Xəbər lenti
09/12/2018 [23:00]:
Ermənistanda əhalinin əksəriyyəti seçkilərə getmədi - YENİLƏNİB
09/12/2018 [22:24]:
“Huawei” qalmaqalına görə ABŞ səfiri Çin XİN-ə çağırıldı
09/12/2018 [22:17]:
Ər-Riyad Ankaranın tələbini rədd etdi
09/12/2018 [22:00]:
Heydər Əliyevin vəfatından 15 il keçir: "Nə qədər ki, Odlar Yurdu Azərbaycan var..."
09/12/2018 [21:35]:
Rusiya çempionu hamamda öldü
09/12/2018 [21:25]:
Sarkisyan səsvermədə problemlə üzləşdi -Cihaz keçmiş prezidenti tanımadı
09/12/2018 [21:17]:
Rəsmi Parisdən Trampa XƏBƏRDARLIQ: “Fransanın daxili işlərinə burnunu soxma!”
09/12/2018 [21:06]:
Şahnazryan Paşinyanı ifşa etdi: "Çünki onları zibil vedrəsinə atmaq istəmirdim..."
09/12/2018 [20:13]:
CAR-da dəhşətli qəza: 13 nəfər diri-diri yandı
09/12/2018 [20:09]:
Vanadzora seçkilərdə nəzarət üçün əlavə polis qüvvələri göndərildi
09/12/2018 [20:04]:
Fransalı nazir Trampa qəzəbləndi: "İşlərimizə qarışma!"
09/12/2018 [19:58]:
“Qarabağ” 6 cavabsız qolla qalib gəldi
09/12/2018 [19:40]:
İsrail bu ölkə ilə əlaqələrin bərpası üçün “Mossad”ı dövrəyə soxub
09/12/2018 [19:23]:
Saxta şeyxdən İYRƏNC TƏLƏB: "Bir-birinizlə əlaqəyə girin"
09/12/2018 [19:05]:
"Ailə qursam, ərimlə efirə çıxacam" - Mənzurə
09/12/2018 [18:57]:
“Toyota” 13 mindən çox avtomobili geri çağırır
09/12/2018 [18:51]:
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
09/12/2018 [18:43]:
Liftdə qalanlar xilas edildi
09/12/2018 [18:23]:
İran 2018-ci ildə raket sınaqlarının sayını iki dəfə artırıb
09/12/2018 [17:46]:
Parisdəki “Azərbaycan evi”nin rəhbəri: “Azərbaycanlılar üçün hər hansı təhlükə yoxdur”
09/12/2018 [17:36]:
Qətərdən Səudiyyə ilə bağlı gözlənilməz qərar...
09/12/2018 [17:31]:
DYP Mingəçevirdə reyd keçirib, 100-dən çox sürücü saxlanılıb –VİDEO
09/12/2018 [17:27]:
“Bəlkə pulları insanlara geri qaytarmağın vaxtı çatıb?” –ABŞ prezidenti Makrona çağırış etdi
09/12/2018 [17:24]:
Dilənçi qadının milyonluq villası aşkar edildi -FOTO
09/12/2018 [17:21]:
Paşinyandan seçici fəallığının az olmasına şərh: "İndi avtobuslarla seçici daşınmır"
09/12/2018 [17:16]:
Türkiyənin insan kimi rəqs edən ilk robotu səhnədə aşdı: ""Mini ada"nın digital ekranı və başı zədələnib"
09/12/2018 [17:08]:
Trampdan “seçkiə müdaxilə” üzrə araşdırmaya etiraz: "Bu, mənə 30 milyon dollara başa gəlib"
09/12/2018 [17:03]:
Prezident xalqdan üzr istəyəcək, vergiləri kəskin azaldacaq -Makron etirazçıların tələbləri ilə razılaşdı
09/12/2018 [17:00]:
İraq yenə sel suları altında qaldı, 7 nəfər öldü
09/12/2018 [16:59]:
Azərbaycanda yeni duz yataqları açılacaq
09/12/2018 [16:55]:
“Apple”dan Çinə qarşı növbəti sərt addım...
09/12/2018 [16:40]:
Belçikada milliyətçi partiya koalisiya hökumətindən çıxdı
09/12/2018 [16:18]:
“Bizim polisimizə lağ edənlərin polisi görün nələr edir” - Ərdoğan
09/12/2018 [16:11]:
Messi 15 milyon dollara təyyarə aldı -FOTOLAR
09/12/2018 [16:09]:
Qülləyə çıxaraq intihar etmək istəyən şəxs xilas edildi
09/12/2018 [15:58]:
Ermənistanda seçki məntəqəsində qanunsuzluq aşkarlandı - Səsvermə dayandırıldı
09/12/2018 [15:49]:
"Lotu Quli"nin azadlığa çıxdığı anın görüntüləri yayıldı - VİDEO
09/12/2018 [15:39]:
"Rusiya Ukraynaya zərbə vurmaq üçün güclü hərbi hücum bölmələri yaradır" - İDDİA...
09/12/2018 [15:38]:
Asfalt yollar, hündür binalar... - Daha “quşlar, quşlar ay, quşlar” oxuya bilmirik
09/12/2018 [15:34]:
Qızıl bahalaşacaq - dünyada 7 faiz, Azərbaycanda 9 faizdən çox... - EKSPERT
09/12/2018 [15:31]:
Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı AÇIQLANDI
09/12/2018 [14:49]:
Polis ictimaiyyət qarşısında Qurana and içdi: "Bir daha rüşvət almayacaq - FOTO
09/12/2018 [14:24]:
Elçin Əlibəylinin verilişi bağlandı
09/12/2018 [14:05]:
Sabahın hava proqnozu açıqlandı
09/12/2018 [13:47]:
Parisdə "sarı jiletlilər"in aksiyası zamanı saxlanılanların sayı 1726 nəfərə çatdı
09/12/2018 [13:23]:
Ermənistanda seçkilər olduqca passiv keçir - MSK ilk hesabatı verdi
09/12/2018 [13:10]:
Britaniya müdafiə nazirinin şəxsi parlament katibi "Brexit" sazişinə etiraz əlaməti olaraq istefa verib
09/12/2018 [12:58]:
Ermənistanda seçici səs verə bilmədi - Namizədləri tanımırmış
09/12/2018 [12:37]:
Professor: "Dilimizdə əcnəbi sözlərin işlədilməsi də ciddi problemlərdən biridir"
09/12/2018 [12:20]:
Everest dağını fəth etmək üçün dağçılara kömək edən tayfa - FOTOLAR
09/12/2018 [12:04]:
Serj Sərkisyan seçkilərdə iştirak edəcəkmi? - Partiyası açıqladı
09/12/2018 [11:52]:
Şakira vergi borcunu ödəməkdən yayındı...
09/12/2018 [11:50]:
Hacıbəylinin varisləri Azərbaycanın tarixi ilə tanış olublar - FOTO
09/12/2018 [11:42]:
Hollandiya sarı rəngə bürünür: "Sarı jiletlilər" hökümətin istefasını tələb edir
09/12/2018 [11:38]:
Qış gəldi və Kürdəxanıda sakinlər yenə yolsuzluq problemindən gileyləndilər - FOTOLAR
09/12/2018 [11:26]:
Leşenko xəstəxənaya çatdırıldı
09/12/2018 [11:21]:
Sumqayıtda gənc qız 2-ci mərtəbədən yıxıldı: vəziyyəti ağırdır
09/12/2018 [11:01]:
Heydər Əliyev paylaşdı: Putinlə birgə... - FOTO
09/12/2018 [10:54]:
Donald Tramp Ağ Evin aparat rəhbəri Con Kellinin istefa verəcəyini açıqlayıb
09/12/2018 [10:50]:
Cinayət Məcəlləsinə VACİB DƏYİŞİKLİK qüvvəyə mindi - Məsuliyyətdən azad olmaq üçün...
09/12/2018 [10:48]:
Əliyevin Rusiyada “hamının hamıya” təklifinin səbəbi
09/12/2018 [10:28]:
Bakıda ağır qəza – QADIN ÖLDÜ, YARALILAR VAR
09/12/2018 [10:18]:
Bu gün İslam ümmətinin başına nadanların gəlməsinin nəticələrini yaşayırıq...
09/12/2018 [10:10]:
Ermənistanda nə qədər azərbaycanlı əsir var? – Son məlumat
09/12/2018 [10:06]:
Fransada ümummilli etiraz günündə 125 min nəfər iştirak edib
09/12/2018 [10:05]:
Ermənistanda sükut günü pozuntusuz keçib
09/12/2018 [10:00]:
Rusiyanın tanınmış hüquq müdafiəçisi vəfat etdi
09/12/2018 [09:53]:
Ermənistanda növbədənkənar parlament seçkiləri başladı
09/12/2018 [09:49]:
Atəşkəs 30 dəfə pozulub
09/12/2018 [09:26]:
QORXUNC OLAY: cərrahı evə cağırıb öldürdülər - FOTO
09/12/2018 [09:22]:
Trampdan Fransaya TÖVSİYƏ - Vergiləri...
09/12/2018 [00:04]:
1385 etirazçı saxlanıldı, 118 nəfər yaralandı - Fransa çalxalanır
08/12/2018 [23:25]:
Trampın yeni baş hərbi müşaviri o olacaq
08/12/2018 [23:24]:
“Maşın” şousunun daha bir iştirakçısı bəlli oldu
08/12/2018 [23:23]:
NATO-nun baş katibi Gürcüstana ümid verdi
08/12/2018 [22:55]:
"Mikayıl Cabbarov bu düşüncə ilə təhsildə çox yeniliklər etdi, Ədalət Muradovsa UNEC-də..."
08/12/2018 [22:47]:
ABŞ Macarıstana təzyiq edir - Macarıstan isə ikili standartları pisləyir
08/12/2018 [22:28]:
Putin Paşinyandan niyə çəkinir?
08/12/2018 [22:16]:
Futbol çempionatı 6 ay müddətinə təxirə salındı -Paris od içində...
08/12/2018 [21:37]:
Yanğınlar zamanı ölənlərin sayı artıb - STATİSTİKA
Bütün arxiv bir sırada
25/02/2018 [08:36] - Cəmiyyət - ( 1004 dəfə baxılıb)

Sosial şəbəkə profilimiz kimliyimizi bəlli edirmi?



Moderator.az kaspi.az-a istinadən yazını təqdim edir.

Müasir dövrdə sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib. Hətta iş o həddə çatıb ki, səhər yuxudan duran kimi, ilk olaraq sosial şəbəkə hesablarımızı yoxlayırıq. Həmçinin gecə yatmazdan əvvəl də son yoxlamaları etmədən yata bilmirik. Cəmiyyətdə sosial şəbəkədən müxtəlif təbəqənin insanları müxtəlif məqsədlər üçün istifadə etdiyinə görə, bəzən fikirlər də haçalanır. 
Bir qisim insan sosial şəbəkəni sırf əyləncə xatirinə istifadə edir. Daha çox dost qazanmaq, əylənmək bu insanların başlıca məqsədidir. Onlar deyir ki, şəxsi həyatım və kimliyim burada özünü əks etdirmir. Digər bir qisim isə, bunun tam əksinə olaraq bildirir ki, sosial şəbəkə bizim kimliyimizi bəlli edir. Onlar üçün sosial şəbəkə əyləncə xarakteri daşımır. Bəs gənclərimiz necə fikirləşir? Sosial şəbəkə profilimiz bizim haqqımızda tam fikir formalaşdırırmı?

"Profillərimiz kimliyimizdir"
 
Həcər Tərlanlı, menecer
 
Həcər deyir ki, profillərimiz bizim şəxsi kimliyimizdir: "Sosial şəbəkələrdəki hesablarımız bizim həyatımızda vacib rol oynayır. Hətta iş üçün hansısa şirkətə müraciət edərkən sosial şəbəkələrdə aktiv olub-olmadığımızı da soruşurlar. Fikrimcə, profillərimiz bizim özümüzü ifadə formamızdır. Elə insanlar var ki, real həyatda o qədər ünsiyyətə meyilli deyillər, sosial şəbəkədə də az hallarda nəyisə paylaşdıqlarını görürük. Lakin bəzi insanlar sosiallaşmağı sevir, gündəlik həyatında necədirsə, bu onların profilində də görünür. Hansısa tanımadığımız istifadəçinin profilinə baxdıqda, asanlıqla onun maraqları, dünyagörüşü, həyata pessimist və ya optimist yanaşması, sevdiyi futbol klubu, oxuduğu kitablar və s. haqqında az da olsa, məlumat əldə edə bilirik".
 
Amma digər tərəfdən Həcər düşünür ki, bir insanı tanımaq üçün onunla real ünsiyyət qurmaq daha vacibdir: "Çünki birbaşa əlaqə, jestlər və mimika, insanın səs tonu və digər amillər onun haqqında tam təsəvvür formalaşdırmağa imkan verir. Digər tərəfdən isə, bu, insanın xarakterindən asılı olan məsələdir. Bəzi insanlar özlərinə aid məlumatları nə ətrafındakı insanlarla, nə də sosial şəbəkədəkilərlə bölüşür. Həmçinin bir qrup insanlar işlərinə daha çox zaman ayırdıqları üçün sosial şəbəkədən yalnız vacib durumlarda istifadə edirlər. Belə istifadəçilərin profilləri isə kənardan o qədər də diqqəti cəlb etmir. Düşünürəm ki, sosial şəbəkələrdən aktiv şəkildə istifadə edənlərin profilləri onlar barəsində tam olmasa da, 70-80% fikir formalaşdırmağa imkan verir. Qalan təəssüratın formalaşması isə canlı ünsiyyətin üzərinə düşür".

"Bəzən yanılmalar olur"
Taleh Atakişiyev, teatrşünas 
 
Taleh isə bir qədər fərqli fikirdədir. O deyir ki, sosial şəbəkələr bizim kimliyimizi bəlli edə bilməz: "Müasir dövrümüzü sosial şəbəkələrsiz təsəvvür etmək çox çətindir. Əksəriyyətimiz bir neçə şəbəkə istifadəçisiyik. Onlar bizim haqqımızda ümumi məlumat bazası xarakteri daşıyır. Belə ki, sosial şəbəkə istifadəçisinin getdiyi yerlər, yazdığı statuslar, sevdiyi məşhurlar və kinoları bu şəbəkələr vasitəsilə öyrənirik. Hətta buradan insanın siyasi görüşlərini, nəyi sevib, nəyi sevmədiyini və digər bu kimi məlumatları almaq mümkündür. Amma fikrimcə, sosial şəbəkələr xarakterimizi əks etdirməkdə 100 faiz uğurlu deyil. Çox az hallarda ola bilər ki, klaviatura arxasındakı insanın kimliyini tanımaq mümkün olsun. Amma bu məlumatlar hər zaman düz olmaya bilər. Çünki bir çox insan başqaları nə deyər prinsipindən çıxış edərək olduqları kimi deyil, olmaq istədikləri kimi davranırlar. Bir çox istifadəçi buradan ya dostları ilə yazışmaq, ya da ki dünyada baş verən ən son yeniliklər və xəbərlərlə yaxından tanış olmaq məqsədilə istifadə edir. İnsanın da Ay kimi görünməyən tərəfləri çoxdur. Bu baxımdan düşünürəm ki, sosial şəbəkələr insanın xarakterini tam olaraq aydınlaşdırmır".
 

"Hər iki hal mümkündür"
Arzu Ağayeva, jurnalist
 
Arzu məsələyə bir qədər fərqli aspektdən yanaşır. Onun fikrincə, əslində hər iki hal mümkündür. Çünki insanlar real həyatda olduğu kimi, virtual aləmdə də maska geyinməyi bacarırlar. Həmsöhbətim deyir ki, buna görə də hamını ümumiləşdirmək olmur: "Bu barədə ümumi fikir bildirmək bir qədər düzgün olmaz. Əslində, hər kəs real həyatda olduğu kimi, sosial şəbəkələrdə də öz xarakterinə uyğun davranır. Real həyatda maska geyinməyi sevən, olduğundan fərqli görünməyə çalışan insanlar sosial şəbəkələrdə də cilddən-cildə girməyi bacarırlar. Adətən, dostluq siyahımızda olan əksər sosial şəbəkə istifadəçiləri bizim tanıdığımız şəxslər olur. Yəni onların əksəriyyəti ilə demək olar ki, şəxsən tanışıq və kimin necə biri olduğuna az-çox bələdik. Amma bəzən çoxluq virtual aləmdə özünü daha fərqli şəkildə göstərmək üçün cəhdlər edir. Xüsusilə də instaqram istifadəçiləri bura daxildir. Burada hər kəs özünü olduğundan daha dəbdəbəli, zəngin və xoşbəxt göstərmək üçün əlindən gələni edir. Amma hətta filosoflar belə, insanın tam xoşbəxt olmasını mümkünsüz sayır. Yəni demək istədiyim odur ki, insanlar olduqlarından çox daha fərqli görünmək üçün heç nədən çəkinmirlər. Belə olan təqdirdə isə, həmin adamlar haqqında birmənalı fikir formalaşdıra bilmirik. Çünki real həyatda tanıdığım rəfiqəmi bəzən instaqram və feysbukda tanıya bilmirəm. Sadə və səmimi insanlar hər gün getdiyi kafeni sosial şəbəkədə paylaşmağı mənasız hesab edir. Onlar üçün selfi, status, ünvan paylaşmaq elə də önəmli sayılmır. Əsas odur ki, vaxtlarını səmərəli şəkildə keçirib dostları ilə əylənsinlər. Bu şəxslər üçün sosial şəbəkə sadəcə əyləncə xarakteri daşıyır".

Paşinyandan seçici fəallığının az olmasına şərh: "İndi avtobuslarla seçici daşınmır"
Türkiyənin insan kimi rəqs edən ilk robotu səhnədə aşdı: ""Mini ada"nın digital ekranı və başı zədələnib"
Trampdan “seçkiə müdaxilə” üzrə araşdırmaya etiraz: "Bu, mənə 30 milyon dollara başa gəlib"
Messi 15 milyon dollara təyyarə aldı -FOTOLAR
Ermənistanda seçki məntəqəsində qanunsuzluq aşkarlandı - Səsvermə dayandırıldı
Ədliyyə: 1918-2018
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Dilənçi qadının milyonluq villası aşkar edildi -FOTO
Cəmiyyət
Bu gün İslam ümmətinin başına nadanların gəlməsinin nəticələrini yaşayırıq...
Dünya
Ən pis işləri görən və adam yerinə qoyulmayan tayfa -FOTOLAR
Mədəniyyət
“Bu, yalnız mənim yox, həm də teatrımın və ölkəmin uğuru oldu”
Siyasət
“Yunanıstan Türkiyənin Ermənistanıdır”
Həftənin ən çox oxunanları
"Əgər Prezident Leyla xanımı bu vəzifəni qəbul etməyə razı sala bilsə..." - TƏKLİF
Fitnəkar ruslar ermənilərə Naxçıvanı da vəd etdilər: Bəs bizimkilər niyə susur...?
Bu deputat Cəbrayılın kəndindəki erməni ailələrinin hər birinə 10 min dollar bağışlayıb...-VİDEO
Raket belə onu dayandırmaqda acizdir! - Putinin təkərli sığınacağı...
“Vəfa Quluzadə, Tofiq Zülfüqarov və mən istefa verməsəydik, böyük problemlər olacaqdı”
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
“Fağır” Ermənistan silahlanma sürətinə görə dünyada üçüncü, Avropada birinci oldu...
Gələcək intim necə olacaq? - Alimlərdən maraqlı açıqlama...
Tramp ata Buşun dəfnində yarıməsrlik ənənəni pozdu - FOTO+VİDEO
Arif Əsgərov hardan biləydi ki, baldızı oğlu təhlükəli sularda üzür: Bir həbsin izi ilə...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə