Xəbər lenti
22/06/2018 [03:11]:
Piontkovski: "Tramp idiotdur"
22/06/2018 [00:24]:
Ac mədəyə yeməyin zərərli olduğu 10 məhsul...
22/06/2018 [00:15]:
Dövlət də insan kimi canlıdır- Doğular, böyüyər, yaşlanar və ölər...
22/06/2018 [00:07]:
Milli futbolçu ölümlə hədələnir - Qırmızı vərəqə aldığına görə
21/06/2018 [23:57]:
Son bir ildə Naxçıvanın əhalisi artıb
21/06/2018 [23:16]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH
21/06/2018 [23:13]:
Afaq Aslan Damlaya və onun mətbuat katibinə xəbərdarlıq etdi: "Həddinizi bilin, elə faktlar ortaya qoyaram ki..." - VİDEO
21/06/2018 [23:09]:
Cazibədar aparıcıdan qalmaqallı açıqlama: “Kuboku qazansaq ekrana çılpaq çıxacam” - FOTOLAR
21/06/2018 [23:04]:
Hər gün itinin sidiyini içir: “Dərimə çox yaxşı təsir edir”- VİDEO
21/06/2018 [23:03]:
“Sizi güneyli-quzeyli bütöv Azərbaycanın baş canişini təyin edəcəyəm...”- Hitler M.Ə. Rəsulzadəyə...
21/06/2018 [22:36]:
Tramp Merkelə konfet atdı: “Bax, Angela, sonra demə ki, mən sənə heç nə vermirəm”
21/06/2018 [22:33]:
“Görünən şeylər o qədər başımızı qatdı ki, görünməyən şeylər yaddan çıxdı”
21/06/2018 [22:26]:
Fələstin daha bir təşkilata üzv oldu
21/06/2018 [22:22]:
Azercell “Yaşa Azərbaycanım” sərgisinə dəstək oldu
21/06/2018 [22:17]:
Şəmkirdə musiqiçiləri daşıyan “VAZ” traktorla toqquşub, xəsarət alanlar var
21/06/2018 [22:14]:
Paşinyana qarşı qaldırılan cinayət işi bağlanıb
21/06/2018 [22:12]:
Şirkət rəhbəri işdə məhəbbət məcarasına görə istefaya getdi
21/06/2018 [22:11]:
UNEC rektoru Akif Əlizadənin təkliflərini dəstəklədi
21/06/2018 [22:01]:
Milyarder qızıyla nişanlanan Anar sirlərini açdı: “Arağın küpünə girir”
21/06/2018 [21:44]:
Türkiyə ilk “F-35” qırıcılarını qəbul etdi
21/06/2018 [21:17]:
“Qarabağ” bu qapıçıya 600 min ödəməyə hazırdır
21/06/2018 [21:16]:
Camal Quliyev Qida Təhlükəsizliyi Agentliyinə təyinat almayıb - AÇIQLAMA
21/06/2018 [21:12]:
UNEC rektoru Akif Əlizadənin təklifini dəstəklədi: "Reytinqlər həmin statuslara görə müəyyən edilməlidir"
21/06/2018 [21:10]:
“Övladlarım gələndə yer olmadığına görə ağlayıb demişəm ki, biz kişi deyilik...” - Reportaj, FOTOLAR
21/06/2018 [20:15]:
İtiylə gəzməyə çıxan gənc güllələndi - FOTOLAR
21/06/2018 [19:48]:
Antonio Quterreş: Ölkələrin BMT Təhlükəsizlik Şurasının qərarlarını icra etməsi çox vacibdir
21/06/2018 [19:45]:
Sumqayıtda universitet binası uçdu - FOTO
21/06/2018 [19:39]:
XİN: BMT TŞ-nın qətnamələrinin icrası Minsk qrupunun həmsədrlərinə həvalə edilib
21/06/2018 [19:35]:
Vaqif Dərgahlı: “Arsrun Ovannisyan axmaq şərhləri ilə insanları təəccübləndirməyə davam edir”
21/06/2018 [19:30]:
Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı proqnoz - 100 dollara çatmayacaq
21/06/2018 [19:20]:
Baş nazirin birinci müavini vəzifəsindən azad edildi
21/06/2018 [19:00]:
Prezident turizm cənnəti ilə bağlı sərəncam verdi
21/06/2018 [18:59]:
64800 şagird üçün keçirilən buraxılış imtahanı başa çatıb
21/06/2018 [18:58]:
Dilqəm Əsgərova görə Ombudsmana müraciət etdilər: "Bircə günlük oğul toyunu görməyi nəsib etdirin"
21/06/2018 [18:48]:
Roza “Maşın”nın ŞOK GİZLİNLƏRİNİ AÇDI : “Telefonu Hüseynin elə yerindən çıxardılar ki…”
21/06/2018 [18:45]:
“Elə şortikli qızlar var ki, “abırlı” geyinən qadınlardan qeyrətlidir” – Şeyxin qudası
21/06/2018 [18:42]:
Ölkənin Bank-maliyyə sistemini kim və niyə çökdürür?
21/06/2018 [18:34]:
Onlar UNEC-i seçir...
21/06/2018 [18:32]:
Beynəlxalq elmi müsabiqənin ən gənc azərbaycanlı qalibini tanıyın -FOTOLAR
21/06/2018 [18:29]:
Kəbə yaxınlığında cadugər yaxalandı -Foto+Video
21/06/2018 [18:23]:
Ərdoğan: “Qəndildə 35 PKK rəhbəri məhv edilib”
21/06/2018 [18:19]:
Facebook-da yenilik -Pul qazanmaq olacaq
21/06/2018 [18:18]:
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
21/06/2018 [18:16]:
QAT Qarabağ mitinqi üçün yenidən BŞİH-ə müraciət etdi
21/06/2018 [18:14]:
Qadını alçaltdığını etiraf edən məşhur Azərbaycan şairi...
21/06/2018 [18:09]:
Yalançı patriotlar...
21/06/2018 [17:53]:
Manat və dolların sabahkı MƏZƏNNƏSİ
21/06/2018 [17:49]:
Qazaxın icra başçısı vətəndaşları fərdi şəkildə qəbul etdi -FOTOLAR
21/06/2018 [17:31]:
Arvadı küsüb gedən kişi intihar etdi - Şabranda
21/06/2018 [17:20]:
Putin Ukraynaya görə Təhlükəsizlik Şurasının iclasını çağırdı
21/06/2018 [17:16]:
“Nazirə qarşı təxribatdan söhbət gedə bilməz”
21/06/2018 [17:09]:
Netanyahunun arvadı 100 minlik yemək sifariş edib?
21/06/2018 [17:08]:
Roma papası: "Miqrantlar olmasa, Avropa boşalacaq"
21/06/2018 [17:05]:
Türkiyədə kartof “ceyranın belində”: Bəs bizdə?
21/06/2018 [17:02]:
Danimarka – Peru matçına bir milyonuncu azarkeş gələcək
21/06/2018 [17:01]:
“Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır” - Əli Əhmədov
21/06/2018 [16:58]:
Bankdan külli miqdarda pul oğurlayan bankir saxlanıldı
21/06/2018 [16:50]:
6 manatlıq salatı turistə 41 manata satdılar - Bakıda
21/06/2018 [16:44]:
Putin və Poroşenko ukraynalı rejissorun taleyini müzakirə etdi
21/06/2018 [16:43]:
Göyçayda körpünün dağılmasına görə vəzifəli şəxslər həbs edildi - RƏSMİ
21/06/2018 [16:38]:
Azərbaycanlı siyasətçinin İsveç qəzetlərində məqaləsi dərc olundu
21/06/2018 [16:31]:
Vikipediyada AXC ilə bağlı nə baş verir? - VİDEO
21/06/2018 [16:27]:
Ermənilər Qarabağda yeni səngərlər qazırlar - FOTOLAR
21/06/2018 [16:25]:
“Dövlət büdcəsində cəmi 2 milyard manat artım var”
21/06/2018 [16:06]:
Məmmədyarov belaruslu həmkarı ilə görüşdü
21/06/2018 [16:05]:
Bakıda 17 yaşlı qızdan oğlanlara qarşı ağılasığmaz hərəkət: intim əlaqə üçün yanına çağırır, sonra... FOTO
21/06/2018 [15:43]:
İpoteka predmetinin satışına dair prosedur müəyyənləşdi
21/06/2018 [15:20]:
Dünən toyu oldu, bu gün əkiz doğacağı bilindi - Kral ailəsi yeni təlaşda
21/06/2018 [15:06]:
Azərbaycan-İran sərhədindəki atışma ilə bağlı rəsmi MƏLUMAT
21/06/2018 [14:59]:
"Belə yarıtmaz əməllər ölkənin maliyyə dayaqlarının zəifləməsinə aparır"
21/06/2018 [14:45]:
Milli Ordunun qurulmasında iştirak etmiş döyüşçü: “Hələ ki namusumuz yad əllərdədir...”
21/06/2018 [14:44]:
Azərbaycan kanalında erotik rəqs - VİDEO
21/06/2018 [14:30]:
Azərbaycanda böyük əməliyyat – 1 tondan çox narkotik ələ keçirildi
21/06/2018 [14:28]:
Metroda sərnişinləri üzdən tanıma sistemi işə düşəcək
21/06/2018 [14:10]:
"Elmarla məni qarışdırırlar" - Çavuşoğlu
21/06/2018 [14:08]:
Arxeoloqların sensasiyalı tapıntısı: Qeyri-adi mumiya
21/06/2018 [14:05]:
"Azərbaycanın tranzit-logistika imkanları Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə töhfə verir"
21/06/2018 [14:01]:
Hacı Nuran xəstəxanaya yerləşdirildi – FOTO
21/06/2018 [14:01]:
Dövlət xidmətindən əcaib açıqlama: "Zəhərlənmə olmadığı üçün monitorinq keçirməmişik"
21/06/2018 [13:54]:
Mogerini: "Avropa İttifaqı Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir"
Bütün arxiv bir sırada
14/03/2018 [19:31] - Müsahibə - ( 1957 dəfə baxılıb)

Binəli Yıldırım: "Əvvəl-axır Qarabağ məsələsinin ən yaxşı şəkildə həllinə inanırıq"



Türkiyənin baş naziri Binəli Yıldırım APA-ya müsahibə verib.

Moderator.az həmin müsahibəni təqdim edir:

- Azərbaycan-Türkiyə əlaqələri Azərbaycan müstəqilik qazandığı dönəmdən bu yana uzun illərdir sürətlə inkişaf etməkdədir. Əlaqələrin bugünkü durumunu necə dəyərləndirə bilərsiniz?

- Bu gün Azərbaycanda, qardaş ölkədəyik. Mərhum prezident Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Həqiqətən də 81 milyon türk millətinin azərbaycanlı qardaşlarını ayrı görmədiyi iki dövlətik. Azərbaycan müstəqilliyini elan edəndə onun müstəqilliyini ilk tanıyan, ilk diplomatik münasibətlər quran ölkəyik. O gündən bəri Azərbaycanın yaxşı və pis günündə də həmişə birlikdə olduq. Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimiz oldu. Gündən-günə əlaqələrimiz inkişaf edir. Bir çox layihələri həm Türkiyədə, həm də Azərbaycanda gerçəkləşdiririk. Türk iş adamlarının, Azərbaycanda yatırımlarının miqdarı 10 milyard dollardan çoxdur. Eyni şəkildə, Azərbaycanın Türkiyədə yatırdığı investisiyanın miqdarı 10 milyarddan artıqdır, SOCAR-ın böyük investisiyası var. Bundan başqa, turizm və bir çox sahələrdə investisiyalar qoyulub. Təbii ki, Qafqaz regionunda güclü Azərbaycan və güclü Türkiyənin olması bu bölgənin, burada yaşayan insanların təhlükəsizliyi, rifahı, təhlükəsizliyi deməkdir. Çox şükür, hər gün öncəki gündən daha yaxşı durumdayıq.

- Türkiyə bu gün dünyadakı məsələlərin həllində rol oynayan aparıcı qüvvəyə çevrilib. Rusiya və İranla birlikdə Suriyaməsələsinin həlli istiqamətində işlər aparılır. Türkiyə bu məsələnin həllini necə görür? Bu problemin həllində ABŞ-ın iştirak etdiyi formatla qüvvələrinin birləşdirilməsi nə dərəcədə mümkündür?

- Suriya Türkiyə üçün bir çox ölkədən daha önəmlidir. Çünki SuriyaTürkiyə ilə 911 km hüdudu olan bir qonşu ölkədir. Son 7 ildir Suriyada təəssüf ki, boşluq var. Vətəndaş müharibəsi gedir. Buna görə 10 milyondan çox insan canını qurtarmaq üçün qaçqın vəziyyətindədir. Türkiyədə 7 ildir 3,5 milyondan çox suriyalı yaşayır. Biz onlara ev sahibliyi edirik, çörəyimizi bölüşürük. Suriyaməsələsinin həlli hər kəsdən və hər şeydən əvvəl Türkiyə üçün önəmlidir. Buna görə də Türkiyə İran və Rusiya ilə birlikdə bu məsələnin həlli üçün təşəbbüs irəli sürüb, səylər göstərir. Atəşkəsin qalıcı olması və BMT-nin nəzarəti altında Cenevrədə qalıcı həllin tapılması üçün öncülük edirik. Suriya məsələsinə bir çox ölkə cəlb olunub, sayları 70-dən çoxdur. Hər kəs Suriyada nizamlanma üçün çalışır, amma həqiqi mənada həll üçün çalışanları axtarsan, Türkiyədən başqa düz əməllisi yoxdur. Suriya bizim üçün önəmlidir. Çünki bu, Türkiyənin milli təhlükəsizlik məsələsidir. Türkiyəyə qarşı hər cür terror fəaliyyəti hakimiyyət boşluğu səbəbi ilə buradan gəlir. İŞİD terror hücumları, PKK, onun Suriya qolu PYD/YPG, hamısı Türkiyəyə təhdiddir. Bizim Türkiyə olaraq Suriyanın bir qarşı torpağında gözümüz yoxdur. İstəyirik ki, bu bölgədən ölkəmizə qarşı təhdid yox olsun, terror fəaliyyətləri tamamilə dayandırılsın. Bunun üçün də Afrində terrora qarşı əməliyyat aparırıq. Burada PKK, PYD, YPG və İŞİD var. Bütün bunlara qarşı mübarizə aparırıq. 7 ay ərzində bu bölgədən Türkiyəyə raket atışları, terror hücumları minə yaxın olub. Bu? milli təhlükəsizlik, orada yaşayan vətəndaşlarımızın can, mal təhlükəsizliyi məsələsidir. Buna bizim etinasız qalmağımız gözlənilə bilməz. İçəridə lazım gələrsə, içəridə, çöldə lazım gələrsə, çöldə terrorun izini buraxmayaraq bu mübarizəni aparırıq. 50 gündən çox vaxt keçib. Addım-addım o torpaqlardakı terroristlər təmizlənir. Nəhayət, Afrin mərkəzi də mühasirəyə alınıb. Bu əməliyyatın niyə 50 gün davam etməsini soruşanlar var. Biz başqaları kimi sivil, teкrorçu demədən bomba atmırıq. Bunu deyən ölkələrin keçmişinə baxdıqda çox ciddi sivil qətliamları var. Sivillə terroristi bir-birindən ayıraraq bu əməliyyatı aparırıq. Bu da zaman alır. Hətta bizim də itkilərimiz olur. Bizim əsgərlərimiz və Azad SuriyaOrdusunun əsgərləri şəhid olur. Buna baxmayaraq, diqqətlə irəliləyirik. Yoxsa bombanı necə gəldi atarsan. Bu bizim işimiz deyil, bizdə belə bir anlayış yoxdur. “İnsanı yaşat ki, dövlət yaşasın” anlayışını rəhbər tuturuq. Dostlarımızın bölgədəki fəaliyyəti bizi narahat edir. Terror təşkilatı ilə əməkdaşlıq edib, başqa terror təşkilatını yox etmək kimi yanlışlığa yol verən NATO ölkələri var. Bunların tez bir zamanda bu səhvdən geri dönməsini gözləyirik.

- Türkiyə-ABŞ münasibətlərində ciddi gərginlik müşahidə olunurdu. Sonradan Menbiçlə bağlı uzlaşma əldə edildi. 

Dünən isə ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu istefaya göndərdi və Milli Kəşfiyyat İdarəsinin rəhbəri Mark Pompeonu bu vəzifəyə təyin etdi. Bu istefa iki ölkə arasında əlaqələrə necə təsir edəcək?
- Bundan sonra ABŞ-la əlaqələrin necə davam edəcəyi tamamilə ABŞ-dan asılıdır. Türkiyənin qırmızı cizgiləri bəllidir. Terrora qarşı mübarizədə arxasında Amerika da olsa, fərq etməz, lazım olanı edəcəyik. Amerika Türkiyədə demokratik quruluşu silah gücü ilə dəyişməyə qalxan FETO təşkilatının başçısına sahib çıxmamalı və bizə təhvil verməlidir. Amerika Türkiyə ilə dostdursa, bizim Amerikadan gözləntimiz budur. Bizim üçün ciddi təhdid olan terrora qarşı qəti mövqe ortaya qoymalı və terrorçularla əməkdaşlıqdan geri çəkilməlidir. Türk xalqının da müsbət qənaətini qazanacaq addımlar atmalıdır. Türkiyə-ABŞ əlaqələri şəxslərlə bağlı deyil. Biri gələr, biri gedər. Prinsiplər önəmlidir. Bu prinsiplər əlaqələrin gələcəyini müəyyən edəcək. Türkiyə bölgədə sabitliyi, sülhü təmsil edir. Türkiyənin olmadığı yerdə o bölgədə xaos, qarışıqlıq, terror daha da artar, davam edər. Biz İranla da, İraqla da qonşuyuq. Suriya ilə də qonşuyuq. Qafqazda Gürcüstan, Azərbaycan, Ermənistan kimi qonşularımız var. Qonşularımızla yaxşı əlaqələr qurmaq, dostları artırmaq, düşmənlərimizi azaltmaq istəyirik. Amma kimsə bizim ölkəyə göz dikərsə, pis əməllər bəsləyərsə, bunu da cavabsız buraxmarıq. Daha əvvəl Mayk Pompeo Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edəndə Türkiyəyə gəldi, görüşdük. Çox da məhsuldar görüş oldu. İndi fəaliyyətini görəcəyik və buna uyğun lazım olanı edəcəyik.

- Azərbaycan hər zaman Dağlıq Qarabağa mövzusunda Türkiyənin tam dəstəyini alıb. Münaqişə ilə bağlı mövcud format var, lakin münaqişə başlayandan bu günə kimi həlli istiqamətdə heç bir konkret addım atılmayıb. Türkiyə bu problemin həllini necə görür?

- Dağlıq Qarabağ məsələsi qanayan yaradır. Burada Azərbaycanın tamamilə haqlı olduğunu bütün millətlər, BMT, ATƏT kimi təşkilatlar qəbul edir. Guya həll etməyə də çalışırlar. Amma heç bir halda irəliləyiş əldə olunmur. Azərbaycan torpaqlarının 20 faizi işğal edilib, 1 milyon qaçqın yerindən-yurdundan didərgin düşüb. Təbii ki, bunun belə davam etməsi mümkün deyil, heç kim bunu istəyə bilməz. Bu yaxınlarda Türkiyəyə Azərbaycan və Gürcüstan parlamentindən millət vəkilləri gəldilər, Xocalı qətliamının ildönümü münasibətilə rəsm sərgisi açıldı. Bu, ibrətamiz bir şeydir. O qətliamı, vəhşiliyi gördükdə ömür boyu unutmaq mümkün deyil. Biz əvvəl-axır Dağlıq Qarabağ məsələsinin, Azərbaycanın haqlı davasının ən yaxşı şəkildə həllinə inanırıq. Bura Azərbaycanın ərazisidir, Azərbaycanın ərazi bütövlüyünə daxildir. Bunu hər kəs qəbul edir. Hüquqi həll əvvəl-axır olacaq. Türkiyə hər zaman Azərbaycanla bərabərdir. Bu məsələnin həlli tək Azərbaycan və Ermənistan arasındakı məsələnin həlli anlamına gəlmir. Bütün bölgənin stabilliyi və təhlükəsizliyi üçün önəmli bir məsələdir.

- Türkiyə və Azərbaycan arasında çox mühüm layihələr həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAPkəmərlərindən sonra Bakı-Tbilisi-Qars layihəsini nümunə göstərə bilərik. Bu layihə ilə bağlı ən yaxşı dəyəri siz verə bilərsiniz. Bu layihənin Türkiyə-Azərbaycan əlaqələrində müsbət yöndə nə kimi əhəmiyyəti ola bilər?

- Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, “Şahdəniz”, Bakı-Tiflis-Qars və TANAP regional layihələrdir və bu layihələr sadəcə Türkiyə və Azərbaycanla əlaqəli deyil. Sadəcə, Gürcüstandan da keçmir, eyni zamanda Çindən bu tərəfə Özbəkistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, bu bölgəni Qafqaz vasitəsilə Türkiyəyə, Türkiyə üzərindən Balkanlara və Avropaya bağlayan, həm enerji təhlükəsizliyi baxımından, həm nəqliyyat, tarixi İpək Yolunun yenidən həyata keçirilməsi baxımında mühüm layihədir. Bakı-Tiflis-Qars layihəsinin mənim üçün xüsusi əhəmiyyəti var. Nazir olduğum dövrdə bu layihəni gündəmə gətirdim. O zaman heç kim bu layihəyə inanmadı, hər kəs dodaq büzdü, gülümsədi, amma mübarizə apardıq, təslim olmadıq. Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin tapşırıqlarına əsasən və Gürcüstan tərəfi də razı salınmaqla, bu layihə başladı. Uzun çəkdi, qarşıya çıxan bir çox əngəllərə rəğmən, layihəni sonunda tamamladıq. Bir sözlə, bir xəyalın gerçəkləşməsi hər kəs üçün önəmlidir və mənim üçün də xüsusi mənası var.

- Son olaraq, Azərbaycan xalqına mesajınızı öyrənmək istərdik.

- Azərbaycanda mənə sual verirlər ki, Türkiyə Afrində mübarizə aparır, bununla bağlı nə deyirsiniz? Yaşlı, gənc, qadın, kişi, hər kəs “Biz də gedib Afrində Türkiyənin yanında mübariz apararıq” deyirlər. Azərbaycana gəlmək bizim üçün xoşbəxtlikdir. Burda özümüzü evimizdə hiss edirik. Eyni dildə danışırıq, eyni ənənələrimiz var. Bir sözlə, mən dost, qardaş Azərbaycan millətinə Türkiyədəki 81 milyon qardaşlarının salamlarını çatdırıram. 11 apreldə prezident seçkilərinin qardaş Azərbaycan üçün xeyirli olmasını diləyirəm.

Ac mədəyə yeməyin zərərli olduğu 10 məhsul...
“Görünən şeylər o qədər başımızı qatdı ki, görünməyən şeylər yaddan çıxdı”
UNEC rektoru Akif Əlizadənin təklifini dəstəklədi: "Reytinqlər həmin statuslara görə müəyyən edilməlidir"
“Elə şortikli qızlar var ki, “abırlı” geyinən qadınlardan qeyrətlidir” – Şeyxin qudası
Qırğızların gündəlik həyatları 150 illik FOTOLARDA
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Piontkovski: "Tramp idiotdur"
Maraqlı
Cazibədar aparıcıdan qalmaqallı açıqlama: “Kuboku qazansaq ekrana çılpaq çıxacam” - FOTOLAR
Cəmiyyət
“Sizi güneyli-quzeyli bütöv Azərbaycanın baş canişini təyin edəcəyəm...”- Hitler M.Ə. Rəsulzadəyə...
Cəmiyyət
“Övladlarım gələndə yer olmadığına görə ağlayıb demişəm ki, biz kişi deyilik...” - Reportaj, FOTOLAR
Cəmiyyət
Dilqəm Əsgərova görə Ombudsmana müraciət etdilər: "Bircə günlük oğul toyunu görməyi nəsib etdirin"
Həftənin ən çox oxunanları
Maşın Rozanın əlindən alındı - SON DƏQİQƏ
Xankəndi səmasına qırıcılar qaldırıldı - Düşmən “gəl-gəl” deyir... Fotolar+Video
Tanınmış aparıcı canlı yayımdan qovuldu, səbəbi hər kəsi təəccübləndirdi - FOTO
32 yaşında dövlət quran, 33 yaşında isə öldürülərək cəsədi dənizə atılan qəhrəman Kırım türkü - ARAŞDIRMA
Yarıçılpaq səudiyyəli fanat qadın və hicablı rus azarkeş qız - Futbol çempionatındakı təzadlar + VİDEO
Paşinyan Azərbaycanda yeni açılan erməni kilsəsinə baş çəkdi- FOTOLAR
İki Ali Baş Komandanımızın Xankəndindəki paradını bizə çox görməyin: - TARİXİ SEÇİM...
"Ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik" -Deputatdan çağırış...
Paşinyanın gəncliyinə aid biabırçı şəkli paylaşıldı - FOTO
DÇ-2018: Ən gözəl azarkeşlər -FOTOLAR
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin