Xəbər lenti
22/01/2019 [07:59]:
"Bu dünyaya diqqətlə baxsanız - ölümdən sonrakı gerçəkləri görə bilərsiniz..."
21/01/2019 [23:22]:
Mirqafar Seyidov: "Milli Şuranın mitinqinə icazə verilməməsi ilə bağlı BŞİH qarşısında vəsatət qaldıracağam"
21/01/2019 [22:04]:
“Biz deputatların günahı o olub ki, göstəriş altında sözümüzü deyə bilməmişik...”
21/01/2019 [22:00]:
İlham Əliyev İsveçrədə - Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü
21/01/2019 [21:57]:
Dövlət Xidmətinin rəisi vəzifəsindən azad olundu - Fərman
21/01/2019 [21:53]:
Aksiyada ölənlərin sayı 24 oldu - 200-dən çox yaralı var
21/01/2019 [21:44]:
Azərbaycanda avtomobil istehsalı 31 dəfə artıb
21/01/2019 [21:05]:
"Struktur islahatları zamanı bir çox hallarda qiymətli kadrlar belə, kənarda qalır..."
21/01/2019 [21:01]:
Tufandan sonra Neft Daşlarında meydança çökdü
21/01/2019 [20:49]:
“Donuz qripi”ndən ölənlərin sayı 19-a çatdı
21/01/2019 [20:37]:
Makiyajsız Cenifer Lopez hər kəsi təəccübləndirdi - FOTOLAR
21/01/2019 [20:19]:
Bu qidadan istifadə etmək beyin qanamasına yol açır - Bazarlarda diqqətli olun
21/01/2019 [20:12]:
"Siqarət çəkən, hamının qorxduğu, avtoritet qadın..." - Azərbaycanlı aktrisa
21/01/2019 [20:11]:
“İntihar edənlər-cəmiyyətdəki haqsızlıq və ziddiyyətlərin qurbanlarıdır...”
21/01/2019 [20:07]:
Ronaldu keçmiş komanda yoldaşını “Yuve”yə keçməyə razı salmağa çalışır
21/01/2019 [20:00]:
İlham Əliyev Meksika prezidentinə başsağlığı verdi
21/01/2019 [19:53]:
Qazinin heykəli - Şirməmməd Hüseynov
21/01/2019 [19:52]:
Moskva “Twitter” və “Facebook”-a qarşı tədbirlərə başladı –Sosial şəbəkələrdən serverlərini Rusiyada saxlamaq tələb olunur
21/01/2019 [19:45]:
Vəkillər kollegiyası rəyasət heyətinin növbəti iclası keçirildi
21/01/2019 [19:33]:
Azərbaycanda doğulan körpələrin çoxu oğlandır, ya qız?
21/01/2019 [19:32]:
"Qarşı tərəf o qədər arxayındır ki, hətta Ağdamın Şelli kəndində məktəb açılışı edir..."
21/01/2019 [19:28]:
“WhatsApp”da hər kəsin gözlədiyi YENİLİK
21/01/2019 [19:19]:
Prezident Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verdi
21/01/2019 [19:14]:
Bakı mağazalarından Krım dondurmaları yığışdırıldı - Ukrayna səfirliyi işə qarışdı
21/01/2019 [18:58]:
Dumanla bağlı sürücülərə XƏBƏRDARLIQ
21/01/2019 [18:57]:
Əli Həsənovun başı dərddə: “Qaçqınkom”dakı ciddi pozuntular prokurorluğa göndərildi...
21/01/2019 [18:54]:
Müstəntiqin SON QƏRARI: “Hacı Mazan”ı 5 ilədək həbs gözləyir
21/01/2019 [18:43]:
Cahangir Hacıyevin məhkəməsi başlayır - 4,7 milyardlıq cinayət işi
21/01/2019 [18:40]:
Kosmik otelin fotoşəkilləri yayıldı
21/01/2019 [18:38]:
Ucqar bölgələrdə qəbula hazırlıq – “Bəzi materialları ümumiyyətlə, tapa bilmirik”
21/01/2019 [18:34]:
"“Nəsimi dil araşdırmaları qrupu” yaradılacaq" - İnstitut direktoru
21/01/2019 [18:31]:
Ədəbiyyatdan qəbul proqramına salınan yeni mövzular – Fikrət Qoca, Eyvaz Zeynalov...
21/01/2019 [18:29]:
Səfəvi bayrağı Azərbaycan tarixi dərsliyində səhv göstərilib? – Tarixçidən izah
21/01/2019 [18:25]:
Şagirdlərin intellektini müəyyən edən maraqlı metod- Müəllimlərin əl çəkməyəcəyi üsullar
21/01/2019 [18:23]:
11 ayda 13 min 655 boşanma - Əhalinin sayı açıqlandı
21/01/2019 [18:20]:
Hacı İsmayılova “Şöhrət” ordeni verildi - SƏRƏNCAM
21/01/2019 [18:18]:
UNEC-də startap müsabiqəsi keçirildi -FOTOLAR
21/01/2019 [18:07]:
Ulyanovsk vilayətində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb - FOTO
21/01/2019 [17:41]:
Yanında siqaret çəkərkən öskürən reklam lövhəsi -MARAQLI...
21/01/2019 [17:38]:
Hacı İsmayılovun 75 yaşına...
21/01/2019 [17:34]:
Dünyanın bir sıra ölkələrində 20 yanvar hadisələri ilə bağlı tədbirlər keçirildi
21/01/2019 [17:31]:
MMP toplandı, qərarlar verildi - Partiya rəhbərliyi kampaniyaya başlayır
21/01/2019 [17:25]:
Qərbi Kaspi Universitetində qış imtahan sessiyası davam edir
21/01/2019 [17:09]:
Nazirliyin Aparat rəhbərinin yeznəsi direktor TƏYİN OLUNDU
21/01/2019 [16:59]:
Əsgəranda 4 erməni dəm qazından zəhərləndi
21/01/2019 [16:51]:
İşləmədiyi cinayətə görə, 22 il edamını gözləyən məhbus - FOTOLAR
21/01/2019 [16:48]:
Usta işlədiyi evdən xeyli pul OĞURLADI
21/01/2019 [16:31]:
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildi
21/01/2019 [16:19]:
Mehman Hüseynov Prezidentə müraciət etdi
21/01/2019 [16:16]:
AŞPA üzvlərinin 2019-cu il üçün səlahiyyətləri təsdiq edildi
21/01/2019 [16:15]:
AŞPA-nın sədri seçildi
21/01/2019 [16:10]:
Kirayənişin ev sahibini küt alətlə vurdu
21/01/2019 [16:08]:
“Məhəmməd  rüşvət alır!..”  –Əməllərimiz adlarımıza uyğundurmu?..
21/01/2019 [16:03]:
Sürücülərin nəzərinə! - BNA müraciət etdi
21/01/2019 [16:00]:
Elnarənin açıqlaması ətrafında qalmaqal bitmir - "Müğənnilik nə vaxtdan eyib peşə olub?"
21/01/2019 [15:58]:
“Bu qanun muğam sənətimizin inkişafına, mədəniyyətimizin təbliğinə təkan verəcək”
21/01/2019 [15:47]:
Ötən il Gürcüstan Azərbaycana 98 mln. dollar dəyərində siqaret satıb
21/01/2019 [15:35]:
Adamın diriykən Ruhu yoxdusa, öləndən sonra necə yarana bilər...?
21/01/2019 [15:25]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
21/01/2019 [15:13]:
Dünya ədəbiyyatında yer alan və ən çox oxunan şairlər - SİYAHI
21/01/2019 [15:09]:
ADNSU-nun rektoru Azərbaycan nümayəndə heyətinin tərkibində İsraildə işgüzar səfərdədir
21/01/2019 [15:00]:
Bu məşhurlar qrafiklə sekslə məşğul olur - Cədvəl intimi müntəzəmləşdirirmiş...
21/01/2019 [15:00]:
Rektor: “Şəhidlərin xatirəsi UNEC-də daim ehtiramla yad edilir, əziz tutulur”
21/01/2019 [14:52]:
Aİİ-də imtahan sessiyasının gedişatını müşahidə etmək məqsədilə mediatur təşkil olundu
21/01/2019 [14:50]:
“Vikipediya”da məşhur bəstəkar Elza İbrahimova haqqında 8 dildə məqalə yaradıldı
21/01/2019 [14:47]:
Həbsdə olan erməni general Fransaya getmək istəyir
21/01/2019 [14:40]:
101 dövlət əmlakı özəlləşdirilir
21/01/2019 [14:37]:
Evdən qızıl və pul oğurlayan şəxs tutuldu
21/01/2019 [14:35]:
Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı
21/01/2019 [14:34]:
Şəfiqə Axundovanın anadan olmasından 95 il ötür
21/01/2019 [14:33]:
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
21/01/2019 [14:29]:
Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ
21/01/2019 [14:28]:
Doğmaları şəhid olan məşhurlar - Gülüstan, Elariz, Nadir...
21/01/2019 [14:26]:
Ucarda yeniyetmə qız qaçırılıb - "Bizə ev və maşın təklif edirlər ki, şikayətimizi geri götürək"
21/01/2019 [14:15]:
Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkar edildi
21/01/2019 [14:01]:
Erməni yazıçı heç vaxt olmayan “ermənilərin Bakı qətliamı”na görə dünyanı ayağa qaldırır...
21/01/2019 [13:53]:
Mehriban Xanlarova anası üçün göz yaşı tökdü - VİDEO
21/01/2019 [13:34]:
60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır
21/01/2019 [13:26]:
Qatı duman Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir edib?
21/01/2019 [13:25]:
"Kriminal aləmdən bəhs edən kitabların nəşri sahəsində nəzarətsizlik var...” - EKSPERT
Bütün arxiv bir sırada
21/03/2018 [19:40] - Cəmiyyət - ( 2228 dəfə baxılıb)

Ləyaqətli alternativ: Qüdrət Həsənquliyev!



Qüdrət Həsənquliyevdən yazmaq ən azı ona görə vacib və lazımdır ki, həm namizədlik iddiasında olanlara nümunə kimi, həm partiya sədri -siyasətçi kimi mübarizliyi, həm də millət vəkili - xalq nümayəndələrindən təşkil olunan elektoratı baxımından deməyə kifayət qədər önəmli keyfiyyətləri var.
Əvvəla, ondan başlayaq ki, Qüdrət Həsənquliyevin özünə də gün kimi aydındı ki, bu dəfə də Prezident... o olmayacaq! Amma məqamın gözəlliyindən biri bu ki... əgər İlham Əliyevin özünün və varisinin namizədliyi irəli sürülməzsə, o halda qeyd-şərtsiz siyahıda olan rəqiblərin ən şanslısı və həm də ən real namizəddi!

Bütün siyasi fəaliyyəti boyunca heç vaxt olduğu cəbhəyə və cəbhəyə qarşı da, cəbhənin içində də çirkli oyunlarda olmayıb!

Əvvəlki AXC-dən ayrılan Qüdrət Həsənquliyev ayrılmağını da, ittihamlarını da əxlaq çərçivəsində edib və indi "troll" dediyimiz, onda "yurd"daş sayılanların heç birinin təhqiramiz yazılarını kinə, nifrətə, düşmənçiliyə çevirməyib!

Siyasətçi, prezidentliyə namizəd üçün əsas və ilkin şərtlərdən biri - səlahiyyət və görəv yiyəsi olduğu halda, rəqiblərindən qisas almamaq!

Bu Qüdrət Həsənquliyevdə var. İndi uzağı, uzağı, vur-öldür bir jurnalist tapılar ya tapılmaz ki, Qüdrət Həsənquliyevi özünə düşmən bilsin və yaxud da Qüdrət Həsənquliyev hansısa jurnalisti şəxsi prizmadan düşmən saysın. O cümlədən də siyasi rəqibləri. Bəli, dartışmalar, polemikalar, siyasi təbəddülatlar və tərəddüdlər burulğanında çarpazlaşan, kəsinləşən, danışıq masaları, sayt və qəzet redaksiyaları döyüş meydanlarına çevrilən dönəmlər olub. İstənilən halda sonucda dövlətçilik maraqları nəzərə alınaraq, sorunlara son qoyulub. Fərdi, şəxsi, qrup və partiya marağı baxımından nonsenslər olmayıb, cüzi olanlarsa siyasətin imkan verdiyi əxlaq və mübarizə kodeksi çərçivəsində nizamlanıb!

Həm partiya sədri, həm də millət vəkili kimi, "qatıqlama-quşlama" proseslərində Qüdrət Həsənquliyev və komandası qeybətin, "dedim-dedi" janrının əndazəsindən o yanda olub!

Patriotik çıxışlar, bleflər, pafos gərəkəndə səslənib - dövlətçilik tələb edəndə!


Qüdrət Həsənquliyevin siyasi əxlaq və konstruktiv müxalifətçilik kriteriyalarına tam cavab verən fəaliyyəti, səmimi deyək, heç kimdə qıcıq, ironiya, ikrah yaratmır - nə opponentlərdə, nə də xalq kütlələrində! Əlbəttə ki, narazılar da yox deyil - bu narazılıq qrup və şəxsi ambisiyalar çərçivəsində sərgilənir. Ki... bu da anlaşılandı!

Qüdrət Həsənquliyev siyasi mübarizəyə milli-azadlıq hərəkatının ilk günlərindən qoşulan biri olaraq, sona qədər yolundan dönməyən, görəv qazanan, fəaliyyətini siyasi dividendə çevirməyi bacaran  partiya sədridir. Fikir ayrılığını əsaslandırıb, fikrinə yetərincə tərəfdar toplayıb özünə elektorat formalaşdırmağı bacaran layiqli millət vəkilidir. Bunu həm də siyasi və milli-mental dəyərlər baxımından haqq edən bir aday!

Ədalət və haqq naminə Qüdrət Həsənquliyevin haqqında deyiləsi ən böyük söz onun əxlaqıdır! Xəyanətkar olmamasıdır - nə özünə, nə silahdaşlarına, eləcə də ümumilikdə seçicilərinə. Həbsə alınan, həbsdə olan, üstünə gedilən bütün əqidə və mübarizə silahdaşlarını hər zaman qoruyub. Şəxsi mübarizəsinə don geyindirib ictimai dəstəkdən yararlanmayıb. Təxminən 30 il eyni statusda və xarakterdə olmaq özü də indiki qarışıq dönəmdə böyük siyasi plyusdur!

Ədalət və haqq prinsipinə əsir düşüb, obyektivlikdən uzaq düşməmək üçün ehtiyac var etiraf etməyə: bəzən Qüdrət Həsənquliyevə qarşı haqsız iradlar, hücumlar olanda,yersiz və gülünc ittihamlar səslənəndə çılğın tərəfdarları da "bostanlara güllə atmaqdansa", "tank, təyyarə arsenalı"nı da işə salıblar. Olub bunlar. Ancaq heç bir halda Qüdrət Həsənquliyev siyasi etikanı və əxlaqi dəyərləri qırmızı xəttə çatdırmağa imkan verməyib.

Obyektivlik naminə onu da deyək ki, balansımızın pərsəngi düzəlsin: Qüdrət Həsənquliyev bir zamanlar yaxşı olduğu, həbsdə olan dostlarının, əqidədaşlarının köməksiz qalan ailələrinə yardımçı olduğu halda belə üzüdönüklər çox nanəcib və kişiliyə sığmayan metod və böhtan olduğu qədər də iyrənc ittihamlarla üstünə gəliblər - demokratiya şarlatanların silahına çevrilib.

Bax bu məqamda da prezidentliyə namizəd kimi aktivində plyusu var Qüdrət Həsənquliyevin - heç bir halda məhkəmə çəkişməsini kişiliyinə sığışdırmayıb.

Prezidentliyə namizəd həm siyasətçi olmalıdı, həm savadlı olmalıdı, həm də və ilk növbədə cinsindən asılı olmayaraq, kişi olmalıdı.

Alternativ rəqiblərin üstündə müqayisələr apara bilərsiniz və dediklərimizin həqiqiliyinə əminlik üçün bu yetərli olar!

Bu  xalqın bir dairə üzrə Qüdrət Həsənquliyevin boynunda mandat və etimad haqqı varsa, Qüdrət Həsənquliyevin 30 illik xalq və həm də konstruktiv müxalifətçi olaraq dövlət qarşısında xidməti var!

Razılaşaq! Razılaşaq ki, prezidentliyə namizəd sadaladığımız keyfiyyətlərə malik biri olmalıdı və Qüdrət Həsənquliyev ən azından bunu ona görə haqq edir ki, nə iqtidar, nə müxalifət, nə də xalq tərəfindən söyülən digərlərindən deyil!

Qrup və partiya marağından siyasətçilərin "söyülməsi" dünya praktikasında da var və münsif xalqın tərəzi olan gözüdür.

Qüdrət Həsənquliyev çəkidə ağır adaylardandır!

Biz niyə Qüdrət Həsənquliyevə səs verərdik, əgər ölkənin faktiki prezidenti alternativ olmasaydı?

Biz niyə Qüdrət Həsənquliyevə inanırıq və dəstəkləyirik?

Biz nədən seçimimizi bu ad üstündə edirik - hansı siyasi töhfələrinə görə?

İlk növbədə siyasi səbatına görə - ölkənin iqtisadi inkişafı və siyasi sabitliyi xarici və xaricdən maliyyələşən daxili antimilli qüvvələrin pozuculuq fəaliyyəti müqabilində öz xalqının və öz dövlətinin yanında olmasına görə!

İnam da, etimad da məhz buna görədir. Hər bir siyasətçinin öz xalqına, öz dövlətinə verdiyi, verə biləcəyi ən böyük töhfə onun siyasi-iqtisadi, ictimai-sosial sərhədlərini toxunulmaz saxlamaq məharətidi!

Seçki dəyərli namizədlərlə önəm kəsb edir! Daha güclü rəqib həm də bu mübarizədə ləyaqətli və mərd alternativlərin əlindən qoparırsa qələbəni, onda bu ikiqat zövq verir!(aktual.az)

Əli Həsənovun başı dərddə: “Qaçqınkom”dakı ciddi pozuntular prokurorluğa göndərildi...
"Kriminal aləmdən bəhs edən kitabların nəşri sahəsində nəzarətsizlik var...” - EKSPERT
Kişilər qalın qaşlı qadınları bəyənir -ARAŞDIRMA
Məşhur milyarder 3 dollarlıq hamburger üçün sıra gözlədi - MARAQLI... +FOTO
600 il 3 qitəyə hökmranlıq etmiş imperiya: Hansı ölkələri neçə il idarə edib + SİYAHI
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Yanında siqaret çəkərkən öskürən reklam lövhəsi -MARAQLI...
Maraqlı
İşləmədiyi cinayətə görə, 22 il edamını gözləyən məhbus - FOTOLAR
Maraqlı
Bu məşhurlar qrafiklə sekslə məşğul olur - Cədvəl intimi müntəzəmləşdirirmiş...
Gündəm
Erməni yazıçı heç vaxt olmayan “ermənilərin Bakı qətliamı”na görə dünyanı ayağa qaldırır...
Cəmiyyət
20 yanvar...
Həftənin ən çox oxunanları
Bakıda gözlənilən tornado Elman Rüstəmovla Əhməd Əhmədzadəni Londondan vurdu - FOTOLAR
Bakıda dəhşətli qəza: "Mazda" 2 ayın gəlinini vurub öldürdü - FOTOLAR 18+
Bu ölkədən idxal olunan 7 ərzağı başınıza silah dirəsələr də YEMƏK OLMAZ!!!
“Sabah ölkədə elə proseslər baş verə bilər ki, eşidəndə adamın tükləri biz-biz olar...”
Xalqı hansı sülhə hazırlayırlar? - Təhlükə başımızın üstündədir, yoxsa...?
Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - Bəs biz nəyi gözləyirik?
Soydaşlarımız Moskvada "Vı, pustoy narod" sözlərinə etiraza toplaşır - SON XƏBƏR... + VİDEO
"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi
Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
Şəhər meri 30 il kirayədə yaşayan süpürgəçiyə ev verdi-İbrətamiz- FOTOLAR  
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə