva məşhur müğənnini Bakıya gətirir – FOTO
14/12/2018 [13:57]:
Rəşad Sadıqov: "Bayrağı təxribatçıdan almaq üçün ona tərəf qaçdım"
14/12/2018 [13:56]:
“Axı niyə palma qarışıqlı yağlardan istifadə etməliyik?”
14/12/2018 [13:50]:
Hava XƏBƏRDARLIĞI - Yağış yağacaq, temperatur 5-7 dərəcə aşağı enəcək
14/12/2018 [13:49]:
“2018-ci il siyasi müxalifət üçün ciddi bir nailiyyətlə yadda qalmadı”
14/12/2018 [13:46]:
Ərdoğandan ABŞ-a SƏRT XƏBƏRDARLIQ: "Bunu etməsəniz, oranı bombalayacağıq"
14/12/2018 [13:35]:
“Maşın şou”da məşhur müğənninin ALT PALTARI GÖRÜNDÜ - FOTO
14/12/2018 [13:33]:
"Yalnız xalq Qarabağın taleyi ilə bağlı yekun sözü deməli, lazım gələrsə..."
14/12/2018 [13:19]:
Federasiya prezidenti Milli Olimpiya Komitəsinin prezidentinə təşəkkür etdi - FOTOLAR
14/12/2018 [13:17]:
Qlobal borc rekord vurdu: Ən çox borcu olan ölkələr
14/12/2018 [13:15]:
İranın “estetik qadınları”: Onları nə həbs, nə də şallaq cəzası qorxudur
14/12/2018 [13:08]:
“Öyrəndiklərimizi bir müddət sonra niyə unuduruq?” sualına məşhur rəssamdan sadə cavab...
14/12/2018 [13:06]:
Bakıda mərasim zalları və yas çadırlarının şok qiymətləri - 3 min manata VİP çadırlar...
14/12/2018 [12:55]:
Azərbaycanda adambaşına düşən tullantının miqdarı AÇIQLANDI
14/12/2018 [12:53]:
ABŞ Səudiyyə vəliəhdini Kaşıkçının qətlində ittiham etdi - RƏSMİ
14/12/2018 [12:50]:
Partlayıcı oyuncaqlar və pirotexniki vasitələr aşkarlandı
14/12/2018 [12:48]:
Agentlik “quş qripi” ilə bağlı əhaliyə xəbərdarlıq etdi
14/12/2018 [12:41]:
Hacıbala Abutalıbov uşaqlara məsləhət verdi - VİDEO
14/12/2018 [12:41]:
SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb - FOTO
14/12/2018 [12:41]:
Sərhəd kəndində yaşayan sakinlərlə səyyar görüş keçirildi -FOTOLAR
14/12/2018 [12:32]:
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
14/12/2018 [12:32]:
Gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar növbəti test imtahanı keçirildi
14/12/2018 [12:31]:
"Bu Paşinyanı vadar edir ki, onları tutduqları vəzifədən uzaqlaşdırsın"
14/12/2018 [12:23]:
Ermənistanda beynəlxalq müşahidəçi  qarət edildi
14/12/2018 [12:15]:
28400 ədəd elektron siqaret aşkar edildi
14/12/2018 [12:14]:
Dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait 100 dəfə artıb
14/12/2018 [12:10]:
Bakı Limanı köçürülür
14/12/2018 [12:09]:
Prezidentin və Mehriban xanımın çay içdiyi stəkanları öz şkafında yadigar saxlayır...
14/12/2018 [11:58]:
Qardaşının arvadına sataşan şəxslə bağlı yeni xəbər - Hadisə bu rayonda baş veribmiş - VİDEO
14/12/2018 [11:52]:
Dünyada cavan deputatların sayı artıb - RƏSMİ
14/12/2018 [11:45]:
"Belə bir mühüm görüşün Bakıda keçirilməsi onu göstərir ki..." - ŞƏRH
14/12/2018 [11:45]:
Ziyafət Əsgərovun qardaşından sərt açıqlama: “İşləniləsi deyil, nifrət olunmalı sistemdir”
14/12/2018 [11:44]:
15 ildə gənclər sahəsinə ayrılan vəsait 100 dəfə artırılıb
14/12/2018 [11:42]:
Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov
14/12/2018 [11:38]:
15 yaşlı qızı qaçıran oğlana cinayət işi açıldı
14/12/2018 [11:36]:
"Azərbaycan "Rosatom"un təklifini analiz etməlidir..."
14/12/2018 [11:36]:
“İki ölkə də Azərbaycanda AES tikmək üçün müraciət edib…"
14/12/2018 [11:35]:
Nəsimi Paşayev yeni vəzifəyə təyin edilib
14/12/2018 [11:33]:
Bakıda mənzildən 7 kiloqrama yaxın narkotik vasitə AŞKARLANDI
14/12/2018 [11:31]:
Lavrov: “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı siyasi savaş meydanı olmamalıdır”
14/12/2018 [11:28]:
Lavrov və Çavuşoğlu Bakıda görüş keçirir
14/12/2018 [11:27]:
Azərbaycanlı mer 10 min lari qarşılığında azad olunub, amma...
14/12/2018 [11:13]:
Donald Tramp Ağ Evin aparat rəhbərliyinə öz kürəkənini gətirir
14/12/2018 [11:02]:
ADU-da Çinin siyasi tarixinə dair seminar keçirildi
14/12/2018 [10:55]:
Coli keçmiş əri Bred Piti müflis etmək niyyətindədir
14/12/2018 [10:54]:
Azərbaycanda kassa aparatları dəyişdiriləcək
14/12/2018 [10:44]:
Bakıda QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb
14/12/2018 [10:39]:
Bakıda “Dini qurumlar və sosial media” mövzusunda konfrans keçiriləcək
14/12/2018 [10:37]:
Ermənilər Azərbaycan torpaqlarının  51 min hektarını şumladı... - FOTOLAR
14/12/2018 [10:37]:
"Seçkiyə qədər ayda 2 dəfə Qarabağa gələn Paşinyan indi Saakyanı yanına çağırır..."
14/12/2018 [10:37]:
Spiker: "Gənclər ölkə həyatının bütün sahələrinə cəlb edilirlər"
14/12/2018 [10:31]:
Lavrov: “İstəyirik ki, Qarabağ münaqişəsi ədalətli həll olunsun”
14/12/2018 [10:28]:
Bu gün hava yağmurlu olacaq - Proqnoz
14/12/2018 [10:26]:
Qubada cinayətdə şübhəli bilinən 3 nəfər tutuldu
14/12/2018 [10:24]:
Ötən günün cinayət STATİSTİKASI: 31 nəfər saxlanılıb
14/12/2018 [10:20]:
Parlamentlərarası İttifaqın 5-ci Qlobal Konfransı başlayır
14/12/2018 [10:17]:
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirildi
14/12/2018 [10:11]:
Bakıda liftdəki qəzaya görə daha bir nəfər həbs olundu
14/12/2018 [10:09]:
İzafi təmizkarlığın təhlükəsi aşkarlandı...
14/12/2018 [10:02]:
Ələkbər “Maşın”da niyə yoxdur? - Murad söz vermişdi...
14/12/2018 [09:58]:
Ermənistan atəşkəsi 26 dəfə pozdu
14/12/2018 [09:57]:
ABŞ-ın Azərbaycandakı yeni səfiri təsdiqləndi
14/12/2018 [09:44]:
“Sadəcə, qorxaqlar belə hərəkət edir” - Qurban Qurbanov
14/12/2018 [09:41]:
Baş nazir sosial müdafiə ilə bağlı qərarlarda yenilik etdi
14/12/2018 [09:39]:
Turizmlə bağlı yeni mexanizmlər yaradılır
14/12/2018 [09:24]:
Erməni azarkeş London stadionunda separatçı rejimin bayrağı və  terrorçu Montenin əksi ilə yürüş etdi- FOTOLAR
14/12/2018 [09:21]:
“Rəşid Behbudov heç vaxt ad günü keçirmək istəmirdi” - XATİRƏ
14/12/2018 [09:12]:
Rəşad Məciddən maraqlı AÇIQLAMA: “Qələmsizlər...”
14/12/2018 [09:10]:
Səbailin icra başçısı köhnə müavini işdən azad etdi, yenisini gətirdi - TƏYİNAT
14/12/2018 [09:08]:
Fikrət Qocanın ABŞ-da yaşayan Günay qızı... - FOTO
14/12/2018 [09:02]:
Manatın bugünkü MƏZƏNNƏSİ
14/12/2018 [08:18]:
12 yaşlı Məhəmməd mental riyaziyyat üzrə dünya çempionu oldu-FOTO
Bütün arxiv bir sırada
24/02/2018 [13:57] - Cəmiyyət - ( 943 dəfə baxılıb)

Xocalıda şəhid olan milli qəhrəmanın həyat yoldaşı: “Son gülləsi bitənə kimi döyüşüb, sonra əsir düşüb” (FOTO, VİDEO)



Xocalı faciəsinin 26-cı ildönümü ərəfəsində o dəhşətləri gözü ilə görmüş, o cəhənnəmdən sağ qurtula bilmiş, lakin qəlbinin yarası hələ də qövr edən insanların xatirələrini işıqlandırmaqda davam edirik.

Bu dəfə Pirşağı qəsəbəsində, Xocalı qaçqınlarının kompakt yaşadığı “Qızıl Qum” sanatoriyası adlanan  ərazidə olub, faciə şahidlərini dinlədik.

Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzovun ailə üzvləri ilə görüşüb, onların xatirələrinə işıq durub. O insanların ki, onlar igidlik və mərdlik nümunəsi göstərərək, vətəni və xalqı üçün sinələrini sipər ediblər. Xalqın dar günüdə özünümüdafiə taboru yaradaraq, Xocalının müdafiəsinə qalxıblar.

Milli qəhrəman Ələsgər Novruzovun həyat yoldaşı Şükubə Mustafayevanın  yaşadığı evə yollandıq. O 26 il öncəyə qayıdaraq, göz yaşları ilə başlarına gələnləri danışdı.

Bildirdi ki, Ələsgər Novruzov Laçın rayonu, Kürtacı kəndindəndir, məşhur Soltan bəyin nəticələrindən biridir. Şükubə xanım özü isə Xocalıdandır. Onlar bir toy şənliyində tanış olaraq ailə qurub, çox gözəl həyat yaşayırmışlar. Cütlüyün 3 övladı dünyaya gəlir. Lakin xoşbəxtlikləri çox da uzun sürmür, 1992-ci ilin fevralına qədər...

“Həmin gecədən bir gün öncə həyat yoldaşım posta getmişdi. O, özünümüdafiə taborunun dəstə komandiri idi . Deyirdi ki, ermənilərin nə qədər ki, torpaqlarımızı işağl etmək, müstəqilliyimizi əlimizdən almaq istəyir, bizə rahatlıq yoxdur. Həmin gecə anaların, uşaqların ahı-naləsi ərşə dirənən gün idi. Buna baxmayaraq Xocalıya heç bir yerdən kömək gəlmədi. O gecə Xocalı od tutub, yanırdı. Xocalı sakinləri, öz doğma şəhərləri ilə birlikdə külə dönürdü. Mən, atam və  həyat yoldaşım orada idik. Lakin uşaqlar bizimlə deyildi. Noyabr ayında qayınatam rəhmətə getmişdi. Onun  40 mərasimində iştirak edəndən sonra nənəsi uşaqları yanında saxladı, biz isə  Xocalıya qayıtdıq”.

Həmsöhbətim deyir ki, hadisələr əslində 1992-ci ilin fevralında yox, 1988-ci ildə başlamışdı və 4 il idi ki, insanlar təlaşda idi: “1988-ci ildə Xankəndindən böyük bir erməni dəstəsi Xocalıya hücum etdilər. Ot tayalarını, bir neçə yaşayış evini yandırdılar. Ancaq Xocalının məğrur, mərd oğlanları onlara həddini bildirdi və geri çəkilməyə məcbur oldular. Bu hadisədən sonra Xocalıda beş nəfərdən ibarət ilk gizli şura yaradıldı. Onlardan biri də həyat yoldaşım Ələsgər Novruzov idi. 1992-i ilə qədər başımıza güllələr  yağsa da, öz yurd-yuvamızı tərk etmədik. Heç niyyətimiz belə yox idi. Kim istəyər ki, öz doğma obasından çıxsın. Fevralın 25-i günü, axşam saat 10-11 radələrində dörd tərəfdən fişənglər atdılar. Bu fişənglərin atılması ilə Xocalının taleyi həll olundu. Yoldaşım isə komandanlıq etdiyi dəstəsi ilə silaha sarılıb, “Noragah” adlanan posta getdi. Noragah kəndində ermənilər yaşayırdı. Bizim kəndlə oranı bir asfalt yol ayırırdı. Dedilər ki, tanklar artıq Noragah kəndindən Xocalıya giriblər. Yoldaşım dəstəsi ilə birlikdə səhərə qədər döyüşmüşdü. Biz isə qonşularla birlikdə evimizin zirzəmisində gizlənmişdik. Xocalı sakini Murad Məhərrəmov zirzəmiyə gələrək, artıq ermənilərin kənddə girdiklərini xəbər verdi və camaata kənddən çıxmağı tapşırdı. Mən Ələsgər olmadan kənddən çıxmağa razılaşmadım. Murad bildirdi ki, gecə saatlarıdır və yəqin ki, o döyüşür. Dedi ki, ermənilər ya zirzəmiyə bomba atıb, sizi partladacaq, ya da əsir aparacaq. Zirzəmidə olan adamları xilas etməliyik. Evimizin zirzəmisinə toplaşanlarla birlikdə başqa bir yerdə yarımçıq binaya girdik. Təqribən bir saat orada qaldıq. Orada dəhşətli mənzərənin şahidi olduq”.

Ş.Mustafayeva orada qaldıqları müddətdə ermənilərin yaşlılara, uşaqlara necə əzab-əziyyət verdiyini, qadınları, qızları güllələdiyini gözülə gördüyünü deyir: “Atam da orada idi və aylar sonra bu faciənin qurbanı oldu. Böyrəkləri xəstə olduğundan soyuğa davam gətirmədi. Qarın üstündə sürünməkdən soyuqladı. 11 aydan sonra dünyasını dəyişdi. Bir saat  orada yoldaşımı gözlədim. Yenə də gəlmədi. Daha sonra Qarqar çayının kənarına getdik. Çay dərin olmasa da, çox gur idi. Qar yağır, şaxta qılınc kimi kəsirdi. Buna baxmayaraq girdik suya... Çətinliklə çayı keçib, meşəyə girdik. Əynimizdəki paltarlar donmuşdu. Hər tərəf qar, çılpaq meşə... Hər tərəfdə də erməni postları vardı. Haraya gedəcəyimizi bilmirdik. O qədər qorxu-təlaş keçirirdik ki,  istiqaməti müəyyənləşdirə bilmirdik. Yol axtarırdıq ki, erməni postunun üstünə çıxmayaq. Qəfildən iki istiqamətdən atəş açmağa başladılar. Həmin meşə ilə əgər 100 nəfər gedirdisə, 10 nəfəri təsadüf nəticəsində sağ qalırdı. Dərin bir arx yox, səngər yox, düz yer idi, hansı istiqamətdən güllələndiymizi də müəyyən edə bilmirdik. Ağappaq qarın üstündə xocalıların qanı göllənmişdi. Gördüklərim bu gün də kino lenti kimi gözümün önündən getmir. Yanımda Nuridə adlı qadın var idi, yanında da iki uşağı... Birini qucağına götürmüşdü. Uşağa güllə dəymişdi, artıq ölürdü. Ölən uşağın 10 yaşı vardı. Xırıltılı səslə anasına dedi ki, mənim ayaqqabımı çıxar qardaşıma ver, o geyinsin. Anası onu qanı axa-axa ermənilərin Şelli kəndinə gətirdi. Bunlar bizim gördüklərimizin  demək olar ki, az bir hissəsidir. O dəhşətli gecədən sağ çıxmağım bu gün də möcüzədir”.

Şükubə Mustafayeva dərin bir ah çəkərək həyat yoldaşının necə şəhid olmasından danışdı: “Ələsgər isə Noragah postunda qaldı. Şahid olanlar deyir ki, o, son gülləsi bitənə kimi başçılıq etdiyi dəstə ilə qəhrəmancasına döyüşüb. Onlarla ermənini qanına qəltan edib. Daha sonra yaralanıb və əsir götürülərək Xankəndinə aparılıb. Mart ayının 30-da onun nəşini aldıq. Əsirlikdə yanında olanlar ona necə işgəncə verdiklərini danışıblar. Ələsgərin 4 ədəd qızıl dişi var idi. Ermənilər onun qızıl dişlərini çəngəllə söküblər, qollarını qırıblar. Hərbi geyimdə olduğu üçün daha da amansızcasına əzab veriblər. Onun yanında olan Ramiz adlı bir nəfər danışırdı ki, Ələsgəri həddindən artıq çox döyürdülər. Lakin işgəncədə olsa da, ölənə qədər “Qarabağ sizin deyil, heç zaman da sizin olmayacaq” sözlərini deyib. Təəssüflər olsun ki, nə qədər cəsarət göstərsə də, qüvvələrin qeyri-bərabərsizliyi öz işini gördü. Bu gün onun ailəsi olaraq göstərdiyi qəhrəmanlıqla fəxr edirik və vətən sağ olsun deyirik”

Qeyd edək ki, Ələsgər Novruzov 1988-ci ilin fevralından müdafiə üçün gizli silahlı dəstələrin yaradılmasında və onların silahlandırılmasında böyük rol oynayıb. 1988-ci il sentyabrın 18-də Xankəndidən minlərlə erməni qulduru Xocalıya hücum edərkən onlara qarşı silahlı müqavimət göstərən 30-40 nəfər igid Xocalı oğlanlarından biri də Ə.Novruzov olub. Getdikcə vəziyyət gərginləşdiyindən yaradılmış gizli silahlı dəstələrdən birinə Ə.Novruzov rəhbərlik edib, qeyri-rəsmi komandir kimi tanınırdı. Xocalının ilk özünümüdafiə dəstələrinin, sonralar isə batalyonun döyüşçülərinə atıcılıq məharətinin, silahlardan istifadə etmək bacarığını öyrədirdi.

25 fevral 1992-cı il tarixində Ə.Novruzov öz rəhbərlik etdiyi dəstəyə bildirib ki, döyüş ağır olacaq. Təxminən gecə saat 11-ə qalmış başlanan döyüşdə Ə.Novruzovun dəstəsi misilsiz qəhrəmanlıqlar göstərib. Ə.Novruzov sərrast atıcı olduğundan 20-yə qədər erməni quldurunu məhv edib. Səhər saat 5-ə qədər öz mövqelərindən çəkilməyən döyüşçülər artıq ermənilərin cinahından çəkilməyə məcbur olublar. Xocalıda olan yeganə beşmərtəbə binaya tərəf döyüşə-döyüşə çəkilərkən Ə.Novruzov ağır güllə yarası alıb. O son gülləsinə qədər döyüşüb, sonra isə huşsuz qalıb. Ermənilər onu əsir alaraq, işgəncələr verərək qətlə yetiriblər.(musavat.com)


"Mendeleyev cədvəlindəki bu sirləri bilmədən kainatın dərki mümkün deyil..."
Rus mühəndis Terminatorun oxşarını yaratdı - MARAQLI
“İnsan əti yeməkdən bezdim” deyərək polisə təslim oldu - DƏHŞƏT...
Doğuş keçirən qadını bu hala saldılar - DƏHŞƏT...
Oğurluq üçün girdiyi binada 48 saat bu şəkildə qaldı - FOTO
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
“Öyrəndiklərimizi bir müddət sonra niyə unuduruq?” sualına məşhur rəssamdan sadə cavab...
Cəmiyyət
"Azərbaycan "Rosatom"un təklifini analiz etməlidir..."
Gündəm
Ermənilər Azərbaycan torpaqlarının  51 min hektarını şumladı... - FOTOLAR
Mədəniyyət
“Rejissora ithaf olunan tamaşada onun görüntüləri və səsindən istifadə ediləcək”
Cəmiyyət
İntihar edən şəxsi xilas etmək üçün 13 TIR yan-yana düzüldü - İBRƏTAMİZ...
Müasir Ədliyyə
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
Putin Paşinyandan niyə çəkinir?
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
"Bunu edən adam öz namussuzluğunu ictimailəşdirdi"
"Lotu Quli"nin azadlığa çıxdığı anın görüntüləri yayıldı - VİDEO
Kremlin Silah palatasında erməni fahişəliyin sübutu olan unikal eksponat... - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə