Xəbər lenti
18/09/2018 [21:41]:
Netanyahu Putinə zəng etdi
18/09/2018 [21:39]:
“Fənərbağça”nın futbolçusu karyerasına fasilə verdi
18/09/2018 [21:38]:
Qobustan rayonunda zəlzələ oldu
18/09/2018 [21:32]:
İçməli sudan 27 min insan zəhərlədi
18/09/2018 [21:31]:
“Bu il ən azı 600 kəndin yolunun əsaslı təmiri nəzərdə tutulub” -İlham Əliyev
18/09/2018 [21:09]:
İlham Əliyev: “Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz”
18/09/2018 [20:48]:
"Telekanallarımız 10-15 il əvvəlki televiziya səviyyəsindən təxminən 100 addım geridir"
18/09/2018 [20:45]:
Qatarla 1,7 milyondan çox sərnişin daşındı
18/09/2018 [20:44]:
"Təyyarəmizin vurulmasını cavabsız qoymayacağıq” - Müdafiə naziri
18/09/2018 [20:42]:
Daxili İşlər Nazirliyi həkim axtarır
18/09/2018 [20:42]:
Hamburq universitetinin professoru Azərbaycanda separatçılara dəstək verdi - FOTOLAR
18/09/2018 [20:41]:
"Nəvəm dedi ki, Heydər Əliyev çox cəsarətli və bacarıqlı əskərdir" - Fikrət Qoca
18/09/2018 [20:39]:
Həyat yoldaşı ilə 4 qızını öldürən kişi və oğlu ömürlük həbs cəzası aldı
18/09/2018 [20:37]:
Bakının bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı
18/09/2018 [20:25]:
Daha bir kəndə qaz verildi
18/09/2018 [19:31]:
Çindən ticarət müharibəsində ABŞ-a cavab zərbə
18/09/2018 [19:21]:
Çeçen toyunda kütləvi dava - VİDEO
18/09/2018 [19:12]:
Moskvada azərbaycanlı jurnalistin xatirə gecəsi keçirildi - FOTO
18/09/2018 [19:09]:
Zakir Həsənov dağlarda xidmət aparan əsgərləri yoxladı – FOTO
18/09/2018 [19:06]:
DTX Ağsuda əməliyyat keçirdi
18/09/2018 [18:35]:
İstanbulda oğurluq edən rus və erməni ələ keçdi - VİDEO
18/09/2018 [18:27]:
Az qalıb, bəy!
18/09/2018 [18:18]:
Putin vurulmuş təyyarəyə görə cavab tədbirlərindən danışdı
18/09/2018 [18:03]:
"Əgər qaçsaydım, indi onun yerində mən oturmuşdum" - 25 nəfərin öldüyü yanğına dair cinayət işi
18/09/2018 [17:56]:
Prezident 5 sərəncam imzaladı: 12 milyon manat ayrıldı
18/09/2018 [17:56]:
Qohum evliliyi 70 nəfəri kor etdi - FOTO
18/09/2018 [17:52]:
Rüşvətxor prokuror məhkəmə qarşısında
18/09/2018 [17:39]:
“Nar”ın dəstəyi ilə “Brain Ring” başladı
18/09/2018 [17:31]:
Balıq məhsulları ilə bağlı XƏBƏRDARLIQ
18/09/2018 [17:28]:
Eldar Əzizov daha bir kadrını yanına gətirdi
18/09/2018 [17:22]:
Məcburi köçkünlərin növbəti qəbulu keçirildi
18/09/2018 [17:20]:
Qətər-Azərbaycan arasında qarşılıqlı investisiyalar müzakirə olundu
18/09/2018 [17:06]:
Nikol Paşinyanın partiyası seçkilərdə uduzacaq?
18/09/2018 [17:03]:
Kəmaləddin Heydərovla bağlı yayılan xəbərlərə AYDINLIQ GƏTİRİLDİ
18/09/2018 [17:01]:
Ağcəbədinin su təchizatı yaxşılaşdırıldı
18/09/2018 [16:58]:
Mübariz Qurbanlı: " Zəncir vurmaq uydurulmuş hərəkətdir"
18/09/2018 [16:57]:
Fərhad Əhmədov və italyanların “bağ məsələsi” – YENİ FAKTLAR
18/09/2018 [16:42]:
QAT qadınları riyakar sülh təklifini rədd etdi
18/09/2018 [16:41]:
Azercell Gəncədə yeni Eksklüziv mağaza açdı
18/09/2018 [16:40]:
İsraildən rus təyyarəsinin vurulmasına ilk reaksiya - Günahkar Suriya, İran və...
18/09/2018 [16:38]:
“Prezidentin övladının hərbi xidmətə getməsi yaxşı örnəkdir”
18/09/2018 [16:37]:
"Onun böyüklüyü ondadır ki, əlində olan vəsaitini jurnalistikanın inkişafı üçün xərcləyib"
18/09/2018 [16:35]:
“Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsi çərçivəsində seminarlar təşkil edildi
18/09/2018 [16:33]:
Ermənilər işğal etdikləri torpaqlarımızdan 790,5 ton üzüm yığdılar - FOTOLAR
18/09/2018 [16:25]:
“Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil”
18/09/2018 [16:23]:
Ön cəbhədə xidmət etmiş yüksək vəzifəli məmur övladlarının adları -SİYAHI
18/09/2018 [16:22]:
“İki gün əvvəl sinaqoqda çəkilib” - Nazirlərin fotosu ilə bağlı açıqlama
18/09/2018 [16:09]:
"Hələ eşitməmişəm ki, bir nazirin, bir icra başçısının oğlu hərbi xidmətə getsin"
18/09/2018 [16:02]:
“Nikol, ağlın olsun, Köçəryanla Sərkisyanı Azərbaycana təhvil ver, CANIN QURTARSIN...”
18/09/2018 [15:55]:
“UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır” - Prezident təqaüdçüsü
18/09/2018 [15:43]:
Dövlət Komitəsi diaspor təşkilatlarına texniki dəstək göstərəcək
18/09/2018 [15:34]:
Bakcell növbəti beynəlxalq ekoloji aksiyaya qoşuldu
18/09/2018 [15:16]:
Kamal Abdulla Hindistan səfiri ilə müzakirə apardı - FOTO
18/09/2018 [15:14]:
İlham Əliyev Cavid Qurbanovu “Şöhrət” ordeni ilə təltif etdi - SƏRƏNCAM
18/09/2018 [15:06]:
“Ölkəmizdə keçirilən idman yarışlarının həm siyasi, həm də iqtisadi önəmi var”
18/09/2018 [15:05]:
"Sürücülər üçün hazırlıq kurslarının fəaliyyəti təqdirəlayiqdir"
18/09/2018 [14:50]:
Prezident Bayraq Muzeyinin açılışında iştirak etdi -FOTOLAR
18/09/2018 [14:37]:
Aşura günü terror planlaşdıran 26 İŞİD-çi həbs olundu
18/09/2018 [14:31]:
İlham Əliyev Biləsuvarda
18/09/2018 [14:30]:
Lirə ucuzlaşdıqca azərbaycanlılar İstanbul, Bodrum, Antalyada daha çox mülk alır - STATİSTİKA
18/09/2018 [14:23]:
Sabirabadda kütləvi dava: 4 nəfər həbs edildi
18/09/2018 [14:16]:
“Rus təyyarəsinin vurulması Kremli daha da qızışdıracaq”
18/09/2018 [14:15]:
15 günlük evlilik - Kartof-soğan üstündə boşandılar
18/09/2018 [14:14]:
İlin sonuna qədər 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək
18/09/2018 [14:04]:
“Xanımım hər gün içki içir” - Əli Mirəliyev
18/09/2018 [13:55]:
“Ölmək istəmirəm…” - Tünzalənin kövrək anları
18/09/2018 [13:34]:
ABŞ-Çin ticarət savaşı qızışır - Tramp rüsumu yenə artırdı
18/09/2018 [13:26]:
"Paşinyanın psixi problemləri var, nə qadındır, nə də kişi..."
18/09/2018 [13:18]:
Axtarışda olan tanınmış bank sədri həbs olundu - 20 milyonluq mənimsəmə
18/09/2018 [13:11]:
Bakıya yağış, rayonlara leysan yağacaq -Hava PROQNOZU
18/09/2018 [12:59]:
Ermənistan XİN-i Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır...
18/09/2018 [12:53]:
Anar Nəcəfliyə yeni iş verildi
18/09/2018 [12:50]:
Azərbaycanın ilk pullu YOLU - Ödənişlər nə qədər olacaq?...
18/09/2018 [12:45]:
Masallıda çəltik emalı zavodu istifadəyə verildi -FOTOLAR
18/09/2018 [12:40]:
"Yüz illər keçsə belə, Qafqaz İslam Ordusunun qəhrəmanlığı sevgi ilə yad olunacaq"
18/09/2018 [12:39]:
Moskva 15 rus hərbçinin ölümünə görə İsraili HƏDƏLƏDİ
18/09/2018 [12:31]:
İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında -FOTOLAR
18/09/2018 [12:30]:
“Ailələrdə o qədər gərginlik var ki, əksər gənclər ailə qurmağa qorxurlar” - SOSİOLOQ...
18/09/2018 [12:29]:
“Milli məhsullarımızın beynəlxalq sərgilərdə təqdimatı olduqca faydalıdır”
18/09/2018 [12:25]:
Putin Yerevanda Koçaryan və Sarkisyanla görüşəcək - İDDİA
Bütün arxiv bir sırada
21/03/2018 [20:42] - Araşdırma - ( 4523 dəfə baxılıb)

Şıxəli Qurbanovun müəmmalı ölümü - "Onu Novruz bayramına görə izləyirdilər"






Moderator.az tarix elmləri dotoru Nəsiman Yaqublunun yeni nəşrə hazırladığı "Azərbaycan milli azadlıq ensiklopediyası"ndan  Novruz bayramının xilaskarı olan Şıxəli Qurbanov haqqında maraqlı yazını oxuculara təqdim edir:


Azərbaycanın görkəmli yazıçısı, dramaturqu, şairi, filosof  alimi, dövlət və ictimai xadimi Şıxəli Qurbanov (1925-1967) Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra Böyük Vətən müharibəsində iştirak edib. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. “A.S.Puşkin və Azərbaycan poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1958-1963-cü illərdə “Rəis məşğuldur”, “Birdən belə olmaz” adlı satirik əsərləri Musiqili Komediya Teatrında səhnəyə qoyulub. “Sənsiz” tamaşası isə ölümündən az sonra – 1967-ci ilin iyunun 2-də tamaşaya qoyulub. Bu əsər Stalinizmin qurbanlarına həsr edilmişdi.

Ş. Qurbanov 1954-1955-ci illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1955-1957-ci illərdə 26 Bakı Komissarları rayonunun və Voroşilov rayon Partiya Komitəsinin Birinci katibi vəzifəsində işləyib. 26 mart 1957 - 24 may 1967-ci illərdə Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri olub. Eyni zamanda o, 1966-1967-ci illərdə Azərbaycan KP MK-nın katibi və Büro üzvü olub.

Ş.Qurbanov bu vəzifələrdə işlədiyi dövrdə özünü millətini, vətənini, onun tarixini sevib dəyərləndirən şəxs kimi təsdiq edib. Onun ciddi səyi ilə 1950-ci illərdə Azərbaycan Mətbuatının banisi Həsən bəy Zərdabinin unudulmuş məzarı axtarılıb tapılıb və Fəxri Xiyabanda yenidən dəfn edilib.

Ş.Qurbanov MK katibi vəzifəsində olarkən 1967-ci ildə yaradıcı gənclər üçün “Ulduz”  jurnalı çap edildi, bundan əvvəl 1966-cı ildə isə İranda yaşayan böyük şair  Şəhriyarın “Heydərbabaya salam”  poeması Bakıda çap olundu. 

Ş.Qurbanov 1960-cı illərdə Azərbaycanın milli ruhlu ziyalıları ilə sıx əlaqə saxlayır, onlara dəstək olmağa çalışırdı.

Siyasi fəaliyyətinə görə 1960-cı illərin sonlarında həbs edilmiş Rafiq Turabxanoğlu xatirələrində yazır ki, biz bir neçə Azərbaycan millətçi və ziyalıları ilə birlikdə tez-tez onunla görüşür, Azərbaycandakı vəziyyətlə bağlı fikir mübadiləsi edirdik. (O, bu ziyalılardan Nigar Rəfibəylinin və Əzizə Cəfərzadənin adını qeyd edir).


1967-ci ilin martından isə Ş.Qurbanovun xüsusi fəallığı ilə Azərbaycanda bolşeviklərin 1920-ci illərdə rəsmi olaraq qadağan etdiyi Novruz bayramı keçirildi. 1967-ci ilin 20 martında Bakıdakı Qız Qalası ətrafında keçirilən bu möhtəşəm Novruz bayramı Moskvadakı Sovet rəhbərliyini narahat etdi. Ş. Qurbanovu Moskvaya dəvət edib, izahat verməsini tələb etdilər. O, yazdığı 22 səhifəlik izahatda Novruz  bayramının dinlə heç bir əlaqəsi olmadığını sübut etdi.

Bu hadisədən sonra Ş.Qurbanova qarşı üç dəfə qəsd edilsə də, o, sağ qaldı. 1967-ci ilin mayın 24-də sui-qəsd olaraq, dişini müalicə edən həkim tərəfindən vurulan iynə (bu iynə öldürücü sianid turşusu imiş) onun həyatına son qoydu.

Ş.Qurbanovun həyat yoldaşı Xavər xanım qeyd edir ki, o, Azərbaycan KP MK-nın 1967-ci ilin iyununda keçiriləcək növbədənkənar plenumunda Birinci katib seçilməli idi. Lakin buna imkan verilmədi. Ş.Qurbanov Fəxri Xiyabanda dəfn edildi.
Ş. Qurbanovun  ölümündən sonra xanımı Xavər Qurbanova Moskvaya gedib şikayət edir. SSRİ  Prokurorluğundan gələnlər isə həqiqəti üzə çıxarmırlar. Qəzetdə isə Ş.Qurbanovun “anafilaktik şok”dan ölməsi ilə bağlı dörd nəfər  mütəxəssisin imzası ilə məlumat dərc edilmişdi.
Ş.Qurbanovun dəfnində çoxlu sayda insan iştirak edirdi.

Bu hadisədən bir il sonra – 1968-ci ildə Bakıda Azərbaycan Dövlət Universiteti tələbələrinin keçirmək istədikləri kütləvi Novruz  bayramını dövlətin göstərişi ilə milislər dağıdır, yandırılmış tonqalı isə yanğınsöndürənlər söndürürlər. Tələbələrlə qarşıdurmada milislər də yaralanır. Həbs edilən tələbələri isə Vəli Axundovun göstərişi ilə azad edirlər.
Qeyd edək ki, sonrakı illərdə də tələbələr, ziyalılar hər Novruz bayramında Şıxəli Qurbanovun məzarını ziyarətə gəlirdilər. Xalq şairi B.Vahabzadə, alim X.Məmmədov da bura gələnlər arasında olardı. 

Şıxəli Qurbanov bütün varlığı ilə milli ruha, milli tarixə bağlı bir şəxsiyyət idi. Ana xətti ilə Bakının Novxanı torpağına bağlı olan Ş.Qurbanovun yazdığı bir şeirin misraları buradakı məzarlıqda uyuyan, 1918-ci ildə Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusunun sıralarında Bakının və Azərbaycanın çoxlu sayda bölgələrini düşmənlərdən azad edən qəhrəman Türk əsgərinin məzar daşına həkk edilib:

Eşidib fəryadın Azərbaycanın,
Tərəddüd etmədən dada yetişdim.
Xalqımın yolunda keçib canımdan,
Əbədi şöhrətə-şana yetişdim.


Azərbaycan KP MK-nın Katibi və Azərbaycan SSR Ali Sovetinin 
deputatı Şıxəli Qurbanovun vəfatı ilə bağlı Azərbaycan KP MK və 
Azərbaycan SSR Nazirlər Sovetinin tədbirləri haqqında qərarı
(24 may, 1967-ci il, Protokol №45)


1. Azərbaycan KP MK-nın katibi, Azərbaycan SSR Ali Sovetinin sədri Ş.Q.Qurbanovun dəfninin təşkil edilməsi üçün hökumət komissiyası yaradılsın: Əmirov Ə.D. (sədr), İbrahimov  M.İ., Qədirov  Ə.M., Tahirova T.Ə., Qaşqay M.Ə., Ələsgərov S.E.
2. Ş.Q.Qurbanov Fəxri Xiyabanda dəfn edilsin.
3. Dəfn xərcləri dövlətin hesabına ödənilsin.
Azərbaycan KP MK-nın Birinci katibi: V. Axundov
Azərbaycan Nazirlər Sovetinin sədri: E. Əlixanov

1967-ci ilin iyunun 2-də Azərbaycan KP MK-nın Bürosu Azərbaycan KP MK katibi Ş. Qurbanovun ölüm səbəbinin öyrənilməsi ilə bağlı qərar qəbul edir və bu işin 1967-ci ilin 17 iyununa qədər yerinə yetirilməsi Ə. D. Əmirova tapşırılır.
1967-ci ilin iyunun 2-də Azərbaycan KP MK-nın və Azərbaycan Nazirlər Sovetinin verdiyi qərarda  Ş. Qurbanovun adının əbədiləşdirilməsi qeyd olunurdu: 

1) Azərbaycan Dövlət Musiqili Komediya Teatrına və Zaqataladakı yeni orta məktəbə onun adı verilsin; 
2) Bakı Şəhər Sovetinə Bakının küçələrindən birisinə Ş.Qurbanovun adının verilməsi tapşırılır;
3) Respublika  Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutuna Ş.Qurbanovun əsərlərini çapa hazırlamaq, Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuat Komitəsinə 1968-ci ildə onun elmi, dram və bədii əsərlərindən ibarət olan, 50 çap vərəqi həcmində 2 cildliyi nəşr etmək tapşırılır;
4) Bakı Şəhər İcraiyyə Komitəsinə və Azərbaycan Rəssamlar İttifaqının Bədii Fonduna 1967-ci ilin sonuna qədər Ş.Qurbanovun məzarı olan ərazini qaydaya salmaq və qəbirüstünü hazırlamaq tapşırılır.

Bu, dövlətin rəsmi qərarı idi və tez bir zamanda  yerinə yetirildi. 
Belə “aldadıcı” hallar isə Sovet rejimində əvvəldən mövcud idi. Yəni, tanınmış bir şəxs lazım gələndə aradan götürülür, onun adı isə “əbədiləşdirilir”. Əslində bu işin əsası 1934-cü ildə qoyulmuşdu. Sovet dövlətinin tanınmış xadimi S. M. Kirov aradan götürüldü (çünki o, son partiya qurultayında Baş katibliyə seçkidə Stalindən çox səs toplamışdı və bu da Stalini narahat etmişdi) və tezliklə həqiqətin unutdurulması üçün “həkim komissiyası” yaradıldı, adı “əbədiləşdirildi”.

Moderator.az 


Qohum evliliyi 70 nəfəri kor etdi - FOTO
Paşinyan Makrona şikayətləndi: "Həmsədrlər davakar ritorika ilə danışan Azərbaycana öz yerini göstərməlidirlər"
Biz gələcək nəsilə hansı müsiqini, mədəniyyəti, incəsənəti qoyub gedəcəyik?
Podiumdan enib doğuşa getdi - İNANILMAZ...
Bal ayına gedən tibb bacısı qəhrəman oldu - İBRƏTAMİZ…
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Köşə
Az qalıb, bəy!
Cəmiyyət
"Onun böyüklüyü ondadır ki, əlində olan vəsaitini jurnalistikanın inkişafı üçün xərcləyib"
Siyasət
Ermənilər işğal etdikləri torpaqlarımızdan 790,5 ton üzüm yığdılar - FOTOLAR
İqtisadiyyat
“Ölkəmizdə keçirilən idman yarışlarının həm siyasi, həm də iqtisadi önəmi var”
Cəmiyyət
"Sürücülər üçün hazırlıq kurslarının fəaliyyəti təqdirəlayiqdir"
Həftənin ən çox oxunanları
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
“Polis Bərdə-Ağdam yolunu tankla kəsmiş erməniləri saxladı...”
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
"Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim"
"Cənab Prezident, çox hörmətli Mehriban xanım, bu sətirləri Sizə utanaraq yazırıq..."
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Mehriban Əliyevanın təşəbbüsü ilə 1-ci siniflərə - Hədiyyə
Fərhad Əliyevin kəndində evləri daşa basıb, sakinləri qorxuya salan kimdir? - VİDEO
"Biz də "Səni deyirlər"i Güneyin ruhu ilə oynadıq...” - VİDEO
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə