“Türk qardaşlarımızla birlikdə döyüşə hazırıq: Bu gün Afrində, sabah Qarabağda!” -MÜSAHİBƏ
Müsahibə
Oxunub: 4218
27 Feb 2018 | 10:43
“Türk qardaşlarımızla birlikdə döyüşə hazırıq: Bu gün Afrində, sabah Qarabağda!” -MÜSAHİBƏ

“Natiq Nağıyevin dövlət və millət uğrunda sərgilədiyi fədakarlıq digər məmurlara nümunədir”

 

“Biz yalnız Qarabağı deyil, İrəvanı da, Göyçəni də azad edəcəyik”

 

Çağdaş dünyamızda diaspor təşkilatlarının rolunun sürətlə artdığı, bu təşkilatların ictimai sferada milli maraqlar konteksində mühüm layihələr reallaşdırdığı, bəzi hallarda hətta dövlətlərin rəsmi siyasətinə belə ciddi şəkildə təsir göstərdiyi günümüzün bəlli həqiqətlərindən biridir. Bu baxımdan Azərbaycanın xarıcdəki diaspor təşkilatlarının üzərinə böyük missiyanın düşdüyü, onların ölkə xaricindəki aktiv fəaliyyətinin dövlət və milli maraqlar baxımından müstəsna əhəmiyyət kəsb etdiyi şübhəsizdir. Bu baxımdan Ukraynanın Odessa şəhərində fəaliyyət göstərən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti təşkilatının fəaliyyəti də müstəsna əhəmiyyət kəsb edir. Odur ki, adıçəkilən təşkilatın sədr müavini Namiq Talıbovla söhbətimizdə təşkilatın tarixi, fəaliyyəti, gələcək hədəfləri və s. kimi məsələlərə aydınlıq gətirməyə çalışdıq.

 

-Namiq bəy, öncə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti təşkilatının tarixi haqqında məlumat almaq istərdik. Bu təşkilat nə zaman, hansı zərurətdən meydana çıxdı?

 

-İlk nöbədə qeyd edim ki, Odessa şəhərində bir çox təşkilat olub. İlk yaranan təşkilat isə “Dostluq” təşkilatı olub. Mən bu təşkilatı yaradanların hamısına öz təşəkkürümü bildirirəm. 2001-ci ildə isə konqresin təməli qoyulub. Konqres 2009-cu ilə qədər fəaliyyət göstərdi. Mənim konqresdəki fəaliyyətim isə 2005-2009-cu illəri əhatə edir. 2009-cu ildə müəyyən səbəblərdən təşkilat öz fəaliyyətini dayandırmalı oldu. Il yarım bundan əvvəl isə biz konqresin yenidən fəaliyyətinə başlamasına nail olduq.

 

-Təşkilatın yenidən fəaliyyətinə situmul verən kim və ya nə oldu? Necə oldu ki, 2009-cu ildə fəaliyyətini dayandıran Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti təşkilatını yenidən bərpa etməyə qərar verdiniz?

 

-Mən əminliklə deyə bilərəm ki, təşkilatın bərpa edilməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin İpək yolu üzrə nümayəndəsi kimi Odessaya göndərilən hörmətli Natiq Nağıyev həlledici rol oynadı. Natiq bəy təşkilat, onun fəaliyyətsizliyinin səbəbləri ilə maraqlandı. Qərara gəldik ki, təşkilatı bərpa edək. Odessada çoxlu azərbaycanlı yaşayır. Burda yaşayan 137-yə qədər millətin arasında, bu mürəkkəb mozaikada bizim öz yerimiz var. Onların hüquqi və s. müstəvidə problemləri olur. Qərara gəldik ki, biz bu müxtəlifliyin içərisində itib-batmamalıyıq. Burada bizim böyük ziyalılarımız, müxtəlif sahələr üzrə mütəxəssizlərimiz yaşayır. Odessada inanclı azərbaycanlıların da sayı çoxdur.

İlkin mərhələdə təşkilatın bərpası məsələsində ciddi çətinliklər oldu. Lakin bəzi soydaşlarımızın, xüsusilə də İlham Məmmədovun köməyi sayəsində təşkilatın bərpasına nail olduq. Bunu da qeyd edim ki, İlham Məmmədov “Lukoyl”un buradakı sabiq təmsilçisi olmaqla yanaşı, həm də olduqca vətənpərvər bir insandır. O hüquq sahəsində çalışıb. Odessa kimi bir şəhərdə cinayət-axtarış şöbəsinin rəisi olub. Bu günün özündə də konqresə maddi və mənəvi dəstək göstərir. 

Professor Mətin Hacıyev, iş adamı Cəlil Astanov, iş adamı Asif Məmmədov, ağsaqqal Müsəllim Əliyev də təşkilatımızın bərpa prosesində yaxından iştirak edib. İş adamı Nəzər Hacıyev də təşkilatımıza hər cür dəstək göstərir. 

Odessada çoxlu elm adamlarımız da var. Hüquq universitetinin professoru Mehman Dəmirli, professor Mətin Hacıyev və onlarla insanımız bu şəhərdə yaşayır. İnanclı qardaşlarımızın təmsilçiləri Elxan bəy, Namiq bəy, Hacı Pərviz, Hacı Malik və s. insanlarla da təşkilatımızın bərpası istiqamətində söhbətlər apardıq. Dövlətçiliyimiz, milli maraqlarımız naminə birləşməyə qərar verdik. Baxmayaraq ki, bu işin ağırlığını, məsuliyyətini dərk edirdik. Bilirdik ki, məhdud maliyyə imkanları - üzvilik haqqları, ianələr hesabına fəaliyyət göstərəcəyik. Ancaq bununla belə təşkilatın fəaliyyətini bərpa etməyə qərar verdik. Bu məsələdə əsas ağırlıq həm maddi, həm də mənəvi baxımdan Natiq Nağıyevin üzərinə düşdü. Mən fürsətdən istifadə edərək Natiq müəllimə öz təşəkkürümü bildirirəm. Əminliklə deyirəm ki, Natiq Nağıyevin Azərbaycan dövləti, milləti üçün etdiyi fədakarlıq digər məmurlarımıza örnəkdir.


-Odessadakı azərbaycanlıların vahid təşkilat ətrafında birləşdirilməsi yolunda ən böyük çətinlik nə oldu?


-Çətinliklər kifayət qədər çox idi. İnsanlarda müəyyən küskünlük, inciklik, ümidsizlik var idi. Bundan başqa, insanlarımız regionlar üzrə qruplaşmışdı. Biz insanlarımızın bu cür bölgüsünün aradan qaldırılmasına, onların azərbaycanlı adı altında, milli maraqlar konteksində birləşməsinə əhəmiyyətli dərəcədə nail olduq.

Bu gün biz dörd prinsip ətrafında birləşmişik. Bu prisiplər vətən, millət, dövlətçilik və azərbaycançılıqdır.

 

-Namiq bəy, təşkilat Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği istiqamətində də hansısa iş aparırmı?

 

-Bəli. Nəzərinizə çatdırım ki, bizim təşkilatda milli dəyərlər şöbəsi var. Orada bizim dini dəyərləmiz də təbliğ olunur. Bizdə qadınlar şöbəsi də mövcuddur. Burada ziyalı, aktiv qadınlarımız birləşib. Bizim Ağsaqqallar Şuramız da, hüquqi yardım şöbəsi də var. Insanlarımızın çoxu qanunları bilmədiyindən, müəyyən maneələri dəf edə bilmədiyindən burada sənədsiz yaşayıb. Təsəvvür edin 26 yaşlı gənc var ki, burada orta məktəbi bitirib, lakin əlində bir sənədi yoxdur. Nə Azərbaycan, nə də Ukrayna vətəndaşıdır. Nə də bir yerdə işləyə bilir.

Bundan başqa bizdə mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi var. Gənclər və idman şöbəsi də öz işini uğurla davam etdirir. Ramil Hacıyev boks üzrə olimpiya və dünya çempionudur. Azər Mustafayev Ukraynanın əməkdar məşqçisidir və bizim idmançılarımızın hazırlığı ilə məşğul olur. Nurəddin Əlibəylinin də əməyi böyükdür. Onlar yüksək hazırlıqlı idmançılar hazırlayırlar. Yəni təşkilatımızın fəaliyyət dairəsi kifayət qədər genşdir.

 

-Namiq bəy, Ukraynadakı Azərbaycan səfirliyi fəaliyyətinizə hansısa formada dəstək verirmi?

 

-Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bundan öncəki səfirlərin fəaliyyəti arzuladığmz səviyyədə olmadı. Mən onları qınamaq niyyətində deyiləm. Görünür, onların bacardıqları bu qədərdir. Lakin hazırkı səfirimiz bu sahədə daha istəkli görünür. Biz hətta hər hansı bir problemlə bağlı Azər müəllimlə əlaqə saxlayıb onu Odesaya dəvət edəndə, o, imkan daxilində bu dəvəti qəbul edib gəlir, probhlemimizlə maraqlanır.

Biz konsulluq fəaliyyətindən də çox narazı idik. Bizi narazı salan məqamlardan ən başlıcası süründürməçiliklə bağlı idi.

Biz həm sözdə, həm də işdə birlik prinsipinə əməl etməyi bacarmalıyıq. Cümhuriyyət quranlar, ondan əvvəlki ideoloqlar sözdə, fikirdə, işdə birlik ideyasını əldə rəhbər tutmuşdular. Güc olmaq üçün bir olmaq şərtdir. Bizim nail olmaq istədiyimiz də elə budur.

 

-Odessa şəhərinin faşist işğalından azad edilməsində Azərbaycanın bir çox milli diviziyaları iştirak edib. Həmin diviziyların, yaxud Odessa uğrunda döyüşlərdə həlak olan azərbaycanlıların xatirəsinə hər hansı bir abidə, yaxud park, xiyaban və  s. varmı?

 

-Odessa şəhərinin faşist hücumundan azad edilməsində Azərbaycan diviziyları mühüm rol oynayıb. Odessa şəhərinin rəhbərliyi bundan xəbərsiz olsa da, biz bununla bağlı onları məlumatlandırdıq. Nikolayev şəhərində ağsaqqalımız Yunis Əliyev öz vəsaiti hesabına böyük bir abidə inşa etdirib. 416-cı diviziyanın keçdiyi döyüş yolu ilə bağlı orada zəngin məlumatlar mövcuddur. Ancaq təəsssüflər olsun ki, Odessada bununla bağlı bu günə qədər heç bir  iş görülməyib. Odessa uğrunda gedən döyüşlərdə 27 nəfər azərbaycanlı həlak olub. Iki nəfər Sovet İttifaqı Qəhrəmanı adı alıb. Bu gün Odessanın azad edilməsində iştirak edən bir azərbaycanlı hələ də sağdır. Bu, Lerik rayonundan olan Ataxan babadır. O, bu gün 97 yaşındadır. Ataxan baba bizim Novruz bayramı ilə bağlı təşkil etdiyimiz tədbirdə iştirak etdi.

Odessanın azad edilməsinə görə sonradan verilən orden və medallar da var. Odessanın azad edilməsinin 70 illiyi münasibəti ilə 33 ədəd orden və medal verilib. Azərbaycan Hərbi Komissarlığı və Azərbaycan Veteranlar Şurası bu məsələ ilə bağlı bura siyahılar göndərib. Lakin siyahılar arasında ziddiyyətlər olduğu üçün meriya bu medalların təqdim edilməsini dayandırıb. Biz bu işlə əlaqədar olaraq bir komissiya yaratdıq. Meriya ilə görüşdük. O siyahıları onlardan aldıq və müəyyən araşdırmalar apardıq. Bizim araşdırmamız nəticəsində bəlli oldu ki, Naxçıvanda Odessa uğrunda döyüşlərdə iştirak etmiş və bu gün də sağ olan insan var. O, Babək rayonunun Şıxmahmud kəndindəndir. Biz çox istərdik ki, Odessa uğrunda döyüşən və bu gün həyatda olmayan insanların övladlarına, nəvələrinə bu medal təqdim edilsin. Biz öz siyahımızı konsulluğa təqdim etdik. Konsulluq isə bildiyimiz qədəri ilə səfirliyə təqdim etdi. Lakin hələ də bu medalların təqdimatı ləngiyir.

 

-Ötən il olduğu kimi bu il də Xocalı soyqırımının növbəti ildönümü təşkilatınız tərəfindən qeyd olundu. Sizcə Azərbaycanın istər Xocalı soyqırımı, istərsə də Qarabağ dərdi Ukrayna ictimaiyyəti tərəfindən yetərincə dərk olunurmu?

 

-Biz ötən il Xocalı soyqırımı ilə bağlı böyük bir tədbir hazırlamışdıq. Bu il də Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirdik. Biz fərqli cəmiyyətləri, dövlət orqanlarını bura dəvət edirik. Biz öz faciələrimizi, eləcə də Xocalı soyqırımını yaşadığımız dövlətin, ictimaiyyətin diqqətinə faktlar, sənədlər əsasında çatdırmaq üçün həmişə iş aparmışıq. Nə qədər acınacaqlı da olsa deməliyəm ki, Azərbaycanın Xocalı ağrısı, Qarabağ yarası Ukraynadakı bəzi insanlara çatmırdı. Onlar bu ağrını dərk edə bilmirdilər. Lakin Krımın Rusiya tərəfindən ilhaqından, Donbasdakı qarşıdurmalardan sonra Ukrayna xalqı bizim ağrılarımızı daha dərindən dərk etdi. Bunu da qeyd edim ki, Donbas uğrundakı döyüşlərdə Ukrayna vətəndaşı olan azərbaycanlılar fəal iştirak edib, onların bir qismi şəhid olub.

Xocalı yalnız bizim deyil, bütün türk və müsəlman dünyasının faciəsidir. Hətta Xatın, Serebrenitsa faciəsi belə Xocalı faciəsi qədər dəhşətli olmayıb. Ermənilərin özləri Xocalıda törətdikləri dəhşətləri yazdıqları kitablarda, çıxışlarında etiraf ediblər. Xocalı bizim qanayan yaramızdır. Bu günkü Ermənistan rəhbərliyi bu soyqırımının törədilməsində şəxsən iştirak edib. Onların hamısı mühakimə edilməli, layiqli cəzalarını almalıdırlar.

Ancaq onu da qeyd edim ki, biz sadəcə ildönümlərini qeyd etməklə heç nəyə nail ola bilmərik. Bir bir millət və dövlət olaraq birləşməli, Qarabağı azad etməliyik. Qarabağdan son erməni çıxana qədər biz düşmənlə mübarizə aparmalıyıq. Əgər hansısa erməni Qarabağda yaşamaq istəyirsə, Azərbaycan qanunlarını qəbul edərək, Azərbaycan bayrağı altında yaşamalıdır. Bu gün Azərbaycanda 120 minə yaxın erməni yaşayır. Biz heç vaxt heç kimin hüquqlarını tapdalamadıq, kimsənin torpağına əl uzatmadıq. Biz ancaq öz hüquqlarımızı, torpaqlarımızı qoruduq. Bu gün 60 yaşında olsam da, keçmiş döyüşçü və bir azərbaycanlı olaraq Qarabağ uğrunda döyüşməyə hazıram. Biz ali baş komandandan bu əmri gözləyirik. Prezident İlham Əliyevin dediyi kimi, İrəvanı da, Göyçəni də azad edəcəyik.

 

-Azərbaycan və türk ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan addımlardan biri də təşkilatınız tərəfindən Türkiyənin Suriyada keçirdiyi anti-terror əməliyyatlarına verdiyiniz dəstək aksiyası oldu. Ümumtürk maraqları aspektində reallaşdırılan bu aksiya ilə bağlı nə deyə bilərsiniz? Gələcəkdə də bu cür aksiyaların keçirilməsi gözləniləndirmi?

 

-Azərbaycan və Türkiyə hər kəsə bəlli olduğu kimi, bir millət iki dövlətik. Necə ola birər ki, Türkiyənin dərdi olsun, amma biz orda iştirak etməyək, onunla həmrəylik sərgiləməyək? Başqa cür hərəkət etsək, onda gərək Osmanlı dönəmində ölkəmizə edilən yardımları unudaq. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun bolşevik-daşnak ordusunu Bakıdan necə vurub çıxartdığını unudaq.

Biz eyni ananın övladlarıyıq. Biz bunu necə unuda, necə gözardı edə bilərik? Həmin aksiyadan əvvəl də, sonra da bizim burdakı bəzi soydaşlarımız, eləcə də mən ərizə ilə müraciət edərək türk ordusunun tərkibində terrorçulara qarşı vuruşmaq istədiyimizi bildirdik. Hamımız türk ordusunun əsgəriyik. Bizim üçün heç bir fərqi yoxdur: bu gün Afrində, sabah Qarabağda! Lazımdırsa növbəti gün Kərkükdə, o birsi gün Doğu Türküstanda olacayıq. Dövlətimiz və millətimiz üçün hara gərəkdirsə ora gedəcək, dövlətimizin və millətimizin maraqları nəyi diktə edirsə, onu edəcəyik. Buna kimsənin şübhəsi olmasın.

 

Seymur Əliyev

 

“Türk qardaşlarımızla birlikdə döyüşə hazırıq: Bu gün Afrində, sabah Qarabağda!” <i style=-MÜSAHİBƏ" src="//old.moderator.az/fotobaza/original/14678.jpg">“Türk qardaşlarımızla birlikdə döyüşə hazırıq: Bu gün Afrində, sabah Qarabağda!” <i style=-MÜSAHİBƏ" src="//old.moderator.az/fotobaza/original/14679.jpg">“Türk qardaşlarımızla birlikdə döyüşə hazırıq: Bu gün Afrində, sabah Qarabağda!” <i style=-MÜSAHİBƏ" src="//old.moderator.az/fotobaza/original/14680.jpg">
Oxşar xəbərlər
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"