Xəbər lenti
21/09/2018 [11:41]:
“Rusiya Qafqazda yeni siyasətə başlayacaq” – PROQNOZ
21/09/2018 [11:34]:
Sabirabadda 64 yaşlı kişi özünü asdı
21/09/2018 [11:30]:
Bakı Metropoliteni 6 milyon avroluq generator alır
21/09/2018 [11:27]:
“Səməd Səmədov nə oxuyur ki, onun adını “hay-küy”qoymuşam...”
21/09/2018 [11:22]:
“Televiziyaların şou dalınca qaçması təsadüfi deyil”
21/09/2018 [11:15]:
Gözəl Dəmirov Etimad İsmayılovu öldürdükdən sonra belə qaçdı - VİDEO
21/09/2018 [11:15]:
Mehriban Əliyevaya səslənən ana: "Ürəyimin yarısı qızımla birlikdə dəfn edilib"
21/09/2018 [11:12]:
Ordumuz gecə qaranlığında düşmənə mərmi yağdırdı, bütün hədəflər vuruldu - VİDEO
21/09/2018 [11:09]:
İcazəsiz ova cəhdin qarşısı alınıb
21/09/2018 [11:05]:
Oyun zallarından oğurluq etməkdə şübhəli bilinənlər saxlanılıblar
21/09/2018 [11:04]:
Gözəllik salonundan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
21/09/2018 [11:03]:
Azərbaycan çarter reyslərin sayını artırır
21/09/2018 [11:00]:
“Köməkçiləri yollar axtarırlar ki, Tramp Paşinyanla görüşə yarımca saat vaxt ayırsın”
21/09/2018 [11:00]:
Bakıda dünya rekordu qıran ukraynalı gözəl – FOTO
21/09/2018 [10:57]:
ADU-nun rektoru Sudan Milli Assambleyasının sədri ilə görüşüb
21/09/2018 [10:54]:
Ermənistan nazirləri Pənahəli xanın qalasına YEYİB-İÇMƏYƏ GƏLİR...
21/09/2018 [10:52]:
İsmayıllı və Göyçayın diri heyvan satışı bazarlarında dezinfeksiya tədbirləri aparılıb
21/09/2018 [10:51]:
Bakıda dörd nəfərin öldüyü dəhşətli qəzanın təfərrüatı - VİDEO
21/09/2018 [10:50]:
“Gecə klublarında intim təmaslar qanunla qadağandır” - HƏKİM MƏSLƏHƏTİ...
21/09/2018 [10:25]:
"Nazirlər hesab edirlər ki, parlamentə deputatların suallarına cavab vermək nüfuzlarını aşağı salır"
21/09/2018 [10:19]:
İlham Əliyev dünyaya mesajlar verir: Parlamentin təntənəli iclasından...
21/09/2018 [10:12]:
Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb
21/09/2018 [10:10]:
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
21/09/2018 [10:08]:
Qənirə Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
21/09/2018 [09:59]:
Sevil Nuriyeva həyat yoldaşının vida mərasimində - FOTO
21/09/2018 [09:53]:
“Azərbaycan” sözünə görə 10 övlad dünyaya gətirdilər - VİDEO
21/09/2018 [09:49]:
Tatar çölü Rusiya: Kazandan tarixi-infantil foto-reportaj
21/09/2018 [09:46]:
Uşaq verilişində qalmaqal: Obrazlar homoseksual imiş - FOTO
21/09/2018 [09:39]:
Ruhaninin Trampla görüş istədiyi məlum olub
21/09/2018 [09:32]:
“Qu quşu ömrü yaşayırdı...” - QIZI NURƏNGİZ GÜNDƏN DANIŞDI
21/09/2018 [09:28]:
Ermənilər cəbhənin bütün istiqamətində təxribat törətdi
21/09/2018 [09:27]:
Vyetnam prezidenti vəfat etdi
21/09/2018 [09:22]:
“Bu körpələrin aclıqdan ağlamağa da taqəti qalmayıb” - Günümüzün “Aşura”sı…
21/09/2018 [09:19]:
Qoruqda ov etmək istədi
21/09/2018 [09:18]:
Eks prezidentliyə namizəd psixi ekspertiazaya göndərildi - İNANILMAZ...
21/09/2018 [09:18]:
“Facebook”un işində problem yarandı
21/09/2018 [09:17]:
Hüsnü Mübarəkin oğulları azadlığa buraxıldı
21/09/2018 [08:52]:
Bakıda dünya çempionu olan 17 yaşlı gözəl... - Fotolar
21/09/2018 [08:50]:
Etimad İsmayılovun nəşi Bakıya gətirildi -FOTOLAR
21/09/2018 [08:46]:
42 yaşlı milyarder Aya uçan ilk turist olacaq
21/09/2018 [08:44]:
Telman İsmayılovun qardaşı oğluna 2 aylıq həbs verildi
20/09/2018 [23:55]:
Start “11-lik”: Rəşad Sadıqov heyətə salınmadı
20/09/2018 [23:35]:
“Vaxtilə ermənilərlə əməkdaşlıq etmiş adamların da adları açıqlanmalıdır”
20/09/2018 [23:31]:
Məmurdan 1-ci qrup əlilə heyrətamiz məsləhət: "Premium" benzini götürməyi unutmayın..."
20/09/2018 [22:56]:
Binəli Yıldırım Bakıya gəlib
20/09/2018 [22:49]:
Tağıyevin Balkan müharibəsindəki gözəl jesti – Növbəti Azərbaycan-Türkiyə qardaşlığı...
20/09/2018 [22:30]:
UNEC Bakı Fond Birjası ilə memorandum imzalayacaq
20/09/2018 [22:13]:
Beriyanın edamından bəhs edən “canlı” sənədlər, heyrətamiz faktlar - GİZLİ TARİX
20/09/2018 [22:12]:
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
20/09/2018 [21:56]:
Gürcüstanda 19 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb
20/09/2018 [21:44]:
Orxan Gəncəbay yenə xəstəxanaya yerləşdirildi
20/09/2018 [21:41]:
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
20/09/2018 [21:09]:
Deputatdan Meriyaya ciddi İTTİHAM - Yığılan pullar kimlərin cibinə AXIR?..
20/09/2018 [21:08]:
İlyas İsmayılovun qətlə yetirilən oğlu ilə vida mərasimi keçirildi
20/09/2018 [20:47]:
Avropa Birliyi “Facebook”a ultimatum irəli sürdü
20/09/2018 [20:16]:
“Google” Türkiyəyə 15 milyon dollar ödəyəcək
20/09/2018 [20:03]:
Qarabağ azad edilsə, rayonlarda iş olsa... - Bakı da tıxaclardan azad olacaq...
20/09/2018 [19:54]:
Etimad İsmayılovu qətlə yetirən danışdı - Təfərrüat
20/09/2018 [19:40]:
Azərbaycanda xüsusi təyinatlıları belə hazırlayırlar - İLK DƏFƏ
20/09/2018 [19:37]:
Bakıda dəhşətli yol qəzası - 4 nəfər öldü
20/09/2018 [19:06]:
Sabah bu qəsəbələrdə su olmayacaq
20/09/2018 [19:04]:
Birinci vitse-prezident NATO baş katibinin müavinini qəbul etdi - FOTOLAR
20/09/2018 [19:00]:
Elnur Məmmədlinin qohumu medalın bir addımlığında uduzdu
20/09/2018 [18:59]:
Şəhriyar Məmmədyarov ata oldu – FOTO
20/09/2018 [18:35]:
“Mən rüşvətxor məmurlara qarşı mübarizə aparanda ağız-burun əyirlər...”
20/09/2018 [18:34]:
İstanbulda Azərbaycan məktəbi dərslərə belə başladı- VİDEO
20/09/2018 [18:13]:
Arvadını boğan ər hakim qarşısında - Başqa kişi ilə mesajlaşırmış...
20/09/2018 [18:09]:
Prezident NATO baş katibinin müavinini qəbul edib
20/09/2018 [17:52]:
“DTX-nın bu addımı erməni terrorizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir”
20/09/2018 [17:48]:
Yeni açılan məktəbdə sıxlıq yarandı - Şagirdlər dərsə gedə bilmir
20/09/2018 [17:43]:
Medvedev çətin illərlə bağlı xəbərdarlıq etdi
20/09/2018 [17:02]:
Etimad İsmayılov sabah Nardaranda dəfn olunacaq
20/09/2018 [17:00]:
Heç vaxt xərçəng olmayan türk tayfasının sirri - FOTOLAR
20/09/2018 [16:58]:
Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi
20/09/2018 [16:48]:
Tramp Paşinyanla görüşməyəcək
20/09/2018 [16:45]:
Merkel və Putin Suriyanı müzakirə edib
20/09/2018 [16:45]:
“Cəhalətin qarşısını yalnız elmlə, savadla almaq olar”
20/09/2018 [16:14]:
Azərbaycan XİN ATƏT-ə çağırış etdi
20/09/2018 [16:12]:
Ronaldunun bacısı: " Qardaşımı məhv etmək istəyirlər"
20/09/2018 [15:50]:
ADPU-nun Filologiya fakültəsinə yüksək bal toplayaraq qəbul olunan tələbələrlə görüş keçirildi
Bütün arxiv bir sırada
13/03/2018 [15:02] - Müsahibə - ( 2114 dəfə baxılıb)

“Respublika Veteranlar Təşkilatının fəaliyyəti müasir tələblər səviyyəsindədir”



Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Moderator.az-a müsahibə verib. Həmin müsahibəni olduğu kimi oxucuların diqqətinə çatdırırq:

 

-Cəlil müəllim, Azərbaycan Respublikası Prezidentinin 9 mart 2018-ci il tarixli Sərəncamı ilə müharibə veteranlarına dövlət qayğısının artırılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına üç yüz min manat vəsaitin ayrılmışdır. Bu sərəncamın Sizin fəaliyyətinizə müsbət təsirləri barədə oxucularımıza nə deyərdiniz?

 

-Əlbəttə, möhtərəm Prezident tərəfindən həmin vəsaitin ayrılması fəaliyyətimizin daha səmərəli təşkilnə geniş imkanlar yaradır. Belə ki, sərəncamda da qeyd edildiyi kimi Təşkilatın maddi-texniki bazasının gücləndirilməsi, fəaliyyətlə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunmasına şərait yaradılmışdır. Bu isə ümumi işin, ən başlıcası gənclərin hərbi vətənpərvərlik, azərbaycançılıq ruhunda tərbiyəsi sahəsində aparılan işlərin səviyyəsinin daha da yüksəldilməsi, tədbirlərin sayının və coğrafiyasının genişlənməsi üçün stimul olacaqdır. Ölkə başçısının veteranlara göstərdiyi yüksək diqqət və qayğının növbəti nümunəsi olan bu sərəncama biz əməli fəaliyyətimizlə cavab verməyə çalışacağıq və sizi əmin edim ki, yaxın bir neçə aydakı Tədbirlər Planımızla yaxından tanış olsanız qeyd edilənlərin nə qədər real olduğunu görərsiniz.

 

-Bəlkə bu barədə oxucularımıza bir qədər ətraflı məlumat verəsiniz?

 

-Tədbirlər Planına uyğun olaraq, Respublika Veteranlar Təşkilatı tərəfindən növbəti aylarda, xüsusilə aprel-oktyabr ayları ərzində bir sıra ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu sırada yalnız bir neçə tədbirin adını çəkmək kifayətdir ki, görüləcək işlərin miqyası və əhəmiyyəti barədə müəyyən təsəvvür yaransın. Belə ki, biz ümummilli lider Heydər Əliyevin 95 illik, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinin Azərbaycanın rayon, şəhər veteran təşkilatları ilə yanaşı, MDB ölkələri və Türkiyə veteran təşkilatlarının iştirakı ilə beynəlxalq səviyyədə keçirilməsini planlaşdırmışıq. Bu tədbirlər silsilə xarakter daşıyacaqdır. Biz əksər tədbirləri ölkə gənclərinin iştirakı ilə, həmçinin təhsil müəsisələrində keçirməyi planlaşdırırıq.Təşkilat tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı respublika səviyyəsində silsilə tədbirlər keçirilməsi də nəzərdə tutulur. Qeyd olunan Tədbirlər Planında dövlətçilik və qəhrəmanlıq tariximizin, Azərbaycan əsgərinin torpaqlarımızın azad edilməsi uğrunda göstərdiyi şücayət və fədakarlıqların, ölkəmizin bugünki inkişafının təbliği məqsədilə keçiriləcək müntəzəm tədbirlər də əksini tapmışdır.

Bizim illik fəaliyyətimizin əm mühüm və ən məsuliyyətli tədbiri İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin ildönümünün qeyd olunduğu bayram günlərində Azərbaycan Respublikasının Prezidentinin həmin müharibənin iştirakçıları ilə görüşünün təşkilidir. Ötən il də qələbənin 72 illiyi münasibətilə möhtərəm Prezident,cənab İlham Əliyev veteranlarla görüşdü, onlara öz adından ziyafət verdi və gündəlik qayğılrı ilə maraqlandı. Bilirsiniz ki, Azərbaycanda hər il İkinci dünya müharibəsi iştirakçılarına, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövürdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımın həcmi artırılır. Hazırda bu rəqəm müvafiq olaraq 1000 və 500 manat təşkil edir. Veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində hər il müxtəlif fərman və sərəncamlar imzalanır və icra olunur. Bu qayğının əyani sübutları barədə dövlət orqanları ilə yanaşı, biz də ölkə ictimaiyyətinə müntəzəm hesabat veririk. Azərbaycanda veteranların problemlərinin həllinin dövlətin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xətt olduğunu təkzibedilməz faktlarla çatdırırıq.

Təşkilatımız Azərbaycanın İkinci dünya müharibəsində iştirakı ilə bağlı məsələlərə daim xüsusi əhəmiyyətli iş kimi yanaşmış, bu istiqamətdə çoxsahəli fəaliyyət planları işlənib həyata keçirilmişdir. Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi böyük töhfələr, azərbaycanlıların göstərdiyi qəhrəmanlıqlar, xüsusilə milli-atıcı diviziyaların şanlı döyüş səlnaməsi və bütün bunların təbliği və s. məsələlər bu gün xüsusi diqqət mərkəzindədir. Həmçinin, itkin düşmüş müharibə iştirakçılarının axtarışı ilə məşğül olunur.

Yeri gəlmişkən, ötən il Respublika Veteranlar Təşkilatının 30 illik yubileyininin qeyd edilməsi məqsədilə müvafiq tədbirlər planı hazırlanmışdı. Ancaq maliyyə imkanımız olmadığından və digər səbəblərdən biz bu tədbirləri keçirə bilməmişdik. Doğrudur, yubileylə bağlı Təşkilatın muzeyi yaradıldı və 30 illik tarixi yolu əks etdirən kitab yazılıb çap etdirildi. Ayrılmış maliyyə hesabına həmin yubileylə bağlı tədbirlərin də keçirilməsinə artıq imkanımız olacaqdır. Bu mühüm tədbirlərlə yanaşı, Respublika Veteranlar Təşkilatı veteranların ölkənin ictimai-siyasi həyatında fəal iştirakları, onların sosial müdafiəsinin gücləndirilməsi və s. istiqəmətlərdə ardıcıl və məqsədyönlü fəaliyyətini də uğurla davam etdirəcəkdir. Bütün bunlar əslində bizim gündəlik fəaliyyətimizin ayrılmaz tərkib hissələridir.

 

-Cari ilin əvvəlindən gördüyünüz işlər barəsində konkret nə deyərdiniz?

 

-Əvvəla qeyd edim ki, biz fəaliyyətimiz barədə Təşkilatımıza məxsus “veteran.az” saytında və “Azərbaycan Veteranı” qəzetidə ölkə ictimaiyyətinə müntəzəm məlumatlar çatdırırıq. Ölkə mediası ilə sıx əməkdaşlığımız da fəaliyyətimizin işıqlandırılmasında mühüm rol oynayır. Yeri gəlmişkən, mən təbliğat işində bizə daim dəstək olan ölkə KİV-lərinə, onların rəhbərlərinə və əməkdaşlarına Təşkilatımız adından təşəkkür edirəm. Bu sahədə “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “525-ci” və s. qəzetlərin, AzərTAC, “APA”, “Moderator. az”, “Trend”, “İnterfaks” məlumat agentliklərinin, Azərbaycan TV, İctimai TV, Lider TV, “XəzərTV”, Space TV-nin adını çəkmək istərdim. Bir daha vurğulayıram, əgər həmin məlumatlarla tanış olsanız gənclərin hərbi vətənpərvərlik tərbiyəsi və digər istiqamətlərdə Təşkilatın necə səmərəli fəaliyyət göstərdiyi barədə kifayət qədər informasiya əldə edə bilərsiniz. Son iki ayda keçirdiyimiz tədbirlərə gəlincə, 20 Yanvar - Ümumxalq Hüzn günü, Xocalı soyqırımının 26-cı ildönümü, Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun 95 ilik yubileyi münasibəti ilə və 2018-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində namizədin irəli sürülməsi ilə əlaqədar 14 fevral 2018-ci ildə keçirilən tədbirləri, həmçinin 01 fevral 2018-ci il tarixində Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Admistrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla veteranların görüşünü də xüsusi qeyd etmək istərdim.

Ümumən, RVT-nin fəaliyyətinin səmərəli qurulmasında Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında veteranlara göstərilən qayğı və diqqətin mühüm rol oynadığını bir daha vurğulamaq istərdim. Veteranlar adından yaradılmış şəraitə, yüksək qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı çatdırır, həmişə dövlətin, xalqın yanında olduğumuzu bildiririk.

Azərbaycan dövləti əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş veteranlara qayğı siyasətini bu gün doğrudan da uğurla davam etdirir. Şübhə yoxdur ki, burada başlıca məqsəd vətənpərvər insanların xidmətlərinin qiymətləndirilməsi, cəmiyyətdəki mövqeyinin, sosial müdafiəsinin gücləndirilməsi ilə yeni nəslin bu ənənələrə uyğun ruhda tərbiyəsinə stimul yaratmaqdır.

 

-Tədbirlərimizin əhatə etdiyi kontingentin müxtəlifliyi daim diqqət çəkir.

 

-Sözünüzü kəsmək olmasın, bizim tədbirlər həmişə qələbəlik olur. Hətta bir  çox tədbirlərimizə arzu edənlərin hamısını dəvət edə bilmirik. Tədbirlərimizdə bütün qruplardan olan veteranların və əsasən gənclərin iştirakına xüsusi önəm veririk. Çünki, başlıca məqsəd gənc nəslin vətəninə, xalqına, dövlətinə sədaqətli, yüksək biliklərə, geniş dünyagörüşə malik insanlar kimi yetişməsinə nail olmaqdır. Torpaqlarımızın erməni işğalından azad edilməsi üçün bunlar son dərəcədə mühüm amillərdir. Əlbəttə, tədbirlərimizdə ziyalıların, ictimaiyyətin fəal nümayəndələrinin və media təmsilçilərinin iştirakına da mühüm əhəmiyyət veririk. Qeyd etdiyim zümrələrlə bizim səmərəli əməkdaşlığımız formalaşıb. Bizim Rəyasət Heyətinin üzvləri arasında tanınmış elm adamları, media qurumlarının rəhbərləri, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən insanlar var.

 

-Veteranların sosial müdafiəsinin gücləndirilməsi istiqamətindəki fəaliyyətinizi qənaətbəxş hesab edirsnizmi?

 

-Təşkilat bu məsələdə imkanlardan maksimal yararlanmağa çalışır. Ümumiyyətlə, Azərbaycan Respublikası bu sahədə MDB məkanında fərqlənən dövlətlər sırasındadır. Veteranların sosial və hüquqi müdafiəsinin təmin edilməsi, mənzil və maddi-məişət şəraitinin yaxşılaşdırılması üzrə ardıcıl iş aparılır. Bu istiqamətlərdə fəaliyyət Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, şəhər və rayon icra hakimiyyətləri, bələdiyyə orqanları və digər dövlət və qeyri-hökümət təşkilatları ilə qarşılıqlı əlaqədə həyata keçirilir.

Hər il respublikanın şəhər və rayonlarında yaşayan müharibə, əmək, Silahlı Qüvvələr və hüquq mühafizə orqanları veteranlarının sayı dəqiqləşdirilir. Məlumatlara görə, 2018-ci ilin fevral ayınadək İkinci dünya  müharibəsi iştirakçılarının sayı 550 nəfərdən artıqdır. Onlardan 16 nəfərinin yaşı 100-dən artıqdır. Veteranların dul qadınlarının sayı təqribən 6700, məhəlli döyüş iştirakçılarının sayı 4700, arxa cəbhə veteranlarının sayı 3300, Silahlı Qüvvələr veteranlarının sayı 21900, əmək veteranlarının sayı 133.600-dür.

İl ərzində RVT-yə veteran və veteran ailələri nümayəndələrindən rəsmi surətdə yüzlərlə məktub, ərizə və müraciətlər daxil olur. Məzmununa gəlincə, bunlar ən müxtəlif sahələri əhatə edir. Onlar əsasında müxtəlif dövlət  orqanlarına rəsmi məktublar, sorğular göndərilir. Bütün bu məsələlər üzrə Respublika Veteranlar Təşkilatı təbii ki, öz səlahiyyətləri dairəsində tədbirlər görməyə çalışır. Hətta bir sıra müraciətlərin bu çərçivədən kənara çıxmasına baxmayaraq, imkan daxilində məsələnin müsbət həllinə lazımı köməklik üçün səy göstərilir. Həmçinin, Təşkilata müraciət edən veteranların pozulmuş hüquqlarının bərpası istiqamətində hüquqi məsləhətlər verilir, problemlərinin həllində mümkün köməklik göstərilir.

Mərdəkan Veteranlar Xəstəxanasında bütün kateqoriyalardan olan veteranların müalicə kursu keçməsi təmin olunur. Biz tanınmış veteranların yubileylərinin keçirilməsini daim diqqət mərkəzində saxlayırıq. Ötən dövrdə bir sıra yubileylər keçirilmişdir. Ümumiyyətlə, rayon veteranlar təşkilatlarında yaşı 90-nı keçən bütün veteranların ad günləri orta məktəblərdə təntənəli surətdə keçirilir. Biz bu ənənəni, veteranlarımıza mənəvi diqqəti növbəti illərdə də davam etdirmək əzmindəyik. Veteranların yubileylərinin keçirilməsi, sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili də diqqətdə saxlanılır. Belə ki, veteranların ölkənin teatrlarında, musiqi mərkəzlərində baş tutan teatr tamaşaları və konsertlərdə iştirakları təmin olunur.

 

-Beynəlxalq əlaqələrin inkişaf etdirilməısi barədə nə deyərdiniz?

 

-Təşkilatımız bu məsələyə mühüm diqqət göstərir. Beynəlxalq əlaqələrinin genişləndirilməsi məqsədilə MDB və İkinci dünya müharibəsi iştirakçısı olan Avropa dövlətlərinin veteran təşkilatları ilə ardıcıl yazışmalar aparılır. Biz onların tədbirlərində iştirak etməyə, yaxud keçirdiyimiz tədbirlərə onları dəvət etməyə çalışırıq. Artıü növbəti aylarda maliyyə imkanlarımız bu planların bir hissəsinin reallaşdlrılmasına şərait yaratmışdır. Əlaqələrimizin ildən-ilə güclənməsində bəzi dövlət orqanlarının köməyini qeyd etmək istərdim.

Hər il qələbə günü, milli bayramlar, həmçinin ayrı-ayrı tanınmış veteranların yubileyləri ilə əlaqədar veteran təşkilatlarına təbrik məktubları göndərilir, xüsusilə MDB dövlətlərinin Bakıdakı səfirliklərinin keçirdikləri tədbirlərdə iştirak edirik.

Bu il 04-07 martda "Qələbənin Varisləri" Beynəlxalq İttifaqın dəstəyi ilə Rus Dünyası Fondunun Moskva şəhərində təşkil etdiyi "Rusiya ilə birlikdə" adlı Forumda iştirak etdim. Tədbirlərdə Azərbaycanın xüsusilə MDB ölkələrinin veteran təşkilatları ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyi, xalqların birgə nailiyyəti olan İkinci dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında yaxından iştirakı, verilən digər töhfələrdən bəhs edərək, xalqlarımızın birgə tarixi keçmişinə aid ənənələrin yaşadılması zərurətini vurğuladım. 9 may qələbə gününün hər il Azərbaycanda böyük təntənə ilə qeyd olunduğu halda, bu gün 20 faizdən çox Azərbaycan ərazisini işğal altında saxlayan Ermənistanın təcavüzkarlıq siyasətini daha arxayın şəkildə davam etdirməklə qalmadığı, İkinci dünya müharibəsinin tarixini məqsədli şəkildə saxtalaşdırdığı tədbir iştirakçılarının diqqətinə çatdırdım, belə münasibətin yolverilməz olduğu qeyd etdim. Ermənilər başa düşməlidirlər ki, Azərbaycan torpaqlarını nə qədər tez tərk etsələr özlərinə bir o qədər yaxşılıq etmiş olarlar. Bizim keçirəcəyimiz beynəlxalq tədbirlərə gəlincə, bu barədə artıq qeyd etdim.

 

-Siz cəbhə xəttində baş verən hadisələri daim diqqət mərkəzində saxlayır, öz mövqeyinizi ölkə mediası ilə bölüşürsünüz. Bəs, gənc zabit və əsgərlərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi sahəsində aparılan işlərdə iştirakınız barədə nə deyərdiniz?

 

-Bu bizim diqqət mərkəzində saxladığımız başlıca vəzifələrdən biri, bəlkə də birincisidir. Dəfələrlə qeyd etmişik ki, təcavüzkar Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini azad etməyənə qədər heç bir Azərbaycan vətəndaşının arxayınlaşmağa haqqı yoxdur. Hər kəs öz öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirsə, Vətənin bütövlüyünə, ərazilərimizin işğaldan qurtarmasına o qədər töhfə vermiş olar. Azərbaycan Silahlı Qüvvələri bu gün düşmənin istənilən təxribatının qarşısını vaxtında almağa tam qadirdir. Bunu erməni tərəfi də yaxşı bilir. Respublika Veteranlar Təşkilatının rəhbər işçiləri müntəzəm olaraq cəbhə bölgəsinə səfər edərək hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirirlər. Belə görüşlərin xüsusilə gənc zabit və əsgərlərimiz üçün böyük təcrübi və mənəvi əhəmiyyəti var. Mən tez-tez cəbhə xəttində baş verən hadisələrə RVT-nin münasibətini açıqlayıram. Yaşı 95-i keçən veteranlarımız var ki, bu gün də əllərinə silah alıb gənc əsgər və zabitlərimizlə bir sırada dayanmağa hazır olduqlarını bildirirlər. Ancaq təbii ki, bizim Silahlı Qüvvələrimiz düşməni çox qısa müddətdə məğlub etməyə qadirdir və ahıllarımızdan yalnız bu işi həyata keçirəcək oğul və qızlarımıza xeyir-dua verməkdən başqa heç nə ummuruq.

 

-Yerli veteran təşkilatlarının fəaliyyətinin daha uğurlu təşkili üçün hansı tədbirləri görürsünüz?

 

-Nümayəndələrimiz yerli təşkilatların fəaliyyəti, veteranların vəziyyəti ilə tanış olmaq və onlara münasib köməklik göstərmək üçün bu il ölkənin 10-dan çox rayonuna ezam olunmuşlar. Onlar veteran təşkilatlarının fəaliyyətlərinin yaxşılaşdırılması üçün lazımi tövsiyələr vermiş, köməklik göstərmişlər. Belə ki, bunlar təşkilatlarda illik iş planında nəzərdə tutulan tədbirlərin vaxtında, lazımi səviyyədə keçirilməsi, komissiyalarla işin təşkili, kargüzarlıq işlərinin müvafiq təlimata uyğun aparılması, və s. məsələləri əhatə etmişdir. 2018-ci ildə bir sıra, rayon veteran təşkilatlarına yeni sədrlərin seçilməsi ilə əlaqədar hesabat-seçki konfransları keçiriləcəkdir. Bununla əlaqədar yerli icra orqanları ilə birgə iş aparılır. Bəzi rayon təşkilatlarının sədrlərinin səhhətində yaranmış problemlərlə əlaqədar və öz xahişləri nəzərə alınaraq, həmin rayonlarda da kadr dəyişiklikləri planlaşdırılır. Bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Məlundur ki, rayon veteran təşkilatları öz işlərini yerli icra orqanları ilə qururlar və hansı rayonlarda bu əlaqələr yaxşıdır, iş də qənaətbəxşdir. Ancaq bəzi rayonlarda veteran təşkilatlarına, ümumən veteranlara münasibət heç də ürəkaçan deyil və biz bu məsələni xüsusi diqqətdə saxlayırıq. İnanırıq ki, həmin rayon icra hakimiyyətlərinin başçıları veteranlara ölkə başçısının göstərdiyi yüksək qayğı və diqqət münasibəti nümunəsindən lazımi nəticə çıxaracaqlar.

 

-Cəlil müəllim, müsahibəyə görə sağ olun.

 

-Sağ olun ki, Respublika Veteranlar Təşkilatını, veteranları unutmursunuz.

 

Səidə

Azərbaycanda xüsusi təyinatlıları belə hazırlayırlar - İLK DƏFƏ
“Bu yolun açılışı Azərbaycanın iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək”
Pəhriz saxlayanlar buna diqqət etməlidir: Bu, ömrünüzü azalda bilər...
Aşura gününün sirləri - ELMİ-LƏDUN
Qadın müxbir canlı yayım zamanı hücuma məruz qaldı - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
“Rusiya Qafqazda yeni siyasətə başlayacaq” – PROQNOZ
Cəmiyyət
“Televiziyaların şou dalınca qaçması təsadüfi deyil”
Hadisə
Eks prezidentliyə namizəd psixi ekspertiazaya göndərildi - İNANILMAZ...
Cəmiyyət
Məmurdan 1-ci qrup əlilə heyrətamiz məsləhət: "Premium" benzini götürməyi unutmayın..."
Araşdırma
Beriyanın edamından bəhs edən “canlı” sənədlər, heyrətamiz faktlar - GİZLİ TARİX
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Paşinyanın arvadı Qarabağda ölən erməni əsgərlərinin analarını topladı - azərbaycanlı analara müraciət olundu
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
Fəhlələr namaz qıldıqlarına görə onları işdən çıxaran direktoru “şalvarsız" qoydular...
“5 ildən çoxdur ki, şəhid övladlarına ödənişsiz hazırlıq keçirəm...” - Tanınmış tarix müəllimi
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə