Xəbər lenti
10/12/2018 [00:01]:
Polisə fövqəladə hallar üçün elektriklə işləyən avtomobillər verildi - TEXNOİNQİLAB...
09/12/2018 [23:52]:
Qazax heykəltəraşın yaratdığı möhtəşəm Koroğlu abidəsi Türkiyədə qoyulacaq...
09/12/2018 [23:46]:
Koçaryan tərəfdarları mitinqlərə çağırış etdilər
09/12/2018 [23:29]:
Avropa sarı rəngə boyanacaqmı?
09/12/2018 [23:28]:
İslamsız İran və Yaxın Şərq
09/12/2018 [23:00]:
Ermənistanda əhalinin əksəriyyəti seçkilərə getmədi - YENİLƏNİB
09/12/2018 [22:24]:
“Huawei” qalmaqalına görə ABŞ səfiri Çin XİN-ə çağırıldı
09/12/2018 [22:17]:
Ər-Riyad Ankaranın tələbini rədd etdi
09/12/2018 [22:00]:
Heydər Əliyevin vəfatından 15 il keçir: "Nə qədər ki, Odlar Yurdu Azərbaycan var..."
09/12/2018 [21:35]:
Rusiya çempionu hamamda öldü
09/12/2018 [21:25]:
Sarkisyan səsvermədə problemlə üzləşdi -Cihaz keçmiş prezidenti tanımadı
09/12/2018 [21:17]:
Rəsmi Parisdən Trampa XƏBƏRDARLIQ: “Fransanın daxili işlərinə burnunu soxma!”
09/12/2018 [21:06]:
Şahnazryan Paşinyanı ifşa etdi: "Çünki onları zibil vedrəsinə atmaq istəmirdim..."
09/12/2018 [20:13]:
CAR-da dəhşətli qəza: 13 nəfər diri-diri yandı
09/12/2018 [20:09]:
Vanadzora seçkilərdə nəzarət üçün əlavə polis qüvvələri göndərildi
09/12/2018 [20:04]:
Fransalı nazir Trampa qəzəbləndi: "İşlərimizə qarışma!"
09/12/2018 [19:58]:
“Qarabağ” 6 cavabsız qolla qalib gəldi
09/12/2018 [19:40]:
İsrail bu ölkə ilə əlaqələrin bərpası üçün “Mossad”ı dövrəyə soxub
09/12/2018 [19:23]:
Saxta şeyxdən İYRƏNC TƏLƏB: "Bir-birinizlə əlaqəyə girin"
09/12/2018 [19:05]:
"Ailə qursam, ərimlə efirə çıxacam" - Mənzurə
09/12/2018 [18:57]:
“Toyota” 13 mindən çox avtomobili geri çağırır
09/12/2018 [18:51]:
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
09/12/2018 [18:43]:
Liftdə qalanlar xilas edildi
09/12/2018 [18:23]:
İran 2018-ci ildə raket sınaqlarının sayını iki dəfə artırıb
09/12/2018 [17:46]:
Parisdəki “Azərbaycan evi”nin rəhbəri: “Azərbaycanlılar üçün hər hansı təhlükə yoxdur”
09/12/2018 [17:36]:
Qətərdən Səudiyyə ilə bağlı gözlənilməz qərar...
09/12/2018 [17:31]:
DYP Mingəçevirdə reyd keçirib, 100-dən çox sürücü saxlanılıb –VİDEO
09/12/2018 [17:27]:
“Bəlkə pulları insanlara geri qaytarmağın vaxtı çatıb?” –ABŞ prezidenti Makrona çağırış etdi
09/12/2018 [17:24]:
Dilənçi qadının milyonluq villası aşkar edildi -FOTO
09/12/2018 [17:21]:
Paşinyandan seçici fəallığının az olmasına şərh: "İndi avtobuslarla seçici daşınmır"
09/12/2018 [17:16]:
Türkiyənin insan kimi rəqs edən ilk robotu səhnədə aşdı: ""Mini ada"nın digital ekranı və başı zədələnib"
09/12/2018 [17:08]:
Trampdan “seçkiə müdaxilə” üzrə araşdırmaya etiraz: "Bu, mənə 30 milyon dollara başa gəlib"
09/12/2018 [17:03]:
Prezident xalqdan üzr istəyəcək, vergiləri kəskin azaldacaq -Makron etirazçıların tələbləri ilə razılaşdı
09/12/2018 [17:00]:
İraq yenə sel suları altında qaldı, 7 nəfər öldü
09/12/2018 [16:59]:
Azərbaycanda yeni duz yataqları açılacaq
09/12/2018 [16:55]:
“Apple”dan Çinə qarşı növbəti sərt addım...
09/12/2018 [16:40]:
Belçikada milliyətçi partiya koalisiya hökumətindən çıxdı
09/12/2018 [16:18]:
“Bizim polisimizə lağ edənlərin polisi görün nələr edir” - Ərdoğan
09/12/2018 [16:11]:
Messi 15 milyon dollara təyyarə aldı -FOTOLAR
09/12/2018 [16:09]:
Qülləyə çıxaraq intihar etmək istəyən şəxs xilas edildi
09/12/2018 [15:58]:
Ermənistanda seçki məntəqəsində qanunsuzluq aşkarlandı - Səsvermə dayandırıldı
09/12/2018 [15:49]:
"Lotu Quli"nin azadlığa çıxdığı anın görüntüləri yayıldı - VİDEO
09/12/2018 [15:39]:
"Rusiya Ukraynaya zərbə vurmaq üçün güclü hərbi hücum bölmələri yaradır" - İDDİA...
09/12/2018 [15:38]:
Asfalt yollar, hündür binalar... - Daha “quşlar, quşlar ay, quşlar” oxuya bilmirik
09/12/2018 [15:34]:
Qızıl bahalaşacaq - dünyada 7 faiz, Azərbaycanda 9 faizdən çox... - EKSPERT
09/12/2018 [15:31]:
Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı AÇIQLANDI
09/12/2018 [14:49]:
Polis ictimaiyyət qarşısında Qurana and içdi: "Bir daha rüşvət almayacaq - FOTO
09/12/2018 [14:24]:
Elçin Əlibəylinin verilişi bağlandı
09/12/2018 [14:05]:
Sabahın hava proqnozu açıqlandı
09/12/2018 [13:47]:
Parisdə "sarı jiletlilər"in aksiyası zamanı saxlanılanların sayı 1726 nəfərə çatdı
09/12/2018 [13:23]:
Ermənistanda seçkilər olduqca passiv keçir - MSK ilk hesabatı verdi
09/12/2018 [13:10]:
Britaniya müdafiə nazirinin şəxsi parlament katibi "Brexit" sazişinə etiraz əlaməti olaraq istefa verib
09/12/2018 [12:58]:
Ermənistanda seçici səs verə bilmədi - Namizədləri tanımırmış
09/12/2018 [12:37]:
Professor: "Dilimizdə əcnəbi sözlərin işlədilməsi də ciddi problemlərdən biridir"
09/12/2018 [12:20]:
Everest dağını fəth etmək üçün dağçılara kömək edən tayfa - FOTOLAR
09/12/2018 [12:04]:
Serj Sərkisyan seçkilərdə iştirak edəcəkmi? - Partiyası açıqladı
09/12/2018 [11:52]:
Şakira vergi borcunu ödəməkdən yayındı...
09/12/2018 [11:50]:
Hacıbəylinin varisləri Azərbaycanın tarixi ilə tanış olublar - FOTO
09/12/2018 [11:42]:
Hollandiya sarı rəngə bürünür: "Sarı jiletlilər" hökümətin istefasını tələb edir
09/12/2018 [11:38]:
Qış gəldi və Kürdəxanıda sakinlər yenə yolsuzluq problemindən gileyləndilər - FOTOLAR
09/12/2018 [11:26]:
Leşenko xəstəxənaya çatdırıldı
09/12/2018 [11:21]:
Sumqayıtda gənc qız 2-ci mərtəbədən yıxıldı: vəziyyəti ağırdır
09/12/2018 [11:01]:
Heydər Əliyev paylaşdı: Putinlə birgə... - FOTO
09/12/2018 [10:54]:
Donald Tramp Ağ Evin aparat rəhbəri Con Kellinin istefa verəcəyini açıqlayıb
09/12/2018 [10:50]:
Cinayət Məcəlləsinə VACİB DƏYİŞİKLİK qüvvəyə mindi - Məsuliyyətdən azad olmaq üçün...
09/12/2018 [10:48]:
Əliyevin Rusiyada “hamının hamıya” təklifinin səbəbi
09/12/2018 [10:28]:
Bakıda ağır qəza – QADIN ÖLDÜ, YARALILAR VAR
09/12/2018 [10:18]:
Bu gün İslam ümmətinin başına nadanların gəlməsinin nəticələrini yaşayırıq...
09/12/2018 [10:10]:
Ermənistanda nə qədər azərbaycanlı əsir var? – Son məlumat
09/12/2018 [10:06]:
Fransada ümummilli etiraz günündə 125 min nəfər iştirak edib
09/12/2018 [10:05]:
Ermənistanda sükut günü pozuntusuz keçib
09/12/2018 [10:00]:
Rusiyanın tanınmış hüquq müdafiəçisi vəfat etdi
09/12/2018 [09:53]:
Ermənistanda növbədənkənar parlament seçkiləri başladı
09/12/2018 [09:49]:
Atəşkəs 30 dəfə pozulub
09/12/2018 [09:26]:
QORXUNC OLAY: cərrahı evə cağırıb öldürdülər - FOTO
09/12/2018 [09:22]:
Trampdan Fransaya TÖVSİYƏ - Vergiləri...
09/12/2018 [00:04]:
1385 etirazçı saxlanıldı, 118 nəfər yaralandı - Fransa çalxalanır
08/12/2018 [23:25]:
Trampın yeni baş hərbi müşaviri o olacaq
08/12/2018 [23:24]:
“Maşın” şousunun daha bir iştirakçısı bəlli oldu
08/12/2018 [23:23]:
NATO-nun baş katibi Gürcüstana ümid verdi
Bütün arxiv bir sırada
10/03/2018 [22:03] - Ədəbiyyat - ( 2995 dəfə baxılıb)

"Qəddarlıqda Andranikdən geri qalmayan bu şəxsin tökdüyü qanların sayı-hesabı yoxdur"



Moderator.az 2 aydır ki, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlının "Erməni faşizmi" kitabının hissə-hissə təqdimatına başlayıb. 

Qeyd edək ki, olduqca zəngin tarixi materiallara və faktlara müraciət edilmiş bu kitab erməni faşizminin gerçək üzünü bir daha oxuculara çatdırmaq baxımından nadir mənbə hesab oluna bilər. Əsrlərdi başımıza gətirilən müsibətlərdən nəticə çıxarmayan unutqan toplum olduğumuzdan heç olmasa başımız daşa dəyəndən sonra namərd qonşularımızın millət olaraq iç üzünü bir daha öyrənməkdə fayda olduğu qənaətindəyik...

Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/216048.html


ERMƏNİ FAŞİZMİ ARXİV SƏNƏDLƏRİNDƏ
(MƏHKƏMƏ: Erməni millətindən olan şəxslərin ifadələri)

II Dünya müharibəsindən sonra Sovet kəşfiyyat təşkilatı "Smerş" tərəfindən tutulub SSRİ-də mühakimə olunan daşnak liderlərinin sorğuları da faşist-erməni əməkdaşlığının hansı səviyyədə olduğunu ortaya qoymuşdur Bir çox fərqli sənəd və məlumatın yer aldığı "Zubr" kod adı ilə verilən Njdenin dosyesi  1990-ci ilə qədər 6 cild (təxminən 1500 səhifə) Ermənistan SSR DTK arxivində saxlanmış, ancaq hazırda harada olduğu bilinmir.  Ehtimal ki, ermənilər onu məhv etmişlər. Yalnız Njdenin istintaq işi isə 4 cilddən ibarət olmuşdur. Ermənistan Respublikası Milli Təhlükəsizlik XidmətiArxivində olduğu deyilir. Njde'nin istintaqında iştirak etmiş kəşfiyyatçı Vaçe Ovsepyan, 6 cildlik dosyedən bəzi sənədləri çap etdirmişdir. Ваче ОВСЕПЯН ГАРЕГИН НЖДЕ И КГБ ВОСПОМИНАНИЯ РАЗВЕДЧИКА Ереван – 2007  Ovsepyan kitabında 4 cildlik bu  istintaq dosyesindən faydalanmışdır. Njde 12 oktyabr 1944-ci il tarixli sorğusunda Alman kəşfiyyatçısı Drummla etdiyi görüşü də izah etmişdir.
Drumma Almaniyaya necə kömək edə biləcəklərini soruşmuş və Berlində Ermənilər üçün bir məktəb açılmasını, buradan məzun olanların da Almanların verəcəyi tapşırıqlar istiqamətində öz xidmətini təklif etmişdir. Bolqarıstandan 30 Erməninin  Berlinə gətirilmiş və Vaçe Hovsepyana görə bu adamlar və Sovet Ermenistanına göndərilmişdir. Həmin adamlar almanlara kəşfiyyat materialları ötürmüş və faşist Almaniyası üçün çalışmışlar.
Aşağıdakı mətn  Qaregin Njdenin ittiham aktından bir parçadır, onu Ermənistan SSR Dövlət Təhlükəsizlik Nazirliyinin əməkdaşı, erməni millətindən olan  mayor Melkumyan hazırlayıb. Bu sənəddə, Njdenin azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən demək olar ki bəhs edilmir, lakin bununla belə sənədlə tanış olmaq faydalıdır. Njdenin nə qədər qəddar və faşist görüşlü cinayətkar  olduğunu ortaya qoyur.

Njdeyə sürülən ittiham aktı
 
“…Bolqarıstanda yaşayarkən Ter – Harutyunyan Daşnaksütunyun rəhbəri kimi, SSRİ – yə qarşı yönəlmiş fəaliyyətlə məşğul olub. 1941- ci ildə alman kəşviyyatı ilə əlagə yaradıb, və almanların göstərişi ilə, Balkan yarımadasında millətçilərin arasında, aqentura yaradılması ilə məşğul olub. Njde, yəni Ter – Harutyunyan almanların Berlində yaratdığı "Erməni Milli Şurasnın" üzvü olaraq  xaricdə yaşayan ermənilərin arasında SSRİ – yə qarşı yönəlmiş fəaliyyətlə məşğul olub. Bu məlumatlar və bir sıra digər sənədlərəsasən  2 noyabr 1944 cü ildə Qaregin Ter – Harutyunyan həbs edilərək istintaqa cəlb edilmişdir. İstintaq müəyyən etmişdir ki, müttəhim Ter – Harutyunyan 1908- ci ildən 1937 -ci ilə qədər Daşnaksütyun partiyasının üzvü olub, 1918 ci ildə daşnak hökuməti tərəfindən, millətçi hərbi hissələr yaratmaq məqsədi ilə Zəngəzura göndərilmişdir. Daşnak hökumətinin Zəngəzurda silahlı güvvələırin komandanı, 1921- ci ildən isə baş naziri olaraq, sovet ordusuna qarşı hərbi əməliyyatlar aparmışdır. Onun əmri ilə bir sıra kommunist və qırmızı ordunun mənsubları həbs olunmuş və güllələnmişdir.Həmçinin, yüzlərlə kommunist, qırmızı ordu mənsubu inqlabi əhval ruhiyyəli fəhlə və kəndlilər Tatev qayalığından aşağı atılaraq öldürülmüşdür. (II cild səhifə NN 251-253, 257-259, 263-266, 355-359, 360, 364-369) 1933- cü ildə müttəhim Ter – Harutyunyan ABŞ – a yollanıb və orada daşnak gənclər təşkilatı olan "Tsexakron" təşkilatını yaradıb, təşkilat irqçiliyi təbliğ etməklə, mahiyyət etibarı ilə faşist təşkilatıdır. Müttəhim Q. Ter – Harutunyan Sovet İttifaqının barışmaz düşməni kimi, 1941 ci ildə özünün yaxın tanışı olan alman aqenti Burev Semyon İvanoviçin vasitəsilə alman kəşviyyat və əkskəşviyyat orqanlarının Balkanlardakı rəhbəri "Doktor Delius" təxəllüslü Vagner Otto ilə əlaqə yaradaraq, onun tapşırığı əsasında Buxarest, Varna, Plovdiv, Sliven, Şumen şəhərlərində olub, və burada SSRİ – yə qarşı istifadə üçün adamların seçilməsi və almanlara təqdimatı ilə məşğul olub. (Cild I səhifə NN 22-29, 31-33, 37-44, 45-48, 66, 68-88, 93, 157, 208-302, II cild səhifə NN 192-195, 311, 318, 320, 327, 332, 352). Bundan sonra Harutyunyan alman kəşviyyatçısı mayor Drummun göstərişi ilə 1942- ci ilin payızında Berlində olmuşdur. Özünün köməkçisi olan Asatryan Hayk ("Smerş" tərəfindən həbs olunmuşdur) vasitəsilə, Bolqarıstanda yaşayan 30 nəfər ermənini Berlinə qöndərmişdir, burada onlar Xoxenbande kəndində yerləşən kəşfiyat-təxribat məktəbində təlim keçərək Krıma qöndərilmişdilər, onların məqsədi Sovet Ermənistanına keçmək və orada kəşviyyat-təxribat fəaliyyəti ilə məşğul olmaq idi, alman ordusunun Ermənistan sərhədlərinə yaxınlaşacağı təqdirdə isə bu adamlar üsyan qaldırmalı idilər. (Cild I səhifə NN 1574, 155, 158-165; Cild II səhifə NN 49-51, 59-62). 1943 cü ilin avqustunda Qaregin Ter – Harutyunyan Krıma qələrək, yuxarıda qöstərilmiş kəşviyyatçı-təxribatçıların qarşısında çıxış edərək, onları almanların bütün göstərişlərini yerinə yetirməyə çağırmışdır. (Cild II səhifə NN 309, 310). Müttəhim Ter – Harutyunyan Almaniyanın işğal olunmuş şərq əraziləri nazirliyinin yaratdığı "Erməni Milli Şurasının" tərkibinə daxil olur, şuranın məqsədi Almaniyaya SSRİ – yə qarşı mübarizədə yardım etmək və Ermənistanda Almaniyanın protektaratı ilə millətçi-burjua hokumətinin qurulmasına nail olmaq idi. (Cild I səhifə NN 69-71 Cild I səhifə NN 245-248, 352). Özünü qismən günahkar hesab edir. Devedjyan Ovanes Akopoviçin, Burev Semyon İvanoviçin, Plev Xristo Dmitriyeviçin, Pastandaryan Krikor Andranikoviçin, Asatryan Qayk Kirakosoviçin, Doğramacyan Mardın Mkrtıçeviçyin, Davidyan Nşan Akopoviçin, Tomasyan Mkrtıç, Astvatsaturyan Nerses Srapionoviçin, Sarkisyan Qurgen Semyonoviçin ifadələri əsasında Ter–Harutyunyanın günahı sübuta yetirilmişdir. İlkin təhqiqatın bitməsi, və irəli sürülmüş ittihamın təsdiqini tapmasına arxalanaraq Ermənistan SSR in C.P.M. 200 – cü maddəsini rəhbər tutaraq hesab edirəm ki, 11278 nömrəli cinayət işini Ermənistan SSR in D.İ.N. qoşunlarının hərbi prokuroru vasitəsilə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin nəzdində, xüsusi məşvərətin dinləmələrinə qöndərilə bilər. Müttəhimə qarşı cəza tədbiri kimi, 25 illik həbs cəzasını təklif edilir. İttiham aktı 10 mart 1948 ci ildə tərtib olunmuşdur.

Ermənistan SSR Dövlət Təhlükəsizlik Nazirliyinin Birinci İdarəsinin üçüncü bölməsinin rəisi
mayor Melkumyan

İstintaq zamanı Njde Zəngəzur və digər bölgələrdə də törətdiyi cinayətləri də inkar etmişdi. Amma bu cinayətləri törədərkən orada  olan öz erməniləri Njdenin qırmızıqvardiyaçılara və türklərə nə qədər vəhşicə, qəddarcasına davrandığının şahidi olmuş və ifadələrində bu saxta erməni “qəhrəmanı” ifşa etmişdilər. Məsələn, şahid Arsen Xoylunts öz ifadəsində onun vəhşiliyini belə ifadə etmişdi:
" 1920-ci ilin sonu  və 1921-ci ilin əvvəlində Njdenin qərargahının yerləşdiyi Tatev monastırında, onun rəhbərliyi ilə güllələnmə və qayadan  diri-diri atılmaqla 400 qırmızı qvardiyaçı rus, kommunist , inqilabi ruhda olan erməni kəndli və fəhlələri öldürülmüşdür.  1921-ci ilin iyulunda Zəngəzurda sovet hakimiyyəti elan olunandan və daşnak orduları ləğv olunandan sonra mən rayon partiya komitəsinin  Tatev sahəsinin katibi təyinedildim. Mənim şəxsi rəhbərliyimlə cənazələr toplanara dəfn edildi. Təxminən 400-ə yaxın cəsəd toplanmışdı”.
Digər bir şahid  Canunts Avak isə ifadəsində təsdiq etmişdi:

“...1920-ci ildə Njde Dro Kanayanla birlikdə 100-dən çox  Qubadlı rayonunun  azərbaycanlı kəndini talan etdilər. Talandan sonra bu kəndlər  Njde və Dro tərəfindən  yandırılmış və edilmişdir. Bu kəndlərin ən böyüyü  Şornuxi və başqaları idi. İrana qaçarkən  Njde əmr etdi ki,  Zəngəzurdakı bütün kommunistlərin əmlakı müsadirə edilsin.  Tabeçiliyindəkilər  bunu icra etdilər”.  
 Njdenin əldə yazılı olan bir ultimatumu var.  Ermənistan siasi tarix arxivində saxlanılır. 27 sentyabr 1920 tarixli. Baxın Njde nə yazır: 
"Türkləri  və rusları mən elə bir zövqlə öldürürəm ki, sanki  onları döyüşdə və göylərdə məhv edirəm"
 
Njdenin faşistliyini  Qırmızı Ordu komandirləri Todorski və Sviridov da o zaman bildirmişdilər. 1921-ci ildə Orconikidzeyə göndərdikləri  raportda 1919 və 1920-ci illərdə Şərur bölgəsinin daşnaklar tərəfindən cəsəd və ölüm vadisinə çevrildiyini  qeyd etmişdilər.  Onlar yazmışdılar:

“Bölgədəki müsəlman əhali tamamən qətlə yetirilmiş, sağ qalanları isə Türkiyəyə qaçamağa məcbur olmuşdular. Müsəlman əhalinin bütün əmlakı isə yağmalanmışdır. Qırmızı Ordu başçılarının ifadəsinə görə insanlıq belə bir barbarlıq görməmişdir”.  
Arsen Harutyunoviç Xoyluntsun ifadəsinə görə, Njde, yalnız müsəlman əhaliyə deyil, inqilabçı üsyanların basdırılmasında erməni və ruslara qarşı da qəddar metodlara əl atmışdır dekabr 1920 və yanvar 1921-ci ildə Njdenin qərargahının yerləşdiyi  Tatev bölgəsində onun əmri ilə  400 adamı qayadan atdığına, öldürdüyünə görə onu "Erməni xalqının Cəlladı" adlandırmışdır. Tatevdəki hadisənin şahidlərindən erməni bolşeviklərindən Avak Tatevosoviç Canunts, Njdenin o dövrdə Ermənistanın Qafan bölgəsində dərin çuxurlara su doldurub erməni inqilabçıları boğdurtduğunu da demişdir. Tatev hadisəsiylə əlaqədar yuxarıdakı ifadələr üzünə deyilərkən Njdenin verdiyi cavab isə belə olmuşdur: "Şahidlər Xoylunts və Canuntsun ifadələrini doğru qəbul etmirəm. Ancaq şahidlər Xoylunts və Canuntsun bəhs etdiyi, güllələnən və Tatev qayalıqlarından atılanlar, Sovet hakimiyyətinin bizə qarşı istifadə Zaval Paşanın hərbi birliyindən 200-ə yaxın Türk ola bilər.  Boynuna alıram ki, Zaval Paşanın birliyi tərəfimdən məğlub edildi və  onun özü yaralı olaraq zabitləri və əsgərləri ilə birlikdə əsir alındı. Tərəfimdən əsgərlərin sərbəst buraxıldı, Zaval Paşa və zabit heyətinin isə xalq qarşısında güllələnməsi əmri verildi. Ancaq qorumalarım kəndlilərlə birlikdə onları Tatev və Darbasta güllələmişlər və Tatev qalasında aşağı atmışlar. " 
Bu qədər...  
Baxın bu adama ermənilər heykəl qoyublar.

Şair Hovhannes Devecyanın  Njde haqqında ifadəsi

SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi müstəntiqinin suallarını cavablayan Njdenin yaxın silahdaşı, türmədə onunla bir kamerada olan  Hovhannes Devecyan belə cavab vermişdi:
“Ter-Harutyunyan Qaregin Njdenin 60-dan çox yaşı var, Naxçıvan MSSR ərazisindəki bir kənddə doğulub, keşiş oğlu və köhnə daşnakdır. 1903-1909-cu illərdə çar hökuməti tərəfindən daşnak kimi cəlb olunub, Türkiyəyə göndərilmək üçün döyüşçü kurslarında təlim alıb. Daha sonra bolqar ordusunun praporşiki olub. 1912-1913-cü illərdə Androniklə yanaşı, türklərə qarşı könüllülər dəstəsinin rəhbəri olub.  I Dünya müharibəsi dövründə Rusiyaya gəlib və Qafqazda türklərə qarşı erməni könüllü dəstələrinin  yaradılmasında fəal iştirak edib.  Ermənistanda  daşnakların hökmranlığı dövründə daşnak hökuməti tərəfindən hərbi istiqamətdə istifadə olunub. Zəngəzurda əvvəlcə bu ərazinin azərbaycanlılardan təmizlənməsi, sonra isə Qızıl Ordu ilə mübarizə işinə rəhbərlik edib. Qızıl Ordu daşnak avantüristlərini İrəvandan qovduqdan sonra, Njde hələ Qızıl Orduya qarşı mübarizəyə başçılıq edirdi. Özünü ali baş komandan elan etmişdi. Zəngəzurda təşkil olunmuş hökumətdə baş nazir, hərbi nazir və xarici işlər naziri vəzifəsini tuturdu. Mən bu hökumətdə maarif və ədliyyə naziri idim.
Njde Zəngəzurda kommunistləri vəhşicəsinə qətlə yetirir, onları diri-diri Tatev qayasından uçuruma atdırırdı. Bu fakt daşnak rəhbərliyinə daxil olan məhdud dairəyə məlum idi. Onun bu fəaliyyəti daşnak partiyasının Təbrizdəki məhkəməsində müzakirə olunub, ərzaq naziri Akop Ter-Akopyanı döydüyünə və daşnak ordusunun zabiti Aslanyanı məişət səviyyəsində söhbətlə bağlı öldürdüyünə görə partiyadan qovulub. Rəsmi informasiyada bu barədə məlumat verilirdi, amma səbəbi göstərilmirdi. Təbrizdə Njde aldatdığı və ona qarşı acıqlı olan kütlələrdən gizlənmək üçün yarım-leqal həyat sürürdü. 1925-ci ildə Njde yenidən daşnak partiyasına üzv qəbul edildi. 1932-ci ildə o, ABŞ-a yola düşdü və erməni koloniyalarında daşnakların xeyrinə təbliğat aparmağa başladı. Eyni zamanda gənc daşnakların üzv olduğu “Tseqakron” qrupları yaratdı. Bolqarıstana qayıtdıqdan sonra “Tseqakron”ların təşkilati cəhətdən güclənməsi üçün iş aparırdı. “Tseqakron” sözünü aydınlaşdırarkən demək lazımdır ki, bu irqə sitayiş, onun təmizliyinin qorunmasını nəzərdə tuturdu, bir sözlə nasional-hitlerizmə bərabər ifadə idi. Njde “Tseqakron”lar vasitəsilə erməni gerçəkliyində faşizmi təbliğ edirdi. 1936 və ya 1937-ci ildə Njde ikinci dəfə bölücülük fəalliyətinə görə daşnak partiyasından qovuldu. İkinci Dünya müharibəsi illərində Njde almanlarla fəal əməkdaşlıq etməyə başladı. O, alman rəhbər orqanları tərəfindən yaradılan erməni milli şurasının üzvü idi. Şura erməni faşizminin qalib gələcəyi, Sovet Ermənistanı almanlar tərəfindən işğal olunacağı təqdirdə Ermənistanda burjua-mili hökumətinin yaranmasını nəzərdə tuturdu. Njdenin Bolqarıstanda dilə tutduğu 40 erməni zabiti və əsgəri Berlində təlim aldıqdan sonra Krıma, sovet qoşunlarına qarşı döyüşməyə göndərilmişdi. Eyni zamanda Njde erməni hərbi əsirləri qarşısında təbliğat xarakterli çıxışlar edir, onları SSRİ-yə qarşı döyüşməyə səsləyərək deyirdi: “Almaniya uğrunda həlak olanlar, Ermənistan üçün ölürlər”.

Dindirilmə protokolu
Şahid Xoylunts Arsen Harutyunoviçin ifadəsi
16 sentyabr 1947.
“Zəngəzur əhalisi, kəndli və fəhlələri Njdeni erməni xalqının cəlladı kimi tanıyır”.

 Sual: Ter-Arutyunyan Qaregini (Njde) tanıyırsınızmı?
 Cavab: Bəli, Qaregin Njdeni mən 1919-cu ilin sonundan 1921-ci ilin  iyuluna qədər Zəngəzurdan tanıyıram.  Zəngəzurda Njde Daşnak silahlı qüvvələrinin Qafan rayonunda komandiri olub.        
Sual: Njdenin Zəngəzurda antisovet fəlaiyyəti barədə sizə nə məlumdur? 
Cavab:1919-1920-ci illərdə Njde Qafan rayonunda daşnak ordu qüvvələrinə komandirlik edirdi, Qafan rayonunun və ətraf rayonların onlarca azərbaycanlılar yaşayan kəndləri məhv edildi , bu kəndlərdə yaşayan mülki əhali qətl edildi.  
Sual:Zəngəzurda Njdenin inqilabçı- kommunistlərə qarşı ələ aldığı hansı  tədbirləri görməsindən danışın.
Cavab:   1920-ci ilin 19 mayında Xndzoresk kəndində gizli kommunist təşkilatı daşnaklara qarşı üsyan etmişdi. Üsyan Njde və Dronun başçılıq etdikləri silahlı qüvvələr tərəfindən yatırıldı. Üsyan yatırılarkən onun  fəal təşkilatçıları olan İttibaryan İsgender və Qaragözyan Makiç güllələndilər. Güllələnmə Njdenin rəhbərliyi ilə həyata keçirildi.
Sual: Bu sizə haradan məlumdur və bunu kim təsdiq edə bilər? 
Cavab:  Mən özüm də bu üsyanın fəal üzvlərindən idim və daşnaklar tərəfindən əsir götürüldüm. Güllələnmə gerçəkləşən an mən məktəbin yaxınlığındakı binada həbsdə idim və İttibaryan və Qaragözyanı bu binadan gətirib güllələdilər, onun pəncərəsindən özüm gördüm.
Mən xatırlayıram,  güllələnmə anında Njdeh atəş açacaq əsgərlərə yaxınlaşdı onlara bir şeylər dedi və o uzaqlaşdı,  bundan sonra edam həyata keçirildi. Ittibaryan və Karagozyanın güllələnməsi Xndzoresk kənd camaatının gözü qarşısında nümayişkaranə oldu. Guya onları buradan keçirmək üçün gətirmişdilər. Bu ona görə edildi ki, onlar bu qətli görsünlər, yalnız güllələnmədən sonra onları,kəndliləri mühasirədən buraxdılar
Bu faktı təsdiq edə bilərlər: Canunts Avak - Yerevan sakini Sov.İKP (b)üzvü, Martirosyan Sergey- Krasnoselsk Partiya Komitəsinin katibi, Asatryan Matevos İrəvan sakini - Sov.İKP (b) üzvü və b.
Sual:Njdenin fəaliyyəti ilə bağlı daha nə deyə bilərsiniz?
Cavab: 1920-ci ildə Njdenin rəhbərliyi ilə Qafan rayonunda Qızıl Ordunun 83-cü briqadasının  iki rota rus döyüşçüləri  məhv edilmişdir. Qızıl Ordu əsgərləri Qafan mədənlərində, Qafan rayon mərkəzində, Karmir Karadakı Artsvanikdə (iyul -avqust 1920-ci il) öldürüldülər.
      
Bu qırmızı qvardiyaçılarla birlikdə  Qızıl Orduya çağırılmış Gorus rayonunun  erməni kəndliləri də öldürüldülər, onlar Qızıl Orduya ərzaq və sürsat apardıqları zaman yaxalanmışdılar. Bu kəndlilər  Mansuryan  Tiqran,  Xoylunts Babavə başqaları idilər, 20-25 nəfər.
O zaman mən Qırmızıların ordu dəstəsinin komandiri idim, bütün  məlumatlar mənə gəlirdi. Bu faktı təsdiq edə bilərlər: Ağababyan Makar, Sov.İKP (b) üzvü, Kafan medkombinatında çalışır. Qazaryan Artem, Sov.İKP (b) üzvü Daxili İşlər Nazirliyi Qafan rayon şöbəsinin müdiri, Babayan Hovsep Ermənistan SSR DİN-də polis məmuru.
Bundan əlavə, dekabr 1920-ci il, yanvar 1921-ci ildə Njdenin başçılığıilə Xndzoreskdə 6erməni kommunist öldürüldü. Baloyan Avanes, Martiros (soyadını xatırlamıram) Sonya adlı bir qadın və b. Bu adamlar Xndzoresk kənd məktəbinin həyətində dəfn edildilər. 
     
Bu faktı təsdiq edə bilərlər: Ağababyan Makar, Dilavyan Martiros, Sov.İKP (b), üzvü, Yoldaş Mixael, Sov.İKP(b)  üzvü, Telunts Mirak, Sov.İKP(b)  üzvü Onların  hamısı Gorusda yaşayırlar.
1921-ci ilin əvvəlində  Njdenin rəhbərliyi ilə güllələndilər: Kommunist  Partiyasının  Zəngəzur bölgə sədri Sayrı və partiyanın Qafan rayon təşkilatının sədri  Baqrat Harutyunyan və digər adlarını bilmədiyim tanınmış kommunistlər.    
 
Bu faktları təsdiq edə bilərlər: Manuçaryan Gerasim, Sov.İKP (b) üzvü, Ararattrestdə çalışır, Makiç Petrosyan, Sov.İKP (b)üzvü , Alyuminium kombinatda işləyir və b.
Sual: Tatev monastırında Njde qəddar cinayətləri haqqında nə bilirsiniz?
Cavab: 1920-ci ilin sonu, 1921-ci iin əvvəlində Njdenin qərargahının yerləşdiyi Tatev monastırında öldürülərək və diri-diri qayadan atılanların qırmızıqvardiyaçı rusların, kommunistlərin, inqilabi ruhlu erməni kəndlilərin  sayı 400-dən çox olmuşdur. 1921-ci ilin iyununda, Zəngəzurda sovet hakimiyyyətinin bərqərar olmasından sonra və buradan daşnakların təmizlənməsindən sonra mən partiyanın rayon komitəsi Tatev sahəsinin katibi təyin olundum. Mənim rəhbərliyimlə öldürülən və qayadan atılanların cənazələrini toplayib dəfn etdik. Təxminən 400-ə qədər cənazə idi.
 
Tatev olaylarını təsdiq edə bilərlər: Xurshudyan Asatur, Sov.İKP (b) Ermənistan SSR  Ali Məhkəməsinin sədr müavini, Karapetyan Soqomon, Sov.İKP üzvü Gorus İcraiyyə Komitəsinin sədri, Paronyan Asatur, bitərəf, Armvodxozda işləyir, Qaribyan Ruben, Sov.İKP (b) üzvü, , İrəvan yaşayır və digərləri
Sual: Njdenin fəaliyyətinə dair daha nələri əlavə edə bilərsiniz?  
Cavab: Njdenin vəhşilikləri barədə mənə məlum olan faktları dedim, mən hər şeyi izah etdim.  Bildirmək istərdim ki, Zəngəzur əhalisi, kəndli və fəhlələri Njdeni erməni xalqının cəlladı kimi tanıyır.

imza
müstəntiq:
Ermənistan SSR DTK-sinin 1-ci şöbəsi 3-cü bölməsinin rəisi
Mayor Melkumyan


Dindirmə  protokolundan
Canunts Avak Tatevosoviçin
17 Sentyabr, 1947.

...1920-ci ildə Njde Dro Kanayanla birlikdə 100-dən çox  Qubadlı rayonunun  azərbaycanlı kəndini talan etdilər. Talandan sonra bu kəndlər  Njde və Dro tərəfindən  yandırılmış və edilmişdir. Bu kəndlərin ən böyüyü  Şornuxi və başqaları idi.
       
İrana qaçarkən  Njde əmr etdi ki,  Zəngəzurdakı bütün kommunistlərin əmlakı müsadirə edilsin.  Tabeçiliyindəkilər bunu icra etdilər.  
 
imza
 müstəntiq:
Ermənistan SSR DTK-sinin 1-ci şöbəsi 3-cü bölməsinin rəisi
Mayor Melkumyan

Dindirilmə protokolu
Şübhəli Ter-Harutyunyan Qaregin Eqişeviç
19 Sentyabr 1947.

İstintaq saat 12. 00 dəq. başladı.
14.00 15 dəq. sona çatdı.

Sual: Sizin qərargahınınız 1920-ci ilin sonu 1921-ci ilin əvvəlində  harada yerləşirdi?
Cavab: Tatev monastırında.
Sual: Siz bu müddətdə  hansı postu tuturdunuz?
Cavab: 1920-ci ilin qışından başlayaraq Birinci Ümumzəngəzur konqresinə qədər  Zəngəzurda bütün silahlı qüvvələrin baş komandanı (sparapet) idim, bu postda  1921-ci ilin  aprelin ortalarına qədər qaldım. Bundan  sonra, İkinci Ümumzəngəzur konqresində mən Dağlıq Ermənistan hökumətinin üzvü seçildim və bu hökumət məni baş nazir-sədr, baş komandan seçdi. Altı həftə sonra o zaman Təbrizdə bulunan "Qurtuluş Komitəsi"nin sədri Simon Vratsyan  özünü  bütün Ermənistanın naziri-sədri elan etdi.    15 iyulda biz Zəngəzuru tərk edərək İrana mühacirətə getdik.
Sual: 1920-ci və 1921-ci ildə harda olduğunuzu deyin
Cavab: Semyonovun komandanlığı altında olan  Qızıl Ordunun briqadasında Dağlıq Qarabağda xidmətdə idim və Tevanın rəhbərlik etdiyi daşnak qüvvələri tərəfindən əsir götürüldüm. Bu 1920-ci ilin noyabr, ya da dekabr aylarında olmuşdu. Mən və 7 nəfər qırmızı ordu mənsubu ruslarla birlikdə Gorusa götürüldük, həbsxanada 4-5 ay qaldıq, 1921-ci ilin mart ayında isə Tatev monastırına gətirildik.

Sual: İstintaqda belə məlumatlar var ki, 1920-ci ilin sonu və 1921-ci ilin əvvəllərində Sizin əmrinizlə yüzlərcə kommunist qırmızıqvardiyaçı Tatev uçurumundan atılmışdır. Bununla bağlı nə deyə bilərsiniz?
 Cavab:Mən əvvəllər verdiyim bəyanatı təkrar edirəm. Tatev monastırından dərəyə yalnız iki nəfər atılmışdır , onları da 1921-ci ilin aprelində Yerevandan Vratsyanın  "Qurtuluş Komitəsi" gətirmişdi. Bu cinayət "Qurtuluş Komitəsi"nin əmri ilə törədilib.
Sual: Siz səhv məlumat verməyə davam edirsiniz. İstintaqda məlumatlar var ki, yüzlərcə adam edamlar edilib, insanlar Tatevqayalıqlarından atılıb. Hoyluntsun ifadəsini nəzərinizə çatdırıram: " 1920-ci ilin sonu  və 1921-ci ilin əvvəlində Njdenin qərargahının yerləşdiyi Tatev monastırında, onun rəhbərliyi ilə güllələnmə və qayadan  diri-diri atılmaqla 400 qırmızı qvardiyaçı rus, kommmunist , inqilabi ruhda olan erməni kəndli və fəhləri öldürülmüşdür   1921-ci ilin iyulunda Zəngəzurda sovet hakimiyyəti elan olunandan və daşnak orduları ləğv olunandan sonra mən rayon partiay komitəsinin  Tatev sahəsinin katibi təyinedildim . Mənim şəxsi rəhbərliyimlə  cənazələr toplanaraqdəfn edildi. Təxminən 400-ə yaxın cəsəd toplanmışdı”. Bununla bağlı nə deyə bilərsiniz? 
Cavab. Mən bunu inkar edirəm.  
Sual: Canunts Avakın ifadəsini nəzərinizə çatdırıram.  “Njdenin ən dəhşətli vəhşilikləri bunlardır: 1920-ci ilin dekabr ayı boyu və 1921-ci ilin yanvar ayında Njdenin əmri ilə 263 rus qırmızıqvardiayçı qayalardan dərəyə atılmışdı, onların bir hissəsi diri-diri atılmış, bir hissəsi isə  güllələnərək”. Yenədəmi inkar edəcəksiniz?   
Cavab: Bəli, inkar edirəm. 
Sual: İfadələrində Canunts və Xoylunts konkret olaraq göstərirlər ki, sizin qərargah  Tatevdə yerləşdiyi vaxtlarda sizin əmrinizləyüzlərlə insana-komunistlərə,  qırmızıqvardiyaçı ermənilərə, ruslara divan tutulub, onları güllələmiş və dərəyə atmışsınız. İstintaq sizdən düzgün ifadə verməyi tələb edir. 
Cavab: Mən Tatevdə qətlləri  bir daha inkar edirəm. Canunts və Xoyluntsun ifadələrini  yanlış hesab edirəm. Amma hesab edirəm ki, Canunts və Xoylunts Tatev qayalıqlarında atılan  Zaval paşanın dəstəsindən olan 200-ə yaxın  Türkü nəzərdə tuturlar, bunu isə sovet höküməti bizə qarşı istifadə etmişdi. Qeyd etmək istəyirəmki, Zaval paşa mənim tərəfimdən darmadağın edildi,o yaralı halda zabitləri ilə birlikdə bizə əsir düşdü. Mən əmr etdim əsgərləri buraxsınlar,  Zaval paşa və zabitlərini isə güllələtdim. Mənim cangüdənlərim kəndlilərlə Tatev və Darbasda onları güllələdilər və Tatev qalasından atdılar . 
Sual: Güllələnən və Tatev qalasından atılanlar türklər deyildi, sizin əlinizə keçən kommunistlər və qırmızıqvardiyaçılar idilər . İstintaq təkrarən doğru ifadə vermənizi tələb edir.
Cavab: Mən iddia edirəm, öldürülənlər türklər idilər, qırmızıqvardiyaçıların geyimində idilər, şahidlər  Xoylunts və Canunts ola bilsin ki, bundan çıxış edərək hesab etmişlər ki,onlar qırmızıqvardiyaçılardır-ruslar və ermənilər. Mənim sözlərim doğru yazılmışdır, özüm oxumuşam. 
 Ter- Harutyunyan  Q. Yeğişeviç        imza  müstəntiq:  Ermənistan SSR DTK-sinin 1-ci şöbəsi 3-cü bölməsinin  rəisi Mayor  Melkumyan 

NJDE-nin Zəngəzur cinayətləri    

Garegin Njde və digərlərinin ermənicə gizli  raport və yazışmaları

Bu əl yazısı Garegin Njdeyə məxsusdur. O bu əl yazısında Zəngəzurun iki dərə arası kəndlərində bütün türk (azərbaycanlı ) kəndlərini dağıdaraq burada yaşayan adamları qırmağı əmr edir.

 
Deyir:“Bizim bəlamız o deyildir ki, dünyada Türklər vardır, həm də odur ki, Türksevər Ermənilər vardır.”
Qaregin Njdeyə ("Njdeh" "əbədi səyyah" kimi tərcümə olunur) Birinci Dünya  müharibəsinin sonunda müasir Ermənistanın ərazisində və  sonra  digər ərazilərdə yaşayan  azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmək həvalə olunmuşdur. O bu sahədə xüsusi "nailiyyətlər"  əldə etmişdir.Zəngəzurda Qaregin Njdenin rəhbərliyi altında həqiqətən Azərbaycan əhalisinin soyqırımı həyata keçirilib.   Yüz minlərlə insan Zəngəzurdan qaçmağa məcbur edilib, yollarda  həlak olub. Təqdim olunan bu sənədlərdə o 32 tatar (Azərbaycan) kəndlərini məhv etməsi ilə öyünür. Özünü Zəngəzurun "Sparapet"i adlandıran bu şəxs  Qarabağ və Azərbaycanın digər ərazilərində də qan izləri buraxmışdır Naxçıvan kəndlərinə onun dəstələrinin hücumlarında qətliamlar yaşanıb. Məlumdur ki, hələ 1918-ci il avqustun əvvəllərində  yenə Andranik meydanda idi.  O,  öz başkəsənləri ilə qəflətən Zəngəzur və Qarabağ torpaqlarında görünmüş və dinc azərbayçanlı əhaliyə qanlı divan tutmağa başlamışdı. Bu münasibətlə Azərbaycan demokratik Respublikası hökuməti özünün 1918-ci il 15 avqust tarixli 461 №-li rəsmi məktubu ilə Ermənistan hökumətinə müraciət edərək bu rüsvayçılıqlara son qoymağa və Andranikin quldur dəstəsini Azərbaycan ərazisindən geri çəkməyi tələb etmişdi. Ermənistan hökuməti həmin məktuba cavabında riyakarlıqla bildirmişdi ki,”...general Andranik, həm də onun dəstəsi artıq çoxdan erməni qoşunlarının tərkibindən və siyahısından çıxarılmışdır, bundan sonra onlar Ermənistan rəhbərliyinə, onun vəzifəli şəxslərinə tabe olmaqdan imtina etmişlər ”. 
Beləliklə, Andranik və onun dəstəsinin Ermənistanın milli qoşunları və dövlət orqanları ilə heç bir əlaqəsi yoxdur və Ermənistan Respublikasının hökuməti onların məsuliyyətsiz hərəkətlərinə çavabdeh deyildir”.Fövqəladə təhqiqat komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdıldığı göstərilir. Həmin kəndlərdə 3257 kişi, 2776 qadın və 2196 uşaq öldürülmüş, 1060 ki şi, 794 qadın və 485 uşaq yaralanmışdı. Şahidlərin ifadələri əsasında tərtib olunmuş məruzədə ermənilərin törətdikləri cinayətlər haqqında ətraflı məlumat verilmişdir. Vagudi kəndində erməni vandalları 400-dən yuxarı azərbaycanlı əhalinin sığınacaq tapdığı məsciə əvvəlcə əl qumbaraları atmış, sonra isə ona od vuraraq, adamlarla birlikdə yandırmışdılar. Qaniçən quldurlar həmin kənddən qaçıb, canını qurtarmaq istəyən uşaq və qadınların başlarını qılınc və xəncərlərlə üzmüş, İmişli kəndini qətl-qarət edər kən südəmər uşaqları süngülərə taxaraq göyə qaldırmış, öldürülənlərin meyitlərini tikə-tikə doğramışlar. Göstərilənlər ermənilərin törətdikləri vəhşiliklə rin cüzi bir hissəsi idi. Şahidlərin dediyinə görə, bütün bu cinayətlər bilavasitə Andranikin başçılığı ilə həyata keçirilmişdir. Zəngəzurun müsəlman əhalisinə qarşı erməni basqınları, vəhşilikləri 1919-cu ilin dekabrından etibarən yenidən şiddətləndi. Müsəlmanlar yaşayan Oxçu, Şabadan, Atqız, Pordavdan kəndlərinə qarşı geniş hərbi əməliyyatlar başlandı. ( Bunlar səənədlərdə yer almışdır –Müəllif) Özü də bu vaxt əməliyyatlarda artıq erməni Ararat Respublikasının rəsmi nizami ordusu da iştirak edirdi. Lakin Ararat Respublikası hökuməti riyakarcasına bu işlərlə heç bir əlaqəsinin olmadığını, bu vəhşiliklərin guya ancaq Andranikin dəstəsi və başqa erməni quldur dəstələri tərəfindən törədildiyini bildirirdi. (Təqdim edilən ermənicə sənədlər bu erməni yalanını ifşa edir-müəllif)  Andranikin "döyüşçüləri"nin vəhşilikləri misli görünməmiş həddə çatmışdı. Meyitlər o qədər eybəcərləşdirilmişdi ki, onları tanımaq mümkün olmurdu. Quldur dəstələri bütün müdafiəsiz müsəlman kəndlərini talan etdikdən sonra hər yeri və hər şeyi oda qalayırdılar. Kəndlərdən hansısa biri müdafiə olunmağa cəhd göstərdikdə mühasirəyə alınır və yerlə yeksan edilirdi. Bu hadisələrin iştirakçısı olan A.Lalayan yazırdı: "Türk qadınlarının və uşaqlarının, qocaların və yeniyetmələrin məhv edilməsində daşnak dəstələri... maksimum "şücaət" göstərdilər. Daşnak dəstələrinin ələ keçirdiyi kəndlər canlı insanlardan "azad olunur" və eybəcərləşdirilmiş meyitlərlə dolu xarabazara çevrilirdi". Erməni millətçilərinin Zəngəzurdakı dəhşətli cinayətləri və onlara layiqli cavab verilməməsi azərbaycanlı əhali arasında ümidsizlik doğururdu. 1920 il yanvarın 23-də Cəbrayıldan müəllim Hüseyn Axundzadə və başqaları tərəfindən Azərbaycan Cümhuriyyəti Parlamenti və Hökuməti adına göndərilən teleqramda deyilirdi: "İkinci dəfə olaraq, teleqraf edirik. Zəngəzur müsəlmanları sarıdan başınız sağ olsun. Zəngəzurlular nə qədər ağladılarsa da, nalələri Zəngəzur dağları, dərələri və obaları arasından bir tərəfə çıxmadı... Qızlar və gəlinlər ermənilərin əlinə keçmiş, onların namuslarına təcavuz edilmişdir.1918-ci ildə Qarabağda baş vermş qanlı hadisələrdən bəhs edərkən Şuşa haqında ayrıca danışmamaq olmaz. Axı, Andranikin agentləri Qarabağda erməni əhalisinin qiyama təhrik etdikdən sonra Şuşa daşnaklar tərəfindən  “Qarabağ Respublikası”nın (“Kiçik Ermənistan”) paytaxtı elan edilmişdi. Andranik şəxsən üç dəfə bu qala-şəhəri tutmağa cəhd göstərmiş və hər dəfə də burnu ovularaq böyük itkilərlə öz yuvasına - Gorusa geri çəkilməyə məcbur olmuşdu.” 1918-1920-ci illərdə  Naxçıvan və Zəngəzurda saysız-hesansız cinayətlər törətmiş  Njde  indi Ermənistanın “milli lideridir, qəhrəmanıdır”. Ermənistanda bu gün  o adamlar qəhrəman sayılır ki, onlar çoxlu türk qırıblar,  Njde də onlardan biridir. Njde həmçinin Vedibasarda və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Njdenin dəstələri 1920-ci ildə  Azərbaycanın   ordusu ilə döyüşlərdə iştrak edir. Ən gərgin döyüşlər 1920-ci ilin mart ayında qedir. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Njde Sovet ordusunun hərbi birləşmələri ilə də döyüşlər aparır. 1920-ci ilin sentyabrında Sovet ordusunun hissələri Qafanı tutur, Njde öz dəstələri ilə Meğri tərəfə çəkilir və burada mövqe tutur. 1920-ci ilin qışında Njde Zəngəzurdakı digər erməni dəstələri ilə birgə qırmızı ordunu sıxışdırıb çıxara bilir. 25 dekabr 1920-ci ildə Njde və silahdaşları Zəngəzurda "Dağlıq Erməni Respublikası"nın yaradılmasını elan edirlər. Bütün bu zaman ərzində silahlı erməni dəstələri Qarabağ və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin kütləvi qətllərini törədir.
Buradakı cinayətlərinin üstünün açılacağından qorxaraq 1920-ci ildən sonra Bolqarıstana qaçan Njde oranın vətəndaşlığını qəbul edib. Sonra nasist Almaniyasına gedərək faşistlərə qoşulub, onlarla sovet hökümətinə qarşı əməkdaşlıq edib, Hitlerlə görüşüb və general rütbəsinə yüksəldilib. 1942-ci ildə faşist ordusunun tərkibində erməni dəstələri yaradıb. Sofiya Sovet Ordusu tərəfindən tutulduqdan sonra o, həbs edilərək SSRİ-yə gətirilib. 1955-ci ilə kimi Moskva, İrəvan, Vladimir və Daşkənd türmələrində saxlanılıb. 1955-ci ildə Vladimir türməsində ölüb. Meyiti 1983-cü ildə gətirilərək Qafandakı Spitakvor kilsəsinin həyətində basdırılıb. Njde qədim türk torpağı, eradan əvvəl 8-ci əsrdən türklərin yaşadığı Syuniki, yəni indiki Zəngəzuru işğal edərək Ermənistana birləşdirməsi ilə həmişə fəxr edib.  Bu bölümdə verdiyimiz ermənicə yazışmalar, onun əmrləri və bölgədən göndərilən raportlar, Ermənistan xarici işlər nazirliyinə yazılmış məlumatlar Zəngəzur cinayətlərinin bir sübutudur. Ermənicə olmağının əhəmiyyəti də ondadır ki, ermənilər bunu heç zaman təkzib edə bilməzlər.  Bu sənədlər  əsil soyqırımın kimlər tərəfindən törədildiyini ortaya qoyan önəmli bəlgələrdir. Zəngəzurda yaşanan bu faciələr sonradan SSRİ-nin bu ərazini ermənilərə verməsi Azərbaycanın Türkiyə ilə quru ərazisindən mərhum edilməsi məqsədini güdmüşdür.  Həmin sənədlərdə buna işarələr vardır. 2004-ci ildə Ermənistanda, indi iqtidarda və sədri isə Serj Sarkisyan olan  Ermənistan Respublikaçılar Partiyası tərəfindən çap edilmiş “Garegin Njdenin təlimi” kitabı hər bir erməni üçün stolüstü kitab anlamına gəlir. Bu gün kasıb Ermənistanın  müstəqillikdən sonra ən böyük büdcəli (7 milyon ABŞ dolları),  filmi də “milli qəhrəman” Garegin Njde haqqında çəkilən film olmuşdur (2013-də nümayiş olunmuşdur).   Ermənistanı Stalin SSRİ-sindən azad etmək üçün Hitlerin erməni legionunun qurulmasında aktiv iştrak etmiş bir şəxsin film qəhrəmanı kimi nələr etdiyi maraq mövzusudur.  Bu faktlar filmdə heç göstərilmir, ölkənın millətçi tarixçiləri və siyasətçiləri tərəfindən onun bu “fədakarlığı “ təmizə çıxarılır. Qəddarlıqda Andranikdən geri qalmayan bu şəxsin tökdüyü qanların sayı-hesabı yoxdur. Həmin dövrdə və daha sonrakı illərdə Njde, daşnaklar tərəfindən  buraxılan “Hayastan” (Plovdiv), “Araks” (Sofiya), “Azatamart” (Paris)  kimi müxtəlif jurnal və qəzetlərdə aktiv rol almışdı. Bütün yazılarının tək hədəfi türklər və Türkiyə, Azərbaycan, tək məqsədi də xarici ölkələrə  dağılmış ermənilərdə türklərə qarşı genetik bir nifrət meydana gətirmək idi. Əsasən 1919-cu ilə aid ermənicə bu sənədlərdə  bütün bunlar vardır. Azərbaycan və Türkiyəyə, millətimizə genetik nifrət!

Njdenin Zəngəzur cinayətləri ermənicə qaynaqlarda 
(Mətnlər olduğu kimi tərcümə edilmişdir-  Bütün tərcüümələr kitabın müəllifinə məxsusdur)                                                                       
Bu sənədlər 1919 və 1920-ci illərə aiddir. İlk dəfə diqqət mərkəzinə gətirilir...

Ardı var...

Paşinyandan seçici fəallığının az olmasına şərh: "İndi avtobuslarla seçici daşınmır"
Türkiyənin insan kimi rəqs edən ilk robotu səhnədə aşdı: ""Mini ada"nın digital ekranı və başı zədələnib"
Trampdan “seçkiə müdaxilə” üzrə araşdırmaya etiraz: "Bu, mənə 30 milyon dollara başa gəlib"
Messi 15 milyon dollara təyyarə aldı -FOTOLAR
Ermənistanda seçki məntəqəsində qanunsuzluq aşkarlandı - Səsvermə dayandırıldı
Ədliyyə: 1918-2018
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Dilənçi qadının milyonluq villası aşkar edildi -FOTO
Cəmiyyət
Bu gün İslam ümmətinin başına nadanların gəlməsinin nəticələrini yaşayırıq...
Dünya
Ən pis işləri görən və adam yerinə qoyulmayan tayfa -FOTOLAR
Mədəniyyət
“Bu, yalnız mənim yox, həm də teatrımın və ölkəmin uğuru oldu”
Siyasət
“Yunanıstan Türkiyənin Ermənistanıdır”
Həftənin ən çox oxunanları
"Əgər Prezident Leyla xanımı bu vəzifəni qəbul etməyə razı sala bilsə..." - TƏKLİF
Fitnəkar ruslar ermənilərə Naxçıvanı da vəd etdilər: Bəs bizimkilər niyə susur...?
Bu deputat Cəbrayılın kəndindəki erməni ailələrinin hər birinə 10 min dollar bağışlayıb...-VİDEO
Raket belə onu dayandırmaqda acizdir! - Putinin təkərli sığınacağı...
“Vəfa Quluzadə, Tofiq Zülfüqarov və mən istefa verməsəydik, böyük problemlər olacaqdı”
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
“Fağır” Ermənistan silahlanma sürətinə görə dünyada üçüncü, Avropada birinci oldu...
Gələcək intim necə olacaq? - Alimlərdən maraqlı açıqlama...
Tramp ata Buşun dəfnində yarıməsrlik ənənəni pozdu - FOTO+VİDEO
Arif Əsgərov hardan biləydi ki, baldızı oğlu təhlükəli sularda üzür: Bir həbsin izi ilə...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə