Son günlər seçkidə iştirak etməyən vətəndaşların cərimələnməsi praktikasının Azərbaycanda tətbiqinin vacibliyi ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Bəzi siyasilər hesab edir ki, bir sıra xarici ölkələrdə mövcud olan bu təcrübənin Azərbaycana gətirilməsi vətəndaşların seçkilərdə daha aktiv iştirakını təmin edə bilər.
Moderator.az-a açıqlama verən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə sözügedən məsələnin indiki şəraitdə aktuallıq kəsb etmədiyini vurğuladı:
“Təbii, bəzi xarici ölkələrdə bu təcrübə var. Orada seçkidə iştirak etməyən şəxslər müəyyən məbləğdə cərimələnir. Lakin bu gün üçün bu məsələni Azərbaycan üçün aktual hesab etmirəm. Çünki bizdə artıq seçki prosesi başlayıb. Düşünürəm ki, əslində bu məsələnin gələcək seçkilər baxımından da ciddi bir aktullığı yoxdur”.
Seymur Əliyev