Xəbər lenti
19/12/2018 [11:01]:
"Bir-birimizin başından vurmaqdansa, əl tutmalıyıq ki, seriallarımız irəli gedə bilsin"
19/12/2018 [11:00]:
Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının V Qurultayi keçirilir
19/12/2018 [10:52]:
Qış fəsli Azərbaycana 22 dekabrda daxil olacaq
19/12/2018 [10:48]:
Prezident İlham Əliyev: "Başlıca məqsədlərimizdən biri ölkəmizin dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdir"
19/12/2018 [10:40]:
Nazirlik narazı şəhid ailələrindən birinin məsələsini HƏLL ETDİ
19/12/2018 [10:32]:
Bir sutkada yol qəzalarında 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb
19/12/2018 [10:29]:
"Lukaşenko özünün Putini ilə bərabər “dillərini soxsunlar” hara lazımdırsa ora..." - ŞOK
19/12/2018 [10:24]:
Cəbhədə atışma
19/12/2018 [10:21]:
Baş konsul Nəsimi Ağayev: “Ermənistan Azərbaycana qarşı ekoloji soyqırımı törədir” - VİDEOMÜSAHİBƏ
19/12/2018 [10:12]:
DYP havaların yağıntılı olması ilə əlaqədar sürücülərə müraciət edib
19/12/2018 [10:09]:
“Google” və “Facebook” cərimələndi
19/12/2018 [10:01]:
Azərbaycan musiqisinin ABŞ-dakı yorulmaz təmsilçisi... - FOTOLAR
19/12/2018 [09:57]:
2019-cu ildə keçiriləcək imtahanların vaxtı açıqlandı
19/12/2018 [09:50]:
Vüqar Səfərli KİV-lərə maliyyə yardımının 6 ay deyil, 3 ay müddətinə ayrılmasını təklif edib
19/12/2018 [09:40]:
Şaxta baba və Qar qız olmaq istəyənlər üçün rüsum AÇIQLANDI
19/12/2018 [09:30]:
İcazəsiz ov etmək istəyən 2 nəfər saxlanıldı
19/12/2018 [09:22]:
Axtarışda olan şəxsi polis saxladı
19/12/2018 [09:20]:
Azay Quliyev Milli Platformaya seçimlərdəki ədalətsizliyi tənqid etdi
19/12/2018 [09:12]:
Beynəlxalq Miqrant Gününə həsr edilmiş konfrans keçirilib
19/12/2018 [09:09]:
Ermənistanda müharibə xofu - “Azərbaycan bir yaylım atəşi ilə...”
19/12/2018 [09:08]:
“Türk ordusu xainlərə öz gücünü bir kəs daha göstərməyə hazırdır”
19/12/2018 [09:01]:
Vəzifə kürsüsünü 2018-də itirənlər - nazirdən icra başçısınadək ...
19/12/2018 [08:58]:
Bakıda gənc qız itkin düşüb
19/12/2018 [08:56]:
Manatının MƏZƏNNƏSİ dəyişdi?
19/12/2018 [08:55]:
Paşinyan Aprel savaşının məğlub generalını özünə məsləhətçi təyin etdi - Ermənilər təşvişdə...
19/12/2018 [07:54]:
“Özünüzü masanızdakı ən xoşladığınız şirniyyatı  yeməməyə vadar edin”-İradəni  gücləndirməyin yolları...
19/12/2018 [02:17]:
Övladını suda boğduqdan sonra yandıran qadın həbs edilmədi - VİDEO
19/12/2018 [01:48]:
Yerevanda Qarabağ danışıqlarının detalları məlum oldu
19/12/2018 [01:47]:
Göygöldə “Shacman” külə döndü
19/12/2018 [01:03]:
Yens Stoltenberq: "Avropa Birliyi NATO-nu əvəz edə bilməz"
19/12/2018 [01:01]:
Belçikanın baş naziri istefa verdi
19/12/2018 [00:23]:
Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edildi – Yeni təyinat
18/12/2018 [23:57]:
"Brent" markalı neftin qiyməti 57 dollardan aşağı düşüb
18/12/2018 [23:25]:
Azərbaycanlıları xərçəng edən əsas səbəb bu imiş – Video
18/12/2018 [23:15]:
Dövlət başçısı fərman imzaladı
18/12/2018 [22:47]:
Qadın sürücü elektrik enerjisi ilə işləyən avtomobilinə benzin vurmaq istədi- MARAQLI...
18/12/2018 [22:42]:
Vladimir Putin: “ABŞ uydurduğu bəhanə ilə sazişlərdən qaçır”
18/12/2018 [22:18]:
ADU-da “masajçı skandalı”: o qadın kimdir? - Sensasiya
18/12/2018 [22:16]:
ANS Şirkətlər Qrupu təqdimat keçirdi: VMF... - Foto
18/12/2018 [22:12]:
KİVDF qəzetlərə 3 ay vaxt verdi – MÜSABİQƏ ŞƏRTLƏR DƏYİŞİR
18/12/2018 [21:57]:
Sumqayıt şəhərində əmək yarmarkası keçirilib
18/12/2018 [21:56]:
Oğru 1,5 milyon dollarlıq boyunbağını udub aradan çıxmağa çalışdı və... - İNANILMAZ
18/12/2018 [21:54]:
Azərbaycandan Türkiyə universitetlərinə attestatla qəbul dayandırılır - RƏSMİ SƏNƏD
18/12/2018 [21:38]:
Başqaları üçün yaşayanlar: Etimad Əsədova və bütün Qarabağ Qazilərinə...
18/12/2018 [21:34]:
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması əsas vəzifə olaraq qalacaq” - Məmmədyarov
18/12/2018 [21:22]:
Gülənin qardaşı oğluna 7,5 il müddətinə həbs cəzası verildi
18/12/2018 [21:19]:
Ermənistan-Azərbaycan: Savaşmı, barışmı...
18/12/2018 [21:14]:
Fərid hər cümə günü təqaüdçülərə pulsuz çörək paylayır - İBRƏTAMİZ+FOTO
18/12/2018 [21:01]:
Prezident sərəncam imzaladı
18/12/2018 [20:40]:
Messi 5-ci dəfə “Qızıl ayaqqabı”nı aldı
18/12/2018 [20:17]:
Əslində 5 rayonu Azərbaycana qaytarmaq gözə kül üfürmək olardı
18/12/2018 [20:09]:
Xırdalanda atışmaya görə həbs edilən şəxslərə hökm oxundu - 81 İL
18/12/2018 [19:54]:
"Azərbaycan xarici ölkələrlə yorulmadan işləyəcək" - Hikmət Hacıyev
18/12/2018 [19:35]:
Tanınmış sənətçi qəfil vəfat etdi
18/12/2018 [19:32]:
Polad Bülbüloğlu yenidən sədr seçildi
18/12/2018 [19:23]:
Bakıda daha bir əxlaqsızlıq yuvası aşkarlandı - Sahibi həbs olundu
18/12/2018 [19:22]:
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi Uluslararası simpoziumda...
18/12/2018 [19:08]:
Rusiya Ermənistana 100 milyon dollarlıq kredit ayırır -"Detalları söyləyə bilmərəm, bunlar gizli məsələlərdir"
18/12/2018 [19:07]:
Putin Qorbaçovun Reyqanla imzaladığı məşhur sazişi tənqid etdi: “Bu, axı SSRİ-nin birtərəfli tərksilah olunması demək idi...”
18/12/2018 [19:05]:
Müdafiə Nazirliyinin rəhbər heyəti toplandı -SƏBƏB
18/12/2018 [19:01]:
Keçmiş MTN polkovniki: "O məsələ açıq-aşkar "obnaliçka" idi"
18/12/2018 [18:47]:
Gözdən əlil qadına sürücülük vəsiqəsi verildi - MARAQLI
18/12/2018 [18:43]:
“Ümumbəşəri dəyərlərin cəmiyyətin inkişafında rolu” mövzusunda ictimai müzakirələr başa çatıb
18/12/2018 [18:30]:
Anasının alqışı ilə 14-cü mərtəbədən tullandı - DƏHŞƏT...+ VİDEO
18/12/2018 [18:17]:
Daha 263 şəhidin vərəsəsinə birdəfəlik ödəniş verildi
18/12/2018 [18:11]:
Səfir: "Moskva Əliyevlə Paşinyan arasında dialoq yaradılması üzərində iş aparır"
18/12/2018 [18:10]:
Yüzlərlə maral öldürən ovçuya ibrətamiz cəza - MARAQLI
18/12/2018 [18:10]:
Rövşən Rzayev köçkünləri qəbul etdi
18/12/2018 [18:09]:
Salatın Əsgərovanın şəxsi əşyalarını  faciə yerindən ilk götürən şəxs nələr danışdı...
18/12/2018 [18:09]:
Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görüldü -VİDEO
18/12/2018 [18:08]:
Makedoniyalı siyasətçi: "Şəhid Mübariz İbrahimov Balkan türklərinin qəhrəman oğludur"
18/12/2018 [18:03]:
Bakıda “Audi” məşhur hipermarketə girdi
18/12/2018 [18:02]:
Nə tökərsən aşına, o da çıxar qaşığına!
18/12/2018 [17:58]:
Deputatdan sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ: “…dərhal ölçü götürülməlidir!”
18/12/2018 [17:49]:
İnsanda iki cür ruh var – ELMİ-LƏDUN
18/12/2018 [17:43]:
Bakıda qadın xəstə uşağını marketdə atıb qaçdı
18/12/2018 [17:42]:
“Anar Məmmədovla bağlı cinayət işinin açılması təəccübləndirmədi…” – Deputat açıqlama yaydı
18/12/2018 [17:40]:
Fransa prezidenti Paşinyanı təbrik etdi və...
18/12/2018 [17:29]:
Manatın sabahkı MƏZƏNNƏSİ
18/12/2018 [17:29]:
“Atamın bağışladığı kitabları toplayıram ki, onları yenidən çap edim” – Söhrab Tahirin qızı
Bütün arxiv bir sırada
14/03/2018 [18:49] - Cəmiyyət - ( 789 dəfə baxılıb)

Əli Həsənov: “Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir”



Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Cümhuriyyətimizin yubileyi dövlət səviyyəsində qeyd ediləcək, il ərzində həm Cümhuriyyət, həm Cümhuriyyət dövrü təsis edilmiş ayrı-ayrı qurumlar, həm də Cümhuriyyətimizin qurucuları ilə bağlı silsilə tədbirlər keçiriləcək.

Moderator.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, müsəlman Şərqində respublika üsuli-idarəsinə söykənən ilk demokratik dövlətin, dini, irqi, sosial fərqlərə baxmadan öz müqəddəratını vahid siyasi etnos kimi təyin edən, müasirliyə açıq, dünyəviliyə, liberalizmə sadiq bir icmanın tarix səhnəsinə daxil olması keçmişimizin qürurverici dövrüdür:

“Müsəlman Şərqi və Şərqi Avropada qadınlara ilk dəfə bərabər hüquqları tanıyan, Şərqdə ilk əlifba və dil islahatı aparan, seçki sistemini liberallaşdıran, ilk yeni teatr və müasir musiqi ənənəsi yaradan və digər ilklərə imza atmış ölkə və etnos olmağımızla necə fəxr etməyək?!..

Amma Cümhuriyyət sadəcə hüquqi varislik deyil, biz Cümhuriyyətimizin, onun qurucularının mənəvi irsinə varisliyi də bacarmalıyıq. Yalnız dövlətimiz o zaman təsis edilmiş rəsmi qurumların davamçıları deyil, insanlarımız da o böyük irsin, Cümhuriyyət qurucularının mənəvi keyfiyyətlərinin daşıyıcıları olmalıdır...

Qurucu ata-babalarımızın həm Cümhuriyyətin mövcud olduğu 23 ay müddətində sərgilədiyi fəaliyyət, həm də Cümhuriyyətin süqutundan sonra mühacirət dövründəki Vətənə, milli dövlətçilik ideallarına sədaqətli xidmət nümunələri mənimsənilməsi vacib olan nümunəvi irsdir.

Məsələn, Əlimərdan bəy Topçubaşov Azərbaycan Cümhuriyyətinin süqutundan keçən illər ərzində çəkdiyi məşəqqətlərə, düçar olduğu çətinliklərə, düşdüyü maddi sıxıntılara baxmayaraq cəmi 23 ay yaşamış AXC-yə sədaqətini ömrünün sonunadək qoruyub saxlamışdır. Hərçənd şirnikləndirici təkliflər yetərincə idi. Hələ XX əsrin əvvəllərində qonşu ölkələrdən biri ona hüquqi təhsilinə uyğun olaraq ən yüksək post- nazir postu da təklifi etmişdi.

Bu və ya digər səbəblərdən Vətəndən uzaq düşmüş çoxsaylı həmvətənlərimizin əksəriyyəti keçmiş illərdə və günümüzdə bəhs olunan müsbət ənənəni yaşatsa da, təəssüf ki, heç də hamı haqqında eyni fikirləri söyləmək mümkün deyil. Bəzən bu və ya digər yüksək postu tutmaq müqabilində deyil, sadəcə “komfortlu iaşə obyektindən istifadə imkanı”qazandığına görə milli ideallarımıza xəyanət yolu tutan və milli maraqlarımıza qarşı çıxanlar da tapılır...

Daha komfortlu iaşə obyektlərindən istifadəni reklam etmək, bu və ya digər kuluarlarda, kulislərdə görünmək, doğrudanmı, insanları Qərb dəyərlərinin, liberalizmin, müasirliyin simvoluna çevirir?

Özünü Qərb dəyərlərinin daşıyıcı olduğuna inandırmaq milli idealları, dəyərləri, dövlətçiliyi, milli savaşı inkar etməyə əsas verirmi? Komfortlu iaşə obyektlərinin üzərinə şüarlar yazıb, şəkil yapışdırmaq, sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə insanı azadlıq mücahidinə çevirirmi?..

Yaxın Şərq coğrafiyasında son 10 ildə yaşananlara nəzər salın. Guya hakimiyyətə qarşı mübarizə adıyla səfərbər olunub antimilli, ekstremist düşərgədə yer alan, əllərində silah doğma vətənlərinin yerlə-yeksan edilməsində həlledici qüvvə kimi istifadə olunan vətəndaşlardan xəbəriniz yoxmu məgər?

Hazırlandıqları xüsusi düşərgələrdəki komfortlu iaşə obyektlərinə aldanan belə şəxslər öz doğma yurdlarını xarabazarlığa çevirir, doğmalarına komfortsuz həyatı belə dar edirlər. Bütün bu dəhşətləri görmək və müvafiq nəticə çıxarmaq üçün heç də alim, siyasətçi olmağa ehtiyac yoxdur. Qərbdə formalaşdırılaraq inkişaf perspektivi olan və Avropanın durğun cəmiyyətinə dinamika nümunəsi göstərən müsəlman ölkələrinə qarşı son illərdə istifadə edilən neçə-necə məkrli ssenariləri, çirkin planları, dəhşətli vətəndaş müharibələrini görmürsünüzmü?!...

Azərbaycan dövləti öz təhlükəsizliyini bərqərar edərək, coğrafiyamızın sabitlik adasına çevrilib. İndi bu sabitliyin qəsdinə duranlara, ölkəmizə qarşı istənilən formada mübarizə aparmağa hazırlaşanlara, hətta əllərinə silah alaraq ölkəmizi dağıtmağa belə hazır olanlara üzümü tutaraq sual edirəm: onlarla, yüzlərlə qohum-əqrəbanız sabah Yaxın Şərq və Şimali Afrika ölkələrinin qaçqınlarının nümunəsində sizin məskunlaşdığınız o dövlətlərə üz tutsalar, özünüzü necə hiss edəcəksiniz? Yaxud da “PYD”, “İŞİD” və sairə adlarla silahlandırılaraq qruplaşdırılan dəstələrin sırasında öz ölkənizin sərhədlərini adlayaraq doğulduğunuz, yaşadığınız yurdu yerlə-yeksan etmək missiyası sizə həvalə ediləndə özünüzü necə hiss edəcəksiniz?..

Neçə illərdir Avropada yaşayırsınız və yaşadığınız ölkələrdə əxz etməyə çoxsaylı müsbət nümunələr var: vətənpərvərlik nümunəsi, vətəni və xalqı sevmək və təmsil etmək nümunəsi, dinc siyasi mübarizə nümunəsi, həqiqi ictimai fəallıq və s. Amma siz daim tərif və təlqin etdiyiniz bu mədəni Avropada gör nə nümayiş etdirirsiniz?- Opponentlərin ünvanına söyüş və təhqirlər yağdırmaq, dövlət simvollarını aşağılamaq, siyasi rəqibləri mənəvi və fiziki təhqirlərə məruz qoymaq, mənəviyyatsız söyüş və çağırışlar etmək...

Hə olardı, heç olmasa aralarında yaşadığınız bu avropalılardan siyasi mübarizə mədəniyyəti öyrənəydiniz. Onların necə siyasi debat apardıqlarını, bir-biri ilə siyasət və opponentlik dilində necə hörmət və izzətlə davrandıqlarını nümunə kimi əxz edəydiniz. Belə bir deyim var: “İnsanlar təkcə bildikləri danışıq dilində deyil, eyni zamanda malik olduqları mədəni-mənəvi keyfiyyətlərinin dili ilə danışırlar”.

Tələbəlik illərindən xatirimdə qalan bir hadisəni danışmaq istəyirəm. Cimmi Karter 1980-ci illərin prezident seçkilərində aktyor Ronald Reyqana məğlub olmuşdu və bir müddət sonra Moskvaya gəlmişdi. O zaman rus jurnalistindən birinin ona ünvanladığı opponenti və ABŞ-ın seçki sistemi haqqındakı yönəldici sualına bilirsinizmi o hansı cavabı vermişdi... O söyləmişdi ki, “mən rəqibimlə öz siyasi mübarizəmi ABŞ-da aparıram, xaricdəsə amerikalıyam və ABŞ-ın maraqlarını təmsil edirəm”.

Bu gün İlham Əliyevin təmsil etdiyi hakimiyyətə qarşı opponentlik edənlərin öz mübarizələrini sərbəst formada Azərbaycanda - yerli informasiya resurslarında, sanksiyalaşdırılmış aksiyalarda, parlament tribunalarında apardığını bildirən Əli Həsənov qeyd edib ki, bu mübarizənin sərtliyi heç də iaşə müxalifətçiliyindən daha aşağı tonda deyil. Əli Həsənov buna görə kimsənin təqib olunmadığını, 25 illik müxalifətin yenə də öz ampluasında olduğunu və yoluna davam etdiyini bildirib.

Onun sözlərinə görə, təəssüf ki, xaricdə yaşayan bəzi azərbaycanlılar bu gün bizim mili davanın sıra əsgərləri deyil, düşmənlərimizin sırasında və ön cərgəsində dayanıblar:

“Onların Azərbaycan dövlətinə qarşı aksiyaları belə sinxrondur- eynilə bu gün ABŞ-da iaşə müxalifəti və separatçı qurumun planlaşdırdığı aksiyalar kimi. Vətənpərvərlik duyğusunu, Vətən əxlaqını itirmək böyük faciədir. Bu, sadəcə bir fərdin və onun mənsub olduğu ailənin problemi deyil, belələri anti-Azərbaycan dairələrin əlində alətə çevrildikləri üçün bütün xalqımızın problemidir. Bu problemin çözümü ilə ilk növbədə ailələr və xaricdə yaşayan, Vətən əxlaqını qoruyan, Cümhuriyyətin qurucularının mühacir irsinin mənəvi varisi deyə biləcəyimiz diaspor nümayəndələrimiz məşğul olmalıdır...”

Azərbaycan musiqisinin ABŞ-dakı yorulmaz təmsilçisi... - FOTOLAR
Qadın sürücü elektrik enerjisi ilə işləyən avtomobilinə benzin vurmaq istədi- MARAQLI...
Tanınmış sənətçi qəfil vəfat etdi
Yüzlərlə maral öldürən ovçuya ibrətamiz cəza - MARAQLI
"Ali məktəbə qəbul olunanlardan barmaq sayı qədər tələbə var ki, repetitor yanına getməyib”
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Ədəbiyyat
“Atamın bağışladığı kitabları toplayıram ki, onları yenidən çap edim” – Söhrab Tahirin qızı
Maraqlı
Kişiləri mübahisəyə çəkən gizli səbəblər...
Cəmiyyət
“Mübariz Xocalının intiqamını almağa getmişdi...” - Erməni əsirliyində olmuş qadın...
Siyasət
Ermənistandan “Rusiyadan qorxmuruq” açıqlaması: İt sahibini tanımaq istəmir...?
Cəmiyyət
“Hacı Mazan”ın işdən çıxarılan oğlunun 300 minlik MAŞINLARI...
Müasir Ədliyyə
Həftənin ən çox oxunanları
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...
Azərindən Mübarizi təhqir edən məxluqa cavab: "Şərəfsizə sənin ən gözəl cavabın..."
Sənin də döşünü kəssəydilər...
Qazax və Ağstafada döyüş postlarının DSX-ya təhvil verilməsi nə ilə bağlıdır?
“Anamın şəxsi əşyalarını şəhidliyindən 23 il sonra mənə çatdırdılar…”- Ceyhun Əsgərov-VİDEO…
Gürcüstan prezidenti ultimatum verdi: ”Rusiya Qafqazın qonşusu kimi başa düşməlidir ki..."
Aparıcının “Bahalaşmaya etiraz edək” şərhi Ərdoğanı qəzəbləndirdi: "Ey əxlaqsız, bura Parisdirmi?"
Prezidentin səhifəsindən Mübarizlə bağlı MÖHTƏŞƏM PAYLAŞIM
"Mübarizlə qeyri-bərabər döyüşdə düşmən 12 itki verir, 17-si ağır yaralanır..."
"Cəmiyyət görün nə gündədir ki, onun qəhrəmanlığını şübhə altına alanlar meydan sulayır"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə