"O mahnılar qəlbimin sevgisindən, hərarətindən yoğrulub"
Oxunub: 1856
25 Feb 2018 | 08:08
Ürəkləri fəth edən nəğmələrin müəllifi İlhamə Quliyevanın vəfatından iki il ötür 

Moderator.az kaspi.az-a istinadən yazını təqdim edir.

İlhamə Quliyeva oxuyurdu... Səsi dalğa-dalğa yayıldıqca, könüllərin pünhan duyğularını dilə gətirirdi. İlhamə Quliyeva oxuyurdu... Dodaqdan qəlblərə süzülən mahnıları dinləyənləri ötən günlərə qaytarır, acılı-şirinli xatirələrini dilləndirirdi. İlhamə Quliyeva "Ayrılıq nəğməsi", "Qaragilə" oxuyurdu, "Yaşın nə fərqi var", "Unut məni" deyirdi... Oxuduqca, səsi könülləri kaman kimi titrədirdi. Mahnılarında sevgi də vardı, nisgil də, həsrət də, sevinc də. Qəlbi həmişə gənc olan müğənninin mahnıları insanları sevməyə çağırırdı.  İlhamə sevgini tərənnüm edirdi, bütün qəlblərə bu gözəl duyğunu hakim olmağa səsləyirdi. "Sevirəm, hamı sevilsin", "Sevginin qədrini bilək", "Sevgi qəlbi titrədir" pıçıldayırdı.

İlhamə Quliyevanın ayrılmaq istəmədiyi, çox sevdiyi həyata vida deməsindən iki il keçir. Böyük müğənninin xoşbəxtliyi mahnılarının təkcə fondlarda, arxivlərdə deyil, daha çox yaddaşlarda, qəlblərdə, nəhayət dillərdə yaşamasıdır. Mahnılarından bircə bəndi bilməyən insan çətin tapıla...  

Son dovrlərin şou aləminin qarışıq mühiti, həvəskar müğənnilərin meydan sulaması onu bir az incidirdi. Müğənni əsil sənətə, peşəkar musiqiyə xələl gətirənlərə özünün böyük sənəti ilə cavab verirdi. Onun üçün sənətin aliliyi, müqəddəsliyi vardı.

İlhamə Quliyevanın sənətinin böyüklüyü ailə qaynaqlarından irəli gəlirdi. Onun musiqisinin ailə kökləri, sənətinin ailə bağlılığı vardı. Gözünü açandan musiqi səsi eşitmişdi. Musiqi ilk şirin laylası olmuşdu onun. Anası Tükəzban İsmayılovadan, atalığı, görkəmli tarzən Həbib Bayramovdan musiqi dərsi almışdı. Musiqi sənətimizin bu iki korifeyi ona xalq mahnılarımızın şirinliyini, muğamlarımızın incəliyini, bəstəkar mahnılarının həzinliyini aşılamışdı. O da uşaq vaxtından oxumaq, səhnəyə çıxmaq istəmişdi. Buna görə də həmişə müsahibələrində "evdə əsl musiqi akademiyası bitirmişəm" deyirdi. 
                    
Fikrət Əmirovun tapıntısı

Oxuduğu məktəbdə keçirilən bütün bayram tədbirlərində ifası ilə şagirdlərin və müəllimlərin  sevimlisinə çevrilmişdi. Ancaq valideynləri İlhamənin musiqi sənətinin daşlı-kəsəkli yolları ilə yürüməsini istəmirdi.

İlhamə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. 1962-ci ildə Moskvada Ümumittifaq Tələbə Festivalında birinci yer tutması, qayıdanda isə Dövlət Teleradio Komitəsi Estrada Simfonik Orkestrinin bədii rəhbəri, xalq artisti Tofiq Əhmədovdan  həmin kollektivə dəvət alması gənc qızın sənət yoluna ömürlük üz tutmasına səbəb olur. O vaxtdan uzun illər ərzində orkestrin solisti olan İlhamənin sənət yolu başlayır. O orkestrlə birgə çoxlu səfərlərə çıxır, bütün SSRİ-ni dolaşır, hər yerdə də böyük sevgi ilə qarşılanır.

İlhamənin ifa tərzini bəyənən görkəmli bəstəkar Fikrət Əmirov 1972-ci ildə onu Moskvaya, SSRİ Bəstəkarlar İttifaqının plenumuna dəvət edir. İlhamə Quliyeva konsertdə SSRİ televiziya və radio komitəsinin nəzdindəki estrada simfonik orkestri ilə yüksək səviyyədə çıxış edir. Bundan sonra böyük bəstəkar gənc müğənninin istedadına güvənərək onun üçün "Gülür ellər", "Göygöl", "Toy mahnısı", "Neyləmişəm" kimi lirik mahnılar yazır. Fikrət Əmirovun gənc estrada müğənnisi ilə əməkdaşlığı musiqi sənətimizə təkcə unudulmaz mahnılar və ifalar bəxş etmir, həm də mükəmməl bəstəkar-müğənni işbirliyini ortaya çıxarır. Xalq havalarına yaxın olan lirik mahnıları dinləyicilərin ürəyinə yol taparaq böyük rəğbətlə qarşılanır və uzun müddət televiziyada, radioda səslənən musiqilər arasında birinci yer tutur.  

İlhamənin əvəzsiz ifası müğənninin Cahangir Cahangirov, Tofiq Quliyev, Rauf Hacıyev, Ramiz Mirişli, Telman Hacıyev kimi Azərbaycan musiqisinin görkəmli bəstəkarları ilə işləməsinə yol açmışdı. Bəstəkarlar bu şirin və qəlbə toxunan səsə mahnılar yazmaqda maraqlı idilər. İlhamənin ürəklərə yatan məlahətli səslə oxuduğu mahnıları təkcə musiqinin nizamlarına cavab vermirdi, həm də dinləyicilərin dilinin əzbərinə çevrilirdi. Emin Sabitoğlu, Oqtay Kazımov, Elza İbrahimova, Hacı Xanməmmədov, Nəriman Məmmədov və başqa bəstəkarlar isə məxsusi İlhamə üçün silsilə əsərlər yazırdılar.

80-ci illərin əvvəli İlhamə Quliyevanın həyatında yeni bir səhifə idi. Görkəmli müğənni Rəşid Behbudovun yaratdığı Mahnı Teatrının solisti kimi çalışmasını, bu sənət ocağında böyük müğənninin rəhbərliyi altında daha da məşhurlaşmasını ömrünün unudulmaz illəri sayırdı: "Sənət aləmi daim öyrənməyi tələb edir. Müğənni olmaq yalnız səsə malik olmaq və mahnını ifa etmək deyil. Müğənni olmaq həm də ömür boyu öyrənməkdir. Böyük sənətkarlardan görüb-götürməkdir, onların təcrübəsinə yiyələnməkdir" - deyirdi müğənni. 

İlhamə Quliyeva son illər Faiq Sücəddinov, Xanım İsmayılqızı, Novruz Aslan, Aygün Səmədzadə, Gövhər Həsənzadə kimi yeni nəsil bəstəkarlarla çalışırdı. Həmçinin özünün də bəstələdiyi musiqiyə istedadlı müəlliflər tərəfindən sözlər yazılır və həmin mahnılar demək olar ki, hitə çevrilirdi. 

Süleyman Rüstəmin, Teymur Elçinin, Vaqif Səmədoğlunun, Baba Vəziroğlunun, Vahid Əzizin, Sona Vəliyevanın, Xanım İsmayılqızının, sözlərinə yazılan mahnılar İlhamənin ifasında el-el, oba-oba dolaşırdı. O, ifa etdiyi mahnılara elə bir möhür vururdu ki, sonradan həmin mahnılar fərqli ifalarda o cür ürəyəyatımlı səslənmirdi: "Mənim ifa etdiyim mahnıları hər kəs oxuya bilər. Oxuyurlar da. Ancaq o mahnılar mənim qəlbimin bütün sevgisindən, hərarətindən yoğrulub. Mahnılara yalnız qəlbin bütün sevgisini qatanda sevilir".
 
Ən uca zirvə

İlhamə Quliyeva ictimai-siyasi fəaliyyətlə də məşğul idi.  2007-ci ildə qərargahı Vaşinqtonda yerləşən Dünya Sülh Federasiyası tərəfindən İlhamə xanıma "sülh səfiri" adı verilmişdi. Həmçinin 2003-cü ildən etibarən Azərbaycanın bir qrup ziyalı qadını ilə birgə İlhamə Quliyeva BMT-nin Cenevrədə keçirdiyi bir sıra tədbirlərdə iştirak edərək Dağlıq Qarabağ münaqişəsində zərərçəkmiş azərbaycanlı qadın və uşaqların hüquqlarını müdafiə etmişdi. Belə tədbirlərin birində İlhamə xanım sözçü kimi də iştirak etmişdi. 2004-cü ildə Brüsseldəki Avropa Parlamenti binasının qarşısında Azərbaycan torpaqlarının işğal olunmasına etiraz mitinqində çıxış edən İ.Quliyeva sonradan həmin ağrılı məsələyə dair Qoteborq, Strasburq, Paris, İstanbul və s. yerlərdə müxtəlif konfrans və simpoziumlarda nitq söyləmişdi. Beynəlxalq tədbirlərdə fəallığı nəticəsində İlhamə xanım Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinə, 2004-cü ildə isə İH nəzdindəki Mədəniyyət Akademiyasına prezident seçilmişdi. 2002-ci ildə Dünya Qadınlar Konqresində təqdim edilmiş "Beynəlxalq mədəniyyət icraçısı" statusunu, "Türk dünyasının sənət kraliçası" adını, dörd "Humay" mükafatını əziz tuturdu. Amma, heç şübhəsiz, dövlət mükafatları, ən başlıcası da xalq artisti adı onun üçün daha dəyərli idi. Müğənni Azərbaycanın və Dağıstanın xalq artisti idi. "Şöhrət" və "Şərəf ordeni"nə layiq görülmüşdü. Bu yüksək mükafatları isə ona ulu öndər Heydər Əliyev təqdim etmişdi. İlhamə xanım özünə və doğmalarına diqqət və qayğısını əsirgəməyən ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutur, onu böyük hərarətlə, minnətdarlıqla yad edirdi: "Ulu öndər Tükəzban İsmayılovanı birincilər arasında prezident təqaüdünə, ölkə mədəniyyəti qarşısındakı xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görmüşdü. Evimizə zəng vurub Tükəzban xanımın səhhəti ilə, qayğıları ilə maraqlanırdı. Ulu öndər musiqi sənətinə böyük diqqət göstərirdi. Sevinirəm ki, həmin diqqət və qayğını prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da sənət adamlarından əsirgəmir" - deyə müğənni fərəhlə danışırdı. Müğənni 90-cı illərdə Rəşid Behbudov adına Mahnı Teatrında 8 Marta həsr olunmuş təntənəli gecədə görkəmli bəstəkar Faiq Sücəddinovun bəstələdiyi mahnılardan ibarət "Neylərsən?" adlı albomunun siqnal nüsxəsini ulu öndərə təqdim etmişdi.

"Mənim üçün Azərbaycan və Dağıstanın xalq artisti adına layiq görülməyim ən uca zirvədir. Yarım əsrdən artıqdır ki, səhnəyə xidmət edirəm, dünyanın az qala bütün ölkələrində çıxış etmişəm. Hər yerdə Azərbaycanı, doğma xalqımı layiqincə təmsil etmişəm. Məzlumlara kömək etmək üçün tez-tez xeyriyyə konsertlərində çıxış edirəm. Uzun illərdir qaçqın, məcburi köçkün ailələrinə yardım edirəm. Elə bu gün də müharibədən zərər çəkmiş 7 ailənin qayğısını çəkirəm... Mənim mövqeyim, sifətim həmişə bir olub. Həmişə dövlətçiliyimizə, böyük Heydər Əliyevin fikirlərinə sədaqətlə qulluq etmişəm. Bu gün İlham Əliyevin komandasındayam və həmişə də bu komandada olacağam" - deyə müğənni söyləyirdi. 

İlhamə Quliyeva "ifa etdiyim mahnılar xalqın sərvətidir. Bu sərvət heç vaxt bitməyəcək, heç vaxt tükənməyəcək" deyirdi. Müğənni bu əvəzsiz sərvəti xalqına bağışlayaraq dünyadan köçdü. Milyonlarla ürəklərdə İlhamə Quliyevanın sevə-sevə oxuduğu şirin, sevgi dolu nəğmələri qaldı.
Oxşar xəbərlər
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
GÜNLÜK
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 11:33
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
18 Apr 2024 | 11:31
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 11:33
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
18 Apr 2024 | 11:31
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir