Dünya elminin Aya baxışını dəyişən, nobelçilərə dərs keçən Azərbaycan alimi
Oxunub: 2160
28 Mar 2018 | 18:10
Dünya elminin Aya baxışını dəyişən, 
 nobelçilərə dərs keçən Azərbaycan alimi
Dünya elminin Aya baxışını dəyişən, nobelçilərə dərs keçən Azərbaycan alimi
Azərbaycan Milli Elmlər Akademiyasının  Fizika İnstitutunda sentyabrın 24-dən 26-dək Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunan “Kondensə olunmuş hal fizikası" nın müasir mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfrans prezidenti İlham Əliyevin “Akademik Həsən Abdullayevin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 iyul tarixli Sərəncamına əsasən təşkil ediləcək.

Moderator.az AzEDU-a istinadən Azərbaycan fizika elmində yeni məktəb yaradan, SSRİ məkanında hətta Aya baxışı dəyişən akademik Həsən Abdullayev haqqında yazını təqdim edir. Araşdırmada istifadə olunan xatirələr və epizodlar üçün  onun barəsində çəkilən sənədli televiziya filmdən və mərhum akademiklərin onunla bağlı  xatirə yazılarından istifadə edilib.

DOSYE: 1918-ci ildə dünyaya gələn Həsən Abdullayev Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Yayçı kəndində çox kasıb ailənin övladı olub. Ailədə 5 qardaş olublar. Qardaşların 3-ü faciəli şəkildə dünyasını dəyişib. Kasıb ailənin bütün əzab-əziyyəti Həsənin üzərinə düşüb. Yeddiillik məktəbi bitirəndən sonra Pedoqoji Texnikuma daxil olur. Ondan sonra ibtidai məktəbdə dərs deməklə ailəsinə yardımçı olmağa çalışır. Qeyd edək ki, Həsən Abdullayevin dərs dediyi ilk ildə - 1941-ci ildə müharibə təzə başlamışdı. Akademikin qızı Sevda Abdullayeva xatirələrində atası ilə bağlı olan bu məqama hər zaman təəccüblə yanaşıb: “Qardaşım Aydın həmişə söhbət zamanı deyirdi ki, mən atama məəttələm. Necə oldu ki, kənd mühitində, kasıb bir ailədə böyüyən bir uşaq sonradan Bakı mühitinə gəldi və yüksək mərtəbələrə qalxa bildi”.

Həsən Abdullayevin  elm və akademiya tarixində gördüyü işlər barəsində az sonra məlumat veriləcək. Hələlik, onu qeyd edək ki, akademikin hər üç övladı hazırda elmlər doktorudur. Oğlu Aydın Abdullayev və qızı Sevda Abdullayeva fizika-riyaziyyat, kiçik qızları isə şərqşünaslıq üzrə elmlər doktorudur. Buna səbəb isə Həsən Abdullayevin akademiyadakı elmi mühiti evdə də davam etdirməsi olub. O, hər üç övladını akademiyadakı assisentlərindən ayırmayıb. Onlara da sərt elmi davranış qaydaları tətbiq edib. Hətta qida rasionlarında belə, xüsusi yeməklər – kök, çuğundur şirəsi və tərəvəz yeməkləri çox olub. Akademik övladlarının heç birinin dissertasiyalarında bilərəkdən iştirak etməyib. Böyük qızı Moskvada, oğlu Vilnüsdə, kiçik qızı isə Daşkənddə dissertasiya işini müdafiə edərkən o, heç bir övladının yanında olmayıb. Bu da akademikin sərt elmi tələbkarlığından irəli gəlirdi.

Həsən Abdullayevin İLKLƏRİ

- İlk dəfə olaraq Azərbaycanda klassik fizikaya zərbə vurur. Nəzəri fizikaya dünya fizikasının dinamikasını gətirir;

- Yarımkeçiricilər tədqiqini Azərbaycana ilk dəfə o gətirir. Azərbaycan elmində yarımkeçiricilər fizikasının məktəbini yaradır;

- İlk dəfə olaraq selen və tellurla bağlı tədqiqatlar aparır;

 - Azərbaycan alimlərinin beynəlxalq elmi jurnallarda kütləvi dərcinin əsasını qoyur;

- Akademiyada fəlsəfə və fiziologiya institutlarını yaradır;

- SSRİ elmində ilk dəfə Ay cisminin insan orqanizmi ilə qarşılıqlı əlaqəsini tədqiq edir.

Akademiya və Həsən Abdullayev  

Həsən Abdullayev 13 il Azərbaycan Elmlər Akademiyasına rəhbərlik edib. Onun prezident olduğu 1970-1983-cü illər akademiyanın elmi istiqamətini müsbət mənada inkişaf etdirib. Belə ki, ondan əvvəlki prezidentlər daha çox ölkə və SSRİ miqyasında akademiyanın nüfuzunu artırmaq və onun iqtisadiyyata, dövlətə müsbət təsirini təmin etmək barəsində düşünürdülərsə, Həsən Abdullayev bir fizik kimi akademiyanı dünya, əsasən də Qərb aləminə çıxarmaq, oradakı tətbiq, tədqiq üsulunu burada tətbiq etmək, ən əsası ora ilə buranın elmi potensialını müqayisə etmək istəyirdi. Onu da qeyd edək ki, akademiyada xarici dillərdə beynəlxalq elmi jurnallarda məqalələrin dərci və onların sayının çoxaldılması Həsən Abdullayevin adı ilə bağlıdır. Şəxsi təşəbbüsü ilə fəlsəfə və fiziologiya bölmələrini ayrıca instituta çevirib. Bu gün də həmin elmi qurumlar institut kimi fəaliyyət göstərir. Fəlsəfə İnstitutuna hüquq bölümü də əlavə olunub. Kosmik tədqiqatlar, foto-elektronika institutu, mikrobiologiya və molekulyar biologiya bölmələri fəaliyyətə başlayıb.

Bundan əlavə, Həsən Abdullayevin başqa bir tərəfi də Azərbaycan alimlərini bacardığı qədər xaricdə keçirilən elmi konfranslara dəvət edilməsi, həmçinin əcnəbi alimlərin buradakı konfranslara cəlb edilməsi idi. Onun prezident olduğu 13 il ərzində AMEA-ya 700-ə yaxın əcnəbi alim gəlib.

Oğlu, fizika-riyaziyyat elmlər doktoru Aydın Abdullayev atasının akademiyada gördüyü ən müsbət iş kimi onun məktəb yaratmasını qeyd edir. Onun fikrincə, bir məktəbi yaratmaq alim fəaliyyətinin ən pik nöqtəsidir. Qeyd edək ki, Həsən Abdullayev Azərbaycan elmində yarımkeçiricilər fizikasının banisidir.

Nobel mükafatçısına öyrətdikləri

2000-ci ildə fizika üzrə Nobel mükafatı laureatı, yarımkeçiricilər fizikası üzrə mütəxəssis, Belarus alimi Jozef Alfyarov tələbə yoldaşı və eyni sahə üzrə araşdırmaçı həmkarı olan Həsən Abdullayev haqqında çox maraqlı xatirəni qeyd edib. Bir neçə il bundan öncə AMEA-ın təşkil etdiyi elmi konfransa qatılan Nobel mükafatçısı mərhum akademik haqqında bunları deyib: “Məni Həsən Abdullayevlə çox böyük dostluq telləri birləşdirir. O, fizikanın, yarımkeçiricilərin inkişafında çox böyük işlər görüb. Onun Nasledovun laboratoriyasında necə işləməsi indi də yadımdadır. Biz institutun köhnə dəhlizlərində çox zaman bərabər gəzişərdik. O, dəhlizdə uzun-uzadı davam edən söhbətlərimiz zamanı fizika ilə bağlı çox orijinal fikirlər söyləyərdi. Bir dəfə növbəti gəzişmə zamanı yarımkeçirici cihaza çox gözəl izah verdi. Uzun müddətdən sonra bu istiqamətdə tədqiqlər başlananda o, getrokeçidin nə olduğunu zarafatyana aydınlaşdırdı. Dedi ki, bu keçidlər müxtəlif millətlərdən olub nikah bağlayan oğlanlar və qızlar kimidirlər. Onların çox yaxşı uşaqları olur. Onun bəzi fikirləri bizim üçün də orijinal idi”.  

Dünyanın Aya baxışını dəyişdirdi

Onun tədqiqatlarından sonra Aya tamamilə başqa gözlə baxıldı. Belə ki, Mendeleyev cədvəlinin 34-cü elementi olan və yunanca “ay” mənasını ifadə edən selen elementinin insan orqanizminə təsirini ilk dəfə tədqiq edən alimlərdən biri H.Abdullayev olub.

Həsən Abdullayevlə  bir zamanlar yaxın dost olan akademik Məhərrəm Məmmədyarov bu məqam haqqında maraqlı detalı diqqətə çatdırır: “Bir neçə il bundan əvvəl “Komsomolskaya pravda” qəzetini mənə göndərdilər. Orada selen elementi haqqında bir məqalə var idi. Mendeleyev cədvəlinin 34-cü elementi selendir. Elm hələ indi bilir ki, selensiz insan orqanizmi mövcud ola bilməz. Çünki insan gözündə və qaraciyərində, o cümlədən başqa yerlərdə selen elementi var ki, o insanın həyatı üçün çox əhəmiyyətlidir.  Qəzetdə də vurğulanırdı ki, alimlər bu faktı indi desələr də,  SSRİ-nin gənc alimi Həsən Abdullayev o haqda çox əvvəllər yazmışdı”.

Doğurdan da Həsən Abdullayevin selenlə bağlı elmi araşdırmalarından sonra Aya tamam başqa gözlə baxıldı. Onların gözündə Ay, sadəcə olaraq səma cismi deyildi.  O, artıq insan sağlamlığının təbii mənbələrindən biri hesab edirdi.

Akif Əlizadənin “balta” səhvi

AMEA-nın hazırki prezidenti akademik Akif Əlizadə Həsən Abdullayevin alim kimi güclü intuisiya və biliyini göstərmək üçün maraqlı bir epizod danışır. Həmin epizod 1977-ci ilə – Abdullayevin prezident olduğu dönəmə təsadüf edir: “Mən bir epizodu xatırlamaq istəyirəm. Burada həm Həsən müəllimin uzaqgörənliyi, həm də onun intuisiyası görünür.  1977-ci il ildə bizim geoloqlar yanıma gəlib dedilər ki, Akif müəllim çox böyük bir hadisə baş verib. Belə ki, Qafqaz dağlarında almaz yataqları tapmışıq. Təbii ki, bu çox təmtəraqlı səsləndi və mən də akademiyanın prezidenti Həsən müəllimə bu haqda məlumat verdim. Səbirlə dinlədi, sonra ehtiyatla mənə tərəf dönüb dedi ki, “bəlkə birdən o almazlar buruq qazma baltasından düşər?”.  Dedim ki, “Həsən müəllim bu ola bilməz. Çünki bir qrup rus və Azərbaycan alimləri özləri o kəşfə müsbət  rəyini veriblər. Rəydə bildirilir ki, o almazdır”. Amma o,  yenə də ehtiyat etdi. Dedi ki, “bu səhv olsa, akademiya üçün heç də yaxşı olmaz”. İş elə gətirdi ki, çox keçmədən geoloq qrupu mənimlə əlaqə saxlayıb dedi ki, əslində tapılan almaz yatağı deyilmiş.

Doğrudan da, baltadan düşən, sürtülmüş almazlar olublar. Mən o zaman Həsən müəllimin alim kimi dərrakəsinə təəccüb etdim. Peşəkar geoloq olmasa da, o bu səhvin qarşısını aldı”.

Tarzən Ramiz Quliyev akademiki necə ağladıb...

Həsən Abdullayevin maraqlı tərəflərindən biri də musiqinin, xüsusən də muğamın, tarın vurğunu olması idi. Bəstəkar Fikrət Əmirovla çox yaxın dostluq münasibətləri var idi. Böyük bəstəkar ona tar da bağışlamışdı. Xalq artisti, professor Ramiz Quliyev akademikin tar sevgisi haqqında maraqlı bir hadisəni danışır: “Moskvada yığıncaqların birində özü məni çağırıb dedi ki, bunlar üçün bir “Şur” ifa elə. Tarın vurğunu və bilicisi idi. Hətta mənim tarı necə kökləməyimə də diqqətlə baxırdı. “Şur” ifa edəndən sonra dedi ki, bir mahnı var, “Kimlər gəldi, kimlər getdi”, mənim o mahnıdan çox xoşum gəlir. Onu da ifa etdim. Bir də gördüm ki, Həsən müəllim, o boyda cüssəyə malik olan bir insan kövrəlib ağlayır”.

Bu həqiqətən də maraqlı bir epizoddur. Çünki ətrafın çox güclü bir adam bildiyi, hətta qışda da dənizdə çimən və eyvanda gecələyən nəhəng cüssəli Həsən Abdullayevi heç kim ağlayan görməmişdi.  

Lütfi Zadənin məktubu

2008-ci ildə dünyaçaplı böyük alimlərdən biri olan mərhum Lütfi Zadə Həsən Abdullayevin qızı Sevda xanıma onun atası ilə bağlı bir məktub göndərir. Məktubun məzmununu təqdim edirik:

“Əzizim Sevda! 
Sizin atanızın xatirəsinə öz töhfəmi vermək istərdim. 1965-ci ildə Bakıda səfərdə olduğumuz zaman atanızın dəvəti ilə sizin  evdə olmaq xoşbəxtliyi mənə də nəsib oldu. Sizin atanız məndə çox dərin təəsürat yaratmışdı. Elmin və alimlərin cəmiyyətdə tərifli yer tutduğu sovet erasının yetirməsi idi. O, çox hörmət qazanmıdşı. O, dahi alimlərdən də böyük alim idi. Özünü Azərbaycanın elm və mədəniyyətinə həsr edən böyük insan idi. Uzun müddətdir ki, aramızda yoxdur, amma onun irsi hər zaman yaşayacaq. 
Sevgilərimlə Lütfi”
Oxşar xəbərlər
18:30, Bu gün
BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” - FOTO
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ