“Səni aparıb nəvələrimin yanında başını kəsib oğlumun qisasını alacam...”
Oxunub: 8477
25 Feb 2018 | 22:47
 

“Səni aparıb nəvələrimin yanında başını kəsib oğlumun qisasını alacam...”
Moderator.az Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” kitabından sonuncu yazını təqdim edir. 

Yazının əvvəlki hissələrini bu linklərə daxil olmaqla oxuya bilərsiniz: 


Qeyd: Dürdanə Ağayeva 1972-ci ildə Xocalıda anadan olub. 1985-ci ildə atasını ürək əməliyyatı edən erməni həkimlər öldürüblər. O vaxtdan qardaşları Elşad,  Elman və Eldənizlə yetim qalıb. Onlar ana babalarının himayəsində böyüyüblər. 17 yaşından Xocalıda rabitə qovuşağında telefonçu işləyib. 1992-ci il fevralın 25-dən, 26-na keçən gecə meşədə ermənilərə qardaşı Elşadla birlikdə əsir düşərək, Əskəran şəhərindəki polis böməsinə aid binada səkkiz gün işgəncələrə məruz qalıb. İyirmi yaşında əsir düşən qadın sonradan öz əsirlik həyatı haqda “Erməni zindanında səkkiz gün” adlı kitab yazıb. 
 

“Səni aparıb nəvələrimin yanında başını kəsib oğlumun qisasını alacam...”

“Karo məni Xocalıya gətirdi. Orda binanın qarşısında maşını saxlayıb, özü binaya getdi. Sonra qayıdanda Vitaliylə qayıtdı. Danışıqlarından hiss edirdim ki, mübahisə edirdilər. Vitali Karoya dedi ki: “Qızı geri qaytar, onu Ağdamda qardaşıyla birlikdə geri qaytaracam. Karo məni maşına mindirib təhqir edə-edə geri qayıtdı. Yolda məndən soruşdu ki: “Eviniz hardadı?”. Mən də evimizin yerini göstərdim. Karo məni evimizin yanına gətirib maşından düşürdü. Orda Saşa adlı bir erməniyə yaxınlaşıb nəsə dedi. Sonra maşından götürdüyü rezinlə məni döyməyə başladı. Bu tərəfdən də Saşa məni döyməyə başladı. Saşa dedi ki: “Türklər mənim 27 yaşında oğlumu öldürüblər, iki uşağı yetim qalıb. Səni aparıb nəvələrimin yanında başını kəsib oğlumun qisasını alacam”. Məni o qədər döyüdülər ki, haya erməni qadınlar da gəlmişdi. Onlar Karoya deyirdilər ki: “Bu qızı ver bizə didim-didim edək”. Amma sonradan Karo mənə qışqırıb dedi ki: “Maşına min!”. Maşına minib geri qayıtdıq. Karo məni gətirib qaldığımız həbsxananın həyətinə atdı. Nəzarətçi gəlib qoluma girib məni yuxarı apardı. Elşad məni görən kimi qabağıma qaçdı. Dedi ki: “Karo səni hara aparmışdı? Çox narahat oldum”. Döyüldüyümü ona hiss etdirməmək üçün özümü güclə ayaqda tuturdum. Oturub Elşada Karonun məni evimizin həyətində döydüyünü dedim. Evimiz darmadağın olmuşdu. Heç nəyimiz qalmamışdı həyətində. 

“O gecə yatıb yuxuda gördüm ki, rəhmətlik atam yuxuma girib...”

Gecəni yatdıq. Gündüz yenə qapı açıldı və nəzarətçi dedi ki, Vitali səni çağırır. Vitalinin otağına getdim. O, mənə dedi ki: “Ağdamla danışdım. Sabah istədiklərimizi gətirən kimi sizi təhvil verəcəm. Amma gedib orda deməzsən bizə işgəncə verirdilər”. Buna sevinmişdim. Elşadla ikimiz bilmirdik nə edək. Tez bir zamanda burdan qurtulmaq istəyirdim. Ayağımdakı yara da məni çox incidirdi. O gecə yatıb yuxuda gördüm ki, rəhmətlik atam yuxuma girib. Atam yuxuda yolumun üstündə şam yandırıb dedi ki: “Niyə qaranlığa oturmusunuz? Mən qoymaram sizi qaranlığa qalasınız”. Yuxudan oyanıb bunları Elşada danışdım. Dedim ki, Elşad, atamız yolumuzda işıq yandırdı. Bu o deməkdir ki, biz xilas olacağıq. Gündüz bizi Vitali çağırtdırdı. Maşına mindirib Ağdama aparırdı. Maşında iki bacı və bir qadın əsir də var idi. Amma onlara bizim qədər işgəncə verilməmişdi. Karoyla Vitali bizi Ağdama gətirdi. Orda bizim əsgərlərlə danışdılar, amma nəsə razılaşmadılar. Bizi dəyişməyi bir saat sonraya saxladılar. Vitali Karoya dedi ki: “Bunları apar dediyim yerdə gözləsinlər. Mən deyəndə, gətirərsən”. Onda çox pis oldum. Fikirləşdim ki, artıq bizi öldürməyə aparırlar. 

“Dedi ki, siz türklər ancaq buna layiqsiniz...”

Karo bizi Lusya adlı bir qadının evinə gətirdi. Böyük stol açılmışdı. Stolun üstündə yemək-içmək nə desən vardı. Bizi orda qoydu. Qadın bizə yaxınlaşıb dedi ki: “Yemək yeyin. Mənim də oğlum sizin tərəfdə əsirdi, bu gün qaytaracaqlar. Mən də bir anayam. Vallah bu Qarabağ bizə qalan deyil, bunlar hamısı Rusiyanın oyunlarıdı”. Biz yemək yemədik. Amma su içdik. Neçə gün idi susuzluqdan ölürdük. Sonra qapı açıldı içər dörd-beş nəfər erməni hərbçi gəldi. Bizi orda görüb gülməyə başladılar. Oturub stoldakı yeməkləri yeyirdilər. Ermənilərdən biri gedib bir qab sümüyü gətirib qabağımıza atdı. Dedi ki: “Siz türklər ancaq buna layiqsiniz”. Yeyib içəndən sonra artıq sərxoş idilər. Erməni dilində Lusyaya bizi göstərib nəsə deyirdilər. Deyəsən bizi döymək istəyirdilər. Amma Lusya qoymadı. Onlara dedi ki: “Çıxın, gedib burdan”. Onlar da durub çıxıb getdilər. 

“Qəbristanlığın yanında atamın məzarını görüb son dəfə gedib vidalaşmaq istəyirdim...”

Bir saat sonra Karo gəldi. Lusya ona bizim yemək yemədiyimizi dedi. Karo əsəbi halda dilləndi: “Bu türklər biz donuz yediyimiz üçün bizdən iyrənirlər. Ona görə bizim çörəyimizi yeməzlər. Sənin oğlunu mən xilas edəcəm, sən yeməyi mənə ver”. Lusya Karoya cürbəcür yemək gətirirdi. Karo da yeməyi vəhşi kimi yeyirdi. Sonra bizi maşına mindirib dəyişiləcəyimiz yerə gətirdi. Orda bizim hərbçilərlə danışdıqdan sonra maşının qapısını açıb bizə qışqırdı: “Düşün yerə türk itləri. Sizi dəyişməsəydik, hamınızı güllələyəcəkdim”. Bizi təhvil verdilər. Yavaş-yavaş sırayla biz tərəfə irəliləməyə başladıq. Qəbristanlığın yanında atamın məzarını görüb son dəfə gedib vidalaşmaq istəyirdim, amma dedilər ki, ermənilər atəş açar ona görə gedə bilmədim. Bizi bu Ağdamda yaxınlarımız qarşıladı. Milli Qəhrəman Allahverdi Bağırov bizi qarşılayıb dedi ki: “Dürdanə ermənilər mənə səndən çox danışıblar. Halaldı sənə, sən çox mərd qızsan. Bu qədər işgəncələrə dözmüsən. Elşad, sən bilirsən ki, bacın səni də əsirlikdən xilas edib”. Allahverdi Bağırova bizi xilas etdiyi üçün təşəkkür etdik. 

“Anam bizi tanıyan kimi özündən getdi...”

Yaxınlarımın sağ olub-olmamasına görə narahat idim. Birdən gördüm ki, qardaşlarım Elman və Eldəniz də gəldilər. Onlarla qucaqlaşıb ağlaşdıq. Dedim ki, düzünü deyin nənələrimlə anam sağdı? Dedilər ki, bəli, hamısı sağdı. Amma həmin gecə ikisi də yaralanıb indi xəstəxanadadılar. Bizi jurnalistlərlə görüşdürdülər. Onlara başımıza gələn hər şeyi danışdım. Jurnalistlərdən bir mən danışdıqca hönkür-hönkür ağlayırdı Sonra nənəmgilin yaşadığı evə gəldik. Nənələrim məni görüb ağladılar. Gözüm anamı gəzdi görmədim. Dedim ki, düzünü deyin anam hardada?! Dedilər ki, xəstəxanadadı. Biz xəstəxanaya getdik. Anamın ayaqlarını da həmin gecə don vurmuşdu. Anama dedim ki, anacan, biz gəlmişik. Anam üzümüzə baxıb dedi ki: “Mənim qızım və oğlum ermənilərdə əsirdi. Onlar görmədiniz?”. Dedim ki, ana elə bizik də Dürdanəylə Elşad. Elə günə düşmüşdük ki, anam bizi tanımadı. Anam bizi tanıyan kimi özündən getdi. Həkimlər onu dərmanla ayıltdılar. 


Ayağım həkimlər tərəfindən əməliyyat olunub içindəki mərmi çıxarıldı. Amma çox əziyyət çəkdim. Həkimlər dedi ki: “Əgər erməni həkim ayağınıza spirt qoymasaydı, ayağın kəsilə bilərdi”. İndi mən Bakının Buzovna qəsəbəsində yaşayıram. Ailə qurdum, bir qızım var. Həyat yoldaşım və qızım mənə həyatda qalmaq üçün çox köməklik edirlər. Ermənilər bizim qadınların namusunu ləkələdilər. O günləri unuda bilmərəm. Bir gün İnş Allah torpaqlarımız alınar öz yurd-yuvalarımıza qayıdarıq”.

Vasif Əlihüseyn
Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."