Ədalət ətirli insan: İlyas İsmayılov - 80
Oxunub: 1420
18 Mar 2018 | 14:56
Ədalət ətirli insan:  İlyas İsmayılov - 80
Bu gün Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun 80 yaşı tamam olur. Ötən il İlyas müəllimin ad günü münasibətilə qələmə aldığım yazıyla Ədalət partiyasının sədrini bir daha təbrik edirik.

“Bir çiçəyin qoxusu nədirsə, bir insanın şəxsiyyəti də odur”. 

Doğrusu, insan şəxsiyyətini çiçək qoxusuna bənzədən bu müqayisənin hansı əcnəbi mütəfəkkir tərəfindən dilə gətirildiyini unutmuşam. Bu fikirlərin həmin mütəfəkkirin mənsub olduğu millətin milli mentalitetini nə qədər əks etdirdiyini də bilmirəm. Amma səmimi şəkildə deyim ki, həmin fikirləri ilk oxuyanda ondan Azərbaycanın ətrini almışam. Nədən ki, bu müqayisə bizim milli mentalitetimizə, həyata yanaşma tərzimizə tamamilə uyğundur. Şəxsən bu sətirlərin müəllifi dəfələrlə qoca nənələrimizdən erməni qəsbkarlarına qarğış edərkən, “Allah onların qoxusunu kəssin!” dediklərini eşidib. Etiraf edim ki, əvvəllər tez-tez eşitdiyim bu cümlələrin tam mənasını məhz yuxarıdakı bənzətməni oxuduqdan sonra anlamışam.

Haqqında bəhs etdiyim aforizmin işığında cəmiyyətimizə nəzər salanda, qoxusuz insanların bollaşdığını görürük. Bazarlarımızda plastik materiallardan düzəldilmiş süni, xüsusi istixanalarda yetişdirilmiş ətirsiz  çicəklər artdığı kimi, aramızda da qoxusuz insanlar dolaşır. Bir çox hallarda bu insanların ən yüksək postlarda əyləşməsi də süni çiçəklər kimi yalnız görüntüləri ilə diqqət çəkməyə çalışmalarını şərtləndirir. Beləcə, getdikcə qoxusunu itirən cəmiyyətimizdə şəxsiyyətlərə ehtiyac daha da artır, onların qədir-qiyməti bilinir.

Cəsarətlə deyə bilərəm ki, bu gün 79 yaşını haqlayıb, 80-ə qədəm qoyan İlyas İsmayılov da belə insanlardandır. Son zamanlar onun haqqında bəzi keçmiş iş yoldaşları tərəfindən qələmə alınmış bir çox yazıları oxuyanda mənim tanıdığım İlyas İsmayılovla mənim tanımadığım – sabiq Respublika prokuroru, Ədliyyə naziri və başqa yüksək vəzifələrdə işləmiş İlyas İsmayılov arasında heç bir fərq olmadığını gördüm. İlyas müəllim Respublika Prokuroru olarkən kim idisə, müxalifət lideri, millət vəkili, Ədalət partiyasının sədri kimi də eyni adamdır.

Tutduğu ictimai statusuna baxmayaraq, hər zaman eyni xarakterdə olmaq isə hər kişiyə nəsib olmur. Bir çox adamlar sadəcə vəzifələrinə görə adam olurlar. Vəzifədən ayrıldıqdan sonra isə əvvəlki hallarından əsər-əlamət qalmır, yenidən hansısa yüksək postlara “dırmaşmaq” üçün dəridən-qabıqdan çıxır, yüz cildə girir, yaltaqlıq qabiliyyətlərini daha çox işə salmağa çalışırlar.

Bu baxımdan insan oğlunun əsl şəxsiyyətini müxtəlif zamanlarda göstərdiyi davranışlar müəyyənləşdirir. Amerikalı yazar Abigail van Burenin dediyi kimi: “Bir insanın xarakterinin gerçək göstəricisi ona faydası olmayacaq insanlarla və onun qarşısında dayana bilməyəcək şəxslərlə necə davranışında gizlənib”.

Türkiyədə təhsil alıb Azərbaycana qayıtdıqdan sonra tanıdığım İlyas İsmayılovu məhz bu iki fərqli situasiya qarşısında eyni davranış biçimində görmüş və şəxsiyyətinə hörmətlə yanaşmışam.

Mənim tanıdığım İlyas İsmayılov cəsarətilə, qorxunun üzərinə getməsiylə seçilib. Onun bu xüsusiyyətini ilk dəfə Türkiyədən yenicə qayıtdığım dövrlərdə kəşf etmişəm. Həmin zamanlar ölkənin bütün müxalifət partiyaları rejimə qarşı mitinq keçirməyə qərar vermiş, lakin liderlər qərargahlarından çölə çıxmamışdılar. Yalnız İlyas müəllim bu ənənəni pozmuş və qələbəliyin qarşına çıxmaq yolunu tutmuşdu. O dövrlərdə rəhmətlik Elçibəy də bu addımı yüksək qiymətləndirmiş, “İlyas İsmayılov müxalifətin abrını qorudu”, - demişdi.

Bu yaxınlarda tanış olduğum keçmiş Cəlilabad prokuroru Ələmdar Məmmədovun söhbətimizdə  təsvir etdiyi Respublika prokuroru İlyas İsmayılovun profili də tamamilə eyni idi. Onun  bildirdiyinə görə, 1989-cu ildə Cəlilabad hadisəsi baş verəndə bütün yerli rəhbərlər rayonu tərk etmiş, avtoritar boşluq yaranmışdı. Rayonun müxalif qüvvələri meydanda kütləvi aksiyalar keçirdiyi bir zamanda İlyas müəllim yanındakı bir neçə şəxslə Cəlilabada gəlmiş və hadisəni araşdırmağa başlamışdı. Mitinq iştirakçılarının hakimiyyətə qarşı çılğınlıqlarını sakitləşdirmək üçün qorxmadan tribunaya qalmış və mikrofonu alaraq cəsarətli çıxış etmişdi. Çıxışında aksiyaçıların etirazlarına baxmayaraq, hadisəni törədənlərin mütləq cəzasına çatacağını vurğulamaqdan belə çəkinməmişdi.

Respublika Prokuroru olarkən onun göstərdiyi bu dəyanət və mübarizlik müxalifətdəki İlyas İsmayılovun da əsas xarakteristik özəlliyi kimi ortaya çıxır. Azərbaycan ictimaiyyəti son 25 ildə müxtəlif statuslar daşıyan İlyas müəllimi yenə eyni cəsarətdə görür, qanunsuzluğun üzərinə gedən şəxsiyyət olaraq tanıyır. Onun deputat olduğu zamanlar Milli Məclisdə dəfələrlə qaldırdığı məsələlər hakimiyyəti qanunsuzluqlardan çəkindirmək cəhdiləri kimi xarakterizə oluna bilər. Elə buna görə də Milli Məclis deputatlarının qanunsuz seçilmələri ilə bağlı qaldırdığı məsələ parlamentdə ciddi qalmaqallarla yadda qalıb, parlamentin sədri Oqtay Əsədovun sərt reaksiyası ilə qarşılaşıb. Əslində parlamenti millət vəkillərinin toplandığı məkan əvəzinə, öz iradələrinə tabe olan sözçülər yığıncağına çevirmək istəyən siyasi iradənin İlyas İsmayılova son seçkilərdə maneələr yaratması da onun bu cəsarətinin, “üzə ağ olmasının” nəticəsi idi. Yəqin razılaşarsınız ki, öz fərdi maraqlarını ümumxalq mənafeyinə qurban verməyi bacaran bir deputatın parlamentdə hakimiyyətin üzərinə cəsarətlə getməsi 1989-cu ildə Cəlilabadda hakimiyyəti iflic edən etirazçıların qarşısına çıxıb sərt mövqeyini ortaya qoyan Respublika prokurorunun hərəkətilə həm forma, həm də məzmunca eynilik təşkil edir.

2014-cü ildə öz ərizəsiylə prokurorluq orqanlarından istefa verən sabiq prokuror Mobil İsmayılov qələmə aldığı “60 ilin hesabatı” kitabında İlyas müəllim barədə yazır: “İlyas İsmayılov Respublika Prokuroru olduğu dövrdə prokurorluğun mənəvi-əxlaqi kamillik mühitini daha da zənginləşdirdi. Mənəvi dünyasının işığı ilə sifətində əks olunmuş alicənab görkəmi onun gözəl insan olmasından, daxili və xarici aləminin vəhdətindən xəbər verirdi. Bu, mənim ilk müşahidələrimdən doğan qənaətim idi. Hamımız onu xeyirxah, nəcib, obyektiv bir insan olmaqdan savayı, həm də ciddi, tələbkar, prinsipial bir rəhbər kimi qəbul edirdik. O, yüksək mənəviyyata, dərin düşüncəyə, elmi fikir yürütmək bacarığına malik bir Respublika Prokuroru kimi tanınırdı”.

Maraqlıdır ki, İlyas müəllim haqqında eyni sözləri onun müxalifətçiliyi barədə də demək olar. İnanıram ki, yalnız Ədalət partiyasının üzvləri yox, Azərbaycanın bütün siyasi təşkilatlarının nümayəndələri tərəddüd etmədən Mobil İsmayılovun bu cümlələlərinin altına öz imzalarını qoyardılar. Şəxsən məni bu partiyanın sıralarına gətirən başlıca səbəblərdən biri də elə İlyas müəllimin bu mənəvi keyfiyyətləri, dik duruşu, qürurlu və əzmkar mövqeyi idi. Yaxın dostum Elxan Şükürlü təxminən 10 il əvvəl mənə Ədalət Partiyasına üzv olmaq təklifini verəndə, məhz buna görə, təklifi tərəddüdsüz qəbul etmişdim. Mən İlyas müəllimin sədrlik etdiyi partiyanın sıravi üzvü kimi fəaliyyət göstərmək istəyirdim. Elxan bəy isə məni partiyanın rəhbər orqanlarında görməkdə israrlı idi.

Ədalət partiyasına üzv olduqdan sonra İlyas müəllimi daha yaxından tanımaq şansı əldə etdim. Açığını desəm, mənim bir qələm əhli kimi formalaşmağımda belə, bu tanışlığın xüsusi rolu olub. İlyas müəllimin müavini olanadək şairanəliyimin ağır basdığı ifadə tərzim tədricən ciddiləşdi, konkretləşdi. Bu ciddi dəyişikliyin isə sadə bir səbəbi vardı. Sonradan anladım ki, bəzi kəskin epitetlərləri məfhumların arxasına yapışdırmaqla mən əslində yazılarımın gücləndirmir, əksinə, qərəzli görünməsinə yol açırmışam. Məhz həmin dövrlərdə yazdığım bir qəzəldə də bu həqiqəti ifadə edərək deyirdim:

Hansı bir kəlmədə ki zərrə qədər kin görünür,

Cümlənin zərrəsi yox, cümləsi çirkin görünür.

Mənə bu həqiqəti anladan isə İlyas müəllimin yazılarımı redaktələri olmuşdu.

Ədalət partiyasının sədr müavini təyin olunandan bir müddət sonra İlyas müəllim məni kabinetinə çağırıb dedi: “Heydər, sən istedadlı, yaxşı analitik təfəkkürə malik oğlansan. Sevinirəm ki, bizim partiyada təmsil olunursan. Amma mətbuatda Ədalət partiyasının sədr müavini adıyla verdiyin açıqlamalar istər-istəməz mənim sözçüm kimi görünməyinə, dolayısıyla bütün partiyanın mövqeyinin ifadəsi kimi anlaşılmalara yol açır. İstərdim ki, partiya funksioneri kimi verdiyin açıqlamaları ictimailəşdirmədən öncə mən də gözdən keçirim”.

Doğrusu, İlyas müəllimin bu təklifi ürəyimcə olmamışdı. Mən harda yer alıb-almamağıma baxmayaraq, öz mövqeyi olan adamam. Bir çox məsələlərdə içərisində olduğum çevrəylə eyni düşünməyə bilir və fikrimi açıq dilə gətirirəm. Odur ki, İlyas müəllimin bu sözlərini senzura təşəbbüsü kimi qəbul etmiş, daxilən qırılmışdım. Amma ağsaqqallara sonsuz ehtiramım İlyas müəllimin bu təklifinə qarşı çıxmağımı da əngəlləmişdi. Ürəyimdə düşünmüşdüm ki, əlimdəki yazını sədrə verim, əgər redaktə yox, senzura faktı ilə qarşılaşsam, onu ictimailəşdirməz və bundan sonra ya partiya funksioneri kimi yox, adi qələm əhli kimliyi ilə məqalələr, ya da sadəcə şair kimi şeirlər yazaram. İlyas müəllimin mənim şairliyimə iradı olacağını isə sanmırdım.

Bu düşüncəylə yazımı redaktəsinə təqdim etdiyim İlyas müəllimin necə etina ilə cümləbəcümlə məni oxuduğunu görüb təəccüblənmişdim. Redaktədən sonra göz gəzdirdiyim mətndə peşəkar redaktə işarələriylə qarşılaşmağım isə daha böyük heyrətimə səbəb olmuşdu. Sonradan İlyas müəllimin uzun illər bir hüquq jurnalının redaktoru olduğunu öyrənəndə bu qabiliyyətin səbəbini başa düşmüşdüm.

İlyas müəllimin redaktəsindən çıxmış yazıma baxanda isə fikirlərimin heç birinə toxunulmadığını, əksinə onların daha konkret və ciddi bir üslubla ifadə olunduğunu görmüşdüm. Yazımdakı bu müsbət dəyişikliyin səbəbini anlamaq üçün mətndəki redaktələrə bir daha nəzər salmışdım. İlyas müəllim sadəcə bəzi epitetləri silmişdi. Məsələn, mən “mənfur rejim” yazmışdım. O isə “mənfur” sözünü çıxıb “rejim”i saxlamışdı. Mənim yazıma ciddilik gətirən də məhz bu cür artıq kəlmələrin budanması idi.

Açığını desəm, redaktədən çıxan yazımın bu halını daha çox bəyənirdim. Bir müddət bütün yazılarımın İlyas müəllim tərəfindən redaktə edilməsini belə, arzulamışdım. Sonra isə ağsaqqala əziyyət verməyi də vicdanıma sığışdırmadığımdan, onun göstərdiyi yolla könüllü getməyə çalımışdım. Bu mənada mənim formalaşmağımda İlyas müəllimin oynadığı müstəsna xidməti danmaq Allahsızlıq olardı.

İlyas müəllim ötkəm və zəhmli olduğu qədər də, diqqətcil və qarşısındakının fikrini dinləməyə önəm verən insandır. O, partiyanın ən mühüm qərarlarını bizimlə məsləhətləşir, kollegial iradəni əsas götürür. Bir çox məsələlərdə öz istəyinə uyğun olmayan qərarlara imza atmaqdan çəkinmir. Məsələn, partiyamızın son prezident seçkilərini kəskin tənqid edən qərarının qəbulunu qətiyyən istəmirdi. Mənim və oğlu Etimadın israrlı tələblərindən sonra arzulamadığı halda bu bəyanatın yayılmasına razı olmuşdu. O, mənimlə söhbətində ciddi və riskli addım atdığımızı, özünü yox, bizi düşündüyünü  bildirmişdi. Demişdi ki, onsuz da özü dünyanın hər üzünü görmüş, müxtəlif vəzifələrdə işləmiş, gözü bundan sonra heç harda olmayan insandır. Bizim gələcəyimiz isə qabaqdadır. Partiyanın sərt bəyanatı bizim cəmiyyətdə layiq olduğumuz mövqeni tutmağımıza mane ola bilər. Mən isə İlyas müəllimə ölkəmizin gələcəyi üçün karyeramız nədir, canımızdan belə keçməyə hazır olduğumuzu söyləyincə, təqdiredici baxışlarıyla bəndənizi süzmüş və daxilən razılaşdığını büruzə vermişdi…

İlyas müəllim bütün insani münasibətlərdə əxlaqı gözləyən, bir çox özünə sərf etməyən məsələlərə Azərbaycan siyasi cəmiyyətinə xas olmayan səbrlə yanaşan şəxsiyyətdir. Bu, onun demokratik ruhundan irəli gəlir. Partiya həyatında fəal iştirak etdiyim müddətdə bir çox insanların onunla yollarını ayırdığının şahidi olmuşam. Ancaq nə İlyas müəllim gedənlərin, nə də gedənlər İlyas müəllimin əleyhinə bircə kəlmə də danışmayıblar. Partiyamızdan müxtəlif vaxtlarda çox insan uzaqlaşıb. “Ədalət”in quruculuğunda müstəsna rol oynayan Elxan Şükürlü, indi Yaşıllar partiyasının sədri olan Mayıs Gülalıyev, hüquq müdafiəçisi Aydın Kərimov, Heydər Əliyevin ilk müavinlərindən olan Qafar Məmmədov, Putinin dostu kimi tanınan İlham Rəhimov, dəyərli jurnalist, redaktor Rusvat Bayramov və başqaları İlyas müəllimə silahdaşlıq ediblər. Bir çox partiyalardan fərqli olaraq “Ədalət”də yaşanan bu qopmaların səsi isə çıxmayıb. Bu, təbii ki, İlyas müəllimin fərqli qərarlara dözümlülüyünün və seçdiyi kadrların əxlaqi keydiyyətindən irəli gəlib. Bildiyimə görə, bu gün də müxtəlif səbəblərdən “Ədalət”dən üz döndərən sabiqlərlə İlyas müəllimin müsbət əlaqələri davam edir.

Azərbaycan cəmiyyətinin ən böyük bəlasına çevrilən yerlipərəstlik də bu insanın xarakterinə yaddır. “Ədalət”dən qopanların regional mənsubiyyəti də ilk gündən etibarən İlyas müəllimin müxtəlif regionların nümayəndələrini öz yanında görmək istədiklərini sübut edir.

Onu tanıyanların bir çoxları İlyas müəllimin yaratdığı partiyanın adını “Ədalət” seçməsini də təsadüfi saymır. Bu ad həqiqətən də onun boyuna yaraşır. Bir çox məsələlərin həllində biz həmişə onun mötədil mövqeyini görmüş və təqdir etmişik. Yuxarıda sitat gətirdiyimiz aforizmdən çıxış edərək, deyə bilərəm ki, İlyas İsmayılov şəxsiyyətindən ədalət qoxusu gəlir.

Haqqında danışdıqca sözlərin tükənmək bilmədiyi İlyas müəllim təbiətin bu xoş günündə dünyaya göz açıb. Bəlkə də onun müsbət xarakterlərinə də məhz bu təvəllüdü öz imzasını atıb. Necə deyərlər, Allahın xoş günündə, Novruz bayramında doğulan İlyas müəllim artıq 80 yaşına qədəm qoyur. Biz bu ikiqat bayram münasibətilə İlyas müəllimi təbrik edir,  ona daha uzun və sağlam ömür arzulayırıq.

20.03.2017
Heydər Oğuz
Oxşar xəbərlər
19:41, Bu gün
Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT
19:35, Bu gün
Bakıda taxta bazarındakı yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-4
19:30, Bu gün
Mərkəzi Afrika Respublikasında gəminin batması nəticəsində azı 60 nəfər ölüb
19:27, Bu gün
İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var
19:23, Bu gün
Bağanis Ayrımdan olan 85 yaşlı neftçi: Kəndimizin qaytarılacağı xəbərinin sevincini sözlə ifadə etmək çətindir
19:22, Bu gün
Ermənistan KİV: Bağanis Ayrım kəndinin ərazisində artıq minatəmizləmə işləri aparılır
19:13, Bu gün
Bakıda hoteldə yanğın olub - YENİLƏNİB
19:05, Bu gün
Sakinlərin bağladığı Ermənistan – Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb
19:00, Bu gün
Xidmət rəisi: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb
18:56, Bu gün
Niyə hər gün darçın istehlak edilməlidir?
18:52, Bu gün
Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR
18:48, Bu gün
Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”
18:42, Bu gün
Aktrisa illər sonra etiraf etdi: "Yoxsa saçsız qalacaqdım" - FOTO
18:24, Bu gün
Bu bürclər üçün ilin ən xoşbəxt dövrü başlayır
18:21, Bu gün
Azərbaycanda ictimai iaşə dövriyyəsi 7 %-ə yaxın artıb
18:11, Bu gün
Xatirə İslam: "Mənə belə suallar verməyin!" - VİDEO
18:07, Bu gün
11 milyard dollarlıq “El-Klassiko”
18:05, Bu gün
Xeyrimli kənd sakinləri: Qayıdacağımız günü səbirsizliklə gözləyirik
17:58, Bu gün
Xərçəngdən qorunmağın SADƏ YOLU
17:56, Bu gün
"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17:54, Bu gün
Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO
17:51, Bu gün
Bakıda növbəti ümumşəhər iməciliyi keçirildi, 551 küçə yuyuldu - YENİLƏNİB + FOTO
17:48, Bu gün
Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTO
17:45, Bu gün
Ərdoğan HƏMAS lideri ilə görüşdü
17:40, Bu gün
Ceyranbatan su kanalında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
17:31, Bu gün
Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır
17:27, Bu gün
Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - TƏHLİL + FOTO
17:22, Bu gün
Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”
17:17, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
17:15, Bu gün
“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”
17:12, Bu gün
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
17:08, Bu gün
PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanıldı
17:03, Bu gün
Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər
16:53, Bu gün
Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
16:47, Bu gün
BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:13, Bu gün
Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
GÜNLÜK
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev