Xəbər lenti
11/12/2018 [10:26]:
Bu gündən siqaretə qarşı "Səlib yürüşü" qanunu qüvvəyə mindi - XƏBƏRDARLIQ...
11/12/2018 [10:21]:
Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlandı
11/12/2018 [10:16]:
Azərbaycanda universitet rektoru 5 il müddətinə təyin ediləcək -FƏRMAN
11/12/2018 [10:14]:
Büdcə kəsirinin yarısını gömrük örtəcək –İllik proqnoz 11 ayda icra olundu
11/12/2018 [10:09]:
Axtarışda olan 24 nəfər saxlanıldı –DİN açıqlama yaydı
11/12/2018 [10:08]:
Hər üç yəhudidən biri Avropadan qaçmağı düşünür –Avropa İttifaqı Təməl İnsan Haqları Agentliyindən qalmaqallı hesabat
11/12/2018 [09:59]:
Ötən gün Azərbaycan yollarında 2 nəfər öldü
11/12/2018 [09:58]:
"Hər bir işçini işə götürdüyümüz zaman psixoloji durumları və gərginlikləri ölçülür"
11/12/2018 [09:56]:
Vasif Talıbov idmanla bağlı tapşırıq verdi
11/12/2018 [09:54]:
““Şimal axını- 2”ni tərk edin” - Vaşinqtondan çağırış
11/12/2018 [09:51]:
Makron güzəştə getdi - Kasıblar vergi ödəməyəcək
11/12/2018 [09:48]:
Putinlə Merkel ABŞ-ı narahat edən məsələdən danışdı
11/12/2018 [09:44]:
Nobel mükafatları sahiblərinə verildi - FOTOLAR
11/12/2018 [09:38]:
2018-ci ilin rəmzi komandasına namizədlər açıqlandı - Siyahı
11/12/2018 [09:38]:
Xətainin bir hissəsi qazsız qalacaq
11/12/2018 [09:33]:
Cəbhədə təxribat - Müdafiə Nazirliyi məlumat yaydı
11/12/2018 [09:32]:
ABŞ Şimali Koreya məmurlarına sanksiya tətbiq etdi
11/12/2018 [09:31]:
Makron etirazçıları razı salmaq üçün 10 milyard avrodan keçib
11/12/2018 [09:28]:
Samuel Uymzə 100 illik yubuley medalı niyə verilməsin…
11/12/2018 [09:25]:
Ana bətnindəki körpəsini öldürdü - Lənkəranda
11/12/2018 [09:22]:
Məscidlərdə korrupsiyaya qarşı mübarizə xütbələri oxunacaq - İbrətamiz...
11/12/2018 [09:00]:
Azərbaycan millisinin rəqibləri müəyyənləşir - PÜŞKATMA
11/12/2018 [08:57]:
Manat və dolların bugünkü MƏZƏNNƏSİ
11/12/2018 [08:55]:
Deputat: “Kimsə mənim və qohumlarımın adıma bircə səhm tapsa, söz verirəm ki, ona bağışlayacam” .
11/12/2018 [08:49]:
Fransadakı aksiyalarda 4000-dən çox etirazçı saxlanıldı
11/12/2018 [08:42]:
Bakı hotellərində Yeni il şənliyinin QİYMƏTLƏRİ - 250 manatdan...
11/12/2018 [08:16]:
Fikir və əməllərimizə nəzarət edək - kimin nə zaman öləcəyi bilinmir...
11/12/2018 [00:03]:
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
10/12/2018 [23:57]:
Xalq yazıçısının qızı müraciət etdi: “İsa Muğannanı dünya tanımalıdır, ona görə də...”
10/12/2018 [23:39]:
Ermənistan prezidentinin ailəsi də “soyqırım qurbanı” çıxdı - Növbəti erməni həyasızlığı...
10/12/2018 [23:18]:
“Bunları XX əsrdən XXI əsrə mütləq aparmalı idik” – Furidin Cəlilovun “əsrin nəsri” seçimi
10/12/2018 [23:15]:
Ermənistanda gözlənilən oldu
10/12/2018 [23:09]:
Ermənistanı yeni dövrdə nələr gözləyir?
10/12/2018 [23:06]:
“Qarabağ klanı” Paşinyanın qələbəsini həzm edəcəkmi?
10/12/2018 [23:03]:
Paşinyan növbəti 6 aya hazırlaşmalıdır!
10/12/2018 [23:00]:
Yeniyetmə söyüşə görə bıçağa əl atdı - BAKIDA ŞOK CİNAYƏT
10/12/2018 [22:46]:
““Fatehlərin divanı”nın bilinməyən 26 seriyası məndədir, onları...” – Xalq yazıçısı
10/12/2018 [22:29]:
Toydan qayıdarkən evindən oğurluq edildiyini görüb... - 2900 manat
10/12/2018 [22:15]:
Ermənistan müxalifəti seçkilərlə bağlı sərt bəyanat yaydı
10/12/2018 [22:02]:
Həyatınızı dəyişəcək 2019-cu il: Dəyişikliyə təhlükə deyil, yeni imkanlar kimi baxın...
10/12/2018 [21:59]:
Qar ABŞ-ı "dondurdu" - 276 min adam...
10/12/2018 [21:49]:
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirildi -FOTOLAR
10/12/2018 [21:46]:
Amöb qadının beynini yedi - ŞOK
10/12/2018 [21:38]:
"Mənim imkanım yoxdur ki, gedib Türkiyədə, Almaniyada müalicə alam" - Sabiq nazir
10/12/2018 [21:34]:
"Yerevan hər vəchlə dünyaya sübut etmək istəyir ki, o, Rusiyanın forpostu deyil"
10/12/2018 [21:24]:
Uşağa hər gün bir yumurta yedizdirin
10/12/2018 [21:20]:
Mənzildə qadın meyiti aşkarlanıb
10/12/2018 [21:18]:
Naxçıvanda döyüş atışlı taktiki-xüsusi təlimlər keçirildi - FOTOLAR
10/12/2018 [21:17]:
Atatürk parkındakı ictimai iaşə obyektləri sökülür - VİDEO
10/12/2018 [21:11]:
Yeniyetmə söyüşə görə, tanımadığı şəxsi bıçaqladı...
10/12/2018 [20:48]:
Azərbaycan Su İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Səttar Mehbalıyevi təbrik etdi
10/12/2018 [20:44]:
Ramana körpüsünün üzərindəki qəza aeroport yolunda tıxac yaratdı
10/12/2018 [20:42]:
“Qarabağın komendantı dedi ki, ermənilər  Mikayıl Gözəlovu, ya da səni girov götürməyə çalışır...”
10/12/2018 [20:38]:
İşsizlərə müavinət ödənilməyəcək
10/12/2018 [20:33]:
Bu ölkədə hökumət yeni doğulan körpələri yataqla təmin edir -Maraqlı...
10/12/2018 [20:29]:
ABŞ-da təbii fəlakət - 276 min adam işıqsızdı
10/12/2018 [20:13]:
Məşhur ulduz başını böcəklərlə dolu şüşənin içinə saldı - MARAQLI
10/12/2018 [20:10]:
Dövlət Gömrük Komitəsinin Akademiyasında hazırlıq kurslarının dinləyiciləri ilə görüş oldu
10/12/2018 [20:08]:
Ölkəmiz beynəlxalq antikorrupsiya hərəkatının fəal üzvüdür
10/12/2018 [20:07]:
Ucuzlaşan və bahalaşan ərzaqların SIYAHISI
10/12/2018 [20:01]:
Həbib və Konorla bağlı iclas təxirə salındı
10/12/2018 [19:51]:
Heydər Əliyevin xatirəsi Qars şəhərində ehtiramla yad olundu
10/12/2018 [19:50]:
Məşhur iş adamının qızı cinayətə qurban getdi - FOTO
10/12/2018 [19:49]:
Aygün Kazımovanın yarımçıq qalan təhsili, baş tutmayan istək – Məktəb konsertindən “Altın Kələbək”ə
10/12/2018 [19:41]:
Azərbaycanda müəllim 7-ci sinif şagirdi ilə evləndi: "Ona dərs demişəm"
10/12/2018 [19:19]:
Alimlərdən şok: Tehran hər il 22 sm çökür…
10/12/2018 [19:18]:
Dövlət İmtahan Mərkəzi Gəncədə hazırlıq kursları təşkil edib
10/12/2018 [19:15]:
2018-ci ildə vəzifəyə təyin olunan jurnalistlər -SİYAHI
10/12/2018 [19:11]:
“Junior Eurovision” gələn il bu ölkədə keçiriləcək
10/12/2018 [19:07]:
Qaraçuxur və Əmircan susuz qalacaq
10/12/2018 [18:58]:
Qubada məktəbdə yanğın - İcra başçısı hadisə yerinə gəldi
10/12/2018 [18:44]:
Tahir İmanov “Bu şəhərdə”ni tənqid etdi - “İti satiraları yoxdur”
10/12/2018 [18:41]:
Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi -FOTOLAR
10/12/2018 [18:38]:
“O video saxtadır, tərbiyəm imkan verməz ki...” - Ziyafət Əsgərov
10/12/2018 [18:33]:
“Maşın”da onların iştirakı dəqiqləşdi -FOTOLAR
10/12/2018 [18:30]:
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin nümayişi keçirildi
10/12/2018 [18:03]:
Ustadını minnətdarlıq əlaməti olaraq odda yandırdı - DƏHŞƏT...
10/12/2018 [18:01]:
Prezident övladlığagötürmə ilə bağlı fərman imzaladı
10/12/2018 [17:52]:
İlham Əliyev Burkina-Fasonun dövlət başçısını təbrik etdi
10/12/2018 [17:41]:
Azərbaycan Dillər Universitetində ümummilli lider Heydər Əliyev anılıb
Bütün arxiv bir sırada
10/03/2018 [12:37] - Ədəbiyyat - ( 1252 dəfə baxılıb)

Tanışlıq...- (Hekayə)



Fərman müəllim, çətinliklə də olsa, evlərinin təmirini başa vura bildi. Əgər işləri tamamlaya bilməsəydi,  növbəti məzuniyyətini Moskva şəhərində keçirmək arzusu ürəyində qalacaqdı.

Neçə illər idi ki, işin çoxluğundan, əməlli-başli istirahət edə bilmirdi. Həyat yoldaşı Ülkər xanım verdiyi sözə əməl edib,  ərinin  xətrinə dəymək istəmədi:

– Nə deyirəm, kişi,  get, yaxşı-yaxşı dincəl. Çoxdandır bir yerə çıxa bilmirsən. –  ardınca  ürəyindən keçənləri  dilə gətirməyi də unutmadı, – Deyirəm, ay Fərman, uşaqları yerbəyer edəndən sonra,   məni də özünlə gəzməyə apararsan.

Əri bir söz deməyib, tez razılaşdı. Çünki başqa cür hərəkət etməyin yeri yox idi. Çaşıb, işləri korlaya bilərdi.

Fərman müəllimin əhval-ruhiyyəsinə söz ola bilməzdi. Məzuniyyət vaxtına bir ay qalsa da, yır-yığış edir, can-dildən səfərə  hazirlaşırdı. Yolunu Rusiya tərəfə salmaqda məqsədi gənclik illərini yada salmaq və istirahətini səmərəli keçirmək idi.  Hər gün planlar cızır, yeni-yeni  xəyallar  qururdu.

Fərman müəllim əvvəllər vaxtının çoxunu  televizora baxmaqla qəzet oxumağa sərf edərdi. Amma məzuniyyət öncəsi, vəziyyət tamam dəyişmişdi. İndi, o, Moskvada özünə yaxşı bir dost tapmaq üçün çalışırdı; internetdən ayrılmır,  kompyuterin  yaxasından əl çəkmirdi. Cavanlıq dövründən bəri Moskvaya yolu  düşməmişdi. Çoxdan idi  rusiyalı gözəllərlə oturub-durmurdu. Həyat yoldaşı  Ülkər xanımın qorxusundan Bakıda artıq-əskik hərəkət edə bilməzdi. Başqa şəhərlərə də ayda-ildə bir dəfə yolu düşərdi, ya yox. O da ki, işi ilə bağlı,  bir- iki günlüyə. Od alan adamlar kimi getməyi ilə qayıtmağı bir olardı. Amma indi vəziyyət tam fərqli idi. Fərman müəllim fürsətdən yararlanıb, cavanlığını yada salmaq, ürəyi istədiyi kimi istirahət etmək və xırda-para dərdlərini  unutmaq  istəyirdi.

Axtarışlar nəticəsiz qalmadı. Heç  bir həftə keçməmiş  Fərman müəllim “Odnoklassniki”də özünə yaxşı bir dost tapdı. Tanış olduğu  Mariya İvanovna orta yaşlarında gözəl bir qadın idi. Tək yaşayırdı. Əri avtomobil qəzasına uğrayaraq, vəfat etmişdi. Yazışmalarından hiss olunurdu ki, çox ziyalı və həyati başa düşən insandı. Fərman müəllimin onunla dostluq etməsinə pis baxmır, hətta bunu alqışlayırdı.
Münasibətləri daha da yaxşılaşdırmaq üçün Fərman müəllim işdən icazə alıb üz tutdu  “Təzə” bazara. Başda nar olmaqla,  gözəl meyvələrdən ibarət yaxşı bir bazarlıq etdi. Sonra onları böyür-başı deşik-deşik olan  taxta bir qutuya yığdırdı. Satıcı və onun köməkcisini razı salıb maşını sürdü düz hava  limanına. Bağlamanı oradakı poçta təhvil verdi ki, yollarda gecikıb xarab olmasın.

Mariya İvanovna biləndə ki, dostu məzuniyyətini Moskvada keçirmək istəyir, çox sevindi. Hətta Fərman müəllimə yazdı ki, bilməzsən, oteldə yer götürərsən ha. Səni səbirsizliklə gözləyəcəyəm. Mütləq mənim yanıma gələrsən. Öpürəm.

“Öpürəm “ sözünü oxuyanda Fərman müəllimin həyacandan ürəyi titrədi. Əl-ayağa düşüb, tez  ikinci baglamanın hazırlığına başladı. Bu dəfə qutuya quru qoz ləpəsi, badam, fındıq və kişmiş yığıb, üstünə də Fransa istehsalı olan bir ətir qoydu. Fikirləşdi ki, Mariya İvanovna bağlamanı görən kimi sevinəcək. Çünki Fərman müəllim İndiyə kimi bu cür bahalı  ətiri heç öz həyat yoldaşına da almamışdi. Əgər alsaydı, Ülkər xanım ərinin başına dolanar, ona daha çox qayğı göstərərdi. İnsafən, hədiyyəyə söz ola bilməzdi.  Bu vaxta qədər Mariya İvanovnaya  elə bir özəl pay göndərən olmamışdı.

Mariya İvanovna  bağlamanı açanda gözlərinə inanmayıb, çox mütəəssir oldu. Yubanmadan Fərman müəllimə zəng edib, öz təşəkkürünü bildirdi və bir daha əziyyət çəkməməsini xahiş etdi. Fərman müəllim də, öz növbəsində,  heç bir zəhmət  çəkmədiyini, bunun adi bir dostluq nümənəsi olduğunu, xanımlara qulluq  etməkdən şərəf duyduğunu dilə gətirdi.

Fərman müəllim  məzuniyyətə çixacağı son həftənin günlərini deyil, saatlarını saymağa başlamışdı. Artıq Moskvaya gediş-gəliş bileti cibinde hazır idi. Tam on beş günlük kef məclisləri onu gözləyirdi.
Fərman müəllim Mariya İvanovnaya zəng edib,  Bakıya aid nə istədiyi  ilə maraqlandı. Xanım göstərdiyi diqqətə görə ona  təşəkür edib, heç nəyə ehtiyacı olmadığını bildirdi. Lakin Fərman müəllim öz işini bilən adam idi. Yola düşməyə bir gün qalmış, bahalı hədiyyələr və içkilərdən ibarət  hazırlığını görüb, çantasını  hava limanının saxlama kamerasına verdi.

Sabahısı gün həyat yoldaşı Ülkər xanım ərinin yoluna qozdan, fındıqdan ibarət bəzi şeylər qoymaq istəsə də buna nail ola bilmədi.

– Heç nə lazım deyil, arvad. Əziyyət çəkmə. Qorxursan, orada yeməyə bir tikə çörək  tapilmaya. Kefə getmirəm ki, yoluma çərəz qoyursan. Deyirəm, qayğılardan azad olum, beynim bir az dincəlsin. İkicə həfdən sonra qayıdıram, – deyə Fərman müəllim arvadının saçlarına sığal çəkdi.

Ülkər xanım çox qısqanc idi. Fərman müəllim istəmirdi ki, onun ürəyinə başqa şey gəlsin. Fikirləşirdi ki, bu günün sabahı da var. Onsuz da əvvəldən yükünü tutmuşdu. Çantası aeroportda onu gözləyirdi.

Fərman müəllim duş qəbul edib, üzünü ülgüclə təmizlədi. Əynini nəfis şəkildə geyinib, özünü səliqəyə saldı. Moskvada istifadə edəcəyi ətiri çantasına yığdığı  paltarlarının arasında görünməz etdi. Pasportla biletini köynəyinin döş cibinə, arvaddan gizlətdiyi pulları isə şalvarının sağ cibinə qoydu. Vaxtından xeyli əvvəl  taksi sifariş verib, gözləməyə başladı. Düşünürdü ki, tez getməyin heç bir ziyanı yoxdur, yol işini bilmək olmaz. Taksi gələn kimi  ailə üzvüləri ilə görüşüb evdən çıxdı.

Təyyarə  Domodedovo  aeraportuna enəndə hava artıq qaralmışdı. Fərman müəllim  taksiyə oturub birbaşa Mariya İvanovnagilə yollandi. Sürpriz olsun deyə Moskvada nə vaxt  olacağını ona deməmişdi. Dostunun yaşadığı binanın qarşısında taksidən enib, ikinci mərtəbəyə qalxdı. Özünə əl gəzdirib,  zəngin düyməsini basdı. Çox keçmədi ki, ayaq üstündə güclə dayanan yaşlı bir arvad qapını açdı.

– Mne nujna Mariya İvanovna, – deyə Fərman müəllim mədəni şəkildə xəbər aldı.
– A, Fedya, eta tı?!  Kak dela ? Kaqda  priyexala?

Səsindən  qarını tanıdı. Bu, Mariya İvanovna idi. Fərman müəllim yerində quruyub qaldı. Hirsindən bilmədi nə etsin. Boğazı qurumuşdu, danışa bilmirdi. Birtəhər özünü ələ alıb dedi :

– Vaşa fataqrafiya bıla savsem druqaya …

– Da, Fedya. Verna. Ana maya doçka. Ya yeyo oçen lyublyu. Ana sa svayey semyoy jivut v Germanii. – bir az ara verib davam etdi –  Çevo staiş, zaxadi.

Fərman müəllim tərpənə bilmirdi. Əlindəki çantalarla birlikdə donub qalmışdı. Elə bil kişini yerə mıxlamışdılar. Sifəti pörtmüş, qaşları çatılmışdı. Qanı bərk qara idi. İynə vursaydın qan fışqırardı. Sol əlindəki çanta yüngül olsa da, sağ əlindəki payın  ağırlığı qolunu taqətdən salmışdı.
Mariya İvanovna Fərman müəllimin  sir-sifətini görən kimi  hər şeyi anladi:

– Tı ne valnuysa, Fedya. U menya sasedka yest – Sveta. Ana maladaya i oçen  simpatiçnaya . Ya s nim paqavarila. Ana s neterpeniyem jdut tebya.

Fərman müəllimin gözləri işıqlanmağa başladı. Dərindən köks ötürüb,  əlindəki çantaları yavaşca yerə qoydu. Artıq özünə  gəlmişdi. Sevincindən bilmirdi nə etsin. Qolunu nəvazışlə  Mariya İvanovnanın boynuna salıb, üzündən xəfifcə öpdü.

 Aləm Kəngərli

Bakı hotellərində Yeni il şənliyinin QİYMƏTLƏRİ - 250 manatdan...
Fikir və əməllərimizə nəzarət edək - kimin nə zaman öləcəyi bilinmir...
Həyatınızı dəyişəcək 2019-cu il: Dəyişikliyə təhlükə deyil, yeni imkanlar kimi baxın...
Atatürk parkındakı ictimai iaşə obyektləri sökülür - VİDEO
Məşhur ulduz başını böcəklərlə dolu şüşənin içinə saldı - MARAQLI
Ədliyyə: 1918-2018
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Hər bir işçini işə götürdüyümüz zaman psixoloji durumları və gərginlikləri ölçülür"
Dünya
Ermənistan prezidentinin ailəsi də “soyqırım qurbanı” çıxdı - Növbəti erməni həyasızlığı...
Dünya
Bu ölkədə hökumət yeni doğulan körpələri yataqla təmin edir -Maraqlı...
Cəmiyyət
“Ziyalılarımızı başqasının ailə məsələsinə burun soxmalarından çəkinməyə çağırıram...”
Dünya
Restoranda robot ofisiantların xidməti müştəriləri təəccübləndirdi -VİDEO
Həftənin ən çox oxunanları
"Əgər Prezident Leyla xanımı bu vəzifəni qəbul etməyə razı sala bilsə..." - TƏKLİF
Fitnəkar ruslar ermənilərə Naxçıvanı da vəd etdilər: Bəs bizimkilər niyə susur...?
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
Bu deputat Cəbrayılın kəndindəki erməni ailələrinin hər birinə 10 min dollar bağışlayıb...-VİDEO
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Putin Paşinyandan niyə çəkinir?
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
Gələcək intim necə olacaq? - Alimlərdən maraqlı açıqlama...
“Fağır” Ermənistan silahlanma sürətinə görə dünyada üçüncü, Avropada birinci oldu...
Tramp ata Buşun dəfnində yarıməsrlik ənənəni pozdu - FOTO+VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə