Xəbər lenti
17/12/2018 [08:13]:
Bərdədə torpaq üstündə kütləvi dava oldu -Ay camaat, torpağımızı erməni alıb e, erməni!..
17/12/2018 [07:40]:
Xoşbəxt o kəsdir ki, əlində olanlar üçün şükür edər və başqalarının əlində olana göz yumar…
17/12/2018 [01:44]:
Qurban Qurbanov: "Çətin oyunun olacağını hiss edirdik"
17/12/2018 [00:36]:
Porfelləri qoltuqlarına verilmiş eks- məmur qudaların şərikli London biznesi üzə çıxdı...
17/12/2018 [00:29]:
“Paşinyana dedim ki, niyə susmusan, Putindən qorxursan?” - Lukaşenko (Video)
17/12/2018 [00:18]:
Sual altında olan sabah üçün heç kəs yaxasını kənara çəkməsin...
16/12/2018 [22:21]:
Azərindən Mübarizi təhqir edən məxluqa cavab: "Şərəfsizə sənin ən gözəl cavabın..."
16/12/2018 [21:30]:
Dünyadakı qarşıdurmaların kökündə ilk növbədə din mafiyaları dayanır - İDDİA
16/12/2018 [20:58]:
Göydən həqiqi pul yağışı yağdı, aləm qarışdı, polis hərəkətə keçdi - VİDEO
16/12/2018 [20:39]:
Kafedə partlayış - 42 yaralı
16/12/2018 [20:17]:
Oğulun anasını bıçaqlama səbəbi bilindi
16/12/2018 [19:23]:
"Azərbaycan bu il hərbi məhsul ixracını 9,2 faiz artırıb" - Nazir müavini
16/12/2018 [18:50]:
“Qəbələ” “Sabah”ı məğlub etdi
16/12/2018 [18:32]:
Bakıda pikap aşdı, 2 yaralı var
16/12/2018 [18:32]:
81 yaşlı buludlar kraliçası 60 ildir ki, uçur... - FOTOLAR
16/12/2018 [18:25]:
Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirildi - FOTOLAR
16/12/2018 [18:02]:
Əlincəqala qədər əyilməz, Əshabi-Kəhf qədər müqəddəs torpağın qurucu rəhbəri...
16/12/2018 [17:49]:
Afrində bazarda partlayış - 5 ölü, 20 yaralı
16/12/2018 [17:32]:
“Anamın şəxsi əşyalarını şəhidliyindən 23 il sonra mənə çatdırdılar…”- Ceyhun Əsgərov-VİDEO…
16/12/2018 [17:30]:
Astarada 3 balıqçı xilas edildi
16/12/2018 [17:01]:
Burak və Fahriyenin atalarından nəvəyə 140 minlik hədiyyə
16/12/2018 [16:48]:
Akif Nağı Moskvada görüşlər keçirdi - FOTO
16/12/2018 [16:28]:
Sənin də döşünü kəssəydilər...
16/12/2018 [16:27]:
"Film setlərində cinsi münasibətdə olmuşam" - Cenifer Lopezdən böyük etiraf
16/12/2018 [16:24]:
Dələduzluqla üzləşən Şəhid bacısından DİN və Baş Prokurorluğa MÜRACİƏT...
16/12/2018 [16:23]:
İlk qadın prezidenti and içdi - Gürcüstanda
16/12/2018 [16:21]:
Hacı Mazanın rəis oğlu işdən çıxarıldı... -Ramil Usubovdan əmr
16/12/2018 [16:19]:
Azərbaycanda “Yalquzaq” snayper tüfəngi və əl pulemyotlarının seriyalı istehsalına başlanıldı
16/12/2018 [16:16]:
Qaban ilində doğulan yüksək vəzifəli məmurlar - SİYAHI
16/12/2018 [16:14]:
Nüfuzlu "The Lancet" jurnalından maraqlı araşdırma: 1,3 milyon nəfər avtoqəzada...
16/12/2018 [16:00]:
Rəsmi Tehran geri çəkildi, ABŞ-a gözlənilməz çağırış etdi: "Birbaşa danışıqlara hazırıq"
16/12/2018 [15:57]:
Qazaxda yolların təmiri davam edir -FOTOLAR
16/12/2018 [15:54]:
Bütün dünyanı böhrana sürükləyən əsas səbəb: Rotşild ailəsi ilə ABŞ "Dərin dövlət"inin savaşı - Araşdırma
16/12/2018 [15:50]:
Rəssam Hitler - Fürerin çəkdiyi portret
16/12/2018 [15:43]:
Müşfiq Ələsgərlinin oğurlanmış velosipedi tapıldı - FOTO
16/12/2018 [15:31]:
Aparıcının “Bahalaşmaya etiraz edək” şərhi Ərdoğanı qəzəbləndirdi: "Ey əxlaqsız, bura Parisdirmi?"
16/12/2018 [15:29]:
“Tramp Ərdoğana Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinə çalışdıqlarını deyib” - Çavuşoğlu
16/12/2018 [15:17]:
“Sarı jiletlilər” aksiyaya dünyaya yayılır - İndi də Kanada ayağa qalxdı
16/12/2018 [15:15]:
Misirdə 4400 illik tapıntı -FOTOLAR
16/12/2018 [15:14]:
Nərminin Mübarizə “hücumunu” ermənilər nə tez gördü?
16/12/2018 [14:25]:
Suriya Milli Ordusundan Türkiyəyə mesaj - “15 min əsgərlə hazırıq”
16/12/2018 [14:06]:
Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərildi -FOTOLAR
16/12/2018 [14:02]:
İsveçrədə turistləri daşıyan avtobus qəzaya uğradı - 44 nəfər yaralandı
16/12/2018 [13:53]:
İndoneziyada vulkan püskürdü - Kül 3 km-ə çatdı
16/12/2018 [13:51]:
"Düşmən öz əlimizlə bizi vurur"
16/12/2018 [13:48]:
Nazirlik əhaliyə xəbərdarlıq etdi – Dekabrın 19-dək...
16/12/2018 [13:47]:
Azərbaycan kişiləri EVLƏNƏNDƏ ən çox ruslara, ukraynkalara üstünlük verir - RƏSMİ
16/12/2018 [13:42]:
Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub
16/12/2018 [13:38]:
Bakıda tikinti bumu mənzillərin qiymətini UCUZLAŞDIRACAQ
16/12/2018 [13:20]:
Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13 ili tamam oldu
16/12/2018 [13:03]:
Ramil Usubov rəisi sərəncama göndərdi
16/12/2018 [13:02]:
İrəvan bütün cəbhələrdə uduzur: 2019 Qarabağ ilidir
16/12/2018 [12:50]:
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüş keçirildi
16/12/2018 [12:07]:
Azərbaycanda oğuldan anasına qarşı DƏHŞƏTLİ HƏRƏKƏT - Küçənin ortasında - FOTOLAR
16/12/2018 [12:03]:
Prezidentin səhifəsindən Mübarizlə bağlı MÖHTƏŞƏM PAYLAŞIM
16/12/2018 [11:59]:
Dörd yaşında itən uşaq 25 yaşında evinə qayıtdı - İNANILMAZ...
16/12/2018 [11:32]:
Qadınların adi səhvləri - Kişilər niyə özünü sevilməyən hiss edir?
16/12/2018 [11:28]:
İçərişəhərdə yeni aşkarlanan qədim hamam belə bərpa edilir - REPORTAJ - FOTOLAR
16/12/2018 [11:09]:
"Qara narkotik"dən tam azad olma, ölkə iqtisadiyyatını bu xəstəlikdən xilas etmə şansı...
16/12/2018 [10:52]:
Ermənilər Gədəbəyin kəndini atəşə tutdu
16/12/2018 [10:48]:
Amerikanın yeni strategiyası işə düşdü: neft ölkələri təhlükədə
16/12/2018 [10:31]:
Netanyahunun oğlundan feysbukda ŞOK PAYLAŞIM – “Bütün müsəlmanlar...”
16/12/2018 [10:20]:
Adamı görmədən də sevmək olur- insanı sevdirən əməlləridir...
16/12/2018 [10:14]:
"Amerikanın enerji dominantlığı üfüqdədir” - "Sem dayı" dünyanı qazla "boğacaq"...
16/12/2018 [10:12]:
İran MDB Dəmiryolları Birliyinə üzv oldu
16/12/2018 [09:49]:
Trilyon dollar tapsaq, xoşbəxt olarıqmı?..
16/12/2018 [09:40]:
Salyanda baş vermiş qəzada Ukrayna vətəndaşı olan azərbaycanlı dünyasını dəyişib
16/12/2018 [09:36]:
Həkimlər ŞOK YAŞADI - Uşağın mədəsindən 2 kq...
16/12/2018 [09:31]:
"Neftçi"nin futbolçusu: "FİFA referisi düzgün görməli, 9 metr əvəzinə 12 metr saymamalıdır"
16/12/2018 [09:22]:
Çaylarda suyun səviyyəsində artım müşahidə olunub
16/12/2018 [09:13]:
Dünyanın ən çox turist cəlb edən məkanları - SİYAHI
15/12/2018 [23:48]:
"Təhqir olunan hər bir şəhidin haqqını qorumaq bizim borcumuzdur"
15/12/2018 [23:21]:
Məhkəmə Züleyxaya yeddi il iş kəsdi...
15/12/2018 [23:00]:
Daha bir məşhur üçün "Maşın" əldən getdi
15/12/2018 [22:46]:
Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan tarixi -“Ruhani diplomatiyası”
15/12/2018 [22:43]:
“Beşiktaş” Pepe ilə yollarını ayırdı
15/12/2018 [22:38]:
Şərəfsizlik lövhəsinə gətirən səhv addım...
15/12/2018 [22:30]:
“Məni Salatın Əsgərova ilə birgə şəhid olmaqdan cəmi beş dəqiqəlik zaman ayırdı...”
15/12/2018 [22:27]:
“Zəng vurdum ki, İlham, mənə təcili 900 milyon dollar lazımdır…”
15/12/2018 [22:21]:
Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR
Bütün arxiv bir sırada
25/02/2018 [16:55] - Cəmiyyət - ( 1266 dəfə baxılıb)

Generallar Xocalıya həsr olunmuş sərgidə - Foto + Video



Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası on ildir uğurla həyata keçirilir. 

Moderator.az xəbər verir ki, fevralın 24-də “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı “Qarabağın səsi” adlı rəsm əsərlərindən ibarət sərgi və ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanın Milli qəhrəmanları, Xocalı soyqırımının şahidləri, ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, tanınmış ictimai və siyasi, mədəniyyət və incəsənət xadimləri, idmançılar, “ASAN xidmət”in əməkdaşları, KİV-lərin və QHT-lərin təmsilçiləri iştirak ediblər.

“Qarabağın səsi” aksiyası rəsm əsərlərində

“Qarabağın səsi” aksiyasına qısa müddət ərzində 300-dən çox rəsm əsəri qəbul edilib. Sərgidə iştirak uçun yaş məhdudiyyəti qoyulmayıb. İştirakçıların ən kiçiyinin dörd yaşı var. Seçim mərhələsinə həm qeyri-peşəkar, həm də peşəkar rəssamlar əsərlərini təqdim ediblər. Nəinki ölkə daxilindən, hətta Rusiya, Türkiyə, İsveç və İsraildən bu mövzu ilə bağlı əsərlər göndərilib.

Sərgidə, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış, Ermənistanın Azərbaycanın ərazilərinin 20 faizini işğal etməsi, həmin ərazilərdə dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və yaşlılara qarşı ağlasığmaz vəhşiliklərini və hərbi cinayətlərini, xüsusilə Xocalı soyqırımına dair fakt və sübutları əks etdirən kitablar, sənədli filmlər və digər əyani vəsaitlər təqdim olunub.

“Niyə öldürdülər, de, səni axı?”

Sərgi ilə tanışlıqdan sonra tədbir iştirakçılarına “Qarabağın səsi” aksiyasının gənc və istedadlı yaradıcı kollektivi tərəfindən Azərbaycanın tanınmış incəsənət xadimlərinin də iştirak etdikləri çox təsirli və zəngin ədəbi-bədii proqram təqdim olunub. Mərasimin təsirli məqamlarından biri Leyla Əliyevanın 2 yaşlı şəhid Zəhraya həsr etdiyi şeirin gənc istedad, Prezident təqaüdçüsü Fidan Hüseynova tərəfindən rusca səsləndirilməsi oldu. “Niyə öldürdülər, de, səni axı? O körpə canına necə qıydılar?” sətirləri ilə başlanan bu şeir 2017-ci ildə Füzulinin Alxanlı kəndinə ermənilərin atdığı mərmi nəticəsində həyatını itirən iki yaşlı qıza həsr olunsa da, deyə bilərik ki, bu, Qarabağ müharibəsi başlanandan bəri düşmən gülləsinə tuş gəlmiş neçə-neçə körpənin xatirəsinə bir elegiyadır.

Təqdim edilən ədəbi-bədii proqramda Azərbaycan Dövlət Xor Kapellası, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestri, Xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Fərqanə Qasımova, Abbas Bağırov, Sevda Ələkbərzadə, Mehriban Zəki, Tünzalə Ağayeva, “O səs Türkiyə” mahnı yarışmasının qalibi Elnur Hüseynov, “Söz” ədəbi layihəsinin rəhbəri şairə Nigar Həsənzadə, Azərbaycan Dövlət Pantomima Teatrının kollektivi, “Səma” rəqs qrupu, Azərbaycan Milli Konservatoriyasının tələbələri çıxış ediblər.

Rəhilə Quliyeva: Mən bu dəhşətli hadisəni dünyaya çatdırmaq üçün buraya gəlmişəm

Mərasimdə Xocalı soyqırımının şahidi Rəhilə Quliyeva çıxış edib. 1970-ci ildə Xocalıda dünyaya göz açmış Rəhilə Quliyeva orada boya-başa çatdığını, ömrünün ən xoş günlərini, eyni zamanda, ən dəhşətli faciəni də orada yaşadığını bildirib. “Ermənilər nə üçün Xocalını hədəf götürmüşdülər? Ona görə ki, onlar Xocalını alsaydı, Qarabağı işğal etmək onlar üçün çox asan olacaqdı və həmin gecə onlar buna nail oldular”, - deyən Rəhilə Quliyeva fevralın 25-dən 26-na keçən gecədə Ermənistan silahlı qüvvələrinin öz havadarları ilə birlikdə zirehli texnikalar vasitəsilə Xocalının dinc əhalisinə dəhşətli divan tutmasından danışıb. 

“O gecə həyat yoldaşımı, iki yaşlı oğlumu, qayınanamı, qayınatamı, dayımı, dayımın səkkiz yaşlı qızını, baldızımı, baldızımın həyat yoldaşını və körpə qızını, digər baldızımın həyat yoldaşını və oğlunu itirdim. Oğlumu qorumaq üçün onu kürəyimə bağladım. Özüm hamilə idim. Dörd yerdən güllə yarası almışdım. Ermənilər bizi arxadan atəşə tutdular. İki yaşlı oğluma dəyən güllə mənim və onun dünyaya hələ gəlməmiş bacısının həyatını qurtardı. Mənim körpə oğlum əsgər deyildi, düşmən tanımırdı, lakin şəhid oldu. Mən acılarımı sizinlə paylaşmaq deyil, bu dəhşətli hadisəni dünyaya çatdırmaq üçün buraya gəlmişəm”, - deyə ağrılı xatirələrini bölüşən Rəhilə Quliyevanı bütün tədbir iştirakçıları ayaq üstündə dərin və hüznlü bir sükut içində dinləyir, göz yaşlarını saxlaya bilmirdilər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının Xocalıda törətdikləri soyqırımı zamanı 613 soydaşımız həlak olub, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb. Mərasimdə bütün bunlar bir daha xatırlanıb və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Azərbaycanın bir parça torpağını belə güzəştə getməyəcəyi, Xocalı şəhidlərinin qanının yerdə qalmayacağı vurğulanıb.














“Paşinyana dedim ki, niyə susmusan, Putindən qorxursan?” - Lukaşenko (Video)
Əlincəqala qədər əyilməz, Əshabi-Kəhf qədər müqəddəs torpağın qurucu rəhbəri...
Qaban ilində doğulan yüksək vəzifəli məmurlar - SİYAHI
Budları ilə yatak və stul qırdı - İNANILMAZ....
Oyuncaq yaxalama videosu izləyicilərdə şok yaratdı - VİDEO
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Azərindən Mübarizi təhqir edən məxluqa cavab: "Şərəfsizə sənin ən gözəl cavabın..."
Cəmiyyət
Dələduzluqla üzləşən Şəhid bacısından DİN və Baş Prokurorluğa MÜRACİƏT...
Maraqlı
Qadınların adi səhvləri - Kişilər niyə özünü sevilməyən hiss edir?
Siyasət
"Qara narkotik"dən tam azad olma, ölkə iqtisadiyyatını bu xəstəlikdən xilas etmə şansı...
Ədəbiyyat
“Ağstafadakı evinin muzey olmasını istəyirdi, bu, vəsiyyəti idi” – İsa Muğannanın qızı
Müasir Ədliyyə
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Qazax və Ağstafada döyüş postlarının DSX-ya təhvil verilməsi nə ilə bağlıdır?
"Mübarizlə qeyri-bərabər döyüşdə düşmən 12 itki verir, 17-si ağır yaralanır..."
"Cəmiyyət görün nə gündədir ki, onun qəhrəmanlığını şübhə altına alanlar meydan sulayır"
İranda Ayaz Mütəllibovun ata Buşa tarixi etirazından bəhs edildi - Qarabağa görə...
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
Sənin də döşünü kəssəydilər...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə