"11 apreldə seçicilər təkcə dövlət başçısını yox, həm də Ali Baş Komandanı seçəcəklər"
Oxunub: 2810
06 Apr 2018 | 14:43
Moderator.az Prezident Heydər Əliyevin keçmiş mühafizəçisi, Sədərək Gömrük Sərhəd Keçid Məntəqəsinin keçmiş rəisi Mübariz Pənahovun “Qafqazinfo”ya müsahibəsini təqdim edir:

- Azərbaycanda keçiriləcək prezident seçkilerinə az bir vaxt qalıb. Seçkiqabağı mühiti, ölkədə formalaşmış ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?

- Bilirsiniz, bütün zamanlarda istənilən cəmiyyətin inkişafını onun elitası, irəlidə gedən təbəqəsi, ziyalısı  müəyyən edib. Bu mənada toplumun tərəqqisi ücün hakimiyyətin formalaşdırılması, onun seçilməsi, hansı siyasi qüvvələrin önə çıxması həlledici əhəmiyyət daşıyır.

Bu baxımdan mən qarşıdan gələn 11 aprel Prezident seckilərini son dərəcə mühüm və məsuliyyətli siyasi hadisə kimi dəyərləndirirəm. Məsuliyyət ifadəsini xüsusilə qeyd etmək istərdim. Cünki seçmək hüququ özündə həm də seçmək məsuliyyətini ehtiva edir. Axı seçmək hüququnun aktiv, seçilmək hüququnun isə passiv hesab edilməsi hec də səbəbsiz deyil. Yəni faktiki  olaraq hər bir seçici siyasi prosesin fəal iştirakçısı funksiyasını daşıyır. Bu konteksdə  demək istəyirəm ki, qarşıdakı prezident seckilərində hər bir vətəndaşın üzərinə ciddi məsuliyyət düşür.  11 apreldə Azərbaycan vətəndaşları tək Azərbaycan Respublikasının dövlət başçısını yox, həm də Silahlı Qüvvələrin Ali Baş Komandanını seçəcəklər. Bu isə ölkəmizin mövcud durumu, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi fonunda həlledici faktora cevrilir.

Qarşıdakı prezident seçkilərinin son dərəcə mühüm əhəmiyyətini şərtləndirən daha bir məqam isə ümumilikdə beynəlxalq siyasi konyuktura, Azərbaycanın da daxil olduğu Yaxın, Orta Şərq bölğəsində baş verən hadisələr, Suriya ətrafında cərəyan edən faciəvi proseslər, yaxın qonşularımız Türkiyə, Rusiya Federasiyası kimi dünya siyasət nəhənglərinin maraqları, bölğəyə təsirləri və diğər mühüm amillərdir. 

Bütün bu sadaladığim və digər önəmli məqamlar xalqımızın, cəmiyyətimizin nə qədər həlledici ictimai-siyasi hadisə ərəfəsində olduğunu təsdiqləyir.

- Bəs belə bir şəraitdə prezident postu uğrunda mübarizəni, ümumilikdə namizədlərin imkanlarını necə dəyərləndirirsiniz? Sizcə, ümumilikdə siyasi  mübarizə hansı qüvvələr arasında gedəcək? 

- Öncə onu qeyd edim ki, bu gun Azərbaycanda son dərəcə demokratik mühit, sabit ictimai-siyasi şərait formalaşıb.Tam əminliklə deyə bilərəm ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, o böyük, dahi zəka sahibinin istiqamətləndirdiyi və müəyyən etdiiyi təkamül yolu bütövlükdə Azərbaycan dövlətinin, cəmiyyətimizin inkişafını təmin edir və bundan sonra da bizim hamımızın bu yolla irəli gedəcəyimiz tam labüddür. Yəni bütövlükdə çağdaş Azərbaycan siyasətinin mayası, onun məhək daşı Heydər Əliyev ideologiyasına, Heydər Əliyev siyasi doktrinasına söykənir. Və bu siyasi platforma birmənalı olaraq cəmiyyət tərəfindən alternativsiz olaraq qəbul olunur.

Bu mənada, həm  epoxal, strateji olaraq bütövlükdə Azərbaycançılıq ideologiyasının, Azərbaycan milli dövlətçiliyinin tam və geridönməz olaraq oturuşması, həm də taktiki.olaraq bu günün siyasi, iqtisadi, sosial  reallıqlarını, formalaşmış qüvvələr nisbətini nəzərə alaraq birmanalı deyə bilərəm ki, Azərbaycanın bu günkü dövlət başçısı  cənab İlham Əliyev seçki prosesinin faktiki olaraq alternativsiz  lideri mövqeyinə malikdir. Cənab Prezidentin son 15 ildə həyata keçirdiyi siyasət məhz Heydər Əliyev kursuna, Azərbaycançılıq ideologiyasına söykənir. Və məhz bu siyasət  xalqımızın milli maraqlarını özündə ehtiva edən yeganə düzgün və realistik bir siyasətdir. Və hətta elə də risk etmədən proqnoz da verə bilərəm. Xalqın tam böyük əksəriyyəti bu siyasəti dəstəkləyəcək, səslərini cənab İlhəm Əliyevə verəcək. Bununla da öz siyasi yetkinliyini nümayiş etdirəcək.

- Gəlin razılaşaq ki, cəmiyyətdə problemlər də kifayət qədərdir. Onların sırasında həm Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, həm əhalinin sosial problemləri kimi ən müxtəlif cinahlara aid məsələləri sadalamaq olar...

- Sizinlə razıyam. Təəssüf ki, bəşər övladı yaranandan daim onu problemlər müşayiət etmiş, sosial cətinliklər mövcud olmuşdur. Həyat özü elə yaşamaq uğrunda mübarizədir. Və heç bir zaman, heç bir ictimai- siyasi quruluşda insanların problemlərini tam olaraq həll etmək heç bir cəmiyyətə nəsib olmayıb. Bu gün Azərbaycan dövləti öz potensialından maksimum istifadə edərək ədalətli sosial siyasət yürüdür, qayğıya ehtiyacı olan insanların, sosial təbəqələrin tələbatlarını  hərtərəfli ödəməyə çalışır. Bilirsiniz, hər şey müqayisədə ölçülür. Bu gün səhiyyəyə, təhsilə olan qayğı, bu sahələrə ayrılan dövlət vəsaitinin həcmi, məktəblərin, xəstəxanaların, sosial obyektlərin inşası, yolların, körpülərin tikintisi günümüzün reallığıdır. Baxın, hər bir yaşayış məntəqəsi, hətta ən ucqar dağ kəndləri belə təbii qazla təmin edilib. Bu mənzərəyə nə Türkiyədə, nə də ki bütöv Avropanın qaz bazarının 40 %-ə qədərinə nəzarət edən Rusiyada rast gəlmək mümkün deyil. Bəzən biz əldə edilənləri bir norma, bir standart kimi qəbul edirik və bizə elə gəlir ki, bütün bunlar elə belə də olmalıdır. Amma nəzərdən qaçırmayaq ki, bütün bunlar cənab prezident İlham Əliyevin, bütövlükdə mövcud iqtidarın düzgün siyasətinin nəticəsidir. Və əldə edilən uğurların, inkişafın real miqyasını tam təsəvvür etmək, onalrı qiymətləndirmək üçün heç olmasa qonşularımıza baxmalıyıq, müqayisə aparmalıyıq. Son illər Azərbaycan dövləti, cəmiyyətimiz bütün sahələrdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Yaşam normaları, həyat standartları tamamilə dəyişib. Yəni, demək istədiyim odur ki,  müstəqilliyimizin ilk illərində, obrazlı şəkildə desək,  əgər evdə bir-iki saat işıq yanırdısa, bir yemək bişirmək üçün qaz olurdusa, bu böyük xoşbəxtlik sayılırdı. Amma bu gün, şükürlər olsun, bütün bunlar adi bir şey kimi qəbul olunur, norma kimi qəbul edilir. Və bu elə belə də olmalıdır. Çünki reallaşdırılan siyasət də məhz sadə insanların maraqlarının tam təmin olunmasına yönəlib.   

Bununla belə, təəssüf ki,  cəmiyyətimizdə çətinliklər hələ də mövcuddur. Əlbəttə, konkret insanların yaşadıqları çətinliklər həmişə təəssüf hissi doğurur. Və bu barədə cənab prezident dəfələrlə öz çıxışlarında qeyd edib. Bu mənada həlledici məqam  bütün məmurların, o cümlədən də dövlət başçısının özünün xalqın xidmətçisi olduğunu önə çəkməsidir.   

Amma şükürlər olsun ki, Azərbaycanda bu gün fəal sosial siyasət həyata keçirilir, çox böyük resurslar sadə insanların tələbatlarının ödənilməsinə, təhsil, səhiyyə kimi həyati əhəmiyyətli sahələrə sərf edilir. Bu xüsusda  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini önə çəkmək isrəyirəm.

Hələ 2015-ci ildə referendum yolu ilə Konstitusiyaya edilən dəyişikliklərin ən vacib vəzifəsi dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi idi. Bu gün əminliklə deyə bilərəm ki, xalqımızın tam əksəriyyətinin dəstəklədiyi bu dəyişikliklər ötən zaman kəsiyində özünü təsdiq etdi. Yeni təsis edilən Birinci vitse-prezident vəzifəsinə Mehrıban Əliyevanın təyin olunması isə zamanın tələbi, cəmiyyətin içindən gələn çağırış, bir sosial sifariş idi.

Mehriban xanımın istər ictimai siyasi, istərsə də dövlətçilik sahəsindəki çoxşaxəli fəaliyyəti müasir Azərbaycan qadınının   parlaq obrazını yaradır. Xalqımızın tarixin dərinliklərindən süzülüb gələn milli-mənəvi dəyərlərinə söykənən fəaliyyətin mayasını insanlara yaxşılıq, təmənnasız xeyirxahlıq təşkil eir. Öz fəaliyyətinin çox böyük hissəsini  əhalinin aztəminatlı təbəqəsinin, xəstə, valideyn himayəsindən məhrum olmuş uşaqların, köçkün və qaçqınların problemlərinin həllinə yönəldən Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin bütün dünyada tanıtdırılması istiqamətində ən yüksək meyarlara cavab verən fəaliyyət göstərir. Bu sırada Talessemiya xəstəlikli uşaqlara qayğı, muğamın beynəlxalq aləmdə tanıdılması, Gimnastika Federasiyasının prezidenti kimi idmanın bu növünün uğurları xüsusi seçilir.

Xüsusilə qeyd etmək istərdim ki, bütün bunlarla yanaşı Mehriban xanım həm də yüksək təşkilatçılıq bacarığına malikdir. Öz şəxsi nüfuzu hesabına "Evrovision" mahnı müsabiqəsinin, I Avropa Olimpiya Oyunlarının, 4-cü İslam Həmrrəyliyi Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi üzərinə düşən bütün vəzifələri şərəflə, böyük məsuliyyətlə yerinə yetirdi.

Bütün bu sadaladıqlarım məqamlar Azərbaycan siyasətində vahid bir iqtidar komandasının formalaşdığını, dayanıqlı siyasi varisliyin təşəkkül tapdığını özündə ehtiva edir. Bu isə öz növbəsində Mehriban xanımın cənab prezident İlham Əliyevin silahdaşı kimi xalqa, dövlətə, ümumilikdə Azərbaycan cəmiyyətinə xidmətini yeni bir fenomen kimi ortaya qoyur. 

O ki qaldı Dağlıq Qarabağ probleminə... Bu günün reallıqlarından baxdıqda, aydın görmək olur ki, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin kökləri cox dərindir. Mən hətta deyərdim ki, bu konflikt geostrateji xarakter daşıyır. Yaxın qonşularımız olan ölkələrdə baş verənlər, Moldovada Pridnestryovya, Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemləri, hətta  nəhəng hərbi-sənaye kompleksinə, geniş beynəlxalq dəstəyə malik olmasına baxmayaraq 50 milyonluq Ukraynanın Krımı itirməsi, Donbas münaqişəsi... 

20 milyondan artıq əhalisi olan, cox qədim dövlətçilik ənənələrinə malik Suriya isə faktiki olaraq məhv olma ərəfəsindədir. Suverenliyini itirərək qlobal güclərin əlində alətə cevrilib, 5 milyon(!)  insan qaçqın düşüb, 400 000 vətəndaş həlak olub, ərazisi isə yeni silah növlərinin sınaq poliqonuna çevrilib. Amma Azərbaycan bu gün burulğanlı okeanda sabitlik adasını xatırladır,  dünyada qlobal əməkdaşlığın mərkəzinə çevrilib. Burada ən nüfuzlu beynəlxalq tədbirlər keçirilir, regional və qlobal miqyaslı layihələr reallaşdırılır.

Bununla belə biz öz mübarizəmizi aparırıq. Hüquqi cəhətdən Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir. Cənab Prezidentin apardığı fəal xarici siyasət kursu, diplomatiyada hücum taktikası isə ümumilikdə ölkəmizin iqtisadi, hərbi  gücü ilə bir sinerqizm təşkil edərək  sonda mutləq uğur qazandıracaq. Tam əminliklə deyə bilərəm ki,  Dağlıq Qarabağ münaqişəsini məhz İlham Əliyev siyasəti, təmkini, onun beynəlxalq aləmdə olan sonsuz nüfuzu həll edəcək.

Bilirsiniz, bir şeyi anlamaq lazımdır ki, biz yalnız döyüşü uduzmuşuq, ümumilikdə müharibə, mübarizə isə davam edir və onun həlledici məqamları hələ irəlidədir. Həmin məğlubiyyətlərin səbəbləri də məlumdur və dəfələrlə bu barədə deyilib, yazılıb. Təəssüf ki, ötən əsrin 90-çı illərinin əvvəllərində bir tərəfdən səriştəsiz qüvvələrin hakimiyyəti ələ keçirməsi, cəmiyyətdə baş alıb gedən anarxiya, özbaşınalıq, digər tərəfdən də məlum imperialist dairələrin erməniləri dəstəkləməsi öz acı nəticələrini göstərdi.

Tarixə nəzər saldıqda, görərik ki, qədim Roma imperiyası dövründən bəri  ən qüdrətli imperiyalar belə müəyyən döyüşlərdə lokal məğlubiyyətlərə uğrayıblar. Amma vurulan zərbələrə tab gətirmək, büdrəsə də ayaq üstə qalmaq qüdrəti yalnız güclülərə xas olan xüsusiyyətdir. Özü də  bu xüsusiyyət universal xarakterə malikdir. İstər dövlət olsun, istərsə də fərd.  Əgər xatırlayırsınızsa,  Ulu Öndər Heydər Əliyevin həyatında da çox mürəkkəb, əzablı məqamlar olmuşdur. Amma onun siyasi əzmi, insani iradəsi imkan verdi ki, bütün çətinlikləri dəf etsin, müqavimətləri yararaq öz missiyasını reallaşdırsın. Eyni sözləri cənab prezident İlham Əliyev haqqında da deyə bilərəm. Həyatın ən müxtəlif sahələrində əldə edilən uğurlar təsdiq edir ki, bir şəxs olaraq, bir siyasi xadim olaraq hər zaman talenin zərbələrinə tab gətirib, bütün mümkün çətinliklərə, daxili, xarici müqavimətlətə baxmayaraq, öz yoluna davam edib və yekunda həmişə qalib olub.

- Bir qədər də yaxın gələcəyə nəzər salmağa cəhd edək. Təbii ki, seçkilərdə xalq da öz sözünü deyəcək, seçimini edəcək. Bəs sizin gözləntiləriniz hansılardır, hansı dəyişiklikləri vacib hesab edirsiniz?

- Diqqəti bir daha ölkəmizdə uğurla həyata keçirilən siyasətə çəkmək istəyirəm. Cənab prezident öz çıxışlarında sosial sahənin, təhsilin, ümumilikdə insan kapitalının  nə qədər böyük əhəmiyyətə malik olduğunu dəfələrlə vurğulayıb. Gənclərə qayğı, istedadlı uşaqların öz potensiallarını reallaşdırması üçün yaradılan şərait, müasir texnologiyaların ölkəmizə cəlb edilməsi, bacarıqlı gənc kadrların önə çəkilməsi, onların yüksək dövlət vəzifələrinə təyinatı ümumilikdə reallaşdırılan xəttin mükəmməl bir dövlət siyasətinə söykəndiyini təsdiqləyir. Cənab Prezident İlham Əliyev demək olar ki, bütün çıxışlarında investisiyaların gələcəyə, insan kapitalına yönəldiləcəyini ardıcıllıqla qeyd edir. Bu mənada ümumilikdə bu siyasətin davam etdiriləcəyini əminliklə demək olar. 

Bir məqamı da diqqətə çatdırmaq istəyirəm. İndi islahatlar haqqında çox danışılır. Əlbəttə, islahatlar vacibdir. Amma bütün addımlar gərək ölçülüb-biçilə. Bu baxımdan cənab Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar, onlarln dərinliyi nəticələrin müsbət olacağına təminat verir. Bu təminatı islahatların məhz cəmiyyətin çağırışlarına cavab verməsi, onların düz vaxtında, - nə tez, nə də gec,- qəbul edilməsi müəyyənləşdirir. Bu mənada birmənalı demək olar ki, seçkidən sonra da bu xətt davam etdiriləcək, Azərbaycanı yeni inkişaf səviyyəsinə qaldıracaq.

Mən xalqımızı, hər bir seçicini bu taleyüklü siyasi prosesdə fəal iştiraka dəvət edirəm, onları ictimai-siyasi sabitliyə, tərəqqiyə, yeniliyə səs verməyə çağırıram. Ən əsası dövlət suverenliyinin qorunub saxlanılmasıdır. Bütün qərarlar Azərbaycanda həll edilməlidir. Nəzərdən qaçırmaq olmaz ki, demokratiya pərdəsi altında ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri, öz maraqlarını  həyata keçirmək istəkləri həmişə olub. Bu baxımdan da cənab prezident İlham Əliyevin "Bütün məsələlərimizi özümüz, öz ölkəmizdə həll etməliyik", mesajı tam aydlnlığı və dərinliyi ilə önə çıxır.
Oxşar xəbərlər
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:26, Bu gün
Cavanşir Məmmədovun cənazə namazı qılınır - YENİLƏNİR + FOTO/CANLI YAYIM
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:54, Bu gün
Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
GÜNLÜK
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq