Xəbər lenti
22/06/2018 [03:11]:
Piontkovski: "Tramp idiotdur"
22/06/2018 [00:24]:
Ac mədəyə yeməyin zərərli olduğu 10 məhsul...
22/06/2018 [00:15]:
Dövlət də insan kimi canlıdır- Doğular, böyüyər, yaşlanar və ölər...
22/06/2018 [00:07]:
Milli futbolçu ölümlə hədələnir - Qırmızı vərəqə aldığına görə
21/06/2018 [23:57]:
Son bir ildə Naxçıvanın əhalisi artıb
21/06/2018 [23:16]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH
21/06/2018 [23:13]:
Afaq Aslan Damlaya və onun mətbuat katibinə xəbərdarlıq etdi: "Həddinizi bilin, elə faktlar ortaya qoyaram ki..." - VİDEO
21/06/2018 [23:09]:
Cazibədar aparıcıdan qalmaqallı açıqlama: “Kuboku qazansaq ekrana çılpaq çıxacam” - FOTOLAR
21/06/2018 [23:04]:
Hər gün itinin sidiyini içir: “Dərimə çox yaxşı təsir edir”- VİDEO
21/06/2018 [23:03]:
“Sizi güneyli-quzeyli bütöv Azərbaycanın baş canişini təyin edəcəyəm...”- Hitler M.Ə. Rəsulzadəyə...
21/06/2018 [22:36]:
Tramp Merkelə konfet atdı: “Bax, Angela, sonra demə ki, mən sənə heç nə vermirəm”
21/06/2018 [22:33]:
“Görünən şeylər o qədər başımızı qatdı ki, görünməyən şeylər yaddan çıxdı”
21/06/2018 [22:26]:
Fələstin daha bir təşkilata üzv oldu
21/06/2018 [22:22]:
Azercell “Yaşa Azərbaycanım” sərgisinə dəstək oldu
21/06/2018 [22:17]:
Şəmkirdə musiqiçiləri daşıyan “VAZ” traktorla toqquşub, xəsarət alanlar var
21/06/2018 [22:14]:
Paşinyana qarşı qaldırılan cinayət işi bağlanıb
21/06/2018 [22:12]:
Şirkət rəhbəri işdə məhəbbət məcarasına görə istefaya getdi
21/06/2018 [22:11]:
UNEC rektoru Akif Əlizadənin təkliflərini dəstəklədi
21/06/2018 [22:01]:
Milyarder qızıyla nişanlanan Anar sirlərini açdı: “Arağın küpünə girir”
21/06/2018 [21:44]:
Türkiyə ilk “F-35” qırıcılarını qəbul etdi
21/06/2018 [21:17]:
“Qarabağ” bu qapıçıya 600 min ödəməyə hazırdır
21/06/2018 [21:16]:
Camal Quliyev Qida Təhlükəsizliyi Agentliyinə təyinat almayıb - AÇIQLAMA
21/06/2018 [21:12]:
UNEC rektoru Akif Əlizadənin təklifini dəstəklədi: "Reytinqlər həmin statuslara görə müəyyən edilməlidir"
21/06/2018 [21:10]:
“Övladlarım gələndə yer olmadığına görə ağlayıb demişəm ki, biz kişi deyilik...” - Reportaj, FOTOLAR
21/06/2018 [20:15]:
İtiylə gəzməyə çıxan gənc güllələndi - FOTOLAR
21/06/2018 [19:48]:
Antonio Quterreş: Ölkələrin BMT Təhlükəsizlik Şurasının qərarlarını icra etməsi çox vacibdir
21/06/2018 [19:45]:
Sumqayıtda universitet binası uçdu - FOTO
21/06/2018 [19:39]:
XİN: BMT TŞ-nın qətnamələrinin icrası Minsk qrupunun həmsədrlərinə həvalə edilib
21/06/2018 [19:35]:
Vaqif Dərgahlı: “Arsrun Ovannisyan axmaq şərhləri ilə insanları təəccübləndirməyə davam edir”
21/06/2018 [19:30]:
Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı proqnoz - 100 dollara çatmayacaq
21/06/2018 [19:20]:
Baş nazirin birinci müavini vəzifəsindən azad edildi
21/06/2018 [19:00]:
Prezident turizm cənnəti ilə bağlı sərəncam verdi
21/06/2018 [18:59]:
64800 şagird üçün keçirilən buraxılış imtahanı başa çatıb
21/06/2018 [18:58]:
Dilqəm Əsgərova görə Ombudsmana müraciət etdilər: "Bircə günlük oğul toyunu görməyi nəsib etdirin"
21/06/2018 [18:48]:
Roza “Maşın”nın ŞOK GİZLİNLƏRİNİ AÇDI : “Telefonu Hüseynin elə yerindən çıxardılar ki…”
21/06/2018 [18:45]:
“Elə şortikli qızlar var ki, “abırlı” geyinən qadınlardan qeyrətlidir” – Şeyxin qudası
21/06/2018 [18:42]:
Ölkənin Bank-maliyyə sistemini kim və niyə çökdürür?
21/06/2018 [18:34]:
Onlar UNEC-i seçir...
21/06/2018 [18:32]:
Beynəlxalq elmi müsabiqənin ən gənc azərbaycanlı qalibini tanıyın -FOTOLAR
21/06/2018 [18:29]:
Kəbə yaxınlığında cadugər yaxalandı -Foto+Video
21/06/2018 [18:23]:
Ərdoğan: “Qəndildə 35 PKK rəhbəri məhv edilib”
21/06/2018 [18:19]:
Facebook-da yenilik -Pul qazanmaq olacaq
21/06/2018 [18:18]:
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
21/06/2018 [18:16]:
QAT Qarabağ mitinqi üçün yenidən BŞİH-ə müraciət etdi
21/06/2018 [18:14]:
Qadını alçaltdığını etiraf edən məşhur Azərbaycan şairi...
21/06/2018 [18:09]:
Yalançı patriotlar...
21/06/2018 [17:53]:
Manat və dolların sabahkı MƏZƏNNƏSİ
21/06/2018 [17:49]:
Qazaxın icra başçısı vətəndaşları fərdi şəkildə qəbul etdi -FOTOLAR
21/06/2018 [17:31]:
Arvadı küsüb gedən kişi intihar etdi - Şabranda
21/06/2018 [17:20]:
Putin Ukraynaya görə Təhlükəsizlik Şurasının iclasını çağırdı
21/06/2018 [17:16]:
“Nazirə qarşı təxribatdan söhbət gedə bilməz”
21/06/2018 [17:09]:
Netanyahunun arvadı 100 minlik yemək sifariş edib?
21/06/2018 [17:08]:
Roma papası: "Miqrantlar olmasa, Avropa boşalacaq"
21/06/2018 [17:05]:
Türkiyədə kartof “ceyranın belində”: Bəs bizdə?
21/06/2018 [17:02]:
Danimarka – Peru matçına bir milyonuncu azarkeş gələcək
21/06/2018 [17:01]:
“Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır” - Əli Əhmədov
21/06/2018 [16:58]:
Bankdan külli miqdarda pul oğurlayan bankir saxlanıldı
21/06/2018 [16:50]:
6 manatlıq salatı turistə 41 manata satdılar - Bakıda
21/06/2018 [16:44]:
Putin və Poroşenko ukraynalı rejissorun taleyini müzakirə etdi
21/06/2018 [16:43]:
Göyçayda körpünün dağılmasına görə vəzifəli şəxslər həbs edildi - RƏSMİ
21/06/2018 [16:38]:
Azərbaycanlı siyasətçinin İsveç qəzetlərində məqaləsi dərc olundu
21/06/2018 [16:31]:
Vikipediyada AXC ilə bağlı nə baş verir? - VİDEO
21/06/2018 [16:27]:
Ermənilər Qarabağda yeni səngərlər qazırlar - FOTOLAR
21/06/2018 [16:25]:
“Dövlət büdcəsində cəmi 2 milyard manat artım var”
21/06/2018 [16:06]:
Məmmədyarov belaruslu həmkarı ilə görüşdü
21/06/2018 [16:05]:
Bakıda 17 yaşlı qızdan oğlanlara qarşı ağılasığmaz hərəkət: intim əlaqə üçün yanına çağırır, sonra... FOTO
21/06/2018 [15:43]:
İpoteka predmetinin satışına dair prosedur müəyyənləşdi
21/06/2018 [15:20]:
Dünən toyu oldu, bu gün əkiz doğacağı bilindi - Kral ailəsi yeni təlaşda
21/06/2018 [15:06]:
Azərbaycan-İran sərhədindəki atışma ilə bağlı rəsmi MƏLUMAT
21/06/2018 [14:59]:
"Belə yarıtmaz əməllər ölkənin maliyyə dayaqlarının zəifləməsinə aparır"
21/06/2018 [14:45]:
Milli Ordunun qurulmasında iştirak etmiş döyüşçü: “Hələ ki namusumuz yad əllərdədir...”
21/06/2018 [14:44]:
Azərbaycan kanalında erotik rəqs - VİDEO
21/06/2018 [14:30]:
Azərbaycanda böyük əməliyyat – 1 tondan çox narkotik ələ keçirildi
21/06/2018 [14:28]:
Metroda sərnişinləri üzdən tanıma sistemi işə düşəcək
21/06/2018 [14:10]:
"Elmarla məni qarışdırırlar" - Çavuşoğlu
21/06/2018 [14:08]:
Arxeoloqların sensasiyalı tapıntısı: Qeyri-adi mumiya
21/06/2018 [14:05]:
"Azərbaycanın tranzit-logistika imkanları Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə töhfə verir"
21/06/2018 [14:01]:
Hacı Nuran xəstəxanaya yerləşdirildi – FOTO
21/06/2018 [14:01]:
Dövlət xidmətindən əcaib açıqlama: "Zəhərlənmə olmadığı üçün monitorinq keçirməmişik"
21/06/2018 [13:54]:
Mogerini: "Avropa İttifaqı Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir"
Bütün arxiv bir sırada
14/03/2018 [15:36] - Siyasət - ( 1056 dəfə baxılıb)

Azərbaycan diasporunda Mahir Həmzəyev şəxsiyyəti - FOTOLAR



Litva Respublikası Seyminin sədri, Prof. Viktoras Pransketis və Seymin sədr müavini İrena Degutene Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev 60 illiyi ilə bağlı təbrik məktubu ünvanlayıblar.

Mahir Həmzəyev Azərbaycan diasporunda önəmli simadır və Litvanın siyasi-ictimai həyatında fəallığı ilə seçilən xadimlərdəndir. Belə insanlarımızın diaspor fəaliyyətində olması olduqca vacib və əhəmiyyətli bir faktordur. Üstəlik, qeyd edilən amil Litvada Azərbaycanın dostlarının sayının artmasına xidmət edir. Mahir Həmzəyev sosial şəbəkədə fəallığı ilə seçilən cəmiyyət sədrlərindəndir. Onun feysbuk hesabında litvalılar daha çox fəaldırlar. Mahir müəllimin Azərbaycanla bağlı paylaşımlarına böyük diqqət ayırıb,öz xoş sözlərini yazırlar. Mahir Həmzəyev Litva-Azərbaycan əlaqələrinin inkişafında körpü rolunu oynayan xadimlərimizdəndir.
Məhz Litvanın siyasi elitasında ünvanlanan təbrik məktublarında qeyd edilən fikirlər öz təsdiqini tapır.

Litva Respublikası Seyminin sədri, Prof. Viktoras Pransketis təbrik məktubunda Mahir Həmzəyevi təbrik edərək,onu Litvanın siyasi-ictimai həyatında göstərdiyi fəallığı yüksək qiymətləndirib: “Sizi, 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizin Litva Müstəqilliyinin bərpa edilməsi dövründən başlayaraq göstərdiyiniz önəmli fəaliyyət və ölkə ictimaiyyətinə verdiyiniz mühüm töhfələr Dövlətimizi şərəfli 100 illik tarixə aparan yolda davamlı olaraq müşayiət edir.

Dövlət və Cəmiyyətin tərəqqisi naminə göstərdiyiniz yorulmaz ictimai fəaliyyətiniz üçün və Litva ilə qurduğunuz əsl vətəndaş əlaqələrinə görə, bu gözəl Yubiley günündə Sizə təşəkkür edir, bundan sonra da Sizə yüksək məqsədlərə aparan həyat yolu və mətinlik arzulayıram.

Gördüyünüz işlərlə və uğurlarınızla həqiqətən fəxr edə bilərsiniz!”, - deyə Seym sədri yazır.

Seymin sədr müavini İrena Degutene Mahir Həmzəyevə təbrik məktubunda onun fəaliyyətini qiymətləndirməklə yanaşı, xanım İrena Litva – Azərbaycan ədəbi, mədəni, ictimai və siyasi əlaqələrinə toxunur: “Bü gün Sizə yüksək hörmət və ehtiram göstərən, şərəfinizə ən səmimi təşəkkür sözlərini ifadə edən şəxslərin sıralarına qatılıram.

Bu gün bu bayram təntənəsi bizə keçdiyiniz şərəfli həyat yoluna bir daha nəzər salmağa fürsət yaradır və həmin yolda həm keçmişdə, həm də indi göstərdiyiniz dərin məzmunlu və zəngin fəaliyyətinizlə, gözəl təşəbbüsləriniz və gərəkli mühüm işlərinizlə sevinib fəxr etməyə imkan verir.

Litva Milli İcmalarının fəaliyyətinin gücləndirilməsi, həmin fəaliyyətin ölkəmizdə yaşayan müxtəlif millətlər üçün doğma evə çevrilmiş Litva dövlətinin çiçəklənməsi naminə yönəldilməsi işinə verdiyiniz mühüm töhfələrə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Siz, Litva – Azərbaycan ədəbi, mədəni, ictimai və siyasi əlaqələrinin həm istedadlı tədqiqatçısı, həm də yeni dövrdə bu əlaqələrin gözəl qurucularından biri olaraq tanınmısınız. Sizin belə fəaliyyətiniz sayəsində bu gün xalqlarımız və dövlətlərimiz bir-birini daha yaxından tanıyıb əməkdaşlıq edirlər. 1918-1920-ci illər Litva - Azərbaycan dövlətlərarası münasibətlərinin bərpa olunması, əlaqələrin yeni istiqamətdə qurulub inkişaf etdirilməsi sahəsində gördüyünüz vacib işlər və uzun illər boyu bu işə yorulmadan göstərdiyiniz böyük qayğılara görə Sizə təşəkkür edirəm.

Bir daha Sizi bu təntənəli yubiley münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik və bütün işlərinizdə yeni-yeni uğurlar arzulayıram”, - deyə İrena Degutene qeyd edir.

Mahir Həmzəyevi Azərbaycanın siyasi-ictimai və mədəni elitası yaxşı tanıyır. Milli-Azadlıq Hərəkatı zamanı Azərbaycan həqiqətlərinin Baltika ölkələrinə çatdırılmasında əvəzsiz işlər görüb. Xüsusilə, 20 yanvar hadisələrinin,Qarabağ məsələsinin Baltika mətbuatında yayılmasında az iş görməyib.

Azərbaycan gəncliyi belə şəxsiyyətimizi daha da yaxın tanıması üçün onun keçdiyi həyat yolu ilə məlumatı təqdim edirəm:

Mahir Həmzəyev şəxsiyyəti Mahir Həmzəyev — ədəbiyyatşünas, publisist və tərcüməçidir. 1958-ci ilin martın 8-də Quba rayonunda anadan olub. 1974-cü ildə Digah kənd orta məktəbinin məzunudur. 1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (ADU) filologiya fakültəsinin qiyabi şöbəsini bitirib.

"Azərbaycan-Litva ədəbi əlaqələri" mövzusunda diplom işini əla qiymətlə müdafiə edib (elmi rəhbəri prof. Pənah Xəlilov). 1979-cu ildən Vilnüs şəhərində yaşayır və çalışır. 1984-1989-cu illərdə Litva Yazıçılar İttifaqı və ADU-nun zəmanəti ilə V. Kapsukas adına Vilnüs Dövlət Universitetinin Litva filologiyası şöbəsində litvaşunaslıq ixtisası üzrə aspiranturada təhsil alıb (elmi rəhbəri prof. Vitautas Kubilyus).

1985-ci ildə Vilnüs Kitabsevərlər Cəmiyyətinin məsul katibi seçilib və 1994-cu ildən həmin cəmiyyətin rəhbəridir.

Aktiv diaspor fəaliyyəti ilə məşğuldur. 1988-ci ildə Litva Azərbaycanlıları Cəmiyyətinin sədridir. 1991-dən-2019-ci ilə dək Litva Respublikası Hökuməti yanında Litva Milli İcmalar Şurasının üzvüdür. 2007-2009-ci illərdə Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti olub. 2001-ci ildən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.

1988-1991-ci illərdə Litva Millətlərarası Əlaqələndirmə Assosiasiyasının həmtəsisçisi və İdarə heyətinin üzvü olub.

1991-1992-ci illərdə Azərbaycan Mədəniyyət Fondunun (hazırda Azərbaycan Yaradıcılıq Fondu) İdarə Heyətinin üzvü olub.

1990-1992-ci illərdə Litva Sayudis Seyminin üzvü olaraq fəaliyyət göstərib.

1992-1995-ci illərdə Azərbaycan Respublikasının Litvada səlahiyyətli nümayəndəsi olub.

2001, 2006, 2011 və 2016-cı illərdə Dünya Azərbaycanlılarının Bakıda keçirilmiş I, II, III və IV qurultaylarında Diasporun Litvadan təmsilçisi olaraq iştirak edib və 4 dəfə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasına üzv seçilib.

2006-cı ilin yanvarında Riqada qurulmuş Baltik Azərbaycanlıları Konqresinin həmtəsisçisi və həmsədridir.

2006-2007-ci illərdə Vilnüsdə Litva-Azərbaycan Assosiasiyasını, Vilnüs dairəsi azərbaycanlıları təşkilatını və Vilnüs azərbaycanlıları icmasını yaradıb.

2007-ci ilin martın 10-da Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti secilib.

1991-ci ilin yanvar ayında Litva Respublikası (LR) Hökuməti Millətlər Departamentinin yanında Litva Milli İcmalar Şurasını yaradan təsisçilərdən biridir.

1991-2012 və 2015-2019-cu illərdə LR Hökuməti yanında Litva Milli İcmalar Şurasına uzv seçilib.

2009-cu ildə LR Hökuməti yanında Milli Azlıqlar və Emiqrasiya Departamentinin xətti ilə keçirilmiş seçkilərdə üc il muddətinə Litva Milli İcmalar Şurasının sədri secilib.

17 noyabr 2009-cu ildə LR Baş naziri Andryus Kubilyusun 511 saylı Sərəncamı ilə LR Baş nazirinin yanında Litva Milli Azlıqlarının Məsələləri üzrə Koordinasiya Komissiyasına üzv seçilib.

2007-ci ilin fevral ayında Vilnüs rayonu Bələdiyyə seçkilərində iştirak edib.

2008-ci və 2016-cı illərin oktyabr aylarında LR Liberalları Sayudis Partiyasının xətti ilə iki dəfə LR Parlament seçkilərində iştirak edib.

2010-2012-ci ilərdə LR Seyminin İqtisadiyyat Komitəsi Sədrinin, 2013-2014-cü illərdə isə LR Seyminin Təhsil, Elm və Mədəniyyət Komitəsinin müşaviri olub.

2016-cı ilin may ayından LR Seyminin Liberal Sayudis Fraksiyasının millətlərarası münasibətlər və dini məsələlər üzrə məsləhətçisidir.

Yaradıcılığı və tədqiqat mövzuları

Mahir Həmzəyev şəxsiyyəti Yaradıcılığında işlədiyi əsas mövzular: - Baltik-Azərbaycan, həmçinin Litva-Azərbaycan ədəbi, mədəni və tarixi əlaqələri, ədəbi paralellər və bədii tərcümə məsələləri, kulturoloji və komparativistik araşdırmalar; "Kitabi-Dədə Qorqud" dastanı Baltik xalqlarının dillərində; Baltik xalqları mühacirləri və diaspora təşkilatlarının XIX–XX əsrlərdə Qafqazda elmi, mədəni və ictimai-siyasi fəaliyyəti; Böyük Litva Knyazlığının karaim, tatar, polyak və yəhudi varislərinin Azərbaycan və Türkiyə ilə elmi, ədəbi, mədəni və ictimai-siyasi əlaqələri; 1918-1922-ci illərdə Litva - Cənubi Qafqaz dövlətlərarası münasibətləri və Litvanın Bakıdakı Konsulluğunun fəaliyyəti; Litva ədəbiyyatının klassiki, müstəqil Litva dövlətinin Bakıda ilk konsulu Vintsas Krevenin 1909-1920-ci illərdə Azərbaycandakı pedaqoji, elmi, mədəni, ictimai-siyasi və diplomatik fəaliyyəti; Azərbaycan Xalq Cümhuriyyəti siyasi mühacirlərinin XX əsrin 20-30-cu illərində Litva-Polşa karay və tatar türkləri ilə ictimai-siyasi əlaqələri; 1944-1953-cü illərdə Litva müstəqilliyi uğrunda SSRİ dövlətinə qarşı müqavimət hərəkatı və partizan müharibəsində iştirak etmiş azərbaycanlı „meşə qardaşları“nın həyat və döyüş yolları.

1980-2018-ci illərdə bu mövzulara həsr edilmiş 350-dən artıq tədqiqat işi, ədəbi-tarixi və elmi-publisistik məqalələri Litvada və Azərbaycanda dərc olunubdur.

2002, 2008, 2011 və 2012-ci illərdə Ümumdünya Litva Ensiklopediyasının Vilnüsdə çıxmış II, XIV, XX və XXI cildlərində Azərbaycan ədəbiyyatı, mədəniyyəti, maarifi, mətbuatı, teatrı, kinosu və xoreoqrafiyası haqqında, eləcə də Azərbaycan yazıçı və şairləri - Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Osman Sarıvəlli, Mikayıl Rzaquluzadə, Süleyman Rəhimov, Rəsul Rza, Nigar Rəfibəyli, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və Anarın yaradıcılığı barədə 22 adda ensiklopedik məqalə hazırlayıb çap etdirib.

1990-cı il 20 Yanvar hadisələrindən dərhal sonra Vilnüs mətbəələrinin birində gizli şəraitdə Azər Qasımzadə ilə birgə rus dilində 10 min nüsxədən ibarət “Aqressiə” (“Təcavüz”) adlı sənədli kitabça çap etdirərək Litvada, Latviyada, Estoniyada, Belorusda, Ukraynada, Rusiyada, Polşada və Azərbaycanda yayımlayıb. Bununla bağlı Bakı şəhərinin hərbi komendantı general-leytenant B.K. Smıslovun göstərişi ilə 1990-1991-ci illərdə axtarışda olub (bax: Bakı, "Kommunist" qəzeti, 14 mart 1990-cı il, № 54 (21122).

Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi, Quba soyqırımı və Xocalı qətlamı mövzusunda 1990-2018-ci illərdə Litva, Azərbaycan və Rusiya mediasında işıq üzü görmüş 100-ə yaxın tarixi, analitik, polemik və siyasi-publisistik publikasiyaların müəllifidir.

Ümumdünya Litva Ensiklopediyası Redaksiya Kollegiyasının üzvüdür (2002). Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəxri üzvü (2006) və Litva Ədəbi Tərcüməçilər İttifaqının həqiqi üzvüdür (2016). AYB-nin "Ədəbiyyat qəzeti" redaksiya şurasının üzvüdür (2014). LR "Bədii sənət yaradıcısı və Yaradıcı təşkilatların statusu haqqında Qanun"a uyğun olaraq, 2016-cı ilin may ayında LR Mədəniyyət nazirinin Qərarı ilə Litvanın Bədii Sənət Yaradıcısı statusuna layiq görülüb.

Yaradıcılığında ədəbi və publisistik tərcümələr var.

1982-2017-ci illərdə litvalı müəlliflərlə birgə Azərbaycan ədəbiyyatından xalq nağıllarını, Nizami, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu, Məmməd Namaz, Eldar Nəsibli, Elçin Hüseynbəyli, Rəşad Məcid, Vahid Qazi və Pərvinin yaradıcılığından bir sıra əsərləri Litva dilinə tərcümə edib.

“Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX - XXI əsrlər)” müxtəsər xronoloji ensiklopediyasından (Bakı, Elm, 2002-ci il) bir sıra parçaları litvalı naşir və publisist Gintaras Visotskasla birgə Litva dilinə tərcümə edərək 2010-cu ildə Kaunasda dərc etdirib.

Dövlət xadimi Heydər Əliyevin 1990-cı il 20 Yanvar təcavüzünün geosiyasi təhllilinə həsr olunmuş çıxışlarını, Azərbaycanlıların soyqırımı tarixi ilə bağlı imzaladığı rəsmi sənədləri, akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" və "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" adlı tarixi, siyasi və sosial-fəlsəfi oçerklərini litvalı həmkarı Edita Ratkuvene ilə ortaq Litva dilinə çevirərək 2014-2015-ci illərdə Vilnüsdə nəşr etdirib.

1983-2017-ci illərdə Litva xalq nağıllarını, Litva yazıçıları Vintsas Kreve, Yonas Bilyunas, Alfonsas Maldonis, Sigitas Geda, Algirdas Potsyus, Alfonsas Bukontas, Arvidas Valyonis, Antanas Stanyaviçyus, Halina Kobetskayte və Danielyus Muşinskasın əsərlərini Azərbaycan dilinə tərcümə edib.

1990-2015-ci illərdə litvalı jurnalistlər, siyasi şərhçilər Vidmantas Valyuşaytis, İmantas Melyanas, Rita Milyute, Kestutis Oginskas, Laurinas Kasçyunas, Tomas Çivas, Vitaliyus Karakorskis, Donatas Valançyauskas, Arvidas Banyulis, Tomas Srebalyus və Riçardas Lapaytisin Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi həqiqətlərinə aid Litva mediasında dərc edilmiş politoloji məqalələri, oçerk, pamflet, analitik icmal və digər publisistik yazıları, o cümlədən Azərbaycan Respublikasının sabiq prezidentləri Əbülfəz Elçibəy və Heydər Əliyev tərəfindən 1990-1992-ci illərdə Litva jurnalistlərinə verilmiş müsahibələri azərbaycancaya çevirib.

2003-2005-ci illərdə YUNESKO-nun Estoniya, Latviya, Litva, Azərbaycan Milli Komissiyalarının təşkilatçılığı və Baltik Azərbaycanlıları Cəmiyyətlərinin tərəfdaşlığı ilə Vilnüsdə, Riqada, Tallində və Bakıda həyata keçirilmiş iki beynəlxalq mədəniyyət layihəsində (“Cənubi Qafqaz: Sivilizasiyalararası dialoq”, Nağıl körpüləri”) təşkilatçı, tərəfdaş və ədəbi tərcüməçi kimi iştirak edib.

2006-2013-cü illərdə Litva Dövlət və Hökumət rəsmilərinin - Litva Pespublikasının Prezidenti Valdas Adamkusun Azərbaycana rəsmi səfərləri zamanı etdiyi çıxışları, müstəqil Litva Respublikasının ilk Dövlət başçısı Vitautas Landsbergisin Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi mövzusunda yazdığı bir sıra siyasi-publisistik məqalələri, Litva Respublikasının Baş nazirləri Gediminas Kirkilas və Andryus Kubilyusun Dünya Azərbaycanlılarının 2007 və 2011-ci illərdə Bakıda keçirilmiş beynəlxalq tədbirlərə ünvanladıqları müraciətləri, Litvanın Türkiyədə və Azərbaycandakı sabiq səfiri, LR Prezidentinin müşaviri Halina Kobetskaytenin məruzə və məqalələrini Azərbaycan dilinə tərcümə edib.

Təltifləri

 1992-2014-cü illərdə LR Seyminin Sədri, LR Baş naziri, LR Mədəniyyət naziri və həmcinin Litvanın digər Dövlət və Hökumət qurumlarının rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmanlara və yazılı təşəkkürlərə layiq görülüb.

19 noyabr 2004-cü ildə Litva Respublikası Hökuməti yanında Milli Azlıqlar və Emiqrasiya Departamentinin "Xidmətlərə görə" fəxri gümüş medalı ilə mükafatlandırılıb.

2006-cı ilin martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1355 saylı Sərəncamı ilə Dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Tərəqqi” medalına layiq görülüb.

2006-cı ilin iyunun 7-də Litva Respublikasının Prezidenti Valdas Adamkusun 648 saylı Fərmanı ilə “Litva qarşısında xidmətlərinə görə” Dövlət medalı ilə təltif olunub.

2009-cu ilin dekabrın 18-də Litva Respublikasının Baş naziri Andryus Kubilyusun xususi Qərarı ilə təşəkkur elan edilərək Litva adının 1000 illiyinə həsr olunmuş “Fəxri ulduz” hökumət nişanı ilə təltif olunub.

2011-ci ilin iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1612 saylı Sərəncamı ilə jurnalistika sahəsindəki nailiyyətlərinə və Diasporun inkişafındakı xidmətlərinə gorə Azərbaycan Respublikasının “Əməkdar jurnalisti” fəxri adı verilib.

Mahir müəllimi, təbrik edir, ona can sağlığı arzulayıram.

Elnur Eltürk

Ac mədəyə yeməyin zərərli olduğu 10 məhsul...
“Görünən şeylər o qədər başımızı qatdı ki, görünməyən şeylər yaddan çıxdı”
UNEC rektoru Akif Əlizadənin təklifini dəstəklədi: "Reytinqlər həmin statuslara görə müəyyən edilməlidir"
“Elə şortikli qızlar var ki, “abırlı” geyinən qadınlardan qeyrətlidir” – Şeyxin qudası
Qırğızların gündəlik həyatları 150 illik FOTOLARDA
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Piontkovski: "Tramp idiotdur"
Maraqlı
Cazibədar aparıcıdan qalmaqallı açıqlama: “Kuboku qazansaq ekrana çılpaq çıxacam” - FOTOLAR
Cəmiyyət
“Sizi güneyli-quzeyli bütöv Azərbaycanın baş canişini təyin edəcəyəm...”- Hitler M.Ə. Rəsulzadəyə...
Cəmiyyət
“Övladlarım gələndə yer olmadığına görə ağlayıb demişəm ki, biz kişi deyilik...” - Reportaj, FOTOLAR
Cəmiyyət
Dilqəm Əsgərova görə Ombudsmana müraciət etdilər: "Bircə günlük oğul toyunu görməyi nəsib etdirin"
Həftənin ən çox oxunanları
Maşın Rozanın əlindən alındı - SON DƏQİQƏ
Xankəndi səmasına qırıcılar qaldırıldı - Düşmən “gəl-gəl” deyir... Fotolar+Video
Tanınmış aparıcı canlı yayımdan qovuldu, səbəbi hər kəsi təəccübləndirdi - FOTO
32 yaşında dövlət quran, 33 yaşında isə öldürülərək cəsədi dənizə atılan qəhrəman Kırım türkü - ARAŞDIRMA
Yarıçılpaq səudiyyəli fanat qadın və hicablı rus azarkeş qız - Futbol çempionatındakı təzadlar + VİDEO
Paşinyan Azərbaycanda yeni açılan erməni kilsəsinə baş çəkdi- FOTOLAR
İki Ali Baş Komandanımızın Xankəndindəki paradını bizə çox görməyin: - TARİXİ SEÇİM...
"Ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik" -Deputatdan çağırış...
Paşinyanın gəncliyinə aid biabırçı şəkli paylaşıldı - FOTO
DÇ-2018: Ən gözəl azarkeşlər -FOTOLAR
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin