Xəbər lenti
22/04/2018 [10:56]:
Yeni “Qaçqınkom” sədrinin ilk açıqlaması: “Hesab edin ki, artıq bu məsələlər öz həllini tapıb”
22/04/2018 [10:42]:
Bəzi gerizəkalılar Prezident İlham Əliyevin səlahiyyətlərini "mənimsədilər"...
22/04/2018 [10:41]:
DİM imtahan keçirir
22/04/2018 [10:30]:
Prezident anons etdi: iki gün sonra isə...
22/04/2018 [09:47]:
Serj Sarkisyanın taleyi oteldə həll olunacaq
22/04/2018 [09:41]:
Ərdoğan ABŞ-ın Türkiyəyə təhlükəsindən danışdı
22/04/2018 [09:39]:
İran ABŞ-ın sanksiyalarına cavab olaraq nüvə proqramını bərpa etməyə hazırdır
22/04/2018 [09:37]:
Cəbhədən son xəbər
22/04/2018 [09:35]:
Səudiyyə Ərəbistanında atışma: dövlət çevrilişinə cəhd iddiası... – VİDEO + YENİLƏNİB
22/04/2018 [09:30]:
Binəli Yıldırım Novruz Məmmədovu təbrik etdi
22/04/2018 [01:31]:
Alimlər əl sıxışmasının gücü ilə əqli qabiliyyətin arasında əlaqə tapdılar...
22/04/2018 [01:23]:
Cümhuriyyət parlamentində çay davası – Rəsulzadənin rişxənd etdiyi xəmir “naloq”u
22/04/2018 [01:05]:
"Müşfiq kimi adamlar bizlər üçün əsl əngəldir" - Repressiya üçün danos...
22/04/2018 [00:11]:
Ürəyini oğluna verərək donor olan atanın vida sözləri hamını ağlatdı - Ürəkdağlayan video
22/04/2018 [00:09]:
Bu gün "Beynəlxalq Yer Kürəsi Günü"dür
22/04/2018 [00:00]:
Səudiyyə Ərəbistanında dövlət çevrilişinə cəhd - SON DƏQİQƏ...+VİDEO
21/04/2018 [23:40]:
Təyyarə avtomobillərin arasından keçdi - FOTO+VİDEO
21/04/2018 [23:37]:
Məşhurların "məşhur" alışqanlıqları - MARAQLI...
21/04/2018 [23:20]:
Bütün günü yorğunam, yuxum gəlir – Halsızlığın ağlagəlməz gizli səbəbləri
21/04/2018 [23:17]:
Sarkisyan Qarabağ münaqişəsini həll edib gedəcək
21/04/2018 [22:50]:
Deputatın mühafizəçisi jurnalist qızı döydü - FOTO + VİDEO
21/04/2018 [22:42]:
Moskvada qasırğa: 2 nəfər ölüb – FOTO
21/04/2018 [22:28]:
Londonda Sarkisyan əleyhinə nümayiş keçirildi
21/04/2018 [22:17]:
Səudiyyə Yəməndə sivilləri vurdu - 14 ölü, 4 yaralı
21/04/2018 [21:46]:
Goranboyda güclü yağış nəqliyyatın hərəkətini pozdu
21/04/2018 [21:39]:
Ermənistandakı aksiyalara körpə uşaqlar da qoşuldu -FOTOLAR
21/04/2018 [21:32]:
AZAL-ın təyyarəsi məcburi eniş etdi
21/04/2018 [21:28]:
Dünyanın ən gənc müəllimi - 9 yaşında məktəb quran hindistanlı
21/04/2018 [21:23]:
"Məhz xalqa yaxın olmağı Novruz Məmmədovu hər zaman humanist və səmimi biri kimi tanıdıb"
21/04/2018 [21:06]:
Qəhrəman atanın qəhrəman oğlu
21/04/2018 [20:59]:
Səhiyyə naziri postuna real namizədlər: Ehtimallar özünü doğruldacaqmı?
21/04/2018 [20:56]:
Dağıstanda terrorçular zərərsizləşdirildi
21/04/2018 [20:32]:
Məşhur müğənni sevgilisinə 100 min xərclədi
21/04/2018 [20:24]:
Daha 20 yüksək post prezident sərəncamını gözləyir - SİYAHI...
21/04/2018 [20:22]:
Postunu itirən Abid Şərifov danışdı - "Allah İlham Əliyevə can sağlığı versin"
21/04/2018 [20:11]:
Ermənistan prezidenti mitinqçilərlə görüşdü - FOTOLAR
21/04/2018 [20:10]:
“Gəl sevək bu həyatı” adlı tədbir-konsert keçirildi
21/04/2018 [20:07]:
Kim Kardaşyanın böyük bacısı da soyundu - FOTOLAR
21/04/2018 [20:07]:
Yola salınan Səlim Müslümov kimdir? - DOSYE
21/04/2018 [20:04]:
Maldivdə gecəsi 50 min dollara sualtı otel istifadəyə verilir - Varlığa nə darlıq...?
21/04/2018 [20:01]:
Deputatların sayı azaldı...
21/04/2018 [19:58]:
Rusiyanın baş naziri Novruz Məmmədovu təbrik etdi
21/04/2018 [19:57]:
İşdən çıxarılan Abid Şərifov kimdir? - DOSYE
21/04/2018 [19:46]:
“JF-17 “Thunder” Azərbaycan səmasında təhlükəsizliyi təmin edəcək” -Pakistan HHQ zabiti
21/04/2018 [19:44]:
KXDR nüvə və raket sınaqlarından niyə imtina etdi? – EKSPERT ŞƏRHİ
21/04/2018 [19:34]:
3 nəfərlik kənddə bir vəzifəyə ər və arvad namizəd oldu - Fotolar
21/04/2018 [19:07]:
İki kəndə hücum edildi - 30 ölü
21/04/2018 [19:03]:
Yeni nazir Sahil Babayevin - DOSYESİ
21/04/2018 [19:01]:
Hindistanda pedofillər edam ediləcək
21/04/2018 [18:53]:
“Moskva-Siti”də yanğın: 300 nəfər təxliyə olundu
21/04/2018 [18:51]:
Tanklar və raket kompleksləri Moskvaya yeridildi
21/04/2018 [18:47]:
Sumqayıtda iki gənc idmançı dənizdə itkin düşüb - 4 gündür xəbər yoxdur
21/04/2018 [18:33]:
Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edildi
21/04/2018 [18:31]:
Azərbaycanın yeni kənd təsərrüfatı naziri kimdir? - DOSYE
21/04/2018 [18:29]:
Hansı nazir postlarına təyinat olmadı? - SİYAHI
21/04/2018 [18:16]:
Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov işdən çıxarıldı
21/04/2018 [17:51]:
Hacıbala Abutalıbov BŞİH başçısı vəzifəsindən azad edildi
21/04/2018 [17:49]:
ASAN Xidmətin rəhbəri nazir təyin edildi
21/04/2018 [17:48]:
Səlim Müslümov vəzifəsindən azad edildi - Yeni nazir təyin olundu
21/04/2018 [17:41]:
Rövşən Rzayev “Qaçqınkom”a sədr təyin olundu
21/04/2018 [17:30]:
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi - SİYAHI
21/04/2018 [17:28]:
Azərbaycanda fövqəladə hal zamanı qaydalara əməl etməyən təşkilatların fəaliyyəti dayandırılacaq
21/04/2018 [17:23]:
MHP sədri seçkidə namizədlərinin Ərdoğan olduğunu açıqladı
21/04/2018 [17:04]:
Gürcüstanın baş naziri Novruz Məmmədovu təbrik etdi
21/04/2018 [16:52]:
Tanklar və raket kompleksləri Moskvaya yeridildi
21/04/2018 [16:43]:
Təcavüz etməyə çalışan keçmiş ərinin cinsi orqanını bıçaqla kəsdi - FOTO
21/04/2018 [16:24]:
“Novruz Məmmədov həm də 1 nömrəli dövlət məmuru Ramiz Mehdiyevin məktəbini keçib...”
21/04/2018 [16:06]:
Kişilərlə salamlaşmağı rədd edən qadına vətəndaşlıq verilmədi
21/04/2018 [16:03]:
Türkiyə məhv edilən terrorçuların sayını açıqladı
21/04/2018 [15:59]:
Yerevanda irimiqyaslı terror aktının qarşısı alınıb
21/04/2018 [15:52]:
Onbirqat Olimpiya çempionu: "Şəhriyar son iki ildə çox möhtəşəm oyun sərgiləyir"
21/04/2018 [15:52]:
Başıaçıq gəzən qadını küçə ortasında amansızlıqla döydülər - VİDEO
21/04/2018 [15:48]:
Marketdə ağılasığmaz oğurluq hadisəsi baş verdi - VİDEO
21/04/2018 [15:40]:
“Məhz bundan sonra əsli-nəsli bilinməyənlər Azərbaycanda hakimiyyətə gətirildi”
21/04/2018 [15:17]:
İlham Əliyev baş nazir təyinatı ilə bağlı sərəncam verdi
21/04/2018 [15:16]:
Tanınmış film ulduzu dünyasını dəyişdi-FOTO
21/04/2018 [15:14]:
Şamaxıda yeni istifadəyə verilən 3 avtomobil yolu dağıldı -FOTOLAR
21/04/2018 [15:10]:
ABŞ-da təhsil almaq istəyənlər üçün Bakıda sərgi təşkil olundu
21/04/2018 [15:05]:
Tramp Ağalarovların da müdafəsinə qalxdı...
21/04/2018 [15:03]:
Novruz Məmmədov filmdəki rolu ilə cəmiyyətə hansı mesajlar verib? – MARAQLI
Bütün arxiv bir sırada
19/03/2018 [11:08] - Köşə - ( 906 dəfə baxılıb)

“Azərbaycanlı arzusu”nun nədən ibarət olduğu üzərində dərindən düşünmüsüzmü?

Zahid Oruc

Siz “azərbaycanlı arzusu”nun nədən ibarət olduğu üzərində dərindən düşünmüsüzmü?Deyəcəksiz ki,bir milləti vahid istək ətrafında necə birləşdirmək olar? Doğrudur.Ancaq nəinki rəsmi, eləcə də adi diskussiyalarımızda biz gələcəyə inam yaratmaq üçün hamımızın müxtəlif niyyət və xəyallarından bəhs edirik. Lakin heç zaman onları istedadlı bir rəssamın əli ilə vahid tabloya çevirmirik, yaxud, siyasətçinin qələmi ilə proqramlaşdırmırıq. Çünki müstəqllikdən sonra qapalı bir ölkədən çıxıb dünya sakininə çevrildiyimizdən idxal elədiyimiz texnologiyalar, maşınlar, avadanlıqlar kimi sabahkı məqsədlərimizin də kənardan diqtə olunacağını düşünürük.

Hər halda gəlin heç olmasa bir dəfə yüksək materiyaları bir kənara qoyaq.Demokratiya, azadlıq, bərabərlik və qardaşlıq şüarları hər millətin çatmaq istədiyi ali dəyərlərdir.Özü də 90-cı illərdən sonra kommunist partiyalarını yıxan xalqların hamısı Qərbin siyasi təşkilatlarının dəbdəbəli və pafoslu məramnamələrini özlərinin konstitusiyası elan edərək,dünənki qardaş və bacılarının adi həyat duyğularına qulaq verməyi,onların qəlbinin səsini dinləməyi özlərinə sığışdırmırlar.Ona görə də Azərbaycanın siyasi vitrinində yer alan partiyaların hamısı sanki vahid bir dəzgahın məhsuludular və süni plantasiyalarda bəslənmiş qərənfillər, qızılgüllər kimi yalnız formaya malikdilər, məzmunları isə adamlarda heç bir nikbinlik, daxili tərpəniş və yüksək həyat eşqi doğurmur.
Ancaq ötən əsrin əvvəllərində kütlələrin düşüncəsinə hakim kəsilən zəka sahibləri çox sadə formullarla böyük inqilabi hərəkatları başlada bilmişdilər.
Sizə elə gəlməsin ki, arzulamaq hüququ yalnız güclü xalqlara xasdır.Burada müstəsnalıq yoxdur.Məgər, indi dünyanı idarə edən yuxarı silkin nümayəndələri bir vaxtlar böyük ideallar naminə qitələri aşıb keçən immiqrantların balaları deyillərmi? Hərəsi bir mədəniyyətin, dünyagörüşün, ideyanın, ilğımın və yanlışların nəticəsində toparlanıb qarışıq bir mozayka yaradıblar və indi dünyada hamı “amerikalı arzusu” adlı fenomenin sirri üzərində baş sındırır.Nəydi onların əlahiddəliyi, xüsusi fərqi ki, sonunda hamının ümumi dəyərinə çevrildi və dəqiq ifadə olundu? Əslində çox sadə bir ifadədir:”hər kəsin arzusuna görə adam həyatda uğur qazana bilər və onun nailiyyəti böyük sərvətdir”!
Məhz depressiya illərində-1930-larda prezident Franklin Ruzveltin hakimiyyətini gözləyən aclıq və səfalətin hökmranlığı dövründə yazıçı Ceyms Adams bunları yazırdı: amerikalılar elə bir ölkə arzulayır ki, orada hər bir insanın həyatı yüksək səviyyəli, varlı və təminatlı olsun, hər kəs layiq olduğunu ala bilsin!
Dərin böhran şəraitində və ehtiyac girdabında çabalayan adamlar sanki Adamsın ideyasını göydə tutaraq, gecələrini gündüzlərə qatır, zəhmət və alın təri ilə böyük uğurlara çatacaqlarına inanırdılar.Gündə 10-12 saat işləyən, bəzən iki-üç fərqli müəssidədə çalışan və istirahətin nə olduğunu bilməyən insanlar arzularına qovuşacaqlarına zərrə qədər şübhə etmirdilər.İkinci dünya müharibəsindən 10 il keçəndən sonra amerikalıların böyük əksəriyyəti iri şəhərlərin gözqamaşdıran yüksəkliklərini fəth edərək hər cür zənginliyin, təminatın və hüququların sahibinə çevrildilər.Beləliklə, Amerika çiçəklənmə və müvəffəqiyyətin simvoluna çevrildi.Belə ölkə ilə kim fəxr etməzdi ki..

Digər qitələrdən, ora gələn yeni miqrant axınları yerli amerikalılara həsəd aparırdılar.
Sonra Vyetnam savaşı başladı və geri dönən məğlub əskərləri anaları qəbul etmədi.Əvəzində qanqesterlərin, killerlərin və intiharların sıralarını dolduran gənc amerikalıların arzuları da onların özü kimi aşınmaya məruz qaldı.Ümidsizlik və eqoizm, gərəksizlik və nifrət hisləri qəribə bir kontrast yaratdı.Adama elə gəlirdi ki, Amerika ən azı bir neçə dövlətdən və qitədən ibarətdir.
Bax deyəsən, müharibənin odundan-alovundan keçən azərbaycanlılar da indi müəyyən həyat şəraitinə çatandan sonra başlayıblar sabahları haqda dərindən düşünməyə-biz hansı sabahı qurmaq istəyirik?
Ona görə də amerikalıların yolunu getməyə çalışan qonşularımız, gürcü xalqı da Saakaşvilidən sonra bir millət kimi özlərini dərk etməyə çalışdılar. Və “gürcü arzusu” meydana çıxdı.Doğrusu, söhbət İvanişvilidən və onun arxa planda idarə etdiyi bir hökumətdən getmir. Bizə Stalinin heykəli ilə Saakaşvilinin yeni təməllərdə inşa etdiyi demokratik Gürcüstanın sadə əhalisini birləşdirən ümumi arzuları başa düşmək daha çox önəmlidir.

Yəqin, torpaq və vətən anlayışlarını bir kənara qoymağa heç bir gürcünü vadar edə bilməzsən, lakin istənilən insan mimumum həyat nemətlərinə malik olmursa, o, öz ölkəsində qəribə çevrilir.Ona görə də hər bir gürcünün ev, iş yeri, ədalətli məhkəmə hüququ və ya mülkiyyət toxunulmazlığını birinc yerə qoyduğuna şübhəmiz yoxdur. Doğrudur, Stalinin bir qədər ərköyünləşdirdiyi xalqın iddiaları çox dur.Amma reallıq çox sərtdir və onunla hesablaşmağa məcburan.
“Azərbaycanlı arzusu” nədən ibarətdir.Bizim milli ideologiyamız, tariximiz, ənənələrimiz və ya mədəniyyətimiz insanlara çox böyük miras qoyub.Nədir o irsin adı-ən kasıb adamların belə köhnə bir ata mülkü var, onlardan qalan mənəvi-ruhi xəzinə mövcuddur,bir də böyümək,irəli getmək, ugur qazanmaq hissi..Bundan yaxşı nə ola bilər..
Ötən illər ərzində faciə öldönümləri ilə sısqayıb balacalaşan və erməniçilik xəstəliyinə düçar olanları təzədən öz milli köklərinə qaytarıb öz insani kimliklərini tanıtdıra bilsək, bu millətə ən yaxşı xidmət olar. Ona görə də bizim seçki platformamız “azərbaycanlı arzusu”nun üzərində qərar tutacaqdır.
Biz “hər bir azərbaycanlının evi olmalıdır”, deyirik.Çünki yüz illər ərzində həyatını özgə qapılarında və kirayələrdə keçən insanları doğma komalarına yığmaq hər bir hakimiyyətin öncül vəzifəsi olmalıdır.Onda vətəndə özünü qərib deyil, tamhüquqlu vətəndaş sayacaqsan.
Hər bir azərbaycanlının mənəvi-ruhi bütövlüyünü daxili aşınmalardan və xarici təsirlərdən qorumalıyıq.İndi klassik müharibələri “yumşaq güc” savaşları ilə əvəz edib.Milli və şəxsi genetikası dəyişən fərd səngərdə şəhid olan döyüşçüdən fərqli olaraq, canlı fəraridir..
Bizim üçüncü vəzifəmiz “ bura Azərbaycandır” kəlamını fəxarət və güvənc yerinə çevirməkdir.
Biz yolumuza davam edərkən,deyirik:yaxşı nə varsa, qoruyaq, taleyimizi insanların ömrünə və millətimizinə gələcək arzularına qatmağı bacaraq.

Yolumuz açıq olsun!

Kişilərlə salamlaşmağı rədd edən qadına vətəndaşlıq verilmədi
Tanınmış film ulduzu dünyasını dəyişdi-FOTO
"Bununla da “Koroğlu” stansiyasının ətrafındakı səs-küyə son qoyulacaq”
Vikipediyadan Novruz Məmmədovun yeni vəzifəsinə operativ Reaksiya...
“Əlacları olsaydı, nəfəs almağa qoymazdılar...”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Yeni “Qaçqınkom” sədrinin ilk açıqlaması: “Hesab edin ki, artıq bu məsələlər öz həllini tapıb”
Ədəbiyyat
"Müşfiq kimi adamlar bizlər üçün əsl əngəldir" - Repressiya üçün danos...
Maraqlı
Məşhurların "məşhur" alışqanlıqları - MARAQLI...
Dünya
Deputatın mühafizəçisi jurnalist qızı döydü - FOTO + VİDEO
Dünya
Ermənistandakı aksiyalara körpə uşaqlar da qoşuldu -FOTOLAR
Həftənin ən çox oxunanları
Oteldə ölən deputatla bağlı iddia rəsmən təkzib edildi - Prokurorluqdan açıqlama
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi - SİYAHI
Səhiyyə naziri postuna real namizədlər: Ehtimallar özünü doğruldacaqmı?
Həkimlər infarktdan ölməkdən qaçmağın yolunu açıqladılar: Ən azı həftədə 2 dəfə...
“Yaşlı adamlar, hamilə qadınlar və uşaqlar evdən bayıra çıxmasınlar” - XƏBƏRDARLIQ...
Həbsxanadan qaçdı və baş nazirlə eyni təyyarədə uçub ölkəni tərk etdi...
Atasız-anasız şəhidin xalasından Birinci Vitse-Prezidentə ürəkdağlayan MÜRACİƏT...
9 övladının DNT-ni yoxlatdı və şoka düşdü - Arvadı xəyanət edirmiş...
"Harda şirindil həkim gördüz, ondan qaçın, o, həkim deyil, həkim işləyir..."
Zina etdikləri üçün küçənin ortasında qamçılandılar - FOTOLAR
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin