"Parlament seçkiləri məsələsi ortaya çıxa bilər” - “Bəzi nazirlər gedəcək...”
Müsahibə
Oxunub: 4642
13 Apr 2018 | 10:14
Favoriti əvvəlcədən bəlli olan 11 aprel prezident seçkisi arxada qaldı, hakim partiyanın namizədi növbəti, bu dəfə yeddi illik dönəm üçün prezident seçildi. Ancaq ölkədə çoxlarını düşündürən məsələ seçkidən sonra nələrin olacağı ilə bağlıdır. 

Moderator.az xəbər verir ki, Turan İnformasiya Agentliyinin direktoru “Yeni Müsavat”ın bununla bağlı suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Mehman bəy, Azərbaycanda keçirilən 11 aprel prezident seçkisindən sonra  nələr baş verəcək, ölkənin birinci şəxsi hansı addımları atacaq, komandada əsaslı dəyişikliklər olacaqmı? Bu barədə nə deyə bilərsiniz?

- Seçkidən sonra həm institusional, həm kadr islahatları getməlidir. Mən bunu gözləyirəm. Ümumiyyətlə, getdikcə cəmiyyətdə də münasibətlərdə dəyişikliklər olmalıdır, həm iqtisadi, həm də siyasi zəmində. Yetişib artıq...

- Nə mənada? 

- O mənada ki, seçkilərin özünün də tez, çevik şəkildə keçirilməsi onu göstərir ki, tələsirlər. Artıq İlham Əliyev özü də tələsir. Onu heç kəs tələsdirmirdi. Yəni o, seçkini payızda da normal şəkildə keçirə bilərdi. Ancaq o da başa düşür ki, artıq prosesləri sürətləndirmək lazımdır.

- Söhbət islahatlardan gedir?

- Bəli.  

- Yeni komanda necə, olacaqmı?

- Məncə, hə. Açığı, mən fərdlər səviyyəsində yeni komandada kimlərin olacağını bilmirəm. Amma yeni komandanın formalaşması aktualdır, lazımdır.

- Nazirlər Kabinetinin ləğv olunması realdır?

- İnanmıram ki, ləğv olunsun. Amma rəhbərliyinin dəyişməsi qaçılmazdır.

- Baş nazir də?

- Baş nazir, baş nazirin müavinləri və s. Bəzi nazirlər gedəcək. 

- Deməli, “Yol Xəritəsi”nin icrasına başlanılacaq?

- Əlbəttə ki. Əslində seçkidən qabaq bəzi işlər görülürdü, demək olmaz ki, heç nə etmirdilər. Amma getdikcə daha da sürətli olacaq.

- Maraqlısı budur ki, əvvəlki dövrlərdən fərqli olaraq, beynəlxalq səviyyədə budəfəki seçkiyə çox sakit reaksiya verildi. Bu, nəyin əlamətidir?

“Biz nə qədər çox islahatlara getsək, dəyişsək, Qarabağda da daha çox uğur qazana bilərik, bunsuz mümkün deyil”

- Mən beynəlxalq nümayəndələrin özlərinə də demişəm ki, siz bu seçkiləri legitimləşdirməyə gəlmisiniz. Bu proses, yəni beynəlxalq ictimaiyyətin, ilk növbədə ABŞ və Avropa Birliyinin susqun müşahidəsi onu göstər ki, seçkidən öncə razılaşma var. Onlar bilirlər ki, İlham Əliyev haraya gedir və neyləyəcək və bu proseslər razılaşdırılmış formadadır. Yəni seçki prosesi texniki məsələdir, formaldır. Əsas proseslər seçkidən sonrakılardır. ABŞ-ın səfiri də seçkidən qabaq ölkəmizi tərk edib. Bu, onu göstərir ki, amerikanlar bu prosesdə iştirak etmirlər, kənarlaşıblar. İkincisi, mən hesab edirəm ki, yaxın bir neçə ay ərzində də ABŞ-ın burada səfiri olmayacaq. Bu da onu göstərir bu müddətdə hakimiyyət, ilk növbədə İlham Əliyev haraya və necə getdiyini nümayiş etdirməlidir. Ondan da çox şey asılı olacaq ki, gələcək münasibətlər nəyin üstündə qurulacaq və tərəflə hansı səpkidə əməkdaşlıq edəcək, yaxud etməyəcəklər.

- ATƏT missiyasını çıxmaq şərtilə, digər qurumların mövqeyi hakimiyyət üçün qənaətbəxş oldu...

- Aydındır ki, Azərbaycanda demokratik mühit, söz azadlığı yoxdur, insan hüquqları tapdanır. Belə olan halda hansısa seçkinin normal keçirilməsi mümkün deyil. Əslində namizədlərə, personalara baxsaq, bu, onu göstərir ki, onların seçkidə iştirakı formal xarakter daşıyırdı və bu, seçki görüntüsü idi.

- Amma ənənəvi müxalifətin ən azı xalqa sözünü demək imkanı var idi, lakin bundan istifadə etməyib boykot yolunu tutdu. Həm də parlament seçkiləri üçün siyasi kapital toplaya bilərdilər...

- İş ondadır ki, onlar formal olaraq kənardan müşahidə edirdilər və fikir bildirirdilər. Bu, öz yerində. Amma fakt budur ki, müxalifət də seçkiyə qatılmadı.

- Bu, normal idi?

- Müxalifətçilik nöqteyi-nəzərdən normal deyildi. Amma proses nöqteyi-nəzərdən, məncə, normal idi. O mənada ki, Qərbin də, müxalifətin də yekdil münasibəti var idi.

- Amma heç Qərb müxalifətin seçkidən imtinasını təqdir etmədi. 

- Söhbət ondan gedir ki, İlham Əliyevə seçkilərin texniki keçirilməsi üçün şərait yaradıldı, bu, reallıqdır. Seçki sırf texniki xarakter, görüntü xarakteri daşıyırdı. Burada seçki prosesi yox idi. Orda rəqabət var idimi?

- Ənənəvi müxalifət seçkidə iştirak etsəydi, mənzərə dəyişə bilməzdimi? 

- Əslində onlar elə bir vəziyyət yaratdılar ki, heç bir rəqabət, seçki prosesi olmadı, seçki texniki xarakter daşıdı.

- Mehman bəy, Ermənistan tam şəkildə parlament üsul-idarəsinə keçdi. Mümkündürmü ki, Azərbaycanda da bu prosesə start verilsin?

- Hələ tezdir. Bizdə hələ buna hazırlıq yoxdur. Ermənistanda real müxalifət parlament sistemində təmsil olunurdu. Cəmiyyətdə müxalifət və hakimiyyət bölgüsü var idi. Özü də bu bölgü təkcə siyasi meydanda yox, biznes meydanında da, informasiya məkanında da var idi. Yəni Ermənistanın real müxalifəti sferalarda az və ya çox olmaqla, müəyyən formada təmsil olunurdu. Bizdə müxalifətin biznes dəstəyi yoxdur. Orda isə biznesmenlər var ki, deyir, mən Ter-Petrosyanı dəstəkləyirəm, pul da verirəm, partiyasının da üzvüyəm. Azərbaycanda bu, mümkün deyil. İnformasiya məkanını götürəndə, onlarda telekanallar və internet resursları da var, qarşı tərəfin mövqeyini yayır. Həmçinin azad, sərbəst toplaşmaq, piket, mitinq keçirmək problemi yoxdur.

- Bizdə də müxalifətin mitinqlərinə icazə verilir. Elə sabah növbəti mitinq olacaq...

- Yox, mitinqlərə hərdən icazə verilir. Siz sonuncu dəfə hansı tədbirdə iştirak etmisiniz ki, orada müstəqil QHT-lər, ya siyasi partiyalar tədbir keçirib. Harda olub? Bir dənə zalı imkan vermirlər ki, camaat toplaşsın, tədbir keçirsin. “Məhsul”da mitinq keçirməyə icazə verirlər, bu, başqa məsələdir. Amma gündəlik toplaşmaq, nə isə keçirmək, mübarizə eləmək, bunlar yoxdur. Son illərdə İctimai Televiziyada müxalifət liderlərinin, müstəqil ictimai xadimlərin sifətlərini görmüsünüzmü?

- Ola bilərmi ki, buna doğru hakimiyyət açılım elan etsin?

- Belə tez olmayacaq, amma ona doğru gedəcək.

- Bu seçki ərəfəsində ortaya radikal, söyüşcül müxalifət çıxdı və ənənəvi deyilən müxalifətin heç də radikal olmadığı qənaəti çoxlarında formalaşdı, aparıcı siyasi partiyaların davranışları, siyasi mədəniyyəti hətta təqdir olundu. Bundan sonra həmin qüvvələrə tribuna veriləcəyini güman etmək olar?

- Bilirsiniz, kimə harada yer verməyi heç kəs müəyyənləşdirmir, onu proses müəyyənləşdirir. Əgər hakimiyyət bu tipli məsələlərdən, yəni şərləmək və s. prosesdən əl çəksə, onda o biri tərəflər də bunu etməyəcək. Bu ənənəni hakimiyyət gətirib meydana və vaxtilə stimullaşdırırdı. İndi vəziyyət dəyişib.

- Bəzi namizədlər seçki təbliğatı dövründə əvəzlənəcək məmurlarla bağlı anons edirdilər. Seçkiyə bir gün qalmış prezident İlham Əliyev də “keçmiş xidmətlər nəzərə alınmayacaq, cəzalandırılacaq” deyə, sərt xəbərdarlıq etdi. Bu xəbərdarlıq sizə nə deyir?

- Əslində birinci dəfə deyil ki, xəbərdarlıq edir.

- Amma situasiya başqadır.

- Bəli, situasiya başqadır. Amma mən bu bəyanatlara o qədər də fikir vermirəm. Problem və böhran var. Böhrandan çıxış yolu bu münasibətləri, şəxsləri, çox şeyi dəyişməkdən keçir.

- Necə bilirsiniz, Şərq Tərəfdaşlıq Müqaviləsi də masadadır?

- Danışıqlar gedəcək. Məncə, o məsələni də həll etmək lazımdır. Orda bir problem var, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Cürbəcür bəhanələr gətirirlər ki, biz bazarı qoruyuruq və s. Ancaq əslində bizim bazar xarici bazardan asılıdır. Demək olar ki, biz ölkəyə hər şeyi xaricdən gətiririk. Ona görə də burada bazarın qorunmasından heç cür söhbət gedə bilməz. Əgər kimsə Azərbaycanda pomidoru 4 manatdan satmaq istəyirsə və Avropa, ya Türkiyə gətirib 1 manata satacaqsa, mən istehlakçı kimi istərdim 1 manata alım. İkincisi, biz soyuducu, televizor, maşın götürsək, Azərbaycanda heç nə istehsal etmirik, hamısını xaricdən gətiririk.

- Maşın istehsal olunur...

- Bir növ maşın yığırlar. Amma bağışla, mən niyə o maşını almalıyam? Yenə də orda kiminsə maraqları var? Biz avtomobil istehsalçısı deyilik. Sadəcə, hissələri gətirib burda yığırıq, əlimizdə bayraq edirik ki, biz maşın istehsal edirik. Yığma sexi o demək deyil ki, biz maşın istehsal edirik.

- Parlament seçkilərinin irəli çəkiləcəyi ehtimalı da ara-sıra səslənir. Bu barədə nə məlumatınız var?

- Bu söhbətlər var. Əgər hakimiyyətin icra sistemində dəyişikliklər baş versə, onda parlament seçkiləri məsələsi ortaya çıxa bilər. Yəni tərəfləri bir araya gətirmək, müəyyən keçid platforması yaratmaq üçün parlament meydançasında dəyişikliklərin olması mümkündür. Amma bundan öncə, əlbəttə ki, müəyyən proseslər getməlidir, bir ictimai saziş olmalıdır ki, biz haraya gedirik, neyləyirik, nəyi qururuq? Bunun üçün də “Yol Xəritəsi” lazımdır ki, nə baş verəcəyini biləsən.

- Prezident seçkisindən sonra Qarabağla bağlı nə baş verəcək sualına sizin cavabınız indi necədir?

- Qarabağla bağlı canlanma olacaq. Sadəcə olaraq, Azərbaycanda hər şey islahatlara gedilməsindən asılı olacaq. Mən sözümün üstündə dururam ki, Azərbaycanda demokratiya qurulmayana qədər Qarabağ məsələsi həll olunmayacaq. Seçkidən sonra canlanma olacaq. Amma mən bunlara paralel baxıram, yəni biz nə qədər çox islahatlara getsək, dəyişsək, Qarabağda da daha çox uğur qazana bilərik, bunsuz mümkün deyil.(musavat.com)
Oxşar xəbərlər
21:47, Bu gün
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
21:44, Bu gün
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
21:42, Bu gün
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
21:36, Bu gün
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
21:30, Bu gün
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
21:20, Bu gün
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
21:15, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
21:02, Bu gün
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
20:59, Bu gün
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
20:57, Bu gün
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
20:57, Bu gün
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
20:54, Bu gün
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
20:54, Bu gün
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
20:43, Bu gün
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
20:41, Bu gün
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
20:38, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
20:37, Bu gün
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
20:24, Bu gün
Azərbaycan cüdoçusu Avropa çempionu olub
20:22, Bu gün
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
20:20, Bu gün
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
20:18, Bu gün
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
20:12, Bu gün
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
20:07, Bu gün
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
20:05, Bu gün
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
20:00, Bu gün
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
19:54, Bu gün
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
19:51, Bu gün
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
19:50, Bu gün
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
19:43, Bu gün
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
19:40, Bu gün
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
19:36, Bu gün
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
19:30, Bu gün
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
19:29, Bu gün
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
19:23, Bu gün
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb