Xəbər lenti
22/07/2018 [22:25]:
Şəkidə 32 yaşlı qadın dərmandan zəhərləndi
22/07/2018 [22:20]:
Rusiya Ermənistana kredit sazişi üzrə 200 milyon dollarlıq silah verdi
22/07/2018 [22:14]:
Goranboyda minik və yük avtomobilləri toqquşub, yaralılar var
22/07/2018 [19:37]:
Hansı ölkə vətəndaşlığı neçəyə satır? – Siyahı
22/07/2018 [19:31]:
Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi
22/07/2018 [19:30]:
Dünyanın ən intizamlı əsgəri 27 il komandirinin əmrini gözləyib
22/07/2018 [19:21]:
Mustafa Ceceliyə daha bir zərbə
22/07/2018 [18:40]:
Britaniya Brexitlə əlaqədar Aİ-yə pul ödəməkdən imtina edə bilər
22/07/2018 [18:33]:
Ərdoğan Afrika turuna çıxır - İlkə imza atacaq
22/07/2018 [18:09]:
Kılıçdaroğlu CHP-dən gedəcəkmi? - Sirlər açılır
22/07/2018 [18:08]:
Cəlilabadda yol qəzasında iki qardaş öldü...
22/07/2018 [18:06]:
Kosmosda dövlət quran azərbaycanlı milyarder planlarını açıqladı
22/07/2018 [18:05]:
“Elektrik cərəyanını göstərib ki, əlini oradan tut və özünü öldür” -Dəhşətli qətlin təfərrüatı
22/07/2018 [17:56]:
Həbsxanadan çıxanlara EV VERİLƏCƏYİ bəlli oldu
22/07/2018 [17:52]:
ABŞ-ın Rusiyadakı səfirinin də istefası tələb edilir: O, hətta öz qızının belə, tənqidləriylə üzləşib
22/07/2018 [17:23]:
Salyanda təcili yardım maşını qəzaya düşdü - Xəsarət alan var
22/07/2018 [17:21]:
İranda gün ərzində üçüncü dəfə zəlzələ oldu - 20 nəfər xəsarət alıb
22/07/2018 [17:11]:
Bakıda mənzildə meyit tapıldı
22/07/2018 [17:05]:
Kürdəmirdə 5 yaşlı uşağın ölümündə ögey ata günahlandırılır
22/07/2018 [17:02]:
Paytaxt bazarlarında xiyar bahalaşdı
22/07/2018 [16:58]:
Ölkədə tikilən mənzillərin kvadratmetrinin dəyəri bəlli oldu
22/07/2018 [16:52]:
Milli Mətbuat və jurnalistika gününə VİKİTÖHFƏ...
22/07/2018 [16:12]:
Əflatun Amaşov: "Mətbuatın rolu əvəzsizdir"
22/07/2018 [16:10]:
Britaniya Brexit ilə əlaqədar Aİ-yə pul ödəməkdən imtina edə bilər
22/07/2018 [16:08]:
“Dövlətimiz mətbuatın inkişafına hərtərəfli şərait yaradıb” - Əbülfəs Qarayev
22/07/2018 [16:05]:
CAR-da mikroavtobus atəşə tutuldu - 11 ölü
22/07/2018 [16:02]:
Dünyanın ən çox pul qazanan musiqiçiləri açıqlandı
22/07/2018 [16:01]:
Atatürkü məzarı başında təhqir edən qadın məhkəmə qarşısına çıxarıldı...
22/07/2018 [15:55]:
Milli azadlıq hərəkatının başlanmasından sonra ilk yaranan mətbu orqanlar...
22/07/2018 [15:46]:
XXI əsrin böyük bəlasından necə xilas olmaq lazımdır? - Mütəxəssis tövsiyyəsi...
22/07/2018 [15:40]:
Balıqçılar 24 saata müxtəlif növ 20 köpək balığı tutdular - AĞILASIĞMAZ FOTOSESSİYA...
22/07/2018 [15:32]:
Rusiyanın Ermənistandakı bazasının komandiri Panikdəki panikadan danışdı... - VİDEO
22/07/2018 [15:03]:
Ruhani Trampa xəbərdarlıq edib: Şirin quyruğu ilə oynama
22/07/2018 [14:48]:
Ermənilərin Azərbaycanda becərdiyi nar bağları od tutub yandı - FOTO
22/07/2018 [14:41]:
Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR
22/07/2018 [14:39]:
Gürcüstan patriarxının halı pisləşib
22/07/2018 [14:38]:
Qarabağ qazisi vəfat etdi – VƏZİFƏLİ ŞƏXSİN QARDAŞIDIR
22/07/2018 [14:23]:
"Xoşbəxtəm ki, demokratik və azad mətbuatın bərpası və inkişafında mənim də xidmətim var"
22/07/2018 [14:06]:
Sabah hava küləkli olacaq, yağış yağacaq
22/07/2018 [13:55]:
Sərdar Ortacın özündən kiçik “super qayınana”sı - FOTOLAR
22/07/2018 [13:42]:
Adnan Oktarın sərvəti heyrətləndirdi
22/07/2018 [13:39]:
Rusiyalı boksçu ukraynalıya dörd çempion kəməri uğrunda döyüşdə uduzub
22/07/2018 [13:33]:
Şamaxıda kütləvi dava - 4 nəfər ağır yaralandı
22/07/2018 [13:26]:
İsrail “Ağ dəbilqəlilər”i Suriyadan çıxardı
22/07/2018 [13:19]:
Bakıda “bomj” 2 kiloqram heroinlə tutuldu
22/07/2018 [12:42]:
ADAU 1-ci Beynəlxalq Yay Məktəbinin iştirakçıları Gilan Holdinqin müəssisələrində oldular
22/07/2018 [12:18]:
Antalyada Azərbaycan şəhidləri abidəsi açılır -FOTOLAR
22/07/2018 [12:10]:
Həkimlər insan sağlamlığı üçün ən faydalı yarmanın adını AÇIQLADILAR...
22/07/2018 [11:59]:
Milli Mətbuat Günündə xatırlayacağımız mərhum həmkarlarımız - FOTOLAR
22/07/2018 [11:42]:
“Başladığım elmi işi tamamlayıb təhvil verəcəm” - Nazpəri
22/07/2018 [11:37]:
Azərbaycanlı hakim Ermənistan komandasının oyununa təyinat aldı
22/07/2018 [11:19]:
Vyetnam da təbiətin qəzəbinə tuş gəldi
22/07/2018 [11:11]:
ABŞ və Avropa arasında iqtisadi müharibə elan edildi
22/07/2018 [10:31]:
"iphone"la çəkilən FOTOLAR mükafat qazandı
22/07/2018 [10:20]:
Fədayə Laçının işi Ağır Cinayətlər Məhkəməsində
22/07/2018 [10:10]:
FHN iki nəfəri xilas etdi
22/07/2018 [10:08]:
Şanxayda 200 minə yaxın insan qasırğaya görə təxliyyə olundu
22/07/2018 [10:07]:
Çimərliklərə üz tutanlar - Ehtiyatlı olun
22/07/2018 [10:06]:
Texasda təyyarə qəzaya uğradı: Bütün sərnişinlər sağ qaldı
22/07/2018 [10:02]:
Düşmən yenə dinc durmadı - Atəşkəsi 93 dəfə pozdu
22/07/2018 [09:51]:
“Qarabağ”a yeni hücumçu transfer edildi
22/07/2018 [09:17]:
Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22/07/2018 [09:04]:
İngiltərədə saxlanılan fərari FETÖ-çü kəfalətlə sərbəst buraxıldı
22/07/2018 [08:58]:
Virtual təcavüzdən necə qorunmaq olar?
22/07/2018 [00:26]:
Azərbaycan milli mətbuatının 143 yaşı tamam olur
21/07/2018 [23:35]:
99 milyon illik ilan qalığı tapıldı - VİDEO
21/07/2018 [23:29]:
"Son 3 əsrdir Türk düşmənləri Türklüyün zəifləməsi yolunda xeyli iş görüblər, ancaq..."
21/07/2018 [23:12]:
100 kq-lıq qızıl pulu oğurlayan ailənin 77 evi müsadirə edildi
21/07/2018 [23:12]:
Ömrü uzadan qidalar: Xərçəngin və kəskin respirator xəstəliklərinin ölüm riskini aşağı salır...
21/07/2018 [23:08]:
Kim Kardaşyan: “Mən çox utancağam” - FOTOLAR
21/07/2018 [23:02]:
Acqarına nə yemək məsləhətdir? - ALİMLƏRDƏN İLGİNC ARAŞDIRMA...
21/07/2018 [22:56]:
Xaçmazda yanğın oldu
21/07/2018 [22:39]:
“Ağdamlı Faiq” sosial şəbəkələrdə avtoxuliqanlığı təbliğ edir -VİDEO
21/07/2018 [22:37]:
Evlərdən oğurluq edən yeniyetmələr tutuldu
21/07/2018 [22:03]:
“Qarabağ”ın rəqibi hücumçu transfer etdi
21/07/2018 [21:53]:
Türkiyə ordusundan PKK-ya daha bir zərbə
21/07/2018 [21:37]:
Ötən il Azərbaycanda evlənmək məqsədilə 19 qız qaçırıldı
21/07/2018 [21:07]:
İranda daha bir şəhər ayağa qalxdı - Video
21/07/2018 [20:57]:
Helikopterlə kişini dağ keçisinin əlindən aldılar - İnanılmaz xilasetmə əməliyyatı...
21/07/2018 [20:55]:
Keniya gözəli haqda ölüm hökmü çıxarıldı - Edam ediləcək...
Bütün arxiv bir sırada
13/04/2018 [10:34] - Müsahibə - ( 1433 dəfə baxılıb)

"Onu tezliklə general kimi görmək istəyirəm" - Füzuli Musayevin sinif yoldaşı

“Hardansa balaca bir bulka alanda da onu tək yeməz, gətirib mənimlə bölərdi”


“Sinif yoldaşı layihəsinin növbəti müsahibi Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Avropa və Dünya çempionu  Füzuli Musayevin sinif yoldaşı Elşən Ələsgərovdur. 

Moderator.az xəbər verir ki, O, əlli illik dostu ilə bağlı xatirələrini AzEDU.az-a danışıb.

- Əvvəlcə sizi tanıyaq:

- 1962-ci ildə Gəncədə anadan olmuşam. 1969-cu ildə 1-ci sinfə gedib, 1979-cu ildə isə orta məktəbi bitirmişik. 1980-ci ildə hərbi xidmətə yollanmışıq. İkimiz də Arxangelskdə qulluq etmişik. 1982-ci ildə hərbi xidməti başa vurub vətənə qayıtmışıq. Əsgərlikdən gələndən sonra heç birimiz universitetə qəbul ola bilmədik. Bir az çalışdıq və texnikuma qəbul olduq. Sonralar başımız işləməyə qarışdı. Hazırda Suvarma Sistemləri İdarəsində mühəndis işləyirəm.

IMG-20180412-WA0004.jpg

- Füzuli Musayevlə on bir il bir yerdə oxumusuz?

- Uşaq bağçasından tutmuş,  orta məktəbi bitirənə qədər - on il bir sinifdə oxumuşuq.  Tale elə gətirdi ki, hərbi xidmətdə də yollarımız kəsişdi. Bu dostluq elə sınaqlardan keçib ki...

Mən hətta bağça illərimizi də xatırlayıram. Bağçadan uşaqları yaxınlıqdakı parka aparırdılar. Biz də əl-ələ tutub parka gələrdik. Gün boyu orada oynayırdıq. Yadımdadır, ikimiz də balıq yağını uda bilmirdik. Burnumuzdan tutub məcburi ikimizin də ağzına balıq yağı tökürdülər. O qədər xatirələrimiz var ki...

IMG-20180412-WA0002.jpg

- Xaraktercə necə biridir?

- Füzuli yoldaşlığa, dostluğa çox möhkəm insandır. Elə uşaqlıqdan indiyə kimi dostluğumuz davam edir. Həmişə dostluğa qiymət verən insan olub.

- Uşaqkən necə,  dəcəlliyi olub?

- Uşaqlıq illərində hamımızın dəcəlliyimiz vardı. O da bir az dəcəl uşaq idi. Amma çalışqan, zəhmətkeş idi. İştahı isə heç vaxt mənimkindən zəif olmayıb.

- Uşaqlıq illərinin ən yadda qalan xatirəsi hansıdır?

- Getdiyimiz parkda bir bitki var idi. Biz ona “marojna” deyərdik. Füzuli məndən hündür olduğuna görə budağı əyirdi, biz də bir təhər ondan qoparıb, aramızda bölüşdürüb yeyərdik. Boyum 1.73 sm olsa da, sinif oğlanlarından  ən balaca boylu mən olmuşam.

Həmişə komanda ilə futbol oynayardıq. Uduzanda elə deyinirdi ki. “Biz niyə uduzduq? Sən pis oynadın” və s.  Cığallıqla mübahisə etməyi var idi.

IMG-20180412-WA0001.jpg

- Orta məktəb illərində dərslərinə necə yanaşırdı?

- Çox yaxşı. Onun güclü yaddaşı vardı. Bəzən müəllim nəyisə deyirdi, ardınca Füzuli soruşurdu ki, olar təkrar deyim? Müəllimin neçə gün əvvəl dediyini durub təkrarlaya bilirdi. Hafizəsi çox güclü idi.

- Çətinlik çəkdiyi fənlər hansılar idi?

- Hansı fəndən çətinlik çəkdiyini deyə bilmərəm. Çünki neçə il ötüb, çox şey yadımdan çıxıb.  Amma məhz Musayev problemsiz şagird olub. Hansısa fəndən zəif ola bilər. Amma normal şəkildə dərslərinə cavab verirdi. Hər halda nə də olmasa məndən yaxşı oxuyurdu.

- Dərslərdə sizə kömək etdiyi vaxtlar olub?

- Bizim yoldaşlığımız əla olub. Mən hansısa tapşırığı yazmayanda  gəlib sinifdə ondan köçürə bilirdim. Ondan köçürdüyüm vaxtlar çox olub.

IMG-20180412-WA0007.jpg

- Ən çox hansı  fənnə marağı olub? Hansı müəllimi daha çox sevib?

- Orta məktəbdə kimyadan bir müəllimimiz var idi. Biz həndəsə və kimyadan zəif idik. Ona görə də onunla bir az çətinliyimiz olardı.  Füzuli misalları çox rahat həll edirdi. Səhv etmirəmsə, həndəsədən bir az zəifliyi vardı. Amma sinifdə ən yaxşı oxuyan uşaqlardan biri olub. Mən ondan qabaq partada əyləşmişəm. İndiki kimi yadımdadır. Nəriman adlı müəllimimiz vardı, deyirdi ki, “ay bala oxuyun”. Bizi tənbeh edirdi. Otuz illiyimizi qeyd edəndə Füzuli ona xatırlatdı ki, yadınızdadır mənə deyirdiz oxu? Nəriman müəllim bizi məcbur edirdi ki, oxuyun, gələcəyinizi qurun. Füzuli indi də mənimlə görüşəndə soruşur ki, Nəriman müəllim necədir? Vaxt olanda görüşürük də.

- Hansısa müəllimlə arasında mübahisə, problem yaşayıb?

- Xeyr! Elə bir şey olmayıb. Çox mehriban uşaq idi. Mən indi də uşaq hansısa müəllimdən şikayət edəndə düşünürəm ki, müəllimin tənbeh etməyə haqqı var. Heç vaxt belə şeyləri konflikt kimi qəbul etməmişik. Bağça dövründə bir qədər dəcəlliyi ola bilər. Amma çöldə olub. Məktəbdə, bağçada heç vaxt problem yaratmayıb. Füzuli çox nümunəvi şagird olub. Müəllimlərimizə hər zaman böyük hörmətlə yanaşmışıq.

- Uşaqlıq illərinizin birgə keçdiyinizi dediniz. Ailəvi tanışılığınız vardı?

- Bəli, evlərimiz təxmini 200 metr məsafədə idi. Bəlkə də daha az olardı. Tez-tez gedib-gəlirdik. Bütün günü bir yerdə oynayırdıq.

IMG-20180412-WA0006.jpg

- Deyəsən, sinifdə ən yaxın dostu elə siz olmusuz...

- Biz hələ uşaqlıqdan bir yerdə olduğumuza görə ən yaxın dostu mən olmuşam. Bağça, məktəb illərimiz bir keçdi. İş elə gətirdi ki, əsgərlikdə də eyni yerdə xidmət etməli olduq. O çətin illərdə bircə dəfə də aramızda inciklik olmadı. Füzuli musiqi ilə məşğul idi. Əsgərlikdə bəzən, hərbi hissədən kənara çıxıb konsertlərə gedirdi. Hardansa balaca bir bulka alanda da onu tək yeməzdi, gətirib mənimlə bölərdi. Biz, bax, belə yoldaş olmuşuq.

- Digər sinif yoldaşları ilə münasibəti necə idi?

- Çox yaxşı! Yoldaşları ilə münasibətinə həmişə diqqət edib. İndi də hər dəfə Gəncəyə gələndə görüşürük. Təsadüfən ola bilər ki, vacib işi olduğuna görə  gəlib tələsik qayıdar, görüşə bilmərik. Amma dostluğa, qardaşlığa hər zaman qiymət verən adamdır.

- Dərslərə davamiyyəti necə idi? Dərsdən qaçdığınız vaxt olub?

- Dərs boş olanda hamımız birdən dərsdən çıxırdıq. Belə olanda adətən, harasa gəzməyə gedərdik. Sinifdə cəmi doqquz şagird olmuşuq. Amma çox mehriban kollektivimiz var idi.

IMG-20180412-WA0009.jpg

- Yenidən məktəb illəri ilə bağlı  yadınızdan çıxmayan xatirələrə qayıdaq...

- Biz meydançaya gedərdik. Orada yüz metrlik qaçışlar olurdu. Həmişə Füzuli Musayev birinci yeri tutardı. İdmanda güclü olan bir neçə nəfəri dəstədən ayırırdılar ki, normativləri versin. Bizdə həmişə belə şeylər üçün Füzuli seçilirdi. O, 100 % əmin idi ki, haradasa yer qazanacaq. Özünə çox güvənirdi. Çünki məqsədi vardı.

- Az öncə ailələrinizin yaxın olduğunu qeyd etdiniz.  Onların ailə vəziyyəti, maddi durumu  necə idi?

- Füzuli adi fəhlə ailəsindən çıxmışdı.  Bizim də, onların da ailəsi fəhlə ailəsi olub. Kasıb idilər.  Üç qardaş və üç bacısı vardı. Çətin dövr idi...

- İdmana marağı hardan yarandı?

- Uşaq vaxtı haradansa  kitabça tapmışdı. Ora baxıb idman hərəkətləri edir, getdikcə öyrənirdi. O vaxtlar televizorda Brüs Lini göstərirdilər. Baxıb həvəslənirdi. Məktəb illərində idmanla məşğul olurdu. Sonradan əsgərlikdə də idmanı buraxmadı. Bir zabitimiz vardı, idmançı idi. Hərbi xidmət dövründə onunla məşğul olmağa başladı. Bakıda işləyəndə həm idmanla məşğul olur, həm də hansısa zavodda çalışırdı. Zavodun adını unutmuşam. İşdən çıxıb məşqə gedirdi. Yəni, hələ uşaq vaxtdan idmana meyli var idi. O, həvəsi sonradan işinə çevirdi.

Yaxşı yadımdadır, məktəb dövründə bizdə “kanal” deyilən yer vardı. Uşaq vaxtı ora çimməyə gedərdik. Orada Füzuli çalışırdı ki, salto vurmağı öyrənsin. Biz kanalda vaxtımızı əyləncəli keçirirdik. O isə nəsə öyrənməyə çalışırdı. Torbaya qum doldurub asır, yumruqlayırdı. Təxminən, 2-3-cü sinifdə oxuyan vaxtlarımızdan danışıram. Əlinə bir ağac alıb boya qablarına udar vurardı və s.

IMG-20180412-WA0010.jpg

- İdmanla çox məşğul olurdu. Ətrafdakı uşaqlarla arasında davaya çevrilən mübahisələr  olub?

- Xeyr! Uşaqlığı deyə bilmərəm, amma gənclik illərində belə bir şey olmayıb. Düzdür, cavanlıqda hansısa dalaşqanlıq, davakarlıq ola bilər, amma nadir hallarda.  Biz heç vaxt qoymazdıq ki, qıraqdan hansısa oğlan bizim sinif qızlarına bir kəlmə söz desin. Belə olanda, Füzulini də götürüb gedirdik. Belə hallarda davalar ola bilər, amma böyüyəndən sonra yox.

Buna görə mübahisəmiz düşərdi. Amma çox davakar adam olmayıb.

- Deyirlər ki, bəzi gənc oğlanlar idmana qızların gözündə xoş görünmək üçün gedir. Onda necə belə düşüncə var idi?

- Xeyr, qətiyyən. O, idmanla həmişə çempionluq məqsədi üçün məşğul olurdu. Özünə həmişə fikir verirdi. Onun bir məqsədi çempion olub irəli getmək idi.  O, idmanın sırf həvəskarı olub.  Kiməsə görə yox, sırf özünə görə məşğul olub.

- Ailəsi idmanla məşğul olmasına necə münasibət göstərirdi? Ailəsi onun hansı peşə sahibi olmasını istəyirdi?

- Ailəsi Füzulidən çox razılıq edirdi. Çünki o, dərslərini yaxşı oxuyurdu. Füzuli Universitetə qəbul oldu. Elə bir problemi olmayıb. Çünki bu adam həmişə zəhmətkeş olub. Öz zəhmətinin bəhrəsini görüb. İdmanda çox əziyyətlər çəkib. Gedib zalda idman edirdik.  Mən yorulub hardasa oturub baxırdım. Amma Füzuli dayanmadan sırf idmanla məşğul olurdu. Çünki onun məqsədi vardı. Ata-anası da onun idmana olan həvəsini dəstəkləyirdi. Siqaret çəkmir, içki içmir, idmanla məşğul olurdu. Bir valideynə bundan artıq nə lazımdır ki?

- Ailəsində ondan başqa idmana marağı olan var idi?

- Qardaşlarından da idmanla məşğul olan var idi. Amma elə-belə, onun səviyyəsində yox.

- Hansı xüsusi istedadı vardı?

- Uşaqlıqdan musiqi və idmana  həvəsi vardı. Füzuli ilə birlikdə qarmon ifa etməyi öyrənmək üçün musiqi məktəbinə də getmişik.

- İndi də musiqi ilə məşğul olur?

- Bəli, çünki onun yaxşı oxumağı vardı. İnanmıram ki bu istedadından uzaqlaşsın. Düzdür, son zamanlar mənim yanımda nəsə ifa etməyib. Çünki 1-2 ildir ki, onu görmürəm. Amma gitarada, zərb alətində yaxşı ifa edə bilirdi. Onun çox sevdiyi mahnı vardı. “Krutoy pavarot” adlanırdı. Əsgərlikdə də həmişə oxuyurdu. Məktəb illərində hansısa şənlik olanda, Füzuli müəllim ya gitara, ya da zərb aləti ifa edərdi.

- Ən sevdiyi ifaçı kim idi?                                          

- Dəqiq deyə bilmərəm, unutmuşam. Amma ən çox “Maşınni vremya”ya qulaq asırdı.  Yadımdadır, bu, o zamanların məşhur musiqi qrupu idi.

IMG-20180412-WA0013.jpg

- Gələcəyi ilə bağlı başqa hansı planları vardı?

- Səhv etmirəmsə uşaq vaxtı polis olmaq istəyirdi. Bir müddət polis kimi də fəaliyyət göstərib. Həmişə qarşısına qoyduğu məqsədə nail olurdu. Öz üzərində işləyib, çalışan biri idi. Bu onun ən gözəl xüsusiyyətlərindən biri idi.

- Nə vaxtsa çətinliyə düşüb ondan və ya onun sizdən kömək istədiyi vaxt olub?

- Bəli, olub. Xüsusilə də əsgərlikdə oturub danışar, bir-birimizə məsləhət verərdik. Həmişə deyirdi ki, əsgərliyimizi sağ-salamat bitirib qayıdaq vətənimizə. Bizi evdə gözləyənlər var. Daim bir-birimizə dayaq olmuşuq. Düzdür, Allah canına sağlıq versin, elə bir problemim olmayıb. Amma mənə elə gəlir ki, mənə bu dəqiqə nəsə lazım olsa, Füzuli köməyini əsirgəməz.

- Sonuncu dəfə nə vaxt görüşmüsüz?

- Tez-tez zəngləşirik. Novruz bayramında zəng etdi. Fevralın biri doğum günü idi. Zəng vurub təbrik etdim. O da ad günümdə məni təbrik edir. Nə vaxt o Gəncəyə gəlsə və ya mən Bakıya getsəm, zəngləşib görüşürük. Ümumi vəziyyətdən, iş-gücdən danışırıq.  Mən Bakıda olub Füzuliyə zəng etsəm, o gəlib on dəqiqəyə məni tapmalıdır. O, bizim fəxrimizdir, başımızın ucalığıdır.

- Bir dost kimi nə vaxtsa ona tənqidinizi bildirmisiz?

- Onun hansısa pis xasiyyəti yoxdur. Bəlkə də mən görmürəm. Hər halda mənim yanımda həmişə öz etikasını gözləyib, bir pis rəftarını görməmişəm. Füzulidə özümə qarşı yalnız mehribanlıq, səmimi dostluq görmüşəm.

IMG-20180412-WA0014.jpg

- Evlərində qonaq olmusuz?

- Bəli. Ailə daxilində çox xoş, mehriban münasibət var. Yoldaşını da gənclik illərimizdən çox yaxşı tanıyıram. Həmişə gözəl münasibətləri olub. Övladları haqda elə də məlumatım yoxdur. Çünki mən Gəncədə, o isə Bakıda olurdu.

- Məktəbdəki son zənginizi necə xatırlayırsız?

- Son zəngimiz çox gözəl keçib. Hətta sinif uşaqları ilə birlikdə məktəbi bitirməyimizin otuz illiyini qeyd etdik. Sağ qalan müəllimlərimiz, sinif yoldaşlarımız hər biri iştirak edirdi. Füzuli də həmçinin. Elə təşkilatçı da Füzuli ilə mən idik.

- Deyilənə görə, o vaxtlar bayramlar daha təmtəraqlı keçirdi.  Onları necə xatırlayırsız?

 -Sizə bir fakt deyim. Bəlkə də bu artıq Füzulinin yadından çıxıb. Orta məktəbin sonuncu sinfində oxuyurduq. Novruz bayramı idi. Təsəvvür edin ki, qəsəbənin bir başından girib, o biri başından çıxdıq. Oğlanlı-qızlı, hamımız papaq atdıq.  Demək olar ki, bizdən başqa belə bir sinif  yox idi. Papaq ataraq yığdıqlarımızın hamısını böyük tənəffüsdə bölüşdürüb yedik. Orta məktəbdəki sonuncu Novruz bayramımız mənim heç vaxt yadımdan çıxmaz.

- Füzuli Musayevin bədii ədəbiyyata marağı necə olub?

- Vallah, heç görməmişəm, amma səhv etmirəmsə, dedektiv romanları çox oxuyurdu. Hansı müəllifi oxuduğunu isə unutmuşam.

IMG-20180412-WA0007.jpg

- İlk dəfə dünya çempionu olmasını necə xatırlayırsız?

- 1990-cı illərdə mobil telefon yox idi. Ona görə də təbrik etmək üçün Gəncəyə gəlməsini gözlədik. Yığışdıq, hamımız təbrik etdik. Çempion olana qədər Bakıda məşğul olurdu. Sonradan Gəncəyə gəldi. Ata-anası da hələ sağ idi.

- Onu digərlərindən fərqləndirən əsas xarakterləri nə idi?

- Onun mehribanlığı, insaniyyəti bir dost kimi məni daha çox cəlb edirdi. Heç vaxt özünü yuxarı tutmayıb. Yoldaşları ilə sadə davranıb. Elə o sadəliyi nəyə desən dəyər. Hər Gəncəyə gələndə zəng vurur ki, necəsən, haradasan? Dostluğa çox sadiq insandır. Məsələn, bir sinif yoldaşımız  infarkt keçirmişdi. Eşidən kimi Füzuli mənə zəng vurdu ki, belə bir şey eşitmişəm, düzdür? Füzuli müəllim o vaxtlar hansısa ölkədə yarışda idi.  Amma gəlib məni götürdü, sinif yoldaşımıza baş çəkdik. O, həmişə uşaqlıq illərimizə sadiq qalıb. Heç vaxt dostluğu itirməyib.

IMG-20180412-WA0003.jpg

- Füzuli Musayevin uşaqlıqdan polis olmaq arzusunda olduğunu qeyd etdiniz. Hətta bir müddət güc sturukturlarında, Cinayətkarlığa Qarşı Mübarizə idarəsində də çalışıb. Bu bir qədər riskli, təhlükəli işdir. Sizə işdə qarşılaşdığınız təhlükəli vəziyyətlər haqda danışıb?

- Elə də danışmayıb. Amma onu bilirəm ki, Füzulinin əlindən heç nə qaça bilməz. Güllə kimidir. Məktəb vaxtı da sürətli qaça bilirdi. Hansı işdə çalışsa, böyük həvəs və ürəklə işləyir.

- Sevdiyi idmançı kim idi?

-Dəqiq yadımda deyil. İndi qəsəbənin uşaqları Füzuli kimi olmaq istəyir. Uşaqkən Brüs Lini izləyir, bəyənirdi. Heç ağlına gəlməzdi ki, gələcəkdə onun özü bu qəsəbənin Brüs Lisi olacaq.

- Əsgərlikdən qəsəbəyə qayıtmağınızı necə xatırlayırsız?

- Əsgərliyi başa vurub Füzuli ilə birgə çıxmalı idik. Mən əsgərlikdə sürücü idim. Sonuncu dəqiqədə maşını təhvil məsələsinə görə məni iki gün ləngitdilər. Mən Leninqrad Universitetinə imtahan verməli idim. Füzuli müəllim məni orda gözləyirdi. İki gün gözlədi, gördü ki, gəlmirəm. O vaxtlar mobil telefon yox idi. Görüşə bilmədik. O, məni Gəncəyə çatanda qarşıladı. Elə əsgərlikdəykən o qədər planlarımız var idi ki... Amma Allah hərəyə bir qismət yazıb. Mən hazırlıq qrupuna getdim. Sonra isə azad etdilər. Gəncəyə qayıdıb işləməyə başladım. Səhv etmirəmsə, Füzuli Texnologiya İnstitutunda oxudu. Füzuli də o vaxtlar burada işləyirdi. Sonra Bakıda zavodda, yanğınsöndürmədə, polisdə işlədi. Yavaş- yavaş bugünkü yerinə gedib çıxdı.

IMG-20180412-WA0005.jpg

- Füzuli Musayevin toyunda iştirak etmisiz?

- Xeyr, mən onda Azərbaycanda olmamışam.

- Son olaraq ona nələr arzulayırsız?

- Onu tezliklə general kimi görmək istəyirəm. Uzun ömür, can sağlığı arzu edirəm. Çünki o, bizim fəxrimizdir.

Sərdar Ortacın özündən kiçik “super qayınana”sı - FOTOLAR
99 milyon illik ilan qalığı tapıldı - VİDEO
Kim Kardaşyan: “Mən çox utancağam” - FOTOLAR
Vaxtı keçmiş göz qələmi istifadə etdi, 3 il ərzində tamamilə kor olacaq...
Kadir İnanır filmdən gedir
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Adnan Oktarın sərvəti heyrətləndirdi
Maraqlı
"iphone"la çəkilən FOTOLAR mükafat qazandı
Araşdırma
Ömrü uzadan qidalar: Xərçəngin və kəskin respirator xəstəliklərinin ölüm riskini aşağı salır...
Cəmiyyət
"Onların savadsızlığı, acizliyi hər zaman məni güldürüb və məndə hünər, şövq yaradıb..."
Cəmiyyət
“Atamızı itirəndə onun beş yaşı var idi...”- Şəhid zabitimizin qardaşı...
Həftənin ən çox oxunanları
Tolik güllələnən icra başçısı haqqında heç kimin bilmədiyi FAKTI AÇIQLADI - FOTO
Kəlbəcərdə hazırlanan yeni terrorçu dəstələrin görüntüləri yayıldı - VİDEO
Sərhəddə Ermənistana yük daşıyan azərbaycanlılarla ermənilərin dialoqu - ŞOK VİDEO
"Əyalətdə özünü quldurbaşı kimi aparıb xalqın nifrətini qazananlar iqtidardan qovulmalıdır"
Melanyanın ayaqları mətbuat konfransında şorgöz Lavrovun "gözünə girdi"... -FOTO
Alimlərdən yeni kəşf - Çay insanlarda bu xəstəliyin qarşısını alır...
Emin Ağalarovun xanımının gəlinliyinin qiyməti məlum oldu - İnanmayacaqsız...
Telekanallarımız və şou-biznesimiz MASONLARIN MƏKRLİ PLANLARINI İCRA EDİR...
Putin Gürcüstan və Ukraynanı NATO üzvü olmaqdan çəkindirdi...- Cavabını da aldı...
Cazibədar aparıcı buna görə ATV-dən qovulub - "Ətli-canlı olduğum üçün diqqət cəlb edirəm"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə