Akif Aşırlı: “Kimsə bu məsələdə jurnalistlərimizi ittiham edə bilməz”
Müsahibə
Oxunub: 2447
16 Mar 2018 | 17:01
Akif Aşırlı: “Kimsə bu məsələdə jurnalistlərimizi ittiham edə bilməz”

“Cümhuriyyət jurnalistləri arasında öyrənilməyən xəzinələr mövcuddur”

 

“Yaratdığımız Mətbuat Tarixi Muzeyinə həyatımın mənası kimi baxıram”

 

Martın 10-da keçirilən Azərbaycan jurnalistlərinin VII qurultayında mediamızdakı müsbət meyillər, əldə edilən uğurlarla yanaşı, jurnalistikamızdakı mövcud problemlərlə bağlı da müxtəlif fikirlər səsləndi, təkliflər verildi. Moderator.az olaraq bu qurultayda səslənən bəzi fikirlər, eləcə də Azərbaycan milli mətbuatının mövcud durumu, keçmişi, gələcək inkişaf perspektivləri ilə bağlı düşüncələrini öyrənmək üçün “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıya müraciət etdik.

 

-Akif bəy, jurnalistlərin VII qurultayında qəzet yayımının genişləndirilməsinin vacibliyi vurğulandı və qeyd olundu ki, bu məqsədlə metro stansiyalarında qəzet satışının bərpa edilməsinə ehtiyac var. Sizcə metro stansiyalarında qəzet satışının bərpa edilməsi yayım probleminin həlli baxımından yetərlidirmi? Yoxsa bunun üçün daha ciddi, kompleks tədbirlər həyata keçirilməlidir?

 

-Bakı şəhərində köşklərin sayı həddindən artıq azdır. Yeni köşklərin sayı da çox deyil. Bildiyim qədəri ilə 150-yə qədər köşk var. 90-cı illərin ortalarından 2000-ci illərin ortalarına qədər Bakıda 485 köşk var idi. İndi isə 150 köşk qalıb. 300 köşk sıradan çıxıb. 40 min əhalisi olan Tərtər kimi bir rayonun mərkəzində 1-2 köşk var. Qazaxda da cəmi 1-2 köşk mövcuddur.

Məmməd Əmin Rəsulzadənin 1911-ci ildə “İran-nou” qəzetində mətbuat azadlığı ilə bağlı bir yazısı var. Bu məqalənin yazılmasından 100 ildən çox vaxt keçir. Rəsulzadə həmin məqaləsində qəzet yayımına da diqqət çəkir və vurğulayır ki, yazdığın qəzet yayılmırsa bu kimsəyə lazım deyil. Bu baxımdan hesab edirəm ki, həm rayonlarda, həm də Bakı şəhərində köşklərin sayı artırılmalıdır.

Gün ərzində metrodan bir milyondan çox insan istifadə edir. Bu insanların içərisində qəzet alıcıları da var. Onların arasında informasiyanı qəzetdən almağa üstünlük verən oxucular mövcuddur. Biz onların haqqını nə üçün əllərindən almalıyıq? Əgər metronun içərisində qəzet yayımı ilə bağlı problem varsa, bunu metronun üstündə də təşkil etmək mümkündür.

Bu gün klassik mətbuatın qorunması dövlətin çiynindədir. Əgər dövlət vəsait ayırmasa, heç bir qəzet yaşaya bilməz. Problemdən çıxış yolları da mövcuddur. Bu yollardan biri də yayım məsələsinə diqqəti artırmaqdır.

 

-Bəlli bir müddətdir ki, çap mediası ilə yanaşı, onlayn mediaya da dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi gündəmdədir. İnternet mediasının maliyyələşdirilməsini nə dərəcədə zəruri hesab edirsiniz və sizcə KİVDF vasitəsi ilə maliyyələşən qəzetlərin saytlarına da vəsait ayrılmalıdırmı?

 

-Elektron medianın maliyyələşməsi məsələsini bir neçə ildir ki gündəmə gətirmişik. Hətta ötən il Mətbuat Şurasında “onlayn media ili” elan edilmişdir. Mətbuat Şurasındakı müzakirələrdə ilkin kriteriyalar da müəyyənləşmişdir. Təbii, biz istərdik ki, onlayn media maliyyələşsin. Lakin biz bununla yanaşı, həm klassik, həm də onlayn medianın gələcəkdə özünü müstəqil şəkildə tənzimləməsi, dövlətin maliyyə yardımı olmadan yaşamasının mümkünlüyü yollarını da araşdırmalıyıq.

Hər bir qəzetin saytı da fəaliyyət göstərir. Onların da cəmiyyətin maariflənməsində, məlumatlandırılmasında böyük rolu var. Bu saytlarda həm qəzetin materialları yerləşdirilir, həm də fərqli informasiya siyasəti yürüdülür. Mən Sherg.az saytını belə görürəm. Siz özünüz də müsahibədən əvvəlki söhbətimizdə Sherg.az saytının inkişafını, onun dövlətimizin və xalqımızın maraqları ilə bağlı məsələlərdə göstərdiyi həssaslığı vurğuladınız. Bu baxımdan qəzetlərin saytlarının da maliyyələşməsi arzuediləndir. Bu, həm qəzetin, həm də saytın oxucu auditoriyasını genişləndirməyə imkan verir.

 

-Jurnalistlərin VII qurultayında Mətbuat Şurasının sədri Əflatun Amaşov həbsdəki jurnalistlərin azadlığı məsələsini də gündəmə gətirdi və vurğuladı ki, bununla bağlı ölkə prezidentinə müraciət etməyə ehtiyac var. Siz necə hesab edirsiniz, həbsdəki media nümayəndələrinin azad edilməsi dövlətin jurnalistikamıza növbəti qayğısı, növbəti humanizmi kimi dəyərləndirilə bilərmi?

 

-Biz həmişə arzulamışıq ki, heç bir həmkarımız həbsxanaya düşməsin. Unutmaq olmaz ki, hər bir jurnalist həm də bir insandır. Onun hərəkətində hansısa qanunsuzluq ola bilər. Lakin əgər bu gün həbsdə olan hər hansı bir jurnalist cəmiyyətdə tanınan qələm sahibi olubsa, öz cəzaının müəyyən hissəsini çəkibsə, təbii ki, onun azadlığa çıxmağı daha məqsədəuyğun olar. Mən həbsdəki bütün insanlara azadlıq arzulayıram.

 

-Azərbaycan mətbuatının milli maraqların müdafiəsində dayanmasının vacibliyi ən yüksək dövlət rəsmiləri tərəfindən də zaman-zaman səsləndirilən fikirlərdən biri olub. Sizcə mətbuat bu işin öhdəsindən layiqincə gələ, öz qələmini anti-Azərbaycan hücumları qarşısında qalxana  çevirə bilirmi?

 

-Mətbuatımız siyasi yönümündən asılı olmayaraq, milli maraqları daim öndə tutub, anti-Azərbaycan qüvvələrinə qarşı qələmi ilə mübarizə aparıb və aparır. Bizim torpaqlarımız işğal altındadır. Təbii ki, Erənistanın işğalçılıq siyasətinin müxtəlif aspektləri mövcuddur. Ermənistana havadarlıq edən güclər də mövcuddur ki, mediamız həm də bu qüvvələrin ölkəmizlə bağlı məkirli siyasətinə qarşı mübarizə aparır.

Mətbuatın üzərinə düşən digər vəzifələrdən biri də cəmiyyətin informasiya təminatı ilə bağlıdır. Bu gün cəmiyyətdə kifayət qədər problem var. Sosial qayğıya ehtiyacı olan köməksiz insanlar var. Mətbuatın işi bu kimi problemləri ictimaiyyiləşdirmək, əlaqədar qurumların diqqətini buna cəlb etməkdir.

Təhsilə, səhiyyə ilə bağlı da problemlər var. Mətbuatı bu problemlərdən kənar hesab etmək olmaz. Azərbaycan mətbuatı digər dövlətlərin mətbuatından həm də ona görə müsbət mənada fərqlənir ki, jurnalistlərimiz yazılarında problemlə yanaşı, problemdən çıxış yolları da götərilir. Halbuki, problemdən çıxış yolunu göstərmək jurnalistin vəzifəsi deyil.

10-15 il əvvəl jurnalistlərimizin yazdığı yazılara baxın. Yazıların əksəriyyəti dini ekstremizmlə bağlıdır. Vəhabilik, nurçuluqla bağlı yazılardır. Biz zaman-zaman bu problemləri dilə gətirirdik. Çünki jurnalist bunları görürdü. Həmin problemləri mətbuat dilə gətirmişdi. 5-10 il sonra isə gördük ki, millət və dövlət gerçəkdən də bu problemlərlə üz-üzədir.

Azərbaycan jurnalisti vətənpərvər jurnalistdir. Baxmayarq ki, onun sosial qayğıalrı çoxdur. Dövlətimiz sağ olsun, jurnalistlərimizə davamlı qayğı götərir. 400-dən çox jurnalist mənzillə təmin olunub. Gələcəkdə də bu siyasətin davam etdirilməsi nəzərdə tutulub.

Jurnalistlərimiz hər zaman milli maraqlarımızı şərəflə müdafiə edib. Kimsə bu məsələdə jurnalistlərimizi ittiham edə bilməz. Hansısa istisnaların olması mümkündür. Xaricdə oturan hansısa bir şəxsin domen alıb sayt açması, bu yolla dövlətimizə qarşı düşmənçilik siyasəti yüürtməsinin jurnalistikaya aiddiyyatı yoxdur. Bu, şəxsi iddiası olan, hakimiyyətin hansısa nümayəndəsi və ya zümrəsi ilə ədavəti olan bir şəxsin jurnaistika prinsip və əxlaqından uzaq olan davranışıdır. Jurnalist o şəxsdir ki, dövlətimizin, millətimizin maraqlarına xidmət edir, şərəfli bir işlə məşğul olmasının fərqindədir.

 

-Bir müddət bundan öncə “Cümhuriyyətçi jurnalistlər” layihəsinə start vermisiniz. Layihə əsnasında atılan addımlarla bağlı məlumat almaq istərdik. Bu layihə əsasında görülən və görülməsi planlaşdırılan hansı işlər var?

 

-Biz istədik ki, Cümhuriyyətin 100 illiyi ilə bağlı bir layihəmiz olsun. Biz bu layihəni heç yerə təqdim etməmişik. Bu, redaksiyanın daxili layihəsidir.AXC-nin yaradıcılarının böyük əksəriyyəti jurnalistlərdir. Bu jurnalsitlər dövlətimizin siyasi ideologiyasını formalaşdırıb, onun təməlini qoyub. Onlar dövlətin və dövlətçilyin nə olduğunu cəmiyyətə aşılayıb. Bizim məqsədimiz həmin dönəmdə fəaliyyət göstərən jurnalistləri, onların həyat və fəaliyyətini araşdırmaq, onları cəmiyyətə tanıtmaqdır. Biz bununla bağlı Fəxri Xiyabana getdik. Üzeyir Hacıbəyli, onun xanımı, habelə qardaşı Zülfüqar bəy Hacıbəylinin məzarlarını ziyarət elədik. Azərbaycanın istiqlal arzularını öz poetik ifadəsi ilə vəsf edən Abdulla Şaiqin də məzarını ziyarət etdik. Novxanıda isə M.Ə.Rəsulzadənin abidəsini ziyarət etdik, abidəsi önünə gül dəstəsi qoyduq, doğulduğu evə baş çəkdik.

Layihənin ikinci mərhələsi AXC dönəmində ordu quruculuğu il bağlıdır. Ordu quruculuğunda iştirak edən, məzarı burda olan Əliağa Şıxlinskinin məzarını ziyarət etdik. Bildiyiniz kimi, o, I müsəlman korpusunun komandiri idi. Azərbaycanda ordu formalaşanda isə Baş Qərargahın rəisi vəzifəsində təmsil olundu.

Layihənin üçüncü mərhələsi isə AXC-ni yaradanların varisləri ilə görüşlərin təşkili ilə bağlıdır. AXC-nin formalaşmasında iştirak edən jurnalistlərin ailə üzvləri var. Bizim həmin jurnalistlərin övladları, nəvələri ilə görüş təşkil etmək fikrimiz var. Yəqin ki, bu, Novruz bayramından sonra reallaşacaq. Bu görüşdə “Azərbaycan” qəzetinin redaktoru Xəlil İbraminin qızları da iştirak edəcək. Onun qızlaırnın birinin 80, digərinin isə 90-a yaxın yaşı var.

Mən Xəlil İbrahimlə bağlı bir araşdırma aprmışam. Sizə əminliklə bildirirəm ki, o, öyrənilməmiş bir xəzinədir. O, əslən şuşalıdır. “Səda” qəzetində çalışıb. Sonra isə “Açıq söz” qəzetinin ən fəal müxbiri olub. Daha sonra isə “Azərbaycan” qəzetində çalışıb. Parlament və onun mahiyyəti, seçki mədəniyyəti, milli mədəniyyətimiz, yerli adlarımız və s. ilə bağlı yazılar yazıb. 3 ay müddətində, Üzeyir bəy xəstələnəndə isə qəzetdə onu əvəz edib. Xəlil İbrahimin qızlarının biri burada, digəri isə Moskvada yaşayır. Moskvda yaşayan qızının – Solmaz xanımın 90-a yaxın yaşı var və Novruz ərəfəsində Azərbaycana gələcək.

Yusuf Vəzir Çəmənzəminlinin nəvələri ilə də əlaqələrimiz var. Çəmənzəminli çox böyük mütəfəkkir idi. O, publisist olmaqla yanaşı, dövlət quruculuğu prosesində də yaxından iştirak edib. O, Ukrayna və Türkiyədə Azərbaycanın səfiri olub.

Əli bəy Hüseynzadənin qardaşının nəvəsinin Azərbaycana dəvət edilməsi də planlarımıza daxildir. Ömər Faiq Nemanzadə ilə bağlı da araşdırmalarımız var. Çalışırıq ki, onun nəvələri də görüşdə iştirak etsin.

31 Mart soyqrımı ilə bağlı Qubaya səfərimiz planlaşdırılır. Sonda bütün bunlarla bağlı kitab buraxmaq fikrimiz də var.

 

-Xəlil İbrahimi “öyrənilməyən xəzinə” adlandırdınız. Mümkünsə, bu “xəzinə” haqqında daha ətraflı məlumat verərdiniz.

 

-Xəlil İbrahimlə bağlı cəmi iki yazı tapa bilərsiniz ki, onlardan biri “Azərbaycan” qəzetində, biri isə “Şərq” qəzetindədir. 1937-ci ildə onu güllələyiblər. O, Müsavat Partiyasının I qurultayında iştirak edib söz alan bir şəxs olub. Bu adam sovetləşmədən sonra da milli yönümdə fəaliyyətini davam etdirib. “Kommunist” qəzetində işləsə də, sovet quruculuğunu, şura hökumətini təbliğ etməyib. Baxmayaraq ki, o, baş redaktorun müavini olub. O, ədəbi dilin formalaşması, dilimizin təmizliyi, teatrla bağlı resenziyalar yazıb. Onun 100 il əvvəl teatrımızla bağlı yazdığı yazılara baxanda görərsiniz ki, həmin problemlər bu gün də aktualdır. Aktyorların peşəkarlığı, maaş problemi və s. onun diqqət çəkdiyi mqəamlar olub.

Xəlil İbrahimin qızı bildirir ki, onlar İçərişəhərdə Əhməd Cavadla eyni məhlədə qalıblar. Ə.Cavad həmişə ordan keçəndə pəncərəni döyərək pıçıltı ilə bildirib ki, “Xəlil əfəndi, filan dostumuzu da apardılar”. Xəlil İbrahimin qızı bildirir ki, aradan bir qədər keçəndən sonra eşitdik ki, Ə.Cavadı da aparıblar. Onlar Ə.Cavadın həyat yoldaşı Şükriyyə xanımı çox yaxından görüblər. Xəlil İbrahimin Elxan adında oğlu olub ki, o da atasının yolunu davam etdirib. Onu H.Cavadın oğlu ilə eyni vaxtda hərbi xidmətə aparıblar. Onların ikisi də vərəm xəstəliyinə tutulub. H.Cavidin oğlu vəfat edib, Elxan isə sağ qalıb. Anası tibb bacısı olduğu üçün onu sağalda bilib.

X.İbrahimin qızı ağlayaraq bildirir ki, atamın qaldığı küçəyə elə bir şəxsin adı verilib ki, onu kimsə tanımır. Araşdırandan sonra onlara deyiblər ki, həmin adam alimdir. X.İbrahimin qızları dəfələrlə əlaqədar qurumlara yazaraq xahiş ediblər ki, onların evlərinin yerləşdiyi məhəlləyə atalarının adı verilsin. Hansı ki, hələ də bu məsələ öz həllini tapmyıb.

Bizim məqsədimiz həyatını xalqın istilalı vərifahına qurban verənləri sözdə yaşatmaqdır.

 

-Bir müddət bundan öncə maraqlı bir ilkə imza atdınız, Mərbuat Tarixi Muzeyi yaratdınız. Muzeyə maraq hansı səviyyədədir? Muzeylə bağlı gələcəkdə hansısa yeniliklər həyata keçirmək planınız varmı?

 

-Biz Əflatun müəllimlə birlikdə Türkiyədə olarkən orada Mətbuat Tarixi Muzeyini ziyarət etdik. Jurnalistlərlə bağlı tədbirlərdə də belə bir muzeyin yaradılmasının zəruriliyi ilə bağlı fikirlər səsləndirmişik.

150 ildən artıq ömrü olan mətbuatımızın muzeyinin olması zəruri idi. Bizim 5 otağımız var. Bu otaqlarda hər bir dövrə məxsus eksponantlar var. Bu eksponantların hamısını mən müxtəlif yerlərdən, müxtəlif insanlardan toplamışam. Elə sənədlər var ki, onların alınmasına ciddi məbləğdə vəsaitlər xərclənib. Bizdə mətbuatımızla bağlı çox orijinal əsərlər var. Rəsulzadənin kitablarının orijinalları, buraxdığı qəzetlərin orijinal nüsxələri mövcuddur. Bizdə“Ziya” qəzetinin orijinal nüsxəsi və digər sənədlər də mövcuddur.

Bizim redaksiya daxilində eksponantlar üçün yeri genişləndirmək fikrimiz var. Çünki nümayiş etdirilməsi gərəkən sənədlər çoxdur. Təbii ki, kənarda Mətbuat Tarixi Muzeyi olsa, bu, çox yaxşı olar. Jurnalistlərimiz bu əsərlərin əhatəsində çalışır ki, düşünürəm ki, bu, onların fəaliyyətinə də mənəvi baxımdan müsbət mənada əlavə situmul verir.

 

-Kənar bir yerdə, daha geniş imkanlara malik Mətbuat Tarixi Muzeyinin yaradılmasına ehtiyac olduğunu vurğuladınız. Sizcə gələcəkdə belə bir muzey yaradılarsa, o zaman ən azından tarixi ədalət naminə bu məsələdə “Şərq” qəzetinin pionerliyi ilə bağlı həmin muzeydə hansısa lövhə və ya qeyd yerləşdirilməlidirmi?

 

-Bizim bu məsələdəki haqq və hüquqlarımızı qoruyub-qorumayacaqları onların öz işidir. Mən hesab edirəm ki, biz redaksiya daxilində bu muzeyi yaratmaqla onsuz da tarixi bir ilk imza atmışıq. Bu, qəzet səhifələrinə köçüb, muzeyin fəaliyyəti ilə millət vəkillərimiz, ziyalılarımız yaxından maraqlanıb. Mən bu işə həyatımın mənası kimi baxıram. Maddi baxımdan məhdud imkanlara malik olsaq da, mətbuat tariximizlə bağlı bütün sənədləri toplamağa çalışıram. Təəssüf ki, bu məsələdə maddi dəstəyimiz yoxdur. Əks-təqdirdə daha böyük işlər görə bilərik. Ümid edirəm ki, bütün çətinliklərə rəğmən, qarşıya qoyduğumuz məqsədlərə çatacayıq.

 

Seymur Əliyev

Oxşar xəbərlər
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"